Q ə t n a m ə s I



Yüklə 59,66 Kb.
Pdf görüntüsü
tarix26.11.2017
ölçüsü59,66 Kb.
#12910


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının

Q Ə T N A M Ə S İ

07 iyun 2017-ci il

İş № 2(105)-261/2017

Sumqayıt şəhəri

Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu

Quliyev (sədrlik edən və məruzəçi), Azər Qəmbər oğlu Hüseynov və Gülnarə Fikrət qızı Tağızadədən

ibarət tərkibdə,

məhkəmə iclas katibi Aynur Asif qızı Dadaşovanın iştirakı ilə,

Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli, 2(060)-8920/2016 saylı

qətnaməsindən cavabdeh D.C.Abdullayevanın verdiyi apelyasiya şikayəti üzrə işə Sumqayıt

Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,

M Ü Ə Y Y Ə N

E T D İ :

Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli, 2(060)-8920/2016 saylı qətnaməsi ilə

(hakim İ.A.Məmmədov) iddiaçı «Nikoyl» İnvestisiya Kommersiya Bankının cavabdehlər Əsədova

Həqiqət Ağasət qızına və Abdullayeva Dilarə Camal qızına qarşı kredit müqaviləsi üzrə borcun

tutulması tələbi qismən təmin edilərək,

Əsədova Həqiqət Ağasət qızından və Abdullayeva Dilarə

Camal qızından, müştərək qaydada, 6.072 (altı min yeddi yüz yetmiş iki) ABŞ dolları əsas

borc, 2.164 (iki min bir yüz altmış dörd) ABŞ dolları faiz borcu və 131 (bir yüz otuz bir) ABŞ

dolları dəbbə borcu, cəmi 9.067 (doqquz min altmış yeddi) ABŞ dolları məbləğində borcun

ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30

(otuz) manat məbləğində pul vəsaitinin

«Nikoyl» Investisiya Kommersiya Bankı

nın xeyrinə

tutulması qət edilmişdir.

Cavabdeh D.C.Abdullayeva apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08

iyul 2016-cı il tarixli qətnaməsininin

2.164 (iki min bir yüz altmış dörd) ABŞ dolları faiz

borcunun tutulması hissəsininin

ləğv edilərək, faiz borcunun azaldılmaqla yeni qətnamə

çıxarılmasını xahiş etmişdir.



İ Ş İ N H A L L A R I :

İddiaçı «Nikoyl» Investisiya Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək

iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı “NİKOYL” İnvestisiya Kommersiya Bankı ASC ilə

cavabdeh Əsədova Həqiqət Ağasət qızı arasında bağlanan 06 avqust 2014-cü il tarixli, 23-M-2-0-466-

14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 10.000 (on min) ABŞ dolları məbləğində illik 28 faiz

olmaqla 24 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib

edilmiş «ödəniş qrafiki»nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və

kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə

cavabdehin kredit qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsi üzrə ödəliklərin təminatı olaraq

zamin Abdullayeva Dilarə Camal qızı ilə 06 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış

və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi

üçün öz üzərinə məsuliyyət götürmüşdür. Ona görə də, Bank ilə

cavabdeh

Əsədova Həqiqət Ağasət qızı

arasında bağlanan

06/08/2014-cü il tarixli 23-M-2-0-466-14 saylı

kredit müqaviləsindən irəli gələn

17 may 2016-cı il tarixədək

hesablanmış ödənilməmiş

6.772 ABŞ dolları

əsas borc,

2.164 ABŞ dolları

faiz borcu və

2.031 ABŞ dolları

dəbbə borcu, cəmi

10.967 ABŞ dolları,

həmçinin ərizə verilməsi üçün 30

manat


dövlət rüsumu əlavə olunmaqla,

Əsədova


Həqiqət Ağasət qızı və Abdullayeva

Dilarə Camal

qızından müştərək qaydada

iddiaçının xeyrinə

tutulması barədə qətnamə

çıxarılmasını xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.

A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ V Ə



P R O S E S İ Ş T İ R A K Ç I L A R I N I N İ Z A H A T I :

Cavabdeh D.C.Abdullayeva apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər

Məhkəməsi 08 iyul 2016-cı il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq

normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki,

məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr

2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu

maddələrinin şərh edilməsinə dair” Plenum qərarını nəzərə almamışdır. Kredit müqaviləsinin bir

nömrəli əlavələrində alınmış kreditlər üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki

olaraq da faizlər ondan ayda bir dəfə tutulmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki

Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini

şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək

qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kredit müqaviləsində nəzərdə

tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi

xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər

əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki

Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb

etmək hüququna malikdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin

2.164 (iki min

bir yüz altmış dörd) ABŞ dolları faiz borcunun tutulması hissəsininin

ləğv edilərək, faiz

borcunun azaldılmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh D.C.Abdullayeva apelyasiya şikayətini

müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı «Nikoyl» İnvestisiya Kommersiya Bankının

nümayəndəsi R.M.Abdullayev apelyasiya şikayətinin dəlillərinə etiraz edib, iddia ərizəsində göstərilən

xüsusatları təsdiq edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən

saxlanılmasını xahiş etmişdir.

Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh

Əsədova

Həqiqət Ağasət qızına



məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və

gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh

H.A.


Əsədovanın

iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.



H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R :

Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi

tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə

baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə

mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya

şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda

işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq

normalarına riayət etməsini yoxlayır.

Birinci instansiya məhkəməsinin qətnaməsi – “

Əsədova Həqiqət Ağasət qızından və

Abdullayeva Dilarə Camal qızından, müştərək qaydada, 6.072 (altı min yeddi yüz yetmiş iki)

ABŞ dolları əsas borc və 131 (bir yüz otuz bir) ABŞ dolları dəbbə borcun ödəniləcək günə

manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat

məbləğində pul vəsaitinin

«Nikoyl» Investisiya Kommersiya Bankı

nın xeyrinə tutulması

»

hissələrində mübahisələndirilməmiş və həmin hissələrdən apelyasiya şikayəti verilməmişdir.



Cavabdeh D.C.Abdullayeva apelyasiya şikayəti verərək, qətnamənin

2.164 (iki min bir yüz

altmış dörd) ABŞ dolları faiz borcunun tutulması hissəsininin

ləğv edilərək, faiz borcunun

azaldılmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ancaq

mübahisələndirilən hissəsində araşdırılmalı, məhkəmənin maddi və prosessual hüquq normalarına

riayət etməsi yoxlanılmalıdır.

Məhkəmə kollegiyası məruzəçi-ha ki min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını

2



dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya

şikayəti təmin edilməməli, lakin, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin

qətnaməsi dəyişdirilməlidir.

Belə ki, iş materiallarında olan “NİKOYL” İnvestisiya Kommersiya Bankı ASC ilə cavabdeh

Əsədova Həqiqət Ağasət qızı arasında bağlanan 06 avqust 2014-cü il tarixli, 23-M-2-0-466-14 saylı

kredit Müqaviləsinə əsasən cavabdehə 10.000 (on min) ABŞ dolları məbləğində illik 28 faiz olmaqla

24 ay müddətinə kredit pul vəsaiti verilmişdir.

Kredit müqaviləsi üzrə ödəliklərin təminatı olaraq zamin Abdullayeva Dilarə Camal qızı 06

avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit

müqaviləsindən irəli gələn öhdəliklərin təmamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət

götürmüşdür.

Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh

tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi

vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin kredit qarşısında öhdəliyi

yaranmışdır.

İş materiallarında olan maliyyə arayışından görünür ki, Əsədova Həqiqət Ağasət qızının

06.08.2014-cü il tarixli, 23-M-2-0-466-14 saylı kredit müqaviləsindən irəli gələn 17 maay 2016-cı il

tarixədək hesablanmış 6.772 (altı min yeddi yüz yetmiş iki) ABŞ dolları əsas borc və 2.164 (iki min

bir yüz altmış dörd) ABŞ dolları faiz borcu və 2.031 (iki min otuz bir) ABŞ dolları dəbbə borcu, cəmi

10.967 (on min doqquz yüz altmış yeddi) ABŞ dolları borcu vardır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel

2017-ci il tarixli, 22301 saylı məhkəmə mühasibatlıq eksperizasının rəyi ilə 06 avqust 2014-cü il

tarixli, 23-M-2-0-466-14 saylı kredit müqaviləsininin şərtləri nəzərə alınmaqla Əsədova Həqiqət

Ağasət qızının “NİKOYL” İnvestisiya Kommersiya Bankı ASC 06 avqust 2016-cı il tarixədək 3.877

ABŞ dolları məbləğində, o cumlədən 3.211,69 ABŞ dolları əsas və 665,31 ABŞ dolları faiz borcu

müəyyən edilir.

Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını

zəruri hesab edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə

iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər

iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq

olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə

qaytarmağı öhdəsinə götürür.

Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul

məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

İş materiallarından da göründüyü kimi borclu bankdan tələb olunan məbləğdə borc götürmüş

və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə

götürmüşdür.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə

əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul

ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən

çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını

həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni

şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə

müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər

tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması

və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla

və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində

vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün

müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra

müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı

xatırlatma üzrə gecikdirmiş sayılır.

3



Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə

təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya

zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor

qarşısında birgə məsuliyyət daşıyır.

Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda

nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra

etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi

də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Əsədova Həqiqət Ağasət qızının bank qarşısında

öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün zamin Abdullayeva Dilarə

Camal qızı ilə birgə cavabdehdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə,

penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o

cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz

surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak

mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

İddiaçı tələbində cavabdehlərdən hesablanmış əsas borc üzrə 6.772 ABŞ dolları və faiz borc

üzrə 2.164 ABŞ dolları tutulması xahiş olunmuş və birinci instansiya məhkəməsi tərəfindən əsas və

faiz borcu həmin məbləğdə təmin edilsə də, apelyasiya instansiyası baxışında keçirilmiş məhkəmə

mühasibatlıq ekspertizasının rəyi ilə bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına

əsasən cavabdehlərin 06 avqust 2016-cı il tarixədək banka 665,31 ABŞ dolları faiz borcu olduğu

müəyyən olunmuşdur.

Məhkəmə kollegiyası hesab edir ki, 17 aprel 2017-ci il tarixli, 22301 saylı məhkəmə

mühasibatlıq ekspertizasının rəyi qanuni və əsaslı olub, işin hallarına uyğun olduğundan əsas kimi

qəbul edilərək, iddia tələbinin faiz borc hissəsi ekspertiza rəyinə uyğun olaraq 665,31 ABŞ dolları faiz

borcu müəyyən edilməsi daha məqsədə müvafiq və ədalətli hesab edilməlidir.

Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsinin arayışından və AZE № 05464223 saylı

şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsədova Həqiqət Ağasət qızı Sumqayıt şəhəri, 18-ci

mikrorayon, ev 21 B, mənzil 58 ünvanında qeydiyyatdadır.

Məhkəmə kollegiyası tərəfindən cavabdeh Əsədova Həqiqət Ağasət qızının həmin ünvanına

məhkəmə bildirişləri göndərilsə də, bildirişlər poçt əməkdaşının “bu ünvanda yaşamır” qeydi ilə geri

qaytarılmışdır.

Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər

və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat

verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana

çatdırılır və çağrılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş

hesab edilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2017-ci

il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır.

Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 50 (əlli) manat

məbləğində pul cavabdeh Abdullayeva Dilarə Camal qızından tutulmalıdır.

Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi

apelyasiya qaydasında dəyişdirilə bilər.

Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzə rə alaraq, işdə olan sübut

ları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymət lən

dirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, lakin, birinci instansiya

məhkəməsinin qətnaməsi cavabdeh D.C.Abdullayevaya münasibətdə – «

Əsədova Həqiqət Ağasət

qızından və Abdullayeva Dilarə Camal qızından müştərək qaydada, 2.164 (iki min bir yüz

altmış dörd) ABŞ dolları faiz borcu

«Nikoyl» Investisiya Kommersiya Bankı

nın xeyrinə tutulsun

»

hissəsində dəyişdirilərək, faiz borcu 665,31 (altı yüz altmış beş dollar otuz bir sent) ABŞ dolları



məbləğində müəyyən edilməli, qətnamə – «

Əsədova Həqiqət Ağasət qızından və Abdullayeva

Dilarə Camal qızından, müştərək qaydada 6.072 (altı min yeddi yüz yetmiş iki) ABŞ dolları

əsas borc və 131 (bir yüz otuz bir) ABŞ dolları dəbbə borcu ödəniləcək günə manat ilə

məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul

4



vəsaiti

«Nikoyl» Investisiya Kommersiya Bankı

nın xeyrinə tutulsun

» hissələrində dəyişdirilmədən

saxlanılmalı və aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh

Abdullayeva Dilarə

Camal qızından

alınıb AZ.MEM, VÖİN 1700326621, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005

VÖEN 1401555071 müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22

hesabına keçirilməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 405-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası



Q Ə T E T D İ :

Cavabdeh D.C.Abdullayevanın apelyasiya şikayəti təmin edilməsin.

Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli, 2(060)-8920/2016 saylı qətnaməsi

cavabdeh D.C.Abdullayevaya münasibətdə – «

Əsədova Həqiqət Ağasət qızından və Abdullayeva

Dilarə Camal qızından müştərək qaydada, 2.164 (iki min bir yüz altmış dörd) ABŞ dolları faiz

borcu

«Nikoyl» Investisiya Kommersiya Bankı



nın xeyrinə tutulsun

» hissəsində dəyişdirilsin və faiz

borcu 665,31 (altı yüz altmış beş dollar otuz bir sent) ABŞ dolları məbləğində müəyyən edilsin.

Qətnamə – «

Əsədova Həqiqət Ağasət qızından və Abdullayeva Dilarə Camal qızından,

müştərək qaydada 6.072 (altı min yeddi yüz yetmiş iki) ABŞ dolları əsas borc və 131 (bir yüz

otuz bir) ABŞ dolları dəbbə borcu ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və

dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti

«Nikoyl» Investisiya

Kommersiya Bankı

nın xeyrinə tutulsun

» hissələrində dəyişdirilmədən saxlanılsın.

Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh

Abdullayeva Dilarə Camal

qızından

alınıb AZ.MEM, VÖİN 1700326621, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN

1401555071 müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22 hesabına

keçirilsin.

Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya

Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya

şikayəti verilə bilər.

Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi

gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:imza

Hakimlər:imzalar

Əsli ilə düzdür



Hakim

T.O.Quliyev



5

Yüklə 59,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə