Qafqaz Tədqiqat Resurs Mərkəzi –Azərbaycan



Yüklə 7,33 Kb.
tarix21.06.2018
ölçüsü7,33 Kb.

Qafqaz Tədqiqat Resurs Mərkəzi –Azərbaycan

Avrasiya Əməkdaşlıq Fondunun proqramı


Qafqaz Barometri” sorğusu üçün Nəzarətçi vəzifəsini

elan edir:



Qafqaz Barometri (əvvəlki QTRM illik Məlumat Təşəbbüsü Sorğusu) Cənubi Qafqazda sosial transformasiya prosseslərinin müxtəlif baxışlarını anlamaq üçün etibarlı və təcrübəyə əsaslanan məlumat əldə etmək məqsədini daşıyan illik sorğudur. Bu sorğunun həyata keçirilməsində lazımi keyfiyyət nümayiş etdirə biləcək Nəzarətçi vəsifəsinə namizədlər tələb olunur.

Öhdəliklər:

  • İntervyüerlərin anketlərinin düzgün qaydada və tam doldurulub doldurulmamasını yoxlamaq;

  • Sahə işində aşkar olunmuş hər hansı bir problem ilə bağlı QTRM-nin Proqram üzrə menecerini və sahə işi üzrə menecerini məlumatlandırmaq;

  • Sahə işinin keyfiyyətli yerinə yetirilib yetirilməməsini yoxlamaq;

  • Verilən qrup üzrə üzbəüz müsahibələr aparmaq;

  • QTRM-nin nəzarət anketi ilə bağlı təşkil etdiyi təlimlərdə iştirak etmək;

  • Sahə tədqiqatından sonra bölgələrə səfər etmək;

  • Sahə işinin yoxlanılmasının nəticələrinə dair yazılı hesabat hazırlamaq və QTRM-nin Proqram üzrə menecerinə təhvil vermək;



Tələblər:

  • Azərbaycan dilini səlist bilməli;

  • Sorğu aparılmasında təcrübəsi olmalı;

  • Yeni fəaliyyətlərin öyrənilməsinə maraq və səy göstərməli;

  • Təzyiq altında işləyə bilmə bacarığı olmalı.


Müqavilənin müddəti: 1 ay

Üstünlük şəxsi avtomobili olan şəxslərə veriləcək.



Müraciət etmək istəyənlər: CV- nizi khayala.mustafayeva@crrccenters.org electron poçtuna göndərə və ya ofisimizə gətirə bilərsiniz. (Ünvan: B. Səfəroğlu küçəsi 122, Xəzər Universitetinin binası, 2-ci mərtəbə Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC)

Ərizələrin son qəbul tarixi: 21 oktyabr 2011-ci il.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə