Qara metallurgiya sənayesi üzrə arayış



Yüklə 53,35 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü53,35 Kb.
#22855


 

 

 

 



 

       BAKI  2015 

Qara metallurgiya sənayesi üzrə arayış 

 

  

 

 

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ

 

 

 


2

 

 



Qara metallurgiya sənayesi 

 

 

Qara  metallurgiya  sənayesi  ayrı-ayrı  ölkələrin  iqtisadiyyatlarında  mühüm  rol 

oynayır.  Hazırda  dünya  metallurgiya  sənayesində  mürəkkəb  proseslər  gedir. 

Qloballaşma çağırışları, bazar münasibətlərinin təkmilləşməsi proseslərinin və bir cox 

ölkələrin,  şirkətlərin  spesifik  inkişaf  xüsusiyyətlərinin  təsiri  nəticəsində  XX  əsrin 

sonunda dünya metallurgiya bazarı dərin dəyişikliklərə uğramışdır. Son 20 ildə isə bu 

sferada  sabitləşmə  meydana  gəlmiş  və  yeni  inkişaf  təzahürləri  formalaşmışdır.  Belə 

ki, hazırda metala olan ümumi tələblə bağlı dünya metal məhsulları ilə ticarət yuksək 

templərlə  inkişaf  etməkdədir.  Bu  həm  də,  dunya  olkələrinin  sayının  artması,  burada 

özünə məxsus müvafiq istehsalların yaradılması və spesifik bazar restruktizasiyası ilə 

sıx əlaqədardır. 

 

Dünya qara metallurgiyası 

 

Dünya polad istehsalı 

Dünya polad birliyinə daxil olan 93 ölkənin, qlobal xam polad istehsalı 2014-cü 

ildə  1,67  milyon  ton,  yəni  2013-ci  ildəki  1,65  milyon  tondan  0,8%  çox  olmuş  və 

indiyə qədər ən yüksək istehsal olaraq qiymətləndirilmişdir. Dünyada istehsal olunan 

poladın  50%-i  Çinin  payına  düşür.  Avropa  Birliyi,  Şimali  Amerika,  Orta  Şərq  və 

Asiya ölkələrində polad istehsalı 2014-ci ildə artan temp üzrə olmuşdur. 

Avropa  Birliyininə daxil olan 28  ölkədə xam  polad istehsalı 1,8%  artaraq  169 

milyon  tona  yüksəlmişdir.  Bu  da  dünya  polad  istehsalının  10,2  faiz  deməkdir. 

Almaniyada  polad  istehsalı  2014-cü  ildə  42,9  milyon  ton  olmuşdur.  Buda  Avropa 

Birliyinə daxil olan ölkələrin istehsal elədiyi xam poladın 25%-ni təşkil edir. İtaliyada 

polad  istehsalı  ötən  illə  müqayisədə  1,4%  azalaraq  23.7  milyon  tona  düşmüş, 

İspaniyada isə polad istehsalı 2013-cü ilə nisbətən 0,6 faiz azalaraq 14,2 milyon ton 

olmuşdur.  Rusiya  polad  istehsalı  2014-cü  ildə  2.6  faiz  artaraq  70  milyon  ton 

olmuşdur. Bu da dünya polad istehsalında Cənubi Koreyadan sonra 6-cı yer deməkdir. 

Asiya ölkələrində xam polad istehsalı 0,8 faiz artaraq dünya polad istehsalının 

68,0%  fazini  tutmuşdur.  2014-cü  ildə  Çin  polad  istehsalını  0,9%  artıraraq  822,7 

milyon  ton  çıxarmışdır  ki,  bu  da  dünya  da  illik  ən  yüksək  xam  polad  istehsalıdır. 

Yaponiya isə istehsalını 0,1% artıraraq 111 milyon tonla dünya polad istehsalında 2-ci 

yerdədir. Hindistan illik istehsalı 2,3 faiz artıraraq 83 milyon tona çıxarmışdır ki, bu 

da  ABŞ  dan  5  milyon  ton  azdır.  Cənubi  Koreya  polad  istehsalını  2014-cü  ildə  71 

milyon ton olmuşdur ki, bu da ötən illə muqayisədə 7,5% artmışdır. 



3

 

 



Dünyanın  3-cü  ən  böyük  polad  istehsalçısı  olan  ABŞ-da  illik  istehsal  1,7% 

artaraq  88  milyon  tona  bərabər  olmuşdur.  Bununla  da  Şimali  Amerikanın  istehsalı 

dünyada 7,3% paya malik olmuşdur. Cənubi Amerikada xam polad istehsalı 1.4 faiz 

azalaraq  ilə  45  milyon  ton  olmuşdur.  Burda  ən  böyük  istehsalçı  34  milyon  tonla 

Braziliyadır.

 

 



 

Diaqram 1. Dünyanın əsas polad istehsalçıları 

 

Dünya dəmir filizi 

Polad  istehsalı  üçün  tələb  olunan  dəmir  filizin  ehtiyatları  dünyada  zəngin 

resurslardan  biri  olaraq,  yer  qabığının  tərkibində  alüminiumdan  sonra  2-ci  ən  geniş 

yayılmış metaldır. 2012-ci ilin hesablamalarına görə (ABŞ-ın Daxili İşlər Nazirliyinin 

məlumatı) dünya dəmir filiz yataqlarının (tərkibində dəmirinin 15%-dən 65%-ə kimi) 

gücü  800  milyard  ton  təşkil  edir  ki,  bunun  da  təqribən  230  milyard  tonu  xalis 

dəmirdir. 

Cədvəl  2-dən  göründüyü  kimi  800  milyard  ton  ehtiyatın  təqribən  587  milyard 

tonu  9  ölkənin  payına  düşür.  Təsadüfi  deyil  ki,  dünyanın  ən  iri  dəmir  filizi 

ixracatçıları məhz bu ölkələr arasındandırlar (diaqram 2).  

 

 

Ölkə 



Dəmir filizi ehtiyatları 

(milyard ton) 

1.

 



 

Rusiya 


113 

2.

 



 

ABŞ 


110 

49.5%


6.7%

5.3%


5.0%

4.3%


4.2%

25.0%


2014-cü ildə dünyada əsas polad istehsal edən ölkələr

Çin


Yaponiya

ABŞ


Hindistan

Cənubi Koreya

Rusiya

Digər ölkələr




4

 

 



3.

 

 



Braziliya  

100 


4.

 

 



Avstraliya 

80 


5.

 

 



Ukrayna 

50 


6.

 

 



Çin 

50 


7.

 

 



Kanada 

30 


8.

 

 



Qazaxınsan 

29 


9.

 

 



Hindistan 

25 


 

Dünya 

800 

Cədvəl 1. Ölkələr üzrə iri dəmir filizi yataqları 

Belə ki, Avstraliya (480 milyon ton),  Braziliya (390 milyon ton) və Hindistan 

(240  milyon  ton)  2011-ci  ildə  1,1  milyard  ton  dəmir  filizi  ixrac  etmişlər  ki,  bu  da 

2011-ci ildə dünyada hasil edilmiş 2,8 milyard ton dəmir filizinin 39%-ni təşkil edir. 

 

 

Diaqram 2. Dəmir filizinin ixracı üzrə əsas ölkələr (mioyon ton)



 

Xammal  bazarları  arasında  dəmir  filizinin  bazarı  dəyər  baxımından  neft 

bazarından sonra ikinci yerdədir. 25 illik  müddət ərzində (1983-2008-ci illər) dəmir 

filizin 1 tonunun satış qiymətləri 15-30 ABŞ dolları arasında idi. Yalnız 2008-ci ildən 

başlayaraq  qiymətlər  kəskin  şəkildə  qalxaraq  150  ABŞ  dolları  civarına  çatmışlar 

(hazırda  qiymətlər  enərək  60  ABŞ  dolları  civarındadır).  Ümumiyyətlə,  son  40  il 

ərzində dəmir filizinin qiymətlərinin müəyyən edilməsi bir tərəfdən əsasən Yaponiya 

və bir neçə digər ölkənin polad istehsalat şirkətləri, digər tərəfdən dünyanın ən iri filiz 

istehsalçıları,  yəni  dünya  hasilatının  təqribən  34%-ni  təşkil  edən  “üçlük”  (“BHP 

Billiton”,  “Rio  Tinto”  və  “Vale  SA”  şirkətləri)  arasında  danışıqlar  aparılmaqla  baş 

verir və danışıqlar nəticəsi haqqında 1 aprel tarixində elan verilir. Digər filiz istehsalçı 

və alıcıları isə bu qiymətləri indikativ qiymətlər kimi qəbul edirlər. 

 

267


310

363


269

282


266

94

101



114

26

26



16

19

18



16

32

32



45

28

28



31

21

23



28

26

23



21

15

15



15

9

11



4

12

11



10

0

50



100

150


200

250


300

350


400

2007


2008

2009


Dəmir filizinin ixracı üzrə əsas ölkələr, milyon ton

Avstraliya

Braziliya

Hindistan

Niderland

İsveş


CAR

Kanada


Ukrayna

Rusiya


Qazaxıstan

ABŞ


Mavritaniya


5

 

 



 

Azərbaycan 

 

Qara metallurgiya sənayesi ənənələri ilə fərqlənən Azərbaycan Respublikasında 

da  bu  istiqamətdə  önəmli  işlər  aparılır.  Ölkədə  müasir  tələblərə  cavab  verən  yeni 

istehsal sahələri açılır, müvafiq təyinatlı texnoparklar yaradılır, infrastruktur layihələr 

həyata keçirilir.  

Mövcud  təbii-iqtisadi  potensialdan  daha  səmərəli  istifadə  edilməsi,  ölkə 

iqtisadiyyatının  qara  metala  olan  tələbatının  dolğun  ödənilməsi  və  qara 

metallurgiyanın özünün ixracyönümlü sahəyə çevrilməsi, məqsədlərindən irəli gələrək 

Azərbaycan  Respublikası  Prezidentnin  Sərəncamı  ilə  dəmir  filizinin  hasilatından 

polad  istehsalına  qədər  bütün  tsiklləri  əhatə  edən  və  səhmləri  dövlətə  məxsus 

“Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. 

 

Polad məmulatlarının istehsalı 

2014-cü  ildə  metallurgiya  sənayesi  və  hazır  metal  məmulatlarının  istehsalı 

müəssisələrində  413,1  milyon  manatlıq  məhsul  istehsal  olunmuş  və  xidmətlər 

göstərilmişdir.  İstehsalın  həcmi  metallurgiya  sənayesində  11,0%,  hazır  metal 

məmulatlarının istehsalı sahəsində isə 6,2% artmışdır. 

 

Məhsul növləri 

2014-cü ildə 

istehsal 

edilmişdir 

Əvvəlki ilə 

nisbətən, 

faizlə 

01.01.2015-ci il 

vəziyyətinə hazır məhsul 

ehtiyatı 

Çuqun tökmə, ton 

1.504,4 

78,5 


332,6 

Polad tökmə, min ton 

326,8 

139,0 


17,6 

Qeyri-cins  poladdan  dəstələr  şəklində 

katankalar (armatur), min ton 

248,7 


102,9 

21,4 


Polad borular, min ton 

33,7 


55,5 

0,0 


Paslanmayan poladdan soyuq formalı 

profillər, min ton 

19,3 

214,5 


0,0 

Cədvəl 2: Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində əsas 

məhsul növlərinin buraxılışı 

 

2014-cü  ildə  1,5  min  ton  tökmə  çuqun  və  326,8  min  ton tökmə  polad  istehsal 



edilmişdir. 

 

 



 

 



6

 

 



Dəmir filizi ehtiyatları 

Azərbaycan  Respublikasında  yerləşən  və  ehtiyatları  təsdiq  olunmuş  bütün 

dəmir  filizi  yataqları  Daşkəsən  filiz  rayonu  hüdudlarında  təmərküzləşmişdir.  Dəmir 

filizləri  Azərbaycan  Respublikasında  dörd  mənşədə  rast  gəlir:  seqrasion-maqmatik, 

skarn-maqnetit (kontakt-metasomatik), hidrotermal-metasomatik və çökmə.  

Bunların  yalnız  skarn-maqnetit  tipli  Daşkəsən,  Cənubi  Daşkəsən  və  “Dəmir” 

yataqları  sənaye  əhəmiyyəti  kəsb  edir.  Daşkəsən  dəmir  filizi  qrupu  yataqlarının 

sənaye  ehtiyatı  təqribən  250  milyon  tondur  (Daşkəsən,  Cənubi  Daşkəsən  və  Dəmir 

kobaltlı  maqnetit  yataqlarıdır  ki,  onların  da  ümumi  qalıq  ehtiyatlan  A+B+C 

kateqoriyaları üzrə 01 yanvar 2014-cü il tarixə 227 milyon ton dəmir və 11.283 ton 

kobalt təşkil edir).  

Kobalt  filizlərinin  sənaye  əhəmiyyətli  yığımları  Daşkəsən  filiz  rayonunda 

məlumdur.  Burada  kobalt  filizləri  həm  müstəqil  (Yuxarı  Daşkəsən  yatağı),  həm  də 

skarn-maqnetit filizləri ilə birgə əmələ gəlmişdir.  

Bu  yataqların  bazasında  layihə  gücü  ildə  3,0  milyon  ton  xam  filiz  olan 

Azərbaycan  Dağ  Mədən  Kombinatı  fəaliyyət  göstərmişdir.  Əvvəllər  hazır  məhsulun 

tərkibində  dəmirin  miqdarı  60,5%  olan  konsentrat  Rustavi  (Gürcüstan)  Metallurgiya 

Zavoduna,  az  miqdarda  isə  “Gürcüstankömür”  İstehsalat  Birliyinə  və  Bakı 

Ağırlaşdırıcılar Zavoduna göndərilirdi. 

Daşkəsən dəmir yatağında 2011-ci ildən etibarən “Daşkəsən Filizsaflaşdırma” 

ASC dəmir filizlərinin istehsalı ilə məşğul olur. 01 yanvar 2014-cü il tarixə Daşkəsən 

yatağının qalıq ehtiyatı 44,8 milyon ton, Cənubi Daşkəsən yatağının qalıq ehtiyatları 

isə  94,3  milyon  tondur.  Ehtiyatı  87,9  milyon  ton  və  filizdə  dəmirin  orta  miqdarı 

43,7%  olan  Dəmir  yatağı  indiyədək  istismarda  olmamışdır.  İstismar  zamanı  olan 

itkilər  nəzərə  alınmaqla  yataqların  qalıq  ehtiyatları  Azərbaycan  Dağ  Mədən 

Kombinatını mövcud layihə gücündə 75 il ərzində təmin etməyə qadirdir.  

 

Hazırkı vəziyyət 

 “Azərbaycan  Polad  İstehsalı  Kompleksi”  QSC  2015-2018-ci  illərdə  ölkədə 

mövcud  müəssisələrin  yenidən  qurulmasını  və  yeni  müəssisələrin  işə  salınmasını 

nəzərdə tutan tədbirlərireallaşdıracaq.  

İlkin olaraq dənəvər dəmir istehsalı, reduksiya yolu ilə dəmir istehsalı və polad 

istehsalı  zavodları işə  salınacaq.  Respublikada  poladdan  istehsal  olunan  məhsulların 

(armatur, şveller, rels, borular, polad məftil və s.) istehsalı ilə məşğul olacaq zavod və 

sexlərin yenidən qurulması işləri davam etdiriləcək.  




7

 

 



Cəmiyyətin  strukturunda  olan  “Daşkəsən  Filizsaflaşdırma”  ASC-də  hazırda 

texniki  bazanın  yenidən  qurulması,  işçilərin  sosial  müdafiəsinin  və  əmək  şəraitinın 

yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi, onların müvafiq 

sosial xidmətlərlə təmin edilməsi üçün komissiya yaradılıb və araşdırmalara başlanıb. 



Yüklə 53,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə