Qafqaz təDQİqat resurs məRKƏZİ azərbaycan respublikasında tibbi sığorta sisteminin inkişaf istiqamətləri



Yüklə 445 b.
tarix20.09.2017
ölçüsü445 b.
#743


QAFQAZ TƏDQİQAT RESURS MƏRKƏZİ AZƏRBAYCAN

  • Azərbaycan Respublikasında tibbi sığorta sisteminin inkişaf istiqamətləri

  • Ağanemət Ağayev 14 mart 2006-cı il


Tibbi sığorta nədir?

  • Tibbi sığorta – sığortalının müxtəlif səbəblər üzündən sağlamlığının itirilməsi ilə bağlı sığorlanması üzrə sığorta münasibətidir.



Tədqiqatın metodologiyası

  • Tibbi sığorta sahəsində mütərəqqi dünya təcrübəsinin dərslərini tədqiq etməklə rasional modellərin üstün xüsusiyyətlərini ölkədə tibbi sığorta sisteminin təkmilləşdirilməsinə tətbiq etmək.







Tibbi sığortanı alt sistemləri

  • Könüllü tibbi sığorta

  • İcbari tibbi sığorta



Könüllü tibbi sığorta

  • Sığortalanan (fərdi və ya kollektiv)  sığorta institutu  tibb müəssisəsi



İcbari tibbi sığorta

  • İşləyən vətəndaşlar üçün:

  • - müəssisə (firma)  dövlət maliyyə fondu tibb müəssisəsi

  • - müəssisə (firma)  sığorta institutu  tibb müəssisəsi

  • İşləməyən vətəndaşlar üçün:

  • - müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə  dövlət maliyyə fondu tibb müəssisəsi

  • - müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə  sığorta institutu tibb müəssisəsi



Hədəflər

  • Güclü maarifləndirmə

  • Əmək haqqı səviyyələrinin yüksəldilməsi

  • Dövlət və ictimai maliyyə nəzarətinin gücləndirilməsi

  • Markentinq fəaliyyətinin gücləndirilməsi

  • Sığorta institutlarının inkişaf etdirilməsi

  • Bələdiyyələrin büdcə və büdcədənkənar fondlarının gücləndirilməsi

  • İctimai-sosial yardım proqramlarının həyata keçirilməsi



İEOÖ tibbi sığorta sisteminin zəif inkişaf etməsinin səbəbləri

  • Əhali gəlirlərinin nisbətən aşağı səviyyəyə malik olması;

  • Korporativ sektorda maliyyə şəffaflığının zəif olması;

  • Sığorta sisteminin, o cümlədən icbari tibbi sığorta sisteminin hüquqi-normativ bazasının təkmil olmaması;

  • İnstitusional mexanizmin kompleks, eyni zamanda tam səmərəli idarəetməyə imkan verməməsi və s.



AR-də səhiyyə sisteminin, xüsusilə də səhiyyə iqtisadiyyatının mövcud durumu...

  • SSRİ dövründə ölkənin səhiyyə sistemi formalaşdırılmış, bütün istiqamətlər üzrə səhiyyə müəssisələri və təşkilatları yaradılmışdır.

  • Hazırda səhiyyə sistemi əsas etibarilə ittifaq dövründən miras qalmış idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir.

  • Milli müstəqillik əldə olunandan sonra özəl səhiyyə müəssisələri yaradılmağı başladı və bu proses davam etməkdədir.

  • Hazırda səhiyyə sistemi əsas etibarilə fiskal maliyyələşdirmə mexanizmi əsasında fəaliyyət göstərir.



...AR-də səhiyyə sisteminin, xüsusilə də səhiyyə iqtisadiyyatının mövcud durumu

  • Fiskal maliyyələşdirmə ilə yanaşı dövlət pullu tibbi xidmət göstərir və bu demək olar ki, heç bir konkret sosial-iqtisadi siyasət sənədinə əsaslanmır və buna görə də pərakəndə xarakter daşıyır. Dövlətin pullu tibbi xidmətlərindən əldə olunan vəsaitlər səhiyyə sisteminə yönəldilən büdcə vəsaitlərinə nisbətdə cüzi xarakter daşıyır.

  • Səhiyyə iqtisadiyyatının həm nəzəri, həm də dünya təcrübəsi baxımından ən mütərəqqi mexanizmi olan icbari tibbi sığorta sisteminə keçidlə bağlı dövlət tərəfindən sənədi hazırlanmış və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Lakin, bu mexanizmin tətbiqinə başlanmamışdır.

  • İcbari tibbi sığortadan fərqli olaraq könüllü tibbi sığorta bazarı qismən formalaşmışdır. Lakin, bu bazarın inkişafı müxtəlif amillər üzündən çox ləng gedir.



“Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amillər” (respondentlər):

  • Hüquqi mexanizmin işlək olmaması.

  • İslahatların ləng aparılması, dövlət qayğısızlığı.

  • İnamın azlığı.

  • İşsizlik problemi.

  • Müəssisələrin maliyyə vəziyyətinin aşağı olması.

  • İcbari tibbi sığorta mexanizminin tətbiq edilməməsi.

  • Dövlət nəzarətinin olmaması.

  • Korporativ idarəetmə mədəniyyətinin zəifliyi.

  • Tibb müəssisələrinin kadr və maddi təchizat sisteminin zəifliyi.

  • Maliyyə şəffaflığının zəifliyi.



Təkliflər...

  • Makroiqtisadi səviyyədə islahatların aparılması, iqtisadi artımın sürətləndirilməsi və korrupsiyanın aradan qaldırılması

  • Azərbaycanda mövcud olan tibb müəssisələrinin kadr və maddi təchizat sisteminin gücləndirilməsini

  • Tibbi sığorta sisteminə dövlət nəzarətinin və diqqətinin gücləndirilməsini

  • Səhiyyə sistemində islahatların aparılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi

  • Lisenziya verilməsində rüşvətin aradan qaldırılması



...Təkliflər...

  • Xarici ölkələrin tibbi sığorta sistemi ilə tanışlıq onu deməyə əsas verir ki, bu ölkələrdə tibbi sığorta sisteminin müxtəlif mövqelərdən (sığorta olunan xəstə­liklər; sığortada fərdilik, ailəlilik, kollektivlik maraqlarının gözlənilməsi və s.) əhatə dairəsi, tibbi sığorta bazarında xidmətin seqmentləşməsi, maliyyələşmə mexanizmi, müavinət prosedurası, keyfiyyətli xidmət mexanizmi və s. məsələlər müxtəlifdir və onların bir çoxunu Azərbaycan Respublikasında tətbiq etmək mümkün deyil.

  • Xarici ölkələrin təcrübəsi ilə tanışlıq onu deməyə əsas verir ki, səhiyyənin maliyyələşmə mexanizmini bazar iqtisadiyyatının prinsipləri ilə uyğunlaşdırmağın əsas yolu məhz tibbi sığorta institutunun formalaşmasıdır.



...Təkliflər...

  • Ümumilikdə icbari tibbi sığorta sosial xarakter daşıyır və kommersiya maraqlarını özündən demək olar ki, kənar edir. Amma qeyd etmək lazımdır ki, bu gün ölkədə tibbi sığorta sferasında bazar ünsürlərinin genişləndirilməsi vacib məsələdir. Ən azından ona görə ki, inkişaf etdikcə bütün resurslardan səmərəli və minimum xərclər daxilində istifadə edilməsi yolu ilə tibbi sığorta sahəsində resurslara qənaət etmək, xidmətin keyfiyyətini yüksəltmək olar.

  • Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amillərdən ən vacibi vətəndaşların sığorta sahəsində maarifçilik və reklam səviyyəsinin aşağı olmasıdır. Buna görə də cari dövrdə ölkədə dövlət maliyyəsi hesabına ictimai, sahibkarların maliyyəsi hesabına isə biznes reklam və məlumat materiallarının vətəndaşlara çatdırılması tibbi sığortanın inkişafı baxımından zəruridir. Bu yolla, həmçinin vətəndaşların tibbi sığorta sisteminin sərfəliliyinə olan inam problemi də öz həllini tapmış olar.



...Təkliflər...

  • Əhali gəlirlərinin azlığı, işsizlik və yoxsulluq problemi bu gün ölkədə tibbi sığorta sisteminin inkişafına ciddi maneə törədir. Məhz bu baxımdan, hökumət tərəfindən əhalinin həyat səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən istənilən islahat və tədbir son anda ölkədə tibbi sığorta sisteminin inkişafına öz töhfəsini verməlidir. Burada islahatların intensiv və yüksək qayğı içərisində aparılması xüsusilə diqqət mərkəzində olmalıdır.

  • Hüquqi mexanizmin qeyri-işlək olması faktı da tibbi sığortanın inkişafını ləngidən amillərdəndir. Hesab edirik ki, bu gün Azərbaycanda tibbi sığorta sisteminin, xüsusilə də icbari tibbi sığorta sisteminin formalaşmasını şərtləndirən hüquqi-normativ sənədlərdə əks olunan müddəalar əməl olunsa, cari dövr üçün tibbi sığortanın normal inkişafına nail olmaq mümkündür.



...Təkliflər...

  • Müəssisələrin maliyyə vəziyyətinin aşağı olması faktını əsas götürərək qeyd etmək olar ki, Azərbaycanda tibbi sığorta sisteminin maliyyə yükünün əsasən ictimai resurslara söykənməsinin zəruriliyi tibbi sığortanın inkişafı baxımından inkaredilməzdir. Bu məsələdə tibbi sığorta növləri arasında diferensiasiyanın da gözlənilməsi vacibdir. Yəni bu gün icbari tibbi sığortanın tam olaraq ictimai maliyyə hesabına təmin edilməsi mümkün olduğu halda, bu praktiki addımı könüllü tibbi sığortaya birbaşa tətbiq etmək doğru olmaz. Hesab edirik ki, tibbi sığortanın bu növü üçün daha səmərəli addım, məhz həmin növ sığorta üçün səmərəli bazar mühitinin yaradılması olardı.

  • Azərbaycan Respublikasında könüllü tibbi sığorta sisteminin yüksək inkişafını müşahidə etmək üçün, mütləq sahibkarlarda korporativ idarəetmə mədəniyyətinin güclənməsi kimi keyfiyyət parametrinin olmasını gözləmək lazımdır.



...Təkliflər...

  • Tibb müəssisələrinin kadr və maddi təchizat sisteminin zəifliyi də ölkədə tibbi sığorta sisteminin inkişafını ləngidən amillərdən olduğu üçün bu məsələyə də ciddi diqqət verilməsi vacibdir. Tibbi müəssisələrinin qeyd edilən probleminin həllində əsas yük dövlətin üzərinə düşür.

  • Tibbi sığorta sistemində mülkiyyət formasına görə daha böyük üstünlük dövlət müəssisələrinə verilməlidir. Bu fikri sorğu aparılmış respondentlər də dəstəkləyir. Perspektivlik və davamlılıq baxımından isə yerli özəl müəssisələrə, qarışıq və hətta xarici firmalara üstünlük verilməsi daha məqsədəuyğundur.



...Təkliflər...

  • Cari dövr üçün əhalinin sağlamlıq səviyyəsini yaxşılaşdırmaq məqsədilə məhz icbari tibbi sığorta sisteminin inkişaf etdirilməsi daha məqsədəuyğundur. Bu təklifi sorğu aparılmış respondentlərin də böyük əksəriyyəti dəstəkləyir. Azərbaycanda digər post sovet ölkələrində (xüsusilə, Rusiya Federasiyasında) olduğu kimi icbari tibbi sığorta sisteminin tətbiqini və inkişafını təmin etmək üçün aşağıdakı islahatların həyata keçirməsi məqsədəuyğundur:

  • - İcbari tibbi sığorta mexanizminin real tətbiqinə başlanılması;

  • - Müvafiq hökumət strukturları arasında birgə işçi qrupunun yaradılması;

  • - İcbari ödənişlərin səviyyəsinin müəyyən etmək üçün başlanğıc ilində ölkə üzrə gözlənilən əmək haqqı fondunun səviyyəsi ilə ümumi səhiyyə xərcləri səviyyəsinin dərindən təhlil olunması, həmçinin dövlətin digər maliyyə imkanları qiymətləndirilməklə qərarların qəbul olunması;

  • - İcbari tibbi sığorta sisteminin gəlirləri ilə sığorta olunan pasientə göstərilən tibbi xidmət üzrə öhdəlik arasında balansın təmin edilməsi;

  • - İcbari tibbi sığorta sisteminin bütün subyektləri tərəfindən resursların məqsədli və səmərəli istifadə ilə bağlı effektiv mexanizmin təmin edilməsi;

  • - Fəaliyyəti dövründə yığılmış mənfi xüsusiyyətlərin aradan qaldırılması;

  • - İcbari tibbi sığortanın, səhiyyənin və vətəndaşların hüquqi və təşkilati-iqtisadi mexanizmlərin qarşılıqlı mexanizminin harmonizasiyası.



...Təkliflər...

  • Dövlətin, o cümlədən özəl sektorun maliyyə sistemində şəffaflığın təmin edilməsi, korrupsiyanın radan qaldırılması ümumi mənada iqtisadi inkişaf ilə yanaşı, tibbi sığorta sisteminin də inkişafına obyektiv şərait yaradar.

  • Azərbaycan Respublikasında mövcud olan tibbi sığorta sisteminin əsas çatışmayan xüsusiyyətindən biri kimi ölkədə bu sistemə nəzarət sisteminin mövcud olmamağı faktı da nəzərdən qaçırılmamalı və bu problemin həllinə nail olmağa çalışılmalıdır.

  • Azərbaycanda bir sıra qərb ölkələrinin (xüsusilə, Almaniya) təcrübəsinə əsaslanaraq tibbi sığorta sistemi çərçəvəsində göstərilən tibbi xidmətlərin tamlığına nail olmaq məqsədəuyğundur. Belə ki, ölkədə mövcud olan icbari tibbi sığorta sistemi sosial xarakterli xəstəliklərin (vərəm, psixoloji, damar və s. bu xarakterli xəstəliklər) sığorta olunmasını da nəzərdə tutsa, əhalinin bu sistemdən daha geniş miqyasda bəhrələnməsinə səbəb ola bilər.



...Təkliflər...

  • Azərbaycanda sığortanın inkişafı ilə bağlı konsepsiyanın və onun reallaşdırılması üzrə uzunmüddətli proqramın olmaması səbəbindən dövlət hələ də özü üçün dəqiqləşdirə bilməmişdir ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsində sığortanın nə kimi rolu və yeri vardır.

  • Bu gün həm könüllü tibbi sığorta fəaliyyət göstərən sığorta şirkətlərinin sayının çox olmaması, həm də aktiv fəaliyyət göstərməməyi faktları tibbi sığorta bazarının çatışmazlıqlarındandır ki, bu problemin də gündəmdə saxlanılması və onun həllə yolları barədə düşünülməsi labüddür.

  • Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələrdə səhiyyənin maliyyələşdirilməsinin proqressiv sığorta sisteminə səhiyyənin konservativ tənzimlənməsi mövcud olan şəraitdə keçmək mümkün olmadığı üçün, ölkədə tibbi sığorta sisteminin səmərəli və davamlı fəaliyyət göstərməsini təmin etmək üçün pasientlərin hüquqlarını müdafiə edən institutlar yaradılmalıdır.



...Təkliflər...

  • Bazar iqtisadiyyatı şəraitində bütün sektorlarda olduğu kimi səhiyyə sistemində də resurslardan effektli istifadə bir nömrəli məsələlərdən olmalıdır. Yəni bu gün ölkənin maddi resursları elə istifadə olunmalıdır ki, göstərilən eyni bir tibbi xidmətə ən az xərc prinsipi gözlənilmiş olsun. Bu məqsədlə, həmçinin ölkənin səhiyyə sisteminin prioritet xidmət istiqamətləri müəyyən edilməlidir ki, bu yolla da nəinki resurslardan səmərəli istifadə, həmçinin də xidmətlərdən məqsədli və səmərəli istifadə etmək mümkün olacaqdır. Lakin qeyd edək ki, ölkədə göstərilən səhiyyə xidmətlərindən prioritetlərini seçmək üçün mütləq konkret meyarlar müəyyən edilməli və bu meyarlar əsasında da prioritet xidmət növləri seçilməlidir.



...Təkliflər...

  • Bu gün ölkədə işləyən əhali ilə yanaşı, işsiz əhalinin də tibbi sığorta sisteminə cəlb olunması və ya hər hansı bir yolla onların pulsuz tibbi xidmətlərlə təmin edilməsini reallaşdırmaq məqsədilə də yeni və davamlı maliyyə mənbələri tapmaq lazımdır.

  • İcbari tibbi sığorta sistemində effektiv xərc mexanizmini reallaşdırmaq məqsədilə sığortaçılar qarşısında öhdəlik qoymaq lazımdır. Bu öhdəlik ilk növbədə onların seçdikləri tibb müəssisələrində əsas götürdükləri meyarların məhz “ən aşağı qiymətə ən yüksək xidmət göstərən təşkilat” prinsipinə söykənməlidir.



  • DİQQƏTİNİZƏ GÖRƏ

  • TƏŞƏKKÜR EDİRƏM!



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə