Qaydaları Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli Fərmanı ilə



Yüklə 35,02 Kb.
Pdf görüntüsü
tarix04.04.2018
ölçüsü35,02 Kb.
#35850
növüQaydalar


 

 

 



 

Azərbaycan  |  Vergi və Hüquq   |  13 iyul 2017 

 

Azərbaycan Vergi Xəbərləri

 

 

 

Topdansatış  ticarət  və  istehsal  fəaliyyəti 



sahələrində 

vergitutma 

məqsədləri 

üçün 

gəlirlərin  və  xərclərin  uçotunun  aparılması 

qaydaları 

 

Azərbaycan  Respublikası  Prezidentinin  16  iyun  2017-ci  il  tarixli  Fərmanı  ilə 



“Topdansatış  ticarət  fəaliyyəti  sahəsində  vergitutma  məqsədləri  üçün  gəlirlərin  və 

xərclərin  uçotunun  aparılması”  Qaydası  və  “İstehsal  fəaliyyəti  sahəsində  vergitutma 

məqsədləri  üçün  gəlirlərin  və  xərclərin  uçotunun  aparılması”  Qaydası  (birlikdə 

“Qaydalar”) təsdiq edilmişdir. Qaydalar 15 İyul 2017-ci il tarixindən qüvvəyə minir. 

 

Qaydalara  əsasən  topdansatış  ticarət  və  istehsal  fəaliyyəti  sahələrində  fəaliyyət 



göstərən vergi ödəyicilərinin üzərinə aşağıdakı öhdəliklər qoyulur: 


• 

Gəlirlərin və xərclərin vaxtlı-vaxtında dəqiq uçotunu aparmaq 

• 

Gəlirlərin,  xərclərin  və  vergitutma  obyektlərin  və  əmtəə-material  ehtiyatların 



uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan 

Respublikasının  Qanunu,  habelə  onlara  uyğun  qəbul  edilmiş  digər  qanunvericilik 

aktlarının tələblərini yerinə yetirmək 

• 

Vergi Məcəlləsinə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və 



xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etmək  

• 

Bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını 



müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etmək 

 

Həmçinin, Qaydalarda topdansatış ticarət və istehsal sahəsinə aid aşağıda qeyd edilən 



məsələlər öz əksini tapmışdır: 

• 

İstehsal ehtiyatlarının mədaxilinin sənədləşdirilməsi qaydaları 



• 

Vergi uçotunda olmayan şəxslərdən alınmış malların sənədləşdirilməsi qaydaları 

• 

İstehsal  ehtiyatlarının  əsas  və  köməkçi  istehsal  sahələrinə  buraxılışının 



sənədləşdirilməsi qaydaları 

• 

Hazır  məhsulun  anbara  mədaxilinin  və  satışının  /təqdim  edilməsinin 



sənədləşdirilməsi qaydaları 

• 

Vergi ödəyicisinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi qaydaları 



• 

Anbarlarda mal qalığının müəyyən edilməsi qaydaları 

 

İkiqat vergitutmanın aradan qaldırılmasına dair 

sazişlərin  yeni  inzibatçılıq  qaydaları  təsdiq 

edilmişdir 

 

Azərbaycan  Respublikası  Vergilər  Nazirliyinin  Kollegiyasının  2017-ci  il  12  iyun  tarixli 

Qərarı  ilə  Azərbaycan  Respublikası  ilə  digər  dövlətlər  arasında  bağlanmış  ikiqat 

vergitutmanın  aradan  qaldırılması  haqqında  beynəlxalq  müqavilələrin  inzibatçılığı 

haqqında qaydalara (“İnzibatçılıq qaydaları”) dəyişikliklər təsdiq edilmişdir.   



İnzibaçılıq qaydalarına edilmiş dəyişikliklərə əsasən, qeyri-rezidentlər artıq bütün növ 

gəlirlər üzrə DTA formalarını elektron qaydada və ya kağız daşıyıcısında doldurulmuş 

formada vergi orqanına birbaşa və ya vergi agenti vasitəsilə müraciət edə bilərlər. Qeyd 

edilən dəyişikliklərdən öncə vergidən azad edilmə və ya aşağı dərəcə ilə vergiyə cəlb 

edilmə  ilə  bağlı  müraciət  yalnız  4  gəlir  növü  (faiz,  dividend,  royalti  və  beynəlxalq 

daşıma) üzrə yalnız kağız daşıyıcı qaydasında edilməklə mümkün idi. Təqdim edilmiş 

dəyişikliklər vergidən azadolma və ikiqat vergitutmanın aradan qaldırılması haqqında 

bağlanılmış beynəlxalq müqavilələrin imtiyazlarından istifadə üçün əlverişli bir tətbiq 

prosesi təmin edir.   

İnzibatçılıq qaydalarına əsasən, daxil olmuş müraciətlərə vergi orqanı tərəfindən 20 iş 

günü  ərzində  baxılır.  Daxil  olmuş  müraciətin  araşdırılması  üçün  əlavə  vaxt  tələb 

olunduğu halda, səbəbi əsaslandırılmaqla, müraciətə baxılma müddəti 20 iş günündən 

artıq olmayan müddətə uzadıla bilər. 

DTA formalarının doldurulması və İnzibatçılıq qaydaları haqqında məlumat aşağıdakı 

link vasitəsilə əldə edilə bilər: 

http://www.taxes.gov.az/modul.php?name=beynelxalq&cat=12

 

 

Azərbaycan  Respublikası  Prezidentinin  11  iyul 



2017-ci  il  tarixli  Fərmanı  ilə  güzəştli  vergi 

tutulan  ölkələrin  və  ərazilərin  siyahısı  təsdiq 

edilmişdir.  

 

Siyahıya 40 adda ölkə və ərazi daxil edilmişdir.  

 

Qeyd  edək  ki,  güzəştli  vergi  tutulan  ölkələrin  və  ərazilərin  siyahısı  “Azərbaycan 



Respublikasının  Vergi  Məcəlləsində  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan 

Respublikasının  2016-cı  il  16  dekabr  tarixli  qanunun  tətbiqi  məqsədilə  müəyyən 

edilmişdir.  

 

Bu siyahı aşağıdakı məqsədlər üçün istifadə olunacaq:  



a)

 

Vergi  Məcəlləsinin  125.1.9-cu  maddəsində  qeyd  olunan  əlavə  10%  ödəmə 

mənbəyində tutulan verginin tətbiqi;  


b)

 

Vergi Məcəlləsinin 14-1-ci maddəsinə əsasən transfer qiyməti məqsədləri üçün 

idarə olunan  

əməliyyatların müəyyən edilməsi;  

c)

 

Vergi  Məcəlləsinin  128-ci  maddəsinə  əsasən  rezidentin  güzəştli  vergi  tutulan 

ölkələrdən əldə etdiyi gəlirinin vergiyə cəlb olunması. 

 

Güzəştli vergi tutulan yurisdiksiyaların tam siyahısı aşağıda tanış ola bilərsiniz: 

1. Andorra 

2. Anqila 

3. Antiqua və Barbuda 

4. Aruba 

5. Antil Adaları (Niderland) 

6. Baham Adaları 

7. Bəhreyn 

8. Bermud Adaları 

9. Britaniya Vircin Adaları 

10. Beliz 

11. Barbados 

12. Cəbəllütariq 

13. Cersi 

14. Dominika 

15. Honkonq (Çin) 

16. Kayman Adaları 

17. Kuk Adaları 

18. Kosta-Rika 

19. Qernsi 

20. Qrenada 

21. Liberiya 



22. Lixtenşteyn 

23. Maldiv Adaları 

24. Men Adaları 

25. Marşal Adaları 

26. Montserrat 

27. Monako 

28. Makao (Çin) 

29. Nauru 

30. Niue 

31. Panama 

32. Palau 

33. Seyşel Adaları 

34. Sent Kits və Nevis 

35. Samoa 

36. Sent Vinsent və Qrenadin 

37. Sent Lusiya 

38. Törks və Kaykos Adaları 

39. Vanuatu 

40. Vircin Adaları (ABŞ)

 

 



 

 

 



 

 

 



 

deloitte.az 

 

Deloitte refers to one or more of Deloitte Touche Tohmatsu Limited, a UK private company limited by 



guarantee (“DTTL”), its network of member firms, and their related entities. DTTL and each of its member 

firms are legally separate and independent entities. DTTL (also referred to as “Deloitte Global”) does not 

provide services to clients. Please see 

www.deloitte.com/about

 for a more detailed description of DTTL and 

its member firms. 




 

Deloitte provides audit, consulting, financial advisory, risk management, tax and related services to public 

and private clients spanning multiple industries. Deloitte serves four out of five Fortune Global 500

 ®

 



companies through a globally connected network of member firms in more than 150 countries bringing 

world-class capabilities, insights, and high-quality service to address clients’ most complex business 

challenges. To learn more about how Deloitte’s approximately 225,000 professionals make an impact that 

matters, please connect with us on 

Facebook

LinkedIn



, or 

Twitter


 

This communication contains general information only, and none of Deloitte Touche Tohmatsu Limited, its 



member firms, or their related entities (collectively, the “Deloitte Network”) is, by means of this 

communication, rendering professional advice or services. Before making any decision or taking any action 

that may affect your finances or your business, you should consult a qualified professional adviser. No 

entity in the Deloitte Network shall be responsible for any loss whatsoever sustained by any person who 

relies on this communication. 

 

96 Nizami St. 



Baku, AZ1010, Azerbaijan 

 

© 2017 Deloitte & Touche LLC. All rights reserved. 



 

To no longer receive emails about this topic please send a return email to the sender with the word 

“Unsubscribe” in the subject line.

 

 



 

 


Yüklə 35,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə