Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə"



Yüklə 45,1 Kb.
səhifə1/5
tarix19.10.2018
ölçüsü45,1 Kb.
#75172
növüQaydalar
  1   2   3   4   5

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizəninforması”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli, 48 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi”, “//çıxarılıb//” və “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 13 aprel 2005-ci il



      № 70

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 13 aprel tarixli, 70 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli, 48 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin, habelə təhsil müəssisələrinin, dini qurumların, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının (bundan sonra — qurum), həmçinin Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumların dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) aparılması, istifadəsi və mühafizəsi qaydalarını müəyyən edir.



//çıxarılıb//

1.3. Hüquqi şəxslərin dövlət reyestri "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 12 aprel tarixli 48 nömrəli, "Azərbaycan Respublikası Prezidentinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2004-cü il 2 dekabr tarixli 149 nömrəli və "Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2008-ci il 20 fevral tarixli 713 nömrəli fərmanlarına, bu Qaydalara və digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı orqanlar tərəfindən aparılır:

1.3.1. qeyri-kommersiya hüquqi şəxslərinin, xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, habelə təhsil müəssisələrinin dövlət reyestri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar, xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır;

1.3.2. kommersiya hüquqi şəxslərinin dövlət reyestri Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə həmin Nazirliyə bilavasitə tabe olan vergi orqanlarının bu Qaydalara uyğun tərtib etdikləri reyestrlərin məlumatları əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin informasiya sistemində elektron daşıyıcılarda mərkəzləşdirilmişqaydada tərtib edilir;

1.3.3. dini qurumların dövlət reyestri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır.

//çıxarılıb////çıxarılıb//

//çıxarılıb////çıxarılıb//

1.6. //çıxarılıb// dövlət reyestri Azərbaycan Respublikasının //çıxarılıb// informasiya ehtiyatıdır və qeydiyyat orqanları informasiya ehtiyatının mühafizəsini və qanunla müəyyən edilmiş qaydada istifadəsini təmin edirlər.

1.7. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının dövlət mülkiyyətindədir.

 

2. Dövlət reyestrinin əsas prinsipləri

 

2.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq dövlət reyestrinin əsas prinsipləri aşağıdakılardır:



//çıxarılıb// 

2.1.2. dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır, kağız və elektron daşıyıcılarda tərtib edilir.

2.2. Dövlət reyestrinin elektron daşıyıcılarda tərtib edilməsi //çıxarılıb// təşkilati, metodoloji və texniki-proqram prinsiplərinin tətbiqinə əsaslanır və dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə və vəhdətdə fəaliyyət göstərməsi təmin edilir. 

2.3. Dövlət reyestri aşağıdakılardan ibarətdir:

2.3.1. qurumların təşkili, qeydiyyatı, yenidən təşkili, ləğvetmə prosesində olması, ləğv edilməsi, eləcə də qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlar;

2.3.1-1. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin (bundan sonra - Saziş) qüvvədə olma müddəti barədə məlumat;

2.3.2. təsis sənədlərində dəyişikliklərin edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar; 

2.3.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar;

2.3.3-1. ləğv edilmiş qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlar;

2.3.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu.

2.3.5. elektron informasiya, habelə kommersiya və qeyri-kommersiya qurumlarına, habelə təhsil müəssisələrinə dair kağız daşıyıcılarda olan məlumatlar.

2.4. Qeyri-kommersiya hüquqi şəxslərinin və təhsil müəssisələrinin Reyestr məlumatlarının daşıyıcıları olan “Hüquqi şəxslərin dövlət qeydiyyatı barədə müraciətlər kitabı”, “Dövlət reyestr kitabı”, “Reyestrdə dəyişiklik edilməsi barədə müraciətlər” kitabı, “Arxiv sənədlərinin uçotu” kitabı və əvvəllər başqa orqanlarda qeydiyyata alınmış hüquqi şəxslərin uçot kitabları da dövlət reyestrinin tərkibinə daxil edilir.

Kommersiya hüquqi şəxslərinin reyestr məlumatlarının daşıyıcıları olan “Kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın məlumatları dövlət reyestrinin tərkibinə daxiledilir.

2.5. Elektron informasiya daşıyıcıları dövlət reyestrinin tərkib hissəsidir.

2.6. Dövlət reyestri illər üzrə və Azərbaycan Respublikasının hər bir inzibati ərazi vahidi (rayon və ya şəhər) üzrə aparılır//çıxarılıb//

//çıxarılıb//

2.7. Dövlət qeydiyyatının ərazi aidiyyəti qurumun hüquqi ünvanı əsasında müəyyən edilir.

 

3. Dövlət reyestrinə daxil edilən məlumatlar

 

3.1. //çıxarılıb// “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barədə aşağıdakı məlumatlar əks etdirilməlidir: 



3.1.1. qurumun adı (firma);

3.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); 

3.1.3. qurumun təşkilati-hüquqi forması;

3.1.4. maliyyə ili;

3.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları üçün), qeyri-kommersiya qurumunun qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 

3.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar;

3.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

3.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar;

3.1.9. hüquqi şəxsin əmlakının, təsisçilərin paylarının yüklülüyü;

3.1.10. qurumun ləğvetmə prosesində olması;



//çıxarılıb//

3.1.12. qurumun ləğv edilməsi;

3.1.13. təsis sənədlərinə edilən hər bir dəyişiklik və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi.

3.2. Dövlət reyestrində bu Qaydaların 3.1-ci bəndində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir:

3.2.1. kommandit ortaqlığında — hər bir kommanditçinin mayasının miqdarı;

3.2.2. məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində — nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;

3.2.3. qeyri-kommersiya təşkilatlarında - fəaliyyət predmeti və məqsədləri, fəaliyyət ərazisi qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi;

3.2.3-1. dini qurumların mənsub olduğu dini konfessiya haqqında məlumatlar;

3.2.3-2. qeyri-hökumət təşkilatlarında - ictimai birliyin üzvlərinin sayı, icra orqanlarının tərkibi və səlahiyyət müddəti, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan qanuni təmsilçisinin (təmsilçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlar;

3.2.3-3. fondlarda - himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının həcmi;

3.2.3-4. xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - Azərbaycan Respublikasında filial və ya nümayəndəliyi olan xarici qeyri-hökumət təşkilatının təsisçiləri, habelə filial və ya nümayəndəliyin icra orqanlarının tərkibi və səlahiyyət müddəti, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan qanuni təmsilçisinin (təmsilçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri, səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası, habelə fəaliyyətinin dayandırılması (tarixi və müddəti) və bərpası (tarixi) barədə məlumatlar;

3.2.4. təhsil müəssisələrində - mülkiyyət növü, ali idarəetmə orqanının üzvləri, kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsində nizamnamə kapitalı və təsisçilərin əmlak paylarının miqdarı haqqında məlumatlar;

3.2.5. Sazişin qüvvədə olma müddəti barədə məlumat.

 

4. Dövlət reyestrinin aparılması

 

4.1. Qurumlar barədə məlumatlar aşağıdakılar mövcud olduqda dövlət reyestrinə daxil edilir:



4.1.1. qurumlar qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alındıqda;

4.1.2. qurumun dövlət qeydiyyatına alınması barədə məhkəmənin qərarı olduqda;

4.1.3. quruma qanunvericiliklə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə.

4.2. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin Qeydiyyat (reyestr) məlumatları Dövlət reyestr kitabında yazılır. Dövlət reyestr kitabı kağız və elektron variantda tərtib edilir.

4.2-1. Kommersiya qurumlarının qeydiyyat (reyestr) məlumatları AVİS-ə işlənilməklə, məlumat bazasına daxil edilir. Məlumatlar elektron daşıyıcılardan emal edilir və sistem tərəfindən dövlət qeydiyyatı nömrəsi (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verilir. “Kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın kağız variantı qeydiyyat məlumatlarının elektron daşıyıcılardan kağız üzərinə çap edilərək, xüsusi kitablara tikilməklə aparılır. Kommersiya qurumlarının dövlət qeydiyyatı və qeydiyyat məlumatlarının dəyişdirilməsi zamanı dövlət reyestr kitabına həmin dəyişikliyi özündə əks etdirən yeni səhifə əlavə edilir.

4.3. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin Dövlət reyestr kitabı kağız daşıyıcısı üzərinə parça yapışdırılmış qalın karton üzlü, qalın və keyfiyyətli kağızda, möhkəm cildlənmiş vəziyyətdə 34x27 sm ölçüdə tərtib edilir, qaytanlanır və möhürlənir.

4.4. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin Hər bir reyestr kitabı il tamam olduqda bağlanır və növbəti il üçün yeni kitab tərtib edilir.

4.4-1. Kommersiya qurumları üzrə hər reyestr kitabına sayı 50-dən az olmayan kommersiya qurumuna aid məlumatlar yığılır. Qurumların sayı çox olduqda, informasiya sistemində verilmiş nömrəyə uyğun yeni kitab açılır. 

4.5. //çıxarılıb////çıxarılıb////çıxarılıb////çıxarılıb////çıxarılıb// qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestr kitabı hər bir quruma dair hər biri 2 səhifədən ibarət olan 2 bölmədən ibarətdir (1-ci bölmə “Ümumi məlumatlar”, 2-ci bölmə “Məqsədi, əmlak vəziyyəti” adlanır). Filial və nümayəndəliklərin Dövlət reyestr kitabında hər bir quruma 4 səhifə ayrılır. Reyestr kitablarının sonunda 4 səhifə xüsusi qeydlər üçün nəzərdə tutulur.

4.6. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestr kitabının Hər səhifənin sağ yuxarı hissəsində qeydiyyat (reyestr) nömrəsi, qurumun dövlət qeydiyyatının tarixi və səhifənin sıra nömrəsi göstərilir.

4.6-1. “Kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın hər səhifəsinin yuxarı sağ hissəsində “Qeydiyyat nömrəsi (VÖEN)”, “Kitab nömrəsi” və “Kitabdakı sıra nömrəsi” göstərilir. Bu məlumatlar informasiya sistemində müəyyən edilərək, kitabın müvafiq vərəqində çap edilir.

4.7. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestr kitabının üstündə Dövlət reyestr kitabının kodu (nömrəsi), reyestrin aparıldığı il və reyestrin başlanğıc və son sayını göstərən rəqəmlər göstərilməlidir (misal üçün, C1, 2004, Reyestr № 1-50).

4.8. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin Dövlət reyestr kitabında yol verilmiş səhvlər yeni qeyd etməklə aradan qaldırılır. Bu halda qüvvəsini itirməli olan qeydin üstündən xətt çəkilir və bu qaydalara uyğun yeni qeydlər edilir. Yeni qeyddə qüvvəsini itirmiş yazıya istinad edilməlidir.

4.8-1. Kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nda yol verilmiş səhvlər informasiya sistemində düzəliş etməklə aradan qaldırılır.

4.9. Dövlət reyestr kitabının tətbiq edilməsi məsələləri ilə bağlı dövlət qeydiyyat orqanlarına metodiki rəhbərliyi qeyri-kommersiya qurumları və təhsil müəssisələri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, kommersiya qurumları üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, dini qurumlar üzrə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirirlər.

4.10. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestr kitabının hər sütununda qeydə alınmalı faktlar aşağıdakı qaydada kodlaşdırılır:

A) adı; B) təşkilati-hüquqi forması; C) hüquqi ünvanı; M) maliyyə ili; R) fəaliyyət ərazisi; V) hüquqi varislik: F) hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış filial, nümayəndəliklər və digər qurumlar haqqında məlumatlar; L) ləğv edilməsi; FD) qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - fəaliyyətinin dayandırılması və bərpası haqqında məlumatlar; XG) qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası haqqında məlumatlar; ÜS) qeyri-hökumət təşkilatlarında - ictimai birliyin üzvlərinin sayı T) hər bir qanuni təmsilçinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri haqqında məlumatlar; "RM) xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - filial və ya nümayəndəliyin rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri, səlahiyyət müddəti barədə məlumatlar; N) fondlarda Himayəçilər Şurasının üzvlərinin hər birinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri haqqında məlumatlar; S) hər bir təsisçinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar; XT) xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - Azərbaycan Respublikasında filial və ya nümayəndəliyi olan xarici qeyri-hökumət təşkilatının təsisçiləri barədə məlumatlar; İ) fəaliyyət predmeti və məqsədi (dini qurumlar üçün həm də mənsub olduğu dini konfessiya); K) fondlarda nizamnamə kapitalının miqdarı; P) fondlarda təsisçilərin əmlak payının miqdarı; İO) qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - qurumun icra orqanlarının tərkibi və səlahiyyətmüddətiqurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan qanuni təmsilçisinin (təmsilçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi haqqında məlumatlar; E) təhsil müəssisəsinin ali idarəetmə orqanının üzvləri haqqında məlumat; J) Kommersiya təhsil müəssisələrində nizamnamə kapitalı və təsisçilərin əmlak paylarının miqdarı; G) təhsil müəssisələrinin mülkiyyət növü; SZ) Sazişin qüvvədə olma müddəti barədə məlumat; //çıxarılıb// LP) qurumun ləğvetmə prosesində olması barədə məlumat; //çıxarılıb// Ə) qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunmasına dair məlumatlar; Q) digər qeydlər.

4.11. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin Qeydə alınmış hər bir faktın sonrakı dəyişikliyində faktın koduna istinad edilməlidir. Hər bir faktın qeydiyyatı sıra ardıcıllığı ilə (misal üçün, A-1, A-2, A-3 və s.).

Faktların qeydə alınma tarixi sütununda qeydə alınmış faktların və dəyişikliyin sayına istinad edilməklə, onların qeydiyyat tarixi göstərilir (A-1 21.03.2003, A-2 10.01.2004, A-3 30.05.2004 və s.).

4.12. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestr kitabına daxil edilən məlumatlar bu məlumatların əks etdirilməsi üçün ayrılmış bölməyə yerləşmirsə, həmin bölməyə əlavə vərəqlər tikilməlidir. Əlavə edilmiş vərəqin yuxarı sağ hissəsində qurumun qeydiyyat nömrəsi və qeydiyyat tarixi və əsas səhifənin nömrəsi göstərilməklə hərflərləsıralanmalıdır. Belə əlavələr edildikdə, reyestri aparan şəxs reyestr kitabının xüsusi qeydlər üçün ayrılmış hissəsində müvafiq əlavə barəsində qeyd yazmalıdır.

4.13. Kommersiya və qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestr kitablarının elektron variantı forma və məzmun etibarilə kağız daşıyıcılardanfərqlənmir.“Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestr kitabı”nın elektron variantı vahid proqram texniki təminat əsasında tərtib edilir. Kommersiya hüquqi şəxslərinin dövlət reyestri məlumatları müasir informasiya və kommunikasiya texnologiyalarında istifadə edilməklə hazırlanmış xüsusi proqram təminatı vasitəsilə AVİS-də toplanır və müxtəlif aparat platformalarından istifadə edilməklə mühafizə edilir. 

4.14. Dövlət reyestr kitabı ali təhsili olan şəxs tərəfindən aparılır. 

4.15. Dövlət reyestr kitabı tərtib edildikdə aşağıdakılar təmin olunmalıdır:

4.15.1. qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin reyestrinin illər və inzibati-ərazi vahidləri (rayon, şəhər) üzrə tərtib edilməsi; 

4.15.2. qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin reyestr nömrələrinin say ardıcıllığına əməl edilməsi; kommersiya hüquqi şəxslərinin reyestr nömrələrinin xüsusi alqoritm əsasında hazırlanmış proqram tərəfindən verilməsinə əməl edilməsi; 

4.15.3. reyestrə daxil edilən qurumun adının və digər məlumatların təqdim edilmiş sənədlər əsasında düzgün yazılması;

4.15.4. reyestrdə əks etdirilən məlumatların bütöv verilməsi.

4.15.5. qurumların adlarının unikallığının gözlənilməsi. 

4.16. Dövlət reyestr kitabında qeydlər aydın və yığcam şəkildə yazılmalıdır.

4.17. Dövlət reyestr kitabı Azərbaycan Respublikasının bütün qeydiyyat orqanlarında Azərbaycan dilində tərtib edilir. Xarici adlar Azərbaycan dilinin tələffüz qaydalarına uyğun şəkildə Azərbaycan əlifbası ilə yazılmalıdır.

4.18. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.

 

5. Qurumların qeydiyyat (reyestr) nömrəsi 

 

5.1. Dövlət qeydiyyatına alınan qurumlara vahid və təkrarolunmaz qeydiyyat nömrəsi verilir.



5.2. Qeydiyyat nömrəsi:

5.2.1. dövlət reyestrində;

5.2.2. qurumun dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən dövlət qeydiyyatı haqqında şəhadətnamədə, dövlət reyestrindən çıxarış və nizamnamədə (əsasnamədə);

5.2.3. qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən buraxılan “Ədliyyə”qəzetində,dini qurumların dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən buraxılan “Cəmiyyət və din” qəzetində, kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən buraxılan “Vergilər” qəzetində məlumat (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) dərc olunur.

5.3. Qeyri-kommersiya hüquqi şəxslərinin Qeydiyyat nömrəsi hər bir inzibati-ərazi vahidi (rayon və şəhər) üzrə qeydiyyata alınmış (həmçinin, uçota alınmış) qurumların ümumi sayının ardıcıllığına uyğun olaraq başlayır və davam etdirilir. Dövlət reyestr kitabının dəyişməsi və ya növbəti ilin başlanması qeydiyyata alınan qurumlara verilən nömrə ardıcıllığını dəyişmir.

5.3-1. Kommersiya hüquqi şəxslərinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 10 rəqəmdən ibarət qeydiyyat nömrəsi (VÖEN) verilir. Qeydiyyat nömrəsindəki birinci iki rəqəm ərazi inzibati vahidinin kodunu, sonrakı altı rəqəm sıra sayını göstərir. Doqquzuncu rəqəm xüsusi alqoritm tərəfindən verilir, onuncu rəqəm isə hüquqi statusa uyğun olaraq seçilir. İnformasiya sistemi qeydiyyat nömrələrinin unikallığını təmin edir. 

5.4. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin Dövlət qeydiyyat (reyestr) nömrəsində qeydiyyat orqanının kodu, dövlət qeydiyyatının ili, Dövlət reyestr kitabının kodu və qurumun reyestr kitabında sıra sayı göstərilir. //çıxarılıb//

5.5. Qeyri-kommersiya hüquqi şəxslərinin Qeydiyyat (reyestr) nömrəsindəki birinci dörd hərf və ya rəqəmlər inzibati ərazi vahidinin (rayon, şəhər) kodunu, ikinci iki rəqəm isə qeydiyyat ilini göstərir. Bu rəqəmlərdən sonra kitabın kodu göstərilir və tire işarəsi qoyulmaqla qurumların qeydiyyatının sıra sayını göstərən rəqəmlər yazılır. Dövlət reyestr kitablarının kodu hərf işarəsi ilə başlayır və ondan sonra sıra sayla rəqəm əlavə edilir (A1, A2 və s.). //çıxarılıb//

5.6. Qurum ləğv edildiyi halda ləğv edilmiş quruma mənsub qeydiyyat nömrəsi silinmir və başqasına verilmir və bu barədə reyestrdə qeyd aparılır.

5.7. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən qurumun adı, təşkilati-hüquqi forması dəyişildikdə, qeydiyyat nömrəsi dəyişilmir.

5.8. Başqa dövlət orqanlarında qeydiyyata alınmış qurumlar bu Qaydalara uyğun şəkildə reyestrə daxil edilirlər. Bu halda qurumun əvvəlki qeydiyyat məlumatları reyestr kitabının “hüquqi varislik” sütununda qeyd edilir və dövlət reyestrindən çıxarışda əks etdirilir. Bu qurumlar reyestrə daxil edilərkən, ilkin qeydiyyatdan sonra baş vermiş bütün dəyişikliklər reyestrdə yazılmalıdır.

 


Yüklə 45,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə