Qərbi Kaspi Universitetinin Kolleci



Yüklə 124,14 Kb.
tarix22.12.2023
ölçüsü124,14 Kb.
#154160
referat 6316


Qərbi Kaspi Universitetinin Kolleci

SƏRBƏST İŞ


TƏLƏBƏ: Hüseynov Şərif
İXTİSAS: Turizm və onun təşkili
QRUP: 400/7
TƏDRİS İLİ: 2018/2019
FƏNN: Azərbaycan tarixi
MÖVZU: Hülakülər(Elxanilər) dövləti
MÜƏLLİM: Əzimov.E

Bakı-2018



GİRİŞ

1251-ci ildə Monqolustanda Çingiz xanın nəvəsi Munke böyük xan seçildikdən sonra İranın işğalını başa çatdırmaq, Ön Asiyanı tutmaq üçün Tulayn xanın oğlu Hülakü xanın başçılığı altında hərbi səfərə çıxmaq qərara alındı. Bu məqsədi həyata keçirmək üçün 4 ulusun xanları hər on nəfər döyüşçüdən ikisini Hülakü xanın dəstəsi üçün ayrılmalı idilər. Hazırlıq iki il ərzində sona çatdı. Tarixi mənbələr sübut edir ki, o zaman Azərbaycan, Ermənistan, Gürcüstan və İranda Arqun ağa hakim idi. Hülakü xanın ordusunda 120 min nəfər döyüşçü vardı. Hülakü xan 1256 – cı ildə paytaxtı Əxamut şəhəri olan, 250 ildən çox tarixə malik İsmaillilər dövlətini işğal etdi. İran, Azərbaycan və Ermənistan hökmdarları qorxaraq, onun hüzuruna gəlib tabe olduqlarını bildirdilər. Hülakü xan öz nüfuz dairəsini genişləndirməkdə davam edirdi. O, 1258–ci ildə Bağdad üzərinə hücuma keçdi, fevralın 10 – unda Bağdat tutuldu, şəhərdə qırğın və talan 40 gün davam etdi. Sonuncu xəlifə əl – Müstəsim edam edilməklə, Abbasilər xilafətinin 508 illik (750 – 1258) hökmranlığına son qoyuldu.


Hülakü xan özbaşına hərəkət edərək, monqol imperiyasının beşinci ulusunu yaratdı. Ona elxan rütbəsi verildi. İlk gündən Hülakü xanın yaratdığı imperiya böyük monqol xanından, formal olsa da, asılı idi.
1295 – ci ildə Elxanilər islam dinini qəbul etdikdən sonra böyük xan hakimiyyətini tanımadılar. Hülakü xan ələ keçirdiyi sərvəti saxlamaq üçün möhkəm bir yerdə - Urmiya gölünün sahilində Tellə qalasını tikdirdi.
Hülakilər dövləti Azərbaycan, İran, Ermənistan, Gürcüstan, Kiçik Asiya (Qızıl Irmaq çayına qədər), Kürdüstan, İraqi-Ərəb, Əfqənistan və Türkmənistanın çox hissəsini və s. ərazini əhatə edirdi. Trapezunda imperatorluğu, Konya sultanlığı, Kilikaya (erməni çarlığı), Kipr krallığı hülakülərin vassalı idilər. Onlara bac və köməkçi könüllü dəstələr verirdilər. Hülakülər dövləti Bizans imperiyasından da bac alırdı.
Maraqlıdır ki, keçid mövqeyi Azərbaycanı Hülakilər dövlətinin siyasi və inzibati mərkəzi etmişdir. Hülakünün dövründə mərkəzi igamətgah Marağa şəhəri idi.. Abaqanın (1265 – 1282) dövründə Təbriz mərkəzə çevrildi. Məhəmməd Xudabəndə Ocaytu (1304 – 1316) isə Sultaniyyəni paytaxt seçdi. Əbu Səid (1316 – 1335) paytaxtı yenidən Təbrizə köçürdü.
Bakıxanovun yazdığına görə, Qızıl Orda xanı Bərkə xan öz sərkərdəsi Buğanı 1265-ci ildə Dağıstan yolu ilə Azərbaycana göndərdi. Lakin hülakülərin Zaqafqaziyadakı hakimi Eştmut Buğanın qoşunlarını Dərbənd yaxınlığında məğlub edib, geri qaytardı. Bu məğlubiyyətdən sonra Bərkə xanın 300 minlik atlı dəstəsi yenidən Dərbənd yolu ilə Azərbaycana soxuldu. Kür çayı ətrafında Abaqa xan onun qarşısını kəsdi. Bərkə Tiflisə getdi və orada öldü. 1313-1335-ci illərdə Özbəyin qoşunu Azərbaycana soxuldu, lakin uğursuzluqla qarşılaşdı.
Hülakü dövlətinin daxili və xarici siyasətində köçəri monqol və türkdilli tayfa əyanları, maliyyə aparatında isə İran məmurları mühüm rol oynayırdılar. Hərbi – feodal mütləqiyyət üsuli – idarəsindən ibarət olan dövlət quruluşu piramidasının zirvəsində basic elxan idi. Əsas idarə orqanı divanın başında vəzir, hərbi qüvvələrin başında əmir dururdu. Dini işlərə qazı rəhbərlik edirdi. Hülakilər dövlətinin sarayında dedi-qoduçuluq, xəbərçilik geniş yayılmışdı. Vəzirlər xalqı talan etməklə həddindən çox varlanırdılar. Hülakülərin 23 vəzirindən yalnız 1 nəfərinin öz əcəli ilə ölməsi heç də təsadüf deyildi. Qalanlarının var – dövləti müsadirə edilmiş, özləri isə edam olunmuşdular. Dövlətin ərazisi vilayətlərə bölünürdü. Hülakü xanı Çingiz xanın yasasına (qanuna) əsasən qurultayda keçirilir, ali monqol xanı tərəfindən təsdiq edilirdi. Qoşun on min, min, yüz və on nəfərlik hissələrə ayrılırdı. Hərbiçilərə iqta verilirdi.
Hülakü dövlətinə daxil olan ölkələrin iqtisadiyyatı ilk hülakülərin çox ağır vergi siyasəti nəticəsində tənəzzülə uğradı. Vergi monqol əyanlarının əsas gəlir mənbəyi idi. Monqollar əhali üzərində 40 adda vergi və rüsum qoymuşdular. 1254 – cü ildə 10 yaşından 60 yaşına qədər bütün kişilər siyahıya alındı. Torpaq vergisi xərac – məhsulla ödənilirdi. Bu, vergi məhsulunun 70 faizini təşkil edirdi. Can vergisi qonçur adlanırdı. Oturaq əhalidən 1 dinardan 7 dinara qədər tələb edilirdi. Monqol qoşunlarının saxlanılması üçün əhalidən alınan vergiyə tağar deyilirdi. Tacirlər və sənətkarlar tamğa verirdilər. Gömrük vergisi olan bac da çox geniş yayılmışdı.
XIII əsrin 60 – cı illərində Gürcüstan və Azərbaycanda baş vermiş üsyanı Hülakü xan qan içində boğdu. Tarixçi Rəşidəddinin verdiyi məlumata görə, Abaqa xan 1275 – ci ildə Arana ova gedərkən üsyançılar ona hücum etmiş, əlavə qoşun gətirilərək, onlara divan tutulmuşdur. Azərbaycanda monqollara qarşı üsyan Təbriz və Şirvanda daha geniş vüsət almışdı. 1301 – ci ildə Qazan xan üsyançılara qarşı hərbi əməliyyata başlamışdır. Azərbaycanda baş verən üsyanlar amansızlıqla yatırıldı.
Uzun sürən müharibələr, monqol zülmü Hülakülər dövlətinin təsərrüfat həyatını tənəzzülə doğru apardı. Vergilərin ağırlığı nəticəsində kəndlilər var – yoxdan çıxır, təsərrüfatı becərməkdə maraq sönür, öz yurdlarından qaçmalı olurdular. Nəticədə, dövlətin gəliri azalır, xəzinə boş qalırdı. Hakim sinfi çox narahat olurdu. Bu səbəbdən, Qazan xan vəzir Rəşidəddinin yaxından iştirakı ilə bir sıra mütərrəqi islahatlar hazırlayıb həyata heçirdi. Burada məqsəd iqtisadiyyatı dirçəltmək, mərkəzi hakimiyyəti möhkəmlətmək, xəzinəyə gələn mədaxili nizama salmaq idi. İslahata görə, torpaq ayrı – ayrı şəxslərə paylanır və müəyyən müddət vergi alınmırdı. 1303 – cü ildə Qazan xan kəndlilərin təhkimli hala salınması haqqında fərman verdi. 30 il ərzində öz ağasını qoyub qaçmış kəndli zorla əvvəlki yaşayış yerinə qaytarılırdı, qaçqınları gizlətməyə heç kimin ixtiyarı çatmırdı. 1304 – cü ildə vergilərin nizama salınması haqqında verilən fərmana əsasən, hər bir kənd, şəhər, vilayət üçün vergi siyahıları tərtib edilirdi. Vergi müəyyən edilmiş vaxtda toplanmalı idi. Xan, xanzadələr, qoşun və əmirlərin xeyrinə olan vergi ləğv edildi. Digər vergilərin də miqdarı azaldı. Xəzinədən vəsait ancaq Qazan xanın icazəsi ilə buraxılırdı.
Əlbəttə, Qazan xanın mütərəqqi islahatlarında onun nümayəndəsi olduğu hakim sinfin, elitanın mənafeyi nəzərə alınmışdı. Lakin islahatlar obyektiv olaraq əhalinin vəziyyətinin nisbətən yaxşılaşmasına, ölkədə iqtisadiyyatın canlanmsına və yüksəlişinə səbəb oldu. Bu, əkinçilik, sənətkarlıq və ticarətin inkişafı üçün yeni təkan oldu. Buddizm ruhunda tərbiyyə edilmiş, hakimiyyət başına keçəndən sonran islam dinini qəbul etməyi qərara almış, onu dövlət dini kimi qəbul etmiş Qazan xan müsəlmanlığı qəbul edəndən sonra özünü Mahmud adlandırdı. O, islamı qəbul etməklə yerli müsəlman zədaganlarına və ruhanilərə, habelə, köçəri monqol əyanlarının müsəlman hissəsinin yardımına arxalanaraq dövləti möhkəmlətməyi qarşısına məqsəd qoymuşdur. Qazan xan atasının tikdirdiyi bütpərəst məbədlərini dağıtdırdı. Azərbaycanın iqtisadiyatı müvəqqəti olaraq canlandı. Lakin onun gördüyü mütərəqqi tədbirlər Hülakülər dövlətinin daxilində baş verən çəkişmələr, arası kəsilməyən xarici hücumlar onu zəiflətdi. Nəticədə Hülakülər dövləti dağılmağa başladı.
Əmir Çobanın Kiçik Asiyada gizlənmiş nəvələrindən Kiçik Şeyx Həsən böyük qüvvə toplayaraq, Azərbaycan üzərinə yürüş etdi. Naxçıvan yaxınlığındakı döyüşlərdə Kiçik Həsən Böyük Həsəni məğlub etdi və Cənubi Azərbaycanı tutdu. 1356 – cı ildə Məlik Əşrəf Həsən xanı (1356 – 1357) hakimiyyət başına gətirdi. Məlik Əşrəf Azərbaycanın şimal hissəsini tutmaq niyyətinə düşdü və Şirvana hücum etdi. Şirvanşah Keykavus (1345-1378) Qızıl Orda xanı Canıbəylə ittifaqa girdi. Məlik Əşrəf 17 xəzinə yaratmışdı. Topladığı sərvətin bir hissəsini daşımaq üçün 100 dəvə, 400 qatır lazım olmuşdu. O, Canıbəydən yaxa qurtarmaq üçün əvvəlcə Mərəndə, sonra Xoya qaçdı. Məlik Əşrəfin ölümündən sonra Hülakülər dövləti xanlarının hökmranlığına son qoyuldu. Lakin Qızıl Orda hakimləri Azərbaycanda möhkəmlənə bilmədilər. Bağdad hakimi Cəlairli Böyük Həsənin oğlu Üveys böyük qüvvə ilə 1358-ci ildə Təbrizi tutdu. Azərbaycanda Cəlairlər sülaləsinin hakimiyyəti başlandı. Üveys Təbrizi özünə paytaxt edərək, Cənubi Azərbaycanın və İranın bir çox ərazisini hakimiyyəti altına aldı. O, Şirvana hücum edib Keykavusu əsir etdi və Bağdada apardı. O, Üveysin hakimiyyətini tanıyandan sonra azad edildi.
Monqol zülmü Azərbaycan elminə, ədəbiyyatına və incəsənətinə də böyük ziyan vurmuşdur. Lakin Azərbaycan xalqı çox ağır şəraitdə olsa da öz mədəniyyətini inkişaf etdirmişdir. Marağalı Əhvədi (1274 – 1338), Zülfüqar Şirvani (1190-1245), İzzədəddin Həsənoğlu (XIII əsr) kimi şairlər o dövrdə yazıb-yaratmışdır.
Təbrizdə həmin dövrdə inşa edilən Ərk qalası, Əlişah məscidi Rəbi Rəşididə şəhərciyi, Abşeronda Mərdəkan, Nardaran, Ramana qalaları və s. adamı indi də heyran qoyan memarlıq abidələridir.
Görkəmli alim və dövlət xadimi Nəsirəddin Tusi (1201-1274) 1259-cu ildə Marağa rəsədxanasının əsasını qoymuşdur. Onun "Zic Elxani" ("Elxanın cədvəli") əsəri astronomiyaya həsr edilmişdir. Həmin rəsədxananın kitabxana və avadanlığının dəyəri 20 min dinar olmuşdur. Orada müxtəlif ölkələrdən gəlmiş alimlər çalışırdılar.
Azərbaycan ərazisinin Monqol imperiyası tərəfindən işğal edilməsi və onların tam bir əsr müddəti zülm altında qalırlar. Monqol hücumları zamanı möhtəşəm saraylar, zəmilər, binalar məhv edilir, bağlar, üzümlüklər məhv edilir, mal – qaranı aparırdılar. Monqollar Azərbaycan şəhərlərini alır, insanları qılıncdan keçirdir, evlərə od vurur, qarşılarına çıxan hər şeyi məhv edirdilər. Onlar ələ keçirdikləri şəhərlərdə indiki erməni işğalçıları kimi nəinki qocaları və uşaqları, hətta ana bətnində olan körpələri də çıxarıb öldürürdülər. Şəhərlərdə aparılmış qazıntılar sübut edir ki, monqolların törəddikləri vəhşilikləri, qətlləri, insanların kütləvi şəkildə öldürülməsini bugünkü dövrdə erməni işğalçıları azərbaycanlılar üzərində tarix boyu həyata keçirmişlər.
Hərbi-feodal, mütləqiyyət üsuli-idarəsindən ibarət olan Elxanilər dövlətinin təsisi və köçəri monqol-türk qəbilələrinin Azərbaycanda məskunlaşması ictimai-siyasi həyatın bir sıra sahələri ilə yanaşı, ölkənin dövlət quruluşuna, idarə sisteminə də təsir göstərirdi. Monqol imperiyası mükəmməl idarə sistemi, kargüzarlığı ilə seçilirdi. Monqollar Azərbaycana qərarlaşmış idarə sistemi ilə gəlmişdilər. Lakin onlar boş səhralara və yaxud zəif inkişaf etmiş ölkəyə deyil, ictimai-iqtisadi, mənəvi və mədəni cəhətdən xeyli inkişaf etmiş bir diyara gəlmiş, dünya miqyaslı yüksəkmədəniyyətə malik olan xalqlarla qarşılaşmışdılar.
Elxanilərə (ümumiyyətlə, monqollara) məxsus olan dövlət quruluşu və idarə sistemi Azərbaycanda qərarlaşmış yerli dövlət quruluşu və idarə sistemi ilə çulğaşmışdı. Ölkədə iki ənənəvi idarə sisteminin - yerli əhaliyə və köçəri monqollara məxsus olan sistemlərin qarşılıqlı təsiri nəticəsində tədricən vahid, təkmilləşmiş, inkişaf etmiş idarə sistemi meydana gəlmişdi. Monqollar hərbi sahədə öz üstünlüklərini qoruyub saxlamışdılar, lakin mülki idarədə və maliyyə sistemində yerlilərə məxsus cəhətlər üstünlüyə malik idi. Monqollar özləri ilə bir sıra hərbi, mülki və s. anlayışlar da gətirmişdilər ki, onların bəzisi (bukavul, bəxşi, yurdçi, bəlarquçi və s.) vətəndaşlıq hüququ qazanmış, həmin dövrün yeni idarə sistemində işlənmişdir.
Elxanilər dövlətində ölkənin ali orqanı qurultay hesab olunurdu. Qurultaylar öz vəzifələrinə görə 2 yerə bölünürdü:Böyük qurultay və ümumiyyətlə qurultay (iclas). Böyük qurultaylarda mühüm dövlət əhəmiyyəti kəsb edən məsələlər müzakirə olunurdu: elxanlar seçilir, vilayət hakimləri və mühüm dövlət məmurları təyin olunur, hərbi, təsərrüfat planları, müharibə, sülh və dini məsələlər müzakirə olunur, dövlət fərmanları təsdiq edilir, əyanlara mükafatlar və ya cəzalar verilirdi. Böyük qurultaylar ildə bir dəfə çağırılırdı. Onlar 3 gündən 1 ay müddətinədək uzana bilirdi. Belə məclislərdə bəzən iki min nümayəndə iştirak edirdi. Qurultayın işində iştirak etmək məcburi idi. Müzakirə olunan məsələlər qurultay nümayəndələrinin əksər çoxluğunun iştirakı şəraitində, səs üstünlüyü ilə həll olunurdu. Adi qurultaylarda - iclaslarda nisbətən az əhəmiyyətli cari məsələlərə baxılırdı.
Dövlətin başçısı elxan (və ya sultan) himayəsində olan ərazinin,əhalinin mütləq hakimi idi və onun səlahiyyəti məhdudlaşdırılmırdı. Elxanilər taxt-tacına sahiblik irsi idi. Adətən, atanı oğlu əvəz edirdi. Belə hallarda Hülakülər sülaləsinin bütün üzvləri öz razılığını bildirməli, həmin məsələ qurultayda həll olunmalı, yeni hökmdar tacqoyma mərasimini keçməli və Ali monqol xaqanlığı tərəfindən təsdiq olunmalı idi. Əslində isə Elxanilər səltənətinə sahib olmaq üçün aşağıdakı üç yoldan istifadə edilirdi:1) yeni elxan qurultayda seçilirdi; 2) yeni elxan öz sələfinin vəsiyyətinə görə təyin olunurdu; 3) yeni elxan zorla hakimiyyətə yiyələnirdi.
Elxanilər dövlətinin adi idarə sistemində ikinci yeri naib əs-səltənət (səltənət naibi) tuturdu. Naib əs-səltənət elxanın mərkəzdə olmadığı məqamlarda dövlətin idarəsi ilə məşğul olur, qalan vaxtlarda isə ölkənin vəziyyəti, mühüm xəbərləri barədə elxana məlumat verir, onu gerçək şəraitlə tanış edirdi.
Dövlətin idarə sistemində üçüncü yeri ölkənin baş əmiri-əmir ül-üməra tuturdu. Hərbi və inzibati bölgü bir-birinə uyğunlaşdırılmışdı: inzibati baxımdan vilayət hesab olunan ərazi hərbi baxımdan ölkə adlanırdı. Mərkəzi dövlət aparatında hərbi-inzibati idarələri birləşdirən orqan əmarət (əmirlik) adlanırdı və bu orqan baş əmir tərəfindən idarə olunurdu. Baş əmir dövlətin dörd əsas əmirləri sırasından seçilir və elxan tərəfindən təsdiq olunurdu. Əmarətə ölkə əmirliyi, tümən əmirliyi, minlik və yüzlük əmirlikləri, yarğu (məhkəmə) əmirliyi, eləcə də ali hərbi vəzifələr-inaq, bukavul, tavaçi, yasavul, bəlarquçi, bəxşi və s. daxil idi. İnaqlar hərbi məsləhətçilər idi. Bukavullar divandan ayrılmış ixracatı və yürüşlərdə əldə edilmiş qəniməti hərbi hissələr arasında bölür, ordu hissələrinin təminatı ilə məşğul olurdular. Tavaçilər ümumi səfərbərliklə məşğul olurdular. Yasavullar qoşun hissələrini döyüş meydanlarına aparıb onları döyüşə hazır vəziyyətdə saxlamalı idi. Düşərgədə, yaylaq və qışlaqlarda hökmdarın və hərbi hissələrin yerləşdiyi məskənlər-yurdlar yurdçilər tərəfindən salınırdı. Bəlarquçi qoşun hissələri çəkildikdən sonra öz dəstəsi ilə döyüş meydanlarında, yurdlarda qalıb itkin düşmüş, azmış adamları, mal-qaranı və əşyaları toplayıb sahiblərinə çatdırmalı idi. Hərbi kargüzarlıq bəxşilər tərəfindən aparılırdı.
Elxanilərin qoşun təşkilatında aşağıdakı bölgü mövcud idi. Bütün ordu tümənlərə (onminliklərə) ayrılırdı. Tümənlərə onminbaşılar başçılıq edirdilər. Tümənlər minliklərə, minliklər yüzlüklərə, yüzlüklər isə onluqlara bölünürdü. Minliklərə minbaşılar, yüzlüklərə yüzbaşılar, onluqlara onbaşılar başçılıq edirdilər. Ordu nəfərlərinin adları bir-bir kitabda qeydə alınırdı. Azərbaycanda mülki idarə divan sistemi üzrə aparılırdı. Mərkəzi dövlət aparatında 20-dən artıq divan mövcud idi. Həmin bölgələrdə mühasibat işləri 7 dəftər əsasında həyata keçirilirdi.
Mərkəzi divanlar vəzirlər tərəfindən idarə olunurdu. Vəzirlər ölkənin ümumi iqtisadi vəziyyətini nizamlamalı, tənəzzül və inkişafın səbəblərini müəyyənləşdirməli, maliyyə məsələlərini həll etməli və ilk növbədə, səltənətin, şahzadələrin, onların ailə üzvlərinin təchizatını təmin etməli idilər. Vəzirlərin xüsusi köməkçiləri-müavinləri (naibi-vəzirət) vardı.
İxtisaslı divanlar təsərrüfatın müxtəlif sahələrini idarə edirdilər, ölkənin baş mustovfisi tərəfindən idarə olunan istifa divanı dövlət gəlirlərinin müəyyənləşdirilməsi, toplanması və xərclənməsi üzrə ümumi mühasibat aparırdı. Uluq bitikçi ölkənin əmlak rəisi sayılırdı, dövlət sərvətlərinin cəmlənməsi və xərclənməsinə cavabdeh idi. Münşi əl-məmalik dövlət sənədlərinin tərtibi ilə məşğul olur və xarici dövlətlərlə əlaqələri tənzimləyirdi. Dövlət xəzinələri üç nəfər tərəfindən idarə olunurdu: nazir dövlət xəzinəsinin məsrəflərinə, müşrif xəzinənin gəlirlərinin toplanmasıma cavabdeh idi. Xazen (xəzinədar) isə xəzinənin varidatını mühafizə edirdi. İsfəhsalar dövlətin təhlükəsizliyini təmin etməli, şəhərləri qorumalı, asayişə, dövlət qanunlarının düzgün icrasına nəzarət etməli idi. Dövlət arbitrajları (həkəm əl-məlalik) məhkəmə proseslərinə nəzarət edir, mübahisələrin qanun çərçivəsində həll olunmasına çalışırdı. Bayrat divanı istifadəsiz qalmış torpaqların qeydə alınması və istifadə olunması, imarət divanı tikinti işləri, məsas divanı sənətkarlıq işləri ilə məşğul olurdu. Dövlət sikkəxanalarının işi üçün xüsusi rəis məsuliyyət daşıyırdı. Ticarət işləri məlik ət-tüccarın ixtiyarında idi. Ölkədə rabitə işləri yam sistemi üzrə aparılırdı. Əsas yollarda hər 3 fərsəxdən bir (təxminənş 20 kilometr) dayanacaqlar (yamlar) təşkil olunmuşdu. Rabitə işləri bir yandan digərinə ötürülmə vasitəsilə həyata keçirilirdi.
XIII-XIV əsrlərdə Azərbaycanda Yarğu və ġəriət məhkəmələri fəaliyyət göstərirdi. Əslində onlar dövlətin vahid məhkəmə sisteminin müxtəlif qolları idi. Hər iki məhkəmənin sədrləri elxan tərəfindən təyin olunurdu. Yarğu məhkəmələri Çingiz xanın " Yasa"sının tələblərinə əsasən mühakimə aparır və monqol-türk qəbilələrinə məxsus şəxslər arasında baş vermiş mübahisələri həll edirdi. Monqollarla yerli əhali arasındakı mübahisələrə də Yarğu məhkəmələrində baxılırdı. Yarğu məhkəmələrində elxan müstəsna səlahiyyətə malik idi və hər bir məsələni öz iradəsinə uyğun surətdə müstəqil həll edə bilərdi. Mühüm dövlət əhəmiyyəti kəsb edən məsələlərə qurultayda baxılırdı və belə hallarda elxan baş hakim mövqeyində dururdu. Hərbi bölmələrdə mühakimə işlərinə baş əmir, tümən əmiri və yarquçilər baxırdılar. Məhkəmələrdə isfəhsalar və başqa məmurlar iştirak edirdilər. Məhkəmələrin qərarları yuxarı məqamlar, mühüm hallarda isə elxanın özü tərəfindən təsdiq olunmalı idi.
Yerli əhaliyə aid olan mübahisələrə şəriət qanunlarına əsaslanan qəza məhkəmələrində baxılırdı. Məhkəmə prosesi beş mərhələdən keçirdi: məhkəməyə müraciət, müqəssirin məhkəməyə cəlb olunması, tərəflər üçün vəkillərin müəyyənləşdirilməsi, istintaq və üzləşdirmə, məhkəmə hökmünün çıxarılması. Şəriət məhkəmələrində kargüzarlıq işləri dar ül-qəza adlanan orqanda aparılırdı. Katibin başçılıq etdiyi bu orqanda əmin (nəzarətçi), müvərrix (salnaməçi mühafizəçi), müdir (müstəntiq), vəkil və b. məmurlar çalışırdılar. Şəriət məhkəmələri müzalim divanında, ədliyyə idarələrində (dar ül-ədl), mədrəsələrdə və bu məqsədlə tikilmiş xüsusi binalarda keçirilirdi. Məscidlərdə məhkəmələr keçirmək qadağan idi. Dini məhkəmələr öz fəaliyyətlərində müstəqil olub, yalnız baş qazıya və elxanın özünə tabe idi. Yarğu əmirlərinin şəriət məhkəmələrinin işinə qarışması qanunla qadağan olunmuşdu.
1231-ci ildə monqollar Çormoğon noyonun başçılığı ilə Azərbaycana ikinci dəfə yürüş təşkil etdilər. Yerli əhalinin şiddətli müqavimətinə baxmayaraq, 1239-cu il üçün Azərbaycan bütövlüklə monqollar tərəfindən zəbt edildi. Azərbaycan 1256-cı ilədək Böyük Monqol imperatorluğu canişini tərəfindən idarə edilirdi. Hülakülər dövlətinin yaranması, yürüşləri 1256-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1256 – 1265) özünün Hülakülər dövlətini (1258 – 1357) yaradır (1.səhifə 338). Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. “Elxani” adı, “Böyük Xaqanlıq” mənasını verir. Belə ki, Elxanilərin öz bayraqları və pul vahidləri olsa da, əyalət sayılırdı və monqolların Böyük Xaqanına tabe idi. “Elxani” sözünün digər izahı “ el-il” yəni “əyalət,vilayət” mənasını verir. Dövlətin çox böyük və sürətli ordusu vardı.
Azərbaycanı ələ keçirən Hülakü xan 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar. Bu dövrdə Anadoluda ticarət zəiflədi.
Türklər Şərqi və Mərkəzi Anadoludan qərb bölgələrinə doğru köçmək məcburiyətində qaldılar. Monqollar Anadolu Səlcuqilər dövlətinin yıxılmasında önəmli rol oynadılar (2.səhifə 141-142). Hülakülər dövlətinin əraziləri Fars körfəzindən Dərbəndə və Amudərya çayından Misirə qədər uzanırdı. Ölkənin ən başlıca və mühüm məmləkəti Azərbaycan idi. Məhz burada dövlətin paytaxtları, əvvəlcə Marağa, daha sonra isə Təbriz yerləşirdi.Hülakü xanın vəfatından sonra ölkədə mərkəzi hakimiyyət bir qədər zəiflədi. Şimalda yerləşən Qızıl Orda (1243 – 1507) hökmdarları bundan istifadə etməyə cəhd göstərdilər. 1263-1265, 1288, 1290-cı illər onlar dövlətin şimal əyalətlərinə yürüşlər etmişdilər. Bu yürüşlərdə ilk növbədə, Azərbaycan əhalisi, şəhər və kəndləri zərər çəkirdi. Hülakülər Suriya və Fələstini işğal etdikdən sonra Misirə doğru irəliləməyə başladılar (5.səhifə 324). Ancaq Məmlüklər Əyn-i Cəlut döyüşündə Hülakiləri məğlubiyyətə uğradaraq Fələstin və Suriyadan çıxarıldılar (1260). Məmlük sultanı Baybars Hülakiləri ikinci dəfə Əlbistanda məğlub etdi (1277). Məmlüklər tərəfindən m15-ci əsrlik Təbriz memarlıq məktəbinin ən gözəl abidələrindən biri Təbrizdəki Göy məsciddir (1465, memar Xacə Əli Gücəci, nəqqaş Nemətulla Bevvab). "İslamın firuzəsi" adlandırılan Göy məscidin memarlıq quruluşu, monumental günbəzi, kvadrat biçimli böyük salonu, rumi və islimi ornamentli naxışları, kaşı və oyma bəzəkləri, nəstəliq, kufi, süls və rüqə xətləri ilə işlənmiş kitabələri 15-ci yüzillikdə Azərbaycan memarlıq-inşaat sənətinin yüksək inkişaf səviyyəsini göstərir. 15-ci yüzilliyin sonu – 16-cı yüzilliyin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərin böyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi. Tikintində memarlıqla təbii şəraitin üzvi şəkildə əlaqələndirilməsi, abidələrin bitkin kompozisiyası və əzəmətli baştağ quruluşu, kəsmə kaşıdan zövqlə tərtib edilmiş kitaba və ornamentlərin tətbiqi memarlığın seçilən özəlliklərinə çevrildi. 15-16-cı yüzilliklərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı(Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların "imzaları" qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420-21) nəfis naxışlarla bəzədilmiş qapılarını Azərbaycan usta Əhməd Təbrizli hazırlanmışdır. Türbənin yaxınlığındakı Yaşıl camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memar Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır) İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir.əruz qaldıqları məğlubiyyətlərdən başqa Hülakülər heç bir müharibəni uduzmayıblar.
Azərbaycanın orta əsrlər tarixinin bir çox dövrləri indiyədək ətraflı öyrənilməmiş və tarixi ədəbiyyatda işıqlandırılmamışdır. Bunun əsas səbəblərindən biri orta əsrlərə aid yazılı ilk mənbələrin azlığıdır. Digər tərəfdən, Azərbaycan tarixinin bir sıra dövrləri həddən artıq dolaşıq olduğundan onların ümumi tarix baxımından öyrənilməsi çətinlik törədir və bu illəri ayrıca tədqiq etmək lazım gəlir. Belə dövrlərdən biri oxuculara təqdim olunan bu kitabın əhatə etdiyi 1316-1360-cı illərdir. Bu dövr, xüsusilə onun ikinci hissəsi (1336-1360-cı illər) Azərbaycan
tarixində ən çətin dövrlərdən biri sayılır. Belə ki, qeyd olunan vaxtda Azərbaycanda və Yaxın Şərqin bir sıra ölkələrində mövcud olmuş Hülakülər (Elxanilər) dövləti tənəzzülə uğramış, müxtəlif hissələrə parçalanmış və nəhayət, süqut etmişdir. Azərbaycan ərazisi hakimiyyət uğrunda mübarizə aparan müxtəlif feodal qrupları arasında gedən müharibələr meydanına çevrilmişdi. Təkcə onu göstərmək kifayətdir ki, yalnız 1336-1344-cü illərdə Azərbaycanda hakimiyyət yeddi-səkkiz dəfə əldən-ələ keçmişdir. Hr bir feodal qrupu hakimiyyəti ələ almaq
üçün qanlı vuruşmalar aparmalı olmuş, nəticdə Azərbaycana böyük zərər dəymişdir. Daxili vəziyyətin gərginliyi ölkənin xarici vəziyyətinə də təsir göstərirdi. Azərbaycan dəfələrlə Qızıl Orda xanlarının hücumuna məruz qalmışdır. Həmin hücumlar Azərbaycanın ictimai-iqtisadi həyatına və xalq kütlələrinin maddi vəziyyətinə mənfi təsir göstərmiş, onun inkişafını ləngitmişdir.
1225-ci ildə isə Azərbaycan torpaqları monqol-tatar hücumları nəticəsində hakimiyyətdən məhrum olmuş Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qaldı. Xarəzmşah Cəlaləddin İraqi-Əcəm, Fars və Kirmanı zəbt edib Marağaya gəldi. Marağa əhalisi arasında rəğbət qazanmaq üçün burada bərpa işləri apardı. Az bir müddət sonra Təbrizə hücum etdi. Bu zaman Atabəy Özbək ailəsi ilə Gəncəyə, oradan isə Əlincəyə qaçdı və orada da vəfat etdi. Bununla da Azərbaycan Atabəylər dövlətinin varlığına son qoyuldu (1225).
Təbriz əhalisi Şəmsəddin Tuğrainin qardaşı oğlu Nizaməddinin başçılığı altında 7 gün mərdliklə vuruşdular. Lakin Xarəzmşah Cəlaləddin 1225-ci ilin iyulun 25-də Təbrizi tutdu və Nizaməddin Tuğrayini bura rəis təyin etdi. Daha sonra bir-birinin ardınca Gəncə, Beyləqan, Bərdə, Şəmkir və başqa şəhərlər də Cəlaləddin ordusu tərəfindən istila olundu. 1227-ci ildə Marağanın tutulması ilə burada fəaliyyət göstərən Ağsunqurilər sülaləsinin (1108-1227) hökmranlığına son qoyuldu. Şirvanşahlar isə ildə 100 min dinar vermək şərti ilə Cəlaləddinin asılılığını qəbul etdilər.
Gəncə şəhəri Xarəzmşah Cəlaləddinin iqamətgahına çevrildi. Azərbaycanın idarəçiliyi Cəlaləddinin vəziri Şərəf Əl Mülkin ixtiyarına verildi. Onun Təbrizdə qeyri-qanuni vergilər toplaması şəhər əhalisinin üsyanına səbəb oldu. Lakin Gürcüstan yürüşündə olan Xarəzmşah Cəlaləddin Təbrizə gələrək üsyanı yatırdı və şəhər rəisi Nizaməddin Tuğrayini edamı etdirdi. Bir qədər sonra Təbriz əhalisi şəhər rəisi Bəhaəddin Məhəmməd ibn Bəşir Yarbəyin başçılığı altında yenidən üsyana qalxmışdı. Tezliklə xalq hərakatı Azərbaycanın bütün bölgələrini əhatə etdi.
Azərbaycan ərazisində Xarəzmşah Cəlaləddinin ağalığı dövründə vergilərin artırılması, məmur özbaşınalığı ölkənin müxtəlif bölgələrində üsyanların qalxmasına səbəb oldu. 1231-ci ildə Gəncədə baş vermiş üsyan xalq hərakatının ən yüksək pilləsi oldu. Sənətkar Bəndərin başçılığı ilə Gəncə əhalisi şəhər hakiminin sarayını ələ keçirdi. Hadisələrin şahidi olan ərəb tarixçisi Nəsəvi yazırdı ki, düşmənin hərbi dəstəsi məhv edilmiş və şəhər üsyançıların əlinə keçmişdi. Bunu görən Cəlaləddin üsyançılarla danışığa girib təslim olunmalarını tələb etsədə Gəncə əhalisi mübarizədən əl çəkmədi. Lakin qanlı döyüşdən sonra Xarəzmşah Cəlaləddin şəhərə soxularaq üsyanı yatıra bildi. Üsyançılardan 30 min nəfəri edam edildi, Bəndəri isə tikə-tikə doğradıldı. Üsyanın təsirilə Azərbaycanın Xoy, Mərənd, Naxçıvan və başqa şəhərlərində də Xarəzmşah Cəlaləddinə qarşı xalq çıxışları baş vermişdi. Belə bir şəraitdə qonşu vilayətlərin hakimləri ilə ittifaq yarada bilməyən Cəlaləddin onların qüvvələrindən istifadə edə bilmir. Nəticədə, monqol-tatarların Azərbaycanı və qonşu ölkələri zəbt etməsi üçün əlverişli şərait yarandı.
Beləliklə Gəncə üsyanından az müddət sonra monqol-tatarlar ikinci dəfə-1231-ci ildə Çingiz xanın üçüncü oğlu Büyük xaqan Üqedey sərkərdə Çormoğonun başçılığı ilə Rey və Həmədan şəhərlərini işğal edib 30 minlik qoşunla Azərbaycan üzərinə yürüşə başladı. Bunu görən Xarəzmşah Cəlaləddin cənuba doğru qaçaraq Diyarbəkr ərazisinə qaçdı və dağlarda həlak oldu.
Monqol-tatarlar Marağanı talan edib növbəti dəfə Təbrizə doğru hərəkət etdilər. Yenə də şəhər əyanları danışıqlar apararaq xərac verməklə şəhəri qırğından azad etdilər. Həmçinin, monqolların tələbi ilə Təbrizin bir çox sənətkarları Qaraqoruma (Çingiz xan imperiyasının paytaxtı) göndərildilər.
1235-ci ildə monqol-tatarlar Gəncəni mühasirəyə aldılar. Uzunmüddətli mühasirədən sonra şəhər alındı və yerlə-yeksan edildi. Ərəb tarixçi İbn-əl Əsirin yazdığına görə “Gəncə 4 il müddətinə xaraba vəziyətdə qaldı”. Bundan sonra onlar Şəmkirdə ciddi müqavimətlə üzləşsələrdə şəhər alınaraq yandırıldı və əhalisi qılıncdan keçirildi. Monqol-tatar hərbi dəstələri hücumlarını davam etdirərək Bakı və Tovuz şəhərlərini zəbt etdilər. 1239-cu ildə Dərbəndin tutulması ilə bütün Azərbaycanın monqollar tərəfindən işğalı başa çatdırıldı.
İkinci yürüşdə monqol-tatarların əsas məqsədi işğal etdikləri ərazilərdə möhkəmlənməkdən ibarət idi. Odur ki, onlar qələbə çal-dıqdan sonra Monqolustana qayıtmadılar və yeni ərazilərdə məskunlaşdılar.
1239-1256-cı illərdə Azərbaycan və eləcədə Cənubi Qafqaz ərazisi Ali monqol xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. İlk canişin olan Arqun ağanın yeritdiyi əsas siyasət yerli feodalların monqol əyanlarından asılılığını təmin etməkdən ibarət idi.
Monqol xaqanlığının Ön Asiya, Cənubu Qafqaz və Kiçik Asiyanı ələ keçirməsinə baxmayaraq XIII əsrin ortalarında həmin vilayətlərdə iri feodal malikanələri hələ də öz müstəqilliyini itirməmişdi. Elə bu məqsədlə Ali monqol xaqanı Münke 1253-cü ildə Hülakü xanın rəhbərliyi ilə Ön Asiyaya qoşun göndərdi. 1257-ci ildə Hülakü xanın başçılığı ilə monqolların üçüncü yürüşü nəticəsində Azərbaycan torpaqları tabe edildi. 1258-ci ilin fevralında Bağdadi ələ keçirərək 500 il hökmranlıq etmiş Abbasilər xilafətinə son qoydu.
Zəbt edilmiş ərazilər hesabına yeni Monqol ulusu (dövləti ) Hülakülər dövləti yarandı. Dövlətin hakimləri Elxan (sultan) adlandırıldığına görə bu dövlət, həmçinin Elxanilər dövləti kimi də tanınır. Hülakülər dövlətinin tərkibinə Azərbaycan, İraqi- Ərəb, İraqi-Əcəm, Kirman, Gürcüstan , Kiçik Asiya, Fars, Xrizistan, Xorasan vilayətləri daxil idi. Bu dövlət Azərbaycanda bir əsrə qədər (1357) fəaliyyət göstərmişdir. Azərbaycan dövlətin siyasi-inzibati mərkəzinə çevrildi. Əvvəlcə Marağa, sonra Təbriz, Sultaniyyə paytaxt oldu. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi. Hülakular dövlətinin yaranması və fəaliyyət göstərməsi tədricən Azərbaycanın ictimai-iqtisadi, siyasi və mənəvi həyatına təsir etdi, onun hüdudlarında, əhalisinin etnik tərkibində, dini görüşlərində, mədəniyyətində, dilində dəyişikliklər baş verdi.
Bu dövrdə Şərqdən Xəzər dənizi boyu uzanan Azərbaycan cənub-şərqdən Gilan, cənubdan isə Fars vilayətləri ilə həmsərhəd idi. Qərbdə sərhəd Urmiya, Səlmas, Xoy, Maku şəhərlərinin qərbindən uzanaraq Arrana çatırdı. Azərbaycan sərhədləri daha sonra Şəki vilayətinin qərbindən və şimalda Dərbənd şəhərinin şimalından keçərək Xəzərə qovuşurdu. Dərbənd şəhəri, həmçinin Hülakular dövlətinin şimal müdafiə istehkamı idi.
Hülakü xan (1256-1265) oturaq əhalinin, yerli feodalların istismarı və sıxışdırması nəticəsində güclü mərkəzləşmiş dövlət yaratdı. Yalnız Şirvanşahlar dövləti öz daxili müstəqilliyini qoruyub saxlaya bilmişdi.
Mənbələrin verdiyi məlumata görə XIII əsrin ortalannda Hülaku xanın hərbi hissələrinin tərkibində Cənubi Qafqaza, o cümlədən Azərbaycana bir çox türk-monqol mənşəli qəbilə gəlmişdi. Toponimik materiallar 20-dən artıq qəbilənin, o cümlədən sulduz-çobani, cəlairi, cığatay, kurqan, sukait, corat, budat, oyrat, tatar, dolan, onqut və s. qəbilələrin həmin dövrdə Azərbaycan ərazisində məskunlaşdıqlarını təsdiqləyir. Onların tərkibində türkdilli tayfalar çoxluq təşkil etmiş və türkdilli əhalinin sayının daha da artmasına səbəb oldu. Artıq XIV əsrdə türklər Azərbaycanda isə əsas yeri tuturdular. Türk dili dövlət dili mövqeyi qazandı.
Hülakü xanın ölümündən sonra hakimiyyətə Abaqa xan (1265-1282) keçdi. Onun hakimiyyətinin son dövrlərində mərkəzi hakimiyyətə qarşı narazılıqlar artdı. 1275-ci ildə Abaqa xana qarşı hətta Aranda üsyan baş verdi, lakin üsyan çətinliklə də olsa yatırıldı. Abaqa xandan sonra hakimiyyətə gələn Əhməd xan (1282-1284) cəmi iki il ölkəni idarə edə bildi. Arqun xan (1284-1291) və onun qardaşı Keyxatu xanın da (1291-1295) hakimiyyətləri uzun sürmədi. 1295-ci ildə Keyxatunu əvəz edən Baydu elxan elan edilsədə bir neçə aydan sonra hakimiyyətdən məhrum edildi.
Hülakulər sarayında baş verən çevriliş və çəkişmələr mərkəzi hakimiyyəti olduqca zəiflətmişdi. Bundan istifadə edən Qızıl Ordalılar 1263, 1265, 1288 və 1290-cı illərdə Azərbaycan torpaqlarına basqın edərək talanlar törətmişlər. Qızıl Ordalılarla Hülakulər arasında müharibələr fasilələr 100 ilə qədər davam etmişdir. Bu müharibələr xalqın iqtisadi vəziyyətini tamamilə ağırlaşdırmışdı. Qızıl Orda xanları Azərbaycan ərazisinin Çingiz xanın vəsiyyətinə görə Batı xanın payına düşdüyünü iddia edirdilər. Hülakü xanın Azərbaycanda dövlət qurması Qızıl Orda xanlarının mənafeyinə toxunur və onları gəlirdən məhrum edirdi. Hülakü dövləti və Qızıl Orda arasında ilk döyüş 1263-cü ildə Qızıl Orda xanı Bərkənin sərkərdəsi Noqayın 30 minlik qoşunla Şirvana daxil olması nəticəsində baş verdi. Dərbənd şəhəri tutulsada Qızıl Ordalılar ölkədən çıxarıldılar. 1288,1290-cı illərdə baş verən yürüşlərdə də Qızıl Ordalılar hec nəyə nail ola bilmədilər.
1295-ci ildə Hülakulər taxtına Qazan xan (1295-1304) yiyələndi. O, öz siyasətində digər Hülakü hökmdarlarından fərqli olaraq yerli feodallarla əlaqənin möhkəmlənməsi siyasəti yeridirdi. Bu məqsədlə Qazan xan islam dinini qəbul edərək onu yenidən dövlət dini elan etdi və Mahmud adı götürdü. Halbuki ona qədərki Hülakü hökmdarları bütpərəstliyi yaymaq məqsədilə islama qarşı ciddi mübarizə apardılar. Onalrın apardığı dini siyasəti yerli əhali ilə gəlmələr arasında ziddiyyətin artmasına, ölkənin daxili və xarici vəziyyətinin gərginləşməsinə gətirib çıxarırdı. Qazan xanın göstərişi ilə ilk dövrdə inşa edilmiş bütxanalar, kilsələr, yəhudi məbədləri (sinaqoqlar) dağıdıldı və onların yerində məscidlər tikildi. Köçəri monqol əyanları ona qarşı çıxsalar da o yerli feodallara arxalanaraq narazılıqları yatıra bildi. Mərkəzi hakimiyyəti möhkəmləndirməyə nail oldu. Ölkədə nisbətən sabit vəziyyət yarandı.
Qazan xan dövlət xəzinəsinə gəlirlərin davamlı axınını təmin etmək, monqol əyanlarının özbaşınalığına son qoymaq, əhalidən vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılmaq, əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədilə islahatlar keçirdi. Qazan xanın islahatlarının həyata keçirilməsində onun vəziri olmuş tarixçi Fəzlullah Rəşidəddinin xüsusi rolu olmuşdur. Bu islahatlar torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələrini əhatə edirdi.
Torpaq islahatına görə monqol qoşununda qulluq edənlərə iqta adlanan torpaq sahələrinin verilməsi nəzərdə tutulurdu. 1303-cü ildə verilmiş qanuna görə kəndlilərin bir yerdən başqa yerə getməsi qadağan edildi, kəndli torpağa təhkim olundu. Bayrat torpaqların (istifadəsiz qalmış torpaqlar) sahibləri müəyyənləşdirildi, becərilməyən torpaqlar dövlət torpaqlarına qatıldı.
Vergi islahatına əsasən vergilərin növləri, həcmi, toplanma vaxtı dəqiq müəyyənləşdirildi. Qeyri-qanuni vergilər ləğv edildi, hər bir kənd və ya şəhərin ödəyəcəyi vergi məbləği lövhələrə həkk olundu. Vergilər pulla və ya natura ilə toplana bilərdi. Vergi toplanması mərkəzi divana həvalə olundu və vilayət hakimlərinin bu işə müdaxiləsinin qarşısı alındı.
Ölkədəki qanunsuzluqların, özbaşınalığın, rüşvətxorluğun qarşısını almaq məqsədilə məhkəmə islahatı keçirildi. Şəhər, mahal, kənd və s. qazılarının səlahiyyətləri müəyyənləşdirildi. Lakin bu islahat tam olaraq həyata keçirilə bilmədi.
Rabitə islahatı vahid rabitə sisteminin yaradılması üçün nəzərdə tutulmuşdu. Əsas yollarda hər üç fərsəxdən (təxminən 20 km) bir rabitə dayanacaqları-yamlar qoyuldu. Rabitə xidməti üçün əhalidən vəsait yığılması qadağan edildi. Bu islahat iki il müddətinə həyata keçirildi.
Ticarət islahatı nəticəsində isə vahid pul sistemi yarandı, çəki və ölçü vahidləri sabitləşdi.
Qazan xanın islahatları Azərbaycanda şəhər həyatının müəyyən dirçəlişinə, ticarətin və iqtisadiyyatın canlanmasına yardım etdi.
Qazan xanın qardaşı Məhəmməd Ulcaytunun dövründə də (1304-1316) bu sabitlik pozulmadı, mərkəzi hakimiyyəti daha da qüvvətləndi. Lakin 12 yaşlı Əbu Səidin hakimiyyətə gəlməsilə (1316-1335) feodal araçəkişmələri yenidən qızışdı. Faktiki olaraq hakimiyyətin Sulduzilər nəslindən olan Əmir Çobanın əlində cəmlənməsi bir çox feodalların narazılığına səbəb oldu. Azərbaycandakı gərgin daxili vəziyyətdən istifadə edən qonşu dövlətlər Hülakulara qarşı mübarizəyə qalxdılar. 1318, 1319, 1320, 1322-ci illərdə dövlətin müxtəlif ərazilərində iğtişaşlar qalxdı. Sultan Əbu Səid Baş əmir Çobanın köməyi ilə həmin qiyamları yatıra bildi. Sultaniyyə yaxınlığında döyüşdə isə Əbu Səidə üsyançıları məğlub etdiyinə görə “Bahadır” ləqəbi verildi. Xarici düşmənlərə qarşı mübarizə ciddi şəkil aldı və 1319-1325-ci illərdə Qızıl Orda dövlətinə təşkil olunan yürüşlərdə müvəffəqiyyət əldə edildi. Sultan Əbu Səid 1328-ci ildə Əmir Çobanı və bir neçə oğlunu öldürtdürərək Çobanilərin nüfuzundan xilas ola bildi
1335-ci ildə Qızıl Ordu xanı Özbək yenidən Azərbaycana soxuldu. Elə bu zaman Hülakü hökmdarı Əbu Səid feodal araçəkişmələri nəticəsində öldürüldü. Nəticədə Elxanilər dövləti tədricən tənəzzülə uğradı və parçalandı. Qısa müddət ərzində hakimiyyətdə Arpa xan (1335-1336), Musa xan (1336), Məhəmməd xan (1336-1338) bir-birini əvəz etdi. Bu vəziyyətdən istifadə edən bir sıra əyanlar və nəsillər müstəqilləşməyə meyl etməyə başladılar. Belə qüvvələrdən Çobaniləri, Cəlariləri və Xorasan əmirlərini göstərmək olar.
Çobanilər hakimiyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idi. Əmir Çobaninin tarixdə “Kiçik Həsən” kimi tanınan nəvəsi Şeyx Həsən Çobani 1338-ci ildə Məhəmməd xan və şeyx Həsən Cəlairiyə (tarixdə “Böyük Həsən” kimi tanınır) qalib gələrək Ulcaytu (Məhəmməd Xudavəndə) xanın qızı Satıbəy Xatunu padşah elan edib (1339-1340) dövləti onun adından idarə eməyə başladı. Çobanilər və Satıbəy xatun Azərbaycana sahib oldular. 1340-cı ildə Şeyx Həsən Satıbəy Xatunu hakimiyyətdən kənarlaşdırıb Süleyman xanı (1340-1344) padşah elan etdi. Şeyx Həsən Çobani öldürüldükdən sonra 1344-cü ildə hakimiyyət Məlik Əşrəfin əlinə keçir. Onun qəddarlığından cana doyan əhali Təbrizdə, həmçinin Qarabağda Dəli Bayazidin başçılığı ilə üsyan etdilər. Məlik Əşrəf üsyanı çətinliklə yatırdı. Yaranmış vəziyyətdən istifadə edən Qızıl Orda xanı Cani bəy 1357-ci ildə Təbrizə gəlir. Canı bəy Azərbaycanda Çobani ağalığına və Hülakü dövlətinin varlığına son qoyaraq hakimiyyəti ələ keçirir. Azərbaycan torpaqlarını idarəsini ələ keçirən Cani bəy oğlu Bərdi bəyi Təbrizdə səltənətə oturtdu. İki ay sonra atasının ölüm xəbərini alan Bərdi bəy Qızıl Orda dövlətinə qayıtmalı oldu.
Qızıl Ordalıların Azərbaycanı tərk etməsindən istifadə edən Cəlairi dövlətinin (1340-cı ildə Bağdadda Şeyx Həsən Cəlairi tərəfindən yaradılmışdı) hökmdarı Şeyx Uveys (1359-1374) 1358-ci ildə Azərbaycana yürüş etdi və hakimiyyətə yiyələndi. Azərbaycan torpaqları 1410-cu ilə qədər Cəlairlər dövlətinin tərkibinə daxil oldu. Təbriz dövlətin paytaxtı idi. Cəlairilər dövlətinin ərazisi Azərbaycan, İraq-i Ərəb, İraq-i Əcəm, Gürcüstanı əhatə edirdi.
Cəlairi Şeyx Üveysin dövründə Azərbaycanın təsərrüfat və mədəni həyatında canlanma baş verdi. Belə ki bu dövrdə suvarma kanalları çəkildi, memarlıq abidələri inşa olundu, kənd təsərrüfatını inkişaf etdirmək üçün müəyyən işlər görüldü.
Bununla yanaşı Şeyx Uveysin hakimiyyəti illərində mərkəzi idarəetmə aparatı möhkəmləndi. 1367-ci il də Şirvanşah hökmdarı Kavus Cəlairilərdən asılı vəziyyətə düşdü.
Lakin Cəlairi Şeyx Üveysin oğlu Sultan Hüseynin dövründə (1374-1382) ölkədə feodal dağınıqlığı gücləndi, mərkəzi hakimiyyətə qarşı mübarizə şiddətləndi.
Hakimiyyəti ələ almağa can atan Cəlairli Sultan Əhməd yerli feodalların narazılığından öz xeyrinə istifadə edərək 1382-ci ildə Sultan Hüseyni öldürtdürür və hakimiyyəti ələ keçirir. Sultan Əhmədin hakimiyyətə gəlməsi dövlətin siyasi və iqtisadi həyatında əhəmiyyətli dəyişiklik əmələ gətirmədi. Feodal müharibələri davam edirdi. Sultan Əhməd 1410-cu ilə qədər-Qaraqoyunlu dövləti yarananadək fasilələrlə Azərbaycanı idarə etdi. 
Hülakülər dövlətinin ərazisi vilayətlərə, onlar isə öz növbəsində tümənlərə bölünmüşdü. Azərbaycan müstəqil vilayət kimi 9 tümənə ayrılmışdı və onların hər biri ölkənin iri şəhərlərindən birinin adı ilə (məsələn, Təbriz tüməni, Naxçıvan tüməni və s.) adlanırdı. Vilayətlərin idarəsi isə hakimlərə həvalə edilmişdi.
Hülakulara (ümumiyyətlə, monqollara) məxsus olan dövlət quruluşu və idarə sistemi Azərbaycanda qərarlaşmış yerli dövlət quruluşu və idarə sistemi ilə çulğaşmışdı. Ölkədə yerli əhaliyə və köçəri monqollara məxsus olan sistemlərin qarşılıqlı təsiri nəticəsində tədricən vahid, təkmilləşmiş idarə sistemi meydana gəlmişdi.
Hülakular dövlətində ölkənin ali orqanı qurultay hesab olunurdu. Dövlətin başçısı elxan (və ya sultan) himayəsində olan ərazinin, əhalinin mütləq hakimi idi və onun səlahiyyəti məhdudlaşdırılmırdı. Hülakular taxt-tacına sahiblik irsi idi.
Elxanilər dövlətində bütün ordu tümənlərə (onminliklərə) ayrılırdı. Tümənlərə onminbaşılar başçılıq edirdilər. Tümənlər minliklərə, minliklər yüzlüklərə, yüzlüklər isə onluqlara bölünürdü. Minliklərə minbaşılar, yüzlüklərə yüzbaşılar, onluqlara onbaşılar rəhbərlik edirdilər.
XIII-XIV əsrlərdə Azərbaycanda Yarğu və şəriət məhkəmələri fəaliyyət göstərirdi. Ölkənin dini işlərinin idarəsi baş ruhani təşkilatının sərəncamında idi. Dini məhkəmələr öz fəaliyyətlərində müstəqil olub, yalnız baş qazıya və elxanın özünə tabe idi.
Monqol zülmü Azərbaycanda təsərrüfat həyatını dərin tənəzzülə uğratmışdı. XIII əsrin 60-cı illərindən XIV əsrin 50-ci illərinədək Azərbaycanın torpaqları Hülaku və Qızıl Orda hərbi qüvvələri arasında geniş miqyaslı müharibə meydanına çevrilmiş, ölkənin iqtisadiyyatına ciddi zərbə dəymişdi. Dağılmış şəhər və kəndlər uzun müddət xarabazarlıq halında qalmışdır. Kənd təsərrüfatı, sənətkarlıq, ticarətin inkişafı ləngimişdi. XIII-XIV əsrlərdə Azərbaycanda köçəri maldarlıqla məşğul olan əhalinin sayının gəlmə türk-monqol tayfaları hesabına kəskin şəkildə artması ölkənin müxtəlif vilayətlərində əkinçiliyin tərəqqisinə maneçilik törədirdi. Vaxtilə iri ticarət-sənətkarlıq mərkəzləri kimi tanınmış şəhərlərin aqrarlaşmasına, tənəzzülünə səbəb olmuşdu. Beyləqan, Şiz, Xalxal, Miyanə və digər başqa şəhərlər kəndlərə çevrilmişdi.
Əkinçiliyin əsas inkişaf etmiş sahəsi taxılçılıq olmuşdur. Buğda və darı əkilmiş sahələr ölkənin bütün vilayətlərini əhatə edirdi. Pambıqçılıq Naxçıvan, Beyləqan, Marağa, Mərənd vilayətlərində, Kür çayının aşağı axarında yerləşən bölgələrdə inkişaf etmişdi.
Təbriz, Xoy, Naxçıvan, Marağa, Bərdə, Meşkin, Ordubad, Xoy, Səlmas və başqa vilayətlər mühüm bağçılıq və üzümçülük bölgələri idi.
XIV əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında baş vermiş nisbi yüksəlişə baxmayaraq, kənd təsərrüfatı istehsalının həcmi XIII əsrin əvvəllərindəki səviyyəyə çatmadı.
Maldarlıq əsasən iki formada inkişaf etmişdi. Köçəri maldarlar Muğanın, Arranın və Cənubi Azərbaycanın çöl bölgələrində qışlayır, yazda və yayda isə dağlıq ərazilərə köçürdülər.
Kənd təsərrüfatının monqol işğalları dövründə inkişaf etmiş yeganə sahəsi heyvandarlıq idi. Qoyunçuluq, atçılıq və iş heyvanlarının yetişdirilməsi heyvandarlığın mühüm sahələri idi. Azərbaycan atları xüsusi şöhrət qazanmışdı. Marko Polo yazırdı ki, “burada xeyli əla at vardır, bu atlar Hindistana satılmaq üçün aparılır, onlar çox bahadır”.
XIII-XIV əsrlərdə Azərbaycanda torpaq mülkiyyətinin əvvəllər də mövcud olmuş aşağıdakı formaları vardı: 1) dövlət torpaqları - divani; 2) hakim sülaləyə məxsus olan torpaq mülkləri - xassə, Hülakular dövründə isə incu və yaxud xass incu; 3) mülklər; 4) dini idarələrə və xeyriyyə təşkilatlarına məxsus olan vəqf torpaqları; 5) iqta torpaqları (dövlətə qulluq müqabilində verilmiş, çox zaman irsi səciyyə daşıyan torpaq sahələri); 6) camaat - icma torpaqları.
Yüklə 124,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə