“QƏLƏVİ metallar və onlarin fiZİKİ-KİMYƏVİ xassəLƏRİ” MÖvzusunun audiOVİzual vasiTƏLƏRDƏN İSTİfadə etməKLƏ TƏDRİSİ TƏCRÜBƏSİNDƏN



Yüklə 60,2 Kb.
Pdf görüntüsü
tarix27.02.2018
ölçüsü60,2 Kb.
#28417


3-4(55-56)2016 

 

 



42 

“QƏLƏVİ METALLAR VƏ ONLARIN FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİ” 

MÖVZUSUNUN AUDİOVİZUAL VASİTƏLƏRDƏN  İSTİFADƏ 

ETMƏKLƏ TƏDRİSİ TƏCRÜBƏSİNDƏN  

 

A.A.Ələsgərova 



Qafqaz Universitetinin müəllimi 

 

 

Yeni informasiya texnologiyalarından eləcə də multimedia proqramlarından 



istifadə  təlim-tədris  prosesində  müəllimlərə  öz  pedaqoji  ideyalarını  daha  asan 

həyata  keçirməyə  imkan  verir.  Prinsip  etibarilə,  istənilən  pedaqoji  texnologiya 

informasiya xarakterlidir və tədris prosesində tədris keyfiyyətinin artırılması üçün 

istifadə olunur. Təcrübədə xüsusi texniki təlim vasitələri (multimedia proyektoru, 

interaktiv  lövhə)  kimi  istifadə  olunan  bütün  texnologiyalar  informasiya 

texnologiyalari  adlanır.  Bu  cür  müasir  şərtlər  şagirdi  daxil  olan  informasiyanı 

rahat qəbul, tədqiq, təhlil etməyə və uğurlu istifadəyə hazırlıyır. 

Multimedia  əsaslı  tədris  və  ya  audiovizual  vasitələrdən  istifadə  ilə  baglı 

tədris  dərsin  audio  və  vizual  numayişi  ilə  materialın  daha  tez  qavranılıb 

mənimsənildiyi metoddur. Multimedia vasitələrindən istifadə edilməsi ilə aparılan 

pedaqoji  praktikanın  nəticəsi  aşkar  göstərir  ki,  bu  təlim-  tədris  prosesini 

yaxşılaşdırır. 

“Qələvi  metallar  və  onların  fiziki  -  kimyəvi  xassələri”  mövzusunun  izahı 

zamanı  müəllimin  audiovizual  vasitələrdən  istifadəsi  dərsin  səmərəliliyini  artırır 

və müəllimin şərhini asanlaşdırır. 

Əvvəlcə, müəllim şagirdlərin diqqətini cəmləmək üçün ilk sualı bu şəkildə 

verir: 

O, gümüşü –ağ rənglidir 



Bıçaqla kəsilə bilir 

Havaya çıxdıqda tez oksidləşir 

Kerosin içində saxlanılır 

Yumşaq və yüngüldür 

Daha əvvəl belə bir metala rast gəlmisinizmi? 

Cavab: Litium 

Daha sonra muəllim növbəti sualları verir: Litium hansı qrupa daxildir? Bu 

qrupa basqa hansı elementlər daxildir?  Bu qrup necə adlanır? 

Bundan  sonra  dərsin  mövzusu  artıq  gizli  qalmır.  Dərsin  planını  şagirdlərə 

təqdim edirəm. 

Dərsin planı: 

1.  Elementlərin  dövri  sistemdə    yerləşməsi  (qrup  və  dövrün  nömrəsi)  və 




Kimya məktəbdə 

 

43 



 

təbiətdə tapılması 

2. Qələvi metal atomlarının elektron konfiqurasiyası 

3. Fiziki xassələri 

4. Kimyəvi xassələri 

7. Tətbiqi 

Dərsin  planına  uyğun  olaraq,  ilk  əvvəl,  qələvi  metalların  dövri  cədvəldə 

mövqeyini  slayd  nömrəsiylə  göstərirəm.  Şəkildə  1-ci  qrupun  əsas  yarımqrup 

elementləri olan qələvi metallar qırmızı çərçivəylə göstərilmişdir. 

 

 



Şəkil 1. 

 

Daha sonra  qələvi metalların aktivliyinə diqqət çəkirəm. Şagirdlərə belə bir 



sualla müraciət edirəm 

Qələvi  metallar  təbiətdə  hansı  şəkildə  tapılır,  sərbəst  yoxsa  birləşmələr 

şəklində? 

Cavab: birləşmələr şəklində. 

Bildirirəm  ki,  Na  və  K-un  birləşmələri  geniş  yayılıb,  digərlərinə  isə  nadir 

hallarda rast gəlinir. Fr süni yolla alınmışdır, radioaktivdir.  Qələvi metalların rast 

gəlinən mineralları sonrakı slaydda göstərilmişdir. 

NaCl   - daş duz (xörək duzu) 

Na

2

SO



∙10H


2

O – Qlauber duzu 

Na

3

AlF



 - kriolit 

NaCl ∙ KCl - silvinit 

KCl – silvin 

Qələvi metallar olan Li, Na, K, Rb, Cs atomlarının quruluşundan aydın olur 

ki,  qrup  üzrə  yuxarıdan  aşağıya  doğru    getdikcə  onların  nüvələrinin  yüklərinin 

artması ilə valent elektronlarının   nüvə tərəfindən cəzb olunması zəifləyir. 



3-4(55-56)2016 

 

 



44 

 

Litium    



1s

2

 2s



1

 

Natrium  



1s

2

 2s



2

2p

6



 3s

1

 

Kalium   



1s

2

 2s



2

2p

6



 3s

2

3p



6

 4s



1

 

Rubidium  



1s

2

 2s



2

2p

6



 3s

2

3p



6

 4s


2

3d

10



4p

6

 5s



1

  

Sezium   



1s

2

 2s



2

2p

6



 3s

2

3p



6

 4s


2

3d

10



4p

6

 5s



2

4d

10



5p

6

 6s



1

 

Fransium  



1s

2

 2s



2

2p

6



 3s

2

3p



6

 4s


2

3d

10



4p

6

 5s



2

4d

10



5p

6

 6s



2

4f

14



5d

10

6p



6

 7s



1 

 

Şəkil 2. 

 

Qələvi  metallar  xarici  elektron  səviyyəsindəki  elektron  sayına  müvafiq 



oksidləşmə dərəcəsi göstərirlər. 

Audiovizual  vasitələrdən  istifadə  edərək  hər  bir  metalın  elektron 

konfiqurasiyasının  təsviri    fərdi  kompüterlə,  yaxud  multimedia  proyektorunun 

köməyilə  böyük  ekranda  göstərilir.  Bu  vaxt  itkisinə  yol  vermədən  mövzunun 

şagirdlər tərəfindən qavranılmasını asanlaşdırır. 

Dərs planının sonrakı hissələrinin izahına keçirəm. Qələvi metalların fiziki 

xassələrini cədvəl şəklində göstərirəm. 

 

Cədvəl 1. Qələvi metalların fiziki xassələri 



Metal  

Elektron 

konfiqurasiyası 

Ərimə, 

o



Sıxlığı, 

q/sm



Atom 

radiusu, Å 

I, 

kC/mol 

Li 

[He] 2s


181 


0.53 

1.52 


520 

Na 

[Ne] 3s


1

 

98 



0.97 

1.86 


496 

[Ar] 4s


1

 

63 



0.86 

2.27 


419 

Rb 

[Kr] 5s


1

 

39 



1.53 

2.47 


403 

Cs  

[Xe] 6s


1

 

28 



1.88 

2.65 


376 

 

Atomların  elektron  quruluşundan  görünür  ki,  litiumdan  seziuma  doğru 



getdikcə  elementlərin  energetik  səviyyələrinin  sayının  artması  ilə  atom  radiusu 

böyüyür. Atom radiusunun böyüməsi isə öz növbəsində xarici energetik səviyyədə 

olan  elektronlar  ilə  nüvə  arasındakı  cazibə  qüvvəsinin  zəifləməsinə  səbəb  olur. 

Buna  görə  də  elementlərin  xarici  energetik  səviyydə  olan  valent  elektronlarını  

verməsi asanlaşır və həmin sırada fəallıqlarının artmasına səbəb olur.  

Görünən  cədvəldən  şagirdlər  öz  aralarında  gəldikləri  nəticələri  müzakirə 

edirlər.  Qələvi  metallar  yüngül  (Li,  Na,  K  sudan  yüngüldür)  yumşaq  və 

asanəriyəndir.  Li-dan  Cs-a  doğru  getdikcə  metalların  bərkliyi  və  ərimə 

temperaturu ardıcıl olaraq zəifləyir. 

Daha  sonra    qeyd  edirəm  ki,  yüksək  aktivliklərinə  görə  qələvi  metallar  ağ 

neftin(kerosinin) altında saxlanılır. 

Sonrakı  slaydda  qələvi  metalların  kimyəvi  xassələri  göstərilmişdir.  Qələvi 




Kimya məktəbdə 

 

45 



 

metallar  aktiv  metallardır.  Qeyri-metalların  hamısı  ilə  reaksiyaya  daxil  olur. 

Bundan başqa, su və turşularla reaksiyaya girirlər. Şagirdlərə göstərilən reaksiya 

tənlikləri növbəti slaydda tapşırıq şəklində verilir. 

1.  ? + ? =NaH, 

2. ? + ? = NaCl, 

3.  ? + ? = Na

2

SO



4

 + H


2

4.  ? + ? = NaOH + H



2

 

Bərabərliklər  şagirdlər  tərəfindən  həll  olunduqdan  sonra  müəllim  yoxlama 



aparır. Növbəti slayda keçməzdən əvvəl şagirdlərə belə bir sualla müraciət edir. 

Sizcə bu metallar niyə qələvi metallar adlanır? 

Cavab olaraq videofraqmentdən istifadə edirik. 

İçərisində bir neçə damcı fenolftalein məhlulu əlavə edilmiş su olan iki şüşə 

kasaya növbə ilə neftdən çıxarılıb bıçaqla kəsilərək süzgəc kağzı ilə təmizlənmiş 

litium və natriumun kiçik parçaları salınır. 

 

 

Şəkil 3. 



Daha  sonra ekrana kalium,  rubidium və seziumun su ilə qarşılıqlı təsirinə 

aid təcrübələrin görüntüləri gətirilir



 

 

 

Şəkil 4 

 



3-4(55-56)2016 

 

 



46 

Belə nəticəyə gəlinir ki, Lİ –Na – K – Rb – Cs istiqamətində elementlərin su 

ilə  qarşılıqlı  təsiri  reaksiyası  şiddətlənir.  Belə  ki,  litiumun  su  ilə  qarşılıqlı  təsiri 

fəal  olsa  da  alovun  görünməməsi  ilə,  natriumunku  alovlanmaqla,  kaliumunku 

alovlanma  və  partlayışla,  rubidiumunku  güclü  partlayışla,  seziumunkuisə  güclü 

partlayış və şüşə qabın sınması ilə müşaiət olunur. 

Sonuncu  slaydlarda  “bunları  bilirsinizmi”  başlığı  altında  qələvi  metallar 

haqqında  maraqlı məlumatlar veririk. 

Litium  1817-ci  ildə  isveçrə  alimi  İ.A.Arfvedson  lipidolit  mineralını  analiz 

etdikdə kəşf  etmişdir. Litium yunanca  “litos” sözündən  əmələ gəlmişdir  və daş 

deməkdir.  Onun  sərbəst    halda  1855-ci  ildəbir-birindən  aslı  olmayaraq  Alman 

kimyaçısı R.Bunzen və İngilis kimyaçısı O.Matissen almışlar. 

Natrium  və  Kalium  sərbəst  halda  1807-ci  ildə  ingilis  kimyaçısı  H.Devi 

onların  ərinmiş  hidroksidlərinin  elektrolizindən  almışdır.  Elementə  verilən 

natrium  adı  müxtəlif  dillərdə  işlədilən  “nitron”  (yunan)  və  “natron”  (ərəb) 

sözlərindən əmələ gəlmişdir. 

Kalium  ərəbcə  “kili”  sözü  olub,  bitki  külü  deməkdir.Rus  dilində  “kaliy” 

adlandırılması 1831-ci ildə Q.İ.Hess tərəfindən təklif edilmişdir. 

Rubidium  1861-ci,  sezium  isə  1860-cı  ildə  spektral  analiz  vastəsi  ilə 

R.Benzen və Q.Kirxhof tərəfindən kəsf edilmişdir. Adları onları xarakterizə edən 

spektr  xətlərinin  rənginin  latınca  adlarına  görə  verilmişdir.  Bu  xətlərin  rəngi 

seziumda göy, rubidiumda isə qırmızıdır. 

Fransium radioaktiv elementdir. O, 1939-cu ildə fransa  kimyaçısı Marqarita 

Pere  tərəfindən  aktiniumun  alinması  zamanı  kəşf  edilmiş  və  ona  “aktinium-K”  

adı verilmişdir. 1946-cı ildə Pee bu elementi öz vətəninin şərəfinə adlandırmışdır. 

Mövzunun  izahında  audiovizual  vasitələr  45  dəqiqəlik  dərs  müddətində 

qoyulan  tələblərə  tam  əməl  olunmasını  təmin  edir.  «Qələvi  metallar  və  onların 

fiziki-kimyəvi xassələri» dərsi slayd təqdimatı ilə dərsin planına uyğun ardıcıllıqla 

yerinə  yetirilərək,  videofraqmentlər  vasitəsilə  kimyəvi  reaksiyalar  ekranda 

göstərilmiş və bu şəkildə dərsin tam mənimsənilməsinə nail olunmuşdur. 

 

 

İstifadə  edilmiş  ədəbiyyat: 



 

1.V.Abbasov, 

M.Abbasov, 

R.Əliyev,  

A.Əliyev,  V.Əliyev,  L.Ə  liyev.  Kimya 

Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 

dərslik. «ASPOLİQRAF». Bakı 2013 

2. 


http://bibliofond.ru/

 

3.  Мария  С.Пак.  Теория  и  методика 



обучения  химии.  Изд-во.ПГПУ  им. 

Герцена.2015

 



Kimya məktəbdə 

 

47 



 

Aлескерова A.A. 



Из опыта обучения темы “Щелочные металлы и их физико - химические 

свойства” с использованием аудиовизуальных cредств 

 

АННОТАЦИЯ  

В  статье  дается  методическая  разработка  по  изучению  темы  «Щелочные 

металлы  и  их  физико-химические  свойства»  в  условиях  применения  

аудиовизуальных средств обучения. Аудиовизуальные средства обучения являются 

эффективным  источником  повышения  качества  обучения.  При  этом  на  занятиях 

успешно  реализуются  дидактический  принцип  наглядности,  возможность 

индивидуализации  обучения  и  одновременно  массового  охвата  обучающихся, 

усиливается  мотивационная  сторона  занятий.  Результат  педагогической  практики 

проведенной  с  использованием  средств  мультимедии    ясно  показывает  что  эти 

средства  подготавливают  школьников  к  получению  и  усваиванию  информации. 

Рассказано об их положительном влиянии на весь процесс обучения. 

 

Alasgarova A.A.  



From the experiment about teaching the topic “Alkali metals including their 

physical and chemical features” by means  audiovisual stuff 

 

SUMMARY 

The  article  gives  the  methodical  development  on  the  study  of  theme  of  “Alkali 

metals  and  their  physical  and    chemical  properties  ”  under  the  condition  of  use  of 

audiovisual  stuff  methods.  Audio-visual  teaching  aids  are  an  effective  source  of 

improving  the  quality  of  education.At  the  same  time  in  the  classroom  successfully 

implemented didactic clarity principle, the possibility of individualization of learning and 

studying  at  the  same  time  the  mass  coverage,  enhanced  motivational  side  sessions.  The 

result of teaching practice carried out with the use of multimedia shows clearly that these 

funds  are  preparing  students  for  the  preparation  and assimilation  of information.  It  tells 

about their positive influence on the whole process of learning. 

 

 

Açar  sözlər:  audiovizual  vasitə,  multimedia  proyektoru,  interaktiv  lövhə,  qələvi  metal, 

daş duz, elektron konfiqurasiyası, atom radiusu 



 

Ключевые слова: аудиовизуальные средства, мультимедийный проектор, 

интерактивная доска, щелочный металл, каменная соль, электронная 

конфигурация, атомный радиус  

 

Key words: audiovisual stuff,  multimedia projectors, smart bords, alkali metal, rock salt, 

electron configuration, atomic radius 



Yüklə 60,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə