Qaya Ey Həyat Sən Nə Qəribəsən



Yüklə 4,28 Kb.
tarix25.06.2018
ölçüsü4,28 Kb.
#51488

Qaya - Ey Həyat Sən Nə Qəribəsən

Söz: Cabir Novruz - (автор текста)
Bəstəkar: Oqtay Kazımi - (композитор)

 

Nə yaxın qonşu olduq bu dünyada,


Ayrı-ayrı doğulduq bu dünyada,
Axır gəlib bir olduq bu dünyada,
Ey həyat, sən nə qəribəsən?…

Sən ay kimi baxdın mənə,


Sən gün kimi baxdın mənə,
Gözlərinin qarasıyla
Güldü ömrün baxtı mənə…

Aylar keçir, illər keçir,axın olur,


Yadlar gəlir doğma olur, yaxın olur.
Məhəbbətlə ötən ömür nağıl olur,
Ey həyat, sən Nə qəribəsən?

Bu ilqarı yaşatdıq canımızda


Gənclik eşqi qaynadı qanımızda
Qohum oldu atamız anamızda
Ey həyat,sən nə qəribəsən?

Sən ay kimi baxdın mənə,


Sən gün kimi baxdın mənə,
Gözlərinin qarasıyla
Güldü ömrün baxtı mənə…

Aylar keçir, illər keçir,axın olur,


Yadlar gəlir doğma olur, yaxın olur.
Məhəbbətlə ötən ömür nağıl olur,
Ey həyat, sən Nə qəribəsən?
Yüklə 4,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə