Qanazlığı və yaxud anemiya təəssüflər olsun ki, çağımızın ən geniş yayılmış tibbi problemləri



Yüklə 116,21 Kb.
Pdf görüntüsü
tarix15.10.2018
ölçüsü116,21 Kb.
#74418

background image
Hemolitik anemiya 

Qanazlığı və yaxud anemiya təəssüflər olsun ki, çağımızın ən geniş yayılmış tibbi problemləri 

sırasındadır. Qanazlığı, onun səbəbləri və nəticələri barədə əksəriyyətimiz az-çox xəbərdarıq, amma 

nədənsə bu azara az önəm veririk, çox vaxt həkimə müraciət etməyə belə ehtiyac duymuruq.  

Qanazlığı - qanın azlığı demək deyil. Anemiya qırmızı qan hücüyrələrinin sayının, hemoqlobin 

konsentrasiyasının və ya hematokritin normadan az olmasıdır. Eritrositlər daxilində olan hemoqlobin 

toxumalara oksigen daşıyan əsas maddədir. Hemoqlobin və eritrositlərin azlığı toxumaların oksigenlə 

təminatını pisləşdirir və hipoksiya adlanan hal yaradır. Bu zaman xəstə ümumi zəflik, yorğunluq hiss edir, 

başı ağrıyır və ya fırlanır, dərisi ağırmış və quru olur. Anemiya müxtəlif səbəblərdən əmələ gələ bilir və 

davametmə müddətinə görə fərqli olur. Amma bütün hallarda qan yaradılması prosesi pozulur, qanda 

hemoqlobin və eritrositlər azalır. Qanın normal göstəriciləri:  

- Eritrositlər - 4,5-6,3 milyon/mm3  

- Hemoqlobin - 13-18 g/dl  

- Hematokrit - 40-54%.  

Qeyd edək ki, qanazlığı o demək deyil ki, anemiyadan əziyyət çəkən insanda qan həqiqətən azdır. Bir 

daha təkrarlayaq ki, qanın miqdarı normal olur, lakin qanın tərkibində olan hemoqlobin zülalının və 

eritrositlərin miqdarı azalmış olur. Bundan başqa, "anemiya" termin kimi konkret xəstəliyi ifadə etmir, o, 

müxtəlif patoloji halların müxtəlif simptomlarından biridir. Və bu simptomun da öz simptomları var.  



Simptomları. Anemiyanın əlamətləri və yaxud xəstənin şikayətləndiyi hallar:  

- Taxikardiya  



 

Yüklə 116,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə