Qari və buzob ( Azərbaycan xalq nağılı )



Yüklə 163,2 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü163,2 Kb.
#73345


QARI VƏ BUZOB 

 

Azərbaycan xalq nağılı ) 

 

 

Biri varmış, biri yoxmuş, bir qarı nənə varmış. Bu qarı nənənin ceyran gözlü, 



maral duruşlu, quyruğu saçaqlı, alnı qaşqa bir buzovu varmış. Günlərin bir 

günündə, şaxtalı bir qış günündə qarı nənə buzovunu suvarmağa apardı. Buzov 

buzun üstünə çıxan kimi ayağı sürüşdü, yerə yıxıldı. Qarı nənə ha çalışdı, ha 

əlləşdi axır ki, buzovu bir təhər yerdən qaldırdı.  

Qarı nənə hirsləndi və üzünü buza tutub dedi: 

-

 



Ay buz, sən nə güclüsən? 

Buz dilə gəlib qarı nənəyə belə cavab verdi: 

-

 

Yox, qarı nənə! Mən güclü olsaydım, günəş məni əridib suya döndərməzdi. 



Qarı nənə üzünü günəşə tutub dedi: 

-

 



Ay günəş, sən nə yaman güclüsən? 

Günəş dedi: 

-

 

Yox, qarı nənə! Mən güclü olsaydım, qara bulud mənim qabağımı kəsməzdi. 



Qarı nənə üzünü qara buluda tutub ondan soruşdu? 

-

 



Ay bulud, sən nə yaman güclüsən? 

Bulud cavab verdi: 

-

 

Yox, qarı nənə! Mən güclü olsaydım, yığdığım suları özümdə saxlaya 



bilərdim. Sularım yağış olub yerə yağmazdı. 

Qarı nənə yağışdan soruşdu? 

-

 

Ay yağış, sən nə yaman güclüsən? 



Yağış dedi: 

-

 



Elə deyil, qarı nənə! Mən güclü olsaydım, torpaq məni özünə çəkməzdi. 

Qarı nənə üzünü torpağa tutub ondan soruşdu? 

-

 

Ay torpaq, sən nə yaman güclüsən? 



Torpaq cavab verdi: 

-

 



Yox, qarı nənə! Mən güclü olsaydım, güllər, çiçəklər, otlar və ağaclar 

mənim şirəmi sora bilməzdi.  

Qarı yavaş-yavaş gəlib çəmənə çatdı və üzünü otlara tutub soruşdu: 

-

 



Ay otlar, siz nə yaman güclü imişsiniz? 

Otlar başlarını qaldırıb qarı nənəyə baxdı. Uca boylu, enliyarpaq bir ot qarı nənəyə 

belə cavab verdi: 

-

 



Yox, qarı nənə! Biz güclü olsaydıq, ceyran bizi yeməzdi. 

Qarı nənə ceyranı tapıb ondan soruşdu: 

-

 

Ay ceyran, sən nə yaman güclü imişsən? 



Ceyran qarı nənəyə dedi: 

-

 



Qarı nənə, mən güclü deyiləm, güclü olsaydım canavar məni yeyə bilməzdi. 

Qarı nənə canavarın qabağını kəsib ondan soruşdu: 

-

 

Ay canavar, sən nə yaman güclü imişsən? 



Canavar uzaqdan gələn bir kəndlini qarıya göstərib dedi: 

-

 



Yox, ay qarı nənə! Mən güclü olsaydım, bax o gələn adam məni vura 


bilməzdi.  

Qarı kəndlinin yanına gəlib ondan soruşdu: 

-

 

Ay bala, sən nə güclü imişsən? 



Kəndli güldü, sonra otlaqlardakı sürüləri, zəmilərdəki taxılı, tarlalardakı 

pambığı, meyvəli bağları, bol məhsullu bostanları qarı nənəyə göstərib dedi: 

-

 

Düzdür, qarı nənə! Bu dünyada insan hər şeydən güclüdür: 



                           Mən güclüyəm, ay qarı,  

                            Əkib yetirrəm barı. 

                            Zəhmət çəkən də mənəm,  

                           Yeri əkən də mənəm! 

                            Tarla mənim, bağ mənim,  

                            Axar su, bulaq mənim. 

                            Bostanıma gələrsən,  

                            Qovun, qarpız dərərsən,  

                            Onda mənim gücümü 

                            Qarı nənə bilərsən. 



 

Yüklə 163,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə