Qan yaddaşı



Yüklə 21,13 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü21,13 Kb.
#10168


 

Şahin Böyükağa oğlu Əlibəyli  



Qan yaddaşı 

 

2008-ci  il  12  dekabrında  saytlardan  birində  rus  alimi,  Rossiyskiye  nedra» 



qəzetinin müxbiri Mixail İvanoviç Burleşin tərəfindən təqdim edilən «Qanın yaddaşı olur» 

adlı maraqlı bir məqalə yerləşdirilmişdi [2]. Suyun və fizioloji mayelərin qeyri-adi xassələri 

haqqında danışılan həmin məqalə 2010-cu ildə cüzi dəyişikliklərlə «Qan və suyun yaddaşı 

fenomeni»  adı  altında  «Pensioner  Rossii»  qəzetinin  yanvar  buraxılışına  salınmışdı  [3]. 

Məqalə  müəllifi  kifayət  qədər  nüfüzlu  alim  və  ciddi  araşdırıcı  olduğundan  orada  qeyd 

edilənlər  elm  adamları  tərəfindən  maraqla  qarşılanmışdır.  Beynəlxalq  Akademik  Ali 

Attestasiya  Komissiyasının  qərarı  ilə  professor  elmi  dərəcəsi  verilmiş  geologiya-

mineralogiya elmləri namizədi Mixail İvanoviç Burleşin həmişə dərin məzmunlu yazıları 

ilə gündəmdə olmuşdur.  

Məqalədə  qeyd  edilirdi  ki,  Rusiyanın  bioloq-alimləri  və  həkimlərinin  iştirak 

etdiyi  seminar  «canlı»  və  «ölü»  su,  həmçinin  insanın  qanından  istifadə  edərək  onun 

sağlamlığına təsirin mümkünlüyü haqqında problemlərə həsr olunmuşdu. Seminarda qanla 

bağlı  maraqlı  məlumat  hamının  diqqətini  özünə  cəlb  etmişdi.  Məruzəçinin  fikrincə,  hər 

insan  dezoksiribonuklein  turşusu  (DNT)  molekulunun  yalnız  ona  məxsus  olan  hərəkət 

tezliyinə malikdir. İnsanın hüceyrələrinin bütün DNT molekulları bir tezlikdə rəqs edir. Bu 

minvalla onların əmələ gətirdiyi sahəyə rəqslərin dayaq sahəsi deyilir. Orqanizmdə gedən 

fizioloji proseslər bu istinad sahəsində «yığılır»  («qalaqlanır») və insan üçün fərdi titrəyişli 

hərəkət rejimində olur.  

İnsandan  götürülən  və  hətta  onun  cismindən  ayrı  düşən  qan  onunla  əlaqə 

saxlamaqda və dayaq sahəsi rejimində titrəməkdə davam edir. Cihazlar insandan götürülən 

qana  təsir  etməklə  dayaq  sahəsi  titrəyişləri  vasitəsilə  onun  bədənində  gedən  fizioloji 

proseslərin  xarakterini  dəyişdirməyin  mümkün  olduğunu  obyektiv  olaraq  qeydə  alırlar. 

Qanın  elmi  metodla  aşkar  olunmuş  belə  bir  maraqlı  xüsusiyyəti,  sən  demə,  uşaq  vaxtı 

hamımızın oxuduğu iki əkiz qardaş haqqında nağılda artıq təsvir edilibmiş. Qardaşlardan 

biri yola düzəlib səfərə çıxır, digəri isə evdə qalır. Qərib ölkəyə səyahət edən əkiz qardaşın 

taleyi  haqqında  məlumatlı  olmaq  üçün  ondan  bir  damcı  qan  alır  və  fincanda  suda  həll 

edərək saxlayırlar. Hesab edirlər ki, qürbətdə olan qardaşın vəziyyəti, başına nəsə bir pis iş 

gəlməsi, ona bədbəxtlik üz verməsi suyun rənginə görə bilinəcəkdir. Səyahətdəki qardaş 

sağ-salamat olanda su şəffaf olaraq qalırdı. Ancaq küpəgirən qarı və yaxud hər şeyə qadir 

olan cadugər qürbətdəki oğlanı daşa çevirən kimi elə həmin andaca fincandakı su dərhal al-

qırmızı  rəngə  boyanır.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  nağılda  ikinci  qardaşda  gələcəyi 

görmə qabiliyyəti çox tez-tez özünü büruzə verir.  

Əlbəttə,  nağılda  danışılanların  nə  vaxtsa  reallıqla  səsləşəcəyini  heç  kim 

təsəvvürünə  belə  gətirməzdi.  Ancaq  orada  danışılanlar  heyrandoğurucu  dəqiqliklə 

eksperimentdə baş vermişdir. Belə ki, yeni diaqnostik cihazların yaradılması problemi ilə 

məşğul olan elmi-tədqiqat institutlarından birində oxşar eksperiment aparılmışdır. İnsanın 

qanından  bir  damcı  götürülür  və  suda  həll  edilir.  Sonra  içərisində  praktik  olaraq  təmiz 

hesab  edilən  suyun  olduğu  uzun  menzurka  bir  xronoqrafın  yaxınlığında  quraşdırılır. 

Menzurka dərəcələrə bölünmüş stəkan olub, mayeni ölçmək üçün lazım gəlir, xronoqraf 



 

isə  rəngin  hətta  cüzi  dəyişikliyini  qeydə  alan  xüsusi  həssas  cihazdır.  Menzurka  və 



xronoqraf quraşdırıldıqdan sonra ekstrasens təsir etməyə başlayır. Qanın götürüldüyü insan 

laboratoriyadan  bir  neçə  kilometr  aralıda  dolaşır.  Ekstrasens  bir  az  da  uzaqda,  məsələn, 

deyək ki, evində olur, tamamilə mücərrəd işlərini görür, kitab oxuyur, məqalə yazır, yaxud 

başqa şeylər edir. Ancaq saata dəqiq baxmaqla «üzərində təcrübə qoyulan» insanın şəklinə 

(obrazına)  dövri  olaraq  təsir  edir.  Aydın  olur  ki,  qanın  götürüldüyü  insanın  obrazına 

ekstrasens  təsir  göstərməyə  başlayan  anda  suda  həll  edilmiş  qan  bunu  «hiss  edir»  və 

rəngini dəyişdirir. İçərisində bir damcı qanın həll edildiyi suyun yaxınlığında quraşdırılmış 

cihaz işə düşür və qanın rəngindəki belə bir dəyişikliyi qeydə alır. Rəngin dəyişməsini fiksə 

edən xronoqrafla birləşdirilmiş kompüterin ekranında aydın pik nəzərə çarpır.  

Görünür ki, cadugər, gözbağlayıcı, ovsunçu və sehrbazlar insanın qanının onun 

özü ilə əlaqə saxladığını intuitiv olaraq bilirlər. Belələri müəyyən məqsədlə bir adamın təsir 

altına salınması və ona xoşagəlməzliklərin tuşlanması üçün onun qanının əlverişli vasitə 

kimi  xidmət  göstərə  bildiyini  yaxşı  anlayırlar.  Cadugərliklə  məşğul  olanların  nəzərincə, 

qan  təsir  altına  salınacaq  adamda  azar  əmələ  gətirilməsi,  ona  bəla  yönəldilməsi,  xətər 

yetirilməsi, bədbəxtlik verilməsi üçün çox münasib bir vasitədir.  

Belə güman olunur ki, baş verənlərdən xəbərdar olma qanda həmişəlik yaşayan 

yaddaş hüceyrələri hesabına həyata keçir. İnsanın qanı onun keçirdiyi bütün tarixi yadında 

saxlayır.  İnsanın  nə  vaxtsa  müəyyən  bir  xəstəliyi  keçirməsi  haqqında  informasiya  onun 

qanında hifz edilir. Tədqiqatçılar bunu «qan yaddaşı» adlandırırlar. Qan yaddaşının hətta 

əqli  yaddaşdan  daha  qüvvətli  olduğu  qeyd  edilir.  Qanın  yaddaşı  özlüyündə  bir  süni 

intellekt rolunu oynayır. Qanı öyrənməklə məşğul olan nüfuzlu alimlər bu qırmızı mayenin 

fövqəlağıllı  substansiyadan  ibarət  olduğunu  söyləməkdə  yanılmırlar.  Qanın  tədqiqi 

sahəsində  yeni  kəşflər  edildikcə  onun  sirr  və  qəribəliklərindən  bir  qisminin  açılacağı 

təxmin olunur.  

Sonda  bir  şeyi  qeyd  edək  ki,  «qan  yaddaşı»  frazeoloji  ifadəsi  də  işlənir. 

Filoloqlar Qulu Məmmədqulu oğlu Məhərrəmli və Rafiq Ələkbər oğlu İsmayılovun 2015-

ci  ildə  çap  etdirdikləri  «Azərbaycan  dilinin  frazeologiya  lüğəti»ndə  oxuyuruq:  «Qan 

yaddaşı – tarixin yaddaşlarda həkk olunmuş faciəvi hadisələridir» [1, səh. 180]. 

 

İstifadə olunmuş mənbələr 



 

1.  Məhərrəmli  Qulu  Məmmədqulu  oğlu,  İsmayılov  Rafiq  Ələkbər  oğlu. 

Azərbaycan dilinin frazeologiya lüğəti. 7000-ə yaxın frazeoloji ifadənin izahı. Bakı, «Altun 

kitab» məhdud məsuliyyətli cəmiyyəti, 2015, 288 səh.  

2. Кровь имеет память // www.svpressa.ru (12 декабря 2008 года) 

3. Феномен памяти крови и воды // www.374.ru 




Yüklə 21,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə