Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə1/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
  1   2   3   4   5   6   7   8   9   ...   158


Əbdülhəlim əbu Şəqqə

Peyğəmbər dövründə qadın azadlığı 

(Qurani-Kərim ayələri, Buxari və Müslimin 

“Səhih”lərindəki hədislər əsasında)

(I CİLD)

BAKI – 2014



Beynəlxalq İslam Fikri İnstitutu


“İdrak” İctimai Birliyi

AZ1100, Bakı ş., Bakı Universiteti MTK,

M. Seyidov 3138, D korpusu, 1-ci mərtəbə

www.idrak.org.az



Əbdülhəlim əbu Şəqqə

Peyğəmbər dövründə qadın azadlığı (Qurani-Kərim ayələri, Bu-



xari və Müslimin “Səhih”lərindəki hədislər əsasında) / Tərcümə-

çi və redaktor, ön söz və şərhlərin müəllifi: fəlsəfə üzrə fəlsəfə 

doktoru Elvüsal Mәmmәdov. Bakı: CBS, 2014, 512 sәh.

Kitab Dini Qurumlarla İş üzrә Dövlәt Komitәsinin icazәsi ilә nәşr olunur

 (DK-966/Q)

© “İdrak“ İctimai Birliyi, 2014




Mərhəmətli və Rəhimli Allahın adı ilə!

XX  əsrin  gəlməsi  ilə  İslam  irsinə  dair  bir  sıra  məsələlər  

aktuallıq  kəsb  edib  müzakirə  obyektinə  çevrilmişdir.  Qloballaş-

ma  və  qlobal  müstəvidə  inteqrasiya  diktə  etmişdir  ki,  əvvəllər  

heç  vaxt  müzakirə  olunmamış  problemlər  indi  öyrənilsin.  Belə  

məsələlərdən  biri  də  islam  nöqteyi-nəzərindən  qadınların  so-

sial-hüquqi  statusu  məsələsidir.  Dolğun  təsəvvürün  yaranması  

üçün  problemə  ana  mənbələr  –  Quran  və  Sünnə  əsasında  

toxunmaq  daha  məqsədəuyğundur.  Çünki  Quran  və  Sünnənin  

mövqeyi  islamın  qadına  baxışını  bütün  aydınlığı  ilə  üzə  çıxa-

racaqdır.  

Müsəlman  qadınının  sosial  fəaliyyəti  problemindən  danışar-

kən  emosional  və  ekspressiv  yanaşmalardan  uzaq  olmalıyıq.  

Obyektiv  və  elmi  yanaşma  tələb  edir  ki,  tədqiqatçı  qarşısına  

qoyduğu  problemə  təkcə  reallıq  və  mövcud  nəticə  baxımından  

deyil,  həm  də  tarixi-deduktiv  metod  nöqteyi-nəzərindən  to-

xunsun,  mövcud  nəticə  və  reallığı  doğurmuş  səbəbləri  diqqətlə  

təhlil  etsin.  

Deyilməlidir  ki,  müsəlman  ölkələrində  “geridə  qalmış,  kölə-

sayağı,  savadsız,  avam,  öz  hüquqlarından  məhrum  qadın”  stere-

otipinin  günahkarı  islam  deyildir.  Əsrlər  boyu  Müsəlman  dün-

yasına  hakim  kəsilmiş  bir  sıra  iqtisadi,  sosial-siyasi  və  psixoloji  

tendensiyalar  bu  mənzərənin  yaranmasında  əsas  rol  oynamış-

dır.  Fikrimizcə,  Məhəmməd  peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  


Tərcüməçinin ön sözü

4

və  salamı  olsun!)

  sonra  sosial-siyasi  və  mədəni  mühit  şərtlərinin  

diktəsi  ilə  patriarxal  ailə  düşüncəsi  və  qadınların  hüquqlarını  

məhdudlaşdıran  nöqteyi-nəzər  qadın  məsələsində  mütərəqqi  

meyllərə,  bu  da  öz  növbəsində  vaxtaşırı  olaraq  ənənəvi  fiqhi  

izahlara  təsir  göstərmişdir.  Bir  daha  vurğulamağı  faydalı  hesab  

edirik  ki,  qadını  öz  hüquqlardan  məhrum  edib  onu  geridə  

qalmış  aciz  məxluqa  çevirən  amil  kimi  islamı  deyil,  problemə  

düzgün  münasibət  bəsləməyən,  ənənəvi  baxışlardan  imtina  edə  

bilməyən  müsəlman  zehniyyətini  təqsirləndirmək  lazımdır.  

İslam  dininə  görə  qadının  sosial  həyatdakı  mövqeyini  müəy-

yənləşdirmək  üçün  Peyğəmbərin  və  səhabələrin  zamanında  qa-

dınların  ailə  və  cəmiyyətdəki  rolunu,  qadın-kişi  münasibətlərini  

təhlil  etmək  lazım  gələcəkdir.  Çünki  problemə  məhz  bu  cür    

yanaşma  islamın  qadına  bəslədiyi  həqiqi  münasibəti  aşkara  çı-

xara  bilər.  Elə  bu  səbəbdən  biz  görkəmli  mütəfəkkir  Əbdülhəlim  

əbu  Şəqqənin  “Peyğəmbər  dövründə  qadın  azadlığı”  adlı  fun-

damental  əsərini  tərcümə  etmək  qərarına  gəldik.  Kitabda  top-

lanmış  zəngin  faktlar  həm  dinimizin  qadına  verdiyi  misilsiz  

əhəmiyyəti,  həm  də  bu  əhəmiyyətin  Peyğəmbər  zamanında  

praktikada  isbatlandığını  oxucunun  diqqətinə  çatdırır.  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zamanında  qa-

dınlar  dini-ictimai  həyatda  aktiv  rol  oynayırdılar.  Siyasət,  hərb  

və  bilik  mövzularında  kişilərlə  yanaşı,  öz  sözünü  demiş  qadın-

lar  da  vardı.  Onlar  islam  maarifl əndirməsi  işi  ilə  məşğul  olur,  

siyasi  vasitəçi  rolunu  oynayır,  qəzəvatlarda  iştirak  edir,  yaralı-

lara  su  verir,  yaralarını  sarıyırdılar.  Belə  qadınlara  Səfiyyə  bint  

Əbdülmütt əlibi,  Ümmi-Əyməni,  Ümmi-Sələməni,  Fatiməni,  

Aişəni,  Ümeyyə  bint  Qeysi,  Ümmi-Həbibəni,  Nüseybə  bint  



Tərcüməçinin ön sözü

5

Kə`b  əl-Ənsarini,  Ümmi-Gülsümü,  Ümmi-Hanini,  Ümmi-Haki-



mi,  Ümmi-Şəriki,  Əsma  bint  əbu  Bəkri  və  başqalarını  göstərə  

bilərik.  

Raşidi  xəlifələr  dövründə  də  qadınların  sosial  fəallığı  əvvəlki  

səviyyəsini  qoruyub  saxlamışdı.  Əbəs  yerə  deyildir  ki,  xəlifə  

Ömər  Şəfa  bint  Abdullahı  bazar  və  ticarət  divanına  başçı  təyin  

etmişdi.  

Sonrakı  dövrlərdə  Abbasi  xəlifəsi  Harun  ər-Rəşidin  xanımı  

Zübeydə  bint  Cəfər  əl-Mənsur,  ərəb  sərkərdəsi  Tariq  ibn  Ziya-

dın  İspaniya  səfərində  iştirak  etmiş,  qalalardan  birinin  qapıla-

rını  içəridən  müsəlmanların  üzünə  açmış  Aişə  əl-Məqzumiyyə,  

Misir  əyalətlərindən  birinin  valisi  olmuş,  VII  Xaçlı  səfərində  

səlibçilərə  müqavimət  göstərmiş  Sultanə  Şəcərüddür,  Dehli  sul-

tanlığı  ordusunun  komandiri,  sultanlığın  hökmdarı,  diplomatik  

siyasəti  ilə  məşhur  Raziyə  Begüm,  XIV  əsrdə  Yəməni  idarə  

etmiş,  çoxlu  məktəb  açdırmış,  ölkədə  əmin-amanlığı  bərqərar  

etmiş,  hətt a  monqol  hücumundan  Misirin  müdafiəsi  üçün  ci-

had  elan  etmiş  hökmdar  xanım  əl-Üdar,  Fateh  Mehmetin  “ana”  

deyə  müraciət  etdiyi  və  osmanlılarla  ağqoyunlular  arasında  dip-

lomatik  danışıqların  təşəbbüskarı  və  aparıcısı  Sara  Xatun,  Qara-

bağ  xanlığında  Xurşudbanu  Natəvan  və  başqaları  sosial  sahədə  

öz  sözlərini  demiş  qadınlar  idilər.

İslam  dinində  kişi  və  qadın  bir-birini  tamamlayan  cütlük  

kimi  nəzərdən  keçirilir  və  bunun  isbatı  üçün  “ən-Nisa”  (Qa-

dınlar)  surəsinin  birinci  ayəsinə  istinad  edilir.  Ayədə  deyilir  ki,  

kişi  və  qadının  törədiyi  kök  birdir,  onların  hər  biri  digərinin  

cüt  tayıdır.  “Qadınlar  və  kişilər  bir  bütövün  parçalarıdır  (və  ya:  

qadınlar  kişilərin  bacılarıdır)”  –  deyən  də  Peyğəmbərin  özüdür.  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə