Qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 197,26 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix20.10.2017
ölçüsü197,26 Kb.
#5953
növüQaydalar
  1   2   3   4   5   6   7


"Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları 

haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



  

"Ətraf  mühitin  mühafizəsi  haqqında"  Azərbaycan  Respublikası  Qanununun 

tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1.

  



"Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları 

haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur). 

2.

  

Bu qərar imzalandığı gündən qüvvəyə minir. 



  

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 1 iyul 2004-cü il



 

№ 90


 

  

  



  

Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin

 

2004-cü il 1 iyul tarixli 90 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

  

  



Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları 

haqqında 

  

Ə S A S N A M Ə  

  

1.



  

Bu  Əsasnamə  ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monitorinqinin 

aparılması qaydalarını tənzimləyir. 

2.

  



Ətraf  mühitin  monitorinqi  -  təbii  və  antropogen  təsirlər  nəticəsində  ətraf 

mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət 

cəhətdən  nəzarətin  elmi  əsaslarla  həyata  keçirilməsi  olub,  hava,  su,  torpaq 

mühitlərinin  vəziyyətlərinin  qiymətləndirilməsi  və  proqnozlaşdırılması  məqsədilə 

onların 

kimyəvi 


tərkibini, 

çirklənmə 

dərəcəsini, 

radioaktiv, 

hidrobioloji 

xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar 

sistemindən ibarətdir. 

3.

  



Ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monitorinq  sistemini  Azərbaycan 

Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  yaradır  və  bu  fəaliyyəti 

Azərbaycan  Respublikasının  digər  müvafiq  icra  hakimiyyəti  orqanları  ilə  birgə 

həyata keçirir. 

4.

  

Təbiətdən  istifadəçilər  ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  nəzarətini 



həyata  keçirən  orqanların  tələbi  ilə  ətraf  mühitin  və  təbii  ehtiyatların  monitorinqi 


üzrə  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  müəyyən  edilmiş  formalar 

əsasında lazımi məlumatlar təqdim edirlər. 

5.

  

Ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monitorinqi  Azərbaycan 



Respublikasının  qanunları,  Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və 

sərəncamları,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamları, 

ətraf  mühitin  mühafizəsi  sahəsində  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələr  (konvensiyalar,  sazişlər  və  s.)  və  bu  Əsasnamə  əsasında 

həyata keçirilir. 

6.

  



Ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monitorinqi  sisteminə  aşağıdakılar 

daxildir: 

6.1.

            



atmosfer havasının monitorinqi

6.2.


            

su obyektlərinin monitorinqi; 

6.3.

            



torpaqların monitorinqi; 

6.4.


            

mineral-xammal ehtiyatlarının monitorinqi; 

6.5.

            



bioloji ehtiyatların monitorinqi; 

6.6.


            

atmosfer yağıntılarının (yağış, qar) monitorinqi; 

6.7.

            



radioaktivliyin monitorinqi; 

6.8.


            

ətraf mühitə zərərli fiziki təsirlərin monitorinqi; 

6.9.

            



tullantıların monitorinqi; 

6.10.


        

sanitariya-epidemioloji monitorinq; 

6.11.

        


ekzogen  geoloji  və  seysmogeodinamik  proseslərin  ətraf  mühitin 

vəziyyətinə təsirinin monitorinqi

6.12.

        


xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi. 

  

6.1. Atmosfer havasının monitorinqi 

  

Atmosfer 



havasının 

monitorinqi 

atmosfer 



havasının 

vəziyyətinin, 

çirklənməsinin,  onda  baş  verən  təbii  hadisələrin  öyrənilməsi,  qiymətləndirilməsi  və 

proqnozu məqsədilə müşahidə və nəzarət sistemidir. 

Atmosfer  havası  təbii  ehtiyat  hesab  edilmədiyindən,  karbon  iki  oksid  istisna 

olmaqla, atmosfer havasının komponentləri monitorinq zamanı nəzərə alınmır. 



6.1.1.  Atmosfer  havasının  çirklənməsinin  monitorinqi -  təbii  proseslər  və 

antropogen  fəaliyyət  nəticəsində  atmosferə  atılan  zərərli  qaz,  maye  və  bərk 

tullantılara  kəmiyyət  və  keyfiyyət  cəhətdən  nəzarətin  elmi  əsaslarla  həyata 

keçirilməsindən ibarətdir. 

Atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və 

digər zərərli maddələrin qatılığını müəyyənləşdirmək üçün üç kateqoriyadan ibarət 

müşahidə və nəzarət məntəqələri təşkil edilir: 

stasionar  müşahidə  məntəqələri  sistematik  və  uzun  müddətli  müşahidələr 

aparılması  üçün  nəzərdə  tutulur.  Bu  məntəqələr  hava  nümunələrinin  götürülməsi, 

atmosferə  atılan  tullantıların  fasiləsiz  qeydiyyatının  aparılması  və  meteoroloji 

parametrlərin  müəyyənləşdirilməsi  üçün  zəruri  olan  cihaz  və  avadanlıqlarla  təchiz 

olunur; 



Yüklə 197,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə