Qadınlar Arasında Həmrəylik



Yüklə 34 Kb.
tarix04.07.2018
ölçüsü34 Kb.
#53120



Qadınlar Arasında Həmrəylik

İctimai Birliyi


P R E S S R E L İ Z

4 dekabr 2009 əlaqə:Ruhəngiz Hüseynova

sədr

0503225808




Namizəd qadinlar müzakirə edir.


Ruhəngiz Hüseynova: 23 dekabr qadınların günüdür.
Baki 4 dekabr. “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi tərəfindən Baki şəhərində Media mərkəzində “Namizəd qadınların bələdiyyə seçkilərində iştirakçılıgının artırılması” layihəsi çərçivəsində Namizəd Qadınların Forumunu keçrildi. Forumda Bakı, Xaçmaz, Sumqayıt, Kürdəmir rayonlarından namizədliyı qeydə alınmış qadınlar iştirak edirdi
Layihənin məqsədi: 2009 dekabr ayında baş tutacaq bələdiyyə seçkilərində namizədliyini irəli sürməyə hazırlaşan qadınlarda özlərinə inam yaratmaq, məlumatlılıgını artırmaq, təbligat prosesində qadınların həmrəylik nümayiş etdirmələrinə nail olmaqır
. Forumun məqsədi namizəd qadinlara dəstək vermək,Azərbaycan seçicilərinə seçkilərdə cəcvermədə iştirak üçün müraciət etmək, seçkilərdən sonrakı dövr üçün fəaliyyəti müzakirə etmək,təbligat mərhələsində namizəd qadınların həmrəyliyihə nail olmaqdır.

Çıxış edən namizəd qadınlar seçki prosesində rastlaşdıqları problemləri və seçki kompaniyasının təbligat mərhələsini müzakirə etdilər Tədbirdə çıxış edən Svetlana Bayramova bu seçkilərdə qadınların şanslarının yüksək olduğunu bildirdi..Xətai rayonundan bələdiyəyə namizəd Ellada Məmmədova Seçicıləri necə inandırmaqlarindan danışdı” Mən xeyli müddətdirki ictimai –siyasi həyatdan çəkilmişdim. Qadinlar Arasında Həmrəylik İ.B. nin treninqlərində iştirak etdikdən sonra qərara gəldimki seçkilərdə iştirak edim.Əvvəl özüm inandım, sonra seçiciləri inandırmağa başladım.” Aypara Rüstəmova isə təlım materiallarının onlara çox kömək etdiyini dedi. Xaçmazdan olan namizəd Şərqiyyə Nurəliyeva MSK-ya müraciət qəbul etməyin zəruriliyindən danişdı. Forumda Ailə Qadin Uşaq Dövlət Komitəsinin və Ombusman Aparatının nümayəndəsi, QHT nümayəndələri, Bələdiyyə alyansının kordinatoru Abil Bayramov çıxış edərək qadınlara uğurlr arzuladılar.

Forumda İctimai Televiziya tərəfindən çəkiliş aparıldı..

Seçkilərdən sonra da fəaliyyətləri davam etdirmək üçün Namizəd Qadınların Resurs Mərkəzi yaradıldı. Beş nəfərdən ibarət katiblik seçildi.


Forumun sonunda Azərbaycan seçicilərinə, MSK-na müraciət və Forumun Qətnaməsi qəbul olundu
“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi 2002-ci ildən fəaliyyət göstərir. Məqsədi ictimai həyatda və qərarların qəbulunda qadınların rolunun artırılması, onların problemlərinin həll edilməsidir.
###

###
Yüklə 34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə