Giriş
.
Iqtisadiyyatda hər bir fəaliyyət suya atılmış daş kimi öz ətrafında iqtisadiyyatın
bütün sahələrinə yayılan dalğa yaradır. Iqtisadi fəaliyyətin arxasında makroiqtisadi
qanunvericilik : investisiya, dövlət məsrəfləri və ya xarici ticarət balansı
saldosunun artması və ya azalması durur, yəni məcmu tələb və məcmu təklifin
dəyişməsi istehsalın həcmi, məşğulluq və qiymət səviyyəsinə güclü təsir göstərir.
Qeyd etdiyimiz kimi bu mövzuda bizim əsas məqsədimiz məcmu tələb və məcmu
təklif anlayışlarının, onlar arasındakı qarşılıqlı əlaqənin təfsirini verməkdən
ibarətdir.
Ümumiyyətlə, biz mikroiqtisadiyyatda ayrı-ayrı məhsullar üçün tələb və təklif
əyrilərini nəzərdə keçirmişik. Burada bizi yalnız ayrı-ayrı məhsullara bazar tələbi
və təklifinin tarazlıq qiyməti və hər bir məhsulun tarazlıq həcmini necə
müəyyənləşdirməsi maraqlandırırdı. Daha sonra biz tələb və təklifi müəyyən edən
amillərin təsiri altında tarazlıq qiyməti və məhsulun tarazlıq həcminin necə
dəyişməsini nəzərdən keçirmişdik.
Ayrı-ayrı məhsullar üçün tələb və təklif modeli məhsul və xidmətlər üçün
qiymət və istehsal həcmi arasındakı fərqi başa düşmək üçün xüsusilə
əhəmiyyətlidir. Bir məhsul üçün tələb və təklif modeli tarazlıq qiyməti və
məhsulların tarazlıq həcminin müxtəlif məhsullara görə fərqlənməsini, ayrı-ayrı
məhsulların qiymət və istehsalının tarazlıq səviyyəsinin müxtəlif dövrlərdə
müxtəlif olmasını başa düşməyə kömək edir.
Lakin bu model bəzi mühüm iqtisadi sualları cavabsız qoyur. Nəyə görə
qiymətlər qalxır və düşür? Nəyə görə milli istehsalın real həcmi müəyyən
dövrlərdə əvvəlki səviyyəyə nibətən düşür, digərlərində isə qalxır? Daxili bazarda
müəyyən məhsulların tarazlıq kəmiyyətini nə müəyyən edir? Bu suallara cavab
vernək üçün biz artıq ayrı-ayrı bazar növlərindən deyil, ümumi vahid bazardan
istifadə edəcəyik. Bu o deməkdir ki, biz ayrı-ayrı minlərlə qiyməti yeganə məcmu
qiymətdə və ya qiymət səviyyəsində birləşdirməli və ayrı-ayrı məhsul və
xidmətləri milli istehsalın real həcmi adlanan ortaq kəmiyyətdə toplamalıyıq.
Qiymətlərin və məhsulların kəmiyyətini cəmləşməsi məcmu adlanır. Yuxarıda
qeyd olunan sualların cavabını isə biz məcmu tələb və məcmu təklifin əyrilərini
təhlil edərək tapa bilərik və bu, əyrilər qiymətin səviyyəsi və milli istehsalın real
həcmini əks etdirir.
Məcmuu tələb(AD)-bu , mövcud şətrlər daxilində və qiymətin mövcud
səviyyəsində alına bilən məhsulun ümumi və ya yekun həcmidir. Məcmuu tələb
özündə son məhsul və xidmətlərə çəkilən bütün xərcləri ,şəxsi daxili investisiyanı,
məhsul və xidmətlərin dövlət tərəfindən istehlakı və iqtisadiyyatın bütün
sektorlarında xalis ixracı əks etdirir.
Məcmu təklif iqtisadiyyatın istehsal tərəfini, qiymətin hər bir səviyyəsində
istehsal olunan milli məhsulun real həcmini göstərən modeldir
2
1.Makroiqtisadi
tarazlıq
,onu yaradan ilkin şərtlər.
Bizim yaşadığımız iqtisadi cəmiyyətin əsas çatışmazlıqları
onun tam məşğulluğu ,məhsuldarlığı təmin etmək bacarıqsızlığı və
ona məxsus olan sərvət və gəlirlərin bölgüsündə
qeyri-bərabərlik hesab olunur.
Con Meynard Keyns “Məşğulluq ,faiz və pulun
ümumi nəzəriyyəsi” (1935)
Məcmu təklif(AS) qiymətin mövcud səviyyəsində cəmiyyət miqyasında təklif
olunan məhsul və xidmətlərin miqdarıdır. Məcmu tələb (AD) isə qiymətin mövcud
səviyyəsində cəmiyyət tərəfindən tələbat olan məhsul və xidmətlərin ümumi
kütləsini göstərir. Məcmu tələb və məcmu təklifin qarşılıqlı əlaqəsi qiymətin
mövcud səviyyəsində milli gəlirin, bütövlükdə isə cəmiyyət səviyyəsində tarazlığın
xarakteristikasını verir. Məcmu tələb və təklif əyrilərinin kəsişməsi qiymətin
tarazlıq səviyyəsi və milli istehsalın real tarazlıq həcmini müəyyən edir və bunları
qrafik olaraq, aşağıdakı şəkillərdə göstərmək olar:
(a)
Məcmu təklif əyrisinin (b) Məcmu təklif əyrisinin
aralıq hissəsində tarazlıq keyns hissəsində tarazlıq
Şəkil1.Qiymətin tarazlıq səviyyəsi və milli istehsalın real tarazlıq həcmi. Məcmu tələb və
məcmu təklif əyrilərinin kəsişməsi qiymətin tarazlıq səviyyəsini və milli istehsalın real tarazlıq
həcmini göstərir. Şəkil 1-a-da məcmu tələb və məcmu təklif əyriləri aralıq hissədə kəsişirlər.Şəkil
1-b-də isə məcmu tələb vətəklif əyriləri keyns hissəsində kəsişirlər.
Ilk öncə məcmu tələb və məcmu təklif əyrilərinin aralıq hissədə kəsişdiyi 1-a
şəklini nəzərdən keçirək. Burada qiymətin tarazlıq səviyyəsi və milli istehsalın
tarazlıq həcmi uyğun olaraq, P
e
və Q
e
ilə işarə olunmuşdur. P
e
-nin tarazlıq
qiymətini, Q
e-
nin isə milli istehsalın real tarazlıq həcmini əks etdirməsi səbəbini
göstərmək üçün qiymət səviyyəsinin P
e
deyil P
1
həcmində göstərildiyini fərz edək.
Məcmu təklif əyrisi göstərir ki, qiymətin P
1
səviyyəsində müəssisə Q
1
-ə bərabər
olan milli məhsulun real həcmini artırmır. Bu zaman belə bir sual meydana çıxır:
real məhsulun hansı həcmini qiymətin P
1
səviyyəsi ilə ölkə daxili istehlakçılar,
müəssisə və hökumət, həmçinin xarici alıcılar mənimsəməyə hazır olacaqdır?
3
Məcmu tələb əyrisi Q
2
cavabını verir. Milli məhsulun mövcud real həcmində
alıcılar arasında rəqabət qiymətləri P
e
səviyyəsinədək qaldıracaqdır, 1-a şəklində
oxların göstərdiyi kimi qiymət səviyyəsinin P
1
-dən P
e
-yə qaldırılması
istehsalçıların məhsul həcmini Q
1
-dən Q
e
-yə qədər artırmağa məcbur edəcəkdir.
Istehsal olunan və istehlak olunan məhsulların həcmi bərabər olduqda,
iqtisadiyyatda tarazlıq yaranacaqdır.
Şəkil 1b-də keyns modelində məcmu tələb əyrisi məcmu təklif əyrisini kəsir və
bu model əyrinin üfüqi yerləşdiyi modeldir. Konkret halda qiymət səviyyəsi milli
məhsulun real tarazlıq həcminin formalaşmasında heç bir rol oynamır. Bunu başa
düşmək üçün birinci növbədə qeyd etmək lazımdır ki, 1b şəklində tarazlıq qiyməti
və milli istehsalın real tarazlıq həcmi P
e
və Q
e
ilə işarə edilmişdir. Əgər sənaye
sahəsi daha çox məhsul (Q
2
) istehsal etsəydi, onda məhsul artıqlığı yaranardı.
Məcmu tələb bazarda bütün milli məhsulu almağa kifayət etməzdi. Məhsulların
arzu olunmaz ehtiyatı ilə qarşılaşan müəssisələr tarazlıq səviyyəsi Q
e
-dək (oxla
sola doğru istiqamətlənmiş ) azalardı və bazar boşalardı. Əksinə, əgər müəssisələr
Q
1
həcmində məhsul istehsal etsəydi, onda onun ehtiyatı, satışın həcmi istehsalın
həcmindən çox olduğundan tez bir zamanda azalardı, bu isə müəssisələrə istehsalı
genişləndirməyə şərait yaradır və bu zaman milli istehsalın həcmi artardı ( oxla
sağa doğru istiqamətlənmiş ).
Ümumiyyətlə, makroiqtisadi tarazlığın klassik modeli J.B.Seyin bazarın daxili
özünü tənzimləmə mexanizminə malik olması fikrinə əsaslanır. Sey hesab edirdi
ki, məhsul təklifi özünün şəxsi tələbini yaradır, buna görə də istehsal olunmuş
məhsulun həcmi avtomatik olaraq, bu məhsulların istehlakına kifayət edən
gəlirlərin əldə olunmasını təmin edir. Makroiqtisadi səviyyədə Σməhsul dəyəri
=Σməcmu gəlirlər. Bu bərabərliyin səhv olduğunu görmək çətin deyildir: Marksa
görə Σməhsul dəyəri C+V+M-ə bərabərdir, bütün gəlilərin məbləği isə V+M-dir.
Lakin J.B.Sey fərz edirdi ki, bütün əldə olunan gəlirlər mütləq istehlaka sərf
olunmalıdır.
Klassik nəzəriyyə nəticəsində əmək haqqı, renta kimi tarazlıq nöqtəsinə
nöqtəsinə malik faiz tariflərinin kəskinliyi haqqında təkliflər təkmilləşdirilmişdir.
Bazarda istehalın hər bir amili tarazlıq nöqtəsinə malik olduğu üçün bazar
bütövlükdə iqtisadiyyatda tarazlığı təmin edə bilər və hər zaman bu və ya digər
səbəblərdən dövrü olaraq, meydana gələn qeyri-tarazlıq vəziyyətini düzəltmək
qabiliyyətinə malikdir. Bununla kapitalist ideologiya dövlətlərin iqtisadiyyata
müdaxiləsinin lüzumsuzluğunu əsaslandırırdı.
C.M.Keyns digər nöqteyi-nəzərdən bazar iqtisadiyyatında tsiklik tərəddüdləri
nəzərdən keçirmişdir. Buna tarazlıq nöqtəsindən müvəqqəti uzaqlaşma kimi deyil,
bazar sistemində inkişaf vəziyyəti kimi baxmışdır. Xüsusən ona görə ki, K.Marks
tərəfindən iqtisadi tsiklin təhlili verilmişdir. C.M.Keyns klassik nəzəriyyə üçün az
sevindirici olan aşağıdakı nəticələrə gəlmişdir.
1. Kapitalizmdə tam məşğulluğa zəmanət verən heç bir mexanizm yoxdur.
2.İqtisadiyyat işsizlik və ona uyğun olaraq, inflyasiyanın əhəmiyyətli
səviyyəsində tarazlıq nöqtəsinə çata bilər.
3.Kapitalist iqtisadiyyat özünü tənzimləyən sistem hesab olunmur.