Qaydalarının təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari



Yüklə 176,31 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü176,31 Kb.
#18667
növüQaydalar


Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu 

Qaydalarının təsdiq edilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

  

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 



1.  "Balıqçılıq  haqqında"  Azərbaycan  Respublikası  Qanunu  ilə  əlaqədar  "Azərbalıq" 

Dövlət  Balıqçılıq  Təsərrüfatı  Konserni  tərəfindən  hazırlanmış  və  Ədliyyə  Nazirliyi, 

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət 

Komitəsi,  Azərbaycan  Respublikası  Elmlər  Akademiyası  ilə  razılaşdırılmış  "Azərbaycan 

Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları" təsdiq edilsin (əlavə 

olunur). 

2.  "Azərbaycan  Respublikasının  suveren  ərazisinə  daxil  olan  iqtisadi  sektor  üzrə  Xəzər 

dənizdə  və  daxili  su  hövzələrində  "Balıqovlama  qaydaları  haqqında"  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 iyul tarixli 368 nömrəli qərarının birinci bəndi 

qüvvədən düşmüş hesab edilsin. 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 

Bakı şəhəri, 24 sentyabr 1999-cu il 

№ 152 

  

 



 

  

  



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

1999-cu il 24 sentyabr tarixli, 152 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

 

 



  

  

Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu 



  

QAYDALARI



[1]

 

I   f ə s i l  



 ÜMUMİ MÜDDƏALAR 

 1. Azərbaycan Respublikasının balıqçılıq əhəmiyyətli su obyektlərində balıq ovu və balıq 

ehtiyatlarının mühafizəsi bu Qaydalarla tənzimlənir. 

 2.  Balıq  ehtiyatlarının  ovlanması  üçün  istifadə  edilən  aşağıdakı  su  hövzələri  balıqçılıq 

əhəmiyyətli su obyektləridir: 

 Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi

 çaylar,  göllər,  su  anbarları,  su  təchizatı  kanalları  və  digər  yerüstü  su  axınları  və 

sututarlar; 

 dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən yerüstü su obyektləri. 

 3.  Yerüstü  su  obyektlərinin  balıqçılıq  təsərrüfatlarının  ehtiyacları  üçün  istifadəyə 

verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 



 4. Balıq ovu aşağıdakı məqsədlərlə həyata keçirilir: 

 sənaye, həvəskar və idman; 

 elmi-tədqiqat, balıqartırma və nəzarət; 

 təbii mühitə uyğunlaşdırma və köçürmə. 

 5. Dövlət Balıq Mühafizə Xidmətinin vəzifələri aşağıdakılardır: 

 balıq ehtiyatlarının mühafizəsi və qorunmasını təmin etmək; 

 balıq  ehtiyatlarının  istifadəsi,  mühafizəsi  və  qorunması  sahəsində  inzibati  xətalar  üzrə 

işləri məhkəməyə göndərmək və məhkəmə qərarlarını icra etmək; 

 balıqçılıq  haqqında  qanunvericiliyin  pozulmasına  yol  verən  şəxslərin  məsuliyyətə  cəlb 

edilməsi barədə materialları müvafiq orqanlara göndərmək; 

 qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər vəzifələri həyata keçirmək. 

 6. Dövlət Balıq Mühafizə Xidmətinə aşağıdakı hüquqlar verilir: 

 dövlət  sututarlarını  və  ya  onların  müəyyən  hissəsini  (dövlət  orqanları  istisna  olmaqla) 

sənaye, həvəskar və idman balıq ovu üçün ayırmaq; 

 balıqçılıq  subyektlərinə  balıq  ehtiyatlarından  istifadə  hüququ  vermək  və  balıq  ovuna 

verilmiş  icazə  sənədlərini,  ov  alətlərini,  ovlanmış  balıqları  və  onların  qeydiyyatına  dair 

sənədləri yoxlamaq; 

 Azərbaycan  Respublikasının  daxili  sularında,  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan 

Respublikasına  mənsub  bölməsində,  sərhəd  su  obyektlərində  qeyri-qanuni balıq  və  digər  su 

bioresurslarının ovunu həyata keçirən, o cümlədən xarici dövlətlərə məxsus gəmiləri, qayıqları, 

başqa üzən qurğuları saxlamaq və yoxlamaq;



 [2]

 

 Azərbaycan  Respublikasının  beynəlxalq  sazişlərinin  pozulması  ilə  balıq  ovunu  həyata 



keçirən  gəmiləri  müvəqqəti  saxlamaq  və  onlar  barədə  qanunvericilikdə  və  beynəlxalq 

hüquqda nəzərdə tutulmuş tədbirlər görmək

 qanunsuz balıq  və  digər  su  bioresurslarının  ovunu  həyata  keçirən hüquqi  və  fiziki  şəxslərin 

əldə  etdikləri  balıq  məhsullarını  və  ov  alətlərini  müəyyən  edilmiş  qaydada  götürmək,  su 

nəqliyyat vasitələrini saxlamaq

 balıq  ehtiyatlarının  istifadəsi  və  mühafizəsi  sahəsində  inzibati  xəta  barədə  müəyyən 

edilmiş  qaydada  izahatlar  almaq,  protokollar,  tərtib  etmək,  cərimələmək  və  digər  tədbirlər 

görmək; 


 balıq  ehtiyatlarının  istifadəsi  və  mühafizəsi  sahəsində  cinayət  və  ya  inzibati  xəta 

törətmiş şəxsləri saxlamaq, onları hüquq-mühafizə orqanlarının sərəncamına vermək; 

 qanunvericiliyə  uyğun  olaraq,  vətəgə  əhəmiyyətli  su  obyektləri  zonalarında  nəqliyyat 

vasitələrini 

saxlamaq, 

yoxlamaq, 

zəruri 

halda 


saxlanılanların 

şəxsiyyətini 

müəyyənləşdirmək.  Qanunun  pozulması  faktı  aşkarlandıqda,  lakin  qanunu  pozanın 

şəxsiyyətini  hadisənin  baş  verdiyi  yerdə  müəyyənləşdirmək  mümkün  olmadıqda,  Dövlət 

Balıq  Mühafizə  Xidmətinin  əməkdaşları  qanunu  pozmuş  şəxsi  polisə,  kənd,  qəsəbə,  şəhər 

icra orqanına apara bilər; 

 müəyyən 

edildiyi 

yerdən 

asılı 


olmayaraq 

(vətəgələrdə, 

gəmilərdə, 

qəbul 


məntəqələrində, hazırlanma və satış yerlərində), balıq ehtiyatlarının mühafizəsi və balıq ovu 

qaydalarının pozulması yolu ilə ovlanmış balıq, digər su heyvanları və bitkilərini götürərək 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  emal  və  ovlama  ilə  məşğul  olan  balıqçılıq 

təsərrüfatına və ya ticarət təşkilatlarına müqavilə qiymətləri ilə satmaq; 

 elmi tədqiqat balıqçılıq təşkilatları ilə razılaşma əsasında balıq ovunun ümumi qadağan 

müddətində  dəyişiklik etmədən, hidrometeoroloji  şəraitdən  asılı  olaraq, həmin  müddəti  15 

gün geriyə və yaxud qabağa çəkmək. Bu Qaydalarla təyin edilmiş qadağan müddətləri ovun 

başlanğıc və sonunu göstərən günlərə də aiddir; 




 qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  xidmət  etdikləri  ərazidə  yerləşən  balıq 

məhsulları  istehsalı,  ovlanması  və  artırılması  ilə  məşğul  olan  hüquqi  və  fiziki  şəxslərin 

obyektlərinə,  habelə  balıqçılıq  əhəmiyyətli  su  obyektlərinin  ətrafında  yerləşən  sənaye, 

energetika, kənd təsərrüfatı və digər obyektlərə qanunvericiliklə müəyyən edilmiş qaydada 

daxil olmaq və balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsini yoxlamaq; 

 xidməti vəzifələrini yerinə yetirərkən balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərin 

nəqliyyat vasitələrindən istifadə etmək; 

 balıqçılıq əhəmiyyətli su obyektlərində və onun sahil mühafizə zonalarında görülən işlər 

zamanı balıq ehtiyatlarının mühafizəsinə dair qaydalar, norma və başqa tələblərin, balıqların 

yaşayış  mühiti,  çoxalma  şəraiti  və  miqrasiya  yollarının  sistematik  olaraq  pozulması 

hallarında, bu halların aradan qaldırılma müddətinə kimi həmin işləri məhdudlaşdırmaq və 

dayandırmaq; 

 bu  Qaydaların  sistematik  və  kobud  surətdə  pozulması  hallarında  balıq  ovunu 

dayandırmaq; 

 balıqçılıq  fəaliyyətinin  subyektlərinə  çatışmazlıqların  aradan  qaldırılması  barədə  rəsmi 

göstərişlər vermək; 

 bu  Qaydaların  pozulması  nəticəsində  balıq  ehtiyatlarına  ziyan  vurulduğu  hallarda 

ziyanın ödənilməsi üçün hüquqi və fiziki şəxslərə qarşı iddia qaldırmaq; 

 balıqkeçirici və balıqqoruyucu qurğuların işinə nəzarət etmək və müşahidə aparamaq; 

 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqları həyata 

keçirmək. 

 7. Qadağandır: 

 Dövlət  Balıq  Mühafizə  Xidmətinin  icazəsi  olmadan  balıqçılıq  əhəmiyyətli  su 

obyektlərindən balıq ovlanması və su bitkilərinin yığılması; 

 balıqçılıq  əhəmiyyətli  su  obyektlərinə  və  onların  sahələrinə  sənaye,  kommunal,  kənd 

təsərrüfatı  və  digər  müəssisələrin,  habelə  nəqliyyat  növlərinin  təmizlənməmiş  və 

zərərsizləşdirilməmiş  çirkab  sularının  axıdılması,  həmçinin  istehsalat,  məişət  və  digər 

tullantıların atılması; 

 Dövlət Balıq Mühafizə Xidmətinin icazəsi olmadan balıqların kürüləmə yerlərində bənd 

vurulması və uçulmuş bəndlərin bərpa edilməsi; 

 Dövlət  Balıq  Mühafizə  Xidmətinin, 

[3]


Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı 

Açıq  Səhmdar  Cəmiyyətinin

 

[4]


 razılığı  ilə  sanitar,  hidrotexniki  və  meliorativ  tədbirlərin 

həyata  keçirilməsi halları  istisna  olmaqla,  çayların,  onun  qollarının  və  kanalların qarşısının 

tamamilə kəsilməsi, göl, nohur və limanların suyunun boşaldılması. 

 8. Dövlət Balıq Mühafizə Xidmətinin müsbət rəyi olmadan qadağandır: 

 qiymətli  balıq  növlərinin  kürüləmə  yerlərini  mühafizə  edən,  qırılması  və  kəsilməsi 

qadağan edilmiş meşə zolaqlarında, həmçinin nərə cinsli və qızıl balıqların kürüləmə yerləri 

olan çayların, onun qollarının və göllərin sahillərindən ən azı 1 km, nərə və qızıl balıqartırma 

zavodları və təsərrüfatlarından isə 3 km məsafədə meşə ağaclarının tədarükü; 

 balıqçılıq  əhəmiyyətli  su  obyektlərinə  və  onun  sahillərinə  çirkab  sularının  axıdılması, 

həmin  obyektlərdə  və  onun  sahil  zonalarında  hidrotexniki  qurğular  və  digər  obyektlərin 

yerləşdirilməsi,  tikintisi  və  yenidən  qurulması,  habelə  qazma  və  partlayış  işlərinin 

aparılması,  faydalı  qazıntıların  çıxarılması,  kabel,  boru  və  digər  kommunikasiyaların 

keçirilməsi, dərinləşdirmə, dibtəmizləmə, kənd təsərrüfatı və digər işlərin görülməsi; 

 gəmiçilik  və  balıqçılıq  məqsədləri  ilə  çayların  dayazlaşmış  hissələrində  təxirəsalınmaz 

dərinləşdirmə  işləri,  qəzaların  qarşısının  alınması  və  tutulmuş  çayların  məcburi  açılması 



işləri  istisna  olmaqla,  balıqçılıq  su  obyektlərində  partlayış  işlərinin  görülməsi.  Qeyd  edilən 

hallarda partlayış işləri görülərkən Balıq Mühafizə Xidməti təcili xəbərdar edilməlidir; 

 vətəgə  əhəmiyyətli  balıq  növlərinin  təbii  kürüləmə  yerlərindən  və  balıqovlama 

əhəmiyyətli sahələrin sahillərindən qum, torpaq və çınqılın götürülməsi; 

 balıqçılıq əhəmiyyətli su obyektlərində dərinləşdirmə və dibtəmizləmə işləri görülərkən 

çıxarılmış  torpaq  və  digər  məhsulların  kürüləmə  yerləri  və  balıqların  qışlama  yerlərinə 

atılması  (boşaldılması),  habelə  bu  su  obyektlərində  çətənə,  dəri  və  s.  kimi  materialların 

isladılması və yuyulması; 

 balıq ehtiyatları,  digər  su  heyvanları  və  bitkilərinə  ziyan  vura  biləcək,  kənd  təsərrüfatı 

bitkilərinin  boy  artımına  təsir  göstərən  stimulyatorların,  onların  mühafizə  vasitələrinin, 

mineral gübrələrin və digər kimyəvi və qeyri-kimyəvi preparatların balıqçılıq əhəmiyyətli su 

obyektlərinə, onun sanitar zonalarına daşınması, saxlanması və tətbiqi; 

 xüsusi  balıqqoruyucu  qurğularla  təmin  edilmədən  suvarma  və  digər  məqsədlərlə 

balıqçılıq əhəmiyyətli su obyektlərindən suyun götürülməsi; 

 balıqçılıq haqqında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər 

hallar. 


 9.  Balıqçılıq  haqqında  qanunvericiliyin  pozulmasında  təqsiri  olan  şəxslər  Azərbaycan 

Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

I I   f ə s i l  

 SƏNAYE BALIQ OVU 

 10.  «Balıqçılıq haqqında»  Azərbaycan  Respublikası  Qanununa  əsasən  sənaye  balıq  ovu 

ödənişlidir  və  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  lisenziya  almış  hüquqi  və  fiziki 

şəxslər  balıq  ehtiyatlarından  istifadəni  Dövlət  Balıq  Mühafizə  Xidməti  tərəfindən  verilən 

balıqovlama biletləri əsasında həyata keçirə bilərlər. Sənaye balıq ovu ilə məşğul olan hüquqi 

və  fiziki  şəxslərə  Dövlət  Balıq  Mühafizə  Xidməti  tərəfindən  müqavilə  ilə  sərhədləri  bilinən 

vətəgə sahələri ayrılır. Vətəgə sahələrinin ayrılması haqqında müqavilədə ovlanan balıqların 

miqdarı, növləri və ölçüləri, balıq tutmaq üçün qadağan olunan ov alətləri, texniki vasitələr, 

digər qaydalar və şərtlər müəyyən edilir. 

 Balıq ovu alətlərini, texniki vasitələri saxlamaq, quraşdırmaq, habelə müvəqqəti yaşayış 

və  istehsalat  təyinatlı  binalar  tikmək  və  balıq  ovu  üçün  digər  işlərin  görülməsi  məqsədi 

ilə balıq  və  digər  su  bioresurslarının  ovunu  həyata  keçirənlərə 50  metrədək  enində  sahil  zolağı 

ayrılır. Həmin zolağın uzunluğu Balıq Mühafizə Xidməti tərəfindən müəyyənləşdirilir.

 [5]

 

 11. Balıqovlayanlar aşağıdakıları yerinə yetirməyə borcludurlar: 



 Balıq Mühafizə Xidmətindən hər bir vətəgə və gəmi üçün balıqovlama biletləri almaq; 

 istifadə  üçün  onlara  verilmiş  sahələrdə  kənar  şəxslər  tərəfindən  qanunsuz  balıq 

ovlanmasına icazə verməmək; 

 su nəqliyyatı vasitələrini xilasetmə ləvazimatları ilə təmin etmək; 

 balıq  ehtiyatlarının  məskunlaşdığı  təbii  şəraitə  mənfi  təsir  göstərə  bilən  yeni  balıq 

növlərinin, digər su heyvanları və bitkilərinin mühitə uyğunlaşmasına yol verməmək; 

 təbii  su  hövzələrində  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  balıq  ehtiyatlarının 

məhsuldarlığının  yüksəldilməsinə  yönəldilən  balıqartırma  və  balıq  təsərrüfatı  meliorasiya 

işləri aparmaq; 

 müvafiq icra hakimiyyəti orqanının yazılı göstərişinə əməl etmək; 

 təhkim  olunmuş  su  obyektlərinin  və  ov  edilən  sahələrin  sanitar  vəziyyətini  lazımi 

səviyyədə saxlamaq; 




 balıq ovlanan sahələrin sərhədlərini Balıq Mühafizə Xidməti ilə razılaşdırılmış nişangah 

nümunələrinə uyğun, ov alətlərinin isə həqiqətən onlara məxsusluğunu müəyyənləşdirmək 

məqsədi ilə xüsusi nişangahlarla təmin etmək; 

 icazə verildiyindən artıq və ya icazə verilməmiş ov alətlərindən istifadə etməmək; 

 ovu  qadağan  edilmiş  balıqları  və  vətəgə  ölçüsünə  çatmamış  nərəkimiləri  dərhal  diri 

halda suya buraxmaq; 

 balıq və ov alətlərinə təyin edilmiş limiti aşmamaq; 

 gəmiləri  (ölçüsü  və  təyinatından  asılı  olmayaraq)  müəyyən  edilmiş  qaydalara  müvafiq 

qeydiyyat nömrələri ilə təmin etmək; 

 hər bir vətəgədə, ovlama məntəqəsi və gəmidə qəbul edilmiş qaydada balıq ovu jurnalı 

tərtib  etmək,  gündəlik  qeydiyyat  aparmaq  və  Balıq  Mühafizə  Xidməti  tələb  edərkən  onu 

təqdim etmək; 

 balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək. 

 12. Qadağandır: 

 balıqovlama biletləri olmadan sənaye məqsədləri ilə balıqların ovlanması; 

 nəsli kəsilmək üzrə olan qiymətli balıq növlərinin (kələmo, poru, ilanbalığı, dəniz sufu, 

qızıl xallı) sənaye məqsədləri ilə ovlanması. Sənaye məqsədləri ilə balıq ovunda bu balıqlar 

ov  alətinə  düşdüyü  halda,  onlar  suya  buraxılmalıdır  (ölmüş  balıqların  balıqçılıq  sənayesi 

tərəfindən qəbuluna icazə verilir); 

 əlverişsiz hava şəraitində balıq ovu; 

 balıq ehtiyatlarından istifadəyə görə ödəmələr verilmədən balıqların ovlanması; 

 qadağan edilmiş vaxtda və ya icazə verilməyən yerlərdə balıq ehtiyatlarının ovlanması; 

 ölçüləri  bu  Qaydalarla  icazə  verilən  ov  alətlərinin  ölçülərinə  uyğun  gəlməyən  ov 

alətlərinin tətbiq edilməsi; 

 sürütmə torlardan (volokuşa) istifadə edilməsi; 

 dənizə,  su  anbarlarına  və  göllərə  axan  çayların  mənsəbində  500  metrlik  radiusda 

balıqların ovlanması; 

 nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovlanması; 

 Kür  çayında  törədici  qızılbalıqların  ovu  istisna  olmaqla,  çayın  üçdə  iki  hissəsinin  ov 

alətləri və balıq ovu üçün ixtisaslaşdırılmış digər qurğularla əhatə edilməsi, həmçinin hər iki 

sahildən eyni vaxtda nevodların atılması; 

 uzunluğu 18-25 metrdən artıq olan qurma torlarla balıq ovu; 

 iqlimləşdirmə  məqsədi  ilə  su  hövzəsində  köçürülmüş  balıqların  (kefaldan 

başqa) xüsusi icazə olmadan ovlanması; 

 parazitlər  və  infeksiya  nəticəsində  xəstələnmiş  balıqlar  müşahidə  olunan  su 

hövzələrində  ov  alətlərinin  əvvəlcədən  dezinfeksiya  olunmadan  digər  hövzələrə 

köçürülməsi; 

 bu Qaydalara əsasən müəyyən edilmiş ərazidə və müddətdə tətbiqi qadağan edilən ov 

alətləri ilə partlayıcı və zəhərləyici maddələrlə (Dövlət Balıq Mühafizə Xidmətinin razılığı ilə 

bu  maddələrin  tətbiq  edildiyi  işlər  istisna  olmaqla)  su  obyektlərində  və  onun  yaxınlığında 

olmaq; 

 xüsusi sərəncam olmadan yeni təşkil edilmiş sututarlarda və su anbarlarında balıq ovu; 



 çayların  məcrasında  balıqların  qışlama  yerlərinə  kimi 1  km məsafədə  vətəgələrin 

açılması,  bəndlərin  salınması,  üzən  nəqliyyatın  olması,  habelə  çayın  məcrası  və  qolları 

nəzərə alınmaqla vətəgələrin arasında məsafənin 1 km-dən az olması, həmçinin qarşı-qarşıya 

duran yeni vətəgələrin yaradılması; 




 dayanan  torların  və  nevodların,  habelə  tələ  quruluşlu  digər  ov  alətlərinin  şahmat 

qaydası üzrə qurulması, həmçinin nevodların arasında və onların ətrafında 1 km məsafədən 

yaxında hər hansı digər ov alətləri ilə ov edilməsi; 

 qazanların  sayından  asılı  olmayaraq,  nevodun  ümumi  uzunluğunun  1  km-dən  çox, 

onların arasındakı məsafənin isə 1 km-dən az olması; 

 partlayıcı  və  zəhərləyici  maddələrin,  qarmaq  və  kustar  üsulu  ilə  düzəldilmiş  iti  uclu 

digər  alətlərin,  odlu  və  pnevmatik  silahların,  həmçinin  elektrik  cərəyanının  tətbiq  edilməsi 

ilə  balıq  ovu  (sənaye  məqsədləri  ilə  kilkə  ovunda  istifadə  edilən  elektrik  lampaları  istisna 

olmaqla); 

 qovub tutma, qarmaq batırma, tilovlama, ilişdirmə, ağacla vurma üsulları ilə balıqların 

ovlanması; 

 kapron  və  kətan  liflərdən  hazırlanmış  torlar  istisna  olmaqla,  digər  sintetik  və  mononit 

saplardan hazırlanmış torlarla balıq ovu. 

 13.  Axçalı  balıqların  vətəgə  ölçüsü,  ağzının  bağlı  vəziyyətində  burnunun  ucundan 

quyruq  üzgəcinin  orta  şüalarının  başlanğıcına  qədər  olan  məsafəni  ölçməklə,  nərə  cinsli 

balıqların vətəgə  ölçüsü isə  onun burnunun  ucundan  quyruq  üzgəcinin ən  dərin  çuxuruna 

qədər olan məsafənin ölçülməsi yolu ilə təyin edilir. 

 14.  Ov  alətlərinə  düşmüş  vətəgə  ölçülərinə  uyğun  gəlməyən  balıqların  bu  Qaydalarda 

müəyyən edilmiş norma həddində ovlanması və qəbuluna yol verilir. Venter, karava, atılan 

və  dayanan nevod, habelə  digər  ov  alətlərinə  düşən vətəgə  ölçülərinə çatmamış nərə cinsli 

balıq  növləri  dərhal  diri  halda  suya  buraxılmalıdır.  Vətəgə  ölçülərinə  çatmamış  balıqların 

miqdarı  təyin  edilmiş  normadan  artıq  olarsa,  həmin  yerdə  ov  dayandırılır  və  ya  gözünün 

ölçüləri böyük olan digər ov alətləri ilə əvəz edilir. 

 15.  Bu  Qaydalarda  nəzərdə  tutulan  ölçülərdən  kiçik,  habelə  icazə  verilməmiş  ölçüləri 

olan ov alətləri ilə balıq ovu qadağandır. Ov alətlərində torun gözünün ölçüləri hörmə üzrə 

11  düyünün  arasındakı  məsafənin  ölçülüb  həmin  rəqəmin  10-a  bölünməsi  yolu  ilə  təyin 

edilir.  Kətan  iplikdən  hazırlanmış  yaş  halda  ov  alətlərinin  gözləri  ölçülərkən  müəyyən 

edilmiş ölçülərin 5 faiz azaldılmasına yol verilir. 



OVLAMA YERLƏRİ VƏ MÜDDƏTLƏRİ 

 16. Bütün il boyu sənaye məqsədləri ilə balıqların ovlanması qadağandır: 

 Kür  çayının  mənsəbinin  qarşısındakı  sahələrdə:  çayın  əsas  qolunun  sağ  sahilindən 

Cənub-Şərq  Qoltuq  yaşayış  məntəqəsi  istiqamətindəki  dəniz  ləpədöyəninə  qədər  düz  xətt 

üzrə  9  km-lik  məsafədə,  əsas  qolun  sol  sahilindən  Şimal-Şərq  Qoltuq  yaşayış  məntəqəsi 

istiqamətindəki dəniz ləpədöyəninə qədər 9 km-lik məsafədə və bu kənar nöqtələrdən orta 

dəniz ləpədöyəni ilə Xəzər dənizinin dərinliyinə doğru 7 km-lik sahədə

 Dəniz  ləpədöyənindən  Kür  çayından  əsas  qolun  (Bala  Kür)  ayrıldığı  ərazilərə  kimi, 

Sabirabad  rayonunun  Bala  Həşimxanlı  kəndindən  Varvara  SES-in  bəndinə  qədər  olan 

sahədə; 


 Arazda su anbarı istisna olmaqla bütün çay boyu; 

 su bəndləri, şlüzlər və körpülərdən 500 metr məsafəyədək ərazilərdə. 

 17. Aşağıda göstərilən müddətlərdə sənaye məqsədləri ilə balıq ovu qadağan edilir: 

 Şabran limanını  dəniz  ilə  birləşdirən  mənsəbyanı  sahədə  hər  iki  tərəfə 1  km,  dənizin 

içərisinə doğru 2 km-lik ərazidə yanvarın 1-dən avqustun 15-nə kimi; 

 Kür  çayının  qadağan  sahəsinin  şimal  sərhədindən  Sabirabad  rayonunun  Bala 

Həşimxanlı kəndinə qədər olan sahədə aprelin 1-dən mayın 31-nə kimi; 



 Kür çayının əlavə sularında mart ayının 1-dən avqustun 15-nə kimi, Candargöl və Sarısu 

sistemi də daxil olmaqla aprel ayının 15-dən avqustun 31-nə kimi; 

 Böyük  Qızılağac  körfəzinin  sahələrində:  Kür  dilinin  cənub  qurtaracağından  Kiçik 

Qızılağac körfəzinin suburaxma kanalının sərhədinə qədər olan ərazilərdə mayın 1-dən 31-

dək; 

 Kiçik  Qızılağac  körfəzinin  balıqkeçirici  kanaldan 1  km şimala  və 1  km cənuba,  habelə 



dənizin içərisinə doğru 3 km ərazilərdə fevral ayının 1-dən mayın 1-nə kimi; 

 Mingəçevir, Varvara, Şəmkir, Ağstafa və Araz su anbarlarında aprelin 1-dən avqustun 1-

dək; 

 Kür  çayında  və  Xəzər  dənizində  (gölündə)  qızıl  balıqların  may  ayının  30-dan  oktyabr 



ayının 15-nə kimi ovlanması; 

 Mingəçevir,  Varvara  və  Araz  su  anbarlarında  aprel  ayının  1-dən  oktyabr  ayının  1-nə 

kimi xərçəng ovu; 

 dayanan nevodlarla aprel ayının 1-dən sentyabr ayının 15-ə kimi sahil kilkə ovu; 

 kanal  və  kollektorların  mənsəbi,  habelə  gəmilərlə  kilkə  ovu  istisna  olmaqla  Xəzər 

dənizində may ayının 1-dən 31-nə kimi sənaye məqsədləri ilə balıq ovu; 

 H.Z.Tağıyev adına qəsəbədən Rusiya Federasiyasının sərhədlərinə qədər olan ərazilərdə 

atılan  dəniz  nevodları  ilə  may  ayının  1-dən  mart  ayının  1-nə  kimi  siyənək  balıqlarının 

ovlanması; 

 Xəzər  dənizində (gölündə)  aprel ayının  1-dən fevral  ayının  1-nə  kimi  dayanan  siyənək 

torları (28—44 mm-lik) ilə siyənək balıqlarının ovlanması. 

OV ALƏTLƏRİ VƏ OVLAMA ÜSULLARI 

 18. Balıq və digər su bioresurslarının ovunu həyata keçirənlərə mövcud qaydalarda göstərilən 

müddətlərdə və yerlərdə aşağıdakı ov alətləri ilə balıq ovlamağa icazə verilir:

 [6]

 

 18.1. Çaylarda: 



 Kür  çayında  atılan  nevodla  —  yazda  gözlərinin  ölçüləri  iri  axçalı  balıq  növlərinin 

ovlanmasına,  payızda isə  gözlərinin  ölçüləri  kiçik  olan  axçalı  balıq növlərinin  ovlanmasına 

uyğun seçilməklə; 

 Kür çayında üzən çay torları ilə. 

 18.2. Daxili su hövzələrində: 

 Gözlərinin ölçüləri 40 mm-dən kiçik olmayan qurma torlarla; 

 Gözlərinin  ölçüləri  qazanda  30-mm-dən,  qollarda  44-mm-dən  kiçik  olmayan  dayanan 

nevod, venter (kisə tor) və tələ formalı digər ov alətləri ilə; 

 Gözünün ölçüləri 28 və 30 mm-lik qurma şamayı torları ilə. 

 18.3. Dəniz sularında: 

 Kür çayının mənsəbindəki və bu Qaydalarda göstərilən digər qadağan olunmuş ərazilər 

istisna olmaqla, hər yerdə nevodlarla balıq ovu; 

 qadağan  müddəti  istisna  olmaqla  porejli  (üç  divarlı)  kefal  torları  və  atılan  kefal 

nevodları ilə ov zamanı (nərə cinsli balıqlar istisna olmaqla) onun ümumi miqdarının 30 faizi 

həcmində digər balıqların ovlanmasına yol verilir; 

 konusşəkilli torlar və balıq sovuran nasoslarla kilkə balıqlarının ovlanması; 

 venterlərin bütün növləri ilə, həmçinin tələ quruluşlu digər ov alətləri ilə balıq ovu; 

 atılan və dayanan nevodlara, həmçinin digər stasionar ov alətlərinə düşən vətəgə ölçülü 

nərəkimilərin qəbul edilməsi. 



 Balıq  Mühafizə  Xidmətinin  razılığı  ilə  sentyabr  ayının  1-dən  martın  15-nə  kimi 

müddətlərdə  gözünün  ölçüsü  40—55  mm-lik  axçalı  balıq  torları  ilə  axçalı  balıqların  ovu 

zamanı  mütəmadi  olaraq  nərəkimilərin  körpələrinin  tora  düşdüyü  müşahidə  olunarsa,  ov 

alətləri dərhal sudan çıxarılmalıdır; 

 kollektorların,  kanalların  məcrasında  qadağan  olunmamış  bütün  ov  alətləri,  həmçinin 

həmin kollektor və kanalların mənsəbindən sağ və sol tərəfə, eləcə də dənizə doğru 500 m-lik 

ərazidə il boyu dayanan nevod, qurma tor, venter və karavalarla balıqların ovlanması. 

 19. Venterlərin tətbiq edilməsinin şərtləri: 

 venter və ya sekretlərdə (tələ tor) qurğuların arasında düz xətt üzrə məsafə ən azı 2,5 m, 

qurğuların xətləri arasında məsafə dənizdə və çaylarda ən azı 50 m olmalıdır; 

 dənizdə çəpərləri bir-birinə bağlanmış 3 venterlərin qurulmasına icazə verilməli; 

 çəpərlərin uzunluğu 40 m-dən çox olmamalıdır. 

 20.  Su  kanalları  mənsəbindən  və  balıqkeçici  kanalların  başlanğıcından 500  m radiusda 

onların istifadə edilməsi qadağandır. 



BALIQLARIN VƏTƏGƏ ÖLÇÜLƏRİ 

 21. Vətəgə əhəmiyyətli balıqların minimum ölçüləri (sm): 

bölgə dənizdə —                                                 180 

bölgə Kürdə —                                                    165 

nərə dənizdə və Kürdə —                                  105 

uzunburun dənizdə —                                       110 

uzunburun Kürdə —                                          90 

suf —                                                                    43 

suf daxili su hövzələrində —                             29 

çəki —                                                                  40 

kütüm —                                                             35 

xramulya —                                                         24 

kefal —                                                                 24 

şamayı —                                                                         19 

şirbit —                                                                 52 

çapaq —                                                               26 

külmə —                                                               17 

xəşəm —                                                               41 

qarasol —                                                                         17 

qarabel siyənək —                                               20 

şişqarın siyənək —                                              14 

kür qızılbalığı —                                                 76 

adi kilkə —                                                           6 

irigöz və ançousabənzər kilkə —                       7 

  

 Vətəgə ölçülərinə çatmamış balıq növlərinin ovlanmasına yol verilən norma həddi 



  

 22.  Atılan  nevod  və  üzən  torlarla  vətəgə  ölçülərinə  uyğun  gəlməyən  axçalı  balıqların 

miqdarı, bir dəfə tor süzüldükdən sonra ümumi ovun 8 faizindən, qurma axçalı balıq torları 

ilə ov zamanı 15 faizindən, dayanan nevod, venter, karava və tələ quruluşu digər ov alətləri 




ilə  ov  zamanı  40  faizindən,  kilkə  nevodları  ilə  ov  zamanı  50  faizindən  çox  olmamaqla 

ovlanmasına yol verilir. 

 23. Gəmilərlə kilkə ovunda ov alətlərinə düşən (konus tor və nasoslar) siyənək və digər 

axçalı  balıqların  miqdarının  ovun  0,3  faizindən  çox  olmasına  yol  verilmir.  Dayanan 

nevodlarla  və  gəmilərlə  kilkə  ovunda  vətəgə  ölçülərinə  uyğun  gəlməyən  kilkələr  ümumi 

ovun 20 faizindən çox olmamalıdır. 

 24. Ov alətlərinin gözünün yol verilən minimum ölçüləri (mm-lə) 

 24.1. Kür çayında 

                                                      ensiz hissə                  enli hissə                     ov alətinin 

                                                                                                                             uzunluğu 

Üzən torlar — yazda                  35                                —                                235 m 

payızda və qışda                                     55                                —                                — 

Qızıl balıqların 

xüsusi ovu üçün torlar               60                                117                              — 

  

Atılan nevodlar  qazanda                     qollarda                      qollarda          ov alətinin 



                                                                                                                             uzunluğu 

yayda və yazda               35                    50                                44                    400,5 m 

payızda və qışda                         30                    36                                40                    400,5 m 

  

24.2. Dənizdə:                 ensiz hissə                  enli hissə                     ov alətinin uzunluğu 



Kefal ovlanması 

üçün porejli torlar           32                                300                                          351,5 m 

                                         gözünün ölçüləri                               ov alətinin uzunluğu 

Axçalı balıq torları          40 və 55                                                          18—25 m 

                                         motnada və ya          köməkçi qollarda       qollarda 

                                         qazanda                     və ya dəhlizdə 

Dayanan nevodlar          30                                33                                44 

Venterlər                          qazanda 30                qollarda 40 

Kilkə torları (konus tor və 

dayanan nevodlarda) gözünün ölçüləri 6,5x6,5 mm 

Daxili su hövzələrində    gözünün ölçüləri                               ov alətinin uzunluğu 

Qurma torlar                   28, 30 və 40-dan böyük                                18—25 m 

  

Qeyd.           Atılan  nevodların  bütün  növlərində  hər  bir  köməkçi  qolların,  yaxud  dəhlizin 

uzunluğu, həmin ov alətlərinin qollarının və ya çəpərinin uzunluğunun üçdə birindən 

çox olmamalıdır.

 

I I I   f ə s i l  



 ELMİ-TƏDQİQAT, BALIQARTIRMA, NƏZARƏT, BALIQKÖÇÜRMƏ, 

İQLİMLƏŞDİRMƏ MƏQSƏDLƏRİ İLƏ BALIQ OVU 

 25.  «Balıqçılıq  haqqında»  Azərbaycan  Respublikası  Qanununa  əsasən  elmi-tədqiqat  və 

nəzarət, təbii mühitə uyğunlaşdırma və balıqköçürmə, habelə süni balıqartırma məqsədi ilə 

(sonradan  elmi-tədqiqat  və  balıqartırma  məqsədi  ilə  balıq  ovu  adlanacaq)  balıq 

ehtiyatlarından istifadə edilə bilər. 



 26.  Elmi-tədqiqat  və  balıqartırma  məqsədi  ilə  balıq  ovuna xüsusi icazə,  balıq 

ehtiyatlarının  vəziyyətinin  tədqiqi  və  balıq  ovu  limitlərinin  müəyyənləşdirilməsi,  təbii 

mühitə  uyğunlaşdırılması  və  köçürülməsi,  həmçinin  balıq  ehtiyatlarının  süni  yolla 

artırılması və bərpası ilə məşğul olan hüquqi və fiziki şəxslərə verilir. Balıqçılıq əhəmiyyətli 

su  obyektlərində  balıqların  və  digər  su  heyvanlarının  mühitə  uyğunlaşdırılması  və 

köçürülməsi  Azərbaycan  Elmlər  Akademiyasının  rəyi,  Dövlət  Balıq  Mühafizə  Xidməti  və 

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı əsasında aparılır. 

 Elmi-tədqiqat  və  balıqartırma  məqsədi  ilə  balıq  ovuna xüsusi icazələr  Dövlət  Balıq 

Mühafizə Xidməti tərəfindən, hüquqi və fiziki şəxslərin təsdiq edilmiş elmi-tədqiqat işlərinin 

tematik  planına  müvafiq  sifarişi  əsasında  verilir.  Sifarişə  görüləcək  işin  proqramı  və  elmi-

tematik  planın  çıxarışı  əlavə  edilir.  Təsdiq  edilmiş  plana  və  tərtib  edilmiş  izahata  əsasən 

balıqartırma müəssisələri törədicilərin ovuna xüsusi icazə ala bilərlər. Sifarişdə və izahatda 

ovun məqsədləri və müddəti, ov ediləcək ərazilər və onun sahələri, ov alətlərinin çeşidi, sayı, 

ölçüləri,  ovlanması  planlaşdırılmış  balıqların  növləri  və  sayı,  ona  cavabdeh  şəxsin  adı, 

soyadı,  atasının  adı  və  vəzifəsi,  habelə  ovlanmış  balıqların  sonrakı  taleyi  barədə  ətraflı 

məlumatlar verilməlidir. 

 27.  Dövlət  Balıq  Mühafizə  Xidməti  bütün  su  obyektlərində  (dövlət  qoruqları  istisna 

olmaqla)  və  ilin  bütün  fəsillərində  qadağan  edilməmiş  ov  alətləri  ilə  elmi-tədqiqat  və 

balıqartırma  məqsədləri  ilə,  həmçinin  yeni  ov  alətlərinin  sınaqdan  çıxarılması  və  yeni  ov 

üsullarının yoxlanılması məqsədi ilə ovuna xüsusi icazələr verə bilər. 

 28. Su orqanizmlərinin böyük həcmdə ovlanması ilə bağlı olan işlərin görülməsi zamanı 

(ixtioloji çəkilmiş, yeni ov alətlərinin sınaqdan çıxarılması və s.) əgər ovlanacaq obyektlərin 

miqdarını qabaqcadan müəyyən etmək mümkün deyilsə, bu barədə sifarişdə göstərilməli və 

icazədə öz əksini tapmalıdır. Belə işlərin görülməsi və qiymətli balıq növlərinin (nərəkimilər 

və  qızılbalıqlar)  ovlanması  zamanı  müvafiq  elmi-tədqiqat  müəssisələrinin  alimlərinin  və 

yüksək  ixtisaslı  mütəxəssislərin,  habelə  Dövlət  Balıq  Mühafizə  Xidməti  nümayəndələrinin 

iştirakı ilə təmin edilməlidir. Ovun sonunda ovlanmış balıqların miqdarı barədə yekun aktı 

tərtib edilməlidir. 

 29. Elmi-tədqiqat işinin metodikası və ovun xarakterindən asılı olaraq tədqiqat işi üçün 

lazım olan bioloji materiallar sənaye balıq ovu vətəgələrindən götürülə bilər. 

 30. Xüsusi icazə  vərəqələri  mətbəə  üsulu  ilə  çap  edilir  və  elmi-tədqiqat  və  balıqartırma 

məqsədləri  ilə  balıq  ovuna  hüquq  verən  yeganə  sənəddir. Xüsusi icazənin  surətinin 

çıxarılması qadağandır. 

 31. Xüsusi icazələr Dövlət Balıq Mühafizə Xidmətinin rəisi tərəfindən imzalanır və gerbli 

möhürlə  təsdiq  edilir. Xüsusi icazənin  ovun  aparılmasına  məsul  olmayan  şəxsə  verilməsi 

qadağandır. 

 32. Xüsusi icazə onda göstərilən müddətlərdə istifadə edilmədikdə qüvvəsini itirir. 

 33.  Elmi-tədqiqat  və  balıqartırma  məqsədləri  ilə  sahil  balıq  ovuna xüsusi icazə  almış 

şəxslər  ov  edilən  ərazilərə  nəzarət  edən  balıq  mühafizə  xidmətindən  briqadaları  üçün 

ovlama biletləri almalıdırlar. 

 34.  Ovun  sonunda  onun  nəticələri  barədə  3  nüsxədən  ibarət  akt  tərtib  edilməlidir.  Akt 

ova cavabdeh olan şəxs, Balıq Mühafizə Xidməti və balıqovlayanlar tərəfindən təsdiq edilir. 

Laboratoriya  müayinəsi  üçün  götürülmüş  balıqlar  tədqiqat  işləri  zamanı  çıxdaş  edildikdən 

sonra da çıxdaş aktı tərtib edilməlidir. 

 35.  Elmi-tədqiqat  və  nəzarət  ovunda  tədqiqat  işləri  aparıldıqdan  sonra  balıqlar, 

həmçinin  balıqartırma  məqsədi  ilə  ovda  tora  düşən  digər  balıq  növləri  qaimə  əsasında 




balıqçılıq sənayesinin qəbul məntəqələrinə və ya ticarət təşkilatlarına müqavilə qiymətlərilə 

satıla bilər. 

 36.  Ovun  müddəti  qurtardıqdan  sonra  hüquqi  və  fiziki  şəxslər  Dövlət  Balıq  Mühafizə 

Xidmətinə  ovun  nəticələri  barədə  hesabat  təqdim  etməlidirlər.  Hesabata  ovun  keçirilməsi 

barədə  aktın  bir  nüsxəsi,  təhvil  verilmiş  balıqların  qaimələri  və  ya  çıxdaş  aktı,  həmçinin 

Dövlət Balıq Mühafizə Xidməti tərəfindən verilmiş xüsusi icazə vərəqi əlavə edilməlidir. 

I V   f ə s i l  

 İDMAN VƏ HƏVƏSKAR BALIQ OVU 

 37.  Qoruqlar,  balıqartırma  vətəgələri  və  təsərrüfatları  istisna  olmaqla,  bütün 

sututarlardan  qanunvericilikdə  müəyyən  edilmiş  qaydalara  riayət  etməklə  idman  və 

həvəskar balıq ovu üçün istifadə edilə bilər. 

 38.  İdman  və  həvəskar  balıq  ovu  üçün  dövlət  sututarları  və  ya  onların  müəyyən 

hissəsinin  ayrılması  Dövlət  Balıq  Mühafizə  Xidməti  və  Dövlət  Ekologiya  və  Təbiətdən 

İstifadəyə Nəzarət Komitəsi tərəfindən həyata keçirilir. 

 39.  Ayrıca  istifadədə,  bələdiyyə  mülkiyyətində  və  xüsusi  mülkiyyətdə  olan  su 

obyektlərində  idman  və  həvəskar  balıq  ovu,  su  obyektlərinin  istifadəçiləri  və 

mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir. 

 40.  İdman  və  həvəskar  balıq  ovu  Ovçular  və  balıqçılar  cəmiyyəti  tərəfindən  verilmiş 

icazə vərəqələri əsasında həyata keçirilir. 

 41. Təbiəti mühafizə, balıqçılıq, ovçuluq, idman və digər cəmiyyətlərin, təşkilatların və 

mülkiyyətçilərin  istifadəsində  olan  sututarlarda  idman  və  həvəskar  balıq  ovuna  icazə 

vərəqələri su obyektlərinin mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən verilir. 

 42.  Su  obyektləri  və  onun  sahələrində  müəyyən  edilmiş  qaydada  həvəskar  və  idman 

balıq ovu və ya Ovçular və balıqçılar cəmiyyətinin mədəni balıqçılıq təsərrüfatı təşkil edilə 

bilər. 


 43.  Su  obyektləri  və  onun  sahələrindən  balıqçılıq  üçün  istifadə  şərtləri  Balıq  Mühafizə 

Xidməti ilə cəmiyyətlər arasında bağlanmış müqavilələr əsasında müəyyənləşdirilir. 

 44. Ovçular və balıqçılar cəmiyyətlərinin mədəni balıqçılıq təsərrüfatlarının yaradılması 

işlərinə dair müqavilə şərtləri və ya ayrılmış su obyektlərində idman və həvəskar balıq ovu, 

balıq  ehtiyatlarının  bərpası  və  mühafizəsi  işlərinin  təşkilinə  dair  şərtlər  sistematik  olaraq 

yerinə yetirilmədikdə, Balıq Mühafizə Xidməti tərəfindən bu müqavilələr müəyyən olunmuş 

qaydada pozula bilər. 

 45.  Balıq  ovu  üzrə  idman  yarışları  respublika,  rayon  və  ya  rayonlararası  ovçular  və 

balıqçılar  cəmiyyətləri,  həmçinin  digər  könüllü  idman  cəmiyyətlərinin  balıq  ovu  bölmələri 

tərəfindən müəyyən edilmiş qaydada keçirilir. Yarışın yerləri və müddətləri Balıq Mühafizə 

Xidməti ilə razılaşdırılır. 

 46.  Balıq  Mühafizə  Xidməti  ilə  müvafiq  müqavilələr  bağlayan  ovçular  və  balıqçılar 

cəmiyyətlərinin vəzifələri: 

 İdman və həvəskar balıq ovu qaydalarına ciddi əməl etmək; 

 Balıq Mühafizə Xidməti ilə bağladıqları müqavilə şərtlərini yerinə yetirmək; 

 Balıq Mühafizə Xidməti ilə razılaşmaqla balıqartırma-meliorativ tədbirləri keçirmək; 

 su  obyektlərinə  gələn  həvəskar balıq  və  digər  su  bioresurslarının  ovunu  həyata 

keçirənlər üçün əlverişli şərait yaratmaq (balıq ovuna icazə alınması üçün məntəqələr, qayıq 

stansiyaları, gecələmək üçün yerlər, məişət tullantıları və zibilin mərkəzləşdirilmiş qaydada 

toplanması və daşınması, habelə digər xidmətlər);

 [7]

 



 su obyektlərinə gələn həvəskar balıq və digər su bioresurslarının ovunu həyata keçirənlərin və 

onlar  tərəfindən  ovlanan  balıqların  növlər  üzrə  çəkisi  və  sayının  mütəmadi  uçotunu 

aparmaq; 

 müqavilə  şərtlərinin  yerinə  yetirilməsi  üçün  cəmiyyətlərə  təhkim  edilmiş  su 

obyektlərinin  məhsuldarlığını  artırmaq  və  ixtiofaunanın  vəziyyətini  yaxşılaşdırmaq 

istiqamətində  rəy  hazırlanması  və  həyata  keçirilməsi  üçün  elmi-tədqiqat  təşkilatları  ilə 

razılaşma aparmaq; 

 Balıq  Mühafizə  Xidməti  ilə  razılaşma  əsasında  xüsusi  nişangahlara  uyğun  olaraq  su 

obyektlərinin sərhədlərini nişanlamaq. 

 47. İdman və həvəskar balıq ovu ilə məşğul olan vətəndaşların vəzifələri: 

 bu Qaydalara və su obyektinə təyin edilmiş balıq ovu rejiminə riayət etmək; 

 su obyektinin sanitar vəziyyətini lazımi səviyyədə saxlamaq, hövzənin sahilinin zibil və 

digər tullantılarla çirklənməsinə yol verməmək; 

 Ovçular və balıqçılar cəmiyyətlərinin üzvlərində şəxsiyyəti təsdiq edən üzvlük biletləri, 

balıq ovu icazə əsasında aparıldıqda isə icazə vərəqəsi olmalıdır; 

 su  obyektlərində  və  idman  balıq  ovu  bazalarında  ictimai  asayişi  pozmamaq, 

pozğunçuluğun qarşısının alınmasında bu Qaydaları pozanların yaxalanmasında Daxili işlər 

orqanlarının vəzifəli şəxslərinə kömək göstərmək

 su obyektlərinin sahillərindəki yaşıllığın qayğısına qalmaq; 

 su obyekti və onun sahillərindəki göstərici, lövhə və digər nişangahların sındırılması və 

sıradan çıxarılmasına yol verməmək. 

 48. Qadağandır: 

 Azərbaycan  Respublikasının  «Qırmızı  kitabı»na  daxil  edilmiş  balıq  növləri,  nərə  cinsli 

balıq  növləri,  Kür  qızılbalığı,  ağ  qızılbalıq  və  dəniz  məməlilərinin  idman  və  həvəskar  ovu 

məqsədləri ilə hər yerdə və il ərzində ovlanması; 

 Balıq  Mühafizə  Xidmətinin  razılığı  olmadan  həvəskar  balıqçılar  —  üçün  nəzərdə 

tutulmamış yeni ov alətləri və ov üsullarının tətbiqi ilə balıq ovu; 

 qadağan  edilən  ov  alətləri,  habelə  partlayıcı  və  zəhərləyici  maddələrlə  su  obyektinin 

yaxınlığında olmaq; 

 respublikanın bütün su hövzələrində il boyu balıq körpələrinin ovlanması; 

 sualtı  balıq  ovu  üçün  ixtisaslaşdırılmış  tapança  və  tüfənglərin  tətbiqi  istisna  olmaqla, 

partlayıcı və zəhərləyici maddə, odlu və pnevmatik silahların, həmçinin elektrik cərəyanının 

tətbiqi; 

 birləşdirici  magistral  kanallar  və  balıqçılıq  təsərrüfatı  meliorativ  sistemdə,  habelə 

şlyüzlü kanallarda balıq ovu; 

 qeydiyyatdan keçməmiş və ya gövdəsində dəqiq nömrəsi olmayan üzən vasitələrlə balıq 

ovu; 

 qoruqlar,  balıqartırma  vətəgələri  və  təsərrüfatlarında,  habelə  Kürağzı  qadağan 



zonasında balıq ovu; 

 ovçular  cəmiyyətlərinə  məxsus  olan  su  obyektlərində  sənaye  üsulu  ilə  balıq  ovunun 

aparılması. 

 49.  Ovçular  və  balıqçılar  cəmiyyətlərinə  idman  və  həvəskar  balıq  ovuna,  qadağan 

olunmuş  yerlər  və  müddətlər  istisna  olmaqla,  il  boyu  aşağıdakı  ov  alətlərindən  istifadəyə 

icazə verilir: 

 hər bir ov alətində qarmaqların sayı 3 ədəddən çox olmamaq şərtilə tilov və spininqlə; 

 Həvəskar  və  idman  balıq  ovu  zamanı  bir  balıqçı  eyni  zamanda  bir  neçə  ov  alətindən 

istifadə  edərsə,  bu  zaman  qarmaqların  ümumi  sayı  7  ədəddən  çox  olmamalıdır.  Su 



hövzəsində  olduğu  müddətdən  asılı  olmayaraq  gündəlik  normadan,  yəni  5  kq-dan  çox 

olmayaraq balıq ovlanması (Ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna 

edilir. Durna balığı və naxanın ovuna məhdudiyyət qoyulmur.); 

 lövbərciklə  ağırlaşdırılmış  balıqcıqlar  (metaldan)  ilə,  leskanın  uzunluğu  30  m-dən, 

diametri  0,7  mm-dən  artıq,  qarmağın  ölçüsü  12  nömrədən  çox  olan  tilovlarla  və  spininqlə 

balıq ovu; 

 bir  nəfərin  3  ədəddən  çox  xərçəngtutandan  istifadəsi  və  gün  ərzində  20  ədəddən  çox 

xərçəng ovlanması, habelə diametri 0,5 m-dən və 1 ədəddən çox domcadan istifadə etməsi, o 

cümlədən 1 kq-dan artıq krevet və digər onurğasızların ovlanması. 

 50. Ovlanmasına icazə verilən balıq və su onurğasızlarının minimum ölçüləri (sm ilə): 

  

Suf 


 43 

Çəki 


 40 

Çapaq 


 26 

Külmə 


 17 

Qarasol 


 17 

Xəşəm 


 41 

Kütüm 


 35 

Kefal 


 24 

Şamayı 


 18 

Şirbit 


 52 

Qarabel siyənək 

 20 

Şişqarın siyənək 



 14 

Xramulya 

 24 

Xərçəng 


 10 

  

 Balıqların ölçüləri ağzının bağlı vəziyyətində, burnunun ucundan quyruq üzgəcinin orta 



şüalarının  əsasına  qədər  olan  məsafəni  ölçməklə  təyin  edilir.  Xərçəng  isə  gözündən 

quyruğunun sonuna qədər məsafə ilə ölçülür. Ovlanmış balıqlar və xərçənglər təyin edilmiş 

ölçülərdən  kiçik  olarsa,  habelə  qadağan  edilmiş  balıq  növləri  ovlanarsa,  onlar  diri  halda 

yenidən həmin su obyektlərinə buraxılmalıdırlar. 

 51. Aşağıdakı müddətlərdə balıq ovu qadağandır: 

 Şabran limanında yanvarın 1-dən iyunun 15-nə qədər;



[8]

 

 körpə  balıqların  buraxılışı  zamanı  Şirvan  nərəbalıqartırma  zavodunun  nohurlarından 



Baş Şirvan kollektorunun mənsəbinə kimi sahədə iyun ayının 1-dən iyulun 20-nə qədər;

[9]


 

 Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə kimi 10 km-lik ərazidə 

aprelin 1-dən 30-na qədər; 

 Kür çayı ilə əlaqəsi olan su hövzələrində mayın 1-dən iyunun 30-nə qədər; 

 Azərbaycan  Respublikası  ərazisində  Xəzərə  axan  bütün  çaylarda  mayın  1-dən  iyunun 

30-na qədər; 

 krevetlərin kürüləmə müddətində iyun ayının 1-dən iyulun 1-nə qədər; 

 Şabran limanının  Xəzər  dənizi  ilə  birləşdirən  kanalın  və  onun  mənsəbindəki  hər  iki 

tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə yanvarın 1-dən avqustun 15-nə qədər; 

 xərçəng ovu mart ayının 1-dən iyulun 31-nə qədər. 

 52.  İdman  və  həvəskar  balıq  ovuna  6-cı  bənddə  göstərilən  sahələr  və  9-cu  bənddə 

göstərilən  müddətlər  istisna  olmaqla,  Azərbaycan  Respublikasının  bütün  su  obyektlərində 

icazə verilir. 



  

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       

29 iyun  2005-ci  il  tarixli  122



 

nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)

 

2.

       

8  aprel  2006-cı  il  tarixli  100



 

nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)

 

3.

       

13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)

 

4.

       

10  iyun  2008-ci  il tarixli 134 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 586)

 

5.

       

25  iyun  2010-cu  il  tarixli 122 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 566)

 

6.

       

26  aprel  2016-cı  il  tarixli 172 nömrəli



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  5  may  2016-cı  il,  №  96,  Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 826)

 

 



 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  



 

 

 



[1]

 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  12,  maddə  1336)  ilə 

«Azərbaycan  Respublikasında  balıq  ehtiyatlarının  mühafizəsi  və  balıq  ovu  Qaydaları»nın  12-ci 

bəndinin  on  üçüncü  abzasından,  26-cı  bəndinin  birinci  və  ikinci  abzaslarından,  27-ci,  30-33-cü 

bəndlərindən «xüsusi» sözü çıxarılmışdır. 

  

[2]


 

26  aprel  2016-cı  il  tarixli 172 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  5  may  2016-cı  il,  №  96,  Azərbaycan  Respublikasının  Qanunvericilik 



Toplusu, 2016-cı il, № 4, maddə 826) ilə “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi 

və  balıq  ovu  Qaydaları”nın  6-cı  hissənin  dördüncü  və  altıncı  abzaslarında  “balıq  ovlayan”  sözləri 

balıq və digər su bioresurslarının ovunu həyata keçirən” sözləri ilə əvəz edilmişdir.

 

  



 

[3]


 

29 iyun  2005-ci  il  tarixli  122

 

nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Azərbaycan 

Respublikasında  balıq  ehtiyatlarının  mühafizəsi  və  balıq  ovu  Qaydaları"nın  7-ci  bəndinin  beşinci 

abzasında  "Meliorasiya  və  Su  Təsərrüfatı  Komitəsinin"  sözləri  "Kənd  Təsərrüfatı  Nazirliyi  yanında 

Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin" sözləri ilə əvəz edilmişdir.

 

 

 



[4]

 

8  aprel  2006-cı  il  tarixli  100



 

nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Azərbaycan 

Respublikasında  balıq  ehtiyatlarının  mühafizəsi  və  balıq  ovu  Qaydaları"nın  7-ci  bəndinin  beşinci 

abzasında 

"Kənd 


Təsərrüfatı 

Nazirliyi 

yanında 

Dövlət 


Meliorasiya 

və 


Su 


Təsərrüfatı 

Agentliyinin" 

sözləri 

"Azərbaycan 

Meliorasiya 

və 


Su 

Təsərrüfatı 

Açıq Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilmişdir.

 

 



 

[5]


 

26  aprel  2016-cı  il  tarixli 172 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  5  may  2016-cı  il,  №  96,  Azərbaycan  Respublikasının  Qanunvericilik 



Toplusu, 2016-cı il, № 4, maddə 826) ilə “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi 

və  balıq  ovu  Qaydaları”nın  10-cu  hissənin  ikinci  abzasında  “balıq  ovlayanlara”  sözləri  “balıq  və 



digər su bioresurslarının ovunu həyata keçirənlərə” sözləri ilə əvəz edilmişdir.

 

  



[6]

 

26  aprel  2016-cı  il  tarixli 172 nömrəli



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  5  may  2016-cı  il,  №  96,  Azərbaycan  Respublikasının  Qanunvericilik 



Toplusu, 2016-cı il, № 4, maddə 826) ilə “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi 

və  balıq  ovu  Qaydaları”nın  18-ci  hissədə  “Balıq  ovlayanlara”  sözləri  “Balıq  və  digər  su 



bioresurslarının ovunu həyata keçirənlərə” sözləri ilə əvəzedilmişdir.

 

  



[7]

 

26  aprel  2016-cı  il  tarixli 172 nömrəli



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  5  may  2016-cı  il,  №  96,  Azərbaycan  Respublikasının  Qanunvericilik 



Toplusu, 2016-cı il, № 4, maddə 826) ilə “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi 

və balıq ovu Qaydaları”nın 46-cı hissənin beşinci abzasında “balıq ovlayanlar” sözləri “balıq və digər 



su  bioresurslarının  ovunu  həyata  keçirənlər”  sözləri  ilə,  altıncı  abzasında  “balıq  ovlayanların” 

sözləri “balıq və digər su bioresurslarının ovunu həyata keçirənlərin” sözləri ilə əvəz edilmişdir.

 

  

[8]



 25  iyun  2010-cu  il  tarixli 122 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2010-cu  il,  №  6,  maddə  566)  ilə  təsdiq 

edilmiş “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları”nın 17-

ci 


bəndinin 

ikinci 


abzasında 

və 


51-ci 

bəndinin 

ikinci 

və 


səkkizinci 

abzaslarında “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilmişdir. 

  

[9]


 10  iyun  2008-ci  il tarixli 134 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 586) ilə «Azərbaycan 

Respublikasında  balıq  ehtiyatlarının  mühafizəsi  və  balıq  ovu  Qaydaları»nın  51-ci  bəndinin  üçüncü 

abzasında «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilmişdir. 



 

Yüklə 176,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə