1
Azərbaycan Milli Elmlər Akademiyası
A.A.Bakıxanov adına Tarix İnstitutu
QASIM HACIYEV
BƏRDƏ ġƏHƏRĠ
COĞRAFĠ, SĠYASĠ VƏ MƏDƏNĠ TARĠXĠ
Bakı – 2008
2
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov
adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur
Elmi redaktor: AMEA-nın müxbir üzvü,
t.e.d., professor Y.M.Mahmudov
Rəyçilər: AMEA-nın müxbir üzvü, t.e.d.,
professor İ.A.Babayev
t.e.d. T.M.Məmmədov
t.e.d., professor V.Z.Piriyev
t.e.d., professor T.T.Mustafazadə
filol.e.d. S.Ş.Nuriyev
Hacıyev Q.Ə.
Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi. – Bakı, Uni-
Print, 2008. – 250 s.
3
Əsər Azərbaycanın qədim şəhərlərindən biri, ölkənin beş əsrə qədər
paytaxtı olmuş, 2500 ildən artıq yaşı olan Bərdənin tarixinə həsr
edilmişdir. Kitabın I cildində Bərdənin qədim dövrdən XIX əsrədək
tarixi öz əksini tapmışdır. Əsərdə eyni zamanda Bərdənin yerləşdiyi
tarixi ərazinin təbii- coğrafi xüsusiyyətləri, şəhərin tarixi yeri,
təşəkkül dövrü, quruluşu, adının etimologiyası, ictimai- inzibati
şəraiti, əhalisinin etnik tərkibi işıqlandırılmışdır.
Əsərdən Azərbaycan tarixinin tədrisində ali və orta ixtisas
məktəblərinin müəllim və tələbələri, elmi işçilər və şəhər tarixi
məsələləri ilə məşğul olan tədqiqatçılar, ümumiyyətlə, tariximizlə
maraqlananlar yararlana bilərlər.
Kitabın işıq üzü görməsində xüsusi roluna görə vətənpərvər
ziyalı, polis polkovniki Əbülfət Hacıyevə minnətdarlıq edirik.
İSBN 978-9952-440-33-1
© Q.Hacıyev, 2008
4
Qarabağın Bərdə şəhəri qədim tarixə, zəngin ənənəyə malikdir.
Düzü, mən qədim Bərdəni çox sevir və bərdəlilərə böyük hörmət
bəsləyirəm.
Heydər Əliyev
MÜƏLLİFDƏN
2000-ci ildə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix
İnstitutunun Elmi Şurasının qərarı ilə «Bərdə şəhərinin tarixi (e.ə. III
əsr – b.e. XVIII əsri)» adlı monoqrafiya çap etdirdik və 2006-cı ildə
Azərbaycan MEA Tarix İnstitutunun Birləşdirilmiş Müdafiə
Şurasında həmin mövzuda doktorluq dissertasiyası müdafiə etdik.
Ulu Öndər Heydər Əliyevin «Düzü, mən qədim Bərdəni çox
sevir və bərdəlilərə böyük hörmət bəsləyirəm» sözləri hər bir bərdəli
kimi bizi də ruhlandırdı və bu mövzuya yenidən qayıtmağa sövq etdi.
Onu da qeyd edək ki, Azərbaycanın qədim şəhərlərindən biri olan
Bərdənin tarixinin yazılması, eləcə də qədim və zəngin tarixə malik
Qarabağ bölgəmizin tarixini hərtərəfli və dərindən tədqiq etmək üçün
“Qarabağ tarixi” şöbəsinin yaradılması da Ulu Öndərin tövsiyəsinin
nəticəsidir.
Heydər Ə liyev həm tarixi yaradan və bu mənada tariximizi
tarixlərə yazan dahi şəxsiyyət, həm də tarixi yazanlara arxa duran
rəhbərdi.
Məlumdur ki, Bərdə şəhərinin adı yazılı mənbələrdə
Albaniyanın paytaxtı kimi çəkilir. Bu məlumatdan başqa yazılı
mənbə əldə edilmədiyindən və arxeoloji tədqiqatların aparılmaması
səbəbindən Bərdə bir qayda olaraq tarixi ədəbiyyatda orta əsr şəhəri
kimi təqdim olunmuşdur. Lakin erkən orta əsrlərdə (V əsr) ölkənin
paytaxtına çevrilmiş, iqtisadi və strateji cəhətdən əlverişli olan bu
5
şəhərin bünövrəsinin elə həmin vaxtda qoyulması versiyası
tarixşünaslıqda haqlı olaraq birmənalı qəbul edilməmişdir.
Əsrlər boyu qaranlıq qalmış tarixi sirləri açan, hətta
mövcudluğunu itirmiş neçə-neçə qədim şəhərin tarixini meydana
çıxaran
arxeologiyanın
möcüzəvi
imkanlarından
lazımınca
bəhrələnmədən, elə həmin mənada, Bərdədə aparılmış arxeoloji
qazıntı nəticələrini nəzərə almadan, yəqin ki, biz də şəhərin min beş
yüz il tarixə malik orta əsr şəhəri olması fikrilə razılaşmaq
məcburiyyətində qalardıq. Başqa sözlə, Bərdədə aparılan arxeoloji
qazıntılar nəticəsində yerin dərin qatlarında arxeoloji qayda-
qanunlarla izlənən mədəni təbəqələrin açılması, külli miqdarda
qədim maddi mədəniyyət nümunələrinin aşkar edilməsi, şəhərin
tarixinin yazılı mənbələr və arxeoloji tədqiqatlar əsasında hərtərəfli
və kompleks tədqiqini mümkün etdi və Bərdənin daha qədim dövrdə
yaranması barədə yeni söz deməyə, onun inkişafını, günümüzədək
intensiv yaşayış məskəni olaraq qalmasını, şəhərin siyasi, iqtisadi,
ictimai, mədəni tarixini öyrənməyə imkan yaratdı. «Qarabağın Bərdə
şəhəri qədim tarixə, zəngin ənənəyə malikdir» deyən Ulu Öndər
Heydər Əliyevin qədim şəhərin keçmiş şöhrətinin özünə
qaytarılmasına dair tövsiyələrini biz
Bərdədə onun öz dilindən dəfələrlə eşitmişdik. Heç də
təsadüfi deyil ki, Ulu Ö ndərin tövsiyələri zaman- zaman öz bəhrəsini
vermiş və verməkdədir. Bərdə şəhərində Ulu Öndərin göstəriş və
tələbi ilə inşa edilmiş nəhəng tikililər – mədəniyyət sarayı, vətən
müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksi,
poçt-rabitə, mehmanxana binaları, zavod və fabriklər, ticarət
mərkəzi, bazar kompleksi,
məktəb binaları,
xəstəxana və
poliklinikalar, çoxmərtəbəli ictimai və məişət xidməti binaları,
körpülər və s. vaxtilə şəhərin həyatını dövrün inkişaf səviyyəsinə
Dostları ilə paylaş: |