Qafqaz Media Tədqiqatlar Mərkəzi (qmtm) Acıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə “Qafqazda Media Tədqiqatlarının İnkişafı” regional jurnalist tədqiqatları layihəsinin icrasına başlayır



Yüklə 13,26 Kb.
tarix21.06.2018
ölçüsü13,26 Kb.
#50162

Qafqazda Media Tədqiqatlarının İnkişafı” regional jurnalist tədqiqatları layihəsi
Qafqaz Media Tədqiqatlar Mərkəzi məmnuniyyətlə (QMTM) Acıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə “Qafqazda Media Tədqiqatlarının İnkişafı” regional jurnalist tədqiqatları layihəsinin icrasına başladığını bəyan edir. Layihə Azərbaycanı və Gürcüstanı əhatə edir. Noyabr ayından başlayaraq 6 ay müddətində davam edəcək layihədə hər ay müəyyən olunmuş bir mövzu üzrə müsabiqə elan olunacaq.
Musabiqəyə təqdim olunan yazılar yerli mediada çap olunmalıdır. Hər ay jurnalistlər üçün ümumi məbləği 550 ABŞ dolları olan mükafat fondu nəzərdə tutulub. Ay ərzində elan olunmuş mövzu üzrə təqdim olunmuş yazılar üçün 6 mükafat veriləcək:
1– ci yer – 1 mükafat

2 –ci yer – 2 mükafat

3 –cü yer – 3 mükafat
Hər 1-ci yer üçün aylıq mükafat 250 ABŞ dolları, hər 2 –ci yer üçün aylıq mükafat 150 ABŞ dolları, hər 3-cü yer üçün aylıq mükafat 50 ABŞ dolları həcmində müəyyən olunub.


Aylar

Tədqiqat mövzuları

Musabiqənin başlama tarixi

Tədqiqat yazılarını son təqdim etmə tarixi

I ay

Uşaq hüquqlarının qorunması və uşaq əməyindən sui istifadə halları

15 Noyabr

15 Dekabr

II ay

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə medianın rolu

15 Dekabr

15 Yanvar (2007)

III ay

Qafqazda insan ticarəti və seksual zorakılıq problemləri

Yanvar 15

15 Fevral

IV ay

Əlillər və onların cəmiyyətə inteqrasiyası problemləri

15 Fevral

15 Mart

V ay

Qafqazda narkotiklərin qanunsuz dövriyyəsi və buna imkan yaradan amillər

15 Mart

15 Aprel

VI ay

Qafqaz ailələrində qadın hüququ və gender problemi

15 Aprel

15 May

Hər bir aylıq müsabiqənin nəticəsi yazıların təqdimetmə vaxtı bitdikdən sonra 15 gün ərzində elan olunacaq.


Elavə məlumat üçün Qafqaz Media Tədqiqatlar Mərkəzinin web saytina (http://cmic.aznet.org) baxin, və ya aşağıdakl telefon nömrələri və e-maillərlə əlaqə saxlayın:

437 2003; (050) 3192079



E-mail: caucasusmedia@yahoo.com
Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə