Qender təDQİqatlarinin hüquqi aspektləRİ



Yüklə 35,52 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü35,52 Kb.
#10444


QENDER TƏDQİQATLARININ HÜQUQİ ASPEKTLƏRİ 

 

Müəllif-



tərtibatçı: 

Hacıyeva E.N. – Qərb Universiteti, hüquq 

kafedrasının müəllimi, hüquq elmləri namizədi 

Elmi 


redaktor: 

Musayev İ.İ. – Qərb Universiteti hüquq 

kafedrasının müdiri 

Rəyçilər: Kərimov E.R., hüquq elmləri namizədi İmanov 

M.N., hüquq elmləri namizədi 

 

GİRİŞ 

 

İnsan hüquqları konsepsiyasının işlənməsi və beynəlxalq standartlar səviyyəsinə 



qaldırılması sivilizasiyanın mühüm nailiyyətlərindən biridir. Bu konsepsiyanın müasir 

inkişaf mərhələsi Ümumdünya insan hüquqları Deklarasiyasının qəbul olunması ilə 

başladı. Onlara xas olan ümumi əlamətlərə görə bölünmüş bu yaxud digər  əhali 

qrupunun hüquqi status standartlarının beynəlxalq hüquq norması olaraq 

möhkəmləndirilməsi məsələsi uzun illər ərzində nəinki inkar edilirdi, hətta bu məsələnin 

ayrı-ayrı dövlətlər və ya dövlətlər qrupu tərəfindən eyni zamanda BMT-nin forumlarında 

qoyulması da təbliğat aksiyası kimi şərh edilirdi. 

Həyat isə insan hüquqlarının istisna fərdi xarakteri haqqındakı doqmanı tədricən 

sındırırdı.  İnsan hüquqlarının sosial, siyasi, fizioloji və başqa səbəblər üzündən digər 

vətəndaşlarla bərabər səviyyədə öz hüquq və azadlıqlarını həyata keçirmək imkanından 

məhrum olan insanları əhatə edən üçüncü nəsli yaranırdı. Həmin insanlar həm dövlət

həm də bütövlükdə beynəlxalq birlik tərəfindən müəyyən dəstəyə ehtiyac duyurlar. 

Bu dairənin episentrində qadınlar dayanır, çünki fizioloji xarakter səbəbindən 

onlar kişilərlə  bərabər səviyyədə bütün insanlar üçün ümumi olan hüquqları  həyata 

keçirə bilmirlər. 

Buna görə də kişilərlə bərabər səviyyədə qadın hüquqlarının yaranması, inkişafı 

və qanunvericilikdə möhkəmləndirilməsi barədə biliklərin, qender problemlərinin 

öyrənilməsi və təbliğatının vacibliyi yaranır. 

Proqram 36 saatlıq tədris üçün nəzərdə tutularaq aşağıdakı  məqsədləri güdür: 

hərtərəfli və harmonik təhsilin təmin olunması; tələbələrin planetar dünyagörüşü 

informasiyasının yayılması; hüquq müdafiəsi sahəsində  vərdişlərin təlqin edilməsi. 

Proqram tematik plandan, kursun mövzularından və tövsiyə olunan ədəbiyyatın 

siyahısından ibarətdir. 

 



TEMATİK  PLAN 

 

Saatların  miqdarı 



Mövzular 

Cəmi Mühazirələr Seminarlar 

1. Qender 

insan 


hüquqları sistemində 

2 2 


 

2. Feminist 

hüquqşünaslığı 

6 4 


3. Qenderin 

qanunvericilikdə 

möhkəmləndirilməsi 

və hüquqi 

tənzimlənməsi 

4 2 



4. 



Qender hüquqda və 

adətlərdə: qenderin 

hüquqi genezisi 

6 4 


5.  


Ailə qayğıları 

qenderin predmeti 

kimi 

4 2 


6. Qenderdə zorakılıq 

nəzəriyyəsi 

4 2 


7. Qenderdə ailənin 

müdafiəsi məsələləri 

2 2 


 

8. Qenderdə əmək 

hüquqlarının 

müdafiəsi 

2 2 

 

9. Qadın hüquqlarının 



cinayət-hüquq 

müdafiəsi 

6 4 



CƏMİ 36 



24 

12 

 

MÖVZU № 1. Qender insan hüquqları sistemində 

 

Qenderin meydana çıxmasının sosial və intellektual əsasları. 



Qadınların hüquq və azadlıqları. 

Qadın hüquqları sahəsində qanunvericiliyin inkişaf mərhələləri. Qadın hüquqlarını 

möhkəmləndirən əsas beynəlxalq hüquq aktları. 

 

MÖVZU № 2. Feminist hüqüqşünaslığı 

 

Feminist hüquqşünaslığı haqqında ümumi anlayış. 



Androsentrik hüquqşünaslığın, bioloji determinizmin tənqidi. 

Feminist hüquq fikrinin müxtəlif istiqamətləri: simmetriklik, hər iki cins üçün hüquq 

və imkanların formal bərabərliyi tələbi ilə feminizmdə liberal istiqamət; assimilyasiya 

feminizmi; cinslər arasındakı fərqi xüsusi qeyd edən və hər bir cinsə xüsusi münasibət 

tələb edən bivalent feminizm; radikal feminizm; postmodernist feminizm. 

 

MÖVZU  № 3.   Qenderin qanunvericilikdə möhkəmləndirilməsi və 



hüquqi tənzimlənməsi 

 

Qadınların kollektiv hüquqları anlayışı. 




Əhalinin bir sosial təbəqəsi olaraq qadınların diskriminasiyasını doğuran 

səbəblər. 

İnsanların bərabərliyi və azadlığı ideyalarının cəmiyyətdəki nisbətinin və 

qanunlarda möhkəmləndirilməsinin rolu. 

Qanunverici və icraedici orqanlarda lazımi təqdimliyin hüquqi vasitələrlə  təmin 

olunması. 

«Qadın imtiyazları»nın qadınların rəqabət bacarığına təsiri. Qadına bir insana 

kimi məxsus olan azad həyat yolu seçimi hüququ ilə ziddiyyət təşkil etməyən 

imtiyazların həcm və növ meyarlarının işlənməsi. 

BƏT keçirdiyi məşğulluq problemlərinin proqnoz qiyməti və faktiki vəziyyətinin 

təhlili. 

Qanunvericiliyin bəzi sahələrində bazar münasibətlərinə keçid dövründə əhalinin 

sosial təbəqəsi olaraq qadınların xüsusi maraqlarına riayət etmək məqsədi ilə aparılan 

dəyişikliklər. 

 

MÖVZU № 4. Qender hüquqda və adətlərdə: qenderin hüquqi genezisi 

 

Qenderin tarixi-hüquqi əsasları. 



Adətlərin formalaşması prosesində qadın məsələsinin həllinə dair müxtəlif 

mövqelər. 

Qadın məsələlərinin əxlaq normaları vasitəsi ilə tənzimlənməsi. 

Adi hüquq qadının ailədə  və  cəmiyyətdəki yeri və rolu haqqında. Adi hüququn 

qender hüquq normaları üzərində üstünlüyü haqqında. Müasir hüquq sistemlərində 

qender probleminə müxtəlif yanaşmalar. 

 

MÖVZU № 5. Ailə qayğıları qenderin  predmeti kimi 

 

Sosial problemlər sistemində qadın qayğılarının yeri. 



Qadın qayğılarının bioloji, sosial və hüquqi xarakteri. Qadın qayğılarının hüquqi 

tənzimlənməsi problemi. 

Qadın qayğıları  təbii hüquq və pozitiv hüquq konsepsiyalarında. Sosial 

normalardan hüquqi normalara keçid. Bu sahədə hüquqdakı qüsurlar və problemlərin 

həlli üçün qadın təşkilatlarına qanunvericilik təşəbbüsü hüququnun verilməsi. 

 

MÖVZU № 6. Qenderdə zorakılıq nəzəriyyəsi 

 

 Zorakılıq anlayışı. Zorakılıq qadın və kişinin bərabərsizliyinin nəticəsi kimi. 



Zorakılığın təzahür xarakteri və yerinə görə təsnifatı. Zorakılığın növləri. 

Hərbi münaqişələr zamanı zorakılıq. Zorakılıq dinc əhalinini məhv etmə vasitəsi 

kimi. Qadınların girov götürülməsi zorakılıq növü kimi. Hərbi münaqişə zamanı qadın 

hüquqlarının qorunması dair qanunvericilik. 

Məişətdə zorakılıq. Məişət zorakılığının formaları: fiziki; mənəvi; seksual; iş 

yerində. Valideynlərin evində zorakılıq.  Ər evində zorakılıq. Zorakılığın və maddi 

firavanlığın qarşılıqlı əlaqəsi. Zorakılığa düçar olmuş qadınlara yardım göstərilməsi. 

 

MÖVZU № 7. Qenderdə ailənin müdafiəsi məsələləri 

 

Ailənin sosioloji və hüquqi təyini. Cəmiyyətin inkişafında ailənin rolu, əhəmiyyəti 



və funksiyası. Ərlə-arvadın bərabərliyinin hüquqi zəmanəti. 

Ərlə-arvadın hüquqi mülkiyyət rejimi. Kəbin müqaviləsi qadınlara aid mülkiyyətin 

əlavə müdafiə qarantı kimi. 

Kişinin kəbini pozmaq hüququnun məhdudlaşdırılması. 




Qadınların ailə hüquqularının digər müdafiə qarantları. 

 

MÖVZU № 8. Qenderdə əmək hüquqlarının müdafiəsi 

 

Qadınların  əmək hüquqlarının müdafiə sahəsində qanunvericiliyin inkişaf 



tarixindən. Konstitusiyada əmək hüququna verilən zəmanət. Ayrı-ayrı kateqoriyalara aid 

olan qadınların əmək hüququnun qorunması. 

Əmək qanunvericiliyi ilə möhkəmləndirilmiş imtiyazlar. Qadın əməyinin müdafiəsi. 

 

MÖVZU № 9. Qadın hüquqlarının cinayət-hüquq müdafiəsi 

 

Qadın hüquqlarının cinayət-hüquq müdafiəsi anlayışı  və onun əhəmiyyəti. 



Qadının şərəf və ləyaqətinin cinayət-hüquq müdafiəsi. 

Hamilə qadının, yaxud 3 yaşa qədər övladı olan qadının  əmək hüququnun 

tapdanmasına görə daşınılan məsuliyyət. 

Süni mayalanma və embrionun implantasiyasının, tibbi sterilizasiyanın qadının 

həyat və sağlamlığı üçün doğurduğu təhlükə, bunun ictimai  təhlükəsi və belə  hərəkət 

üçün daşınılan məsuliyyət. 

Qenderdə mülki hüquqlar. Qenderdə hüquqların mülki-hüquq müdafiəsi anlayışı 

və onun əhəmiyyəti. Qenderdə  tərəflərin  şərəf və  ləyaqətinin mülki-hüquq müdafiəsi. 

Qenderdə mülki hüquqların və vəzifələrin həyata keçirilməsi 

 

ƏDƏBİYYAT 

 

1  Конституция Азербайджанской Республики. – Б., 1995 



2  Права человека. Сборник нормативных документов. – М., 1998 

3  Конвенция  о политических правах женщин, с. 318 

4  Конвенция о согласии на вступление в брак, брачном –возрасте и регистрации 

брака, с. 320 

5  Конвенция о гражданстве замужней женщины, с. 322  

6  Конвенция №103 об охране материнства, с. 337 

7  Конвенция № 5 о применении труда женщин на подземных работах в шахтах любого 

рода, с. 342 

8  Декларация о защите женщин и детей в чрезвычайных ситуациях и в период 

вооруженных конфликтов, с. 351 

9  Семейный Кодекс. - Б., 2000 

10  Уголовный кодекс. - Б., 2000 

11  Трудовой Кодекс. - Б., 2000 

12  Дамирчиева М.     Охрана прав женщин в семье Гендер. Женщина и право. – Б., 1999 

13  Расулбекова Н. Защита трудовых прав женщин. – Б., 1999 

14  Мамедов В.  Женщины и вооруженные конфликты. – Б., 1999 

15  Сурия Пракаш Синха. Юриспруденция. Философия права -Будапешт, 1996 

16  Поленина С.В. Закон и коллективные права женщин как социального слоя 

населения. Теория права. Новые идеи. - М., 1995 

17  Женщины Азербайджана. Женщина и насилие. – Б., 1999 

18  Корбут Л.В., Поленина С.В. Международные конвенции и декларации, касающиеся 

прав женщин и детей. - М.,1998 

19  Мертус Д. Права женщин-права человека. – М.,1999 

20 


Гурко Т., Босс П. Отношения мужчин и женщин в браке.   - М., 1995

 

Document Outline

  • TEMATIK  PLAN
  • C?mi
  • 1.
  • 2.
  • 3.
  • 4.
  • 5.
  • 6.
  • 7.
  • 8.
  • 9.
  • C?MI
  • Qad?nlar?n huquq v? azadl?qlar?.

Yüklə 35,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə