Qədim dövr və orta əsrlər Тarix və onun problemləri, №1 2014 49



Yüklə 104,84 Kb.
Pdf görüntüsü
tarix12.03.2018
ölçüsü104,84 Kb.
#31283


Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

49 

 

MƏTANƏT BƏHRƏMOVA 

AMEA-nın A.A.Bakıxanov adına 

Tarix İnstitutu “Qafqaz tarixi” şöbəsinin  k.e.i-si  

E-mail:  bahramova60@gmail.com 

 

DƏRBƏND XVI-XVIII ƏSRIN ƏVVƏLLƏRINDƏ 

  

Açar sözlər: Dərbənd, Şirvan Bəylərbəyi, Səfəvilər 

Ключевые слова: Дербент, Ширваншахи, Сефевиды 

Key words: Derbent, Shirvanshahs, Sefevids 

 

Azərbaycanın şimal-şərqində sərhəd şəhəri olan Dərbəndin tarixi həmişə diqqət  mərkə-



zində olmuşdur. Dərbəndin tarixi Azərbaycan, Rusiya – Dağıstan, Gürcüstan, həmçinin digər 

ölkələrin  tədqiqatçıları  tərəfindən  müəyyən  dərəcədə  araşdırılmış,  şəhərin  müxtəlif  dövrlər-

dəki  vəziyyəti  az-çox  işıqlandırılmışdır.  Onların  arasında  tarixçilər,  arxeoloqlar,  epiqraflar, 

şərqşünas alimlər əsas yer tutur. Həmin tədqiqatçıların Dərbəndə həsr olunmuş əsərlərinə diq-

qət yetirdikdə bir məsələ bariz şəkildə nəzərə çarpır: məlum olur ki, heç də tədqiqatçıların ha-

mısı şəhərin tarixini olduğu  kimi, obyektiv, tarixi reallığa uyğun araşdırmamışlar; Rusiya və 

Dağıstan alimləri Dərbəndə bütün tarix boyu Rusiya ərazisi kimi yanaşmış və əsərlərində bu 

şəhəri Rusiya şəhəri kimi (xüsusilə, 1806-cı ilədək) qələmə vermişlər. Azərbaycan tarixşünas-

lığında isə bu  məsələdə digər nöqteyi-nəzər  mövcuddur və şəhərin XIX əsrin əvvəllərinədək 

Azərbaycana məxsusluğu vurğulanır. 

Dərbəndin  Səfəvilər  dövrü  tarixi  tarixşünaslıqda  daha  geniş  planda  işıqlandırılmışdır. 

İstər Azərbaycan alimləri, istərsə də, rus və başqa xalqların nümayəndələri şəhərin həmin dövr 

tarixinə diqqət yetirmiş və burada baş vermiş hadisələri qələmə almışlar. Bunu nəzərə alaraq, 

Dərbəndin  XVI-XVIII  əsrin  əvvəllərindəki  tarixşünaslığına  ayrıca  yer  verilməsi  məqsədəuy-

ğun hesab olunmuşdur. 

Məlum  olduğu  kimi,  Azərbaycanın  Səfəvilər  dövrü  tarixi  görkəmli  alimlərimizin  – 

O.Ə.Əfəndiyevin (1), Ə.Ə.Rəhmaninin (2), M.X.Heydərovun (3;4;5), C.B.Aşurbəylinin (6;7), 

Y.M.Mahmudovun  (8),  M.Memətovanın  (9),  S.A.Məmmədovun  (10),  Ş.F.Fərzəliyevin  (11), 

eləcə də, S.M.Onullahinin, M.A.Seyfəddininin, Ə.Rəcəbovun və s. müəlliflərin əsərlərində bu 

və ya digər dərəcədə işıqlandırılmışdır. Dərbəndin XVIII əsrin  I yarısına dair tarixi isə H.B. 

Abdullayevin,  F.M.Əliyevin,  T.T.Mustafazadənin,  C.M.Mustafayevin  və  başqalarının  əsərlə-

rində öz əksini tapmışdır. 

T.e.d., prof., AMEA müxbir üzvü O.Ə.Əfəndiyevin elmi araşdırmalarının məcmuu kimi 

oxuculara  təqdim  olunan  “XVI  əsr  Azərbaycan  Səfəvilər  dövləti”  monoqrafiyasında  (rusca) 

Dərbəndin XVI əsr tarixi, demək olar ki, lazımi səviyyədə işıqlandırılmışdır (1). Azərbaycanın 

XVI  əsrin  sonu  –  XVII  əsr  tarixi  t.e.d.  Ə.Ə.Rəhmaninin  monoqrafiyasında  işıqlandırılır  (2, 

s.28). 

Azərbaycan  şəhərlərinin,  o  cümlədən  Dərbəndin  səfəvilər  dövrü  tarixinin  tədqiqində 



t.e.d. M.X. Heydərovun təqdirəlayiq xidmətləri olmuşdur. Onun əsərlərində şəhərin göstərilən 

dövrdəki ictimai-iqtisadi vəziyyəti, təsərrüfat həyatı barədə faktlar az deyildir (3; 4; 5). 

Dərbənd  Xəzər  dənizi  ilə  Qafqaz  sıra  dağları  arasında  mühüm  strateji  mövqedə  yerlə-

şərək, tarixən bu bölgədə baş  verən hadisələrin  mərkəzlərindən birinə çevrilmişdir.  Son orta 

əsrlərdə  Dərbənd  çox  mürəkkəb,  keşməkeşli  tarixi  yol  keçmişdir.  Şəhərin  yerləşdiyi  coğrafi 



Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

50 


ərazi, strateji mövqeyi – bir tərəfdən uca dağlarla, digər tərəfdən Xəzər dənizi ilə əhatələnən 

keçid məntəqəsi olması onun daima diqqət mərkəzində qalmasına səbəb olmuşdur. 

XVI əsrin ortalarına yaxın Dərbənd vilayətinin tərkibi səfəvilərin nüfüz dairəsinə düşür 

və  bu  dövlətin  süqutuna  kimi  əsasən  həmin  vəziyyətdə  qalır.  Dərbənd  XVI-XVII  əsrlərdə 

gedən səfəvi-osmanlı müharibələrinin meydanına çevrilir. Osmanlıların şəhəri ələ keçirmələ-

rindən sonra Şirvan ərazisi 2 bəylərbəyliyinə  - Şamaxı  və Dərbənd bəylərbəylikliyinə ayrılır. 

Şamaxı  bəylərbəyliyi  16  sancaqdan,  Dərbənd  bəylərbəyliyi  isə  8  sancaqdan  ibarət  olur:  Də-

mirqapı, Şabran, Axtı, Quba, Müşkür, Kürə, Çıraq və Rustov. Osmanlıların bu inzibati bölgü-

sü XVII əsrin əvvəllərində I Şah Abbasın türklər üzərindəki parlaq qələbəsi və Şirvanın (eləcə 

də Dərbəndin) azad edilməsindən sonra ləğv olundu. 

Səfəvi-Şirvanşah münasibətləri mürəkkəb və gərgin olaraq qalırdı. Dərbənd şəhəri tərəf-

lər arasında gedən siyasi-diplomatik danışıqlarda və baş vermiş hadisələrdə müəyyən mövqe 

tuturdu.  1500-1501-ci  illərdə  səfəvilərin  Şirvana  olan  ilk  yürüşündə  Fərrux  Yəsar  öldürüldü, 

onun mülkü isə Şah İsmayılın əlinə  keçdi.  Lakin, Fərrux Yəsarın oğlu  Şeyxşah (1502-1524) 

səfəvilərə itaətdən boyun qaçırdığı üçün I Şah İsmayıl 1509-cu ildə bir daha Şirvana yürüş təş-

kil etdi. Səfəvilərin ilk yürüşünün Dərbəndə təsiri çox olmasa da, 1509-cu ildəki yürüş bu ba-

xımdan  diqqəti  cəlb  edir.  Həmin  ildə  Şah  İsmayılın  Şirvana  olan  yürüşü  və  Dərbəndi  zəbt 

etməsi dövrün ilk mənbələrində öz əksini tapmışdır. Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazinin 

1570-ci  ildə  Ərdəbildə  yazılmış  “Təkmilətül-əxbar”  və  Qazi  Əhməd  Quminin  1591-ci  ildə 

tamamlanmış  “Xülasət  ət-təvarix”  əsərləri  bu  baxımdan  diqqətəlayiqdir.  Əbdi  bəy  Şirazinin 

məlumatlarından  aydın  olur  ki,  Şah  İsmayıl  ətraf  ərazilərdə  öz  işlərini  səhmana  saldıqdan 

sonra,  1509-cu  ilin  ortalarında  Azərbaycana  qayıtdı  və  bir  müddət  Təbrizdə  qaldıqdan  sonra 

qış vaxtı Şirvana yürüşə başladı. Bu zaman Şirvanşah Şeyxşah Fərrux Yasar Biqurd qalasına 

çəkilməli  olur.  Lakin  Baki  və  Şabran  qalalarının  qalabəyləri  Şah  İsmayılın  dərgahına  pənah 

gətirirlər (12, s.42). Dərbənd qalasının hakimləri – qalabəyləri Yarəhməd ağa və Məhəmməd 

bəy isə Şah İsmayıla qarşı çıxdılar və onun hüzuruna gəlməkdən boyun qaçırdılar. Buna cavab 

olaraq  Şah  İsmayıl  Dərbəndə  tərəf  hərəkət  edir  və  qalanı  ələ  keçirir.  Vəziyyətin  ağırlığını 

görən Yarəhməd ağa və Məhəmməd bəy Şah İsmayılın hüzuruna gəlir. Şah İsmayılın göstərişi 

ilə  Dərbənd  qalasının  idarəsi  Mənsur  bəy,  Şirvanın  başqa  ərazilərin  idarəsini  isə  Lələ  bəyə 

tapşırılır. Həmin bu səfər zamanı Şah İsmayıl atası Şeyx Heydərin sümüklərini Tabasarandan 

Ərdəbilə gətirdir və az sonra özü Qarabağa qışlamağa gedir (12, s.42). Dövrün digər tarixçisi 

Qazi Əhməd Quminin əsərində də Dərbəndin fəthi təxminən elə əvvəlki müəllifin məlumatına 

əsasən  qələmə  alınmışdır.  Onun  yazdığına  görə,  Xoydan  Şirvana  yürüş  edən  Şah  İsmayılın 

gəlişi Şirvanşah Şeyxşah Fərrux Yasarın Biqurd qalasına çəkilməsinə səbəb oldu. Şah İsmayıl 

qoşununun bir hissəsini  Şamaxıya  göndərir özü isə Bakıya tərəf hərəkət edir. Bakı qalasının 

kutvalı şəhər darvazalarının açarlarını və qiymətli hədiyyələri Şah İsmayıla təqdim edir. Şah 

İsmayıl  burdan  Şabrana,  daha  sonra  isə  Dərbəndə  gedir.  Hər  iki  şəhər  fəth  olunur.  O,  atası 

Şeyx  Heydərin  Tabasaranda  gizli  bir  yerdə  dəfn  olunmuş  cənazəsinin  Ərdəbilə  aparılması 

barədə əmr verir və cəsəd Şeyx Səfiyyədin türbəsini yanında dəfn olunur (13, s.67). 

Digər görkəmli tarixçi İskəndər bəy Münşi isə həmin səfərin nisbətən daha geniş şərhini 

vermişdir. Müəllifin məlumatına görə bu yürüşlərin səbəbi Şirvan hakimi Şirvanşah Şeyxşahın 

səfəvilərə  vergi  (bac  və  xərac)  ödəməkdən  boyun  qaçırmaları  olmuşdur.  Buna  cavab  olaraq 

səfəvi ordusu Cavad keçidində düşərgə salaraq Şirvana daxil olur. Şirvanşah isə Biqurd qala-

sında sığınacaq tapır. Müəllifin sözlərinə görə Şah İsmayıl “təntənə ilə Şirvana gəlib bu vila-

yətin idarəsini  Lələ-bəyə həvalə edir, o isə  Şamaxıda  məskunlaşır Bakı  və  Şabran qalaların-

dakı  qarnizonlar  itaət  göstərərək  qalanın  açarlarını  ona  təqdim  edirlər”.  Dərbənd  əhalisi  isə 




Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

51 

müəllifin  sözlərinə  görə,  qalanın  keçilməz  olması  və  qala  divarlarının  yüksəkliyinə  arxayın 

olub  bir  neçə  gün  öz  mövqelərini  saxlaya  bilirlər,  lakin,  son  nəticədə  tabe  olaraq  aman  istə-

yirlər. 


Şah İsmayıl həmin qış Şirvanı tərk edib Qarabağa gəlir və yazın əvvəllərində Sultaniyyə-

yə yola düşür. Bu yürüş zamanı İsmayıl atasının cəsədinin qalıqlarını Tabasarandan Ərdəbilə 

yola salır (14, s.36). Həmin hadisə ilə Xandəmirin məlumatından aydın olur ki, Şah İsmayıl bu 

zaman Mənsur bəyi Dərbənd hakimi təyin edir, Şirvanın qalan ərazilərinin idarəsini isə Lələ 

bəyə tapşırır (14, s.36). Şah İsmayıl Dərbənddəki qüvvələrini möhkəmləndirmək məqsədi ilə 

İraqda yaşayan bayatların bir hissəsini buraya köçürür. 

Yuxarıda sadalanan ilk mənbələrin məlumatları Dərbənd şəhərinin, Şirvanın digər şəhər-

lərindən  fərqli  olaraq,  səfəvi  hökmdarlarına  qarşı  mübarizə  ruhunda  kökləndiyini  söyləməyə 

imkan verir. Bu yürüş zamanı Dərbənd müdafiəçiləri və qalabəyiləri  - Yarəhməd ağa və Mə-

həmməd  bəy  Dərbəndin  alınmaz  qala  olmasına  və  Dağıstanın  digər  hakimlərinin  yardımına 

güvənərək  (15,  s.311)  qızılbaş  ordusuna  ciddi  müqavimət  göstərirlər.  Əhali  qızılbaşlara  daş, 

ox atır və beləliklə onların qalaya daxil olmasının qarşısını alırdı (16, s.268). 

Rafael  dyu  Mana  istinad  edən  S.M.  Onullahinin  yazdığına  görə,  1509-cu  ildə  qızılbaş 

ordusu Dərbənd qalasını mühasirə edərkən qala əhalisi tüfəngdən istifadə etmiş və qarşı tərəfə 

toplardan atəş açmışdı (17, s.117). Yeri gəlmişkən qeyd etmək lazımdır ki, tarixi ədəbiyyatda 

qızılbaşların Dərbəndə yürüşünün 1510-cu ildə həyata keçirildiyi də öz əksini tapmışdır (15, 

s.311). Dərbənd qalası mühasirə olunduqdan sonra onun ələ keçirilməsi üçün bir çox cəhdlər 

olundu.  5  gün  davam  edən  döyüşlərdə  qızılbaşlar  qala  divarlarının  altından  12  lağım  atırlar. 

Yalnız  bundan  sonra  qalaya  daxil  olmaq  mümkün  olur  və  müdafiəçilər  silahı  yerə  qoyur. 

Yarəhməd ağa və Məhəmməd bəy kəfənə bürünərək boyunlarına qılınc qoyub Şah İsmayılın 

düşərgəsinə gəlirlər və itaətlərini bildirirlər (18, s.67; 10, s.268; 19, s.196). Dərbənd əhalisi və 

qalabəyləri  son  nəticədə  məğlub  olsalar  da,  səfəvi  şahının  nüfuzunu  qəbul  etməməyə  cəhd 

göstərmiş  və  Şah  İsmayıla  qarşı  mübarizə  aparmışdır.  Bu  isə  Dərbəndin  özünün  baş  vermiş 

tarixi hadisələrdəki mövqeyinin müəyyənləşdirilməsinə kömək edir, şəhər əhalisinin müstəqil-

lik uğrundakı mübarizəsini göstərir. Bütün bunlara baxmayaraq, Dərbənd şəhəri eləcə də, Şir-

van bir daha səfəvi şeyxləri tərəfindən tutulur. Bundan sonra Şirvan şahları II İbrahim Şeyxşah 

(1502-1524)  və  II Xəlilullah (1524-1535) səfəvilərin  vassalına çevrildilər (6, s.103). Tərəflər 

arasında  münasibətlər  nisbətən  sabitləşdi,  qohumluq  əlaqələri  yaradıldı,  hətta  Şah  İsmayılı 

şirvanşahın qızı ilə evləndi və 1523-cü ilin noyabrın 5-də Təbrizdə təntənəli toy mərasimi ke-

çirilir (16, s.269). 

Şirvanşah-səfəvi münasibətləri XVI əsrin 30-cu illərində yenidən gərginləşdi. Bunun sə-

bəblərindən biri həmin dövrdə şiddətlənən səfəvi-osmanlı münasibətləri idi. Səfəvilər osmanlı-

ların həmlələrinin qarşısını çox çətinliklə ala bilirdilər. Yerlərdə də səfəvilərə qarşı münasibət 

yaxşı deyildi. Bu zaman Dərbənd əhalisi səfəvilərin şəhərdəki nümayəndəsini qovub şah xəzi-

nəsinə vergi ödəməkdən boyun qaçırdılar (15, s.312). Çox keçmədən Şirvanda Qələndər (dər-

viş) üsyanı baş verir (1537). Bundan istifadə edən səfəvi şahı I Təhmasib (1524-1576) qardaşı 

Əlqas  Mirzənin  başçılığı  ilə  Şirvana  20.000  nəfərlik  qoşun  yeridir,  şirvanşah  dərbəndlilərin 

fəaliyyətinə  son  qoyur  və  ölkə  ərazisini  Səfəvilər  dövlətinin  tərkibinə  qatır.  Şirvanın  və  az 

sonra  Şəki  ərazisinin  (1551)  Səfəvilər  dövlətinin  tərkibinə  qatılması  mütərəqqi  hadisə  idi: 

ölkənin bütün vilayətlərinin vahid dövlətin tərkibində birləşdirilməsi Azərbaycanın iqtisadi və 

mədəbi  birliyi,  etnik  konsolidasiyası  üçün  şərait  yaradır  (19,  s.198-199,  8,  s.82).  Dərbəndin 

son hadisələrdəki mövqeyi barədə isə ilk mənbələrdə və eləcə də tarixi ədəbiyyatda müəyyən 




Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

52 


faktlara təsadüf olunur. Şəhər Şirvanın tərkibində səfəvilərin nüfuz dairəsinə düşmüş və gələ-

cək taleyi bu dövlətlə sıx bağlı olmuşdur. 

XVI əsrin 70-ci illərində Səfəvi dövlətinin daxili və xarici vəziyyəti əsaslı şəkildə dəyi-

şir.  I  Təhmasibin  ölümündən  sonra  oğulları  arasında  gedən  hakimiyyət  davasından  istifadə 

edən Osmanlı sultanı  III Murad (1574-1595)  sünni-şiə qarşıdurmasından istifadə edərək  Şir-

vanda qızılbaşlara qarşı üsyan qaldırır. II Murad Krım xanı II Məhəmməd Gəray xan və Da-

ğıstan hakimlərini də bu məsələlərə qataraq ozu Gürcüstana hücum edir. Bununla da 1555-ci il 

müqaviləsi pozulur və yeni Səfəvi-Osmanlı müharibəsi başlayır (19, III - 206-207) qısa müd-

dətə Şəki, Ərəş, Qəbələ, Şamaxı, Bakı, Şabran, Dərbənd, Salyan, Mahmudabad və s şəhərlər 

osmanlıların əlinə keçir. 

Dərbənd  şəhəri  daxil  olmaqla  Dərbənd  malikanəsi  osmanlıların  nüfuz  dairəsinə  daxil 

olur. Hələ şəhərə daxil olmamışdan türklər şəhərdə iğtişaş yaradaraq Səfəvi hakimi Çiraq xəli-

fənin 300 qızılbaşla şəhər əhalisi tərəfindən öldürülməsinə nail oldu (1, 155). 

İşğaldan  sonra  yeni  ərazi  bölgüsü  aparıldı  Şirvan  və  Dərbənd  bəylərbəyliyi  yaradıldı. 

Dərbənd  bəylərbəyliyinə  2  sancaq  və  5  liva  daxil  idi.  Şabran  və  Axtı  sancaqları  və  Quba, 

Müşkür, Kürə, Çiraq və Rustov livaları. 

XVI-əsrin 80-ci illərində Azərbaycanda bir tərəfdə səfəvi xanədanı uğrunda şiddətlənən 

ara  müharibələri,  digər  tərəfdən  osmanlıların  zəbt  etdikləri  ərazilərdə  möhkəmlənə  bilmək 

üçün  göstərdikləri  cəhdlər  vəziyyəti  tamamilə  gərginləşdirmişdi.  Bu  illərdə  türklər  Dərbəndi 

əldə saxlamaq üçün  bir sıra tədbirlər həyata  keçirirdilər. Belə  ki,  Dərbənd daxil olmaqla bir 

çox işğal edilmiş ərazilərdə əhalinin istismarı hesabına idarə etmək artıq çətinləşmişdi. Əhali 

osmanlı qarnizonu əsgərlərinin ehtiyaclarını təmin etməkdən imtina edirdilər və Osmanlı hö-

küməti bura maddi yardım göndərməli olurdu. Bu haqda ingilis səyyahı Xristofer Berrou mə-

lumat verir. 

XVI-əsrin 70-80 illərində şəhər iki rəqib arasında qalaraq çox ağır  günlər  keçirirdi.  Sə-

fəvi xanədanını başına keçən I Şah Abbasla Osmanlı arasında 1590- cı ildə İstanbul sülhü im-

zalanır. Sülhə əsasən Dərbənd Osmanlı nüfuz dairəsində qalır  və bu  vəziyyət XVII əsrin əv-

vəllərinədək  davam  edir.  Dərbən  Osmanlı  üçün  vacib  məntəqə  idi.  Belə  ki,  şəhərin  əlverişli 

cöğrafi şəraiti onu türklər üçün vazkeçilməz edirdi. Şəhərin strateji əhəmiyyətini nəzərə alan 

türklər onun müdafiəsinin möhkəmləndirilməsi üçün əllərindən gələni edirdilər. 

XVII əsrin başlanğıcı səfəvi-osmanlı münasibətlərində yeni bir dövr, mərhələ açdı. Səfə-

vilər dövlətinin daxili  və xarici  vəziyyətinin  möhkəmləndirilməsinə  kifayət qədər nail olan I 

Şah Abbas osmanlılar tərəfindən tutulmuş ərazilərin azad olunması məqsədilə əsaslı tədbirlər 

həyata keçirməyə başladı. O, bir tərəfdən Herat yaxınlığında Dinməhəmməd xan Özbəyin or-

dusunu  məğlub  etməklə  (29.VII.1599)  öz  qüdrətini  nümayiş  etdirdisə,  digər  tərəfdən  Alma-

niya,  İspaniya  və  s.  Avropa  ölkələri  və  Rusiya  ilə  diplomatik  əlaqələr  yaratdı,  osmanlılara 

qarşı mübarizədə onlarla ittifaqa  girdi. Səfəvi hökuməti 1604-cü ildə Moskvaya öz elçilərini 

göndərdi. Moskvadan qayıdan elçinin verdiyi məlumata görə, Böyük Moskva knyazı osman-

lıları Dərbənddən çıxarmaq üçün kömək məqsədilə bir neçə min mahir döyüşçüdən ibarət və 

ağır  toplarla  təchiz  olunmuş  hərbi  hissə  yola  salmışdır.  Hətta,  Şah  Abbas  göstəriləcək  hərbi 

yardım müqabilində Dərbənd və Bakını Rus (Moskva) dövlətinə bağışlamaq fikrində idi. Eyni 

zamanda, XVII əsrin əvvələrində  Azərbaycanın müxtəlif yerlərində osmanlılara qarşı üsyan-

lar,  iğtişaşlar  baş  verdi.  Vəziyyətdən  bəhrələnən  Şah  Abbas  Azərbaycana  yürüşə  başladı 

(14.IX.1603). 1605-ci ilin noyabrın 7-də Təbrizin 6 fərsəxliyində (təx. 40 km) Sufiyanda baş 

vermiş  döyüşdə  osmanlı  ordusu  ağır  məğlubiyyətə  uğradı.  Gəncə  (5.VII.1606),  Lori,  Tiflis, 



Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

53 

Dmanisi  və  s.  qalalar  ələ  keçirildi.  Qarşıda  Şirvanın  və  Dağıstanın  azad  olunması  vəzifəsi 

dururdu (19, 257). 

1607-ci  ilin  yanvarın  9-da  Şamaxı  üzərinə  yürüş  başlandı.  Bakıda  və  Dərbənddə  os-

manlılara qarşı üsyanlar baş verdi. Bakının və Dərbəndin osmanlılardan azad olunması dövrə 

dair ilk mənbələrdə, xüsusilə də, İskəndər Münşinin “Tarix-i aləm – arayi – Abbasi” əsərində 

şərh  olunmuşdur.  Müəllif  əsərində  bu  hadisəyə  xüsusi  bölmə  həsr  etmişdir:  “Fələyə  ucalan 

Badkubə  və  Dərbənd  qalalarının  tayı-bərabəri  olmayan  Xudavəndənin  istəyi,  iqbalı  və  əbədi 

dövlətin gücü ilə alınmasının zikri”. O, ilk növbədə Bakının və Dərbəndin təbii-coğrafi möv-

geyindən  danışır,  Narınqalanın  ucalığını  və  dənizin  ortasına  qədər  çəkilmiş  şəhər  divarlarını 

vəsf edir. Eyni zamanda müəllif hər iki qalada kutval və gözətçilərin sayının çox olmadığını, 

cəmi  2-3  yüz  adamdan  ibarət  olduqlarını  bildirir  və  onların  da,  döyüşçülər  silkinə  mənsub 

olduqlarından,  ulufə  və  timar  sahiblərinə  çevrildiklərini  xəbər  verir.  Müəllifin  son  məlumatı 

osmanlıların adı çəkilən qalalarda güclü hərbi qüvvəyə malik olmadıqlarını göstərir. 

Bakının azad olunması çox da çətin başa gəlmədi və şəhərin idarəsinə səfəvi nümayən-

dəsi təyin olundu. Səfəvilərin bu qələbəsi bütün Şirvana, o cümlədən, Dərbəndə də təsir etdi. 

Müəllifin yazdığına görə, Dərbənd əhalisinin nümayəndələri “öz yerlərini tutmaq üçün” döv-

lətxahlıq məqamına (hökmdarın hüzuruna) gəldilər. Bu işdə Şirvanın tanınmış dövlət xadim-

lərindəm olan Xacə Məhəmməd Dərbəndinin oğlu çox səy göstərdi. 

XVII  əsrin  ilk  illərində  Səfəvilər  bir  qədər  özlərini  toplayaraq  itirilmiş  torpaqları  geri 

almaq uğrunda mübarizəyə başlayırlar. I Şah Abbasın Bakı və Dərbənd üzarinə yürüşünü ta-

rixçi İskəndər Münşi “Tarix-i aləm-arayi- Abbasi” əsərində təsvir edib. Əvvəlcə Bakı ardından 

Dərbənd  ələ  keçirilir.  Oamanlı  Səfəvi  müharibələri  uzun  illər  davam  edir.  Tərəflər  arasında 

İstanbul  (17.X.1612)  və  Sərab  (26.IX.1618)  sülhləri  bağlanır.  Osmanlı  torpaqların  böyük 

əksəriyyətini itirir. I Şah Abbasın ömrünün sonuna yaxın bütün Azərbaycan, Şərqi Gürcüstan 

və  İraqi-Ərəb  səfəvilərin  nüfuz  dairəsində  idi.  Onun  ölümü  ilə  vəziyyət  yenidən  gərginləşir. 

IV Murad dəfələrlə Azərbaycan ərazisinə hücum edir. Tərəflər arasında 1639-cu ildə Qəsri –

Şirin sülhü imzalanır. Bu sülh XVII əsrin II rübünə kimi tərəflər arasında münasibətləri niza-

ma salır. 

Digər şəhərlər kimi Dərdənb də həmin dövrdə Səfəvi dövlətinin tərkibinə daxil idi. I Şah 

Abbah  Dərbəndə  xüsusi  diqqət  yetirirdi.  İlk  növbədə  sünniləri  şəhərdən  qovaraq  İran  ərazi-

sindən  Şiə  əhalisini  şəhərə  köcürür.  Bütün  bu  tədbirlər  yerli  xalqın  narazılığına  səbəb  olur 

(18.320-321). XVII əsrin son rübündə səfəvilərin vəziyyəti nisbətən sabitləşməyə başlayır. 

Artıq  XVII  əsrin  əvvəllərində  Səfəvi  dövlətinin  zəifləməsi  və  ölkədə  gedən  iqtisadi-

siyasi tənəzzül həmçinin xalq üsyanları vəziyyəti qeyri-stabilləşdirməyə başlayır. 1724-cü ildə 

bağlanmış İstanbul müqaviləsinə görə Azərbaycanın qərb və cənubi-qərb əraziləri osmanlılara 

verilir  və  1735-ci  ilədək  türklərin  əlində  qalır.  Azərbaycanın  Xəzəryanı  əyalətləri  isə  hələ 

1722-ci  ildən  Rusiya  tərəfindən  işğal  olunmağa  başlamışdı.  Bu  müqavilə  ilə  Azərbaycan  iki 

əsas bölgəsini itirir (19, III. 347-365). 

XVIII əsrin ilk yarısında Azərbaycanda və ümumiyyətlə, Qafqazda, nisbi sakitlik müəy-

yən dərəcədə davam etsə də zaman keçdikcə regionda siyasi vəziyyət yenidən gərginləşməyə 

başlayır. Bunun əsas səbəblərindən biri Səfəvilər dövlətinin zəifləməsi və iqtisadi və siyasi cə-

hətdən tənəzzülü, ölkədə xalq hərəkatının qüvvətlənməsi idi. Şirvanda 1707-ci ildə baş vermiş 

Car-Balakən üsyanı, 1709-cu ildə qalxmış digər üsyan, 1711-ci ildə carlıların yeni üsyanı siya-

si  vəziyyətin  gərginləşməsinə  az  təsir  göstərnədi.  A.P.Volınskinin  yazdığına  görə,  Azərbay-

canda nadir yerlər qalmışdır ki, üsyan baş verməmiş olsun. Hacı Davudun başçılığı ilə qalxan 




Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

54 


xalq hərəkatı isə daha geniş vüsət aldı. Bu hərəkat 1719-cu ildə başa çatdı və Hacı Davud tu-

tulub Dərbənd həbsxanasına salındı (19, III. 349-354). 

Azərbaycanın və bölgənin həmin dövrdəki xarici vəziyyəti də çox gərginləşmişdi. Bura-

da Rusiya, Türkiyə və İranın maraqları toqquşurdu. Rusiya və Türkiyə mümkün olduqca daha 

çox əraziləri zəbt etmək, İran isə bu ərazilərdəki mövqeyini qoruyub saxlamaq uğrunda müba-

rizə aparırdı. Baş vermiş hadisələr son nəticədə Azərbaycanın bir hissəsinin Türkiyənin əlinə 

keçməsinə, digər hissəsinin Rusiyanın nüfuz dairəsinə düşməsinə gətirib çıxardı. 1724-cü ildə 

bağlanmış İstanbul müqaviləsinə görə, Azərbaycanın qərb və cənubi-qərb əraziləri osmanlılara 

verildi və 1735-ci ilə qədər onların əlində qaldı. Azərbaycanın Xəzərboyu əyalətlərinin Rusiya 

tərəfindən işğalı isə hələ 1722-ci ildən başlandı və yenə də 1735-ci ilə kimi Rusiyanın nüfuz 

dairəsində qaldı. Beləliklə, Azərbaycanın iki mühüm bölgəsi itirildi. 

Tarixi  şəraitlə  qısa  tanışlıqdan  göründüyü  kimi,  XVIII  əsrin  ilk  rübü  Azərbaycan  üçün 

heç  də  xoşagələn  bir  dövr  deyildi.  Məqsədimiz  Dərbənd  şəhərinin  tarixini  araşdırmaq  oldu-

ğundan əsas diqqətin bu şəhərin həmin dövrdəki vəziyyətinə, bölgədə, xüsusilə də Rusiya ilə 

cərəyan edən hadisələrdəki mövqeyinə yönəldilməsi məqsədəuyğundur. Tarixi mənbələr, rəs-

mi sənədlər, eləcə də, tarixşünaslıqda mövcud olan çoxsaylı faktlar Dərbəndin həmin dövrdə 

baş vermiş hadisələrdə çox mühüm rol oynadığını deməyə imkan verir. 

Məlum  olduğu  kimi,  I  Pyotr  Xəzərin  qərb  əyalətlərinin  ətraflı  öyrənilməsi  məqsədilə 

hələ  1716-cı  ildə  A.P.Volınskinin  başçılığı  ilə  Səfəvilər  dövlətinə  xüsusi  nümayəndə  heyəti 

göndərir və ona regiondakı vəziyyətin dərindən öyrənilməsini tapşırır. A.P.Volınski Astarxan-

dan Dərbənd (28.VIII.1716) - Niyazabad (30.VIII.- 1716), Şamaxı (27.IX-4.XII.1716), Muğan 

(7.XII.1716)  –  Təbriz  (27.XII.-  1716)  marşrutu  üzrə  gedir  və  sonra  İran  şəhərlərini  keçərək 

İsfahana çatır. Bir müddətdən sonra o, geri gayıdır və uzun müddət  – 7 aya yaxın Şamaxıda 

qalır.  Həmin  dövrdə  A.P.Volınski  Şirvandakı  vəziyyəti  araşdırıb  I  Ryotra  məlumat  verir.  Bu 

məlumat  Pyotrun  gələcək  yürüşləri  üçün  çox  vacib  idi.  Onun  məlumatında  Dərbənd  ətrafı 

dağlarda yaşayan ləzgilərdən 8000 nəfərin  Ağdaşa tərəf hərəkət etdiyi, şəhəri dağıtdıqları  və 

Şamaxıya soxulmaq niyyətində olduqları barədə də qeydlər vardır. 

Şirvanda Hacı Davudun rəhbərliyi ilə baş vermiş və müəyyən müddət davam etmiş xalq 

hərəkatında da Dərbənd şəhərinin rolu az olmamışdır. Hacı Davud 1719-cu ildə həbs olunduq-

da Dərbənd qalasına salınır, daha sonra, Hacı Davud Quba və Dərbəndi tutmaq niyyətinə dü-

şür (1720). Bundan ehtiyat edən şəhər naibi İmanqulu bəy İrana qaçır. Lakin, Dərbəndi tutmaq 

Hacı Davuda nəsib olmur. 

Nəhayət, I Pyotrun Xəzərsahili bölgələrə yürüşü başlandı. Bu yürüş əslində 1723-cü ildə 

həyata keçirilməli idi. Rusiya hökuməti  Səfəvilər dövlətindəki acınacaqlı vəziyyətdən bəhrə-

lənmək vaxtının gəlib çatdığını hiss edib yürüşü 1 il əvvəl, yəni 1722-ci ildə reallaşdırdı. Əs-

lində, Rusiyanın Xəzərsahili bölgələrə yürüşü 2 dövlətin – İran və Rusiyanın razılığı ilə həyata 

keçirilirdi.  İ.P.Petruşevski  bu  məsələ  ilə  əlaqədar  bildirir  ki,  Xəzər  dənizinin  Dağıstan  və 

Azərbaycana aid sahillərinin ocmanlıların əlinə keçməsi nə Rusiya və nə də Səfəvilər dövləti 

üçün əlverişli deyildi. Hər iki tərəfin ümumi ticarət və xarici siyasi maraqları onları bu məsə-

lədə birləşməyə sövq edirdi. I Şah Abbas hələ osmanlılarla sülh bağlamamışdan əvvəl Moskva 

hökumətinə elçi göndərir, osmanlılara qarşı birgə hərbi yürüşlər etməyi təklif edir və əvəzində 

Dərbənd və Bakının, eləcə də, onların arasındakı ərazilərin Rusiyaya verilməsini vəd edir. Bu 

müraciət şifahi şəkildə olunduğundan Rusiya tərəfindən dərhal qəbul olunmur, lakin, bir müd-

dətdən sonra tərəflər arasında həmin məsələyə aid yazılı razılıq əldə olunur. 

I Pyotr ilk növbədə Xəzərsahili ərazilərə, o cümlədən, Dərbəndə xüsusi Manifest göndə-

rir (15.VI.1722). Bu məqsədlə polkovnik Naumov Dərbəndə gəlir və manifest yerli hakimlər 




Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

55 

tərəfindən  əhalinin  bütün  təbəqələrinin  nümayəndələri  arasında  paylanılır.  Xəzərsahili  vila-

yətlərə hərbi yürüşün zəruriliyinin əsaslandırıldığı və Azərbaycan toppaqlarında rus qoşunları-

nın müvəffəqiyyətlə irəliləməsinə əlverişli şərait yaradılmasına yönəldilmiş manifestdə əmin-

amanlığı  pozanlara  və  üsyançılara  yardım  göstərənlərə  qarşı  amansız  divan  tutulacağı  da 

bildirilirdi. Göründüyü kimi, Dərbənd I Pyotrun işğalçılıq planlarında əsaslı yer tuturdu. 

Məlum  olduğu  kimi  I  Pyotr  Xəzərin  qərb  əyalətlərinin  ətraflı  öyrənilməsi  məqsədi  ilə 

hələ  1716-cı  ildə  A.P.Volınskinin  başçılığı  ilə  Səfəvilər  dövlətinə  xüsusi  nümayəndə  heyəti 

göndərir və ona regiondakı vəziyyətin dərindən öyrənilməsini tapşırır. A.P.Volınski Astarxan-

dan Dərbənd (28.VIII.1716) - Niyazabad (30.VIII.- 1716), Şamaxı (27.IX-4.XII.1716), Muğan 

(7.XII.1716) – Təbriz (27.XII.- 1716) marşrutu üzrə gedir və sonra İran şəhərlərini keçərək İs-

fahana  çatır.  Bir  müddətdən  sonra  o,  geri  gayıdır  və  uzun  müddət  –  7  aya  yaxın  Şamaxıda 

qalır. Həmin dövrdə A.P.Volınski Şirvandakı vəziyyəti araşdırıb I Ryotra məlumat verir. Nə-

hayət, I Pyotrun Xəzərsahili bölgələrə yürüşü başlandı. Bu yürüş əslində 1723-cü ildə həyata 

keçirilməli idi. 

1722-ci ilin avqustunda Dərbəndə çar qoşunları daxil olana qədər I Pyotr sarayına  gön-

dərilən müraciətnamə, məktub, ərizə və s. sənədlərlə yaxından tanışlıq belə qənaətə gəlməyə 

imkan  verir  ki, bu dövrdə Dərbənd əhalisini narahat edən əsas məsələ şəhərin  gələcək taleyi 

idi.  Mürəkkəb  siyasi  vəziyyətdən  çıxış  yolunu  Rusiyanın  həmayəsinə  keçməkdə  görən  dər-

bəndlilər bunun reallaşması üçün cəhdlər göstərir, şəhərdə əmin-amanlığın bərqərar olmasına 

çalışırdılar. I Pyotrun bölgəyə, o cümlədən, Dərbəndə manifest göndərməsi və müəyyən vədlər 

verməsi və İran dərgahının buna razı olması əhalini daha da şirnikləndirirdi. Dərbənd əhalisi 

manifesti  yüksək  sevinc  hissi  ilə  qarşılayır,  Rusiya  çarının  göstərişlərinə  əməl  edəcəklərini 

bildirir. Manifest 380 nüsxədə iki dəfə Dərbəndə göndərilir, əhali arasında paylanır və rəğbətlə 

qəbul olunur. Şəhər naibi İmamqulunun məktublarında da, onun öz mənafeyini qorumaq niy-

yəti  duyulsa  da,  şəhərin  gələcəyi  barədə  bir  sıra  məsələlər  irəli  sürülür.  Bütün  bunlar  Dər-

bəndin gələcək fəaliyyətinin müəyyənləşdirilməsi üçün əhəmiyyətli idi. 

Dərbənd 1735-ci ilə kimi Rusiyanın əlində qalır, Bu dövr öz mürəkkəbliyi, çətinliyi ilə 

seçilən  dövrlərdəndir.  Bir  tərəfdən  Türkiyə  hələ  də  öz  iddialarından  əl  çəkmir,  şəhərin  ələ 

keçirilməsi üçün yeni cəhdlər edir, digər tərəfdən Rusiya buradakı mövqeyini möhkəmlətməyə 

can atır, nəhayət, çox keçmədən İran hökumətində yeni dirçəliş baş verir və hadisələrin yeni 

məcrada inkişafına səbəb olur. Bölgədə siyasi sabitliyin olmaması Dərbənd şəhərinə də mənfi 

təsir göstərir. Şəhər siyasi abi-havanın dəyişilməsi ilə əlaqədar yeni-yeni qüvvələrlə üzləşməli 

olur, müxtəlif həmlələrə məruz qalır:  

1723-cü  ilin  sentyabrın  12-də  Rusiya  hökuməti  İranın  buradakı  səfiri  İsmayıl  bəylə  5 

bənddən  ibarət  müqavilə  bağlayır.  Həmin  müqaviləyə  görə,  Rusiya  İrana  hərbi  yardım  vəd 

edir və əvəzində Dərbəndin, Bakının, həmçinin, Gilan, Mazandaran və Astrabadın həmişəlik 

bu  dövlətə  verilməsi  nəzərdə  tutulurdu.  Lakin,  bu  müqavilə  səfəvi  hökmdarı  II  Təhmasib 

tərəfindən qəbul olunmur. 

XVIII əsrin II rübü Azərbaycanda və bütün Səfəvilər dövləti ərazisində yeni bir prosesin 

başlanması  və  getdikcə  qüvvətlənməsi,  möhkəmlənməsi  ilə  diqqəti  cəlb  edir.  30-cu  illərin 

əvvəllərində İranda zəifləmiş mərkəzi hökumət əfşar qəbiləsindən olan Nadirin dövlət işlərinə 

ciddi qarışması sayəsində tədricən dirçəlməyə başlayır. İran – Türkiyə münasibətlərində İranın 

qələbəsini arzulayan Rusiya 1732-ci ilin yanvarın 21-də Rəşt müqaviləsini bağlayır. Müqavi-

lənin şərtlərinə  görə, Rusiya Xəzərsahili ərazilərdən öz qoşunlarını tədricən  və  mərhələli  şə-

kildə geri çəkməli idi: ilk mərhələdə Azərbaycanın Kürdən cənubda yerləşən Xəzərboyu əya-

lətləri yenidən İranın hakimiyyəti altına keçirilir. 



Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

56 


Nadirin  öldürülməsindən  sonra  (1747)  Azərbaycanda  çoxsaylı  xanlıqlar  meydana  gəldi 

və Dərbənd eyni adlı xanlığın mərkəzinə çevrildi. 

Dərbəndin XVIII əsrin I yarısındaki siyasi vəziyyəti barədə olan tarixi faktlar göstərir ki, 

şəhər  bu  dövrdə  də  fəal  siyasi  mövqeyə  malik  olmuş  və  regionda  cərəyan  edən  hadisələrdə 

yaxından iştirak etmişdir. 

 

ƏDƏBIYYAT SIYAHISI: 



 

1. Эфендиев О. Азербайджанское государство сефевидов в XVI веке, Баку, Элм, 1981, 

240s 

2. Рахмани А.А. “Тарих-и алам арай -и Аббаси” как источник по истории 



Азербайджана, Баку: АН Азерб. ССР, 1960, 192s 

3. Гейдаров, М.Х. О значении торговли и торговых путей Азербайджана в XIII-XIV 

веках (статья первая). – Известия АН Азерб. ССР, СИФП, 1981, № 1, с.49-54. 

4. Гейдаров, М.Х. К вопросу о значении торговли и торговых путей Азербайджана в 

XIII-XIV веках (статья вторая). – Известия АН Азерб. ССР, ИФП, 1981, № 3, с. 53-60.  

5. Гейдаров, М.Х. Торговля и торговые связи Азербайджана в позднем средневековье. – 

Баку: Элм, 1999, 168 с. 

6. Ашурбейли С.Б. Государство Ширваншахов, Баку, Элм, 1989, 344s 

7. Ашурбейли С.Б. История города Баку, Баку, 1992, 402s 

8. Mahmudov Y.M. Azərbaycan tarixi. İntibah dövrü, Bakı, Altay dünyası, 1996, 84 s 

9. Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана. Баку 1991  

10. Мамедов С.А. Азербайджан по источникам XV- первой половины XVIII вв. Баку, 

Элм, 1993, 238 s 

11. Fərzəliyev.Ş. Azərbaycan XV-XVI əsrlərdə, Bakı, Elm, 1983, 152 s 

12. Xacə Zeynəlabdin Əli Əbdi bəy Şirazi Təkmilətül əxbar. Bakı, Elm, 1996, 200s 

13. Məmmədova Ş. “Xülasət-ət təvarix” Azərbaycan tarixinin mənbəyi kimi, Bakı, Elm, 1991, 

120 s 

14. Фазлуллах Рашид ад-дин. Джами ат-таварих. Том III, - Баку: 1957, 391 с 



15. Бартолдь.В.В. Краткий обзор истории Азербайджана. Соч., том 11, ч.1, М.1953, с- 

775-783 


16. Ахмедов Я.З. Очерки политической истории народов Северного Кавказа в XVI-XVII 

вв. Грозный, 1988, 176 s 

17. Onullahi S XIII-XVII əsrlərdə Təbriz şəhəri, Baku, Elm, 1982, 280 s 

18. Кудрявцев. А.А. Дербендский проход. ВИ, 1976, 38s 

19. Azərbaycan tarixi, 7 cilddə, III cild, Bakı, Elm, 1999, 534 s 

20.Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,AU nəşr, 1989, 326s 

21. Azərbaycan Sovet Ensiklopediyası, I-X cildlər, Baki 1978-1987 

22. Aбд aр-Рашид ал-Бакуви. Талхис ал-асар ва “аджа”иб ал-малик ал- каххар – М.: 

Наука, 1971, 162 

23.. История народов Северного Кавказа, Москва, Наука, 1988, 544s 

24. История народов Северного Кавказа с древнейших времен до конца XVIII в. М., 

1988. с.258 

25. Килчевская Э.В., Иванов А.С. Художественные промыслы Дагестана. М.: Всесоюзн. 

коопет.изд-во, 1959 – 176 с 

26. Козубский, Е.И. История Дербента. – Темирхан-Шура: 1906, 468 с. 



Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

57 

27. Петрушевский И.П. Азербайджан в XVI-XVII вв. В сб.: ССИА, вып. I, Баку, 1949, 

стр.225-298 

28. Магомедов, Р.М. История Дагестана.- Махачкала: 1968, 340 с.  

29. Шыхсаидов А.Р. Арабские строительные надписи Дагестана (XI-XVII вв) //УЗ 

ИИЯЛ ДФ АН СССР.Махачкала, 1977. с. 99-119 

30 . Шыхсаидов А.Р. Взаимоотношения народов Дагестана и Азербайджана XIV- XVI 

вв.// РФ ИИАЭ ДНЦ РАН. Ф.З. Оп.1.Д. 233. Л.63-64 

 

МАТАНАТ БАХРАМОВА 

 

ДЕРБЕНТ В XVI –В НАЧАЛЕ XVIII ВЕКА 

 

В данной статье на основе многочисленных источников говорится о политической 

истории города Дербента в  XVI –в начале  XVIII  века. Дербент в XVI –в начале XVIII 

века был одним из главных городов Кавказа, тем самым оставался в центре всех поли-

тических  событий.  Военные  действие  оказались  разрушительными  для  этого  древнего 

города. 


 

MATANAT BAHRAMOVA 

 

DERBENT IN THE XV1- EARLY XV111 CENTURIES 



 

In the article basis of sufficient historic facts a short data on the city of Derbent. Its role 

in  region  and  political  history  are  stated.  It  had  a  great  influence  on  all  spheres  –  political, 

social-economic. The city of Derbent was in the centre of all historical events occurring in this 



region and had certain influence on many of them.  

 

 

Rəyçilər: t.e.d.Ş.Fərzəliyev, t.e.d. Q.Ə.Əliyev 

AMEA A.A.Bakıxanov adına Tarix “Qafqaz tarixi” şöbəsinin 17 iyul 2013-cü il tarixli 

iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №03). 

Yüklə 104,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə