|
Qaraqalpaq indd
Qaraqalpaq ədəbiyyatı
1
NİZAMİ MƏMMƏDOV - TAĞISOY
QARAQALPAQ
ƏDƏBİYYATI
(dərslik)
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 08.07.2015-ci il tarixli
№777 saylı əmrinə əsasən dərslik
kimi çap olunur.
“Elm və təhsil”
Bakı- 2015
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
2
3
Elmi redaktor: İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti, akademik
Rəyçilər: Ramiz Əskər
Bakı Dövlət Universiteti Türk xalqları ədəbiyyatı
kafedrasının müdiri, filologiya üzrə elmlər
doktoru, professor
Elman Quliyev
Azərbaycan Dövlət Pedaqoji Universiteti “Dədə
Qorqud” Elmi- Tədqiqat Laborato ri ya sı nın
müdiri, filologiya üzrə elmlər doktoru, pro fessor
Nizami Məmmədov-Tağısoy. Qaraqalpaq ədəbiyyatı.
Bakı, «Elm və təhsil», 2015, 456
səh.
Azərbaycanda qaraqalpaq ədəbiyyatının folklor və epik yaradıcılıq dönə-
mindən başlayaraq bu günümüzəqədərki mərhələlərini, inkişaf istiqamətlərini,
təmayüllərini, mövzu və problem xüsusiyyətlərini, müxtəlif və rəngarəng
janrlarının özünəməxsusluğunu, ayrı-ayrı sənətkarların yaradıcılıq üslublarını
etnogenetik təfəkkür tərzi müstəvisində işıqlandıran kitabda qaraqalpaqların
ədəbi-estetik düşüncəsi, poetik aləmi, uğurları nəzərdən keçirilir.
Milli ədəbiyyatı yaradanların, ədəbi tənqidin inkişafında xidmətləri olan
folklorşünasların və ədəbiyyatşünasların bədii-nəzəri mülahizə və fikirləri təhlil
olunur, qaraqalpaq folklorunun, incəsənətinin, ədəbiyyatının türk ədəbiy yat ları
çevrəsində yeri və rolu müəyyənləşdirilir.
Kitabdan ali məktəblərin bakalavr və magistr pilləsində təhsil alan tələbələr,
dissertantlar və doktorantlar, türk xalqları tarixi, etnogenezi, folkloru, mədəniy-
yəti və incəsənəti, klassik ədəbiyyatı, XX əsr ədəbiyyatı ilə maraqlananlar və
digərləri istifadə edə bilərlər. Eyni zamanda kitab geniş oxucu auditoriyası üçün
də gərəkli mənbədir.
ISBN 978-9952-8176-5-2
© «Елм вя тящсил», 2015
Bütün həyatını, elmi-ədəbi yaradıcı lığını
Türk xalqlarının folkloruna, ədəbiyyatına tarixinə,
həyat fəlsəfəsinə həsr etmiş Türk düşüncəsi və
Türk böyüklüyü ilə yaşamış Türkçülərin xatirə sinə
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
4
5
Deyilən və yazılan söz heç zaman ölmür
GİRİŞ
Etnik kökləri etibarilə sak-sarmat-massget və türk mədəni ənə-
nə lərindən qaynaq alan qaraqalpaqlar özünəməxsus mədəniyyətə
malik olmaqla, təbəddülatlarla dolu dramatik tari xə malikdirlər.
«Qaraqal
paq» sözü ilk dəfə elmi-tarixi dövriyyəyə XVI əsrin
sonlarında daxil edilmişdir.
Qaraqalpaqlar əsrlər boyu milli və dövlət müstəqillikləri uğ-
runda mübarizə aparmışlar. Müxtəlif tarixi mərhələlərdə onlar
Xa rəzm, Buxara, Fərqanə, Orta və Böyük Cuzun tərkibinə daxil
ol maq la uzun müddət ərzində cunqarlar (kalmıklar), Nadir şahın
ordu suyla qan lı döyüşlər aparmışlar. Qaraqlapaqların uzun zaman
kəsiyində öz ara la rında tayfalararası, qəbilələrarası qanlı davaları
sən gi məmiş, nəti cə də xalqın sayı xeyli dərəcədə azalmış və o zəifləyib
qüvvədən düş müş dür.
Yalnız XX əsrin əvvəllərində qaraqalpaqlar əvvəl Muxtar vila-
yət, sonra Qaraqalpaq Sovet Sosialist Muxtar Respublikası kimi
qu ru ma malik ola bilmişlər. XX əsrin 90-cı illərindən Özbəkistan
Res pub likasının tərkibində Qaraqalpaqstan Respublikası yaradıl-
mışdır.
Qaraqalpaqlar nəinki Qaraqalpaqstanda, həmçinin onun
hüdud la rın dan kənarlarda, məsələn, Özbəkistan, Qazaxstan, Türk-
mə nis tan, Əfqanıstan, İran, İraq, Türkiyə, Rusiya və digər ölkələrin
ər az i lə rin də bu gün də yaşamaqdadırlar.
Qaraqalpaqlar uzun əsrlər boyu özünəməxsus şifahi xalq ədə-
biyyatı nümunələri yaratmış və inkişaf etdirmişlər. Qaraqalpaqlar
bənzərsiz «Qırx qız», «Alpamıs», «Yer Ziuar», «Qurban bəy» və s.
kimi qəhrəmanlıq dastanlarının, «Şəhriyar»,”Qərib-aşıq”, “Yusif-
Əhməd”, “Maspatşa” kimi məhəbbət poemalarının, xalq (“həyya”,
“bə dik”. “güləpsan”, “sınsu”, “betaşar”) və tarixi nəğmələrin, n a-
ğıl l arın, əfsanələrin, lətifələrin, atalar sözü və zərbi məsəllərin və s.
ya ra dıcısı kimi tanınırlar. Bu nümunələrin əksəriyyəti jırauların,
bak sı ların, akınların virtuoz ifası, əvəzsiz yaddaşının dərinliyi nə ti-
cə sində dövrümüzə gəlib çatmış və bu günün özündə yazılı şəkildə
sax la nılmaqdadır.
Bu xalqın müəllifli bədii ədəbiyyatının yaranması XVIII ikinci
ya rı sı – XIX əsrin əvvəllərinə təsadüf edir. Məhz bu dövrdə qara qal-
paq ədəbiy yatının aparıcı nümayəndələri Jien Jırau, Günxoca, Ha-
cı ni yaz, Berdağ və başqalarının yaradıcılığı xalq həya tının müxtəlif
tə rəflərini əks etdirməklə ortaya çıxmışdır.
Qaraqalpaq poeziyasının zirvəsini Berdağ yaradıcılığı təşkil edir.
O, bütün yaradıcılığı boyu öz xalqının azadlığı uğrunda mübarizə
apa ran böyük şəxsiyyət kimi tanınmışdır.
Qaraqalpaq yazılı ədəbiyyatı XX əsrin 20-ci illərindən inkişaf et-
mə yə başlamışdır. Qaraqalpaq poeziyası uzun müddət ərzində iki mə-
də ni – ədəbi ənənə daxilində inkişaf etmiş və formalaşmışdır. Bu, bir
tərəfdən, türk, digər tərəfdən, Şərq mədəni kontekstində baş ver miş dir.
XX əsrdə qaraqalpaq poeziyasına folklor və klassik ədə biy ya tın təsiri
ilə yanaşı, həm də rus poeziyasının, rus poetik sisteminin tə si ri az
olmamışdır. Qaraqalpaqların XX əsrdə yaranmış poeziyası ye ni növ,
janr və formalarla zənginləşdirilmişdir. Sovet dövründə 30-cu illərdən
qaraqalpaq ədəbiyyatında poema janrı inkişaf etmiş, hə yat gerçəklikləri
yeni yozumda, yeni bədii duyumda kükrəmiş və for ma laşmışdır.
Qaraqalpaq nəsri poeziyaya nisbətən daha ləng inkişaf etmişdir.
Əl bəttə, ilk dövrdə qaraqalpaq nəsrinin inkişafını şərtləndi rən baş l ı-
ca amil lər oçerklər, korrespondensiyalar, qəzet məqalələri, publisistik
əsər lər olmuşdur.
Yalnız XX əsrin 30-cu illərindən başlayaraq qaraqalpaq ədə-
biy ya tın da hekayə, bundan sonra povest janrı yaranmağa başlayır.
Ro man qaraqalpaq ədəbiyyatında daha gənc janr hesab edilir. Onun
ya ran ması XX əsrin 50-ci illərinə təsadüf edir.
Dostları ilə paylaş: |
|
|