Qaydalar (15 aprel 2010-cu IL tarixli dəyişikliklərlə) Bakı-2009



Yüklə 280,32 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü280,32 Kb.
#68218
növüQaydalar




 

 

“Dövlət qeydiyyatına alınmışdır” 



Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyi 

Qeydiyyat №3484 

“01” dekab 2009-cu il 

 

Nazir müavini 



 

__________Toğrul Musayev 



 

“Təsdiq edilmişdir” 

Azərbaycan Respublikası 

Mərkəzi Bankının İdarə Heyəti 

Protokol № 33 

“20” noyabr 2009-cu il 

 

Mərkəzi Bankın sədri 



 

________ Elman Rüstəmov 



 

 

 

 

Bankların likvidliyinin idarə olunması haqqında 

Qaydalar 

 

 



 

(15 aprel 2010-cu il tarixli dəyişikliklərlə) 

 

 



 

 

 



Bakı-2009 

 




 

1. Ümumi müddəalar 

1.1.  Bu  Qaydalar  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”  və 

“Banklar 

haqqında” 

Azərbaycan 

Respublikası 

qanunlarına, 

Azərbaycan 

Respublikasının  digər  qanunvericilik  aktlarına,  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  (bundan  sonra  –  Mərkəzi  Bank)  normativ  xarakterli  aktlarına,  habelə 

beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır. 

1.2.  Bu  Qaydalar  respublikada  fəaliyyət  göstərən  kommersiya  banklarının  və 

xarici  bankların  yerli  filiallarının  (bundan  sonra  -  banklar)  likvidlik  riski  və 

likvidliyin idarə olunması üzrə bankların daxili siyasət, qayda və prosedurlarına dair 

minimum tələbləri müəyyən edir.  

1.3.  Hər  bir  bank  fəaliyyətinin  xüsusiyyətinə  və  əməliyyatlarının  həcminə 

uyğun  olaraq  likvidlik  riskinin  müəyyən  edilməsi,  qiymətləndirilməsi  və  idarə 

olunması siyasətini, müvafiq bankdaxili qayda və prosedurları işləyib hazırlamalıdır. 

Siyasət,  qayda  və prosedurların  hazırlanması zamanı  likvidliyə təsir  göstərən  kredit, 

bazar, əməliyyat və digər risklər də nəzərə alınmalıdır.  

1.4.  Likvidliyin  idarə  olunması  üzrə  bankın  siyasəti,  daxili  qayda  və 

prosedurları  İdarə  Heyəti  tərəfindən  müvafiq  komitələrlə  birlikdə  hazırlanmalı  və 

Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir. 

1.5.  Bankın  təsdiq  edilmiş  siyasət,  bankdaxili  qayda  və  prosedurları 

sənədləşdirilməli, müvafiq struktur bölmələrə və əməkdaşlara çatdırılmalıdır.  

1.6.  Siyasət,  bankdaxili  qayda  və  prosedurlara  ən  azı  ildə  bir  dəfədən  az 

olmayaraq yenidən baxılmalıdır. 

 

2. Likvidlik və likvidlik riski haqqında ümumi anlayışlar 

2.1.  Likvidlik  –  bankın  balans  və  balansarxası  öhdəliklərini  (bundan  sonra  - 

öhdəliklər)  yerinə  yetirmək,  cəlb  olunmuş  vəsait  mənbələrində  baş  vermiş  və/və  ya 

gözlənilən  dəyişiklikləri  effektiv  tənzimləmək,  habelə  əlavə  xərclərə  yol  vermədən 

aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyətidir. 





 

2.2. Likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və 

effektiv  yerinə  yetirilə  bilməməsi,  əlavə  likvid  vəsaitin  əldə  edilməsi,  həmçinin 

bankın aktivlərinin minimal zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir.  

2.3.  Likvidliyin  təhlil  edilməsi  üçün  ödəniş  müddətlərinin  bölgüsü  -  ödəniş 

müddəti eyni dövrə düşən aktiv və öhdəliklərin bölgüsüdür.  

2.4.  Likvidlik  «qəpi»  -  eyni  ödəniş  müddətinə  aid  olan  aktiv  və  öhdəliklərin 

fərqidir.  Aktivlərin  məbləği  öhdəliklərin  məbləğindən çox  və  ya az olduqda  müsbət 

və ya mənfi likvidlik «qəpi» yaranır. 

 

3. Likvid aktiv və öhdəliklərin təsnifatı 

3.1. Aktivin likvidlik göstəricisi, onun yüksək likvidli aktivə çevrilməsinə sərf 

edilən müddətə və bu zaman yarana bilən zərərə əsasən müəyyən edilir.  

Aktivlər aşağıdakı likvidlik kateqoriyaları üzrə təsnifləşdirilir:  

3.1.1. Yüksək likvidli aktivlər – bu kateqoriyaya milli və sərbəst dönərli xarici 

valyutada  olan  nağd  vəsaitlər,  Azərbaycan  hökuməti  və  Mərkəzi  Bankı  tərəfindən 

buraxılmış  qiymətli  kağızlar,  Mərkəzi  Bankın  nəzdində  Azərbaycan  İpoteka 

Fondunun  buraxdığı  təmin  edilmiş  qiymətli  kagızlar,  Mərkəzi  Bankda  saxlanılan 

normadan artıq məcburi ehtiyatlar, Mərkəzi Bankda, habelə bütün yerli banklarda və 

yüksək  reytinqə  malik  olan  xarici  banklarda  olan  müxbir  hesablar,  “overnayt” 

depozitləri aid edilir.  

 

3.1.2.  Orta  likvlidli  aktivlər  –  bu  aktivlərə  banklararası  bazarın  qısamüddətli 



maliyyə alətləri, yerli və xarici banklarda, digər maliyyə institutlarında yerləşdirilmiş 

depozitlər,  bank  metalları,  yerli  bankların,  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı 

(bundan sonra-İƏİT) ölkələrinin hökumətlərinin və mərkəzi banklarının  buraxdıqları 

qiymətli kağızlar, habelə investisiya reytinqinə

 

malik olan və repo əməliyyatları üzrə 



alınmış qiymətli kağızlar, müddəti 30 günədək olan kreditlər aid edilir.  

 

3.1.3.  Aşağı  likvidli  aktivlər  -  qısa  müddət  ərzində  minimal  zərərlə  yüksək 



likvidli  aktivə  çevrilə  bilməyən  aktivlər  aid  edilir  (orta  likvidli  aktivlərə  aid  edilən 




 

kreditlər istisna olmaqla verilmiş digər kreditlər, yüksək və orta likvidli aktivlərə aid 

edilən  qiymətli  kağızlar  istisna  olmaqla digər  qiymətli  kağızlar,  əsas  vəsaitlər,  digər 

hüquqi şəxslərdə iştirak payı və s.).  

 

3.2.  Öhdəliklərin  likvidlik  göstəricisi  öhdəliklərin  yerinə  yetirilmə ehtimalına, 



həmçinin  öhdəliklərin  sahibinin  banka  verilmiş  vəsaitləri  tələb  etmək  hüququna 

əsasən  müəyyən  edilir.  Bank  tərəfindən  cəlb  edilmiş  vəsaitlərin  geri  tələb  edilməsi 

ehtimalı  və  hüququ  nə  qədər  çox  olarsa,  öhdəliklərin  likvidlik  göstəricisi  də  bir  o 

qədər yüksək olur. Öhdəliklər aşağıdakı likvidlik kateqoriyaları üzrə təsnifləşdirilir:  

 

3.2.1.  Yüksək  likvidli  (cari)  öhdəliklər  -  bu  öhdəliklərə  bankların  müxbir 



hesabları  və  “overnayt”  depozitləri  də  daxil  olmaqla  bütün  cari  hesablar;  tələbli 

depozitlər,  ödəniş  müddəti  30  gün  və  ya  bundan  az  olan  müddətli  öhdəliklər  (o 

cümlədən, bankın buraxdığı  qiymətli  kağızlar),  icra  müddəti başa  çatmış öhdəliklər, 

müqaviləyə  əsasən  vəsaitlərdən  istifadəyə  başlanması  tarixinə  məhdudiyyət 

qoyulmayan və geri çağırıla bilinməyən açılmış kredit xətləri aid edilir.  

Mərkəzi Bankdan cəlb edilmiş borc vəsaitləri yüksək likvidli (cari) öhdəliklərə 

aid edilmir. 

Müddəti  başa  çatmış  öhdəliyin  icrası  bankdan  tələb  edilmədikdə  və  tərəflər 

arasında  bağlanmış  müqavilə  şərtləri  əsasında  eyni  müddətə  uzadılmış  hesab 

edildikdə, həmin öhdəlik yüksək likvid (cari) öhdəliklərə aid edilmir. 

  

3.2.2. Orta likvidli öhdəliklər – bu öhdəliklərə müddəti 30 gündən 365 günədək 



olan  müddətli  öhdəliklər  (o  cümlədən,  bankın  buraxdığı  qiymətli  kağızlar),  ödəniş 

müddəti  bir  ildən  çox  olan,  lakin  müqaviləyə  əsasən  kreditora  həmin  öhdəliyi 

vaxtından əvvəl tələb etmək hüququ verən borc öhdəlikləri aid edilir.  

 

3.2.3. Aşağı likvidli öhdəliklər – bu öhdəliklərə müddəti 365 gündən çox olan 



öhdəliklər aiddir. 

 

 



 




 

4. Likvidlik riski və likvidliyin idarə olunması  

üzrə bankdaxili siyasət və qaydalar 

4.1.  Bankın  ümümi  strategiyası  nəzərə  alınmaqla  likvidliyin  idarə  olunması 

siyasətində  bankın  aktiv  və  öhdəliklərinin  tərkibi,  müddəti  və  idarə  olunması 

metodları,  maliyyələşdirilmə  mənbələrinin  müxtəlifliyi  və  sabitliyi,  müxtəlif 

valyutalarda  likvidliyin  idarə  olunmasına  yanaşma,  bank  məhsullarının  çeşidi, 

aktivlərin realizasiyasına dair fərziyyələr və s. öz əksini tapmalıdır. 

4.2.  Likvidliyin  idarə  olunması  siyasətində  bankın  filial,  törəmə  struktur  və 

törəmə  banklarına,  rəhbərlik  tərəfindən  müəyyən  edilmiş  limitlər  çərçivəsində  öz 

likvidliyini idarə etmək hüququ verilə bilər.  

4.3.  Hər  bir  bankda  həyata  keçirilən  əməliyyatların  xarakteri  və  mürəkkəbliyi 

nəzərə  alınaraq  likvidliyin  idarə  olunması  üzrə  bankdaxili  qaydalar  hazırlanmalıdır. 

Bu  qaydalar  bankın  likvidlik riski  yaradan fəaliyyətini  və  likvidliyin  idarə olunması 

prosesini  hərtərəfli  tənzimləməli  və  bankın  likvidlik  siyasətinin  həyata  keçirilməsi 

zamanı rəhbər tutulmalıdır.  

4.4.  Bankdaxili  qaydalarda  likvidliyin  idarə  olunması  üzrə  bankın 

konsolidasiya edilmiş  likvidlik mövqeyinə  mərkəzləşdirilmiş nəzarəti həyata  keçirən 

struktur bölmə və ya məsul şəxs müəyyən edilməli, onun səlahiyyətləri və tabeçiliyi, 

habelə  hesabatların  təqdim  edilməsi  prosedurları  və  bankın  digər  struktur  bölmələri 

ilə əlaqələri müəyyən olunmalıdır. 

 

5. Likvidliyin idarə olunması prosesi 

5.1.  Bank tərəfindən  onun  fəaliyyətinin  müxtəlif  sahələrinin  idarə  edilməsi  və 

nəzarəti  üzrə  ən  azı  aşağıdakıları  əhatə  edən  likvidliyin  idarə  olunması  prosesi 

formalaşdırılmalıdır: 

5.1.1. Aktivlərin idarə olunması üzrə: 

-  müxbir hesablardakı qalıqların monitorinqi; 

-  kreditləşmə həcminin monitorinqi; 






 

-  kredit portfelinin keyfiyyətinin monitorinqi; 

-  kreditlər üzrə faiz dərəcəsinin monitorinqi; 

-  bankın qiymətli kağızlar portfelinin monitorinqi; 

-  repo əməliyyatları üzrə alınmış qiymətli kağızların monitorinqi; 

-  təminat qismində istifadə oluna bilən aktivlərin monitorinqi; 

-  likvidliyin adekvat səviyyədə saxlanması məqsədilə satıla bilən əsas və 

digər qeyri-likvid vəsaitlərin monitorinqi.  

5.1.2. Öhdəliklərin idarə olunması üzrə: 

-  son  illərin  tendensiyaları,  mövsümi  amillər,  faiz  dərəcəsinin 

dəyişdirilməsinə  həssaslıq  və  digər  makroiqtisadi  amillər  nəzərə  alınmaqla, 

bank tərəfindən cəlb edilmiş vəsaitlərin həcminin monitorinqi; 

-  depozitlərin  həcminin  monitorinqi  (o  cümlədən,  bankların  və  digər 

hüquqi şəxslərin depozitləri, “overnayt” əməliyyatları); 

-  depozit və digər öhdəliklər üzrə ödəmə müddətlərinin monitorinqi; 

-  bankın  əsas  öhdəliklərinin  kreditorları  üzrə  daimi  monitorinqin 

aparılması və onlarla əlaqələrin dəstəklənməsi; 

-  öhdəliyin  növü,  öhdəlik  üzrə  kreditor  və  onun  yerləşdiyi  ərazi  nəzərə 

alınaraq öhdəliyin mənbələri üzrə cəmləşmənin monitorinqi; 

-  balansarxası öhdəliklərin monitorinqi.  

5.2. 

Likvidlik 

“qəp”lərinin 

bankdaxili  təhlili. 

Bankın  fəaliyyətinin 

xüsusiyyətləri,  aktiv  və  öhdəliklərinin  strukturu  və  tərkibi,  onların  dinamikasındakı 

tarixi meyllər, habelə mövsümi və digər amillər nəzərə alınaraq likvidlik “qəp”lərinin 

bankdaxili təhlili ayda bir dəfədən az olmamaq şərti ilə aşağıdakı kimi aparılmalıdır: 

5.2.1. Bankdaxili “qəp” təhlili üçün istifadə edilən ödəniş müddətləri ən azı ani, 

1-7, 8-15, 15-30, 30 gündən bir ilədək aylıq dövrləri, həmçinin illik olaraq 1-2, 2-3, 3-

5  illik  və  5  ildən  çox  olan  dövrləri  əhatə  etməlidir.  Qeyd  olunmuş  ödəniş 

müddətlərinin bölgüsü zəruri hallarda bank tərəfindən daha qısa müddətlərlə müəyyən 

edilə bilər.

 





 

5.2.2.  Aktiv  və  öhdəliklərin  ödəniş  müddətləri  üzrə  bölüşdürülməsi  müvafiq 

müqavilələrdə  qeyd  olunan  müddətlərə,  aktivlərin  satışı  imkanlarına  konservativ 

baxışa,  cəlb  olunmuş  vəsaitlərin  həcminin  dinamikasına  dair  fərziyyələrə 

əsaslanmalıdır.  “Qəp”  təhlili  aparılarkən  aktiv  və  öhdəliklərin  yalnız  əsas  məbləği 

(faizlər istisna olmaqla) nəzərə alınmalıdır. 

5.2.3. Bankın milli və xarici valyutada olan nağd vəsaitləri tam məbləğdə “ani” 

ödəniş  müddətinə  aid  edilməlidir.  Mərkəzi  Bankda  və  digər  banklarda  olan  müxbir 

hesablar,  banklarda  yerləşən  “overnayt”  depozitləri  kimi  aktivlər  və  bankda  digər 

bankların  müxbir  hesabları,  hüquqi  və  fiziki  şəxslərin  tələbli  depozitləri,  bankların 

“overnayt”  depozitləri  kimi  öhdəlikləri  tam  məbləğdə  “ani”  ödəniş  müddətinə  aid 

edilə  və  ya  aktiv/öhdəliklərin  hər  bir  növü  üzrə  bankın  müəyyən  etdiyi  meyarlara 

uyğun  hesablanmış  həcmdə  bir  neçə  ödəniş  müddətləri  arasında  bölüşdürülə  bilər. 

Qeyd  olunan  meyarlar  keçmiş  dövrlərin  statistik  məlumatlarına  və  tarixi  meyllərin 

təhlilinə əsaslanmalıdır. 

5.2.4.  “Qəp”  təhlilinin  aparılması  zamanı  bank  müddətli  öhdəlikləri  müvafiq 

müddətlərə tam məbləğdə və ya onların dəyərinin real likvid həcmində aid edə bilər. 

Bank  öhdəliyinin  müvafiq  ödəniş  müddətində  real  likvid  həcmi  onun  həmin 

müddətdə  bankın  hesab  etdiyi  ən  yüksək  ehtimalla  icra  oluna  biləcək  hissəsidir. 

Öhdəliklərin  real  likvid  həcminin  müəyyən  edilməsi  üçün  bank  öhdəliklərin  hər  bir 

növü  üzrə  müvafiq  meyarlara,  keçmiş  dövrlərin  statistik  məlumatlarına  və  tarixi 

meyllərin  təhlilinə  əsaslanmalıdır.  Meyarların  adekvatlığının  təmin  edilməsi  üçün 

onlara bankın rəhbərliyi tərəfindən mütəmadi olaraq yenidən baxılmalıdır. 

5.2.5.Vaxtı  keçmiş  kreditlər, əsas vəsaitlər, qeyri-maddi aktivlər, digər  hüquqi 

şəxslərdə  investisiyalar,  digər  müddətsiz  aktivlər  və  bankın  kapitalının  tərkib 

maddələri  “qəp”  təhlilində  sonuncu  (ən  uzunmüddətli)  ödəniş  müddətinə  aid 

edilməlidir. 

5.2.6. bank xarici valyutada olan likvidlik mövqeyinə nəzarəti həyata keçirmək 

məqsədilə  xarici  valyuta  üzrə  ayrıca  “qəp”  təhlili  aparmalı,  ödəniş  müddətlərinin 





 

bölgüsü cədvəlində manat ekvivalentində əks etdirməli, habelə  xarici  valyutaya olan 

ümumi tələbatı qiymətləndirməlidir.  

Xarici  valyuta  üzrə  “qəp”  təhlilinin  nəticələrini  nəzərə  alaraq  bank  xarici 

bazarlardan  borc  vəsaitlərini  əldə  etmə  imkanına,  yerli  bazarda  müvafiq  valyutanın 

mənbəsinin  mövcud  olmasına,  bir  valyutanın  digər  valyutaya  dərhal  konvertasiya 

edilməsi  imkanlarına,  məzənnənin  dəyişməsinə  və  bununla  bağlı  aktivlərin 

qiymətində baş verən mənfi meyllərə daimi monitorinqi həyata keçirməlidir. 

5.2.7.  “Qəp”  təhlili  aparılarkən  fərdi  və  kumulyativ  mənfi  likvidlik  qəpləri 

təhlil olunmalı və bank tərəfindən bu Qaydaların tələblərinə əsasən müəyyən edilmiş 

limitlərlə müqayisə edilməlidir.  

5.2.8.  “Qəp”  təhlilinin  nəticələri  müvafiq  qaydada  sənədləşdirilməli  və 

rəhbərliyə təqdim edilməlidir. “Qəp” təhlilinin nəticələrinə əsasən müvafiq tədbirlərin 

həyata  keçirilməsinə  dair  qərarlar  bankın  səlahiyyətli  şəxsi/bölməsi  tərəfindən 

hazırlanmalı və təsdiq edilməsi üçün bankın İdarə Heyətinə təqdim edilməlidir. 

5.3. Ani likvidlik əmsalı üzrə normativ. Hər bir bank yüksək likvidli aktivlərin 

orta  gündəlik qiymətinin  yüksək  likvidli  (cari)  öhdəliklərin  orta  gündəlik  məbləğinə 

olan nisbət əmsalını ən azı 30 faiz səviyyəsində saxlamalıdır.  

Yüksək  likvidli  (cari)  öhdəliklər  kimi  təsnifləşdirilmiş  ödəniş  müddəti  8 

gündən 30 günədək olan öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar) 

bankın ani likvidlik əmsalının hesablanmasında nəzərə alınmır.  

 

Bankın  kreditorları  və  depozitorları  (Mərkəzi  Banka  və  digər  banklara  olan 



bütün borclar daxil olmaqla) qarşısında vaxtı keçmiş öhdəlikləri mövcud olduqda, ani 

likvidlik  normativinə  riayət  etməsindən  asılı  olmayaraq,  bankın  ani  likvidlik  üzrə 

normativi pozulmuş hesab edilir.  

5.4.  Limitlərin  müəyyən  edilməsi.  Bankdaxili  qaydalarda  bankın  həcminə 

(aktivlər, 

kapital, 

müştəri 

bazası, 


əməliyyatlarına 

əsasən 


müəyyənləşir), 

xüsusiyyətlərinə  və  maliyyə  vəziyyətinə  uyğun  adekvat  likvidliyin  təmin  edilməsi 

məqsədilə ən azı aşağıdakı limitlər müəyyən edilməlidir: 





 

-  ən azı 0-7, 0-30, 0-90, 0-180, 0-365 gün və bir ildən çox ödəniş müddətləri 

üzrə kumulyativ mənfi likvidlik “qəpi”nin ümumi aktivlərə nisbəti üzrə limit;  

-  öhdəliklər  üzrə  bir  kreditorun  və  ya  əlaqəli  kreditorlar  qrupunun  (fiziki  və 

hüquqi şəxslər, banklar, beynəlxalq və digər maliyyə institutları) üzərinə düşən bank 

öhdəliklərinin  maksimal  məbləği  və  ya  ümumi  öhdəliklərə  nisbətinin  maksimal 

həddi; 

-  bankın ödəniş müddəti bir ildən çox olan bütün öhdəlikləri üzrə əsas borcla 



bağlı illik ödənişlərin bu öhdəliklərin ümumi məbləğinə nisbətinin maksimal həddi.  

Bankdaxili  qaydalarda  limitlərə  riayət  olunmasına  nəzarət  prosedurları,  o 

cümlədən aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə prosedurlar, habelə 

müəyyən olunmuş  limitlərin  likvidliyin faktiki göstəriciləri ilə müqayisə edilməsinin 

dövriliyi öz əksini tapmalıdır. Bankın cari və proqnozlaşdırılmış likvidlik mövqeyinin 

adekvatlığının  təmin  edilməsi  məqsədilə  bankdaxili  qaydalarla  müəyyən  edilmiş 

limitlərə mütəmadi olaraq yenidən baxılmalıdır.  

Limitlərin  pozulması  halları  onların  səbəbləri  göstərilməklə  sənədləşdirilməli 

və  bankın  rəhbərliyinə  təqdim  edilməlidir.  Bankdaxili  qaydalarda  limitlərin 

pozulması  səviyyəsindən  asılı  olaraq  bankın  likvidliyinin  idarə  olunması 

prosedurlarının dəyişdirilməsi üzrə görüləcək tədbirlər müəyyən edilməlidir. 

5.5.  Likvidlik  əmsallarının  təhlili.  Likvidlik  riskinin  profilindən  asılı  olaraq 

likvidlik  mövqeyinin  və  likvid  vəsaitlərə  tələbatın  qiymətləndirilməsi,  hərtərəfli 

təhlili,  habelə  təhlilin  nəticələrinin  rəhbərliyə  təqdim  edilməsi  üzrə  bank  tərəfindən 

prosedurlar müəyyən edilməlidir. Bank öz likvidliyinin təhlili üçün bu Qaydaların 5.3 

və  5.4-cü  bəndlərində  qeyd  olunmuş  normativ  və  limitlərə  əlavə  olaraq  aşağıdakı 

likvidlik əmsallarından istifadə edə bilər: 

-  Əmsal 1: Yüksək likvidli aktivlərin ümumi aktivlərin məbləğinə olan nisbəti.  

-  Əmsal 2: Cari aktivlərin yüksək likvidli  (cari) öhdəliklərə olan nisbəti (cari 

likvidlik  əmsalı).  Cari  aktivlərə  yüksək  likvidli  aktivlərdən  əlavə  ödəniş  müddəti  30 

gün, yaxud bundan az olan aktivlər daxildir.  




10 

 

 

1-ci  və  2-ci  əmsalların  azalma  meylləri  yüksək  keyfiyyətli  aktivlərin 



azalmasını,  yaxud  bankın  adətən  qısa  müddətlərə  cəlb  edilmiş  dəyişkən  vəsait 

mənbələrinə daha çox arxalanmasını göstərir. Bu azalma təkcə likvidlik vəziyyətinin 

pisləşməsi  meylini  deyil,  həmçinin  maliyyələşdirmə  strategiyasında  baş  vermiş 

məqbul hesab edilən dəyişiklikləri də göstərə bilər. 

-  Əmsal 3: Yüksək likvidli (cari) öhdəliklərin aktivlərin ümumi məbləğinə olan 

nisbəti. Bu əmsal aktivlərin qısamüddətli öhdəliklərlə maliyyələşdirilməsi səviyyəsini 

ölçür.  Bu  rəqəmin  yüksək  olması  bankın  qeyri-sabit  maliyyələşmə  mənbələrindən 

yüksək asılı olmasını göstərir.  

-  Əmsal  4:  Yüksək  likvidli  (cari)  öhdəliklərin  ümumi  öhdəliklərin  məbləğinə 



olan  nisbəti.  Bu  əmsal  ilk  problemlər  yarandıqda  bankı  tərk  edə  biləcək  vəsaitləri 

qiymətləndirir.  Əgər  bankda  iri  məbləğdə  yüksək  likvid  öhdəliklər  mövcuddursa, 

bank daha ciddi fövqalədə likvidlik planı hazırlamalıdır. 

-  Əmsal  5:  Kreditlərin  depozitlərə  olan  nisbəti.  Bu  əmsalda  kreditlərə 

banklararası kreditlər istisna olmaqla digər müştərilərə verilmiş xalis kreditlər (zərərin 

ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatlar çıxılmaqla), depozitlərə isə bankların 

depozitləri  istisna  olmaqla  bankda  olan  müştərilərin  depozitləri  aiddir.  Bu  əmsal 

bankın  hesabına  kredit  portfelinin  maliyyələşdirilməsi  səviyyəsini  qiymətləndirir. 

Əmsalın  artımı  bankın  daha  çox  qeyri-sabit  maliyyələşmə  mənbələrinə  (məsələn, 

qısamüddətli borclar) üstünlük verdiyini göstərir.  

-  Əmsal 6: Girov qoyulmuş qiymətli kağızların bütün qiymətli kağızlara olan 

nisbəti. Bu əmsal likvidliyə olan tələbatı ödəmək üçün istifadə edilə bilməyən, girov 

qoyulmuş qiymətli kağızların faizlə ifadəsini göstərir. 

-  Əmsal  7:  Yerli  maliyyə  bazarlarından  cəlb  olunmuş  vəsaitlərin  cəminin 

xarici  bazarlardan  cəlb  olunmuş  vəsaitlərin  cəminə  olan  nisbəti.  Bu  əmsal  bankın 

yerli  və  xarici  bazarlardan  cəlb  edilmiş  vəsaitlərinin  cəmləşməsinin  tənzimlənməsi 

üçün nəzərdə tutulur. 



11 

 

-  Əmsal  8:  Tələbli  depozitlərin  və  bankların  müxbir  hesablarının  sabit 



qalıqlarının  cəminin  öhdəliklərin  ümumi  məbləğinə  nisbəti.  Bu  əmsal  tələbli 

depozitlərin və müxbir hesabların sabit qalıqlarının öhdəliklərin hansı hissəsini təşkil 

etdiyini müəyyən edir. Sabit qalıq dedikdə bir il ərzində hesabda sabit olaraq qalan və 

hesabdan çıxarılmayan məbləğ başa düşülür.  

5.6.  Erkən  xəbərdarlıq  sistemi.  Bank  mümkün  kritik  vəziyyətləri  təhlil  edən, 

likvidlik mövqeyinin mənfi dəyişməsi riskinin artmasını və əlavə maliyyələşdirməyə 

tələbatın  yaranmasını  müəyyən  edən  və  izləyən  erkən  xəbərdarlıq  sisteminə  və 

prosedurlara malik olmalıdır.  

 Erkən  xəbərdarlıq  sistemi  daim  nəzarət  altında  olan  kəmiyyət  və  keyfiyyət 

meyarlarından  ibarət olmalıdır. Erkən xəbərdarlıq sistemi ən azı aşağıdakı meyarları 

əhatə etməlidir: 

-  aşağı  likvidli  və/və  ya  qeyri-likvid  aktivlərin,  xüsusən  də  yüksək  likvidli 

öhdəliklər hesabına maliyyələşən aktivlərin izafi artımı; 

-  aktiv və öhdəliklərin növləri üzrə cəmləşmənin artımı; 

-  likvidlik “qəp”lərinin artımı; 

-  öhdəliklər üzrə ödənişlərin orta ölçülmüş müddətinin azalması;  

-  müəyyən edilmiş limitlərdə  mütəmadi müşahidə olunan  yaxınlaşma, daxili 

və prudensial limitlərin pozulması; 

-  bankın  gəlirlik  göstəricilərinin  kəskin  aşağı  düşməsi,  aktivlərin 

keyfiyyətinin və ümumi maliyyə vəziyyətinin pisləşməsi;  

-  bankın  səhmlərinin,  istiqrazlarının  və  digər  qiymətli  kağızlarının 

qiymətlərinin aşağı düşməsi; 

-  bank tərəfindən vəsaitlərin cəlb olunması ilə bağlı xərclərin artması;  

-  bankın kreditorları tərəfindən əlavə təminat barədə tələbin irəli sürülməsi; 

-  banka açılmış kredit xətlərinin bağlanması; 

-  müddətləri  başa  çatmamış  depozitlər  də  daxil  olmaqla  depozitlərin  geri 

çağırılması; 



12 

 

-  uzunmüddətli vəsaitlərin cəlb edilməsində çətinliklər; 

-  qısamüddətli öhdəliklərin yerləşdirilməsində çətinliklər; 

-  banka mənfi təsir göstərə bilən ictimai məlumat; 

-  reytinq agentlikləri tərəfindən verilmiş reytinqlərin aşağı düşməsi; 

-  bankın reputasiyasının pisləşməsi. 

5.7.  Stress-test  və  ssenarilərin  təhlili.  Bankın  likvidlik  mövqeyinin  effektiv 

proqnozlaşdırılması üçün bank ayda bir dəfədən az olmayaraq  likvidlik vəziyyətinin 

stress-testini həyata keçirməlidir. 

Stress-testin  ssenarisinin  hazırlanmasında  banka  və  onun  fəaliyyətinin 

xüsusiyyətlərinə  (bank  əməliyyatlarının  və  məhsullarının  növünə,  cəlb  edilmiş 

vəsaitlərin  mənbələrinə) aid  olan, bazarda  cari  və  proqnozlaşdırılan  vəziyyətlə bağlı 

fərziyyələr,  habelə  reytinq  agentlikləri  tərəfindən  verilmiş  reytinqlərin  təsiri  kimi 

meyarlar əsas götürülməlidir. 

Stress-testin keçirilməsi zamanı müqavilə ilə müəyyən edilən müddətli aktiv və 

öhdəliklərin  məbləğlərinin  hər  zaman  onların  likvid  dəyərini  real  əks  etdirmədiyi 

nəzərə alınmalıdır. 

Stress-test üçün fərziyyələr aşağıdakılardan ibarət ola bilər: 

-  Aktivlər üzrə stress-test: 

-  kreditlərin  vaxtında  qaytarılmaması  və  ya  gecikdirilməsi  (kredit  riski 

ilə əlaqədar yaranan likvidlik riski); 

-  mərkəzi Bank tərəfindən məcburi ehtiyat normasının dəyişdirilməsi; 

-  bankda likvid aktivlərin həcminin azalması; 

-  bazarda likvid aktivlərin dəyərində dəyişikliklərin müşahidə olunması. 

-  Öhdəliklər üzrə stress-test: 

-  müddətli  öhdəliklərin  sahibləri  tərəfindən  vəsaitlərin  vaxtından  əvvəl 

geri götürülməsi; 

-  cari və müxbir hesablarda vəsaitlərin azalması; 

-  müştərilərin depozitlərinin valyutasının dəyişdirilməsi; 



13 

 

-  iri depozitlərin geri çağırılması; 

-  banklar və digər maliyyə qurumlarından alınmış vəsaitlərin vaxtından 

əvvəl geri çağırılması;  

-  kredit  xətləri  üzrə  müqavilə  şərtlərinin  pozulması  (vaxtından  əvvəl 

bağlanması,  nəzərdə  tutulmuş  vəsaitlərin  tam  həcmdə  və  ya  vaxtında 

ayrılmaması). 

-  Aktiv və öhdəliklərə təsir edən fərziyyələr: 

faiz dərəcəsinin dəyişməsi; 



inflyasiya dərəcəsinin dəyişməsi; 

valyuta məzənnəsinin kəskin dəyişməsi. 



Bankın xaricdə yerləşən filial, törəmə struktur və törəmə banklarının likvidliyi 

üzrə  stress-test  bank  tərəfindən  əvvəlcədən  müəyyən  edilmiş  qaydada  ayrıca  olaraq 

həyata  keçirilə  bilər.  Belə  halda  stress-testin  nəticələri  bankın  baş  ofisinə  təqdim 

olunmalıdır.  

Bank  tərəfindən  likvidlik  vəziyyətinin  dəyişməsinin  inkişafının  “ən  pis”,  “ən 

yaxşı”  və  “ehtimal  olunan”  ssenariləri  tərtib  olunmalı  və  yuxarıda  qeyd  olunan 

fərziyyələr daxil olmaqla hər bir ssenari üçün ayrıca meyarlar müəyyən edilməlidir. 

Hər  bir  ssenari  bütün  balans  və  balansarxası  maddələrə  tətbiq  edilməlidir. 

Maddələrdə baş verən dəyişikliklər təhlil olunmalı və bankın likvidliyinin və maliyyə 

göstəricilərinin proqnozlaşdırılmasında nəzərə alınmalıdır.  

Stress-testdə irəli sürülən fərziyyələr bankın müvafiq komitəsi tərəfindən təsdiq 

edilməlidir.  Stress-testin  və  ssenari  təhlilinin  nəticələri  bank  rəhbərliyinə  və  bankın 

digər əlaqəli əməkdaşlarına təqdim edilməlidir.  

Stress-testin  və  ssenari  təhlilinin  nəticələrinə  əsasən  bankın  strateji  planına, 

habelə  limitlərə  və  likvidliyin  idarə  olunması  qayda  və  prosedurlarına  zəruri 

dəyişikliklərin  edilməsinə  dair  qərarlar  bankın  müvafiq  komitəsi  tərəfindən 

hazırlanmalı, Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir. 



14 

 

5.8.  Likvidliyin  təmin  edilməsi  üzrə  fövqəladə  hallar  planı.  Bankın  davamlı 

fəaliyyətinin təmin olunması məqsədi ilə bankda fövqəladə hallarda likvid vəsaitlərin 

cəlb edilməsi və aktivlərin minimal zərərlə likvid vəsaitlərə çevrilməsi prosedurlarını 

özündə əks etdirən plan olmalıdır (bundan sonra- “fövqəladə plan”).  

Bu  plan  bankın  strukturuna,  fəaliyyətinin  xüsusiyyətlərinə,  risk  profilinə, 

əməliyyatlarının həcminə, fəaliyyət göstərdiyi regiona uyğun müəyyənləşdirilməlidir. 

Bankın  likvid  vəsaitlərə tələbatı,  habelə bank  üçün əhəmiyyətli ödənişlər  və  onların 

həyata keçirilməsində prioritetlər nəzərə alınmaqla fövqəladə planda likvid vəsaitlərin 

gözlənilməz  çatışmazlığı  zamanı  potensial  maliyyələşmə  mənbələri  dəqiq  müəyyən 

edilməli, bankın real əldə edə biləcəyi vəsaitlər, bunun üçün tələb olunan müddət və 

xərclər göstərilməlidir.  

Fövqəladə plan bankın bir çox əlaqəli struktur bölmələrinin (Riskləri idarəetmə 

komitəsi,  Xəzinədarlıq,  Aktiv  və  passivləri  idarəetmə  komitəsi,  İnformasiya 

texnologiyaları,  ödəniş  sistemləri  və  maliyyə  xidməti)  iştirakı  ilə  hazırlanmalı  və 

Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilməlidir.  Planda  fövqəladə  vəziyyətə  reaksiya 

vermə  prosedurları  və  bu  vəziyyətdə  bankın  daxilində  dəqiq  vəzifə  və  səlahiyyət 

bölgüsü öz əksini tapmalıdır.  

Mövcud  şəraitə  uyğunluğu  baxımından  fövqəladə  plana  rübdə  bir  dəfədən  az 

olmayaraq yenidən baxılmalı və təsdiq edilməlidir. Planın aktuallığının təsdiqlənməsi 

üçün planda öz əksini tapmış fərziyyələr stress-testləşməlidir. 

Likvidliyin  idarə  olunması  üzrə  fövqəladə  planda  aşağıdakılar  öz  əksini 

tapmalıdır:  

- cəlb edilmiş vəsaitlərdən ən sabit hesab olunan vəsaitlərin həcmi və tərkibi; 

-  likvid  vəsaitlərin  gözlənilməz  çatışmazlığı  ilə əlaqədar  bankın  cəlb  olunmuş 

vəsait  mənbələrinin  azalmasının  ehtimal  olunan  dərəcələri  baxımından  həmin  vəsait 

mənbələrinin təsnifatı;  

-  likvid  vəsaitlərin  gözlənilməz  çatışmazlığı  vəziyyətinin  ilkin  əlamətləri 

yarandıqda təxirəsalmadan azalması gözlənilən müddətli və müddətsiz öhdəliklər;  



15 

 

-  bankın  əlavə  vəsaitlər,  o  cümlədən  əlavə  kapital  cəlb  etməsi  mənbələri  və 

imkanları  (prudensial  normativ  və  bankdaxili  limitlərə  riayət  edilməsi  və  digər 

tələblərin yerinə yetirilməsi nəzərə alınmaqla); 

-  likvid  vəsaitlərin  gözlənilməz  çatışmazlığı  yarandıqda  bankın  fasiləsiz 

fəaliyyətinin davam etdirilməsi üçün ehtimal olunan maksimal müddət.  

Planda  təminat  qismində  istifadə  oluna  və  ya  dərhal  satıla  bilən  aktivlər 

müəyyən edilməlidir.  

5.9.  Cəlb  olunmuş  vəsaitlərin  mənbələrinin  diversifikasiyası.  Bank  öz 

fəaliyyətinin  xüsusiyyətlərindən,  məhsullarının  və  fəaliyyət  göstərdiyi  bazarların 

növündən  asılı  olaraq  vəsait  mənbələrini  diversifikasiya  etməlidir.  Cəlb  olunmuş 

vəsaitlərin diversifikasiyası aşağıdakı kimi olmalıdır: 

- depozitlərin müxtəlif növləri üzrə; 

-  depozitlər  istisna  olmaqla,  digər  cəlb  olunan  vəsaitlərin  müxtəlif  növlərinin 

(məsələn,  bankın  kommersiya  qiymətli  kağızları)  bankın  öhdəliklərinin  təminatı 

qismində istifadə edilməsi üzrə; 

-  əmanətçilərin/kreditorların  (fiziki  və  hüquqi  şəxslər,  Mərkəzi  Bank,  digər 

dövlət təşkilatları, banklar və digər maliyyə institutları və s.) müxtəlif növləri üzrə; 

- coğrafi yerləşmə, ölkə, region üzrə.  

Diversifikasiya komponentlərinin mövcud şəraitlərə adekvat olunmasının təmin 

edilməsi məqsədilə onlara rübdə bir dəfədən az olmayaraq yenidən baxılmalıdır.  

5.10.  Təminatların  idarə  olunması.  Balans  və  balansarxası  əməliyyatlar  üzrə 

əlavə vəsaitlərin cəlb olunmasına zərurət yarandıqda təminat qismində istifadə oluna 

bilən  aktivlərin  daimi  monitorinqi  həyata  keçirilməlidir.  Bank  bu  aktivlərin  dərhal, 

mümkün  qədər  az  zərərlə  istifadəsinə  heç  bir  hüquqi,  normativ  və  ya  bankdaxili 

məhdudiyyətlərin olmamasını təmin etməlidir.  

5.11.  Filialların  likvidliyi.  Bankın  filialı  tərəfindən  həyata  keçirilən 

əməliyyatların  həcmi  və  məbləği  nəzərə  alınaraq  bankdaxili  qaydalarda  filialların 




16 

 

likvidliyinə qarşı tələblər, onların likvid vəsaitlərinin idarə olunması üzrə prosedurlar 

və likvidlik mövqelərinə dair hesabatlıq sistemi müəyyən edilməlidir. 

Filialların  likvidliyinin  idarə  olunması  sistemi  bankın  müəyyən  etdiyi  ödəniş 

müddətləri ərzində likvid vəsaitlərə tələbatın planlaşdırılmasını, habelə filialın likvid 

vəsaitlərinin  səviyyəsinin  təmin  edilməsi  və/və  ya  artırılması  məqsədilə  bankın  baş 

ofisi və digər filialları ilə qarşılıqlı əməkdaşlıq mexanizmlərini əhatə etməlidir.  

 

6. Hesabatlıq sistemi və hesabatların təqdim edilməsi 

6.1.  Bankdaxili  hesabatlıq  sistemi.  Bankın  rəhbərliyi  likvidliyin  vəziyyəti 

barədə mütəmadi, gözlənilməz hallar baş verdikdə isə dərhal məlumatlandırılmalıdır.   

Bankın  hesabatlıq  sistemində  bu  Qaydaların  5-ci  bəndində  qeyd  olunmuş 

likvidliyin  idarə  olunması  prosesləri  əhatə  olunmalıdır.  Bundan  əlavə  bank 

rəhbərliyinin,  habelə  müvafiq  səlahiyyətli  əməkdaşlarının  məlumatlandırılması 

məqsədilə hesabatlıq sistemi aşağıdakı məlumatları özündə cəmləşdirməlidir: 

öhdəliklərin 



cəmləşməsi 

barədə 


məlumat: 

ən 


iri 

vəsait 


təminatçıları/öhdəliklərin  sahibləri,  onların  fəaliyyət  sahələri  və  coğrafi  ərazi  üzrə 

toplanması,  resursların  növü  (cari  hesab,  müddətli  depozit,  banklararası  kredit), 

vəsaitin məbləği, faiz dərəcəsi və digər məlumatlar; 

-   ən qısa müddət ərzində satıla bilən aktivlərin siyahısı; 

-  hazırda  təminat  qismində  yerləşdirilmiş  və  əlavə  vəsaitlər  tələb  olunarsa 

təminat  qismində  yerləşdirilə  və  ya  gələcəkdə  yenidən  maliyyələşdirilə  bilən 

aktivlərin siyahısı; 

-  kreditlərin  və  digər  öhdəliklərin  geri  qaytarılması,  gələcəkdə  əldə  ediləcək 

əsas  vəsaitlərin  və  uzunmüddətli  investisiyaların  maliyyələşdirilməsi  üzrə  plan 

(bankdaxili) və proqnozlar (bankdankənar təsir nəzərə alınmaqla); 

-  aktivlərin  gəlirliyi  və  bank  əməliyyatlarının  aparılması  üçün  müxtəlif 

resursların  dəyəri  (maliyyələşmə  mənbələri  üçün  mövcud  olan  və  proqnozlaşdırılan 

qiymətlər); 



17 

 

- bazarda mövcud vəziyyətin, habelə öhdəliklərinin diversifikasiyası məqsədilə 

bankın bazara çıxış imkanlarının və qısa müddət ərzində aktivlərin satılmasını təmin 

edə bilmək bacarığının qiymətləndilməsi üzrə mütəmadi məlumat. 

6.2.  Menecment  İnformasiya  Sistemi  (MİS).  Aşağıdakıların  həyata  keçirilməsi 

məqsədi ilə bankda adekvat informasiya sistemi yaradılmalıdır: 

- gündəlik likvidlik riskinin ölçülməsi, izlənməsi və ona nəzarət olunması; 

- likvidliyin təhlili üçün ödəniş müddətlərinin təyin edilməsi və dəyişdirilməsi; 

- müəyyən edilmiş prosedurlara və limitlərə riayət olunmasının yoxlanılması; 

- likvidlik göstəricilərindəki meyllərin izlənməsi; 

-  normativ  tələblərlə  və  bankdaxili  qaydalarla  müəyyən  edilmiş  formada 

müxtəlif hesabatların hazırlanması.  

MİS  erkən  xəbərdarlıq  sistemində  qeyd  olunmuş  meyarların  dinamikasını 

izləmək  və  hər  hansı  bir  göstərici  kritik  həddə  çatdıqda  bank  rəhbərliyini 

məlumatlandırmaq imkanına malik olmalıdır.  

MİS hər bir valyuta növü üzrə, habelə bankın ümumi valyutalarının cəmi üzrə 

likvidlik mövqeyinin hesablanmasına imkan yaratmalıdır.  

MİS  tərəfindən  hazırlanan  hesabatlar  mütəmadi  olaraq  bankın  Müşahidə 

Şurasına, İdarə Heyətinə və müvafiq əməkdaşlarına təqdim olunmalıdır. 

6.3.  Likvidlik  riskinin  idarə  olunmasına  daxili  nəzarət.  Bankın  daxili  nəzarət 

sistemi likvidliyin idarə olunması proseslərinə adekvat nəzarətin həyata keçirilməsini 

təmin etməlidir. Daxili nəzarət sisteminin əsas komponenti likvidliyin idarə olunması 

sisteminin səmərəliyinin mütəmadi müstəqil qiymətləndirilməsi və bu sistemə zəruri 

dəyişikliklərin edilməsi barədə tələblərin irəli sürülməsidir. Belə qiymətləndirmələrin 

nəticələri  müvafiq  qaydada  sənədləşdirilməli  və  bankın  rəhbərliyinə  təqdim 

edilməlidir.   

6.4. Mərkəzi Banka hesabatların təqdim edilməsi. Bankın likvidlik mövqeyinə 

dair  məlumat,  o  cümlədən  ödəniş  müddətlərinin  bölgüsü  və  ani  likvidlik  üzrə 




18 

 

hesabatlar  prudensial  hesabatlıq  sistemində  nəzərdə  tutulmuş  forma  və  qaydada 

hazırlanmalı və prudensial hesabatın tərkibində Mərkəzi Banka təqdim olunmalıdır. 

6.5.  Məlumatların  istifadəçilərə  təqdim  edilməsi.  Bankın  likvidlik  riski  üzrə 

məlumatın  istifadəçilərə  təqdim  edilməsi  Mərkəzi  Bankın  müvafiq  normativ 

xarakterli aktı ilə tənzimlənir. Bununla yanaşı bankdaxili qaydalarda bankın sabitliyi 



barədə əlavə məlumatların açıqlanmasına dair tələblər müəyyən edilə bilər. 

 

Yüklə 280,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə