Qeyri-r
əsmi tərcümə
Q
ərbi Virciniya Ştatı
104 saylı Qətnamə
Nümay
əndələr Palatası
İrəli sürülmüşdür: nümayəndələr Uolters, Ambler, Anderson, Arvon, Əşli, Barill, Border,
Kanteberi, Kaules, Eldric, Ellem, Evans, D., Ferns, Hamilton, Hamrik, Hant, Laquinta, Markum,
MakKaski, Nelson, E., Pasdon, Reins, Şott, Smis, R., Storç, Stouers və Samner.
Az
ərbaycan Respublikasının vətəndaşları tərəfindən çoxlu töhfələr verildiyini və Azərbaycan
xalqı ilə münasibətlərin təşviq edilməsinin Qərbi Virciniya Ştatının ali maraqlarına
xidmət
etdiyini tanıyaraq,
26 fevral 2013-ci il tarixind
ə Azərbaycanda Xocalı qətliamının 21-ci ildönümünün qeyd olunması
bütün dünya
əhalisinə bu faciəvi hadisəni yad etmək imkanını yaradır.
1992-ci il 25 v
ə 26 fevral tarixlərində Ermənistanın silahlı qüvvələri Rusiyanın hərbi
birl
əşmələrinin müşayiəti ilə 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda aparılan
amansız müharibə çərçivəsində Xocalı rayonunu işğal etmişdir;
Ərazidən xilas olmağa çalışan Azərbaycanlıların geniş kütləsi erməni və rus əsgərlərinin atəşinə
m
əruz qalmış və nəticədə bu qanlı münaqişənin ən iri miqyaslı qətliamı törədilmişdir;
qiym
ətləndirmələr arasında fərqlər olduğuna baxmayaraq, əksəriyyəti uşaq və qadın olan ən azı
160 n
əfərin və ən çoxu 1000-ə kimi insanın qətlə yetirildiyi bildirilir;
Əsas xəbər agentlikləri bu qətliam barədə məlumat vermiş və “Human Rights Watch” qətliamı
müharib
ə zonalarında mülki əhali ilə rəftara aid adət hüququnun pozulması kimi
qiym
ətləndirmiş, dünyada bir çox hakimiyyətlər isə bu hücumu pisləmişdir;
Bu faci
əvi hadisə müharibə zamanı baş verə biləcək fəlakətlərin və dünyada millətlər arasında
daha sıx anlaşma, dialoq və tolerantlığın təşviq edilməsinə zərurətin xatirəsidir;
Azadlıq, demokratiya və insan hüquqlarına aid universal dəyərləri əsas tutmaqla Azərbaycan
Respublikası və Amerika Birləşmiş Ştatları uzun sürən müttəfiqlik münasibətlərinə malikdir;
Q
ərbi Virciniya Ştatı və Azərbaycan Respublikası daha da inkişaf etmək perspektivinə malik olan
möhk
əm, dinamik və qarşılıqlı faydalı iqtisadi münasibətlərə malikdir;
Q
ərbi Virciniya Ştatında buraya gələn hər bir kəsə, xüsusən də dostluq və ticarət maraqları ilə
g
ələn kəslərə xoş münasibət göstərmək adəti mövcuddur;
Q
ərbi Virciniyanın qanunverici orqanı bizim müttəfiqlərin töhfələrini və Qərbi Virciniya Ştatının
mütt
əfiqləri ilə faydalı münasibətlərin saxlanılmasının dəyərini tanımaq siyasətini həyata
keçirm
əkdədir. Azərbaycan Respublikasının töhfələri və bizim bu müttəfiq ilə müsbət
münasib
ətlərimiz də məhz bu xarakterlidir. Bu səbəbdən,
Q
ərbi Virciniyanın qanunverici orqanı qərara alır:
Q
ərbi Virciniyanın qanunverici orqanı Azərbaycan Respublikasının vətəndaşları tərəfindən çoxlu
töhf
ələr verildiyini və Azərbaycan xalqı ilə münasibətlərin təşviq edilməsinin Qərbi Virciniya
Ştatının ali maraqlarına xidmət etdiyini tanıyır.
H
əmçinin qərara alır ki, qəbul edildikdən sonra bu qətnamənin surəti Amerika
Birləşmiş
Ştatlarının Nümayəndələr Palatasının spikerinə, Amerika Birləşmiş Ştatlarının Prezidentinə,
Amerika Birl
əşmiş Ştatlarının dövlət katibinə, Qərbi Virciniyanın Konqresdəki nümayəndə
hey
ətinə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara göndərilsin.