«Qarapapaqlar».-2010.-№5(35).-S.21-25.
DAGLIQ QARABAG TARİXİNİN ARAŞDIRILMASININ ZƏRURİLİYİ
Nazim MƏMMƏDOV,
tarix elmləri namizədi, AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu
Sovet hakimiyyəti illərində Azərbaycan dövlətinin tarixi birtərəfli araşdırılmış və əsl tarixi həqiqət xalqa
təhrif olunmuş formada çatdırılmışdır. Xüsusilə, Azərbaycanın İrəvan xanlığı ərazisində məskunlaşdırılmış
ermənilərin «Böyük Ermənistan» dövləti yaratmaq niyyətilə bütün iyirminci yüzillik ərzində Azərbaycana qarşı
təcavüzkarlıq siyasəti, erməni millətçi təşkilatlarının başçılığı altında azərbaycanlılara qarşı dəfələrlə soyqırımı
təşkil etmələri məsələləri XX əsrin 90-cı illərinin əvvəllərinədək tam halda, obyektiv tədqiq və təhlilini
tapmamışdır. Şimali Azərbaycan dövləti öz müstəqilliyini yenidən bərpa etdikdən sonra tariximizin bir çox qaranlıq
səhifələrinin yenidən araşdırılması və obyektiv şəkildə öyrənilməsi üçün tədqiqatçılarımız qarşısında geniş imkanlar
yarandı. Xüsusi olaraq Ümummilli liderimiz H. Əliyevin Azərbaycan tarixinin hərtərəfli və obyektiv tədqiq
olunmasına şəxsən hamilik etməsi tariximizin dərindən öyrənilməsinə rəvac və yeni vüsət verdi. H. Əliyev
çıxışlarından birində demişdir : «Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər, azərbaycanlılara
qarşı zaman- zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkirli
niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir... Tarixi olduğu kimi qəbul etmək, dərk
etmək və olduğu kimi qiymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara
səhifələri unutmaq da olmaz...Tarixçilərimiz çox zəngin və ziddiyyətlərlə dolu olan tariximizi tədqiq etməli və əsl
həqiqəti dünya ictimaiyyəti- nə çatdırmalıdırlar. Tarix elmi, keçmiş fakt və hadisələrin məcmuəsi əsasında konkret
zaman və məkan çərçivəsində, yalnız obyektiv təhlil etməklə əsl həqiqəti üzə çıxara bilər» [4, s. 17].
Bu baxımdan Azərbaycanın tarixinin tərkib hissəsi kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin zəngin,
unudulmuş, təhrif olunmuş, ziddiyyətlərlə dolu olan 1923-1991-ci illər tarixinin tədqiqi olduqca şərəfli, əhəmiyyətli
və son dərəcə zəruridir. Tədqiqatı zəruriləşdirən ilkin amil münbit torpaqlara, zəngin təbiətə və mühüm strateji
mövqeyə malik Azərbaycanın Dağlıq Qarabağ ərazisinin erməni vandalları tərəfindən işğalı ilə bağlıdır. Ermənilər
öz məkirli niyyətlərinə dünya miqyasında haqq qazandırmağa çalışırlar və müvəqqəti ələ keçirdikləri Azərbaycanın
Dağlıq Qarabağ ərazisinin onların ata-babalarınınkı olması fıkrini yayırlar. Bu gün erməni siyasət-bazlarının,
erməni diasporunun xaricdə, Azərbaycan haqqnıda yaymış olduqları hər cür bədnam, saxta fikirləri, faktlara
əsaslanaraq açmalı və əsl həqiqəti dəlillərlə göstərməliyik. Bir həqiqəti qeyd etməliyik ki, erməni «siyasətçiləri»nin
milli ayrı-seçkilik, şantaj, şovinizm, rasizm və anneksiya siyasəti rəsmi dövlət səviyyəsində aparılırdı. Son dövrlər
isə bu siyasətə bir terror da əlavə edilmiş və bütün dünya üçün təhlükəyə çevrilmişdir.
Bu gün bəşəriyyət onu hədələyən daha təhlükəli terrordan - erməni terrorizmindən xəbərsiz deyil. Çünki
müasir erməni terror qrupları ilə onların XIX-XX əsrdə törətdikləri, məsləkdaşlarının məqsədləri, hədəfləri, istifadə
etdikləri taktika və təbliğat metodları demək olar ki, eynidir. Bu yolla özlərinin çirkin məqsədlərinə nail olmaq
«Böyük Ermənistan» dövləti yaratmaq üçün ermənilər çoxsaylı terror təşkilatlarına malikdirlər. Beləki,
«Armenakan», «Hmcaq», «Erməni Federativ İnqilab Partiyası» («Daşnaksütyun»), «Erməni Soyqırımının Ədalətli
Qisasçıları», «Erməni Gizli Azadlıq Ordusu», «Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu» («ASALA»)
və digər erməni terror təşkilatlarının törətdikləri cinayətlərin siyahısı çox «zəngindir» [6, s.93].
Erməni terrorçuları türk dünyasına, xüsusilə Türkiyəyə və Azərbaycana qarşı dəhşətli cinayətlər törətmişlər
və indi də törətməkdə israrlıdırlar. Təkcə 1989-1994-cü illərdə erməni terrorçu təşkilatları tərəfindən Azərbaycana
qarşı 12 terror aktı törədilmiş yüzlərlə dinc sakin həlak olmuş və ağır bədən xəsarəti almışdır [11, s.76]. Erməni
terrorizm beynəlxalq terrorizmin ayrılmaz tərkib hissəsidir. «ASALA»nın «Hizbullah», «PKK» və.s terror
təşkilatları ilə sıx işbirliyi vardır. Erməni millətçiliyinin tarixi kökləri dərindir və indiyə kimi tarixi mərhələlər
keçərək davam etməkdədir. Müasir dövrdə nəinki region, ölkə, hətta bütün mütərəqqi bəşəriyyət üçün təhlükəyə
çevrilmiş hiyləgər erməni şovinizmi terrorçuluqdan tarix boyu istifadə edərək faşizmidən də dəhşətli, qorxulu
qüvvəyə çevrilmişdir. Baş verənləri obyektiv tədqiq etməklə «qonşularımız»ın kimliyini dünya ictimaiyyətinə
çatdırmalı və Azərbaycanımızı təhlükəli erməni terrorundan xilas etməliyik.
Xalqımızın keçdiyi tarixi yola baxdıqda məlum olur ki, sosializm libası geydirilmiş çətin, mürəkkəb və
iztirablı olan bu yolda köhnə dünyanın maddi və mənəvi mirasının dağıdılması, ölkəmizin parçalanması, məqsədli
şəkildə dünyanın müxtəlif bölgələrindən ermənilərin Qarabağın Dağlıq hissəsinə köçürülməsi, bu regionda
imperiyanın dayaqlarının möhkəmləndirilməsi, milli münaqişələr, azərbaycanlılara qarşı soyqırım, məşəqqətlər,
məhrumiyyətlər və xalqımızın rastlaşdığı bu və ya digər qanlı faciələr dünya ictimaiyyətindən gizlədilmişdir. Eyni
zamanda xalqımızın keçdiyi bu yolda qəhrəmanlıq, fədəkarlıq, alicənablıq, mərdanəlik və müdriklik də nümayiş
etdirilmişdir. Nailiyyətlərimizi, nöqsanlarımızı, səhvlərimizi, problemlərimizi öyrənərək dərk etməli və bu günkü
cəmiyyət quruculuğunda onlardan dərs almalıyıq.
Bütün dünyada DQMV-nin iqtisadi və mədəni inkişafını Ermənistanla bağlayan namərd erməni liderlərinə
cavab verməyin vasitələrindən biri də, Qarabağ ermənilərinin nail olduqları yüksək iqtisadi və mədəni inkişafa
şəraiti məhz Azərbaycan xalqı və hökuməti tərəfindən yaradıldığını dünya ictimaiyyətinə çatdırmaqdır. Sovet
hakimiyyəti illərində Azərbaycan dövləti, XIX əsrin əvvəllərindən
DQMV-də məskunlaşmış erməni əhalisi üçün, 68 il ərzində yüksək sosial-iqtisadi inkişaf və zəngin mədəni
mühit yaratmışdır. Lakin təəssüflə qeyd etməliyik ki, erməni separatçıları DQMV-də baş verən irimiqyaslı iqtisadi
və mədəni inkişafı çox məharətlə saxtalaşdıraraq inkar və təhrif edir, çox hallarda isə iftiralara məruz qoyurdular.
Etiraf etməliyik ki, 1923- 1991-ci illərdə DQMV-nin iqtisadi-sosial və mədəni inkişafı, Azərbaycan hökumətinin bu
sahədəki səmərəli fəaliyyəti son zamanlara qədər aparılan tədqiqatlarda çox zəif işıqlandırılmış və xüsusi tədqiqat
obyekti olmamışdır. Bəhs edilən illərdə DQMV-də sosial-iqtisadi və mədəni inkişaf istiqamətində Azərbaycan
hökumətinin apardığı humanist siyasəti fitnəkar erməni separatçılarının saxtalaşdırmaq niyyətlərini, qazanılan
nailiyyətləri inkar edən erməni müəlliflərinin nankorluğunu. iftiralarını tarixi faktlar və sənədlər əsasında ifşa etmək
ən aktual vəzifələrdən biri kimi meydana çıxmışdır.
Sovet hakimiyyəti illərində ermənilər məkrli niyyətlərini məharətlə gizlətmiş, Ermənistanda yaşayan
azərbaycanlıları dədə-baba yurdlarından qovulmasına və Dağlıq Qarabağın Azərbacandan qoparılmasına fəal
hazırlıq görmüşdülər. 1985-ci ildən etibarən keçmiş Sovetlər İttifaqında rəhbər vəzifələrdə çalışanların rəğbətindən,
demokratiya və aş- karlıqdan istifadə edən ermənilər «Böyük Ermənistan» yaratmaq iddiasını dolayı yollarla davam
etdirdilər və bütün bunlar 1988-ci ildən açıq şəkildə hərbi təcavüzlə nəticələndi [7]. Bu hadisələrin arxasında
kimlərin dayandığı bu gün heç kimə sirr deyil. Azərbaycanın Yuxarı Qarabağ ərazisinin qoparılmasına yönəldilən
cinayətkar ssenarini həyata keçirən aksiya müəllifləri və təşkilatçıları özlərinin uzaqgörən məqsədləri naminə
Qarabağ kartından məharətlə istifadə etdilər. Onlar tarixi, sosial-iqtisadi faktları açıq-aşkar saxtalaşdıraraq bütün
dünyada Azərbaycan xalqına qarşı yalan və böhtan kompaniyasına başlamışdılar. Vəziyyəti son dərəcə
gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə, ənənəvi əzabkeş obrazı yaratmağa çalışan erməni millətçiləri
əsas diqqəti ona yönəltdilər ki, guya Azərbaycan rəhbərliyinin qərəzli siyasəti nəticəsində DQMV-in iqtisadi inkişaf
səviyyəsi bütün Respublika üzrə olduğundan xeyli aşağıdır. Guya bu fakt erməni əhalisinin narazılığına səbəb
olmuş, onların səbr kasasını daşdırıb hadisələrin detanatoru rolunu oynamışdır.
Məqalənin aktuallığını şərtləndirən ən başlıca amillərdən biri də məhz tarixi faktlara, arxiv sənədlərinə,
dövrü mətbuat materiallarına, statistikaya əsaslanaraq, ümumrespublika səviyyəsində Naxçıvan MSSR ilə, ayrı-ayrı
rayonlarla, hətta Ermənistan və keçmiş Sovetlər İttifaqının digər regionları ilə müqayisələr əsasında erməni
millətçilərinin «Dağlıq Qarabağın sosial-iqtisadi geriliyi» barədə ortaya atılan tezisin tamamilə əsassız olduğunu
sübuta yetirməkdən ibarət olmuşdur.
Təssüflə qeyd etməliyik ki, erməni millətçilərinin DQMV-də yaşayan ermənilərin sosial-iqtisadi vəziyyətini
bəhanə etməklə yaratdıqları təhlükəli şəraiti Azərbaycan rəhbərliyi obyektiv qiymətləndirə bilməmiş və erməni
təcavüzünə qarşı xalqı səfərbər edib vahid cəbhədə birləşdirmədilər. Yaranmış əlverişli şəraitdən bəhrələnən erməni
millətçiləri daha da fəallaşdılar. Dağlıq Qarabağın işğalı ərəfəsindən bu günədək erməni millətçi təşkilatları
dünyanın bir çox dövlətlərində müxtəlif dillərdə cəfəng uydurmalar yaymışdılar. Təkcə bir faktı qeyd edək ki,
Ermənistanda rus dilində çıxan «Kommunist» qəzetində 1989-1991-ci illərdə beynəlxalq aləmdə Azərbaycana qarşı
yanlış rəy formalaşdırmaq məqsədilə böhtanla dolu 400 məqalə çap olunmuşdur [3, s.131]. Eyni zamanda
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə haqq qazandırmaq üçün dünyanın 70-dən çox ölkəsində erməni
diasporu və erməni icmalarının təşkilatları Azərbaycana qarşı kəskin düşmənçilik münasibəti yaratmaq üçün xüsusi
canfəşanlıq göstərirlər.
Bununla yanaşı Dağlıq Qarabağ məsələsinin daha da kəskin hal almasında, xalqımıza qarşı qırğınların
törədilməsində və erməni separatçılarının maliyyə cəhətdən təmin edilməsində erməni kilsəsinin rolunu xüsusi qeyd
etməliyik. Hətta, I Vazgen 1990-cı il iyulun 30-da mətbuat işçilərinə verdiyi müsahibəsində yuxarıda dediklərimizi
etiraf etmişdir: «1988-ci ildə başlamış «Qarabağ hərəkatı»nda erməni kilsəsi müəyyən rol oynamışdır və oynayır»
[5, s.16].
Erməni millətçiləri Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına haqq qazandırmaq üçün, guya
Vilayətdə yaşayan ermənilərin «sosial-iqtisadi vəziyyətlərinin ağır-lığı azərbaycanlılar tərəfindən sıxışdırıldığı»
uydurmasını beynəlxalq miqyasda yaya bilmişdilər. Halbuki faktların təhlili DQMV- də yaşayan ermənilərin
sosial-iqtisadi durumunun ümumrespublika səviyyəsində yüksəkdə dayandığını göstərir. Belə ki, 1971-1985-ci
illərdə DQMV-nin iqtisadi inkişafına kapital qoyuluşunun həcmi 483 milyon manat və ya əvvəlki
beşilliklərdəkindən 3 dəfə çox olmuşdur [8]. Qarabağ probleminin yaranması ərəfəsində DQMV-də mənzil
tikintisinin həcmi adambaşına 14,6 kv.m. olmuşdur, hansı ki, bu göstərici ümumrespublika üzrə 10,9 kv.m. təşkil
etmişdir [5, s.16]. 1987-ci ildə hər adama düşən istehsal məhsullarının həcmi Respublika üzrə 21 manata qarşı,
Dağlıq Qarabağda 29,5 manat olmuşdur. 1981-1987-ci illərdə Vilayət sənaye istehsalının inkişaf sürətinə görə
ümumrespublika səviyyəsini 3 dəfə, Aqrosənaye kompleksinin maddi texniki bazasının fond təchizatının
səviyyəsinə görə isə 2 dəfə ötüb keçmişdir [9, s.167]. Nəqliyyat, rabitə, səhiyyə, məktəb, idman, ticarət və digər
sahələrdə də Dağlıq Qarabağ yüksək göstəricilər əldə etmişdir və bütün bunlar dövlətimizin bölgəyə göstərdiyi
dərin qayqının nəticəsi idi. Lakin çox təəssüflər olsun ki, bütün yüksək göstəricilər, sosial iqtisadi və mədəni inkişaf
üçün şərait erməni icmasının cəmləşdikləri kənd və qəsəbələrə aid edilmişdir. Demək olar ki, azərbaycanlıların
yaşadıqları ərazilərdə heç bir sosial obyekt tikilmir, qayğısızlıq üzündən azərbaycanlılar yaşayan kəndlər boşalıb
dağılır və xarabazara çevrilirdi. Yu-xarı Qarabağın azərbaycanlılar və ermənilər yaşayan kəndlərində 1980-ci ilin
axırlarında vəziyyət belə olmuşdur. Azərbaycanlılar yaşayan kəndlərin 12 faizi məktəbəqədər uşaq müəssisələri ilə
təmin olunduğu halda, ermənilər yaşayan kəndlərdə bu rəqəm 30 faizdən yu-xarı olmuşdur. Həmçinin azərbaycanlı
və erməni kəndlərində bədən tərbiyəsi və idman qurğuları 39% və 66%, qazlaşdırma 65% və 100% təşkil etmişdir
[2, s.205]. Digər sahələrdə - məişət xidməti sahəsində, kitabxanaların, klub müəssisələrinin, sanatoriya və istirahət
müəssisələrinin, su, yol, elektrikləşmə, nəqliyyat, rabitə, məktəb və digər sahələrdə də Vilayətin erməni rəhbərliyi
tərəfindən məqsədli şəkildə azərbaycanlılar yaşayan kəndlərə biganəlik göstərilmiş, uzun illər ərzində
azərbaycanlılar yaşayan kəndlərdə sənaye müəssisələrinin bir dənə də filialı yaradılmamış və deməli yeni iş yeri
açılmamışdır. Nəticədə, iş yerləri olmadığından azərbaycanlılar yaşayan kəndlərdəki gənclər iş dalınca başqa
şəhərlərə gedir və qədim yaşayış məskənləri boşalırdı.
1985-ci ilin dekabrında ABŞ-dakı daşnak partiyası və Erməni Milli Komitəsi «Böyük Ermənistan» yaratmağı
və Qarabağı, Naxçıvanı, Axalkalak bölgələrini Ermənistanla birləşdirməyi strateji məqsəd elan etdilər [5, s.20].
Həmin vaxtdan Ermənistanın Azərbaycan ərazisi olan DQMV-yə ərazi iddiaları aşkar xarakter aldı. 1987-ci ildə
M.S.Qorbaçovun yaxın adamı və məsləhətçisi A. Aqambekyan Parisdə bəyan etdi ki. Qarabağın Ermənistana
verilməsini arzulayır. O, bunu belə «əsaslandırdı». «Bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ Azərbaycandan
daha çox Ermənistanla bağlıdır» [11, s.20].
Əlbəttə, bu tezis tamamilə saxta, əsassız tezisdir. DQMV sosial-iqtisadi cəhətdən Azərbaycanın ən yüksək
inkişaf etmiş regionlarından biridir. Bütün Respublikamızın səyləri nəticəsində burada ən azı 2,5 milyard manat
qiyməti olan milli sərvət yaradılmışdır ki, bu sahədə Vilayətdə adambaşına düşən göstərici orta Respublika
göstəricilərindən 1,3 dəfə çoxdur. Azərbaycan dövləti DQMV sənayesinin, kənd təsərrüfatının, sosial
infrastrukturunun inkişafı üçün nəhəng tədbirlər həyata keçirmiş, nəticədə Vilayət əhalisinin həyat səviyyəsi xeyli
yüksəlmişdir. Keçmiş ittifaq məkanında respublikalar arasında iqtisadi əlaqələrin mövcudluğunu inkar etməsək də,
Vilayətin iqtisadiyyatının möhkəmləndirilməsində Ermənistan SSR-in payı 2 faizdən aşağı olmuşdur [10, s.25].
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və heç bir zaman Vilayət iqtisadi cəhətdən Ermənistanla bağlı
olmamışdır.
XX əsrin 80-cı illərinin ortalarında erməni palitoloqları Dağlıq Qarabağda vəziyyəti daha da gərginləşdirmək
məqsədilə, demoqrafik və-ziyyətə dair bütün dünyada belə bir qərəzli fikir formalaşdırmağa cəhd etdilər ki, guya
bölgədə Azərbaycan rəhbərliyi tərəfindən ermənilər sıxışdırılmış və nəticədə Vilayətdə yaşayan əhalinin ümumi
sayında ermənilərin payı azalmış, azərbaycanlıların payı isə artmışdır. Yuxarıda qeyd etdiyimiz kimi Dağlıq
Qarabağda məskunlaşmış ermənilərin sosial-iqtisadi vəziyyəti istər ümumrespublika səviyyəsində, istərsədə
Ermənistanla müqayisədə çox yüksəkdə dayanmışdır. Əksinə, istər DQMV-də istərsədə Ermənistanda yaşayan
azərbaycanlılar erməni millətçiləri tərəfindən həmişə sıxışdırılmışdılar. Aparılan təhlillər nəticəsində məlum olur
ki, 1988-ci ildə DQMV-də 182,4 min nəfər əhali yaşayırdı ki, bunun 23 faizini azərbaycanlılar, 75,9 faizini
ermənilər, yerdə qalanını isə digər millətlərin nümayəndələri təşkil etmişlər [5, s.24].
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycana silahlı hücumu Respublikamızda
demoqrafık vəziyyətə böyük ziyan vurmuşdur. Bu gün Dağlıq Qarabağda bir nəfərdə olsun milliyyətcə azərbaycanlı
qalmayıb. Əsrlər boyu azərbaycanlılar yaşayan yüzdən çox kənd erməni vandalları tərəfindən dağıdılıb. Yüz
minlərlə günahsız insan öz doğma vətənində məcburi köçkünlük və qaçqınlıq həyatını yaşamağa məcbur edilib.
Bütün iyirminci yüzillik boyu azərbaycanlılara qarşı erməni millətçilərinin törətdiyi fəlakətlər göstərir ki,
sovet hakimiyyəti illərində Azərbaycan tarixçiləri zamanın tələbi ilə tarixin ibrət dərslərinə biganə olmuş, erməni
siyasətinin Azərbaycan xalqının taleyi üçün törətdiyi təhlükənin miqyasını müəyyən edə bilməmişlər. Şimali
Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra Dağlıq Qarabağ tarixinin tədqiqində xeyli işlər görülmüş, bir
sıra elmi əsərlər və məqalələr yazılaraq xalqa çatdırılmışdır.
Beləliklə, DQMV-nin tarixinin tədqiqini zəruriləşdirən amilləri müəyyənləşdirərkən aşağıdakıları xüsusi
qeyd etməliyik: Tariximizin bütün dövrlərində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tarixi
sənədlərə əsasən sübut etmək; Qərəzsiz statistikanın dili ilə DQMV-dəki sosial-iqtisadi durumun Azərbaycanın
digər regionlarından yüksəkdə dayandığını göstərməklə erməni ideoloqlarının «DQMV-də yaşayan erməni
əhalisinin sosial iqtisadi vəziyyətinin geriliyi» tezisinin ağ yalan olduğunu sübut etmək; XX yüzillik ərzində erməni
vandallarının Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri izləmək, bütövlükdə onların hamısının məqsəd və
məramının eyniliyini göstərmək; XX yüzillikdə azərbaycanlılar yaşayan qədim yaşayış məskənlərinin biganəlik
göstərilməsi, sıxışdırılmasında Vilayətin erməni rəhbərliyinin məqsədlərinə aydınlıq gətirmək; Tariximizi
saxtalaşdıran erməni müəlliflərinin «DQMV iqtisadiyyatının Ermənistanla sıx bağlılığı» qeyri-obyektiv fikirlərinin
əsassız olduğunu faktlarla açıqlamaq; DQMV-nin, Qarabağ regionunun, Naxçıvan Muxtar Respublikasının və
bütün Azərbaycanın inkişafının, siyasi, iqtisadi, sosial, milli və digər məsələlərin kompleks həlli, milli dövlət
quruculuğu prinsiplərinin toxunulmazlığının təmin edilməsindən, şovinist meyllərin və milli məhdudiyyətlərin
aradan qaldırılmasından, Azərbaycanda yaşayan bütün millətlərin və xalqların nümayəndələrinin əməkdaşlığının
inkişaf etdirilməsindən asılılığını yeri gəldikcə vurğulamaq.
İstifadə edilmiş ədəbiyyat:
1. Ermənistan Respublikası: Terrorizm dövlət siyasəti kimi. Faktlar və rəqəmlər.Bakı,«Elm»,2002, s.3-18.
2. Əlivev M.T. Azərbaycan iqtisadiyyatı. Bakı, «Gənclik», 1998.
3. Quliyev V. Azərbaycanda erməni zülmii. Bakı, «Ozan», 1999.
4. Mənımədov N.R. Azərbaycan SSR DQMV-i iyun 1941 - dekabr 1950-ci illərdə. Bakı, «ADPU», 280 s.
5. Səmədzadə Z. Dağlıq Qarabağ: Naməlum həqiqətlər. Bakı, 1995.
6. Армянский геноцид: Мифы и реальность. Баку, «Азернешр», 1992, с.93.
7. Газета «Бакинский рабочий». 26 март 1988 г.
8. Газета «Советский Карабах». 9 мая 1980 г.
9. Народное хозяйство Азербайджанской ССР в 1988 году. Баку, 1989, с. 376.
10. Народное хозяйство и культура ССР. Стат. Сбор. Москва. 1989, с.30-31.
11. П.Помпоев Ю.А. Кровавый Омут Карабаха. Санкт-Петербург. 1992.
РЕЗЮМЕ
Мамедов Назим
Необходимость исследования историю Автономной Области Нагорного Карабаха
В статье широко обусловлено необходимости исследования историю Автономной Области Нагорного
Карабаха Азербайджанской советской социалистической Республики и дано сведение об актуальности
темы.
ESSENCE
Nazim Mammadov
Azerbaijan necessity of investigation of the history of the Nagorny Karahakh
Autono mous Region of the SSR
Azerbaijan necessary conditions of the investigate history of the Nagorny Kara- bakh Autonomous of the
SSR analyzed in the article widely, he have been given infor mation about urgency of the subject.
Dostları ilə paylaş: |