Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə1/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
  1   2   3   4   5   6   7   8   9   ...   27


Qələmşah İdrisov
XAÇMAZ 
TOPONİMLƏRİ
Kitab  AMEA  Nəsimi  adına  Dilçilik
İnstitutu Elmi Şurasının 14 may 2010-cu il
tarixli iclasının qərarına əsasən çap olun -
muşdur (protokol № 3)
“Şərq-Qərb”
Bakı – 2011


Müəllif kitabın nəşrində maddi və mənəvi köməyə görə
millət vəkili İlham Əliyevə, Xaçmaz rayon İcra Hakimiyyətinə
və Adıgözəl Tağıyevə dərin minnətdarlığını bildirir.
Elmi redaktorlar: 
M.İ.Əliyev
filologiya elmləri doktoru, professor 
AMİ Quba filialının direktoru
Q.İ.Məşədiyev
filologiya elmləri doktoru, professor
AMEA Nəsimi adına Dilçilik İnstitutu 
Onomastika şöbəsinin müdiri
Rəyçilər:
İ.B.Kazımov
filologiya elmləri doktoru, professor 
İ.M.Tahirov
filologiya elmləri doktoru,
AMEA Nəsimi adına 
Dilçilik İnstitutunun elmi katibi
Qələmşah Seyidəhməd oğlu İdrisovXaçmaz toponimləri.
Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011, 104 səh.+ 16 səh.illüst.
Kitabda ilk dəfə olaraq Xaçmaz rayonunun kənd və qəsəbə adları tarixi-
linqvistik  istiqamətdə  təhlil  olunur.  Burada  oykonimlərin  yaranma  yolları,
quruluşunun linqvistik əsasları müəyyənləşdirilmiş, yaşayış məntəqə adlarının
məna və mənşəyindəki bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilmişdir.
Oykonimlərin etimoloji təhlilinə də kitabda diqqət yetirilmişdir.
Kitabdan filoloji təhsil alanlar, müəllim və tədqiqatçılar, eləcə də mövzu ilə
maraqlanan oxucu kütləsi istifadə edə bilər.
ISBN 978-9952-34-626-8
© Qələmşah İdrisov, 2011
© “Şərq-Qərb” Nəşriyyat evi, 2011



4
XAÇMAZ RAYONU AZƏRBAYCANIN ƏN GÖZƏL
 GU  ŞƏLƏRİNDƏN BİRİDİR. BURADA TƏBİƏT DƏ
GÖ ZƏL DİR,  TORPAQ  DA  MÜNBİTDİR  VƏ  BUN-
LARIN  HAMISINDAN  ƏHƏMİYYƏTLİ  ODUR  Kİ,
BURANIN  ADAMLARI  DA  QƏHRƏMANDIR,
FƏDAKARDIRLAR.
Heydər  Əliyev
Azərbaycan xalqının ümummilli lideri


5
BİZ XAÇMAZ RAYONUNUN TİMSALINDA BU
GÜN AZƏRBAYCANDA APARDIĞIMIZ SİYASƏTİN
NƏTİCƏ LƏ RİNİ GÖRÜRÜK.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


6
XAÇMAZ  ÇOX  DƏYİŞİB,  ABADLAŞIBDIR.
KÜ ÇƏ LƏR  SALINIB,  BİNALAR  BƏRPA  OLUNUB,
ABAD LIQ,  İNKİŞAF  HİSS  OLUNUR.  DEMƏLİ,
BUNU  ETMƏK  MÜMKÜNDÜR.  SADƏCƏ  İSTƏK
OLMALI, ADAMIN ÜRƏYİ YANMALIDIR.
Azərbaycan Respublikasının Prezidenti 
cənab İlham Əliyevin 
xaçmazlılarla görüşündəki nitqindən


7
XAÇMAZ  RAYONUNDA  HƏQİQƏTƏN  BÖYÜK
QURUCULUQ  İŞLƏRİ  GEDİR,  XAÇMAZLILAR
ZƏHMƏT, ƏMƏKSEVƏR İNSANLARDIR.
İlham Əliyev
56 saylı Xaçmaz kənd seçki dairəsindən
seçilmiş millət vəkili


8
MƏN NAXÇIVANDA İŞLƏDİYİM VAXT HEYDƏR
ƏLİYEV 
BÖYÜKLÜYÜNÜN,  BU  DAHİ  İNSANIN
XALQINA,  VƏTƏ NİNƏ  SƏDAQƏTİNİN  HƏMİŞƏ
ŞAHİDİ OLMUŞAM.
Şəmsəddin Xanbabayev
Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı


9
MƏN FƏRƏHLƏNİRƏM Kİ, MÖHTƏRƏM PREZİ-
DENTİMİZ İLHAM ƏLİYEV MƏNƏ ETİMAD GÖS -
TƏRƏRƏK XAÇMAZA GÖNDƏRDİ. VAR QÜVVƏMLƏ
ÇALIŞIRAM Kİ, DÖVLƏT BAŞÇISININ MƏNƏ GÖS -
TƏR DİYİ BU ETİMADI DOĞRULDAM. 
Şəmsəddin Xanbabayev
Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı


10
ÖN SÖZ
Bu  gün  müstəqil Azərbayсan  dövləti  Ümummilli  liderimiz
Heydər Əliyev tərəfindən əsası qoyulmuş möhtəşəm təməl üzərində
möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə
və  dinamik  surətdə  inkişaf  edir.  Dövlət  başçımız  cənab  İlham
Əliyevin böyük uzaqgörənliklə qəbul etdiyi “Regionların sosial-iqti-
sadi  inkişafı  Dövlət  Proqramı”nın  uğurla  həyata  keçirilməsi
nəticəsində son illər respublikamızın bütün bölgələrində olduğu
kimi, Xaçmaz rayonunda da irimiqyaslı işlər həyata keçirilir. Xaç-
maz günü-gündən inkişaf edir, abadlaşır, müasir bir şəhərə çevrilir.
Görülən  işlərə  əhalinin,  sadə  xaç maz lı ların  çox  böyük  qiymət
verməsi, yaradılan gözəlliklərin qorunub saxlanması bizim üçün
böyük əhəmiyyət kəsb edir. Möhtərəm prezidentimizin son illərdə
3 dəfə rayonumuzda olması və səfərləri zamanı gördüyümüz kiçik
işlərə böyük qiymət verməsi isə bizim üçün çox əhəmiyyətli ol-
maqla bərabər, daha çox və səmərəli işləmək üçün bir stimul yaradır.
Tez-tez respublika mətbuatında, televiziya kanallarında işıq lan -
dırılan Xaçmazın bugünkü nailiyyətləri, xaçmazlıların döv lətimizə,
onun rəhbərlərinə olan böyük rəğbətin və məhəbbətin ifadəsidir.
Elinə, obasına, bütövlükdə Vətəninə böyük məhəbbətin nə ti cə -
si olaraq filologiya elmləri namizədi Qələmşah İdrisоvun rayonun
80 illiyinə ithaf etdiyi “Xaçmaz toponimləri” kitabı da Xaç  mazın
bugünkü tarixini dəyərləndirən əhəmiyyətli bir nümunədir. 
Doğma Vətənini, torpağını sevən, ölkəsinin tarixinə hörmət
bəsləyən,  keçmişinə  ehtiramı  olan  şəxslər  ən  böyük  hörmətə
layiqdirlər. Yaşadığı  torpağın  tarixini  araşdırmaq,  bunu  gələcək
nəsillərə çatdırmaq çox çətin, lakin olduqca şərəfli işdir. Öz xal -
qının, yaşadığı torpağının tarixini bilmək isə ən sadə vətəndaşa belə
ucalıq gətirən bir dəyərdir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutu Elmi Şurasında müzakirə edilib nəşr olunması məsləhət
görülən  “Xaçmaz  toponimləri”  kitabının  rayonumuzun  tarixini,
eləcə də dilimizin tarixini öyrənmək sahəsində xüsusi rolu vardır.


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə