Qanlı Yanvar – xalqımızın qan yaddaşı Azərbaycan xalqının azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə mübarizə tarixinə 1990-cı IL



Yüklə 167,63 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü167,63 Kb.
#73694


“Xalq qəzeti”.-2013.-18 yanvar.-N 11.-S.4. 

Qanlı Yanvar – xalqımızın qan yaddaşı 

Azərbaycan xalqının azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə mübarizə tarixinə 1990-cı il 

20 yanvar gecəsi daha bir şərəfli gün kimi daxil oldu. Ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə çıxış 

edən  Ermənistanın  təcavüzkar  siyasətinə  qarşı  kəskin  etiraz  bildirən  və  SSRİ  rəhbərliyinin 

ermənilərə  haqsız  olaraq  himayədarlıq  etməsinə  hiddətlənən  xalqımız  paytaxt  Bakının  küçə  və 

meydanlarına çıxaraq tapdalanmış hüquqlarını tələb etməyə başladı. 

 

Etiraz dalğası ölkəmizin, demək olar ki, bütün regionlarını əhatə etməyə başlamışdı. Əsas 11 rayonda  

izdihamlı  mitinqlər  təşkil  edildi.  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirmə    cəhdləri,  erməni  terror  və 

quldur  birləşmələrinin  Azərbaycan  kəndlərinə  vəhşicəsinə  basqını,  silahsız  və  günahsız  soydaşlarımızın 

qətlə  yetirilməsi,  yüzminlərlə  soydaşımızın  öz  qədim  yurdundan  -  Qərbi  Azərbaycan  torpaqlarından 

işgəncələrlə qovulması xalqımızın “səbrini daşdırmış” və insanlar meydanlara axın etmişdilər. 

SSRİ rəhbərliyi yerli əlaltılarının köməyi ilə radikallaşmağa  məcbur etdiyi xalqa divan tutmaq üçün 

münasib  şəraiti  tapa  bildi.  1990-cı  il  yanvarın  19-da  SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti  Azərbaycan  Ali 

Sovetinin  razılığı  olmadan  yanvarın  20-də  saat  24-dən  “  Bakı  şəhərində  fövqəladə  vəziyyət  tətbiq 

edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi 

ilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilmədi. Fövqəladə vəziyyətin 

başlanma  vaxtı  gizli  saxlanıldı.  Fövqəladə  vəziyyətin,  komendant  saatının  vaxtında  elan  edilməsi 

Moskvanın qanlı planlarını poza bilərdi. Ona görə də AXC İdarə Heyəti komendant saatı tətbiq olunduğu 

təqdirdə  orduya  müqavimət  göstərmədən  piketləri  götürmək  haqqında  qərar  qəbul  etmişdi.  Lakin  eyni 

zamanda, piketçilər Moskvanın və respublika rəhbərliyinin səlahiyyətli nümayəndələrinin ordunun şəhərə 

girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar. Xalqın məlumatlandırılmaması üçün 

yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı. 

Fövqəladə  vəziyyətin  yanvarın  20-də  gecəyarıdan  başlayacağının  elan  olunmasına  baxmayaraq,  qoşun 

hissələri  yanvarın  19-da  saat  21-dən  birinci  olaraq  Türkan-Qala  tərəfdən  şəhərə  yeridildi.  “Bakı 

əməliyyatı” kimi həyata keçirilən bu qanlı hərbi plana SSRİ müdafiə naziri D.Yazov birbaşa özü rəhbərlik 

edirdi.  Bakı  qarnizonunun qoşunları,  gətirilən  hərbi  hissələr,  hərbi  gəmilərdən  çıxarılan  desant  hücuma 

keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əskərlər gözyaşardıcı qazdan istifadə edir, 

eyni  zamanda  adamları  avtomat  silahdan  atəşə  tuturdular.  Adamların  gizlənməsi  üçün  bir  sıra  yerlərdə 

elektrik  stansiyalarının  işçiləri  küçə  fənərlərini  söndürmüşdülər.  Lakin  qaçıb  müxtəlif  sığınacaqlarda 

gizlənən  adamlar  döyüş  texnikasının  projektorlarının  köməyi  ilə  tapılır,  atəşə  tutulurdular.  Şəhərin 

küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq 

olmuşdu. Sovet hərbçiləri təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, 

yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın 

tırtılları altına salır, əzabla Qanlı Yanvar – xalqımızın qan yaddaşı öldürürdülər. Onlar tibb müəssisələrini 

dövrəyə  alaraq  yaralı  mülki  şəxslərin  buraya  gətirilməsinə,  habelə  tibbi  personalın  yaralılara  köməyə 

getməsinə mane olurdular. 

Bakıya  və  respublikanın  digər  yaşayış  məntəqələrinə  sovet  ordusunun  hücumu  vaxtı  137  nəfər,  o 

cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmışdı. 400 nəfərdən çox 

insan  həbs  olunmuş,  4  nəfər  itkin  düşmüşdü.  Evlər  yandırılmış,  ictimai  və  şəxsi  nəqliyyat  vasitələrinə 

böyük  maddi  ziyan  dəymişdi.    Fövqəladə  vəziyyət  haqqında  fərman  yanvarın  20-də  saat  7-də  elan 

olunmuşdu.  Qanlı  Yanvara  etiraz  olaraq  respublikada  40  günlük  ümummmilli  tətil  başlandı. 

Azərbaycanda  yüksək  vəzifə  sahibi  olanlar  xalqa  kömək  etmək,  ona  arxa  olmaq  əvəzinə,  vəzifə 

kürsülərini  qorumaq  naminə  qaçıb  gizləndilər.  Bir  sıra  qabaqcıl  ziyalılar  yanvarın  20-də  Elmlər 

Akademiyasında etiraz mitinqi keçirdilər. Ziyalıların səsini boğmaq, onları qorxutmaq üçün bu mitinqin 

iştirakçısı olan iki görkəmli elm xadimi, professor işə gedərkən tankın altına salınıb məhv edildi. SSRİ 

Müdafiə Nazirliyinin, DİN və DTK-nın keçirdiyi əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ 

DTK-nın “A” təxribat qrupları oynayırdı. 

Sovet  ordusunun  böyük  kontingentinin,  xüsusi  təyinatlı  bölmələrinin  və  daxili  qoşun  hissələrinin 

Bakıya  yeridilməsi  qəddarlıq  və  görünməmiş  vəhşiliklə  müşayiət  edildi.  Kommunist  diktaturası 

Çexoslavakiya, Macarıstan, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni Sovet İttifaqının müttəfiq 

respublikalarından biri oan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Hərbi müdaxilənin daha amansız 

olması  üçün  qoşun  birləşmələrinin  tərkibinə  Stavropol,  Krasnodar  və  Rostovdan  səfərbərliyə  alınan 



erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta  erməni kursantları da daxil 

edilmişdi. 

“Şit”  təşkilatına  mənsub  müstəqil  hərbi  ekspertlərin  hesabatından  bəlli  olur  ki,  Bakıya  yeridilmiş 

qoşun  kontingentinin  sayı  60  minə  çatırdı.  Onlar  “döyüş  tapşırığını”  yerinə  yetirmək  üçün  möhkəm 

psixoloji  hazırlıq  keçmişdilər.  “Sizi  Bakıya  rusları  müdafiə  etmək  üçün  gətirmişlər,  yerli  əhali  onları 

vəhşicəsinə  məhv  edir,  ektremistlər  Salyan  kazarmalarının  (Bakıda  əsas  qarnizonun  yerləşdiyi  ərazi) 

ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər. Təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, 

mənzillər, Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə 

tutacaqlar”- kimi fikirlər sovet generallarının əsgərlərə verdiyi göstərişlər idi. 

Mixail  Qorbaçov  başda  olmaqla  sovet  imperiyasının  rəhbərliyi  Bakıda    “rus  və  erməni  kartından” 

məharətlə  istifadə  etdi.  Güya  Bakıya  qoşun  onları,  hərbi  qulluqçuların  ailələrini  qorumaq,  “millətçi 

ekstremistlər”  tərəfindən  hakimiyyətin  zorakılıqla  ələ  keçirilməsinin  qarşısını  almaq  üçün  yeridilmişdi. 

Əslində hadisələrin eybəcər gedişatı onu sübut etdi ki, Sovet rəhbərliyinin gəldiyi bu “qənaət” tamamilə 

ağ  yalan  və  hiyləgərliyin  göstəricisi  idi.  Məsələ  ondadır  ki,  əgər  sovet  rəhbərliyinin  iddiaları  həqiqət 

olsaydı  belə,  Bakıya  60  minlik  qoşun  göndərməyə  ehtiyac  yox  idi.Çünki,  həmin  vaxt  burada  daxili 

qoşunların 12 minlik əsgəri və Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, 

hava  hücumundan  müdafiə  qüvvələri  var  idi.  4-cü  ordunun  komandanlığı  da  Bakıda  yerləşirdi.  Yəni 

bütün bunlar Sovet rəhbərliyinin göstərdiyi amansız şou idi və xalqın silahsız olduğunu görəndən sonra 

belə ordu öz vətəndaşlarına qarşı terror etməkdən çəkinmədi. 

 

Həmin  gün  xalqımız  ən  ağır  günlərini  yaşayırdı.  Vahimə  içində  hadisələrin  gedişatını  həyəcanla 



izləyən kütlə nə edəcəyini də doğru-dürüst anlamırdı. Yaşanan şok və 70 il qardaş və xilaskar obrazı kimi 

xalqa təbliğ edilmiş bir ordunun belə qırğın törətməsi inandırıcı deyildi. Lakin fakt faktlığında qalırdı ki, 

Sovet İttifaqı artıq etibarını və əvvəlki imicini itirmişdi. 

Yanvarın  21-də  ümummilli  liderimiz  Heydər  Əliyev  Azərbaycanın  Moskvadakı  daimi 

nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda iştirak etdi. Bu ağır günlərdə böyük 

siyasətçi  xalqla  bir  yerdə  olduğunu  bildirərək,  20  Yanvar  faciəsinə  siyasi  qiymət  verdi,  əliyalın  xalqın 

qırılmasını  hüquqa,  demokratiyaya,  humanizmə  zidd,  Mərkəzin  və  respublika  rəhbərlərinin    günahı 

üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. 

Bu  tarixi çıxışın  mətni  respublikada,  bütün dünyada geniş  yayıldı. Təklənən,  əli  heç  nəyə çatmayan 

xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi nüfuzlu şəxsiyyətin, doğma oğlunun onunla 

olduğunu, onu cəsarətlə müdafiə ediyini gördü, bir daha ürəkləndi. 

Bakı  şəhəri  və  bütün  Azərbaycan,  fövqəladə  vəziyyətin  olmasına  baxmayaraq,  yanvarın  22-də 

şəhidlərlə  vidalaşdı.  Şəhər  matəm  libası  geyinmişdi.  Respublikada  üç  gün  matəm  elan  olunmuşdu.  “ 

Azadlıq”  meydanında  böyük  izdihamlı  matəm  mitinqi  keçirildi.  Mitinqdə  milyondan  artıq  insan  iştirak 

edirdi.  Bu  görünməmiş  izdiham  idi.  Azərbaycan  xalqı  ilk  dəfə  idi  ki,  belə  böyük  etiraz  səsini  ucaldan 

izdihamın  şahidi  olurdu.  Tarixən  böyük  dövlətlər  yaratmış  xalqımız  sovet  müstəmləkəsinə  çevriləndən 

sonra  ilk  dəfə  idi  ki,  öz  haqq  səsini  belə  ucaldırdı.  O  gün,  hamı  bir  yumruq  kimi  Vətənin  dərdini 

bölüşmək  üçün  meydana  axın-axın  gəlirdi.  Gurultulu,  emosional,  milləti  milli  mübarizəyə  səsləyən 

bəyanat  və  çıxışlar  eşidilirdi.  Küçələrdə,  Azərbaycan  KP  Mərkəzi  Komitəsinin  binasının  divarlarında 

“Qorbaçov  cəlladdır!”,  “  Rədd  olsun  Sov.  İKP!”,  “  İşğalçılar,  rədd  olub  gedin!”  və  s.  kimi  şüarlar 

yazılmışdı.  Partiya biletlərindən tonqallar qalanırdı. Şəhidlər izdihamın müşayəti ilə şəhərin ən hündür 

nöqtəsində—Dağüstü  Parkda  dəfn  edildilər.  Xalq  dəfn  mərasimində  iştirak  etdi.  Hamı  bir  nəfər  kimi 

şəhidlərimizin  layiqli  şəkildə  torpağa  tapşırılması  üçün  əsl  milli  qeyrət  nümayiş  etdirdi.  Görünməmiş 

hadisədir ki, 40 gün ərzində xiyabanı 22 milyondan artıq insan ziyarət edirdi. Bütün bölgələrimizdən olan 

vətəndaşlarımız    şəhidlərimizlə  vidalaşmağa  gəlmişdilər.  Hətta  elə  insanlarımız  da  var  idi  ki,  hər  gün 

oranı ziyarətə gəlirdi. Bu birlik  ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqəti uğrunda canlarından keçən 

Vətən övladlarının şərəfinə idi. Hansı ki, bu günkü müstəqilliyimizin birbaşa səbəkarları məhz onlar idi. 

Böyük  itkilərlə,  günahsız  insanların  qətli  ilə  nəticələnən  20  Yanvar  faciəsi  Mixail  Qorbaçov  başda 

olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı xəyanətkar siyasətinə dözməyən, öz 

azadlığına,  müstəqilliyinə  can  atan  millətimizin  həm  də  mübarizliyini,  əyilməzliyini,  məğrurluğunu 

nümayiş etdirdi. 

SSRİ  rəhbərliyi  öz  bədnam  cinayətkar  əməllərindən  peşman  olmaqdansa  hadisələri  təhrif  etmək  və 

dünyaya  yalan  informasiya  çatdırmaq  yolunu  tutmuşdu.  Yanvarın  20-də  artıq  bütün  dünya  Bakıda 

törədilmiş  dəhşətli  qırğından  xəbər  tutduğu  bir  vəziyyətdə  o  vaxtkı  sovet  imperiyasının  ideoloji ruporu 

olan  “Pravda”  qəzeti  22  yanvar  tarixli  nömrəsində  yazırdı:  “Fövqəladə  vəziyyət  elan  edilməsi  üçün 

görülmüş  tədbirlər  nəticəsində  guya  qadınlar  və  uşaqların  tələf  olması  barədə  bəyanatlar  aşkar  fitnəkar 




xarakter  daşıyır.  Bir  daha  təkrar  etmək  lazımdır  ki,  bu,  qərəzli  yalandır!  Ondan  məqsəd  əhalini  sovet 

ordusuna  və  hüquq  -  mühafizə  orqanlarına  qarşı  qaldırmaqdır”.  Bu  da  öz  növbəsində Mərkəzin  başında 

duranların və onlara canla-başla xidmət edənlərin iç üzünü bir daha üzə çıxartdı. 

“Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materiallarının 69 cildi 

Bakıdan  Moskvaya,keçmiş  SSRİ  Prokurorluğuna  aparılıb  və  bir  daha  geri  qaytarılmayıb.Azərbaycan 

xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq 

olduğu  qiyməti  almayıb.    Ümumxalq  matəm  günü  elan  edilmiş  hər  il  yanvarın    20-də  başda  cənab 

Prezidentimiz  İlham  Əliyev  olmaqla  Azərbaycan  rəhbərliyi,  ölkədəki  diplomatik  korpusun  təmsilçiləri, 

bütün  ictimai  sektoru  təmsil  edən  fəallar,  vətəndaşlar  faciə  nəticəsində  həlak  olmuş  insanların  dəfn 

olunduğu Şəhidlər Xiyabanını ziyarət edir. 

 20  Yanvar  qətliamının  ildönümlərində  Azərbaycanın  bütün  şəhər  və  rayonlarında,  eləcə  də  kənd  və 

qəsəbələrində  dövlət  bayraqları  matəm  əlaməti  olaraq  endirilir,  Bakı  vaxtı  ilə  saat  12.00-da  ölkə 

ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, bütün gəmilər, avtomobillər və qatarlar 

siqnal verir. 

İstiqlal tariximizin şərəfli səhifəsi olan 20 Yanvar günü Vətənimizin azadlığı uğrunda hayqırtısı idi. 

Bu  hayqırtını,  bu  səsi  boğmağa  çalışsalar  da  şəhidlərimiz  buna  imkan  vermədilər.  Azərbaycan  şəhidi 

mərdlik,  cəsarət  mücəssəməsi  olmasını  sübut  etdi.  Onlar  sübut  etdilər  ki,  azadlığı  heç  bir  xalqa  qızıl 

nimçədə hədiyyə vermirlər. Onu qazanmaq üçün vuruşmaq, mübarizə aparmaq lazımdır. Biz bir xalq kimi 

öyünə bilərik ki, belə şəhidlərimiz var. Bu torpaqdan ötrü kifayət qədər canından keçən oğul və qızlarımız 

var. İllər keçdikcə dəyişən nəsil üçün nümunəvi vətənpərvərlik məktəbimiz var.  



 

Anar Turan 

Yüklə 167,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə