Qafqaz Barometri



Yüklə 14,4 Kb.
tarix25.06.2018
ölçüsü14,4 Kb.
#51468

Qafqaz Tədqiqat Resurs Mərkəzi –Azərbaycan

Avrasiya Əməkdaşlıq Fondunun proqramı


“Qafqaz Barometri” sorğusu üçün Nəzarətçi və İntervyüer vəzifələrini

elan edir:



Qafqaz Barometri (əvvəlki QTRM illik Məlumat Təşəbbüsü Sorğusu) Cənubi Qafqazda sosial transformasiya prosseslərinin müxtəlif baxışlarını anlamaq üçün etibarlı və təcrübəyə əsaslanan məlumat əldə etmək məqsədini daşıyan illik sorğudur. Bu sorğunun həyata keçirilməsində lazımi keyfiyyət nümayiş etdirə biləcək Nəzarətçiİntervyüer vəsifəsinə namizədlər tələb olunur. Sorğu reprezentativ olacağı üçün, intervyüerlər və nəzarətçilər Azərbaycanın müxtəlif bölgələrinin sakinləri ola bilər.

Nəzarətçi vəzifəsi

Öhdəlikləri:

  • Sahə heyətini seçmək, onlara rəhbərlik etmək və təlim keçmək;

  • Sahə heyətinin işinin keyfiyyətli yerinə yetirilməsini təmin etmək;

  • İş qrafikinə nəzarət etmək;

  • Sahə işi zamanı yaranan fövqəladə halları həll etmək;

  • İntervyüerlərin iş prossesini idarə etmək, qrup iclasları təyin etmək;

  • İntervyüerlərin suallarını cavablandırmaq;

  • Düzgün doldurulmuş sorğu anketlərinin qəbulunu idarə etmək.


Seçilmiş namizədlərdən gözlənilir:

  • Sahə tədqiqatı başlamazdan əvvəl, həyata keçirilən müddətdə və sonra yarım ştat işləmək (sahə tədqiqatının ilkin tarixi Sentyabrın axırı - Oktyabrın əvvəli);

  • Sahə tədqiqatı zamanı bölgələrə müntəzəm səfər etmək;

  • İntervyuerlərin işini ciddi yoxlamaq.


Tələblər:

  • Rus və Azərbaycan dillərində səlist bilmə;

  • Sorğu aparılmasında təcrübə;

  • Təlimlərin keçirilməsində və müəllimlik sahəsində təcrübə;

  • Yeni fəaliyyətlərin öyrənilməsinə maraq və səyin olması;

  • İş prossesinin idarə və rəhbərlik edilməsində bacarıq;

  • Təzyiq altında işləyə bilmə bacarığı.


Müqavilənin müddəti: 1-2 ay

Müraciət etmək istəyənlər: Azərbaycan və ya Rus dilində olan 2 səhifəlik CV- nizi (sahə təcrübənizi və müraciət etdiyiniz vəzifəni qeyd edərək) seymur@crrccenters.org electron poçtuna göndərə və ya ofisimizə gətirə bilərsiniz.

Ünvan: Bəşir Səfəroğlu küç. 122, Xəzər Universiteti, 2-ci mərtəbə, Tel: 994-12-596-87-35, Məsul şəxs: Seymur Cavadov

Ərizələrin son qəbul tarixi: 15 Sentyabr 2011-ci il.

Sahə intervyüeri vəzifəsi:

Öhdəlikləri:

  • Sahə tədqiqatından öncə QTRM-nin təşkil etdiyi bütün təlimlərdə iştirak etmək;

  • Nəzarətçi tərəfindən verilən təlimatlara riayət etmək;

  • Verilən qrup üzrə üzbəüz müsahibələr aparmaq;

  • Sahə işi zamanı yaranan fövqəladə hallar barədə nəzarətçiyə məruzə etmək;

  • Vaxtında doldurulmuş sorğu anketlərini təhvil vermək.


Seçilmiş namizədlərdən gözlənilir:

  • Xoş, düzgün və özünə inamlı olmalı;

  • Səlist danışıq bacarığı olmalı;

  • 7-10 gün işləməli (sahə tədqiqatının ilkin tarixi Sentyabrın axırı - Oktyabrın əvvəli);

  • Təhvil təslim işini vaxtinda və ehtiyatla həyata keçirməli.


Tələblər:

  • Azərbaycan dillində səlist bilmə;

  • Sorğu aparılmasında təcrübə;

  • Yeni fəaliyyətlərin öyrənilməsinə maraq və səyin olması;

  • Təzyiq altında işləyə bilmə bacarığı.


Müqavilənin müddəti:10 gün

Müraciət etmək istəyənlər: Azərbaycan və ya Rus dilində olan 2 səhifəlik CV- nizi (sahə təcrübənizi və müraciət etdiyiniz vəzifəni qeyd edərək) seymur@crrccenters.org electron poçtuna göndərə və ya ofisimizə gətirə bilərsiniz.

Ünvan: Bəşir Səfəroğlu küç. 122, Xəzər Universiteti, 2-ci mərtəbə, Tel: 994-12-596-87-35, Məsul şəxs: Seymur Cavadov

Ərizələrin son qəbul tarixi: 15 Sentyabr 2011-ci il.
Yüklə 14,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə