Qadin-kisi munasib?TL?RI



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix16.11.2017
ölçüsü201,87 Kb.
#10443
  1   2   3   4   5   6   7


 

1

QADIN-KİŞİ MÜNASİBƏTLƏRİ 

 

Azərbaycan Respublikası öz müstəqilliyinin səkkizinci ilinə  qədəm qoymuşdur. 



Dövlətimiz bu ötən illər  ərzində ictimai - siyasi həyatın bir çox sahələrində islahatlar 

aparmış, sovet həyat ərzindən temamilə ayrılıb, bəşəriyyətin əksəriyyətinin qəbul etdiyi 

demrokratik sistemə üz tutmuşdur. Müstəqil respublikanın 1995-ci də qəbul olunmuş ilk 

Konstitusiyası  vətəndaşlara yeni hüquqlar verməklə yanaşı, ölkədə plüralizmin, 

demokratiyanın bərqərar olması üçün hər cür şərait və imkanın olduğunu da bəyan 

etmişdir. Konstitusiyamızda təsbit olunan qanunlar Azərbaycan vətəndaşlarına 

cinsindən, dilindən, dinindən asılı olmayaraq bərabər hüquqlar vermişdir. 

Müasir dövrdə, dünyanın inkişaf etmiş demokratik ölkələrində belə, "Qadın 

problemi", "Qadın məsələsi" kəskinliklə önə  çıxır və qadınlar bu problemlərin həlli 

yollarını axtarmaq və ya 

onları  həll etmək məqsədilə öz təşkilatlarını yaradırlar. Bu gün respublikamızda 

Qadın Problemləri üzrə Dövlət Komitəsi, 30-dək qeyri - dövlət qadın təşkilatı (QDT) 

fəaliyyət göstərir. Cəmiyyətin aparıcı qüvvələrindən biri kimi, qadınlar öz müstəqil 

qurumlarını yaratmaqla, sosial-mənəvi, ictimai hadisələrin iştirakçısı olmaqla, müəyyən 

mənada, ölkədə həlledici funksiyalar daşımış olurlar. 

Hazırda dünyada qadınları birləşdirən bir çox təşkilat, blok, alyans və qurumlar 

formalaşmışdır. Onların nizamnaməsinə, fəaliyyət proqramına diqqət yetirsək, görərik ki, 

narazılıqları, əsasən, hüquqlarının tapdalanması, işdə, ailədə və cinsi münasibətdə ayrı-

seçkiliyə yol verilməsi ilə bağlıdır. Qeyd etdiyimiz təşkilatlar öz işlərində  məhz bu tipli 

problemlərin həlli məsələlərini qaldırırlar. Burada bir məqamı da qeyd etmək lazımdır: 

təsadüfi deyil ki, BMT "Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Olunması üzrə Konvensiya 

qəbul etmişdir. Buna uyğun olaraq, kişi və qadın münasibətlərini qadınların insan 

hüquqları nöqtəyi-nəzərindən tədqiq, təhlil, təbliğ, tədris etmək üçün BMTİP-in 

Azərbaycanda "Qender İnkişafda" Qurumu yaradılmışdır. 1998-ci ilin fevralında EA-nın 

Fəlsəfə  və Hüquq İnstitutu keçirdiyi "Qender: qadın probleminin yeni mərhələsi" 

respublika elmi-praktik konfransında qender məsələlərinin və araşdırılması  məqsədilə 

ölkənin müxtəlif bölgələrində seminarların ve sosioloji sorğuların keçirilməsi təklif 

olunmuşdur. Bu məqsədlə "Qender İnkişafda" Qurumu və "Qender Problemləri Mərkəzi 

(EA-nın Fəlsefə  və Hüquq İnstitutunun nəzdində) Bakı  şəhərində, Zaqatala, Masallı, 

Ağsu və Göyçay rayonlarında  əhalinin müxtəlif təbəqələri arasında sosioloji sorğu 

keçirmişdir. Bu sosioloji sorğuda müxtəlif yaşa və müxtəlif peşəyə  məxsus 400 nəfər 

iştirak etmişdir. 

Sorğu qrupu problemin öyrənilməsi üçün repsodentlərə suallarla müraciət 

etmişdir. Diqqəti cəlb edən məsələ odur ki, rəyi öyrənilənlərin  əksəriyyəti problemi və 

onun həlli yollarını düzgün başa düşmüş, qoyulan suallara dolğun cavab vermişlər. Eyni 

zamanda, qeyd etmək lazımdır ki, Bakı  şəhərində  və respublikamızın müxtəlif 

rayonlarında araşdırılan məsələ ilə bağlı müxtəlif səpgili fikirlər söylənilmiş, hətta, 

təkliflər verilmiş, bəzən də problemlərin həlli yolları göstərilmişdir. Sosioloji sorğu 

aparılarkən, bütün qaydalara əməl edilmiş, repsodentə  təzyiq və ya göstəriş olmamış, 

onlara öz şəxsi mülahizə, rəy və təkliflərini müstəqil, sərbəst şəkildə ifadə etmək imkanı 

verilmişdir. 

Keçirilən sorğuda Bakı  şəhərində, eləcə  də, rayon mərkəzlərində yaşayan  əhali 

ilə yanaşı, Zaqatala rayonunun Yuxarı Tala, Əli Bayramlı, Bazar, Aşağı Tala, Muğanlı, 

Maqov, Yuxarı Çardaxlar, Sabunçu, Lahıc, Qandex, Qımır, Suvagil kəndlərinin və 

Əliabad qəsəbəsinin; Ağsu rayonunun Kalva, Hacman, Xatman Dilman, Ərəbuşağı 

kəndlərinin; Göyçay rayonunun Potu, Şıxlı, Mallışıxlı, Ulaşşıxlı, Cəyirli kəndlərinin; 

Masallı rayonunun Köhnə Alvadı, Həsənli,  Ərkivan, Bambaşı, Təzə Alvadı  kəndlərinin 

və Bordigah qəsəbəsinin sakinləri də iştirak etmişlər. 




 

2

Sosioloji sorğu özündə 6 müxtəlif sualı ehtiva etmişdir ki, onlardan ikisi açıq 



qoyulmuşdur, dördü isə, müxtəlif problemləri əhatə edən bəndlərlə formulə edilərək, bir 

növ, hazır cavablar, yəni, münasibət, rəy bildirmək üçün tərtib edilmişdir. Bundan başqa, 

repsodentlərin əlavə fikir bildirmələri üçün də xüsusi yer qoyulmuşdur. 

Sosioloji sorğunun keçirilməsində  məqsəd, hazırda aktuallıq kəsb edən qender 

problematikasının, xüsusilə  də, qadın hüquqları  məsələsinin respublika reallığına 

(məlum postsovet dövrünün xüsusiyyətləri, milli mentalitet və s.) əsaslanan təhlili idi. 

Qeyd edək ki, sosioloji sorğu müxtəlif  ərazilərdə müxtəlif təbəqələr arasında 

aparılmışdır, elə buna görə də, nəticə müxtəlifliyini əks etdirir. 

Repsodentlərə 500 anket - sorğu vərəqi verilmişdir. Bunlardan 70-i Masallı 

bölgəsində paylanmış  və onlardan 40-ı cavablandırılmışdır. Ağsu-Göyçay  ərazisində 

100-dən 88-i, "Qadın və hüquq" konfransında 80-dən 44-ü, Bakı şəhərində isə, 150-dən 

140-ı cavablandırılmışdır. Beləliklə, 500 anket - sorğu vərəqindən 400-ü 

cavablandırılmışdır. Həmin cavablar təhlil edilib, faizlə göstərilmişdir. Onu da qeyd edək 

ki, 400 nəfər repsodentin 261 nəfəri qadın, 139 nəfəri kişidir (bax: cədvəl 1) . 

 

Cədvəl 1 

Ərazi 

Qa

dın 

Kişi 

Cəmi 

Masallı 


37 

3 

40 


Ağsu-Göyçay 

61 

27 

88 


Zaqatala 

48 

40 


88 

"Qadın və hüquq" 

Konfransı 

38 

44 



Bakı 

77 

63 


140 

Nəfər 


26

139 



400 

Faiz 


65,

2% 


34,8% 

100% 


 

Burada diqqəti bir cəhətə yönəltmək istərdik: sorğuda iştirak edənlərin təxminən 

1/3-dən çoxu kişilərdir. Bakı və Zaqataladakı repsodentlərin isə, təxminən yarısını kişilər 

təşkil edirlər. 

Sosioloji sorğu iki istiqamətdə aparılmışdır: kütləvi və  fərdi. Kütləvi  şəkildə - 

Masallı bölgəsində "Qadınlar  əmin-amanhq uğrunda" elmi-praktik seminarının, Bakı 

şəhərində "Qadın və hüquq'' Konfransının iştirakçıları arasında, fərdi şəkildə - Zaqatala

Ağsu-Göyçay ərazisində, eləcə də, paytaxtımızın müxtəlif yerlərində. 

1998-ci il fevral ayının  12-də BMTİP-nın "Qender İnkişafda" Qurumu EA-nın 

Fəlsəfə və Hüquq İnstitutu ilə birgə keçirdiyi "Qender: qadın probleminin yeni mərhələsi" 

adlı konfransında da buna uyğun olaraq, sosioloji sorğu keçirmişdir. Sorğu 100 nəfərə 

paylanmış, ondan 36-sı cavablandırılmışdır. Sosioloji sorğunun cavabları  nəşr 

olunmuşdur

1

. (Bax: "Qender: qadın probleminin yeni mərhələsi" Bakı, 1998.) 



Keçirilən sorğu repsodentlərin marağına səbəb olmuşdur. Bunun nəticəsidir ki, 

onlar cavab vererkən, bugünün realhqlanna söykənərək öz fıkirlərini sərbəst ifadə 

etmişler. Cavablar çoxçalarhlığı ilə diqqəti cəlb edir. Sorgunun nəticələri araşdırılarkən 

əldə edilmiş  məlumatlar göstərdi ki, şəhər-rayon-kənd sakinlərinin qarşılaşdığı 

problemlər  əksər hallarda üst-üstə düşür - bunlar, əsasən, keçid dövrünün spesifik 

xüsusiyyətlərinin aşkar əlamətləridir. 

Sorğunun birinci sualı Azərbaycandakı bugünkü durumla daha çox əlaqəli idi. 

"Keçid dövründə qadın daha çox hansı problemlerlə qarşılaşır?" sualına anketdə altı 

cavab və başqa fikir üçün yer ayrılıb (bax: cədvəl 2). Repsodentlərin fikrincə, müasir 



Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə