Qədim Azərbaycan fəlsəfi fikirin yaranması



Yüklə 200,36 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü200,36 Kb.
#76273
növüYazı

background image
 

 

Qədim Azərbaycan fəlsəfi fikirin 



yaranması 

 

Azərbaycan fəlsəfi fikirin formalaşması  bir neçə mərhələdən keçmişdir ki,  bunlardan biri 



də  orta  əsrlər  fəlsəfəsidir.  erkən  Orta  əsrlərdə  yanğın,  müharibə,  siyasi  və  dini  münaqişələr 

nəticəsində  yazılı  abidələrin  məhvi  bəhs  olunan  dövrlərə  aid  fəlsəfi  fikrin  tam  zənginliyi  ilə 

təsvir  və  tədqiqinə  imkan  vermir.  Buna  baxmayaraq,  əldə  olan  məlumatlar  aşağıdakı  qənaətə 

gəlmək üçün əsas verir: qədim dövr və erkən Orta əsrlərdə Azərbaycanın mədəni irsində fəlsəfi 

problemlərin  qoyuluşu  və  şərhi  metodları,  fəlsəfi  kateqoriyalardan  –  mövcudat,  başlanğıc,  son, 

maddə,  ruh,  nəfs,  zaman,  məkan,  həqiqət,  ədalət,  Xeyir  və  Şərdən,  onların  qarşılıqlı 

əlaqələrindən bəhs edilməsi Azərbaycan fəlsəfəsini Qədim dövr dünya fəlsəfi fikrinin ayrılmaz 

hissəsi kimi səciyyələndirir. Bu mülahizəni qədim yunan filosofları, tarixçiləri, eləcə də orta əsr 

və yeni dövr mənbələri də təsdiqləyir. Qədim dövrdə və erkən Orta əsrlərdə varlığın atomlardan 

yaranması,  maddi  və  qeyri-maddinin,  Xeyir  və  Şərin,  işıq  və  zülmətin  ziddiyyəti  və  vəhdəti, 

Allahın işıq və həqiqətlə eyniləşdirilməsi, idrakın dəyərləndirilməsi tərzi, sosial ədalət və utopik 

xoşbəxt cəmiyyət haqqında təsəvvür və nəzəri mülahizələr Azərbaycanda fəlsəfi fikrin təşəkkülü 

və inkişafının ideya əsaslarını təşkil etmişdir. 

Azərbaycan  fəlsəfi  fikrinin  inkişafında  VII-X  əsrlər  özünəməxsus  mərhələ  olmuşdur.  Bu 

dövrdə  artıq  fəlsəfi  fikrin  təməl  cərəyanları  formalaşmış,  ölkədə  fəlsəfənin  sonrakı  inkişafı 

xristian  və  İslam  mədəniyyətləri  məcrasında  davam  etmişdir.  Eramızın  I  əsrindən  Şimali 

Azərbaycanda (Albaniyada) mövcud olan xristianlığın artıq IV əsrdə dövlət dini elan edilməsilə 

Azərbaycanın mənəvi həyatı və fəlsəfəsi yunan-Roma mədəni-mənəvi arealı və bilavasitə Qüdslə 

bağlanır.  Alban  fəlsəfəsi  haqqında  müəyyən  məlumatı  Musa  Kalankatuklunun  “Albanların 

tarixi” əsəri verir. Burada həm də Albaniyada qnostisizm fəlsəfəsi və dualizm təmayüllü çoxsaylı 

bidətçi  ideoloji  cərəyanlar  və  onların  nümayəndələrinin  olması,  onların  Aluenin  baş  kilsəsi 

tərəfindən  lənətləndirilməsi,  Nerses  Bakurun  və  “filosofların  şöhrəti”  kimi  tanınan  yepiskop 

Karin  Teodorosun  erməni  katolikosu  Eliya  tərəfindən  təqibi,  Nerses  Bakurun  zəngin 

kitabxanasının çayda batırılması və onun xəlifə Əbdülməlikin əmri ilə edama məhkum edilməsi 

haqqında  məlumat  verilir.  Həmin  mənbədə  alban  şairi  Dəvdəkin  Cavanşirin  ölümünə  yazdığı 

ortodoksal xristianlıqdan fərqli, hikməti tərənnüm edən və yunan mifologiyası ilə bağlı elegiyası 

haqqında məlumat verilir. Bu dövrlərdə, həmçinin alban ilahiyyatçı-filosofları Sünikli Petros (VI 

əsr) və Sünikli Petros (VIII əsr) yaşayıb yaratmışlar. Sünikli Stepanos Davidin “Fəlsəfənin tərifi” 

və Porfirinin “Giriş” əsərlərinə yazdığı şərhlərlə tanınır. 

Alban  mədəni  abidələrinin,  əlyazmaları  kitabxanalarının  dəfələrlə  erməni  katolikosatının 

təşəbbüsü ilə siyasi maraqlar naminə qəsdən məhv edilməsi (suda batırılması, yandırılması) faktı 

hazırda  alban  fəlsəfi  əsərlərinin  Ermənistan,  Gürcüstan  və  Qüdsün  monastır  kitabxanalarında 



axtarılmasına əsas verir. 

 


Yüklə 200,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə