«Qanun». 2011-№07. S. 26-30. Azərbaycan respublikasinin suveren hüquqlarinin bəZİ aspektləRİ



Yüklə 44,08 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü44,08 Kb.
#27567
növüЗакон


«Qanun».-2011-№07.-S.26-30.

AZƏRBAYCAN RESPUBLİKASININ

SUVEREN HÜQUQLARININ BƏZİ ASPEKTLƏRİ

Hüseynov Sahil Zahir oğlu 

hüquq magistri



Açar sözlər: konstitusiya, qanun, suverenlik, hakimiyyət

Ключевые слова: конституция, закон, суверенитет, власть

Xalqın suverenliyi konstitusiya və qanunlarla təsdiq edilməsi dövlətin müstəqilliyinin təminatlar; sistemində

müstəsna əhəmiyyət kəsb edir. Avropa hüququnda suverenlik dövlət hakimiyyətinin ölkə daxilində hökmranlığı və

xarici  siyasət  sahəsində  müstəqilliyi  kimi  nəzərdən  keçirilir  (7,  s.  105-106).  Suverenlik  dövlət  hakimiyyətinin

siyasi-hüquqi  mahiyyətini  əks  etdirməklə,  xalqın  öz  müqəddəratını  sərbəst  və  müstəqil  həll  etmək  hüququ

formasında  təzahür  edir.  Bu  hüquq  xalqın  tam  hakimiyyəti,  onun  siyasi  azadlığını,  ictimai  həyatının  xarakterini

müəyyən etmək, mövcud obyektiv şəraitdən  əmələ  gələn  və  onun  azadlığı uğrunda  mübarizəsinə  təkan  verən  real

imkana malik olması ilə müəyyən edilir.

1918-ci  il  mayın  28-də  Azərbaycan  Milli  Şurası  İstiqlal  Bəyannaməsi  qəbul  edərək  müstəqil  dövlət

quruculuğu çərçivəsində xalqın suverenlik hüquqlarının gerçəkləşdirilməsi üçün bir sıra tarixi əhəmiyyətli tədbirlər

həyata  keçirmişdir.  "Azərbaycan  Respublikasının  Dövlət  Müstəqilliyi  haqqında"  18  oktyabr  1991-ci  il  tarixli

Konstitusiya aktında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası öz ərazisində tam dövlət  hakimiyyətinə malik

olub, müstəqil xarici və daxili siyasət yeridir, müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordunu,

maliyyə  sistemini  yaradır  və  fəaliyyət  göstərir  (1,  s.90).  Lakin  1920-ci  il  aprelin  28-də  Azərbaycan  SSR-in  təsis

edilməsi  ilə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  fəaliyyətinə  və  xalqın  suverenliyinə  son  qoyuldu.  Qeyd  etmək

lazımdır  ki,  Azərbaycan  SSR-in  1920-1990-cı  illərdə  Sovet  ittifaqının  tərkibində  müttəfiq  respublika  statusuna

malik  olmasına  və  bütün  ölkənin  ittifaq  dövləti  tərəfindən  idarə  olunmasına  baxmayaraq,  Azərbaycan  SSR-in  və

SSR  ittifaqının  qarşılıqlı  münasibətləri  Azərbaycan  SSR-in  suverenliyinə  və  SSRİ-nin  suverenliyinə  əsaslanan

müqavilə  ilə  tənzimlənmişdir.  Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Konstitusiyasının  (Bakı,  Azərnəşr,

1990-cı il) 69-cu maddəsinə görə, Azərbaycan SSR SSRİ-dən azad surətdə çıxmaq hüququnu özündə saxlamışdır.

Azərbaycan SSR-in suverenliyi Azərbaycan SSR tərəfindən öz ərazisinin hər yerində respublikanın bütün xalqının

xeyrinə ali qanunvericilik, icra və məhkəmə fəaliyyətinin müstəqil həyata keçirilməsində ifadə olunurdu (3, s. 23).

Keçən  əsrin  90-cı illərində  SSRİ-nin  süqutu  ilə  Azərbaycan  xalqının  suveren  hüququnun  realizə  edilməsi

üçün  geniş  imkanlar  açıldı.  Hər  şeydən  əvvəl  xalqın  suverenliyini  konkretləşdirən  müddəalar  "Azərbaycan

Respublikasının dövlət  müstəqilliyi  haqqında" 18  oktyabr  1991-ci  il  tarixli  Konstitusiya  Aktı ilə  təsbit  edildi.  Bu

müddəalar aşağıdakılardır:

-

Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur;



-

Azərbaycan xalqı suveren hakimiyyəti bilavasitə referendum vasitəsilə və Azərbaycan

-

Respublikasının parlamentinə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə



yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir;

- Azərbaycan dövlətinin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız

Azərbaycan  xalqının  azad  surətdə  razılıq  verdiyi  müqavilələrdən  və  sazişlərdən  irəli  gələn  müddəalarla

məhdudlaşdırılır;

- Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir;

- Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlətlərə

və ya dövlət ittifaqlarına vermir.

Göründüyü  kimi,  Konstitusiya  Aktının  müddəaları,  sovet  dövrünün  konstitusiyalarından  fərqli  olaraq,

Azərbaycan  xalqının  öz  müqəddəratını  müstəqil  həll  etmək  hüququnun  gerçəkləşdirilməsi,  hakimiyyətin  ölkə

daxilində müstəqilliyinin təmin olunması və onun hər hansı bir dövlətin hakimiyyətindən asılılığına son qoyulması

üçün hüquqi əsas yaratmışdır. Qeyd edilən müddəaların həyatiliyi 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan

Respublikasının Konstitusiyası ilə təsdiq edildi. Əsas Qanunun "Xalqın suverenliyi" adlanan 2-ci maddəsi aşağıdakı

iki hissədən ibarətdir:

I. Sərbəst  və  müstəqil  öz  müqəddəratını həll  etmək  və  öz  idarəetmə  formasını müəyyən  etmək  Azərbaycan

xalqının suveren hüququdur.

II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər

və  bir-başa  seçki  hüququ  əsasında  sərbəst,  gizli  və  şəxsi  səsvermə  yolu  ilə  seçilmiş  nümayəndələri  vasitəsi  ilə

həyata keçirir.

Bu maddə Azərbaycan xalqının konstitusiya-hüquqi statusunu müəyyən etdiyinə görə Konstitusiyanın "Xalq

hakimiyyəti"  adlanan  I  fəslinə  daxil  edilmişdir.  "Suverenlik"  konstitusion  norma  ilə  ifadə  edilən  təməl  anlayışı

olmaqla Konstitusiyanın bu anlayışı konkretləşdirən 1-ci maddəsinin I hissəsi, 11, 19, 71, 73, 76, 95, 109, 119, 124,



134, 142 və 147-ci maddələri ilə bilavasitə əlaqədardır.

2-ci maddənin birinci hissəsinin mahiyyəti  xalqın iradəsi ilə yaradılan dövlət  hakimiyyətinin ölkə daxilində

aliliyinin  və  xarici  siyasət  sahəsində  müstəqilliyinin  elan  edilməsini  nəzərdə  tutur.  Hakimiyyətin  aliliyi  dedikdə

cəmiyyətdə vahid hüquq qaydasının tətbiq edilməsi, dövlət orqanlarının, ictimai təşkilatların və vətəndaşların hüquq

qabiliyyətinin  müəyyən  edilməsi,  onlara  hüquq  və  vəzifələrin  verilməsi  sahəsində  dövlət  fəaliyyətinin  təmin

edilməsi  başa  düşülür.  Ölkə  daxilində  hakimiyyətin  aliliyi  xeyli  dərəcədə  dövlət  orqanlarının  hüquqi  aktlarının

Azərbaycan  Respulikasının  ərazisində  yaşayan  vətəndaşlar  və  onun  ərazisində  yerləşən  hüquqi  şəxslər,  habelə

vətəndaşlığı olmayan şəxslər üçün məcburiliyi ilə təmin edilir. Dövlət hakimiyyətinin aliliyi muxtar respublika və

bələdiyyələrə  münasibətdə  özünü  daha  çox  büruzə  verir.  Dövlət  hakimiyyəti  orqanlarının  aktları  ölkənin  bütün

ərazisində,  Naxçıvan  Muxtar  Respublikasının  hakimiyyət  orqanlarının  aktları  yalnız  Naxçıvan  Muxtar

Respublikasında, bələdiyyə aktları isə müvafiq bələdiyyənin ərazisində hüquqi qüvvəyə malikdir. Suverenliyə xas

olan  xalqın  vahidliyi  və  hakimiyyətin  hər  hansı digər  dövlətin  hakimiyyətindən  asılı olmaması əlamətinin  təhlili

göstərir ki, Respublikasının suveren hüquqları (dövlət  vergilərinin  toplanması, vətəndaşların həqiqi  hərbi  xidmətə

çağırılması, pul nişanlarının dövriyyəyə buraxılması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsinə

təminat  verilməsi  və  s.)  Azərbaycanın  bütün  ərazisinə  şamil  olunur.  Qeyd  edək  ki,  Azərbaycan  Respublikasının

suveren hüquqları muxtar respublikanın və bələdiyyələrin hüquqları ilə əlaqələndirilir.

Azərbaycan  Respublikasının  ərazisində  Azərbaycan  Respublikası  Konstitusiyası  və  qanunlarının  aliliyi

ölkənin suverenliyinin hüquqi ifadəsi kimi qiymətləndirilməlidir. Bu alilik Azərbaycanın təkcə unitar deyil, həm də

hüquqi respublika kimi elan olunması kontekstində xüsusilə aktualdır (6, s. 77-78).

Azərbaycan  Respublikası Konstitusiyasının  7-ci  və  11-ci  maddələrinə  və  "Ərazi  quruluşu  və  inzibati  ərazi

bölgüsü  haqqında"  Azərbaycan  Respublikası Qanununda  (13  iyun  2000-ci  il)  nəzərdə  tutulmuş  meyarlara  əsasən

Azərbaycan  Respublikası  unitar,  vahid  əraziyə  malik  olan  dövlət  kimi  müvafiq  hissələrə  bölünmüşdür.

Respublikada  siyasi,  iqtisadi,  sosial-mədəni  quruculuq,  onun  milli  dövlət  və  inzibati  ərazi  quruluşu  ilə  əlaqədar

bütün  məsələlər  həll  edilərkən  Azərbaycan  Respublikasının  suverenliyi  dövlət  hakimiyyətinin  aşağıdakı  üç

səviyyədə həyata keçirilməsində ifadə olunur:

1) Azərbaycan Respublikasının dövlət hakimiyyəti;

2) Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti;

3) Yerli hakimiyyət (yerli icra hakimiyyəti və bələdiyyə).

Azərbaycan  Respublikasının  dövlət  və  inzibati  ərazi  quruluşunun  nəzərə  alınması, məsələn,  ölkənin  büdcə

sisteminin  səmərəli  təşkili  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  "Büdcə  sistemi  haqqında"  Azərbaycan

Respublikasının  Qanununun  (2  iyul  2002-ci  il)  3-cü  maddəsinə  uyğun  olaraq  Azərbaycan  Respublikasında  büdcə

sistemini Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr

təşkil edir.

Yuxarıda  aparılan  təhlildən  görünür  ki,  Konstitusiyanın  2-ci  maddəsi  ilə  təsbit  edilmiş  xalqın  suveren

hüququnun şamil olunduğu ərazi ilə bağlı məsələ Konstitusiyanın sonrakı müddəaları ilə deyil, "Ərazi quruluşu və

inzibati ərazi bölgüsü haqqında" Qanunun və digər qanunların köməyi ilə aydınlaşdırıla bilər. Başqa sözlə, xalqın

suverenliyi  Konstitusiyada  "ərazi"  anlayışı  ilə  əlaqələndirilmir.  Yuxarıdakı  tədqiqatdan  Əsas  Qanunun  "Xalq

hakimiyyəti"  və  "Dövlətin  əsasları" fəsillərinə  aid  ümumi  müddəalarının  inzibati  ərazi  bölgüsünə  malik  olmayan,

dövlət  aparatının  və  əhalinin  vahid  mərkəzdə  cəmləşdiyi  bir  ölkəyə  şamil  olunması  barədə  nəticə  çıxarmaq

mümkündür.

Azərbaycan Respublikasında siyasi, iqtisadi, maliyyə, sosial-mədəni quruculuq, milli dövlət və inzibati ərazi

quruluşu  ilə  əlaqədar  məsələlərin  düzgün  həll  edilməsi  məqsədi  ilə  "suverenlik"  və  "ərazi"  təməl  anlayışlarının

Konstitusiyanın "Dövlətin əsasları" fəsli ilə əlaqələndirilməsi zəruridir.

Hər  şeydən  əvvəl,  "Azərbaycan  Respublikasının  suverenliyi  onun  bütün  ərazisinə  şamildir.  Azərbaycan

Respublikasının  subyektlərinin  (Naxçıvan  Muxtar  Respublikası,  inzibati  ərazi  vahidləri)  əraziləri,  daxili  suları,

Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsi,  Azərbaycan  Respublikasının

üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir" - məzmunlu müddəaların Azərbaycan

Respublikası Konstitusiyasının 11-ci maddəsinin II hissəsinin əvəzinə təsbit edilməsi təklif edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsinə aşağıdakı müddəaların əlavə edilməsi

məqsədəuyğundur:

"Azərbaycan  Respublikasının  tərkibinə  Naxçıvan  Muxtar  Respublikası (gələcəkdə  Dağlıq  Qarabağ  Muxtar

Vilayəti  istisna  edilməməlidir)  və  inzibati  ərazi  vahidləri  hesab  olunan  rayonlar,  şəhərlər  və  şəhər  rayonları

daxildir."

Konstitusiyanın  müvafiq  maddələrinə  yuxarıda  təklif  edilən  əlavələrin  nəzərə  alınması  Azərbaycan

Respublikasının milli dövlət və inzibati ərazi quruluşu ilə əlaqədar bütün məsələlərin dövlətin suverenliyinin təmin

olunması kontekstində həllinə şərait yaradacaq.

Ölkəmizin  konstitusion  quruluşuna  xas  olan  mühüm  əlamət  kimi  suverenlik  anlayışının  elmi  tədqiqi  onun

Azərbaycan  Respublikası Konstitusiyasının  "Xalq  hakimiyyəti"  adlanan  birinci  fəslində  əks  etdirilməsi  ilə  bağlı

məsələnin  mübahisəli  olmasını  təsdiq  edir.  Əsas  Qanunun  1-ci  maddəsinə  uyğun  olaraq  xalq  Azərbaycan

Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi hesab edilir. Ölkədə hakimiyyətin təşkili, dövlətin daxili və




xarici siyasətinin həyata keçirilməsi kimi vəzifələr bilavasitə xalq tərəfindən deyil, onu təmsil edən dövlət orqanları

tərəfindən  yerinə  yetirilir.  Buradan  "suverenlik"  anlayışının  dövlət  quruluşunun  əsasları ilə  daha  sıx bağlı olması

barədə nəticə çıxarmaq mümkündür.

Beləliklə,  Azərbaycan  Respublikasının  suverenliyi  Azərbaycan  dövləti  tərəfindən  onun  bütün  ərazisində

xalqın  maraqlarına  uyğun  ali  qanunvericilik,  icra  və  məhkəmə  fəaliyyətinin  müstəqil  həyata  keçirilməsində  ifadə

olunur.


İstifadə olunmuş mənbələr:

1.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktı



- Respublikasının Qanunlar Külliyatı. Bakı, 2001, s. 90-96

2.

Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2010



3.

Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası. Bakı, Azərnəşr, 1990

4.

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu (2 iyul 2002-ci il)



5.

"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanunu (13 iyun 2000-ci

il)

6.

Əsgərov Z. Konstitusiya hüququ. Bakı, 2006



7.

Конституция

 Российской

 Федерации:

 Научно-практический

 комментарий

 /

 Под


 ред.

Б. Н. Топорнина, М.: Юристь, 1997



Гусейнов Сахил

НЕКОТОРЫЕ АСПЕКТЫ СУВЕРЕННЫХ 

ПРАВ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

РЕЗЮМЕ

В  статье  раскрываются  такие  фундаментальные  понятия,  как  суверенитет  и  территория,  которые

непосредственно  связаны  с  государственным  строем  Азербайджанской  Республики.  По  мнению  автора,

юридическим  выражением  суверенитета  Азербайджанской  Республики  является  верховенство  её

Конституции  и  законов  на  всей  территории  Азербайджана.  Выяснение  вопроса  о  конституционном

закреплении  положений  суверенитета  Азербайджанской  Республики  подтвердило  настоятельную

необходимость сочетания содержания понятия суверенитета с основами государственного строя и внесения

соот ветствующей  поправки  в  11-ю  статью  Конституции.  Далее, в  статье  значительное  внимание  уделено

территориальным

 основам


 суверенных

 прав


 государства

 и

 обоснованию



административно-территориального устройства республики.

Huseynov Sahil

SOME ASPECTS OF THE SOVEREIGN RIGHTS

OF THE AZERBAIJAN REPUBLIC

Summary

The article deals with such fundamental concepts, as sovereignty and territory which are directly connected

with the political system of the Azerbaijan Republic. According to the author, legal expression of the sovereignty of

the Azerbaijan Republic is the superiority of its Constitution and laws in all territory of Azerbaijan.

Finding-out of the question on the constitutional provisions of the sovereignty of the Azerbaijan Republic has

confirmed  the  imperative  need  of  combination  of  the  content  of  concept  of  the  sovereignty  with  the  basis  of

political system and making appropriate amendment to the Article 11 of the Constitution. Further, the author pays

much  attention  to  the  territorial  bases  of  the  sovereign  rights  of  the  state  and  sub stantiation  of  the



administrative-territorial system of republic.

Rəyçilər: h.e.d., prof. İ.İ.İsmayılov;

h.f.d., A.X.Rüstəmzadə

Yüklə 44,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə