Qaydalari ümumi müddəalar



Yüklə 71,74 Kb.
Pdf görüntüsü
tarix10.05.2018
ölçüsü71,74 Kb.
#43391
növüQaydalar


Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən 

keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən 

istifadə QAYDALARI 

Azərbaycan Respublikası Prezidentinin 

2016-cı il 21 may tarixli Fərmanı ilə 

təsdiq edilmişdir 

  

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün  “Yaşıl dəhliz” və 



digər buraxılış sistemlərindən istifadə 

QAYDALARI 

   

1. Ümumi müddəalar 



1.1. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” 

və digər buraxılış sistemlərindən istifadə Qaydaları” (bundan sonra – Qaydalar) “Gömrük 

sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan 

Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının 3.2-ci 

bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və gömrük sərhəd buraxılış məntəqələrindən 

keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə 

bağlı münasibətləri tənzimləyir. 

1.2. Bu Qaydaların məqsədi gömrük rəsmiləsdirilməsinin daha çevik və şəffaf həyata 

keçirilməsi və məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında 

inkişaf etdirilməsi, o cümlədən risk qiymətləndirilməsinin nəticələri əsasında, 

avtomatlaşdırılmış elektron informasiya sisteminin (bundan sonra – elektron sistem) 

imkanlarından istifadə etməklə, yarana biləcək təhlükənin səviyyəsinin əvvəlcədən müəyyən 

edilməsi, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da 

optimallaşdırılmasından ibarətdir. 

1.3. Bu Qaydalarda nəzərdə tutulmuş risk qiymətləndirilməsinin və idxalatçıların risk 

qrupları üzrə bölgüsünün aparılması, habelə buraxılış sistemlərinin və gömrük nəzarəti 

tədbirlərinin tətbiqi ilə bağlı bütün proseslər məmur-sahibkar təması olmadan elektron 

sistem vasitəsilə həyata keçirilir. 

1.4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) həyata 

keçirilən xarici ticarət əməliyyatları zamanı risk qrupları üzrə buraxılış sistemlərindən 

istifadə ilə bağlı, ayda bir dəfədən az olmayaraq, öz rəsmi internet saytında 

ümumiləşdirilmiş məlumat verir. 

1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 



1.5.1. “Yaşıl dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi 

ə

sasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun 



olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş 

məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və 

nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük 

ə

razisinə buraxılışını nəzərdə tutan buraxılış sistemi; 



1.5.2. “Mavi dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi 

ə

sasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun 



olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş 

məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə gömrük sərhəd 

buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə 

buraxılışından sonra gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemi; 

1.5.3. “Sarı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi 

ə

sasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun 



olaraq, gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin, 

məlumatların, elektron və ya kağız daşıyıcıda sənədlərin, o cümlədən Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik 

prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, 

gigiyenik və digər sertifikatların (şəhadətnamələrin), mülki dövriyyəsi məhdudlaşdırılmış 

malların dövriyyəsinə verilən xüsusi icazənin mövcudluğunun və digər hüquq müəyyənedici 

sənədlərlə müşayiət olunmasının yoxlanmasını və gömrük nəzarəti formalarının tətbiqini 

nəzərdə tutan buraxılış sistemi; 

1.5.4. “Qırmızı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal 

bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin 

nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, 

eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını 

nəzərdə tutan buraxılış sistemi; 

1.5.5. gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi 

ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər; 

1.5.6. risk – gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı; 

1.5.7. risklərin idarə edilməsi – məlumatların toplanması, məlumat bazasının 

yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi 

monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin 

iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi; 

1.5.8. risk qruplarının müəyyənləşdirilməsi meyarları – idxalatçının fəaliyyətinin 

xüsusiyyətləri ilə bağlı olan və idxalatçının müxtəlif risk qruplarına aid olunması üçün 

istifadə edilən kəmiyyət və (və ya) keyfiyyət göstəricilərinin məcmusu; 

1.5.9. avtomatlaşdırılmış elektron informasiya sistemi – malların və nəqliyyat vasitələrinin 

gömrük sərhədindən buraxılış sistemini müəyyən etmək məqsədi ilə məlumatların təhlili və 

risk qruplarının müəyyənləşdirilməsi ilə bağlı tətbiq olunan proqram təminatı. 




1.6. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Gömrük 

Məcəlləsi (bundan sonra – Gömrük Məcəlləsi) ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.  

2. Qısa idxal bəyannaməsi təqdim edilən mallar və nəqliyyat vasitələri üzrə buraxılış 

sistemləri və gömrük nəzarəti 

2.1. Qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə 

buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri mövcuddur. 

2.2. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün 

zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 

(bir) saat əvvəl verilməlidir. 

2.3. Nəqliyyatın növündən asılı olaraq, normativ hüquqi aktlarla qısa idxal bəyannaməsinin 

təqdim edilməsinin bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulduğundan fərqli müddətləri 

müəyyən oluna bilər. 

3. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin şərtləri 

3.1. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri 

gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal 

bəyannaməsi göndərilir.  

3.2. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya onların daşınmasına 

cavabdeh olan şəxslər, həmin şəxslərin nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları 

gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən göndərilə 

bilər. 


3.3. Qısa idxal bəyannaməsi daxil olduqdan sonra elektron sistemdə avtomatik olaraq 

qeydiyyata alınır və qeydiyyatın nəticəsi barədə idxalatçıya real vaxt rejimində elektron 

bildiriş göndərilir. 

3.4. Qısa idxal bəyannaməsinin qeydiyyatı aparıldıqdan sonra elektron sistem vasitəsilə 

aşağıdakılar yoxlanılaraq təhlil edilir: 

3.4.1. qısa idxal bəyannaməsində gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan 

məlumatlar; 

3.4.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş 

ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, 

fitosanitar, gigiyenik və digər sertifikatlara (şəhadətnamələrə), sənədlərə, habelə mülki 

dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazəyə dair məlumatlar; 

3.4.3. xarici ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə həyata keçirilən 

elektron informasiya mübadiləsi nəticəsində əldə olunan məlumatlar; 

3.4.4. ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və eləcə də 

karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatlar; 




3.4.5. beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident fiziki və 

hüquqi şəxslər barədə məlumatlar; 

3.4.6. gömrük məqsədləri üçün lazım olan digər məlumatlar. 

3.5. Bu Qaydaların 3.4-cü bəndində qeyd olunan məlumatların elektron sistem vasitəsilə 

təhlili nəticəsində qısa idxal bəyannaməsində göstərilən məlumatların gömrük 

qanunvericiliyi ilə təsbit edilmiş tələb və şərtlərə uyğunluğu müəyyənləşdirildiyi təqdirdə, 

elektron sistem tərəfindən avtomatik olaraq idxalatçının uyğun gəldiyi risk qrupu üzrə 

istifadə edəcəyi buraxılış sistemi müəyyən olunur. 

3.6. İdxalatçının buraxılış sistemindən istifadə ilə bağlı bu Qaydaların 3.5-ci bəndinə uyğun 

olaraq elektron sistem tərəfindən müəyyən edilən nəticələr konfidensial məlumat hesab 

olunmaqla, bu Qaydaların 8-ci hissəsində nəzərdə tutulmuş prosedurların tətbiqinə qədər 

proqram təminatı tərəfindən açıqlanmır. 

4. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair tələblər 

4.1. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün aşağıdakılara riayət 

olunmalıdır:  

4.1.1. mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl bu Qaydaların 2.2-ci 

bəndində müəyyən olunmuş müddətdə gömrük orqanlarına elektron formada qısa idxal 

bəyannaməsi verilməlidir; 

4.1.2. qısa idxal bəyannaməsində gömrük qanunvericiliyi ilə tələb olunan məlumatlar əks 

etdirilməlidir; 

4.1.3. nəqliyyat vasitəsinin texniki konstruksiyası onun texniki sənədləri ilə müəyyən edilmiş 

normalar həddində olmalıdır; 

4.1.4. mallar və nəqliyyat vasitələri üzərində vizual müayinə aparılması üçün gömrük 

orqanının əməkdaşlarına şərait yaradılmalıdır; 

4.1.5. idxalatçının informasiya mübadiləsini həyata keçirməsi və həmin informasiyanın 

mühafizəsini təmin etməsi üçün müvafiq imkanları olmalıdır. 

4.2. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar gömrük sərhəd buraxılış 

məntəqələrində gömrük orqanının əməkdaşlarını məlumatlandırmaqla, gömrük 

qanunvericiliyi ilə müəyyən edilmiş qeydiyyat əməliyyatları yerinə yetirildikdən sonra öz 

mallarını və nəqliyyat vasitələrini gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə 

keçirir. 

4.3. Bu Qaydaların 4.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Yaşıl dəhliz” 

buraxılış sistemindən istifadə edilməklə gömrük ərazisinə gətirilən mallar və nəqliyyat 

vasitələri gömrük ərazisinə buraxılış zamanı və gömrük ərazisinə buraxıldıqdan sonra fiziki 

yoxlanılmadan azaddır. 

4.4. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar və (və ya) beynəlxalq 

yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən gömrük ərazisinə gətirilən mallar və 



nəqliyyat vasitələri ilə bağlı dövlətin iqtisadi maraqlarına və təhlükəsizliyinə təhdid 

yaranması və (və ya) onlara zərər vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli 

özünüidarəetmə orqanlarından, xarici ölkələrin gömrük və digər səlahiyyətli orqanlarından, 

habelə beynəlxalq təşkilatlardan gömrük orqanına konkret faktlarla əlaqədar müraciətlər 

(məlumatlar) daxil olduqda və ya belə faktların mövcudluğuna dair gömrük orqanlarında 

ə

saslı şübhə olduqda, həmin mallar və nəqliyyat vasitələri barədə yoxlamaların keçirilməsi 



istisna edilmir. 

4.5. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar malların və nəqliyyat 

vasitələrinin gömrük sərhədindən keçdiyi andan Gömrük Məcəlləsi ilə müəyyən olunmuş 

qaydada və müddətdə gömrük proseduruna uyğun gömrük bəyannaməsini təqdim etməli və 

gömrük ödənişlərini həyata keçirməlidirlər. 

5. Digər buraxılış sistemlərindən istifadə 

5.1. “Mavi dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən bu Qaydaların 

4.1.1 – 4.1.5-ci yarımbəndlərində və 4.5-ci bəndində nəzərdə tutulan tələblərə əməl 

olunmaqla yanaşı, aşağıdakılara riayət edilməlidir: 

5.1.1. təyinat yerlərində gömrük nəzarəti formalarının tətbiq edilməsi üçün gömrük 

orqanının əməkdaşlarına şərait yaradılmalıdır; 

5.1.2. malları istifadəsində olan yerə aparmaq istəyən idxalatçının mallarla yük və saxlanc 

ə

məliyyatları aparması üçün infrastrukturu olmalıdır; 



5.1.3. gömrük orqanı əməkdaşlarının iştirakı olmadan, mallara və nəqliyyat vasitələrinə 

vurulmuş gömrük təminatının tamlığı pozulmamalıdır. 

5.2. “Mavi dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar gömrük sərhəd buraxılış 

məntəqələrində gömrük orqanının əməkdaşlarını məlumatlandırmaqla, gömrük 

qanunvericiliyi ilə müəyyən edilmiş qeydiyyat əməliyyatları yerinə yetirildikdən sonra öz 

mallarını və nəqliyyat vasitələrini gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə 

keçirir. 

5.3. “Mavi dəhliz” buraxılış sistemindən istifadə etməklə gömrük ərazisinə buraxılan mallar 

və nəqliyyat vasitələri üzərində gömrük yoxlaması gömrük ərazisinə buraxılışdan sonra, 

idxalatçının bu Qaydaların 5.1.2-ci yarımbəndinə uyğun olaraq müəyyən etdiyi yerdə, lakin 

gömrük orqanlarının iş vaxtı və Gömrük Məcəlləsi ilə müəyyən edilmiş gömrük 

bəyannaməsinin təqdim edilməsi və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün 

son müddət nəzərə alınmaqla həyata keçirilir. 

5.4. “Mavi dəhliz” buraxılış sistemindən istifadə zamanı bu Qaydaların 5.3-cü bəndi ilə 

müəyyən olunmuş hallar nəzərə alınmaqla, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada 

və müddətdə gömrük bəyannaməsi təqdim edilməklə gömrük rəsmiləşdirilməsi aparıldıqdan 

sonra malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınaraq, onlar şəxsin istifadəsinə və 

ya sərəncamına verilir. 

5.5. “Sarı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən bu Qaydaların 

4.1.1 – 4.1.5-ci yarımbəndlərində, 4.5-ci bəndində və 5.1.1 – 5.1.3-cü yarımbəndlərində 

nəzərdə tutulan tələblərlə yanaşı, aşağıdakılara riayət edilməlidir: 



5.5.1. mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətdə 

və marşrut üzrə təhlükəsiz qaydada təyinat yerlərinə çatdırılmalıdır; 

5.5.2. daşınan malların qablaşdırılması onların təhlükəsiz qaydada təyinat yerlərinə 

çatdırılmasını istisna etməməlidir; 

5.5.3. mallar təyinat yerlərinə gətirildiyi andan etibarən 1 (bir) saatdan gec olmayaraq, 

gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 

(bir) saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir; 

5.5.4. gömrük orqanlarının icazəsi olmadan gömrük nəzarəti altında olan mallarin ilkin 

yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən 

yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırılması, eyniləşdirmə 

vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi 

hallarına yol verilməməlidir; 

5.5.5. malların üzərində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yoxlamaların 

aparılmasına şərait yaradılmalıdır; 

5.5.6. malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bu Qaydaların 

3.4.1 və 3.4.2-ci yarımbəndlərində qeyd olunan məlumat və sənədlərin təqdim edilməsi tələb 

olunursa, həmin məlumat və sənədlər gömrük orqanının əməkdaşlarına təqdim edilməlidir. 

5.6. “Sarı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılarla bağlı gömrük sərhəd 

buraxılış məntəqələrində elektron formada əldə olunmuş və ya kağız daşıyıcıda olan 

sənədlərin, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə 

tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların 

(şəhadətnamələrin), mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən 

xüsusi icazənin və digər hüquq müəyyənedici sənədlərin mövcudluğu yoxlandıqdan və 

gömrük qanunvericiliyi ilə tələb olunan gömrük nəzarəti formaları tətbiq olunduqdan sonra 

mallar və nəqliyyat vasitələri gömrük ərazisinə buraxılır. 

5.7. “Sarı dəhliz” buraxılış sistemindən istifadə etməklə gömrük ərazisinə buraxılan mallar və 

nəqliyyat vasitələri barədə bu Qaydaların 5.6-cı bəndində nəzərdə tutulmuş sənədlərin 

yoxlanması gömrük sərhəd buraxılış məntəqəsində, gömrük nəzarətinin digər formaları 

gömrük ərazisinə buraxılışdan sonra, gömrük orqanlarının müəyyən etdiyi vaxtda və yerdə 

həyata keçirilir. 

5.8. “Qırmızı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən gömrük 

sərhəd buraxılış məntəqələrində və ya gömrük orqanları tərəfindən müəyyənləşdirilən digər 

yerlərdə gömrük nəzarətinin tələb olunan bütün formaları tətbiq edilməklə mallar və 

nəqliyyat vasitələri gömrük ərazisinə buraxılır. 

5.9. “Qırmızı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən bu 

Qaydalarla “Mavi dəhliz” və “Sarı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar 

üçün müəyyən olunmuş tələblərlə yanaşı, Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların, 

nəqliyyat vasitələrinin, həmçinin şəxsin yoxlanması və gömrük nəzarətinin həmin Məcəllədə 

nəzərdə tutulan digər formalarının həyata keçirilməsi üçün zəruri olan tələblərə əməl 

olunmalıdır. 



5.10. Bu Qaydalarla nəzərdə tutulmuş hallarda “Sarı dəhliz” və “Qırmızı dəhliz” buraxılış 

sistemindən istifadə zamanı təyinat gömrük orqanında və ya gömrük orqanlarının müəyyən 

etdiyi digər yerlərdə gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi aparıldıqdan 

sonra mallar, onların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, şəxsin istifadəsinə 

və ya sərəncamına verilir. 

5.11. “Mavi dəhliz”, “Sarı dəhliz” və “Qırmızı dəhliz” buraxılış sistemlərindən istifadə edildiyi 

zaman, mallar və nəqliyyat vasitələri gömrük orqanlarına aşağıdakı şəxslərdən biri 

tərəfindən təqdim olunur: 

5.11.1. malları gömrük ərazisinə gətirmiş şəxs; 

5.11.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs; 

5.11.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan 

şəxs; 


5.11.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs; 

5.11.5. müvəqqəti saxlanc yerinin sahibi. 

6. Risklərin idarə olunması 

6.1. Bu Qaydalarda nəzərdə tutulmuş buraxılış sistemlərindən istifadə olunması, gömrük 

nəzarətinin həyata keçirilməsi və gömrük yoxlamalarının aparılmasının zəruriliyinin 

müəyyən olunması məqsədi ilə idxalatçılar yüksək, orta və aşağı risk qruplarına bölünürlər. 

6.2. İdxalatçıların risk qrupları üzrə bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları 

ə

sasında aparılır və həmin meyarlara əsasən aşağı risk qrupuna aid edilmiş idxalatçıların 



orta və ya yüksək risk qrupuna keçirilməsi üçün əsaslar yaranmadıqda dəyişməz qalır. Orta 

və yüksək risk qrupuna aid edilmiş idxalatçıların risk qrupunun dəyişdirilməsi məsələsinə 6 

(altı) aydan bir yenidən baxılmalıdır. 

6.3. Risk qruplarının müəyyənləşdirilməsi meyarları Gömrük Məcəlləsinə, “Sahibkarlıq 

sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi 

haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara uyğun olaraq, 

idxalatçıların xarici ticarət fəaliyyətinin kəmiyyət və (və ya) keyfiyyət göstəriciləri 

(xüsusiyyətləri) əsasında müəyyən edilir və bu zaman aşağıdakı amillər nəzərə alınır: 

6.3.1. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyətinin miqyası; 

6.3.2. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyət göstərdiyi müddət; 

6.3.3. idxalatçı tərəfindən idxal olunan məhsulların xüsusiyyətləri (çeşidləri); 

6.3.4. idxalatçı tərəfindən əvvəllər aparılmış xarici ticarət əməliyyatlarının nəticələri; 

6.3.5. idxalatçının maliyyə intizamlılığı; 

6.3.6. idxalatçı tərəfindən gömrük ödənişləri və Azərbaycan Respublikasının Vergi Məcəlləsi 

ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcunun olmaması (Gömrük 



Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada 

müvafiq olaraq borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə 

yetirilməsi müddətlərinin dəyişdirilməsi halları istisna olmaqla); 

6.3.7. idxalatçının əvvəllər iqtisadi sahədə cinayətlərə görə cinayət məsuliyyətinə, həmçinin 

vergi və ya gömrük qaydalarının pozulmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb 

olunmaması; 

6.3.8. idxalatçının gömrük sərhədindən keçirilən mallarının uçotunda və onlar haqqında 

hesabatlarda uyğunsuzluqların və ziddiyyətlərin olmaması; 

6.3.9. sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanları 

tərəfindən aparılan yoxlamaların nəticələri; 

6.3.10. xarici ölkələrin gömrük və digər orqanlarının məlumatı. 

6.4. Bu Qaydaların 6.3-cü bəndində qeyd olunan meyarlara uyğun yoxlanılacaq 

məlumatların konfidensiallığı Komitə tərəfindən təmin olunur. 

6.5. Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları Komitə 

tərəfindən təsdiq edilir. 

6.6. Gömrük yoxlamasının həyata keçirilməsi məqsədi ilə risk qruplarına aid olan 

idxalatçıların bölgüsü aparılarkən aşağıdakı tələblərə əməl olunmalıdır: 

6.6.1. aşağı risk qrupuna aid olan idxalatçıların ümumilikdə 10 faizindən çox olmayan 

hissəsində gömrük yoxlaması həyata keçirilə bilər; 

6.6.2. orta risk qrupuna aid olan idxalatçıların ümumilikdə 50 faizindən çox olmayan 

hissəsində gömrük yoxlaması həyata keçirilə bilər; 

6.7. Yüksək risk qrupuna aid olan bütün idxalatçılarda gömrük yoxlaması həyata keçirilir. 

6.8. İdxalatçıların müəyyən risk qrupuna aid edilməsi və ya onların risk qrupunun 

dəyişdirilməsi barədə məlumat Komitə tərəfindən öz rəsmi internet saytında yerləşdirilir. 

İdxalatçı Komitənin rəsmi internet saytında qeydiyyatdan keçməklə yalnız özünün risk 

qrupuna aid məlumatla tanış ola bilər. 

6.9. İdxalatçının risk qrupunun müəyyən edilməsi və ya dəyişdirilməsi Komitənin qərarı ilə 

həyata keçirilir. Həmin qərarlar əsaslandırılmalıdır. İdxalatçının risk qrupunun 

dəyişdirilməsi üçün bu Qaydalarda müəyyən olunmuş əsaslar yarandıqda, aidiyyəti gömrük 

orqanı tərəfindən Komitəyə müraciət olunur. 

6.10. İdxalatçı bu Qaydaların 6.9-cu bəndində nəzərdə tutulmuş qərardan Komitənin 

Apellyasiya Şurasına və məhkəməyə şikayət edə bilər. 

7. Risk qruplarına uyğun buraxılış sistemlərinin müəyyən olunması 

7.0. Mallar və nəqliyyat vasitələri bu Qaydaların 6.6-cı bəndində müəyyən edilmiş tələblərə 

ə

məl olunmaqla aşağıdakı qaydada gömrük sərhəd buraxılış məntəqələrindən gömrük 



ə

razisinə buraxılır: 




7.0.1. aşağı və orta risk qrupuna aid olan və bu Qaydaların 6.6.1 və 6.6.2-ci yarımbəndlərinə 

uyğun olaraq seçmə üsulu ilə gömrük yoxlaması aparılmadan gömrük ərazisinə buraxılması 

müəyyən edilən mallar və nəqliyyat vasitələri – “Yaşıl dəhliz” buraxılış sistemi vasitəsilə; 

7.0.2. aşağı risk qrupuna aid olan və bu Qaydaların 6.6.1-ci yarımbəndinə uyğun olaraq 

seçmə üsulu ilə gömrük yoxlaması aparılmaqla gömrük ərazisinə buraxılması müəyyən 

edilən mallar və nəqliyyat vasitələri – “Mavi dəhliz” buraxılış sistemi vasitəsilə; 

7.0.3. orta risk qrupuna aid olan və bu Qaydaların 6.6.2-ci yarımbəndinə uyğun olaraq 

seçmə üsulu ilə gömrük yoxlaması aparılmaqla gömrük ərazisinə buraxılması müəyyən 

edilən mallar və nəqliyyat vasitələri – “Sarı dəhliz” buraxılış sistemi vasitəsilə; 

7.0.4. yüksək risk qrupuna aid olan mallar və nəqliyyat vasitələri – “Qırmızı dəhliz” buraxılış 

sistemi vasitəsilə. 

8. Malların və nəqliyyat vasitələrinin 

gömrük sərhəd buraxılış məntəqəsinə faktiki daxil olması 

8.0. Mallar və nəqliyyat vasitələri gömrük sərhəd buraxılış məntəqəsinə daxil olduqda 

aşağıdakı tədbirlərdən biri həyata keçirilir: 

8.0.1. mallar nəqliyyat vasitəsilə daşındıqda, nəqliyyat vasitəsinin qısa idxal bəyannaməsinə 

ə

sasən sistemdə qeydiyyata alınmış dövlət qeydiyyat nömrəsi avtomatik oxunma cihazı 



vasitəsilə oxunaraq, bildirişin nömrəsi ilə eyniləşdirmə aparıldıqdan sonra daşıyıcı müvafiq 

buraxılış sistemindən istifadəyə ünvanlandırılır; 

8.0.2. mallar müşayiət olunan baqajla aparıldıqda, bildirişin nömrəsi daşıyıcı tərəfindən 

gömrük sərhəd buraxılış məntəqəsində quraşdırılmış terminala daxil edildikdən və ya 

daşıyıcının müraciəti əsasında gömrük orqanının əməkdaşı tərəfindən elektron sistemə daxil 

edildikdən sonra daşıyıcı müvafiq buraxılış sistemindən istifadəyə ünvanlandırılır. 

9. Gömrük sərhəd buraxılış məntəqəsində 

buraxılış sistemlərinin tətbiqi ilə bağlı infrastruktur 

9.1. Gömrük sərhəd buraxılış məntəqəsində bu Qaydalarda nəzərdə tutulan buraxılış 

sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət 

zolaqları müəyyən edilir. 

9.2. Xüsusi ayrılmış hərəkət zolaqları nişanlanır və hər kəsin yaxşı görə biləcəyi 

məlumatlandırma lövhələrində hərəkət istiqamətləri əks etdirilir. 

9.3. Mallar və nəqliyyat vasitələri gömrük sərhəd buraxılış məntəqələrinə daxil olduqdan və 

gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qeydiyyat əməliyyatları yerinə yetirildikdən 

sonra müəyyən edilmiş xüsusi hərəkət zolağına istiqamətləndirilir. 

10. Keçid müddəalar 

10.1. Bu Qaydalar qüvvəyə mindiyi gün idxalatçıların ilk dəfə risk qrupları üzrə 

bölüşdürülməsi zamanı aşağıdakı şərtlərə əməl edilməlidir: 



10.1.1. bu Qaydalar qüvvəyə mindiyi tarixədək son 3 (üç) il ərzində ən azı bir dəfə idxal 

ə

məliyyatı həyata keçirmiş idxalatçılar aşağı risk qrupuna aid edilirlər; 



10.1.2. bu Qaydalar qüvvəyə mindiyi tarixədək son 3 (üç) il ərzində heç bir idxal əməliyyatı 

həyata keçirməmiş idxalatçılar yüksək risk qrupuna aid edilirlər. 

10.2. Bu Qaydaların 10.1-ci bəndinə əsasən müvafiq risk qrupuna aid edilmiş idxalatçının 

risk qrupunun dəyişdirilməsi bu Qaydaların 6-cı hissəsində müəyyən edilmiş qaydada həyata 



keçirilir. 

 

Yüklə 71,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə