Qaydalari azərbaycan Respublikası Prezidentinin 2001-ci IL 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə TƏSDİq ediLMİŞDİR



Yüklə 70,45 Kb.
Pdf görüntüsü
tarix01.04.2018
ölçüsü70,45 Kb.
#35706
növüQaydalar


AZƏRBAYCAN  RESPUBLİKASININ  DÖVLƏT  NEFT  FONDUNUN  İLLİK 

GƏLİR VƏ XƏRCLƏR PROQRAMININ (BÜDCƏSİNİN) TƏRTİBİ VƏ İCRASI 

QAYDALARI 

Azərbaycan Respublikası Prezidentinin  

2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

 

Azərbaycan Respublikası Prezidentinin 

2003-cü il 7 fevral tarixli 849 nömrəli



2005- ci il 1 

mart tarixli 202 nömrəli

,

2011-ci il 22 iyul tarixli 475 nömrəli



2011-ci il 26 iyul tarixli 479 

nömrəli



2017-ci il 12 may tarixli 1377 nömrəli

 və 

2017-ci il 21 noyabr tarixli 1685 nömrəli

 

Fərmanlarına əsasən edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla 

Bu  Qaydalar  Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  29  dekabr  tarixli,  434  nömrəli 

Fərmanı  ilə  təsdiq  olunmuş  "Azərbaycan  Respublikasının  Dövlət  Neft  Fondu  haqqında" 

Əsasnaməyə  uyğun  olaraq  hazırlanmış  və  Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun 

(bundan  sonra  -  Neft  Fondu)  illik  gəlir  və  xərclər  proqramının  (bundan  sonra  -  büdcə)  tərtibi, 

təsdiqi və icrası qaydalarını müəyyən edir. 

 

1. 


ÜMUMİ MÜDDƏALAR

 

1.1. 



Neft Fondunun büdcəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Neft 

Fondunun qarşısında qoyulmuş məqsəd və vəzifələrin icrasını təmin etmək üçün tərtib edilən və 

Neft Fondunun gəlir və xərclərini əks etdirən illik maliyyə proqramıdır. 

1.2. 


Neft  Fondunun büdcəsi  yanvarın 1-dən dekabrın 31-dək olan dövrü  əhatə  edən maliyyə  ili 

üçün tərtib edilir. 

1.3. 

Neft Fondunun büdcəsinin tərtibi və icrası Azərbaycan Respublikasında vahid makroiqtisadi 



siyasətin  yürüdülməsi  və  dövlət  idarəetmə  sektorunun  gəlir  və  xərclərinin  ümumiləşdirilməsi 

prinsipi əsasında həyata keçirilir.  

1.4. 

Neft  Fondunun  xarici  valyuta  ilə  maliyyələşdirilən  büdcə  xərclərinin  xarici  valyuta 



məzənnəsinin  dəyişməsi  ilə  əlaqədar  artması  halları  istisna  olmaqla,  Neft  Fondunun  vəsaiti 

hesabına  Neft  Fondunun  büdcəsindən  kənar  hər  hansı  xərclərin  Neft  Fondu  tərəfindən  həyata 

keçirilməsi yolverilməzdir. 



1.5. 

Neft Fondunun aktivlərinin Neft Fondunun balans valyutasında (Azərbaycan manatı) yenidən 

qiymətləndirilməsindən  yarana  biləcək  xərclər,  habelə  qanunla  müəyyən  edilmiş  vergilərin 

ödənilməsi  və  hər  hansı  digər  məcburi  ödənişlər  ilə  bağlı  xərclər  Neft  Fondunun  büdcəsində 

nəzərdə tutulmur və büdcədənkənar xərclər kimi fakt üzrə Neft Fondunun balansında əks etdirilir. 

Neft  Fondunun  büdcəsinin  müvafiq  xərc  maddəsinin xarici  valyuta  məzənnəsinin  dəyişməsi  ilə 

əlaqədar artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə 

Neft Fondunun balansında əks etdirilir. 

1.6. 

Neft  Fondunun büdcə  xərclərinin,  habelə qanunla müəyyən edilmiş  vergilərin və  hər hansı 



digər  büdcədənkənar  məcburi  ödənişlərin  maliyyələşdirilməsi  Neft  Fondunun  vəsaiti  hesabına 

Azərbaycan  Respublikasının  milli  valyutasında  və  xarici  valyutada  həyata  keçirilir.  Neft 

Fondunun  xərclərinin  və  ödənişlərinin  Azərbaycan  Respublikasının  milli  valyutasında 

maliyyələşdirilməsi  Neft  Fondunun  xarici  valyuta  vəsaitinin  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  milli  valyutasına  konvertasiya 

edilməsi (satışı) vasitəsilə təmin edilir. 

 

2. 


NEFT FONDUNUN BÜDCƏSİNİN STRUKTURU

 

2.1. 



Neft Fondunun büdcəsi gəlir maddələri və xərc maddələri bölmələrindən ibarətdir. 

2.2. 


Neft Fondunun büdcəsinin maddələrinin qruplaşdırılması Azərbaycan Respublikasının dövlət 

büdcəsinin təsnifatı və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir. 

2.3. 

Neft Fondunun büdcəsinin gəlir maddələrini aşağıdakılar təşkil edir: 



2.3.1. 

Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkəti  və  ya  səlahiyyətli  dövlət  orqanı  ilə 

sərmayəçilər  arasında  bağlanmış  Azərbaycan  Respublikasında,  o  cümlədən  Xəzər  dənizinin 

(gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsində  neftin  və  qazın  kəşfiyyatı, 

işlənməsi  və  hasilatın  pay  bölgüsünə  dair  sazişlərin,  habelə  neft-qaz  ehtiyatlarının  kəşfiyyatı, 

işlənməsi və nəqlinə dair digər sazişlərin həyata keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər: 

2.3.1.1. 

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis 

gəlirlər  (karbohidrogenlərin  nəql  edilməsi  üzrə  məsrəflər,  bank,  gömrük  rəsmiləşdirilməsi, 

müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan 




Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun 

sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla); 

2.3.1.2. 

neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət 

Neft  Şirkətinə  və  ya  səlahiyyətli  dövlət  orqanına  sərmayəçilər  tərəfindən  ödənilən  bonuslar 

(mükafatlar); 

2.3.1.3. 

Karbohidrogen  ehtiyatlarının  işlənməsi  ilə  əlaqədar  sərmayəçilər  tərəfindən  müqavilə 

sahəsindən  istifadə  üçün  Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkətinə  və  ya  səlahiyyətli 

dövlət orqanına ödənilən akrhesabı ödənişlər; 

2.3.1.4. 

Neft-qaz  layihələrinin  həyata  keçirilməsi  ilə  bağlı  Azərbaycan  Respublikasının  payına 

düşən dividentlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikası 

Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və 

ya iştirak payına düşən gəlirlər istisna olmaqla); 

2.3.1.5. 

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan 

və  Bakı-Tbilisi-Ərzurum  ixrac  boru  kəmərləri  vasitəsi  ilə  ötürülməsindən  əldə  edilən  gəlirlər 

(Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  sərmayəçisi,  payçısı  və  ya  tərəfdaşı  olduğu 

layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla); 

2.3.1.6. 

Neft-qaz  sazişləri  çərçivəsində  çərçivəsində  səlahiyyətli  dövlət  orqanına  sərmayəçilər 

tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər; 

2.3.2. 


Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə aktivlərinin və 

neft-qaz  sazişləri  çərçivəsində  sərmayəçilərin  verdiyi  aktivlərinin)  yerləşdirilməsindən,  idarə 

olunmasından, satışından və ya digər təqdim edilməsindən və yaxud satışındankənar əldə edilən 

gəlirlər,  aktivlərinin  balans  valyutasında  (Azərbaycan  manatı)  yenidən  qiymətləndirilməsindən 

alınan gəlirlər və sair

2.3.3. 


Qrantlar və digər təmənnasız yardımlar; 

2.3.4. 


Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar. 

2.4. 


Neft Fondunun büdcəsinin xərc maddələrini aşağıdakılar təşkil edir: 


Neft  Fondunun  vəsaitinin  istifadə  edilməsinin  əsas  istiqamətlərinə  (proqramına)  uyğun  olaraq 

layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclər;  

Neft  Fondunun  idarə  edilməsi,  o  cümlədən  aparatın  saxlanılması,  xarici  məsləhətçilərin  cəlb 

edilməsi və digər xərclər. 

 

3. 


NEFT FONDUNUN BÜDCƏSİNİN TƏRTİBİ 

3.1. 


Neft Fondunun büdcəsinin tərtibi prosesi 

3.1.1. 


Neft Fondunun büdcə layihəsinin tərtibi prosesi Azərbaycan Respublikasının dövlət büdcəsi 

ilə  eyni  zamanda,  növbəti  təqvim  ilinə  11  ay  qalmış  başlanır  və  layihənin  Azərbaycan 

Respublikasının Prezidentinə təsdiq olunmaq üçün təqdim edildiyi günədək olan dövrü əhatə edir. 

3.1.2. 


Dövlət  idarəetmə  sektorunun  gəlir  və  xərclərinin  ümumiləşdirilməsi  prinsipinə  uyğun 

olaraq,  Neft  Fondunun  büdcə  layihəsinin  tərtibi  Azərbaycan  Respublikası  dövlət  büdcəsinin 

hazırlanması ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə (bundan sonra 

– Maliyyə Nazirliyi) Neft Fondu arasında sıx əməkdaşlıq şəraitində həyata keçirilir.  

3.1.3.  Neft  Fondunun  büdcəsinin  tərtibi  zamanı  Neft  Fondunun  Müşahidə  Şurası  büdcənin 

hazırlanması və əsas prinsipləri barədə mütəmadi olaraq məlumatlandırılır, onun rəyi öyrənilir və 

nəzərə alınır. 

3.1.4. 


Neft Fondunun büdcəsinin hazırlanması zamanı Neft Fondunun orta müddətli (üç illik) gəlir 

və  xərclərinin  proqnozları  əsas  kimi  götürülür.  Bu  proqnozlar  Neft  Fondu  tərəfindən  Maliyyə 

Nazirliyi ilə əlaqələndirilməklə hazırlanır və Nazirlik tərəfindən tərtib edilən orta müddətli xərclər 

proqramı ilə uzlaşdırılır. 

3.1.5. 

Neft fondunun büdcəsi tərtib edilərkən, bu Qaydaların 1.3-cü bəndi əsas götürülərək, ölkə 



daxilində Neft Fondunun hesabına layihələrin maliyyələşdirilməsi zamanı dövriyyəyə daxil olan 

valyuta  vəsaitinin  makroiqtisadi  vəziyyətə,  milli  iqtisadiyyatın  rəqabət  qabiliyyətinə  mümkün 

təsirləri və  digər  amillər öyrənilir, bu məqsədlə  Azərbaycan Respublikasının maliyyə, monetar, 

iqtisadiyyat,  energetika  və  statistika  fəaliyyət  göstərən  dövlət  qurumları  ilə  məsləhətləşmələr 

aparılır və onların rəyləri nəzərə alınır. 



3.1.6. 

Neft Fondunun büdcəsinin, habelə bu Qaydaların 3.1.4-cü yarımbəndində qeyd edilən Neft 

Fondunun orta müddətli gəlir və xərclərinin proqnozlarının hazırlanması məqsədi ilə, Neft Fondu 

müvafiq  icra  hakimiyyəti  orqanlarına,  xarici  sərmayəçilərə  bağlanmış  neft  və  qaz  kəşfiyyatı, 

işlənməsi və hasilatın pay bölgüsü və digər müvafiq Sazişlərdə (bundan sonra – Neft Sazişləri) 

Azərbaycan  Respublikasını  təmsil  edən  səlahiyyətli  dövlət  orqanlarına,  habelə  bu  Sazişlər  üzrə 

podratçı tərəflərə müraciət edərək zəruri məlumatları əldə etmək hüququna malikdir.  

3.2. 


Neft Fondunun büdcəsinin gəlir maddələrinin tərtibi 

3.2.1. 


Neft  Fondunun  büdcəsinin  Neft  Sazişlərinin  həyata  keçirilməsi  ilə  bağlı  gəlir  maddələri 

dünya  karbohidrogen  ehtiyatları  bazarlarında  vəziyyətin  təhlili,  bu  sahədə  ixtisaslaşan  nüfuzlu 

yerli  və  beynəlxalq  təşkilat  və  elmi-tədqiqat  mərkəzlərinin  araşdırma,  proqnoz  və  hesabatları, 

Azərbaycan  Respublikasında  energetika  və  iqtisadiyyat  sahəsində  fəaliyyət  göstərən  dövlət 

qurumlarının təqdim etdiyi məlumatlar və digər informasiyalar əsasında tərtib edilir. Bu zaman 

neft qiymətlərinin baza göstəricisi Neft Fondu ilə Maliyyə Nazirliyi arasında razılaşdırılır və Neft 

Fondunun büdcəsinin tərtibi zamanı dövlət büdcəsində əsas götürülmüş eyni göstəricidən istifadə 

edilir. 


3.2.2. 

Neft Fondunun büdcəsinin Neft Fondunun vəsaitinin idarə edilməsi ilə bağlı gəlir maddələri 

Neft  Fondunun  vəsaitinin  istifadə  edilməsinin  əsas  istiqamətləri  (proqramı)  çərçivəsində  qəbul 

edilən  çərçivəsində  qəbul  edilən  Neft  Fondunun  vəsaitinin  idarə  edilməsinə  dair  investisiya 

siyasətinin müddəaları əsasında tərtib edilir. 

3.2.3. 


Neft  Fondunun  investisiya  siyasəti  Neft  Fondunun  vəsaitinin  idarə  edilməsi  qaydalarına 

uyğun olaraq daxili və xarici maliyyə-investisiya bazarlarında mövcud və perspektiv konyukturun 

təhlili və nüfuzlu beynəlxalq reytinq agentliklərinin sənəd və hesabatları əsasında, habelə zəruri 

hallarda tanınmış xarici  məsləhətçi şirkətlərin xidmətlərindən istifadə  edilməklə tərtib edilir və 

Neft Fondunun vəsaitinin idarə edilməsinin prinsip və istiqamətlərini maksimal iqtisadi səmərə, 

aşağı risk dərəcəsi və Neft Fondunun qarşısında qoyulan vəzifələrə cavab verən digər tələblərə 

uyğun olaraq müəyyən edir. 

3.3. 


Neft Fondunun büdcəsinin xərc maddələrinin tərtibi 

3.3.1. 


Neft Fondunun vəsaitinin istifadə  edilməsinin  əsas  istiqamətləri (proqramı) ilə  bağlı xərc 

maddələri  hesabına  Azərbaycan  Respublikasının  sosial-iqtisadi  tərəqqisi  ilə  əlaqədar  mühüm 




ümummilli layihələrin və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşası və rekonstruksiyası 

maliyyələşdirilə bilər. 

3.3.2. 

Neft Fondunun vəsaitinin istifadə  edilməsinin  əsas  istiqamətləri (proqramı) ilə  bağlı xərc 



maddələri  Azərbaycan  Respublikasının  sosial-iqtisadi  inkişafının  makroiqtisadi  proqnozları, 

iqtisadiyyat sahələrinin fəaliyyət göstəricilərinin təhlili və bunların əsasında ölkənin sosialiqtisadi 

ehtiyaclarının  qiymətləndirilməsi,  milli  İqtisadiyyatın  qeyri-neft  sektorunun  inkişafı  və  rəqabət 

qabiliyyətinin  artırılmasının  zəruriliyi  əsas  götürülməklə,  dövlət  investisiya  siyasətinə  və 

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi üstünlüklərə uyğun olaraq tərtib edilir.  

3.3.3. 


Neft  Fondu  vəsaitinin  istifadə  edilməsinin  əsas  istiqamətləri  (proqramı)  çərçivəsində 

baxılmaq üçün seçilmiş layihələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə hər il may 

ayının  1-dək  ilkin  olaraq  razılaşdırır,  onların  ekspertizasını  həyata  keçirir  və  qəbul  edilmiş 

layihələri Neft Fondunun növbəti il üçün büdcə layihəsinə daxil edir. Layihələrin təqdim edilmə 

formatı  və  qiymətləndirilmə  meyarları,  o  cümlədən  həcmi,  müddəti,  digər  maliyyələşdirmə 

mənbələrinin mövcudluğu və sair məsələlər üzrə tələblər Neft Fondu tərəfindən müəyyən edilir. 

3.3.4. 

Neft  Fondunun idarə  edilməsi  ilə  bağlı xərc maddələri Neft Fondunun səmərəli fəaliyyət 



göstərməsi məqsədi ilə növbəti il üçün proqnozlaşdırılan iş həcmi, ştat ehtiyacı və digər tələbatlar, 

habelə  ötən  il  üzrə  aparatın  saxlanılması  üçün  xərclər  smetası,  xarici  valyuta  məzənnələrinin 

dəyişkənliyi, vəsaitinin idarə edilməsinə xarici menecerlərin və məsləhətçilərin cəlb edilməsi ilə 

bağlı xərclər nəzərə alınmaqla xərclərin hesablanması (kalkulyasiyası) əsasında tərtib edilir. 

 

4. 


NEFT FONDUNUN BÜDCƏSİNİN TƏSDİQİ

 

4.1. 



Neft  Fondunun  büdcəsi  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  ilə  əlaqələndirilməklə 

tərtib  edildikdən  sonra  Neft  Fondunun  İcraçı  direktoru  Neft  Fondu  büdcəsinin  layihəsini  rəy 

verilmək  üçün  hər  il  sentyabr  ayının  5-dən  gec  olmayaraq,  aşağıdakı  sənədlərlə  birlikdə  Neft 

Fondunun Müşahidə Şurasına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edir: 

Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri proqramı), o cümlədən: 

Neft Fondunun investisiya siyasəti

Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetası. 



Müşahidə  Şurası,  Azərbaycan  Respublikası  Hesablama  Palatasının  rəyini  nəzərə  almaqla,  Neft 

Fondunun büdcə layihəsinə dair rəy verir. 

4.2. 

Hər il Neft Fondunun büdcə layihəsi və bu Qaydaların 4.1-ci bəndində qeyd edilən sənədlər 



Müşahidə  Şurasının  və  Azərbaycan  Respublikası  Hesablama  Palatasının

 

rəyləri  ilə  birlikdə 



Azərbaycan Respublikasının Prezidentinə təsdiq olunmaq üçün təqdim edilir. 

4.3. 


Neft Fondunun büdcəsinin dövlət  büdcəsi  ilə  son razılaşdırılması və təsdiqi dövlət  büdcəsi 

layihəsinin  Azərbaycan  Respublikası  Milli  Məclisinə  göndərilməsindən  öncə  Azərbaycan 

Respublikası  Prezidenti  tərəfindən  dövlət  idarəetmə  sektorunun  gəlir  və  xərclərinin 

ümumiləşdirilməsi məqsədi ilə hər iki sənədə birgə baxılması çərçivəsində həyata keçirilir. 

4.4. 

Neft Fondunun büdcəsi hər il 1 dekabr tarixindən gec olmayaraq təsdiq edilir.  



4.5. 

Neft Fondunun büdcəsi hər hansı səbəbdən 31 dekabr tarixinədək təsdiq edilmədikdə, növbəti 

maliyyə  ilində  Fondun  idarə  edilməsi  ilə  bağlı  xərclərin  ödənilməsi  üçün  hər  ay  ötən  ilin 

büdcəsində  Fondun  idarə  edilməsi  ilə  bağlı  nəzərdə  tutulmuş  xərclərin  1/12  hissəsi  həcmində 

vəsaitdən istifadə oluna bilər. 

4.6. 


Neft Fondunun büdcəsi təsdiq edilən kimi mətbuatda dərc edilir. 

 

5. 



NEFT FONDUNUN BÜDCƏSİNİN İCRASI

 

5.1. 



Neft Fondunun büdcəsinin icra mexanizmi 

5.1.1. 


Neft  Fondunun  büdcəsinin  icrası  Neft  Fondunun  büdcəsinə  uyğun  olaraq  Neft  Fonduna 

gəlirlərin yığılması və ünvanlı istifadəsini təmin edən icra mexanizmidir. 

5.1.3. 

Neft Fondunun gəlirləri barədə məlumatlar rübdə bir dəfə mətbuatda dərc edilir. 



5.1.5. 

Neft  Fondunun  büdcəsinin  xərc  maddələrinin  icrası  zamanı  bütün  xərclər  təyinatı  üzrə 

həyata keçirilir. 

5.1.6. 


Neft Fondunun büdcəsinin icrası zamanı proqnozlaşdırıldığından artıq gəlir əldə edildikdə 

və  ya  xərc  maddələri  hər  hansı  səbəbdən  yerinə  yetirilmədikdə  əmələ  gələn  sərbəst  vəsait  Neft 

Fondunun investisiya portfelinə yönəldilir. 



5.2. 

Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) ilə bağlı xərc 

maddələrinin icrası 

5.2.1. 


Neft Fondunun vəsaitinin istifadə  edilməsinin  əsas  istiqamətləri (proqramı) ilə  bağlı xərc 

maddələrinin icrası dövlət xəzinədarlığı vasitəsi ilə qanunvericiliyə uyğun olaraq, bu Qaydalarda 

müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir. 

5.2.2. 


Dövlət xəzinədarlığı Neft Fondunun hesabına layihələrin maliyyələşdirilməsi üçün ayrılan 

vəsaiti birbaşa təyinatından başqa digər məqsədlər üçün istifadə edə bilməz.  

5.2.3. Neft Fondunun büdcəsinin xərc maddələri hesabına maliyyələşdirilən layihələr çərçivəsində 

malların (işlərin və xidmətlərin) alınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə 

tənzimlənir. 

5.2.4. 


Neft Fondu dövlət xəzinədarlığı vasitəsi ilə maliyyələşdirilən layihələr çərçivəsində vəsaitin 

xəzinədarlıq  tərəfindən  təyinatı  üzrə  istifadə  edilməsinə  nəzarət  etmək,  o  cümlədən  bununla 

əlaqədar xəzinədarlıqdan və maliyyə vəsaitinin alıcısı olan qurumlardan bütün zəruri məlumatları 

istəmək və almaq hüququna malikdir. 

5.2.5. 

Neft Fondu tərəfindən rüblük və  illik hesabatların tərtib  edilməsi  üçün tələb olunan  Neft 



Fondunun büdcəsinin dövlət xəzinədarlığı vasitəsi ilə icra edilən maddələrinin yerinə yetirilməsi 

ilə bağlı məlumatlar Maliyyə Nazirliyi tərəfindən Neft Fonduna təqdim edilir. 

5.3. 

Neft Fondunun idarə edilməsi ilə bağlı xərc maddələrinin icrası 

5.3.1. 


Neft Fondunun idarə edilməsi ilə bağlı xərc maddələrinin icrası zamanı ayrı-ayrı maddələrdə 

digər maddələr üzrə xərclərin qənaəti hesabına dəyişikliklər edilə bilər. Qənaət edilən maddələrin 

ümumi həcminin 30%-dək olan hissəsi üzrə dəyişikliklər Neft Fondunun İcraçı direktorunun qərarı 

ilə, bundan artıq olan hissə üzrə dəyişikliklər isə Azərbaycan Respublikası Prezidentinin razılığı 

ilə həyata keçirilir. 

5.3.2 


Neft  Fondunun  idarə  edilməsi  ilə  bağlı  xərc  maddələri  üzrə  vəsaitin  birdəfəlik  xərclənən 

məbləği rüb ərzində xərclənməsi nəzərdə tutulan vəsaitdən artıq ola bilməz. 

5.3.3 

Neft  Fondunun  idarə  edilməsi  ilə  bağlı  xərclərin  icrası  barədə  məlumatlar  rüblük  əsasda 



Maliyyə  Nazirliyinə təqdim edilərək Neft Fondunun dövlət xəzinədarlığı vasitəsi ilə icra edilən 


xərcləri barədə məlumatlarla birgə Maliyyə  Nazirliyinin dövlət  idarəetmə  sektorunun xərclərini 

əks etdirən rüblük bülletenində dərc edilir. 

5.4. 

Neft Fondunun büdcəsində dəyişikliklərin edilməsi 

5.4.1. 


Xüsusi zərurət olduqda, Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Neft Fondunun 

büdcəsində, dövlət idarəetmə sektorunun ümumiləşdirilmiş gəlir və xərclərində nəzərə alınmaqla, 

dəyişikliklər edilə bilər. 

5.4.2. 


Neft  Fondunun  büdcəsində  dəyişikliklərin  edilməsi  məqsədi  ilə  Neft  Fondunun  icraçı 

direktoru bu Qaydaların 3.1-ci bəndində təsbit edilmiş əlaqələndirmə prosedurlarını həyata keçirir 

və dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında müvafiq 

vəsatət qaldırır. 

 

6. 


NEFT FONDUNUN BÜDCƏSİNİN İCRASI BARƏDƏ HESABAT

 

6.1. 



Neft Fondunun büdcəsinin icrası ilə bağlı rüblük məlumatlar və illik hesabat tərtib edilərək 

Neft  Fondunun  Müşahidə  Şurasına,  Azərbaycan  Respublikasının  Hesablama  Palatasına

 

və 


Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Neft Fondunun büdcəsinin icrası barədə 

tərtib edilən hesabatda xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar büdcənin müvafiq xərc 

maddəsinin artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə 

əks etdirilir. Hesabatda Fond tərəfindən maliyyələşdirilən layihə, proqram və tədbir üzrə xarici 

valyuta və manatla ifadədə bütün xərclər müvafiq layihə xərclərinə aid edilir. 

Müşahidə  Şurası,  Azərbaycan  Respublikası  Hesablama  Palatasının  rəyini  nəzərə  almaqla,  Neft 

Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabata rəy verir.

 

6.2. 



Neft  Fondunun  büdcəsinin  icrası  ilə  bağlı  illik  hesabat  Maliyyə  Nazirliyi  ilə 

əlaqələndirilməklə  tərtib  edilir  və  hər  növbəti  ilin  aprel  ayının  30-dan  gec  olmayaraq  Neft 

Fondunun  Müşahidə  Şurasının  və  Azərbaycan  Respublikası  Hesablama  Palatasının  rəyləri  ilə 

birlikdə Azərbaycan Respublikasının Prezidentinə təsdiq olunmaq üçün təqdim edilir. 

6.3. 

Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabat Azərbaycan Respublikasının Prezidenti 



tərəfindən  təsdiq  edilərkən  Neft  Fondu  Müşahidə  Şurasının  və  Azərbaycan  Respublikası 


Hesablama  Palatasının  rəyləri,  habelə  Neft  Fondunun  illik  maliyyə  fəaliyyətinin  nüfuzlu 

beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələri nəzərə alınır. 



Yüklə 70,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə