Qenderd? Ekoloji suur v? ?Traf muhitin



Yüklə 86,64 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü86,64 Kb.
#3154


QENDERDƏ EKOLOJİ ŞÜUR VƏ ƏTRAF MÜHİTİN 

MÜHAFİZƏSİNİN İDARƏ EDİLMƏSİ 

 

Ekoloji şüur. Ekoloji şüurun strukturu 

İdarəetmə kadrlarda ekoloji şüur xüsusiyyətlərinin qender aspekti 

Davamlı inkişaf yolunda ictimai şüurun inkişafı zərurəti 

 

XX  əsrdə insan və  təbiətin qarşılıqlı münasibətləri olduqca kəskin xarakter aldı. Uzun müddət 



ərzində təbiətə göstərilən təzyiq, onun fəaliyyət qanunlarının pozulması, bu prosesin nəticələrinin nəzərə 

alınmaması Yer kürəsində bir çox dönməz ekoloji hadisələrə  səbəb oldu. Kütləvi  şüurda artıq ekoloji 

problemlərə müəyyən maraq oyanıb. Cəmiyyətin siyasi strukturları, idarəetmə sistemi ekoloji 

problemlərin həllinə daha fəal  şəkildə qoşulmalıdırlar. Ümumiyyətlə belə  şəraitdə ekoloji şüurun 

formalaşması  və öyrənilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Burada (şüurda) gedən proseslər 

insanın təbiətə, özünə və bütövlükdə cəmiyyətə münasibətlərini əks etdirir.  

Ekoloji  şüur sözün geniş  mənasında ictimai və  fərdi  şüurun, varlığın ayrılmaz hissəsi olan təbiəti 

özündə inikas edən sahəsini təşkil edir. Təbiətin aləmi xüsusi şəkildə qavranıldıqca ona özünəməxsus 

münasibət də formalaşır, nəticədə ekoloji şüur meydana gəlir.  

Öz növbəsində artıq formalaşmış ekoloji şüur təbii obyektlər və hadisələrin qavralınması 

xüsusiyyətlərinə, onlara yaranan münasibətinə də təsir edir.  

Yalnız 30-40 il əvvəl tədiqatçılar ekoloji şüur anlayışının müəyyən edilməsi, onun strukturunun 

tədqiqi zərurəti ilə rastlaşdılar. «Ekoloji şüur»  əvəzinə «ekoloji təfəkkür», «təbiəti mühafizəedici 

dərketmə» kimi ifadələr işlənirdi. Sonradan onlar «ekoloji şüur» anlayışı ilə  əvəz edildi. XX əsrin 80-ci 

illərində R.U.Biciyeva öz əsərlərində ekoloji şüurun mahiyyətini müəyyən etməyə çalışır. Burada, 

cəmiyyətdə ictimi istehsalın xarakteri, müəyyən bir qrupun iqtisadi vəziyyətindən asılı olaraq onun 

ekoloji baxışları, qiymət vermələri, nəzəriyyələrinin məcmusu nəzərdə tutulur. Əslində müəllif, ekoloji 

şüurun məzmununa ekoloji bilikləri daxil edir, həmin biliklərin də özəyini özü-özünü inkişaf edən sistem 

olan təbiət haqqındakı təsəvvürlər təşkil edir.  

Bir qədər sonra digər Rusiya tədqiqatçıları A.N.Koçerqin, Y.Q.Markov, N.Q.Vasilyev bir çox aktual 

ekoloji problemlərinin həllində vacib şərt rolunu oynayan ekoloji şüurun spesifikasını (xüsusiyyətlərini) 

öyrənməyə  cəhd göstərdilər. Onların fikrincə, ekoloji şüur – «təbiət-cəmiyyət» sisteminin fəaliyyətində 

sosial, təbii və xüsusi xarakter daşıyan sosial-ekoloji qanunlarının inikasıdır; bu qanunlar ictimai şüurun 

bu formasının inikası obyektidir.  

XX əsrdə ekoloji şüur haqqında təsəvvürlər əsaslı şəkildə dəyişilir. Bunun səbəbi – müasir dünyada 

qenderin yeri və rolu haqqındakı  təsəvvürlərin dəyişilməsidir. Bu zaman ekoloji şüuru bir çox 

mövqelərdən: gələcək baxımından (ekoloji nikbinlik və ekoloji bədbinlik), utilitar (fayda) – iqtisadi 

baxımdan (neçəyə başa gələcək), bir də aksioloji (dəyərlər sistemi) baxımından (insanlar üçün nə 

dərəcədə  əhəmiyyətlidir) qiymətləndirirlər. Bununla yanaşı, ön plana ekoloji şüurun məzmunu və 

strukturunun bilavasitə psixoloji təhlili məsələsi çəkilir. Bir sıra tədqiqatlarda qeyd edilir ki, müasir 

cəmiyyətdə, insanların  şüurunda ikili mövqe formalaşıb: ekoloji bədbinlik (daha üstündür) və ekoloji 

nikbinlik (burada gələcəyi utilitar, yəni fayda baxımından qiymətləndirir, onun işıqlı olmasını 

gözləyirlər). Bununla yanaşı biganəliyi ifadə edən insanlar da var (çünki onlar yalnız bu günün gündəlik 

problemlərinin dərdini çəkir). 

Xüsusi tədqiqatlar  əsasında ekoloji şüurun daşıyıcılarını dörd qrupa bölüblər. Bölgü üçün əsas – 

ekoloji məsələlərin həllində yeni maliyyə  mənbələrin tapılması ilə bağlıdır. Bu dörd qrup insanlar 

aşağıdakılardır: birinci qrupa aid olanlar mövcud ekoloji durumdan çox nigaran, təbii mühitin gələcəyi 

üçün çox narahatdırlar; iknici qrup da bu hissləri keçirir, yalnız ekoloji tədbirlərə öz cibindən vəsaitin 

ayrılmasına razı deyillər; üçüncü qrup insanlar ekoloji vəziyyəti dəyişdirmək niyyətindədirlər, lakin 

maliyyə  məsələsini dövlətin üzərinə qoyurlar; nəhayət, dördüncü qrupun nümayəndələri mühitin 

vəziyyətinin dərdini çəkmir, ümumiyyətlə bu adamlarda dövlətdə ekoloji və iqtisadi məsələlərin həllində 

yaranmış vəziyyət haqqında çox az təsəvvür var.  

Əgər, ekoloji şüurun strukturu və xüsusiyyətlərin psixoloji tərəfinə müraciət etsək, görərik ki, burada 

kifayət qədər mürəkkəb və məzmunlu məsələlər var. Ən əsas məsələ burada ekoloji şüurun mahiyyəti, 

strukturu, tipləri, fəaliyyət mexanizmləridir.  



Müasir psixologiyada şüur dedikdə psixikanın ali, inteqrasiya etmək qabiliyyətində olan durum 

nəzərdə tutulur, burada varlıq inikas edilir, vasitə kimi istifadə edilərək, onu yaradıcı-quraşdırıcı şəkildə 

dəyişdirir.  İstər inikas, istərsə  də yaradıcı-quraşdırıcı  dəyişdirmə  fəaliyyətində insanın bütün psixik 

prosesləri iştirak edir (qavrama, yaddaş, təfəkkür, təxəyyül), nəticədə insanda dünya haqqında biliklər 

sistemi yaranır, bunlar da, öz növbəsində öz ifadəsini reallıqda, insan davranışında tapır. Belə proseslərin 

daha bir xüsusiyyəti var: onlar müxtəlif hisslər və iradə ilə bağlı hallarla müşayiət olunur; nəticədə 

şüurda (fərdi səviyyədə) subyektivlik və  qərəzlik kimi keyfiyyətlər  əmələ  gəlir. Ekoloji şüur, ictimai 

şüurun formalarından biri olaraq, özünəməxsus xüsusiyyətlərə malikdir, bu xüsusiyyətlər təbiətin 

özünəməxsus şəkildə inikas edilməsi və onun yaradıcı-quraşdırıcı dəyişdirilməsi ilə bağlıdır.  

V.A.Skrebets qeyd edir ki, ekoloji şüur – təbii və süni mühitin psixi inikasının ali mərhələsidir; 

burada insan öz daxili aləmini müşahidə edir, bioloji, fiziki və kimyəvi aləmdə insanın yeri və rolunu 

dərk edir, şüur vasitəsi ilə bu prosesi idarə edir. Müəllif qeyd edir ki, ekoloji şüur fasiləsiz olaraq hissi və 

nəzəri obrazların dəyişilməsi əsasında inkişaf edir, təhlil nəticəsində bu obrazlar müəyyən anlayışlar və 

ifadələrdə öz əksini tapır, bu yolla da ekoloji praktikanın,  ya  da  fəaliyyətin  əsasını  təşkil edən fərdi, 

yaxud ictimai ekoloji təcrübə qeydə alınır. Gördüyümüz kimi, artıq ekoloji şüuru yalnız biliklərlə 

məhdudlaşdırmaq cəhdlərə son qoyuldu. Müəllif, ekoloji şüurun vahidləri kimi düşüncəni və emosiyanı 

birləşdirərək, zaman və struktur baxımından onları  əlaqələndirə bildi. Xüsusi olaraq o, ekoloji şüurun 

praktiki, fəaliyyətlə bağlı tərəfini qeyd edir.  

Qeyd edilən təsəvvürlərə istinadən, V.A.Skrebets ekoloji şüurun tərkib hissələrini müəyyən etmək və 

onların başlıca keyfiyyətlərini təsvir etməyə çalışıb. Ekoloji şüurun struktur komponentləri sırasında 

müəllif şüurun, təöii aləmin cisim və hadisələrində cəm olunmasını, mövcud cəmiyyətə, burada yaşayan 

nəsillərə xas olan təbiətlə qarşılıqlı münasibətlərinin qəbul olunmuş qaydalardan istifadə edilməsi, 

müəyyən qruplarda, o cümlədən cinsi mənsubiyyətinə görə bölünənlərdə qavranılmış tarixi-mədəni 

təcrübəsinin hissi və rasional tərəflərini qeyd edir. Belə təcrübədə biz, qadağa və icazələri, mövcud sosial 

qrupda qəbul edilmiş dünya ilə qarşılıqlı fəaliyyətinin işarələr və simvollar sistemini müşahidə edirik.  

Ekoloji  şüurun başlıca keyfiyyətləri və yaxud əlamətlərinə müəllif aşağıdakılarını aid edir: ekoloji 

şüurun, cəmiyyətdə qəbul olunmuş normalar, dəyərlər sistemi, yaranmış ənənələrlə müəyyən edilməsi; 

təbiətin mahiyətinin müxtəlif işarələr, simvollar vasitəsilə (o cümlədən nitq vasitəsilə) qavralınması; 

ekoloji şüur özü-özlüyündə dərketmə vasitəsilə daxilən inkişaf edir; ekoloji şüurda ziddiyyətlər üzərində 

qurulan mühakimələrin tədqiqi. 

S.D.Deryabo və V.A.Yasvin, ekoloji şüurun iki növünü göstərərək (antroposentrik və ekosentrik), 

burada dəyərlər sistemlərini fərqləndirirlər; insan və  təbiətin qarşılıqlı  əlaqələrini ifadə edən bəzi 

təsəvvürlər aşağıdakı şəkildə təsnif edilə bilər (bax 1 №-li cədvəl). 

 

 



 

 

Cədvəl 1. Antroposentrik və ekosentrik ekoloji şüurun strukturu 

 

Antroposentrik ekoloji şüur Ekosentrik 

ekoloji 

şüur 

İnsan – ən ali dəyərdir. 

Ən ali dəyər – insan və təbiətin ahəngdar 

inkişafıdır. 

Dünya-qarşılıqlı asılılıq və tabeçilik üzərində 

qurulur. 

Dünya – qarşılıqlı asılılıq və tabeçilik üzərində 

qurulmur. 

«Praqmatizm hökmü» – insana fayda verə biləcək 

hər bir şey – düzgündür. 

«Ekoloji hökm» – təbiətdə ekoloji müvazinəti 

pozmayan hallar – düzgündür  

Təbiət-insan fəaliyyəti üçün bir obyektdir. 

Təbiət – insanla qarşılıqlı fəaliyyətdə olan bir 

subyektdir. 

Etik norma və qaydalar təbiətlə qarşılıqlı 

münasibətlərə aid deyil. 

Etik norma və qaydalar bərabər şəkildə həm 

insanların bir-biri ilə qarşılıqlı münasibətlərdə, 

həm də təbiətlə yaranan münasibətlərdə vacibdir. 

Təbiətin inkişaf prosesi insanların məqsəd və 

vəzifələrinə uyğun gəlməlidir. 

Təbiətin inkişafı qarşılıqlı fayda verə biləcək bir 

proses kimi qəbul edilməlidir. 




Təbiətin mühafizəsi işi gələcək nəsillər üçün 

qorunub saxlanılması baxımından 

qiymətləndirilməli, bu mənada praqmatizm 

mövqeyində durmalıdır. 

Təbiətin mühafizəsi işi təbiətin özünə görə, bir də 

insan nəslinin yaşaması naminə qurulmalıdır. 

 

Beləliklə, qeyd edilən bu əlamətlər, ekoloji şüurun müxtəlif növlərinə aid olaraq, həm də bütövlükdə 



bu şüurun təsvirini verir.  

Ümumiyyətlə, antroposentrik ekoloji şüur – təbiətin hadisələrin və obyektlərinin, onların qarşılıqlı 

əlaqələri, bunlarla əlaqədar insanların məqsədyönlü və  dəyişdirici fəaliyyətinin iniukasının xüsusi 

formasıdır. Burada insan və təbiətin qarşıdurması gözə çarpır; ən ali dəyəri – insanın özüdür; o, təbiəti öz 

tələbatlarını ödəmək üçün istifadə edir, öz əxlaqi norma və qaydalarını təbiətə şamil etmir. 

Eyni zamanda, qeyd etmək lazımdır ki, sosial ekologiya məsələlərini tədqiq edən bir sıra alimlər 

qeyd edilən ifadəni (yəni, «antroposentrik ekoloji şüur») qəbul etmirlər, çünki bu şüur forması,  əslində 

antiekolojidir. 

Ekosentrik ekoloji şüur – təbii hadisələr və obyektləri onların qarşılıqlı əlaqələroin insan şüurunda 

inikasının xüsusi növüdür. Bu hadisələr, obyektlər və  əlaqələr insanın məqsədyönlü və  dəyişdirici 

fəaliyyətini müəyyən edir; öz şüur vasitəsilə insan təbiəti bir subyekt olaraq öyrənir, onun yüksək dəyər 

olduğunu qəbul edərək bərabərhüquqlu münasibətləri qurur, fayda baxımından yox, ümumbəşəri 

dəyərlər və qaydalar baxımından onu qiymətləndirir. 

Müasir ekoloji psixologiya qeyd edilən ekoloji şüur tiplərinin nəzəri təsviri ilə məhdudlaşmır. Məs., 

T.V.İvanova ictimai şüurda ekoloji dəyərləri öyrənərkən maraqlı bir halı müşahidə etdi: şüurda 

ekosentrik yönüm daha çox 17-19 yaşında olanlar üçün səciyyəvidir: onlar üçün, istifadə olunmaq 

mümkünlüyündən asılı olmayaraq, təbiət müstəsna dəyərə malikdir. Daha yaşlı nəsil tərəfindən təbiətə 

münasibətdə daha çox praqmatizm müşahidə olunur. Ətraf mühit onlar üçün ilk növbədə milli sərvət, 

cəmiyyətin ictimai inkişafın təməlidir. Bu prosesə daha çox təsir edən təhsil sistemində mütəxəssislərin 

hazırlanmasıdır: tələblərdə müxtəlif sahələr üzrə öz peşə, gələcək iş haqqındakı  təsəvvürlər getdikcə 

daha çox praqmatik xarakter daşımağa başlayır. 

Digər tədqiqatçı  İ.V.Kryac, ictimai şüurun strukturunda gündəlik ekoloji təsəvvürlərin 

psixosemantik tədqiqini apardı. Təbiətə münasibətdə insanları iki qrupa bölmək olar. Bir tərəfdən 

«biganəlik-ekoloji savadsızlıq – məsuliyyətsizlik-qəddarlıq-eqoizm», digər tərəfdən, «insansevərlik – 

daxili harmoniyaya meyl – həyatındakı dəyərlərinə yenidən baxış-məsuliyyət-mənəvi əsasların axtarışı – 

ekoloji düşüncələr (qayğılar) – təbiətə olan məhəbbət – onunla ünsiyyətdə olmaq tələbatı». 

Bütövlükdə Kryac təəssüflə qeyd edir ki, insanların adi şüurunda atroposentrik ekoloji təsəvvürlər 

üstünlük təşkil edir, insanların təbiətlə ünsiyyətin mümkün formaları sırasında əldə etmək, mənimsəmək 

psixologiyası hökm sürür. T.V.İvanova və  İ.V.Kryac tərəfindən  əldə edilmiş  nəticələr, bir sıra digər 

tədqiqatlar onu göstərir ki, həm fərdi, həm ictimai şüur səviyyələrində antroposentrizm mövqeli baxışlar 

üstünlük təşkil edir. Bunun səbəbi birinci növbədə onunla bağlıdır ki, insanlarda (o cümlədən, bizim 

ölkədə) yeni ekoloji əxlaqi dəyərlər hələ ki formalaşmayıb; bu işdə özünü sınayan yeni elmlər – ekoloji 

etika, ekoloji psixologiya və ekoloji pedaqogika hələ formalaşmayıb. 

Beləliklə, ekoloji problemlərin aktuallığı ona gətirib çıxartdı ki, ekoloji şüurun problemləri üzrə 

tədqiqatlar müxtəlif sahələrdə (filologiya, etika, psixologiya, sosial ekologiya və s.) aparılır.  

Həm ölkədə, həm də xaricdə  nəşr olunan elmi ədəbiyyatda bu mövzu geniş  işıqlandırılıb. Lakin 

dövlət idarəçilikdə  işləyən kadrdarın ekoloji şüurun inkişaf xüsusiyyətlərinin qender aspektləri hələ 

kifayət qədər öyrənilməyib. İnsan nəsli, qarşısına gələn ekoloji fəlakəti saxlamaq cəhdlərini daha uğurlu 

etmək üçün birinci növbədə dövlət idarəçilik sistemində çalışan kadrlardan, onların cəmiyyətdə ekoloji 

ab-hava yaratmaq istəyindən asılıdır. 1992-ci ilin iyun ayında Rio-de-Janeyro şəhərində BMT tərəfindən 

ətraf mühit və inkişaf üzrə proqram xarakterli sənəd olan «XXI əsrin gündəliyi»ndə deyilir: «İdarəetmə 

səviyyəsində aparılan fəaliyyət, insanlara ən yaxın olan sahədir; yerli hakimiyyət orqanları ictimaiyyətin 

maarifləndirilməsində, sabit inkişafına nail olması yoluna istiqamətləndirilməsi və səfərbər edilməsində 

olduqca vacib rol oynayırlar». 

Davamlı inkişafa nail olmaq yolunda qadınların çox vacib rolu var. Qadınların vəziyyəti üzrə IV 

Ümumdünya konfransının yekun sənədində qeyd olunub ki, «qadınlar, istehsalçı və istehlakçı kimi çıxış 

edərək, öz ailəsinin qeydinə qalaraq, uşaqlarını tərbiyələndirərək, davamlı inkişaf işinə kömək etməsində 



vacib rol oynayaraq, indiki və  gələcək nəsillərin həyat keyfiyyəti və sabitliyinin artırılması  işini həll 

edirlər». Bu fikir cəmiyyətin bütün üzvləri tərəfindən qəbul olunması, dövlət qərarları səviyyəsində təbii 

ehtiyatların idarə olunması işində yollarının axtarışında əsas kimi götürülməlidir. 

Ekoloji sahədə çalışan kadrların koqnitiv sistemlərinin faktorlu (bir neçə göstərici əsasında) başgird 

tədqiqatçılar tərəfindən aparılan təhlil göstərdi ki, qadınlarda koqnitiv səviyyə emosional səviyyə ilə 

güclü  əlaqədə, davranış  səviyyəsi isə – zəif  əlaqədədir. Müəyyən edilmişdir ki, koqnitiv emosional və 

davranış  səviyyələri kişi və qadınlarda fərqlidir (söhbət idarəetmə kadrlardan gedir). Qadınların bir 

qismi qeyd etdilər ki, ekoloji problemlər onları düşündürür, onlar bunları öyrənir və anlayır, eyni 

zamanda onların yalnız 28,5% cavab verdilər ki, bu problemlərin həllinə onlar təsir edə biləcək, bunların 

həlli şəxsən onların özündən asılıdır (söhbət ali pilləsində çalışan qadın rəhbər kadrlardan gedir).1 

Qadınlar təbii ehtiyatların idarə olunmasü üzrə peşə hazırlığını az hallarda alır; ekoloji siyasət 

cavabdeh olanların sırasında onlar az təmsil olunub; bunu maliyyə və korporativ təşkilatlar haqqında da 

demək olar: baxmayaraq ki, bu təşkilatların qərarları  ətraf mühitin vəziyyətinə çox ciddi təsir göstərir, 

qadınlar burada müxtəlif vəzifələrdə kişilərlə bərabər səviyyədə təmsil olunmayıb. 

Kişilərdə ekoloji mədəniyyətin mənimsənilməsinin koqnitiv səviyyəsi davranış  səviyyəsi ilə 

uyğunlaşır (bu nisbət 66,6% təşkil etdi). Ola bilsin ki, kişilər özünü müdafiə etmək məqsədilə müəyyən 

şəraitin üzərində  nəzarəti itirmək duyğusundan qaçır. Butövlükdə kişilər, həyatın ekoloji aspektinin 

qiymətləndirilməsində daha əhəmiyyətlisini nəzarət olanlar sırasında olduğunu göstərdilər (75%), 

qadınlarda bu göstəricisi bir qədər az idi (62,5%). Ekoloji informasiya insanlara stress xarakterli təsir 

göstərir; ekoloji təhlükə artdıqca fərdlər daha çox ümidsizlik, həyatın mənasızlığı hissini keçirirlər. Belə 

halı daha çox ekoloji risqin yüksək olan ərazidə yaşayanlar keçirirlər.  

Qlobal mənada təbii mühitin keyfiyyətinin azalması adətən dövlət sahəsinə aid edildiyindən, 

insanlarda həmrəylik hissi yaranmır, onlar öz münasibətini dəyişdirmir, gözləmək mövqeyini tutub 

dövlətdən yeni qanun və qaydaları gözləyrirlər. Onu da qeyd edək ki, dövlət idarəçilik orqanlarının 

işçiləri də belə «gözləmə» mövqeyində qalır, «yuxarıdan» qərarları gözləyirlər.  

Digər amil – insan həyatına təhlükə yaradan hadisələrdir – insan ömrünün davamlılığına təsiri, 

insanların sağlamlığı və qenofonduna təsiri, bütün canlı həyatın təhlükə qarşısında qalması, canlının bir 

çox növlərinin məhv olmaq təhlükəsi və s. Qeyd olunan amili 75% qadın və 50% kişi göstərdilər. Görünür 

ki, bu amil özünü qorumaq kimi ana instinktini ifadə edir. Qadınlarda belə instinkt daha güclüdür. Bu 

amilin (yaşamağın özünün belə  təhlükə altında qalması) özü də iki hissəyə bölünə bilər: «insan üçün 

təhlükə», «bütün canlı aləm üçün təhlükə». Təbii fəlakətlər, nüvə  təhlükəsi haqqında məlumatın 

qavranılması zamanı formalaşan koqnitiv proseslərin nəticələri göstərir ki, insanlar adətən belə məlumatı 

nəzərə almır, risqin dərəcəsinin rəqəmlər dili ilə (statistika ilə) qiymətləndirilməsi onları düşündürmür. 

Təhlükə amili olduqca yüksək dərəcəyə yaxınlaşıb, deməli, insan nəsli elə bir mərhələyə çatıb ki, bundan 

sonra ekoloji məsələləri saymamaq, onları nəzərə almamaq mümkün olmayacaq.  

«Qloballıq» amili 100% kişilər və 50% qadınlar üçün əhəmiyyətli olub. Bu amilin məzmununa 

«onun həlli hamıdan asılıdır», «həlli mürəkkəbdir», «iqlimə mənfi təsir edir» və s. kimi mövhumlar daxil 

edilir. Ümumiyyətlə, göstərilən amil bədbinlik  əhval-ruhiyyəsi, ekoloji problemlərin həllində 

məsuliyyətdən qaçmaq kimi hadisələrlə  əlaqəlidir. Eyni zamanda o, bütün canlının qarşılıqlı  şəkildə 

əlaqəli olmasının dərki, ətraf mühitin ekoloji tənəzzül proseslərinin qlobal xarakteri, bütün bəşər nəslinin 

birgə  tədbir görmək zərurətindən xəbər verir. Ümumiləşdirmiş  şəkildə qeyd edilən amilləri kişi və 

qadınların təsəvvürlərində aşağıdakı şəkildə fərqləndirmək olar:  

 

 Qadınlar, % 

Kişilər, % 

Cəlb olunma dərəcəsi 87,5 75 

Təhlükə  

75 


50 

Nəzarət olunma dərəcəsi 62,5 

70 

Qloballaşma  



50 

100 


 

Qeyd edilən amillərin belə nisbəti heç də  təsadüfi deyil. Fikrimizcə, «qloballıq» amili təhlil 

etdiyimiz sosial təsəvvürlərin koqnitiv, təhlükə-emosional, «nəzarət olunma dərəcəsi» – davranış 

                                                 

1

 Махмутова Е.Н., Валитова А. «Особенности экологического сознания кадров государственного управления» (гендерный аспект) 



Материалы I Российской летней школы по женским и гендерным исследованиям. «Валдай –96». МЦГИ. М., 1997. с. 92-96 


tərəflərini özündə inikas edir. «Jəlb olunma dərəcəsi» ekoloji mədəniyyətin mənimsənilmə səviyyəsinin 

cəmi göstəricisidir.  

Bütövlükdə  tədqiqatların nəticəsi onu göstərir ki, qadınlar ekoloji problemlərdən yaranan 

təhlükəni daha yaxşı duyur, ona görə də onların təəssüratlarında qayğı çəkmək, emosionallıq (ürəyindən 

keçirmək), müdaxilə etmək kimi ifadəolunma halları daha çoxdur. Qadınların  əksəriyyəti qeyd edir ki, 

ekoloji problemlər  şəxsən onlara toxunur, gündəlikdə onları müşaiyyət edirlər. Qadınlar ekologiyanın 

insan sağlamlığına, onun genofonduna mənfi təsirini, bunlara qarşı təcili tədbirlərin görülməsi zərurətini 

xüsusi olaraq qeyd edirlər. 

Qadın və kişilərin  şüurunda ekoloji problemlərin  əhəmiyyəti müxtəlif  şəkildə qiymətləndirilir. 

Başqa bir, qender sahəsində aparılan tədqiqatda, bununla bağlı suallara, o cümlədən «Daha çox nədən 

narahatsınız?» 18,1% qadınlar və 10,5 % kişilər qeyriqənaətbəxş ekoloji vəziyyəti qeyd etdilər. 

Kişiləri  daha  çox  praktiki  həllini tələb edən, nəzarət altına alına biləcək həyatın ekoloji tərəfləri 

düşündürür, onlar bir çox ekoloji problemlərin qlobal xarakterini qeyd edir, onların konkret şəraitdən, 

asılı olmasını, qaçılmazlığı və dönməzliyini vurğulayırlar. 

Ola bilsin ki, cavablarda yaranan belə  fərqlər qadının analıq vəzifəsilə, insan nəslinin qalıb-

qalmaması problemi ilə  əlaqəli olmasına  əsaslanır. Qadınlar ekoloji problemlərin həlli yollarının 

axtarışında ekoloji etika, maariflənmə, mənəviyyat kimi amillərə müraciət edirlər. 

Kişilər, vəziyyəti  əldə etmək, öz həyatına nəzarət etmək tələbatı üzündən ekoloji problemlərin 

təhlükəli anları, günahkarlıq hissini özündən uzaqlaşdırır,  əvəzinə bu problemlərin mürəkkəbliyi, 

qloballığı və nəzarətolunma dərəcəsini düşünürlər. Onlar, ətraf mühitə fayda baxımından nəzər salaraq, 

ekoloji problemləri insanların iqtisadi (sənaye) fəaliyyəti ilə  əlaqələndirir, elm və texnikanın gələcək 

nailiyyətlərə ümid edirlər. Bu fikri belə bir fakt təsdiqləyir ki, kişilər, sorğu zamanı, siyahıda göstərilən 

göstəricilirə daha bir neçəsini  əlavə etdilər: sənaye istehsalının tullantıların zərərsizləşdirilməsi, daş 

kömürdən əmələ gələn toz, avtonəqliyyatın qazları ilə havanın çirklənməsi və s. qadınların siyahıya əlavə 

etdiyi faktlar göstərir ki, onların koqnitiv strukturları daha qətidir (orta hesabla 32,3) kişilərdə müvafiq 

olaraq – 23,4-dür. Kellinin fikrincə, mənalar sisteminin sabitliyi elementlər arasındakı  əlaqələri daha 

möhkəm, emosional tərəfinin yüksək olması  və birmənalılıq ilə xarakterizə olunur. Tədqiqat zamanı 

müəyyən edilmişdir ki, elementlər bəzən birləşir, bu da nevrotik simptomların təzahürüdür.  

Dövlət idarəçilikdə  işləyən kadrların ekoloji şüurunun təhlili göstərir ki, ekoloji problemlər 

qadınlarda bütün digər problemlərin 14,5%-ni təşkil etmişdir (inflyasiya, tənəzzül, borclar); kişilərdə bu 

göstərici – 11,5%-dir. Ümumiyyətlə, o vaxtlar ki, ətraf mühitin problemlərini az adam tanıyıb, təbii 

sərvətlər tükənməz hesab edilib, ətraf aləmin əbədi və dəyişilməz biliblər, çoxdan keçib.  

Tədricən, Yer kürəsində ekoloji vəziyyətin pisləşməsi faktının dərki, baş vermiş  dəyişikliklərin 

dönməzliyi və qlobal xarakteri haqqında təsəvvürlər ictimai şüurda ön plana çəkilməyə başlandı. 

Qadınlar, öz cavablarında ekoloji böhrandan çıxış yolları  sırasında daha çox ekoloji mədəniyyətin 

formalaşması zərurətini, kişilər isə sənaye, elmi-texniki imkanlarından istifadə olunmasının əhəmiyyətini 

qeyd edirlər (burada ekoloji şüurda yaranan bir sıra əfsanələr də qeyd edilməsi arzu edilə bilər, məsələn, 

«ekoloji cəhətdən təmiz təsərrüfatın» qurulması haqqında əfsanə və s.). 

Ümumiyyətlə, tədqiqatlar göstərir ki, həm qadınlar, həm də kişilər planetin ekoloji gələcəyini 

bədbin  şəkildə  təsvir edir, bütün təhlükələrin daha da artmasını qeyd edirlər. Arzuladığı nemətlər – 

təmiz hava, təmiz su, bir də insanın özü və təbiətlə təmasda olub harmoniyaya nail olmasıdır. Keçmişə 

də ideal kimi baxırlar.  

Bütün ekoloji, sosial və iqtisadi problemlər insanın özündə, ilk əvvəl onun bütün həyat fəaliyyəti 

sahələrini müəyyən edən  şüurundadır.  İnsanın  şüuru təxminən son on min ildə formalaşıb; bütün bu 

müddətdə onun təbiətə münasibəti «fəthedici» olaraq, belə bir fikrə  əsaslanırdı ki, təbiət-insanın tam 

ixtiyarında və tabeliyində olan yaşamaq üçün sonsuz bir mənbədir. Müasir həm özəl, bazar, həm də 

mərkəzdən idarə olunan iqtisadiyyat biosfer ilə tam ziddiyyət təşkil edir; XX əsrdən başlayaraq, burada 

dünya iqtisadiyyatını yaratmaq üçün ümumbəşəri dəyərləri hər bir insanın şüurunda aşılamaq lazımdır. 

Sabit inkişafı, yalnız köhnə, ənənəvi təsəvvürlərə əsaslanıb təmin etmək mümkün deyil. Təsərrüfatçılığın 

bütün yeni formaları ekoloji və sosial vəziyyətlə uzlaşdırılmalıdır.  

İqtisadiyyatın inkişaf qanunları ilə biosferin inkişaf qanunlarını uzlaşdırmaq lazımdır. Əsas şərt – 

təbii ekosistemlərin inkişafını  təmin etmək,  ətraf mühitin təbii davranış  və stabilliyini qoruyub 

saxlamaqdır.  



Davamlı inkişafın ilkin mərhələdə, xüsusilə, müasir dövrə xas olan böhranlı  vəziyyət  şəraitində 

iqtisadi və ekoloji problemlərin həllində bazar iqtisadiyyatı münasibətləri ifadə edilməlidir. Bazar 

rəqabətinin öz qanunları var. Burada planlı idarəolunmasının imkanları çox məhduddur. Planlı 

idarəetmənin  əsas vəzifəsi – bazar münasibətlərini  əvəz etmək yox, onun fəaliyyət hədlərini müəyyən 

etməkdir. Bazar iqtisadiyyatının sərhəd zonalarında fəaliyyət  şəraitini müəyyən edən ekoloji 

qiymətvermələr, müvafiq qadağalar, verginin tətbiqi mümkündür. Bu sərhədlərin daxilində, strateji 

planlaşdırma  əsasında sistemin işinə qarışmaq olmaz. Burada «bərabərçəkili iqtisadiyyat» formalaşır; 

belə iqtisadiyyatın konsepsiyası artıq XIX əsrtin axırı – XX əsrin  əvvəllərində Lozann məktəbinin 

nümayəndələri olan L.Varas və V.Pareto tərəfindən irəli sürülmüşdür. Belə iqtisadiyyat dünya iqtisadi 

prosesində formalaşmağa başladı.  

Bununla belə, gələcəkdə bilmək olmaz, bazar iqtisadiyyatı mexanizmi əsasında inkişaf edən 

iqtisadi sistem davamlı inkişafı təmin edə bilər, yoxsa yox. Sabit cəmiyyət, yalnız bazar münasibətlərinin 

imkanlarına, (nə  qədər qüdrətli olan olsa da) onun innovasiya proseslərinə arxalanaraq, inkişaf edə 

bilməz. Bazar mexanizmi uzunmüddətli məsələlərin həllində etibarlı əsas ola bilməz.  

«İqtisadi determinizm»ə (yəni cəmiyyətin inkişafının  əsasında iqtisadi qanunların durması 

ideyasına) son qoyub, digər dəyərlər sistemini formalaşdırmaq üçün insanın dünyagörüşündə mühüm 

dəyişikliklər baş verməlidir.  İndi həm sənaye mərhələsinin istehlakçı  cəmiyyətin prioritetlərindən 

(üstünlük təşkil edən dəyərlər), həm də sonrakı  mərhələyə xas olan iqtisadiyyatın fasiləsiz inkişafı  və 

biosferdə antropogen təzyiqi ideyalarından  əl çəkmək lazımdır.  Şübhəsiz,  şüuru alt-üst etmək çox 

çətindir; sivilizasiya tarixində belə hallar olmayıb, bəlkə  də bu – utopiyadır? Bununla belə, bu – 

labüddür, çünki əks təqdirdə insanın yaşaması belə böyük təhlükə altında qalır.  İctimai  şüurun 

transformasiya prosesinə biz köhnə ölçülərlə, yəni əvvəlki tarixi dövrlərdə baş verən proseslərlə yanaşa 

bilmərik.  

Sosial-iqtisadi sistemlərin inkişafında yeni yanaşmalar birinci növbədə onların təbiətlə sıx təmasda 

olmasını nəzərdə tutur (təbii mühit insan nəslinin yaşamasının zəruri və yeganə müqəddəm şərtidir). Axı 

insan özü – təbiətin bir hissəsidir. Şübhəsiz, əvvəlki sivilizasiyalar da təbii mühitdən kənarda yaşamayıb; 

söhbət ondan gedir ki, insan cəmiyyətinin istənilən inkişaf mərhələsi həm də ekoloji (təbii) amillərin 

təhlili əsasında öyrənilməlidir. Müasir dövrdə sosial-iqtisadi sistemlər nə təbiətdən təcrid olunmalı, nə də 

ki, onun üzərində hökmranlıq etməlidirlər. Sosial-iqtisadi sistem ekoloji tarazlığa nail olmaq üçün biosfer 

qanunları ilə hesablaşmalıdır. Davamlı inkişafa doğru belə bir, daha geniş və daha sistemli yanaşma bir 

çox fəaliyyət istiqamətləri üzrə yeni imkanlar açır. Lakin bu imkanlar çox zaman dünyada, o cümlədən, 

ölkəmizdə mövcud olan stereotiplərlə uzlaşmır.  

Sosial-iqtisadi münasibətlərdə ekoloji amilin nəzərə alınması sosial və iqtisadi fəaliyyət 

formalarının biosfer qanunları ilə uzlaşdırılması de-məkdir. Burada bazar və yaxud planlı iqtisadiyyat 

mexanizmlərinin səmə-rəliliyi haqqında diskussiyalar, «özəl və yaxud ictimai mülkiyyət» nisbətinin 

müzakirəsi yersizdir. İnsan nəsli az yaşamasının təməlini, sosial-iqtisadi sistemlərin biosferə uyğun olub-

olmaması üzərində quracaq. Azərbaycanda, bütövlükdə dünyada olduğu kimi, ictimai şüurda qeyd 

edilən fikirlər hələ ki, özünə yer tapmayıb. Xaricdə bəzi alimlər, iqtisadi elm nümayəndələri iqtisadi və 

sosial elmlərin inkişafında ekoloji prob-lemlərə diqqət yetirirlər. Azərbaycanda iqtisadçı-alimlərin 

bəziləri iqtisadi inkişafını yalnız bazar münasibətlərində görür, digərləri isə ekoloji problemləri heç 

nəzərə almırlar. Mərkəzləşdirilmiş idarəetmədən sosial bazar iqtisadiyyatına keçid şəraitində islahatlar, 

iqtisadi səmərəliliyi və  rəqabətə dözümlü olmaq qabiliyyətliliyi birləşdirib sosial müdafiə  və ekoloji 

təhlükəsizliyi təmin etməlidirlər. Davamlı inkişafın prinsiplərindən biri olan bu amil insan cəmiyyətini 

gələcəyə doğru irəliləməyə imkan verəcək.  

Davamlı inkişafa nail olmaq məqsədilə insanlar yeni təfəkkül tərzinə nail olmalı, dövlət siyasətinə 

təsiretmə imkanlarını genişləndirməlidirlər.  İndiyə  qədər ictimai şüur ictimai varlıqdan geridə qalırdı, 

xüsusilə  təbiətlə, onun dəyişdirilməsi ilə bağlı olan fəaliyyətindən. Bu fəaliyyət nəticəsində biosfer 

parçalandı. Şüur vasitəsilə insanlar bu prosesə son qoya bilər, təbiətin yanaşması və sabitliyinə səbəb ola 

bilər. Gec olsa da, nəhayət, insanlar dərk ediblər ki, ekoloji fəlakətə gətirib çıxara biləcək ekoloji böhran 

şəraitində yaşayırlar.  

Şüurda  əsaslı, köklü dəyişikliklər elmə  də  təsir edir. Elm-biliklərin istehsalı sahəsidir, təhsil 

simstemi vasitəsilə bu biliklər ötürülür və mənimsənilir, davamlı inkişaf mədəniyyəti bunların əsasında 

formalaşır. 



XXI  əsr bizi sınağa çəkib – bu da ekoloji sınaqdır. Bunun cavabını yalnız elm verə bilər. Elmi 

zəminində ictimai şüur ictimai varlığı qabaqlaya bilər ki, nəticədə davamlı inkişafı  təmin edə biləcək 

qərar qəbul edilsin, qeyri-müəyyənlik və risq aradan qaldırılsın. 

 

ƏDƏBİYYAT 

 

Введение в гендерные исследования. ч.3. – Харьков, 2001 

Кочергин А.Н., Марков Ю.Г., Васильева Н.Г. Экологическое знание и сознание. – Новосибирск, 1987 

Ситаров В.А., Пустовойтова В.В. Социальная экология. – М., 2002 

Chose a Future Issues and Options For Adolescent Girls. The Center for Development and Population 

Activities 

http://www.a-z.ru/texts/mahmr.htm

 

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Qenderin 



ekoloji 

şüurunun öyrənilməsi zərurəti nədər irəli gəlir? 

2. Qenderin 

ekoloji 


şüuru ətraf mühitin idarəolunmasına necə təsir edir? 

3. Kişi və qadın rəhbər kadrlarının şüurunda nə kimi fərqələr var? 

 

İş üsulları:  diskussiyanın keçirilməsi, kiçik qruplarda iş, konkret situasiyanın təhlili «Birlikdə 

görülən iş ətraf təbii mühitin mükəmməlləşməsinə imkan yaradır». 

 

 

TƏHLİL ÜÇÜN SİTUASİYA: «BİRLİKDƏ GÖRÜLƏN İŞ ƏTRAF TƏBİİ MÜHİTİN 



MÜKƏMMƏLLƏŞMƏSİNƏ İMKAN YARADIR» 

 

Tapşırıq:  

İşin yekunu seminar iştirakçıları üçün belə olmalıdır: 



ən vacib ekoloji problemləri müəyyən etmək; 

bu problemlərin həlli üçün fəaliyyət planını işləyib hazırlamaq. 



 

Vəsait: «Bizi əhatə edən  ətraf mühit» mövzusnuda keçirilən seminarda tərtib edilmiş ekoloji 

problemlərin siyahısı. 

 

Nə etməli:  

1. Seminarın məqsədini iştirakçılara çatdırmaq – «ekoloji problemlərin həlli üçün planın tərtibi». 

2. Tərtib edilmiş suallar üzrə intervyu aparmaq. Siyahını, biri digərinə göstərib onu oxumalıdır.  

3. Sonra 

bu 

siyahını digər suallarla tamamlamalıdırlar.  İşi tamamlanandan sonra, qeyd edilən 



problemlərin həlli üzərində birgə düşünün.  

4. Diskussiyaya 

rəhbərlik etmək, yəni burada söhbət sualların seçilməsi prosesində  iştirak edən 

dincəyiciləri cəlb etmək. 

5. Qruplar, 

verilən tapşırığı 20-30 dəqiqə ərzində yerinə yetirilməlidirlər. Hər bir qrupla müəyyən iş 

aparılmalıdır (kömək məqsədilə). 

6. Nəticədə hər qrup öz planını təqdim edir.  

 

Seminarı aparan aşağıdakı sualları verir:  

1. Siyahı necə tərtib edilməlidir? 

2. Bu 

siyahıları vahid plan şəklinə salmaq olarmı (bəlkə kimsə bu işin mərhələlərini izah edər). 



3. Hansı çətinliklərlə bu zaman qarşılaşmaq olar? 

4. Onları necə aradan qaldırmaq olar? 

5. Qruplar 

birgə işləyib planı tərtib edə bilərmi? 

6. Bilərsə, onda nədən başlamaq lazımdır? 

7. 


Əgər yox, onda kimləri köməyə çağırmaq olar (digər qrupları, o cümlədən qadın təşkilatları)? 

 

Yüklə 86,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə