Qaydalar fərdi qəza sığortası növü üzrə fərdi qəza sığortası sinfinə aiddir



Yüklə 145,86 Kb.
Pdf görüntüsü
tarix29.05.2018
ölçüsü145,86 Kb.
#46547
növüQaydalar


FƏRDİ QƏZA SIĞORTASI QAYDALARI 

                          

 

ÜMUMİ MÜDDƏALAR 



 

Bu Qaydalar fərdi qəza  sığortası növü üzrə fərdi qəza  sığortası sinfinə aiddir. 

 

1. ƏSAS ANLAYIŞLAR 

 

1.1. 



Sığortaçı  və  ya  Şirkət  -  Azərbaycan Respublikasının  qanunvericiliyinə uyğun olaraq  Nizamnamə  əsasında  fəaliyyət 

göstərən və müvafiq lisenziyaya malik olan ASC “Standard Insurance” Sığorta Şirkəti. 

1.2. 

 Sığortalı  - sığorta  haqqı  ödəyən,  sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin 



tərəfi. 

1.3. 


Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs. 

1.4. 


Faydalanan şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs; 

1.5. 


Sığorta müddəti - sığorta müqaviləsinin qüvvədə olduğu müddət. 

1.6. 


Sığorta  müqaviləsi -  sığortalının  müvafiq  sığorta  haqqı  ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi 

risklərlə  bağlı  itkilərin,  dəyən  zərərin  əvəzinin  və  ya  razılaşdırılan  pul  məbləğinin  müəyyən  bir  hadisənin  baş  verməsi 

əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma. 

1.7. 


Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və 

ya) sığorta olunana verilən sənəd; 

1.8. 

Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanuna zidd olmayan hər hansı əmlak mənafeyi; 

1.9. 


Sığorta  haqqı  -  risklərin  qəbul  edilməsi  və  ya  bölüşdürülməsi  müqabilində  sığorta  qanunvericiliyinə  uyğun  olaraq, 

sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği; 

1.10. 

Sığorta  məbləği  -  sığortalanmış  risklər  üzrə  sığortaçının  öhdəliyinin  qanunvericilik,  yaxud  müqavilə  ilə 

müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi; 

1.11. 

Sığorta  ödənişi  -  sığorta  hadisəsi  baş  verdikdə,  qanunvericiliyə,  həmçinin  sığorta  müqaviləsinə  uyğun  olaraq 

sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası; 

1.12. 

Sığorta  hadisəsi  -  sığorta  ödənişinin  ödənilməsi  üçün  əsas  olan,  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət 

ərzində baş verən və təsadüflik əlamətlərinə malik olan hadisə və ya yaranan hal. 

1.13. 

Sığorta riski - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya 

halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik. 

1.14. 

Tərəflər - sığortaçı və ya onun nümayəndəsi və sığortalı və ya onun nümayəndəsi. 

1.15. 


İşlərin aparılması xərcləri - sığortaçı tərəfindən əmək haqları, rabitə və kommunikasiya xərcləri; ofisin saxlanması 

xərcləri;  agent  və  broker  mükafatları;  nəqliyyatın  saxlanması;  blankların  hazırlanması  və  sairəyə  çəkdiyi    xərclərinin 

məcmusu. 

 

2. SIĞORTA MÜQAVİLƏSİNİN PREDMETİ VƏ BAĞLANMA QAYDASI 

 

2.1.  Bu Qaydaların  şətlərinə  uyğun  olaraq bağlanmış sığorta müqaviləsinə əsasən Sığortaçı sığorta müqaviləsi ilə nəzərdə 



tutulmuş  sığorta  haqqını  almaqla  sığorta  hadisəsi  zamanı  Sığortalıya  sığorta  müqaviləsində  müəyyən  olunmuş  sığorta 

məbləği həcmində (azadolma məbləğləri nəzərə alınmaqla) sığorta ödənişini verir. 

2.2.Sığorta  müqaviləsi,  sığortalının  (sığortaçı  tərəfindən  müəyyən  olunmuş  müvafiq  məlumatları  ərizədə  göstərməklə) 

yazılı ərizəsi əsasında bağlanılır.  

2.3.  Tərəflər  müqaviləyə,  bu  qaydalara  və qanunvericiliyə  zidd  olmayan əlavə  müddəaların  daxil  edilməsi  barədə razılığa 

gələ bilərlər.  

2.4.  Əgər sığorta  müqaviləsi  bağlandıqdan  sonra sığortalının  müqavilə bağlanarkən qəsdən  yalnış məlumat verməsi aşkar 

olunarsa,  sığortaçı sığorta  müqaviləsinin  etibarsız  olduğu barədə  sığortalıya  yazılı bildiriş verə bilər və ya sığorta hadisəsi 

baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər.  

2.5.  Sığorta  müqaviləsinin  və  bundan  irəli  gələn  bütün  sənədlərin  rəsmiləşdirilməsini  sığortalı  və  ya  faydalanan  şəxs 

həyata keçirir. 

2.6. Bu Qaydalara əsasən, sığorta təminatı müqavilədə göstərilən ölkənin (ölkələrin) ərazisinə şamil olunur.  

2.7.  Sığorta  müqaviləsi  və  ümumilikdə  sığorta  münasibətləri  sığorta  müqaviləsi,  sığorta  qaydaları,  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsi, “Sığorta Fəaliyyəti Haqqında” Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.  



 

3. SIĞORTA MƏBLƏĞİ  

 



Standard  Insurance                                  Fərdi Qəza Sığortası Qaydaları 

 

          



P a g e

 

 

 



 

 

3.1.1 Sığorta məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir.  



3.1.2  Sığorta  ödənişinin  verildiyi  tarixdən  etibarən,  sığorta  məbləği  və  sığortaçının  məsuliyyəti  verilmiş  sığorta  ödənişi 

həcmində  azalmış  olur.  Sığorta  məbləği  tam  həcmdə  istifadə  olunduğu  təqdirdə  sığortaçı öz  öhdəliklərini  tamamilə yerinə 

yetirdiyi  üçün  sığorta  müqaviləsinə  xitam  verilir.  Sığortaçının  vermiş  olduğu  sığorta  ödənişi  ilə  əlaqədar  azalmış  sığorta 

məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar. 

3.2.1. Hər  sığorta  hadisəsi  üzrə sığorta  ödənişinin  verilməsi  zamanı sığorta  ödənişi sığorta hadisəsinin baş vermə tarixində 

qüvvədə olan sığorta məbləğindən (azadolma məbləğləri nəzərə alınaraq) artıq ola bilməz. 



 

4. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ 

 

4.1. Sığorta haqqının həm bütövlükdə həm də hissələrlə ödənilməsi razılaşdırıla bilər. 



4.2. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırılmamışdırsa, sığorta haqqı bütövlükdə ödənilməlidir. 

4.2.1.  Sığorta haqqının  bütövlükdə  ödənilməsi nəzərdə tutulmuşdursa, sığorta  haqqı  sığorta şəhadətnaməsi təqdim olunan 

zaman  ödənilməlidir.  Bu  halda  sığorta  müqaviləsi  sığorta  haqqının  tam  ödənilməsi  şərti  ilə  sığorta  şəhadətnaməsi 

imzalandığı gün saat 24:00-da qüvvəyə minir. 

4.2.2. Sığorta haqqının hissələrlə ödənilməsi nəzərdə tutulmuşdursa sığorta haqqının birinci hissəsi sığorta şəhadətnaməsi 

təqdim  olunan  zaman  ödənilməlidir.  Bu  halda  sığorta  müqaviləsi  sığorta  haqqının  birinci  hissəsinin  ödənilməsi  şərti  ilə 

sığorta  şəhadətnaməsi  imzalandığı  gün  saat  24:00-da  qüvvəyə  minir.  Sığorta  haqqının  növbəti  hissəsi  növbəti  ödəmə 

günündən  sonra  15  gün  ərzində  ödənilməzsə  sığorta  ödənişinin  verilməsindən  imtina  oluna  bilər.  Gecikdirilmiş  15  gün 

ərzində sığorta hadisəsi baş verərsə sığortaçı zərərin əvəzini, ödənilmiş sığorta haqqı ilə ümumi sığorta haqqının nisbətinə 

müvafiq  surətdə  ödəyə  bilər,  yəni  ödənilmiş  sığorta  haqqının  ümumi  sığorta  haqqına  nisbəti  faiz  şəklində  sığorta 

ödənişindən çıxıla bilər.  

4.3. Sığorta hadisəsi baş verdiyi anda sığorta haqqının ödənilməyən (ödəniş vaxtının çatıb-çatmamasından asılı olmayaraq) 

hissələri sığorta ödənişindən çıxılır. 

4.4.  Sığorta  ödənişinin  verilməsi  ilə  əlaqədar  azalmış  sığorta  məbləğinin  artırılması  zamanı,  sığorta  haqqı  sığortalının 

razılığı ilə həm sığorta ödənişindən tutula bilər, həm də əlavə olaraq ödənilə bilər. 

4.5.  Sığorta  müddəti,  müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  müqavilədə  göstərilən  başlama  və  sona  çatma 

tarixlərində (bu qaydaların 4.2.1. və 4.2.2. maddələri nəzərə alınmaqla) Azərbaycan vaxtı ilə saat 24:00-da başlayır və saat 

24:00-da sona çatır. Sığorta müqaviləsi bağlandığı gün qüvvədə olmur. 

 

5. AZADOLMA (SIĞORTA ÖDƏNİŞİNDƏN QİSMƏN AZADOLMA) 

 

 



5.1. Azadolma - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və 

sığortalının  üzərində  qalan  hissəsidir.  Tərəflər  sığorta  şəhadətnaməsində,  sığorta  hadisəsi  zamanı  sığorta  məbləğinin 

müəyyən  bir  faizinin,  dəymiş  zərərin  müəyyən  bir  faizinin  və  ya  konkret  məbləğin  sığortaçı  tərəfindən  ödənilməməsini 

razılaşdıra bilərlər. 

5.2.Azadolma şərtli və şərtsiz ola bilər. 

5.2.1. Şərtli azadolma - nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən (azadolma 

məbləğindən) çox olduqda, zərər məbləğindən azadolma çıxılmır və sığortaçı tərəfindən ödənilir. 

5.2.2.  Şərtsiz  azadolma  -  nəzərdə  tutulduqda  azadolma  məbləği  hər  bir  halda  zərər  məbləğindən  çıxılır  və  sığortaçı 

tərəfindən ödənilmir. 

5.3.  Müqavilədə  müxtəlif  növ  azadolma  həm  konkret  məbləğ  həm  faiz  şəklində  göstərildikdə,  faiz  çıxıldıqdan  sonra 

konkret məbləğ çıxılır. 

5.4. Azadolma hər bir sığorta hadisəsi üzrə tətbiq olunur. 

5.5. Azadolmanın şərtli və ya şərtsiz olması müqavilədə göstərilmədikdə, şərtsiz kimi qəbul edilir.   

5.6. Sığorta müqaviləsində şərtli azadolmanın digər formaları və şərtləri də nəzərdə tutula bilər. 

 

6. SIĞORTA MÜQAVİLƏSİNİN LƏĞVİ 

 

6.1.  Sığorta müqaviləsinə  həm  sığortaçının həm də sığortalının 30 gün qabaqcadan yazılı xəbərdarlığı ilə vaxtından əvvəl 



xitam verilə bilər.  

6.1.1.  Sığorta müqaviləsinə  sığortalının  tələbi  ilə vaxtından əvvəl  xitam  verildikdə, sığortaçı  həmin  müqavilə üzrə işlərin 

aparılması  xərclərini  çıxmaqla  müqavilənin  qurtarmamış  müddəti  üçün  sığorta  haqlarını  ona  qaytarır;  əgər  bu  tələb 

sığortaçının  sığorta  müqaviləsi  üzrə  vəzifələrini  yerinə  yetirməməsi  ilə  bağlıdırsa,  sığortaçı  sığorta  haqlarını  bütünlüklə 

sığortalıya qaytarır.Sığortalının müqavilənin xitamı barədə müraciəti daxil olduğu an, sığorta təminatı dayandırılır. 



Standard  Insurance                                  Fərdi Qəza Sığortası Qaydaları 

 

          



P a g e

 

 

 



 

 

6.1.2.  Sığorta  müqaviləsinə    sığortaçının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə  o,  sığorta  haqlarını  bütünlüklə 



sığortalıya  qaytarır;  əgər  bu  tələb  sığortalının  sığorta  müqaviləsi  üzrə  vəzifələrini  yerinə  yetirməməsi  ilə  bağlıdırsa, 

sığortaçı  həmin  müqavilə  üzrə  işlərin  aparılması  xərcləri  çıxılmaqla,  müqavilənin  qurtarmamış  müddəti  üçün  sığorta 

haqlarını qaytarır. 

6.2. Əgər sığorta müddəti ərzində sığorta hadisəsi baş vermişdirsə, işlərin aparılması xərclərindən əlavə  olaraq, ödənilmiş 

sığorta ödənişinin məbləği qaytarılacaq sığorta haqqından çıxılır.     

6.3.  Sığortalı, müqaviləyə  xitam  verərək sığortalı ilə başqa müqavilə imzalamaq niyətində olduqda həm işlərin aparılması 

xərcləri həm də ödənilmiş sığorta ödənişinin məbləği sığorta haqlarından çıxılmaya bilər.    

6.4.  Sığortaçı  sığortalı  qarşısında  öz  öhdəliklərini  bu  qaydaların  3.1.2  bəndinə  uyğun  olaraq  tamamilə  yerinə  yetirdikdə 

sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Bu halda tərəflər arasında əlavə hesablaşma aparılmır. 

6.5. Sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda da xitam verilə bilər.  



 

7. SUBROQASİYA HÜQUQU 

 

7.1.  Sığortalının zərərin  vurulmasında  təqsirkar  olan şəxsə  zərərin  əvəzini ödəmək tələbi hüququ  verilmiş  sığorta ödənişi 



həcmində sığortaçıya keçir.   

7.2. Sığortalı təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən 

imtina  etdikdə  və  yaxud  təqsirkar  şəxsdən  dəymiş  zərərin  əvəzini  və  ya bir  hissəsini  aldıqda, sığortaçı sığorta  ödənişinin 

verilməsindən tam və ya müvafiq sürətdə qismən azad edilir. Artıq ödənilmiş hissə sığortalı tərəfindən geri qaytarılmalıdır. 

Əks təqdirdə sığortaçı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. 

 

8. MÜBAHİSƏLƏRİN HƏLLİ 

 

8.1 Sığorta müqaviləsi üzrə vəzifələrin yerinə yetirilməsi ilə bağlı yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə 



həll olunur. Razılıq əldə edilmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə və 

Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə müraciət oluna bilər. 

 

9. SIĞORTA RİSKİNİN ARTMASI 

   

9.1. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu 

məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar sığortaçı 

ilə yazılı şəkildə razılaşdırılmalıdır. 

9.2.  Bu  Qaydaların  9.1.  maddəsinə  riayət  edilmədikdə  sığortaçı  sığorta  müqaviləsinin  şərtlərinin  dəyişdirilməsini  və  ya 

onun tamamilə ləğv edilməsini tələb edə bilər və ya həmin hallarla əlaqəli sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin 

verilməsindən imtina edə bilər. 

 

10. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

 

10.1.1.  Sığortalı  sığorta  müqaviləsi  bağlanarkən  sığortaçının  müstəqil  auditor  tərəfindən  təsdiqlənmiş  illik  balansı  və 



fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna malikdir. 

10.2.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan,  

sığortaçının  müqavilədən  imtina  etmək,  yaxud  onu  məzmunu  dəyişdirilmiş  şəkildə  bağlamaq  qərarına  təsir  göstərə  bilən 

bütün hallar barədə sığortaçıya məlumat verməlidir.  

10.2.2. Sığortalı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir. 

10.3.1. Sığortaçı sığortalı barədə, habelə onun keçmiş hadisə tarixi barəsində məlumat toplamaq hüququna malikdir. 

10.4.1. Sığortaçı sığortalını müqavilənin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir.   

10.4.2. Sığortaçı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir. 

 

 

XÜSUSİ MÜDDƏALAR 

 

11. SIĞORTA  TƏMİNATININ NÖVLƏRİ 



 

11.1.Bədbəxt hadisə nəticəsində ölüm; 

11.2.Bədbəxt hadisə nəticəsində əlillik; 



Standard  Insurance                                  Fərdi Qəza Sığortası Qaydaları 

 

          



P a g e

 

 

 



 

 

11.3.  Bədbəxt hadisə nəticəsində yaranan tibbi xərclər. 



      

 

12.  SIĞORTA  TƏMİNATININ ƏHATƏ DAİRƏSİ (SIĞORTA RİSKLƏRİ) 

 

12.1.Fərdi qəza sığortası üzrə bu qaydalar daxilində sığortalının (sığorta olunanın) iradəsindən asılı olmayan onun həyatına 

və sağlamlığına zərər vuran qəfil, öncədən görünməyən və təsadüfi hadisələrin nəticələrinə qarşı təminat verilir. 

12.2. Aşağıdakılar nəticəsində baş verən və “sığorta təminatının növləri” ilə nəticələnən hallar (sığorta şəhadətnaməsində 

göstərildiyi təqdirdə) sığorta hadisəsi hesab edilir: 

12.2.1.  Ümumi  hallar  riski-  kənar  cisimlərin  dəyməsi,  yanma,  donma,  suda  boğulma,  günəş  vurması,  sınıqlar,  elektrik 

çərəyanının vurması; 

12.2.2. Təbii hallar riski - zəlzələ, sel, vulkan püskürməsi, torpaq sürüşməsi, tufan, fırtına, uçqun, güclü yağış, qar; 

12.2.3. İdman yarışları riski- bütün növ idman müsabiqələri, o cümlədən, sürət yarışları, alpinizm, qar və ya buz üzərində 

idman  oyunları,  maneəli  cıdır  yarışları,  polo,  reqbi,  qılınc  oynatma,  təkbətək  döyüş,  boks,  basketbol,  futbol  və  yelkənli 

qayıq yarışları, ağırlıqqaldırma və digər peşəkar idman növləri; 

12.2.4. Ovçuluq riski - balıq ovu, qaban və digər vəhşi heyvanların ovlanması və dağ yüksəkliklərində ovçuluq; 

12.2.5. Zəhərlənmə riski – bütün növ qazlardan zəhərlənmə, yeməkdən zəhərlənmə; 

12.2.6. Heyvan təcavüzü riski - heyvanın dişləməsi, ilan və ya digər həşəratların vurması və ya çalması; 

12.2.7.  Hərbi  risklər  -  döyüş  bölgəsində  atəşkəsin  pozulması  halları  istisna  olmaqla  hərbi  qulluqçularınn  hərbi  xidmət 

vəzifələrini yerinə yetirdikləri hallar; 

12.2.8. Terrorizm riski -  terrorizm və sabotaj halları; 

12.2.9. Digər risklər- digər risklədə qeyd olunmayan və istisnalara aid olmayan bütün digər hallar. 

  

13. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN HALLAR (İSTİSNALAR) 

 

13.1.Sığorta təminatı aşağıdakılar nəticəsində baş verən halları əhatə etmir: 

13.1.1. Müharibə və hərbi vəziyyətin tətbiqi ilə əlaqədar hərbi əməliyyatlarda iştirak halları; 

13.1.2.  Vətəndaş  müharibəsi,  hər  cür  xalq  iğtişaşları,  üsyan,  qiyam,  tətil,  inqilab,  ictimai  iğişaş,  xalq  hərəkatı,  çevriliş, 

silahlı yolla hakimiyyətin qəsb edilməsi (qeyd: bu istisna hərbi qulluqçulara 13.1.1. maddəsi nəzərə alınmaqla tətbiq edilir); 

13.1.3. Sığortalının (sığorta olunanın) cinayət törətməsi və ya buna təşəbbüs zamanı ölməsi və ya bədən xəsarəti alması; 

13.1.4. Sığortalının (sığorta olunanın) təhlükədə olan insan və əmlakı xilas etmək halları istisna olmaqla, özünü bilərəkdən 

təhlükəyə atması; 

13.1.5. Nüvə partlayışı, radiasiya və radiaktiv çirklənmə; 

13.1.6. Bütün növ xroniki, peşə və digər istənilən növ xəstəliklər və onların nəticələri;  

13.1.7. Hər hansı düşüncə və ruhi vəziyyətdən asılı olmayaraq intihar və intihara təşəbbüs halları; 

13.1.8. Spirtli içki qəbulu nəticəsində ölüm və xəsarət, sığorta təminatına daxil olan halın tələb etmədiyi təqdirdə narkotik 

maddədən istifadə, dərman və zəhərli maddələrin qəbulu;                                                                                  

13.1.9.  Sığorta  təminatına  daxil  olan  halın  tələb  etmədiyi  təqdirdə,  aparılan  cərrahiyyə  əməliyyatları  və  müxtəlif  növ 

şüaların qəbulu; 

13.1.10. Sığorta olunanın özünə qəsdən bədən xəsarəti yetirməsi; 

13.1.11. Sığorta olunanın cəzaçəkmə müəssisəsində (həbsxanada və s.) olduğu müddət ərzində baş verən hadisələr; 

13.1.12.  Zöhrəvi  xəstəliklər,  qazаnılmış  immunçаtışmаmazlığı  sindrоmu  (QİÇS)  və  immun  çаtışmаmazlığı  virusu  (IÇV) 

ilə  əlаqədаr mеydanа  gələn bütün xəstəliklər (yoluxmanın hansı səbəbdən və kimin təqsiri üzündən baş verməsindən asılı 

olmayaraq); 

13.1.13. Sığorta müqaviləsi bağlanan zaman mövcud olan əmək qabiliyyətsizliyi (əlillik); 

13.1.14  İstənilən  növ  azbest  məhsullarının  istehsalı,  satışı  ilə  məşqul  olana  və  ya  digər  şəkildə  əlaqədə  olan  şəxslərin 

sonradan peşə xəstəliyinə tutulması;   

13.1.15. Mənəvi zərərin təmin olunması ilə bağlı irəli sürülən tələblər (iddialar); 

13.1.16. Sığorta ödənişini almaqda marağı olan şəxsin sığorta olunanı öldürməsi və ya hər hansı şəkildə bu əməldə iştirakı 

halları; 

13.1.17.  İdarə edilməsi  üçün  xüsusi icazə  tələb  olunan  nəqliyyat  vasitəsinin  belə  icazə olmadan Sığorta olunan tərəfindən 

idarə edilməsi;  

13.1.18.  Sığorta  olunanın  da  içərisində  olduğu  nəqliyyat  vasitəsinin  idarəsini  sürücülük  vəsiqəsi  olmayan  və  ya  spirtli 

içkilərin, narkotik maddələrin təsiri altında olan şəxsə verməsi;   

13.1.19. Sığorta olunanın özünün öz üzərində və ya Sığortalının təlimatı ilə hər hansı digər şəxsin Sığortalıya tətbiq etdiyi 

terapevtik və ya operativ müayinə metodlarının tətbiqi nəticəsində Sığorta olunanın səhhətinə ziyan dəyməsi. 




Standard  Insurance                                  Fərdi Qəza Sığortası Qaydaları 

 

          



P a g e

 

 

 



 

 

  



 

14.  SIĞORTA TƏMİNATININ NÖVLƏR ÜZRƏ ÖDƏNİŞ QAYDASI 

 

14.1 Bədbəxt hadisə nəticəsində ölüm; 

Sığorta olunan, sığorta hadisəsinin baş verməsi nəticəsində dərhal və ya hadisə baş verən tarixindən etibarən bir il ərzində 

həmin  hadisədən  aldığı  zədədən  vəfat  edərsə,  sığorta  məbləği  sığorta  müqaviləsində  göstərilən  faydalanan  şəxsə,  o, 

yoxdursa,  sığortalının  (sığorta  olunanın)  qanuni  varislərinə  ödənilir.  Ölüm  halında  sığorta  ödənişi  sığorta  məbləğinin 

100%-i miqdarında müəyyən olunur. 

14.2 Bədbəxt hadisə nəticəsində əlillik; 

Sığorta  olunan,  sığorta  müqaviləsi  ilə  təminat  verilən  hadisənin  baş  verdiyi  anda  və  ya  hadisənin  baş  vermə  tarixindən 

etibarən  bir  il  ərzində  həmin  hadisədən  aldığı  zədədən  ömürlük  əlil  olarsa,  ömürlük  əlil  olmaya  görə  verilən  sığorta 

məbləği  tibbi  müalicənin  başa  çatmasından  və  ömürlük  əlil  olmanın  qəti  olaraq  təsdiq  edilməsindən  sonra  ödəniş 

cədvəlində  göstərilən  nisbətlərə  uyğun  olaraq sığortalıya ödənilir. Bədbəxt hadisə nəticəsində daimi əlillik halında sığorta 

ödənişi  əlillik  qruplarına  müvafiq  olaraq  sığorta  məbləğinin  %-i  nisbətində  müəyyən olunur.  I  qrup  əlillik-100%; II  qrup 

əlillik-80%; III  qrup əlillik-  60%. Sığorta  müqaviləsi imzalanan zaman,  qeyd  olunan  ödəniş forması sığortalının istəyi ilə 

ödəniş cədvəli ilə əvəz oluna bilər.  

14.3. Fərdi qəza nəticəsində yaranan tibbi xərclər. 

Şəhadətnamədə  ayrıca  göstərməklə,  sığorta  hadisəsi  nəticəsində  yaranan  müalicə  xərcləri,  o  cümlədən  dərman, 

radioqrafiya,  vanna,  massaj,  xəstəxana  və  həkim  xərcləri  sığorta  şəhadətnaməsində  bu  təminat  üçün  göstərilən  məbləğ 

həddində  ödənilir.  Qəza  nəticəsində  təbii  və  ya  süni  dişlərə  dəyən  xəsarətin  aradan  qaldırılması  üçün  çəkilən  protez 

xərclərinə  görə  verilən  sığorta  ödənişi  müalicə  xərcləri  məbləğinin  10%-dən  çox  ola  bilməz.  Müalicə  xərcləri  üçün 

sığortalının işlədiyi müəssisə və ya qanunvericiliyə əsasən müəyyən edilmiş icbari sığortaya əsasən verilən bütün ödənişlər 

sığortaçının ödəyəcəyi ödənişdən çıxılır. 

Müalicə  xərclərinin  müxtəlif  sığortaçılar  tərəfindən  ödənilməsi  hallarında  bu  xərclər  həmin  sığortaçılar  arasında  onların 

təminat nisbətinə uyğun olaraq bölüşdürülür. 

Qeyd:  Bədənin  bir  üzvünün  və  ya  üzvün  bir  hissəsinin  itirilməsi  dedikdə,  həmin  üzvün  və  ya  üzvün  bir  hissəsinin  öz 

funksiyasını tam itirməsi başa düşülür. 

Hadisə  baş  verməmişdən əvvəl  də  öz  funksiyasını  tam  itirmiş olan  bədən  üzvünün  və ya  üzvün  bir  hissəsinin itirilməsinə 

görə sığorta ödənişi verilmir.  

Hadisə  baş  verməmişdən  əvvəl  qismən  əlil  olmuş  bədən  üzvünün  və  ya  üzvün  bir  hissəsinin  əlillik  nisbəti  hadisə 

nəticəsində  artarsa,  sığorta  ödənişi  hadisədən  əvvəlki  nisbət  ilə  hadisədən  sonrakı  nisbət  arasındakı  fərqə  əsasən 

hesablanır. 

Eyni bir hadisə nəticəsində bədənin müxtəlif üzvlərində və ya müxtəlif üzvlərin hissələrində əmələ gələn əlilliyə görə ayrı-

ayrılıqda hesablanan ödənişlərin ümumi məbləği sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğindən çox ola bilməz. 

Sığorta olunan solaxay olarsa, ödəniş cədvəlində sağ və sol əl üçün müəyyən edilən nisbətlər əksinə tətbiq edilir. 

Ömürlük  əlillik  təminatı  almış  sığortalı,  hadisənin  baş  verdiyi  tarixdən  etibarən  bir  il  ərzində  həmin  hadisə  nəticəsində 

vəfat edərsə,  sığortalıya    ömürlük əlil olmağa görə verilmiş ödəniş ilə ölüm təminatı ödənişi arasındakı fərq onun hüquqi 

varislərinə ödənilir. 

 

15. BƏDBƏXT HADİSƏNİN NƏTİCƏSİNİN AĞIRLAŞMASINA GÖRƏ ÖDƏNİŞ  

 

15.1. Sığorta hadisəsindən meydana gələn xəsarətlərin nəticəsi qəzadan əvvəl mövcud olan və ya sonradan meydana gələn, 



lakin  hər  halda  qəza  ilə  heç  bir  əlaqəsi  olmayan    sığortalının  günahı  ucbatından  müalicənin  düzgün  və  ya  keyfiyyətsiz 

aparılmasına  görə sığortalının  vəziyyəti ağırlaşarsa,  ödənilməli  olan ödənişin məbləği ağırlaşmış nəticəyə görə deyil, eyni 

hadisənin  tamamilə  sağlam  bir  şəxsdə  tibbi  müalicənin  tam  və  düzgün  bir şəkildə  aparılması şərtilə tələb  edilən  müalicə 

xərclərinə uyğun müəyyən edilir. 



        

16. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ 

  

 



16.1.Sığortalı (sığorta olunan), sığorta müqaviləsində göstərilən sığorta hadisəsi baş verdiyi zaman zərərin qarşısını almaq 

və  ya  miqdarını  azaltmaq  üçün  zəruri  və  məqsədəuyğun  tədbirlər  görməlidir.  Bu  cür  məqsədyönlü  xərclər  sığortaçı 

tərəfindən ödənilir.  

16.2. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığortalı dərhal, və ya ən geci 72 saat ərzində, bütün mümkün vasitələrlə 

sığortaçıya  bu  barədə  məlumat  verməklə  sığorta  hadisəsinin  baş  verməsi ilə  bağlı  hallar  haqqında ona məlum  olan  bütün 



Standard  Insurance                                  Fərdi Qəza Sığortası Qaydaları 

 

          



P a g e

 

 

 



 

 

məlumatı  çatdırmalıdır.  Sığortalı  sığorta  hadisəsi  barədə  məlumatı  göstərilən  müddətdə  vermədiyi  halda  sığortaçının 



hadisənin səbəblərini və /və ya dəyən zərərin həcmini müəyyənlədirmək imkanından tam və ya qismən məhrum olması ilə 

əlaqədar onun mənafeləri əhəmiyyətli dərəcədə pozularsa, sığorta ödənişinin verilməsindən imtina oluna bilər. 

16.3.  Sığortalı  (sığorta  olunan),  onun  ölməsi  halında  isə  varisləri  bu  məlumatda  hadisənin  yerini,  tarixini  və  səbəblərini 

bildirməyə  və  əgər  varsa  həkimdən  və  ya  müvafiq  tibb  məntəqəsindən  hadisə  və  onun  nəticələri  haqqında  arayışı 

sığortaçıya təqdim etməyə borcludurlar; 

16.4.  Sığortalı  (sığorta  olunan)  baş  verən  hadisə  barəsində  səlahiyyətli  dövlət  orqanlarına  məlumat  verməyə  və 

qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur; 

16.5. Qəzadan  dərhal  sonra  lazımi  müalicəyə başlanılmalı və xəsarət alanın səhhətinin yaxşılaşması üçün lazımi tədbirlər 

görülməlidir.  

16.6.  Sığortaçı,  istədiyi  vaxt  xəsarət  alanın  (sığortalının  /  sığorta  olunanın)  müayinə  və  tibbi  vəziyyətinə  nəzarət  etmək 

hüququ vardır. Sığortaçının bu müayinə və nəzarəti həyata keçirməsinə mütləq şərait yaradılmalıdır. 

16.7. Xəsarət alanın müalicəsi və vəziyyətinin yaxşılaşdırılması üçün sığortaçının tövsiyə etdiyi həkimin   verdiyi məsləhət 

və təkliflərə  əməl etməyə sığortalı (sığorta olunan) borcludur. 

16.8.  Sığortalı  (sığorta  olunan)  tərəfindən  16.3  və  16.4-cü  bəndlərdə  göstərilən  vəzifələr  qəsdən  yerinə  yetirilməzsə, 

sığortaçı  sığorta  hadisəsi  nəticəsində  ortaya  çıxan  nəticələrə  və  ya  xəsarətin  daha  da  ağırlaşmasına  görə  məsuliyyətdən 

azad edilir. 

Həmin  vəzifələr  sığortalıdan  (sığorta  olunanın)  aslı  olmayan  hallara  görə  yerinə  yetirilmədiyi  və  bunun  nəticəsi  olaraq 

xəsarət alanın vəziyyətinin ağırlaşdığı hallarda sığortaçı ağırlaşan vəziyyətə görə məsuliyyət daşımır; 

16.9. Sığortalı  (sığorta olunanın)  onun  ölməsi  halında  isə varisləri, hadisənin nəticələrinin və sığorta ödənişinin müəyyən 

edilməsi  üçün  sığortaçının  tələb  etdiyi  bütün  lazımi  və  əldə  edilməsi  mümkün  olan  sənədləri  sığortaçıya  təqdim  etməyə 

borcludurlar. 

 

17. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA ÜÇÜN ƏSASLAR 

 

17.1. Sığorta ödənişinin verilməsindən ümumi imtina əsasları aşağıdakılardır: 



17.1.1.  Sığortalının  hadisəni  qəsdən  törətməsi, hadisənin baş  verməsinə  qəsdən  şərait yaratması və  ya  zərərin miqdarının 

qəsdən edilən hərəkətlərlə artırması; 

17.1.2. Sığortalının və ya onun nümayəndəsinin sığorta hadisəsi barədə sığortaçıya qəsdən yalnış məlumat verməsi; 

17.1.3. Sığortalı və ya onun nümayəndəsi tərəfindən bu qaydaların və sığorta müqaviləsinin hər hansı bir müddəasına əməl 

edilməməsi; 

17.1.4. Hadisənin sığorta təminatına daxil olmayan hal nəticəsində baş verməsi; 

17.1.5. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda. 

 

 



“Təsdiq Edirəm” 

 

Hazırki  “Qaydalar”  la  ətraflı  tanış  oldum. Bu  qaydaların  şərtlərini qəbul edirəm  və bunu  təsdiq  etmək  üçün  aşağıda imza 

edirəm. Bu Qaydaların bir nüsxəsini sığortaçıdan aldım. 

 

Sığortalı _____________________________________________________  _________________ 

 

                                                  (a.s.a.)                                                                (imza) 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Standard  Insurance                                  Fərdi Qəza Sığortası Qaydaları 

 

          



P a g e

 

 

 



 

 

 



 

 

 



 

 

ÖDƏNİŞ CƏDVƏLİ  

Bədən xəsarətləri 

Sığorta məbləğinin faiz mıqdarı 

Hər iki gözdə görmə qabiliyyətinin itirilməsi  



100 % 

Tam ruhi pozğunluq 



100 % 

Hər iki biləyin vəya əlin itirilməsi  



100 % 

Travma nəticəsində hər iki qulağin tam karlığı  



100 % 

Aşağı çənənin tam çıxarılması  



100 % 

Nitqin tam itirilməsi  



100 % 

Bir əlin (dirsəkdən biləyə qədər) və bir ayağın tam itirilməsi  



100 % 

Bir əlin (dirsəkdən biləyə qədər) və bir pəncənin tam itirilməsi 



100 % 

Bir biləyin və bir pəncənin tam itirilməsi 



100 % 

10 


Bir biləyin və bir ayağın tam itirilməsi  

100 % 


11 

Hər iki ayağın tam itirilməsi 

100 % 

12 


Hər iki pəncənin tam itirilməsi 

100 % 


13 

Sümüyün bütün qalınlığı üzrə kəllə sümüyünün zədəsi 

 

14 


 -   səthi 6 sm

2  


dən çox  

40 % 


15 

 -   səthi 3-dən 6 sm

2  

-dək 


20 % 

16 


-   səthi 3-sm

-dən az 



10 % 

17 


Aşağı cənənin vəya yuxarı çənə sümüyünün yarısının çıxarılması 

40 % 


18 

Bir gözün tam itirilməsi 

40 % 

19 


Bir qulağın tam karlığı 

30 % 


20 

Budun tam itirilməsi (yuxarı hissəsinin) 

60 % 

21 


Budun (aşağı hissəsinin) və ayağın tam itirilməsi  

50 % 


22 

Pəncənin tam itirilməsi (tibial-ayaq dirnağının ekzartikulyasiyası) 

45 % 

23 


Pəncənin qismən itirilməsi (topuqaltı-sümük ekzartikulyasiyası) 

40 % 


24 

Pəncənin qismən itirilməsi (orta ayaq dırnağının ekzartikulyasiyası) 

35 % 

25 


Pəncənin qismən itirlməsi (ayaq dırnağının arxası-ayaq dırnağının 

ekzartikulyasiyası) 

30 % 

26 


Aşağı ətrafların tam iflici (sağalmaz sinir zədəsi) 

60 % 


27 

Xarici dizaltı oturaq sinirinin tam iflici 

30 % 

28 


Daxili dizaltı oturaq sinirinin tam iflici   

20 % 


29 

İki sinirin tam iflici (xarici və daxili dizaltı oturaq sinirləri) 

40 % 

30 


Budun yan hissəsinin ankilozu 

40 % 


31 

Dizin ankilozu 

20 % 

32 


Budun yan hissəsindən və ya hər iki ayağın sümüklərinin sümük 

maddələrinin itirilməsi (sağalmaz vəziyyəti) 

60 % 

33 


Fraqmentlərin əhəmiyyətli dərəcədə ayrılması və ayağın dartılması 

zamanı hərəkətin əhəmiyyətli dərəcədə çətinləşməsi ilə dizüstü kasalığın 

sümük maddəsinin itirilməsi  

40 % 


34 

Hərəkəti saxlamaqla dizüstü kasalığın sümük maddəsinin itirilməsi  

20 % 

35 


Aşağı ətrafın ən azı 5 sm qısaldılması  

30 % 


36 

Aşağı ətrafın 3 sm-dən 5 sm-dək qısaldılması 

20 % 

37 


Aşağı ətrafın 1 sm-dən 3 sm-dək qısaldılması 

10 % 


38 

Ayağın bütün barmaqlarının amputasiyası  

25 % 



Standard  Insurance                                  Fərdi Qəza Sığortası Qaydaları 

 

          



P a g e

 

 

 



 

 

39 



Baş barmaq da daxil olmaqla ayağın dörd barmağının amputasiyası  

20 % 


40 

Ayağın dörd barmağının tam itirilməsi 

10 % 

41 


Ayağın baş barmağının tam itirilməsi  

10 % 


42 

Pəncənin iki barmağının tam itirilməsi 

5 % 

43 


Baş barmaqdan başqa ayağın bir barmağının amputasiyası  

3 % 


44 

Omba və ya canaq sınıqları (bud və ya büzdüm istisna olmaqla): 

a) Çoxsaylı sınıqlar (ən azı bir açıq və bir bütöv sınıq) 

b) Bütün digər açıq sınıqlar 

c) Çoxsaylı sınıqlar, ən azı bir bütöv sınıq 

ç) Bütün digər sınıqlar 

 

 

100 % 



50 % 

30 % 


20 % 

45 


Bud  və ya dabanın sınığı: 

a) Çoxsaylı sınıqlar (ən azı bir açıq və bir bütöv sınıq) 

b) Bütün digər açıq sınıqlar 

c) Çoxsaylı sınıqlar, ən azı bir bütöv sınıq 

ç) Bütün digər sınıqlar 

 

 



50 % 

40 % 


30 % 

20 % 


46 

Ayağın aşağı hissəsinin, körpücük sümüyünün, topuğun, dirsəyin, qolun 

yuxarı və aşağı hissələrinin sınıqları (bilək daxil olmaqla və Colles-tipli 

sınıq istisna olmaqla): 

a) Çoxsaylı sınıqlar (ən azı bir açıq və bir bütöv sınıq) 

b) Bütün digər açıq sınıqlar 

c) Çoxsaylı sınıqlar, ən azı bir bütöv sınıq 

ç) Bütün digər sınıqlar 

 

 

 



 

40 % 


30 % 

20 % 


12 % 

47 


Çənənin aşağı hissəsinin sınıqları: 

a) Çoxsaylı sınıqlar (ən azı bir açıq və bir bütöv sınıq) 

b) Bütün digər açıq sınıqlar 

c) Çoxsaylı sınıqlar, ən azı bir bütöv sınıq 

ç) Bütün digər sınıqlar 

 

 



30 % 

20 % 


16 % 

8 % 


48 

Kürəyin, diz qapağının, döş sümüyünün, əlin (barmaqlar və bilək istisna 

olmaqla), ayağın sınıqları (barmaqlar və daban istisna olmaqla): 

a) Açıq sınıqlar 

b) Digər tipli sınıqlar 

 

 



20 % 

10 % 


49 

Qolun aşağı hissəsinin Colles-tipli sınığı: 

a) Açıq sınıqlar 

b) Digər tipli sınıqlar 

 

20 % 


10 % 

50 


Onurğa sütünunun sınıqları (onurğa daxil olmaqla və büzdüm istisna 

olmaqla): 

a) Bütün kompressiya sınıqları 

b) Bütün itiuclu, köndələn sınıqlar və ya onurğanın qövsünün ayağının 

sınıqları 

c) Bütün digər onurğa sınıqları 

 

20 % 


 

20 % 


10 

51 


Qabırğa və ya qabırğaların, almacığın, büzdümün, yuxarı çənənin, 

burunun, ayaq və əl barmaq və barmaqlarının sınıqları: 

a) Çoxsaylı sınıqlar (ən azı bir açıq və bir bütöv sınıq) 

b) Bütün digər açıq sınıqlar 

c) Çoxsaylı sınıqlar, ən azı bir bütöv sınıq 

ç) Bütün digər sınıqlar 

 

 

 



16 % 

12 % 


8 % 

4 % 


52 

Bədən səthinin 27%-nı və ya daha artıq sahəsini əhatə edən ikinci və ya 

üçüncü dərəcəli yanıqlar 

100% 



Standard  Insurance                                  Fərdi Qəza Sığortası Qaydaları 

 

          



P a g e

 

 

 



 

 

53 



Bədən səthinin 18%-nı və ya daha artıq, lakin 27%-dən artıq olmayan 

sahəni əhatə edən ikinci və ya üçüncü dərəcəli yanıqlar 

60% 

54 


Bədən səthinin 9%-nı və ya daha artıq, lakin 18%-dən artıq olmayan 

sahəni əhatə edən ikinci və ya üçüncü dərəcəli yanıqlar 

30% 

55 


Bədən səthinin 4,50%-nı və ya daha artıq, lakin 9%-dən artıq olmayan 

sahəni əhatə edən ikinci və ya üçüncü dərəcəli yanıqlar 

16% 

 

 



SAĞ 

SOL 

56 


Bir əlin vəya bir biləyin itirilməsi 

60 % 


50 % 

57 


Əl sümüyünün əhəmiyyətli dərəcədə zədəsi (dirsəkdən biləyə qədər) 

(aşkar vəya sağalmaz zədə)  

50 % 

40 % 


58 

Yuxarı ətrafın tam iflici (sinirlərin sağalmaz zədəsi) 

65 % 

55 % 


59 

Qurşaq sinirinin tam zədədsi 

20 % 

15 % 


60 

Çiyinin ankilozu  

40 % 

30 % 


61 

Əlverişli mövqedə dirsəyin ankilozu (düz bucaq altinda 15 dərəcə) 

25 % 

20 % 


62 

Əlverişsiz mövqedə dirsəyin ankilozu  

40 % 

35 % 


63 

Bazu önün iki sümüyünün sümük maddəsinin əhəmiyyətli dərəcədə 

itirilməsi (aşkar və sağalmaz xəsarət) 

40 % 


30 % 

64 


Məkrəzi sinirin tam iflici 

45 % 


35 % 

65 


Mil sinirinin tam iflici  

40 % 


35 % 

66 


Bazu önünün mil sinirinin tam iflici 

30 % 


25 % 

67 


Əlin mil sinirinin tam iflici 

20 % 


15 % 

68 


Dirsək sinirinin tam iflici 

20 % 


15 % 

69 


Əlverişli mövqedə biləyin ankilozu (düz və ovuc aşağı) 

20 % 


15 % 

70 


Əlverişsiz mövqedə əlin ankilozu (bükülmə və ya dartılma və ya ovuc 

yuxarı) 


30 % 

25 % 


71 

Baş barmağın tam itirilməsi  

20 % 

15 % 


72 

Baş barmağın qismən itirilməsi (dırnaq sümüyünün) 

10 % 

5% 


73 

Baş barmağın tam ankilozu  

20 % 

15 % 


74 

Şəhadət barmağının tam amputasiyası  

15 % 

10 % 


75 

Şəhadət barmağının iki falanqasının tam itirilməsi 

10 % 

8 % 


76 

Şəhadət barmağının dırnaq falanqasının tam itirilməsi  

5 % 

3 % 


77 

Baş və şəhadət barmaqlarının eyni zamanda amputasiyası  

35 % 

25 % 


78 

Baş və şəhadət barmağından başqa digər bir barmağın itirilməsi  

25 % 

20 % 


79 

Baş və şəhadət barmağından başqa digər iki barmağın itirilməsi  

12 % 

8 % 


80 

Baş və şəhadət barmaqlarından başqa digər üç  barmağın itirilməsi  

20 % 

15 % 


81 

Baş barmaq da daxil olmaqla dörd barmağın itirilməsi  

45 % 

40 % 


82 

Baş barmaq isitisna olmaqla dörd barmağın itirilməsi  

40 % 

35 % 


83 

Orta barmağın itirilməsi  

10 % 

8 % 


84 

Baş, şəhadət və orta barmaqlar istisna olmaqla bir barmağın tam 

itirilməsi  

7 % 


3 % 

 

Anlayışlar  və xüsusi qeydlər: 



 

İtirilmə:  “Itirilmə”  bilək,  pəncə,  əl,  ayaq  sözləri  istifadə  edildikdə  bunların  fiziki  ayrılması  və  ya  hərəkətinin  tam  və 

daimi itirilməsi deməkdir. 

Nitqin itirilməsi: nitqin tam itirilməsi və bərpasının mümkün olmaması deməkdir.  

Gözün  itirilməsi:  görmə  qabiliyyətinin  tam  va  bərpasının  mümkün  olmaması  deməkdir.  Bununla,  görmə    qabiliyətinin 

düzəldilməsindən sonra Snellius cədvəli ilə 3/60 vəya az olması şərtdir. 

Sınığın həkim tərəfindən təsdiqlənməsinədək və onun ölçüləri və növü müəyyənləşdirilməsinədək heç bir ödəniş edilmir. 

Eyni  bədbəx  hadisə  nəticəsində  baş  verən  birdən  çox  sınıqlara  görə  bu  bölməyə  əsasən  ödəniləcək  ümumi  məbləğ, 

müxtəlif ödənişləri toplayaraq hesablanır və Ümumi Sığorta Məbləğindən artıq olmamalıdır.  



Standard  Insurance                                  Fərdi Qəza Sığortası Qaydaları 

 

          



P a g e



10 

 

 

 



 

 

Əgər  Sığortalanmış  şəxs  bu  Bölməyə  əsasən  ödəniş  alarsa  və  həmin  bədən  xəsarəti  Daimi  Əlilliklə  nəticələnərsə,  bu 



bölməyə əsasən verilən bütün ödənişlər daimi əlillik müavinətindən çıxılacaqdır və Şirkət yalnız fərqi ödəyəcəkdir.  

 

Yüklə 145,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə