"qeydə alinmişdir" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində



Yüklə 174,91 Kb.
tarix26.05.2018
ölçüsü174,91 Kb.
#46078

"QEYDƏ ALINMIŞDIR"

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyində

 

Qeydiyyat № 2693

31” may 2001-ci il

 

Nazir müavini__________ A.B.Rəfiyev



"TƏSDİQ EDİLMİŞDİR"

Azərbaycan Respublikası

DİN BDYTİ

 

Əmr № 85



"25" may 2001-ci il

 

Rəis ________M.Q.Hüseynov



 

 

Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları



 

 

1.    ÜMUMİ QAYDALAR.



1.1             Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları (sonradan - Qaydalar) Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir.

1.2             Yanğın Təhlükəsizliyi təmin edilərkən Qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulmalıdır.

1.3             Hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi təmin edilməli, həmçinin həmin obyekt üçün yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır.

1.4             Müəssisələrin bütün işçiləri, yalnız yanğına qarşı ilkin təlimatlandırıldıqdan sonra işə buraxılmalıdırlar. İşin xüsusiyyəti dəyişdikdə isə müəssisənin rəhbəri tərəfindən müəyyən edilmiş qaydada baş vermiş mümkün yanğınlar barəsində xəbər verilməsi və söndürülməsi üsulların öyrədilməsi üzrə əlavə təlimat keçməlidirlər. Hər bir vəzifəli şəxs, mühəndis-texniki heyət və fəhlə ilkin və sonrakı (ildə bir dəfədən az olmayaraq) yanğına qarşı təlimatlandırılaraq, bu haqda xüsusi Yanğına qarşı təlimatlandırma jurnalında imza etməlidirlər.

1.5             Ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir.

1.6             Yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar.

1.7             Hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər.

1.8. Nazirliklər, idarələr, komitələr, digər mərkəzi idarə etmə orqanları və icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

1.8.1. Tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək yerinə yetirilməsini təmin etmək;

1.8.2.     Müəyyənləşdirilmiş qayda normalara uyğun olaraq müvafiq büdcələrin vəsaiti hesabına maliyyələşdirilən yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;

1.8.3.     Yanğından Mühafizəyə tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri   kömək göstərmək;

1.8.4.     Yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək;

1.8.5.     Hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək;

1.8.6. Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək yerinə yetirilməsini təmin etmək;

1.8.7.     Müəyyənləşdirilmiş normalara uyğun olaraq yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirilən Dövlət yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;

1.8.8. Əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək.

1.9. Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

1.9.1.     Yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanunu tələblərini yerinə yetirmək;

1.9.2.     Yanğın Təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;

1.9.3. Yanğına qarşı təbliğat aparılaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək;

1.9.4. Yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək;

1.9.5. Yanğından mühafizə bölmələrini qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq;

1.9.6.     Yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və onun bölmələrinin əməkdaşlarına köməklik göstərmək;

1.9.7.         Müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək;

1.9.8. Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək;

1.9.9. Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək;

1.9.10. Yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığını, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə şəhər və rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə və ya onun bölmələrinə ləngimədən məlumat vermək;

1.9.11. Binalara, tikililərə, qurğulara, buraxılan və satılan məhsullara Yanğın Təhlükəsizliyi sertifikatının və Yanğın təhlükəsizliyi sahəsində işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə lisenziyalarının vaxtında alınmasını təmin etmək;

1.9.12. Hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini Dövlət Yanğın Nəzarəti Orqanları ilə razılaşdırmaq, həmçinin yuxanda adlan çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək.

1.10. Yanğın Təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər (vətəndaşlar) aşağıdakı tələbləri yerinə yetirməlidirlər:

1.10.1. Yanğın Təhlükəsizliyi normalarına, standartlarına və qaydalara ciddi riayət etmək;

1.10.2. Öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq;

1.10.3. Yanğın aşkar etdikdə bu barədə dərhal şəhər və rayon Dövlət Yanğım Təhlükəsizliyi Xidmətinə məlumat vermək;

1.10.4. Yanğımdan Mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək, yanğını söndürmək üçün mümkün tədbirlər görmək;

1.10.5.      Yanğının söndürülməsində yanğından mühafizə bölməsinə kömək göstərmək;

1.10.6.      Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;

1.10.7. Onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyinin tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün səhər və rayon Dövlət Yanğın Nəzarəti Orqanı vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq.

1.10.8. Hüquqi şəxs yaratmaqdan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar, həmçinin hazırki qaydaların 1.9.1-1.9.12-ci bəndlərinin tələblərini yerinə yetirməlidirlər.

 

2. Yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili.



2.1.        İnzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır.

2.2.        Müəssisələrdə açıq oddan istifadə edilməsi, siqaret çəkilməsi və müvəqqəti yanğın təhlükəli işlərin aparılması qaydaları yanğın təhlükəsizliyi tələbləri barədə təlimata əsasən müəyyən edilməlidir.

2.3. Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq müəssisələrdə, idarə və ya təşkilatlarda könüllü yanğından mühafizə dəstələri yaradıla bilər.

2.4. Hər bir müəssisənin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimat) yanğına qarşı rejim müəyyənləşdirilməlidir. Həmin əmrdə və ya təlimatda aşağıdakılar öz əksini tapmalıdır;

-       siqaret çəkmək üçün xüsusi yerin ayrılması və ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin olunması:

-                  hazır məhsulların, yarımfabrikatların və xammalın saxlanılması üçün yerlər təyin olunmalı və malların otaqlarda eyni vaxt ərzində saxlana biləcək miqdarı nəzərə alınmalıdır;

-                  yanar tullantıların və tozların təmizlənməsi, yağlı-xüsusi geyimlərin saxlanılması qaydaları müəyyən edilməlidir;

-                  iş vaxtının sonunda və yanğın baş verən zaman elektrik avadanlıqları şəbəkədən ayrılmalıdır;

-                  müvəqqəti odlu və digər yanğın təhlükəli işlərin görülməsi qaydaları nəzərə alınmalıdır;

-                  iş vaxtının sonunda otaqlara baxışın keçirilməsi və bağlanması qaydaları göstərilməlidir;

-                  yanğın hadisəsi zamanı işçilərin hərəkəti qaydaları qeydə alınmalıdır;

-    yanğın təhlükəsizliyi əsaslarına dair dərslərin və yanğına qarşı təlimatın keçirilmə vaxtı və bu tədbirin keçirilməsi qaydaları üçün cavabdeh şəxslərin ayrılması göstərilməlidir.

2.5. Bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün “köçürmə” planları işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Binada, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmalıdır.

Kütləvi insan (50 və ya çox) toplaşan obyektlərdə həmin obyekt rəhbəri tərəfindən köçürmə planına əlavə olaraq xidməti heyət üçün İnsanların yanğın yerindən köçürmə tədbirləri hazırlanmalıdır. Bu tədbirlər əsasında hər 6 ayda bir dəfədən az olmayaraq, bütün xidməti heyəti cəlb etməklə təcrübə məşğələ-təlimləri keçirilməlidir.

Gecə vaxtı insanlar olan obyektlər (uşaq bağçaları, internat-məktəblər, xəstəxanalar və sair) üçün köçürülmə təlimatı iki variantda hazırlanmalıdır: “gündüz” və “gecə” vaxtı.

2.6. İdarə, müəssisə, təşkilatın bütün əməkdaşları tutduğu vəzifədən asılı olmayaraq yanğına qarşı rejimin bütün tələblərinə ciddi riayət etməlidirlər.

 

 



3. Ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri.

3.1.       Yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və. s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır.

3.2.       Binaların, tikililərin və qurğuların aralarında olan yanğına qarşı ara məsafələrində, malların yığılmasına, avtomobillərin dayanacaq kimi istifadə edilməsinə, bina və qurğuların (qurulmasına) tikilməsinə icazə verilmir.

3.3. Binalara, qurğulara, açıq anbarlara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın invertarları saxlanılan yerlərə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin, girişlərin tutulmasına qəti yol verilməməlidir.

3.4.      Müvəqqəti tikintilər digər bina və tikililərdən 15 m-dən çox məsafədə (digər normalara görə yanğına qarşı aranın çox olması tələbi hallarından başqa) və ya yanğına qarşı divarların yanında yerləşdirilməlidir.

3.5.      Anbarlarda, bazalarda, taxıl və pambıq qəbulu, saxlanma və emalı müəssisələrində, ticarət obyektlərində, asan alışan mayelər ( AAM ),yanar mayelər (YM ) və yanar qazlar ( YQ ) çıxarılan, emal edilən və saxlanılan, bütün növ partlayıcı maddələr istehsal olunan ərazi və otaqlarda, yanğın və partlayış təhlükəli sahələrdə, eləcə də müəssisələrin siqaret çəkmək üçün ayrılmamış yerlərində, məktəbəqədər uşaq müəssisələrində, arxiv, muzey, teatr-tamaşa müəssisələrində, məktəblərdə, yetişmiş dənli və texniki bitkilərin zəmilərində siqaret çəkməyə icazə verilmir.

3.6.      Bina və qurğuların aralarındakı layihə normalan ilə təyin edilmiş yanğına qarşı ara məsafələrində, bina və qurğulara 50 metrdən yaxın olmamaq şərti ilə tonqalların qalanmasına, tullantıların və boş qabların (tarların) yandırılmasına icazə verilir. Tullantıların və boş qabların (taraların) xüsusi ayrılmış yerdə yandırılması, xidmətçi heyətin nəzarəti altında həyata keçirilməlidir.

3.7. Yanğına qarşı su mənbələrinin, çol (xarici) yanğın nərdivanlarının, bina və tikililərin girişlərinin           tez tapılması üçün müəssisələrin, bazaların, anbarların və digər obyektlərin əraziləri gecə vaxtı işıqlandırılmalıdır.

3.8. Obyektdaxili dəmir yollarından keçən yol və keçidlər yanğın avtomobillərinin keçməsi üçün boş olmalıdırlar və keçən yollar relslərin başlıqları səviyyəsində bütöv döşənəklə örtülməlidirlər.

3.9. Yaşayış evlərinin, meşələrin, bağların, ictimai və mülki binaların ərazilərindəki açıq meydança və həyətlərdə AAM və YM olan qabları, həmçinin sıxılmış və mayeləşdirilmiş qazla dolu olan balonları saxlamağa icazə verilmir.

3.10. İynəyarpaqlı meşə massivlərində yerləşmiş hər bir obyektin ərazisi perimetr boyu eni 3 m-dən az olmayan qoruyucu minerallaşdırılmış zolaqla təmin edilməlidir.

3.11. Kənd yaşayış məntəqələrində, orada yerləşən ictimai, məişət, istehsalat və digər obyektlər yanğından mühafizə normalarına uyğun olaraq yanğın texnikası və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidirlər.

3.12. Yaşayış məntəqələrinin və müəssisələrin ərazilərində yanar tullantılardan ibarət zibilliklərin yığılmasına icazə verilmir.

 

4. Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi



tələbləri.

4.1. Hər bir istehsalat və anbar otaqlarının ( xarici qurğuların), yanğın və partlayış təhlükəsi kateqoriyalarından asılı olaraq, istehsalat kateqoriyaları, müvafiq qaydalarının tələblərinə, əsasən, zona və sinifləri təyin edilməlidir, qapılarına onları göstərən xüsusi lövhəciklər asılmalıdır. Yüksək yanğın təhlükəsinə malik olan avadanlığın yanında standart işarələr (anşlaqlar, təhlükəsizlik lövhəcikləri) asılmalıdır.

Yanğın xasiyyətnamələri öyrənilməmiş material və maddələrin, eləcə də, yanğın-partlayış təhlükəsinə dair göstəriciləri və ya sertifikatları olmayan material və maddələrin istehsal proseslərində istifadəsinə, həmçinin onların digər material və maddələrlə birlikdə saxlanılmasına icazə verilmir.



4.2. Otaqların, binaların və tikililərin yanğına qarşı sistem və qurğuları (tüstüyə qarşı qoruma, yanğın avtomatik qurğuları, yanğına qarşı su təchizatı sistemləri, yanğına qarşı qapılar, klapanlar, yanğına qarşı divar və üst örtüklərindəki digər qoruyucu qurğular və s.) daima saz vəziyyətdə saxlanılmalıdır.

Qapıların öz-özünə bağlanması üçün qurğular saz vəziyyətdə olmalıdırlar. Yanğına qarşı və ya tüstüyə qarşı qapıların(qurğuların) normal bağlanmasına mane olan hər hansı bir cihazların quraşdırılmasına icazə verilmir.



4.3. Yanğınla nəticələnə bilən nasaz qurğu, dəzgah və avadanlıqlardan istifadə edilməsinə icazə verilmir. Eləcə də təyin edilmiş texnoloji rejimə, hərarətə, təzyiqə və digər təhlükəsizlik parametrlərinə nəzarəti təmin edən nəzarət ölçü və texnoloji avtomatik cihazları söndürülmüş vəziyyətdə olduqda, onların işləməsinə (istismarına) icazə verilmir.

4.4. Tikinti konstruksiyaların, yanar bəzək və istilik keçirməyən materialların, metal sütunların və qurğuların, avadanlıqların və digər konstruktiv elementlərin oddan qoruyucu örtüklərinin (suvaq qatının, xüsusi boya, lak, şirələnmiş qatın və sair oddan qoruyucu xassələrinin yox olması və ya pisləşməsi daxil olmaqla) pozulması hallan dərhal aradan qaldırılmalıdır.

Mövcud normativ tələblərə əsasən odadavamlı məhlulla hopdurulmuş taxta konstruksiyalı elementlər və parçalar müddəti keçdikdən sonra və öz hopdurulma keyfiyyətini itirdikdən sonra yenidən eyni məhlulla hopdurulmalıdırlar.

Hopdurulmuş konstruktiv elementlərin və parçaların yanğına qarşı vəziyyəti ildə iki dəfədən az olmayaraq yoxlanılmalıdır.

4.5. Yanğına qarşı divarların, üst örtüklərinin və çəpərləmə konstruksiyalarının müxtəlif mühəndis və texnoloji kommunikasiyalarla kəsişdikləri yerlərdə əmələ gəlmiş dəlik və yarıqlar (aralar), tələb olunan odadavamlılığı, tüstü və qaz keçirməyən yanmayan tikinti qarışığı (məhlulu) və ya digər materiallarla tutulmalıdır.

4.6. Otaqlar yenidən planlaşdırmadıqda, onların təyinatı dəyişildikdə və ya yeni texnoloji avadanlıqlarla təmin edildikdə, qüvvədə olan tikinti və texnoloji layihələşdirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmalıdır.

Otaqları icarəyə götürdükdə, həmin binanın təyinatı üçün yanğına qarşı tələblər icarədarlar tərəfindən yerinə yetirilməlidir.



4.7. Kütləvi insanlar toplaşan müəssisələr, (teatrlar, muzeylər və s. ) həmçinin yanğın potensialı yüksək olan neft emalı, ağac emalı, kimya sənayesi və s. müəssisələrin yaxınlıqdakı yanğından mühafizə orqanının rabitə məntəqəsi ilə birbaşa telefon əlaqəsi olmalıdır.

4.8. Müəssisələrin, binaların və tikililərin otaqlarında aşağıdakılar qadağandır:

-         mövcud normativ sənədlərlə əvvəlcədən şərtləşdirilmiş hallar istisna olmaqla, zirzəmilərdə və kürsü mərtəbələrində AAM, YM və bantın saxlanılması;

-         partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların saxlanılması və istifadəsi;

-         çardaqlarda, texniki mərtəbələrdə, ventkameralarda və digər texniki otaqların istehsalat sahələrində, emalatxanalar təşkil etmək, həmçinin qeyd edilən yerlərdə məhsulun, avadanlığın, mebelin və digər əşyaların saxlanılmasına yol vermək;

-    lift xollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək;

-         əgər onlara giriş ümumi pilləkən qəfəsindən təyin edilməyibsə, orada yanar materiallar anbar və emalatxanalar təşkil etmək, həmçinin zirzəmi və kürsü mərtəbələrdə başqa təsərrüfat otaqları yerləşdirmək;

-         eyvanlardakı və lojalardakı layihə ilə nəzərdə tutulmuş qapı və lyükları çıxarmaq, eləcə də qonşu seksiyalara gedən keçidləri və bayır nərdivanlarına çıxışları mebellə, avadanlıqla və digər əşyalarla tutmaq;

-         otaqların yığışdırılmasında və paltarların yuyulmasında benzindən, ağ neftdən və digər AAM və YM istifadə etmək, həmçinin donmuş boruları lehimləmə lampalarından və ya digər üsullarla açıq alovdan istifadə etməklə qızdırmaq;

-         iş yerini yağlı sürtgü materiallardan təmizlənməmiş saxlamaq;

-         müəyyən olunmuş, təsdiq edilmiş norma və qaydalarda nəzərə alınmış hallar istisna olmaqla pəncərələrdə bütöv barmaqcıqlı qəfəslər quraşdırmaq;

-         yanğın baş verməsində təhlükəsizlik zonalarına aid olan lojaların və eyvanların şüşələnməsi;

-         pilləkən qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkənin iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkənin iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qorumağa icazə verilir) saxlamaq;

-         binaların istehsalat və anbar otaqlarında (5 dərəcəli odadavamlı binalardan başqa) yanan və çətin yanar material və metal lövhəciklərdən antresollar, kontorlar və digər otaqlar inşa etmək və ya qurumaq;

4.9. Bina və tikililərin damlarındakı (örtüklərindəki) xarici (çöl) yanğın nərdivanları və sipərlər saz vəziyyətdə saxlanılmalı və ildə iki dəfədən az olmayaraq möhkəmliyi yoxlanılmalıdır.

4.10. Bir köçürmə çıxışı olan otaqlarda iştirakçıların sayı 50 nəfərdən çox olmayan tədbirlərin keçirilməsinə icazə verilir.

Kütləvi şəkildə insan (50 və daha çox) toplaşan, 4 və 5 odadavamlılıq dərəcəsi olan binalarda tədbirlərin aparılmasına yalnız birinci mərtəbədə icazə verilir.



4.11. Damın, texniki mərtəbələrin və zirzəmilərin pəncərələri şüşələnməlidir, qapılan isə bağlı vəziyyətdə olmalıdır. Qapıların üstündə açarın harada saxlanıldığı göstərilməlidir.

Bina və tikililərin zirzəmi və yarımzirzəmilərinin xaricdən işıqlanması üçün nəzərdə tutulmuş qapı və pəncərə qarşısındakı oymaqlar, boşluqlar (çuxurlar) mütamadi olaraq yanar zibildən təmizlənməlidir. Həmin pəncərə oymaqlarının birdəfəlik bağlanmasına icazə verilmir.



4.12. Ağ neft ilə yanan divar lampalarının (fonarlarının) metaldan mühafizə qapağı olmaqla möhkəm bərkidilməklə tavandan asılmalıdır. Lampanın və ya fonarın mühafizə qapağı ilə tavanın yanar (çətin yanan) konstruksiyaları arasındakı məsafə 70-sm-dən və yanmayan divarlardan isə 20 sm-dən az olmamalıdır.

Ağ neft ilə yanan divar lampaları (fonarlar) metal işıq qaytarıcıları olmaqla divara möhkəm bərkidilməlidir. Fonarların və stolüstü ağ neft lampalarının qoyulduğu yer möhkəm olmalıdır.



4.13. Maye yanacaqla işləyən qızdırıcı cihazlarını benzin ilə doldurulmasına icazə verilmir.

4.14. Tamaşa, yeməkxana, sərgi, ticarət zallarında (otaqlarında), tribunalarda və eləcədə kütləvi insan toplaşan digər otaqlarda adamların sayı köçürmə yollarının buraxma qabiliyyətindən asılı olaraq, müəyyən hesabdan və ya layihələşdirmə normalan ilə təyin edilmiş miqdardan çox olmamalıdır.

Hesabat üçün layihə normalarının göstəriciləri olmadıqda, zaldan insanların köçürməsinin təmin olunması vaxtını 2 dəqiqə, bir iştirakçıya düşən sahə isə 0,75 kv.m. qəbul etmək lazımdır.



4.15. Müxtəlif yağların silinməsi üçün istifadə olunmuş silgi materiallarının yığılması üçün qapaqla kip bağlanan metal qutu quraşdırılması vacibdir.

Növbə qurtaran zaman qutu otaqdan çıxarılmalıdır.



4.16. Yağla, lakla, rənglə və digər asan alışan və yanar mayelərlə işləyən şəxslərin paltarları bu məqsədlə xüsusi ayrılmış yerlərdə quraşdırmaları metal

şkaflarda asılmış vəziyyətdə saxlanılmalıdır.



4.17. Yeni il şənlikləri keçirilən və adamların kütləvi şəkildə iştirak etdiyi digər tədbirlərdə:

-         iki köçürmə çıxışı olan, layihə normalarına cavab verən, pəncərələrində barmaqcıqlar olmayan, ikinci mərtəbədən yuxanda yerləşməyən, yanar mərtəbəara örtüyü olan binalardan istifadə etməyə icazə verilir;

-         yolka bərk dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqlan tavana və divarlara toxunmasın;

-         elektrik işıqlandırma sistemi olmayan otaqlarda “Yeni İl” yalnız sutkanın işıqlı vaxtında keçirilməlidir;

-         çil-çıraqların bəzədilməsi, müvafiq qaydaların tələblərinə əsasən yerinə yetirilməlidir;

-         elektrik şəbəkəsində gərginliyi azaldan transformatorlardan istifadə olunmadığı zaman, çil-çıraqların bəzədilərək 12 Volta qədər gərginlikdən və 25 voltdan çox olmayan lampalardan istifadə olunmalıdır;

-         çil-çıraqlarda nasazlıq (məftillərin qızması, lampaların yanıb sönməsi, qığılcım olması və s.) aşkar olunduqda onu elektrik şəbəkəsindən tez bir zamanda ayırmaq lazımdır;

Aşağıdakılar qadağan olunur:

-         qövs şəkilli projektorlardan, şamlardan istifadə etmək, atəşfəşanlıq, yanğın təhlükəli effekt verən yanğına səbəb olan amillərdən istifadə etmək;

-         sellüloid oyuncaqlarla, eləcə də oddan mühafizə tərkibi ilə hopdurulmamış tənzif və pambıqla yolkanın bəzədilməsi;

-         uşaqlara asan yanan materiallardan tikilmiş kostyumlar geyindirmək;

-         odlu, rəngləmə və digər yanğın-partlayış təhlükəli işlərin aparılması;

-         sıralar arasındakı keçidin enini azaltmaq, keçidlərdə əlavə kresloların, stulların qoyulması və s.

-         səhnəcik və tamaşa vaxtı otaqlarda işıqların tam söndürülməsi;

-         otaqlara normadan artıq nəzərdə tutulmuş adamların toplaşması.

Tədbirlərin aparılması zamanı səhnədə və tamaşa zalının otaqlarında məsul şəxslərdən ibarət növbətçilər təşkil edilməlidir.

 

5. Köçürmə yollarına dair yanğın təhlükəsizliyi tələbləri.

5.1. Köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır;

5.2.            Köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Adamlar otaqlarda olan vaxtı qapılar daxildən yalnız tez açılan cəftə ilə bağlanıla bilər;

5.3.            Köçürmə çıxışlarında aşağıdakılar qadağan olunur:

-     köçürmə yollarında ( 5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkan qəfəslərinin və meydançaların, eləcə də pilləkan qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi;

-     keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının mismarlanması;

-     tamburların çıxışlarında (şəxsi yaşayış evlər və mənzillər istisna olmaqla) paltarın qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq və materialların müvəqqəti və ya daimi saxlanılması;

-     köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması;

-     pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbiq (fiksasiya) etmək və ya çıxartmaq.

-     5.4. Otaqlarda texnoloji, sərgi və digər avadanlıqların yerini dəyişdikdə pilləkən qəfəslərində köçürmə keçidləri və digər köçürmə yolları, layihə normalarına uyğun olmalıdır.

-     5.5. Kütləvi insan toplaşan binalarda elektirik enerjisinin kəsilməsi hallarını nəzərə alaraq, xidməti heyət elektirik işıqlandırıcıları ilə təmin edilməlidirlər

İşıqlarndırıjıların sayı növbətçi heyətin hər bir əməkdaşına, bir dənədən az olmamaq şərti ilə, binada olan insanların, növbətçi heyətin sayının və obyektin xüsusiyyətini nəzərə almaqla rəhbərlik tərəfindən müəyyən edilməlidir;

-     5.6. Kütləvi şəkildə adamlar olan otaqlarda xalça, xalça zolaqları və digər döşəmə örtükləri, döşəməyə möhkəm bərkidilməlidir.

 

6. Elektirik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri.

6.1. Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər.

6.2. Elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər.

6.3. İşin sonunda təyinatdan asılı olmayaraq, nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları (növbətçi və qəza işıqlandırmaları, avtomatik yanğınsöndürmə qurğuları, yanğın və mühafizə siqnalizasiyası, eləcə də elektrik qurğuları istisna olunmaqla) növbətçi işçilər tərəfindən dövriyyədən açılmalıdır.

6.4. Elektrik ötürücü xətlərini və xarici (çöl) elektrik naqillərini yanar dam örtükləri və yanar materiallar olan açıq anbarların (ştabellər, tayalar) üzəri ilə çəkilməsinə icazə verilmir.

6.5. Elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur:

-     elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək;

-     nasaz elektrik qurğularından istifadə etmək;

-     elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək;

-     dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək;

-     standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək;

-     magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək;

-     elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq.



6.6. Ehtiyat elektrik dövrəsinin işçi və qəza işıqlandırma sisteminin qidalandırıcı və idarə etmə kabellərini topa şəkildə, bir boruda və ya tikinti konstruksiyalarının bağlı kanalı ilə birgə çəkilməsinə icazə verilmir.

6.7.            İnsanların normal təhlükəsiz köçürməsini həyata keçirmək məqsədi ilə «Çıxış» sözləri yazılmış işıqlı göstəricilər həmişə saz vəziyyətdə olmalıdır. Tamaşa nümayişi zamanı, sərgi və digər tədbirlər keçirilən zaman zallarda onlar daima yanılı vəziyyətdə olmalıdırlar.

6.8. Daşınan elektirik işıqlandırıcıları elastiki elektirik naqillərinə malik olmalı, şüşə qapaqlarla və qoruyucu torla mühafizə edilməli və asmaq üçün qarmaqla təchiz olunmalıdırlar. Onların gərginliyi 36 V- dan artıq olmamalıdır.

6.9. Sofitləri quraşdıran zaman ancaq yanmayan materiallardan istifadə etməli, onların gövdəsi isə saxlayıcı trosdan təcrid (izolyasiya) olunmalıdır.

Projektorları və sofitləri quraşdıran zaman, onlarla yanar materiallar arasında minimal məsafə 0,5 m olmalıdır. Linzalı projektorlar üçün isə minimal məsafə 2 m olmalıdır. Projektor və sofitlər üçün işıq süzgəcləri yanmayan materiallardan olmalıdır.



6.10. Avtomatik termonizamlayıcılarla təmin edilməmiş elektrik sobalarının istismarına icazə verilmir. Nasaz elektirik qızdırıcı qurğu və cihazlarının istismarı qəti qadağandır.

 

7. İstilik və ventilyasiya sistemlərinə dair yanğın təhlükəsizliyi tələbləri.



7.1. Bütün sobalar, qazanxanalar, istilik generatorları, kalorifer (istilik verən) qurğuları, digər istilik cihazları və sistemləri, isitmə mövsümü başlanmazdan qabaq yoxlanılmalı və təmir edilməlidir. Nasaz sobaların və digər qızdırıcı qurğuların istismarı qadağandır.

7.2. Yanar konstrksiyalarla sobalar, onların elementləri və digər istilik cihazları arasında yanğına qarşı (arakəsmə) qoruyucu hörgü, arakəsmə, mərtəbə arası örtüyün və tavanın yanar konstruktiv elementlərini yanğından qorumaq üçün baca yanlarına hörülən kərpic qatının ölçüləri mövcud tikinti norma və qaydalara uyğun olmalıdır. Eyni zamanda yanar materiallı döşəmələrdə ocaqlıq qarşısında 0,5 x 0,7 m ölçüdə azbest üzərinə mismarlanmış metal və ya yanmayan materialdan təbəqələr olmalıdır.

7.3. İsitmə mövsümü başlanmazdan qabaq sobalar və tüstü bacaları qurumdan təmizlənməlidir; eyni zamanda bütün isitmə mövsümü ərzində ən azı;

-     qızdırıcı sobalar üçün üç ayda bir dəfə fasiləsiz işləyən sobalar və istilik qurğuları üçün iki ayda bir dəfə;

-     mətbəx plitələri və diğər fasiləsiz yandırılan sobalar üçün ayda bir dəfə.

7.4. Qazanxana və istilik generator qurğularının forsunkalarına (odluqlarına) gələn hər bir yanacaq borusu üzərində ən azı iki ədəd ventil olmalıdır. Onlardan biri ocaqlığın, digəri yanacaq çəninin yaxınlığında quraşdırılmalıdır.

7.5. Yaşayış məntəqələrinin, müəssisələrin qazanxanalarında və digər istilik istehsal edən qurğuların istismarı zamanı, xüsusi hazırlıq keçməyən və vəsiqəsi olmayan şəxslərin (ocaqçıların) işə buraxılmasına, qazanxana və istilik generatorları otaqlarında duru yanacağın saxlanmasına, avadanlıqların istismarı zamanı texniki şərtlərdən nəzərdə tutulmayan neft məhsulları tullantılarından və digər “AAM” - lərdən və “YM” - lərdən yanacaq kimi istifadə edilməsinə icazə verilmir.

Qadağandır:

-            yanacaq verilən sistemin boru xətlərindən və onun birləşən yerlərindən duru yanacaq damcıladıqda (qaz sızdıqda) istilik istehsal edən qurğuları istismar etmək;

-            sönmüş qaz odluqlarına və forsunkalarına (odluqlarına) yanacaq və qaz vermək;

-            nəzarət və tənzimləmə cihazları olmadıqda və yaxud onlar nasaz olduqda işləmək;

-            qazanların və buxar kəmərlərinin üzərlərində hər hansı yanar materialın qurudulması.



7.6. İstilik sobalarının istismarı zamanı qadağandır:

-      yanar sobaları nəzarətsiz qoymaq, eyni zamanda nəzarəti kiçik yaşlı uşaqlara həvalə etmək;

-      yanacağı, yaxud yanar maddə və materialları ocaqlıq qabağına yığmaq;

-      sobalarda, təyinatı üzrə nəzərdə tutulmayan yanacaqlardan istifadə etmək;

-      yığıncaq və kütləvi tədbirlər keçirilən zaman otaqlarda sobaların qalanmasını həyata keçirmək;

-      standartlara uyğun olmayan qaz, duru yanacaq sobalarından istifadə etmək;

-      ventilyasiya və qaz kanallarından tüstü bacası kimi istifadə etmək;

-      sobaları həddən artıq qızdırmaq.



7.7. Bina və qurğularda sobaların qalanması iş vaxtının başa çatmasına iki saat qalmış, sutkalıq insanlar olan obyektlərdə və xəstəxanalarda isə yatmazdan iki saat qabaq dayandırılmalıdır.

Gündüz növbəli uşaq müəssisələrində sobaların qalanması uşaqların gəlmə vaxtına bir saat qalmış qurtarılmalıdır. Ocaqlıqdan çıxardılan kül və kömür qalıqları, su ilə isladılmalı, sonra onlar üçün xüsusi ayrılmış təhlükəsiz yerə tökülməlidir.



7.8. Yanğın təhlükəsizliyi standartlarının tələblərinə və texniki şərtlərə cavab verməyən metal sobaların quraşdırılmasına icazə verilmir.

Zavodlarda hazırlanmış metal və digər sobaların yataqxanalarda, inzibati, ictimai və müəssisənin köməkçi binalarında, eləcə də yaşayış evlərində müvəqqəti istilik sisteminin quraşdırılması zamanı, bu növ məhsulu hazırlayan müəssisənin lahiə normalarının tələbləri, təlimatı göstərişləri, mütləq yerinə yetirilməlidir.

Qaz cihazlarının quraşdırılması və istismarı, müvafiq qaydaların tələblərinə cavab verməlidir.

7.9. Sobalardan mallara, rəflərə, vitrinlərə, piştaxtalara, şkaflara və başqa avadanlıqlara qədər məsafə ən azı 0,7 m, ocaqlıq gözündən isə ən azı 1,25 m olmalıdır.

7.10. Çardaqlardan keçən bütün tüstü boruları və divarları ağardılmalıdır.

7.11. Bərk yanacaqla işləyən qazanxana qurğusunun tüstü borusu qığılcım söndürücülərlə təchiz edilməli və vaxt aşırı bu qaydaların 7.3. bəndinə uyğun olaraq qurumdan təmizlənməlidir.

7.12. Hava girən yerdə odsaxlayan qurğu (sipər, şiber, qapaq və s.) avtomatik yanğınsöndürmə sistemi, yanğın zamanı ventilyasiyanı avtomatik söndürən qurğu, vaxtlı vaxtında yoxlanılmalı və saz vəziyyətdə saxlanılmalıdır.

7.13. Havanın səriləşdirilmə və ventilyasiya sisteminin istismarı zamanı aşağıdakılar qadağandır:

-     ventilyasiya kameralarının qapısını açıq qoymaq;

-     sorma kanallarını, gözlükləri və dəmir barmaqcıqları bağlamaq;

-     hava çəkənlərə istilik qaz cihazları qoşmaq;

-     hava çəkənlərdə toplanan piy qatlarının, tozun və digər yanar maddələrin yandırılması.

7.14. Ventilyasiya kameraları, siklonlar, süzgəclər, havaçəkənlər yanğın və partlayış təhlükəsindən asılı olaraq, müəssisə rəhbərinin əmrinə müvafiq rübdə bir dəfədən az olmayaraq, yanar tozlardan və istehsalat tullantılarından təmizlənməlidir. Təmizləmə işində iştirak edən heyətlə birgə nəzarət orqanına təqdim etmək üçün bu haqda akt tərtib edilməlidir.

Yanğın və yanğın partlayış təhlükəli otaqların ventilyasiya sistemlərinin təhlükəsiz üsulla təmizlənməsi üçün, müəssisə rəhbəri tərəfindən xüsusi qaydalar işlənib hazırlanmalıdır. Həmin qaydalar yerli Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırılmalıdır



7.15. Hidrosüzgəclərin, uru süzgəclərin, toz tutan və digər ventilyasiya sistemi qurğularının (aspiratorların) nasazlığı və söndürülməsi (işinin dayandırılması) zamanı, yanğın partlayış təhlükəli otaqlarda (qurğularda) texnoloji avadanlıqların işləməsinə icazə verilmir.

7.16. Yanar tozların, lifli və digər tullantıların xaric edilməsi zamanı, onların ventilyatora düşməsinə yol verməmək üçün ventilyatorun qarşısında tutucular, metal əşyalara qarşı isə maqnit tutucular quraşdırılmalıdır.

7.17. Yerli sorma sistemlərinin hava xətlərinə və pnevmatik daşıyıcı borularına mütəmadi olaraq baxış keçirmək, daxilini təmizləmək və onun daxilində baş verə biləcək yanğınları söndürmək üçün onlar baxış pəncərələri ilə təmin olunmalıdırlar.

Baxış pəncərələri, araları bir birindən 15 metrdən çox olmamaq şərti ilə divarlardan və örtüklərdən keçən boru xətlərinin yerində, döngələrdə və üçlüklərdə yerləşdirilməlidirlər.



7.18. Maşın və aqreqatların tozsuzlaşdırma qurğusunun hava təmitzləyici süzgəci, təcid (ayrıca izolə) edilmiş otaqda yerləşdirilməlidir.

7.19. Avadanlıqlardan ayrıları, dövr edən tozlu hava, süzgəclərin köməyi ilə, iki mərhələli təmizlənməyə məruz qalmalıdırlar.

 

8. Yanğına qarşı su təchizatına dair tələblər.



8.1. Yanğına qarşı su təchizatı xətləri saz vəziyyətdə olmalıdır və yanğının söndürülməsi üçün tələb olunan suyun sərfi normasının tələblərini ödəməlidir. Onların iş qabiliyyəti ildə ən azı iki dəfə yoxlanılmalıdır (yazda və payızda). Yanğın hidrantları daima saz vəziyyətdə saxlanılmalıdır. Hidrantlar yerləşən sahələrdə su xəttində suyun kəsilməsi və ya təzyiqin tələb olunan miqdardan az olması halları aşkar edildikdə yanğından mühafizə xidmətinə xəbər verilməlidir.

Müəssisələrin yanğın nasoslarının elektrik mühərrikləri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməlidir.



8.2. Yanğın baş verən zaman işə salmaq və lazımı miqdarda su ehtiyatı yaratmaq və həmin sahədə suyun sərfini artırmaq üçün, su sayğacı quraşdırılmış yerdə, diametri su xəttinin giriş yerindən az olmayan əlavə su xətti quraşdırmalı və ona ventil qoymalı. Ventili “Yanğın baş verdikdə açmalı” sözləri yazılmış lövhə ilə təmin etməli.

8.3. Hidrantlar və su hovuzları, onlara yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq göstəricilərlə (işıqlandırıcı və ya işıq əks etdirən xüsusi təbəqə ilə örtülmüş göstəricilər) təmin edilməlidirlər. Göstəricidə su mənbəyinə qədər olan məsafə rəqəmlərlə dəqiq olaraq qeyd edilməlidir.

Hər bir yanğın hidrantı “YH” yazılmış işıqlandırıcı ilə və ya işıqlandırıcı (flyüoreset) göstəriciləri ilə təmin edilməlidir. Göstəricilərdə, eləcə də hidrantın nömrəsi, göstəricidən hidranta qədər olan məsafə (m), daxili diametri (mm) və onun növü (dairəvi və ya dalanlı) göstərilməlidir.

Yanğın su hovuzu üzərində “YSH” sözləri yazılmış işıqlandırıcı və ya flyüoreset göstəricisi ilə təmin edərək, hərflərlə su ehtiyatının miqdarı (kub.metr) göstərilməlidir.

Yanğına qarşı su hovuzları daima dolu vəziyyətdə saxlanılmalıdır. Onların su götürmə qurğuları saz vəziyyətdə olmalıdır. Yanğın avtomobillərinin, onlara sərbəst yan alıb oradan su götürməsi üçün su hovuzu ən azı 12 x 12 metr ölçüdə bərk örtüklü meydança ilə təmin edilməlidir.



8.4. Daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilməlidirlər. Atıcı şlanq yanğın kranına və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdır. Yanğın kranlarını şkaflarla təmin edilməlidir. Şkafların qapılarında yanğın kranlarının nömrələri yazılaraq, bağlanıb, möhürlənməlidir.

8.5. Nasos stansiyasının otağı, xüsusi izahedici mətnlərlə yazılmış, “Yanğına qarşı su təchizatının ümumi sxemi” və “Nasosların birləşmə sxemi” ilə təmin olunmalıdır. Həmin sxemlər xüsusi çərçivəyə salınaraq, görünən yerdən asılmalıdır. Nasosxanada yerləşən hər bir siyirtmənin və su təzyiqini qaldıran nasosun təyinatları barədə göstəriciləri olmalıdır. Su təzyiqini yüksəldici nasosların dövriyyəyə qoşulması qaydası təlimatla müəyyən edilməlidir.

Nasos stansiyası üçün «Xidməti heyətin yanğın baş vermə zamanı fəaliyyəti» barədə təlimat işlənib hazırlanmalı, işçilərə imza ilə tanış etdirməklə bir nüsxəsi, nasos stansiyasının otağında görünən yerdən asılmalıdır.

Yaşayış məntəqələrinin yanğına qarşı su təchizatının nasos stansiyalarının dispetçer otağı ilə yanğından mühafizə xidmətinin rabitə məntəqəsinin dispetçer otağı aralarında birbaşa telefon əlaqəsi olmalıdır;

8.6. Su xətləri üzərində quraşdırılmış, elektrik ötürücüsü ilə açılıb-bağlanan siyirtmələrin iş qabiliyyəti ildə iki dəfədən az olmayaraq, yanğın nasoslarının iş qabiliyyəti isə ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır. Qeyd olunan avadanlıqlar daim saz vəziyyətdə saxlanılmalıdır

8.7. Obyektin ərazisində və ya yaxınlığında ( 200 m radiusunda ) təbii və ya süni su mənbələrinin (çaylar, göllər, hovuzlar, süni su kanalları və s.) mövcud olduğu halda, onlara ilin hər bir fəslində yanğın avtomobillərinin və yanğının söndürülməsində iştirak edən digər texnikanın yan alıb su götürülməsi üçün, həmin su mənbələrə bitişik 12 x 12 m ölçüdə bərk örtüklü meydança və ya körpülər qurulmalıdır.

8.8. Su təzyiqi qüllələri ilin hər fəslində yanğın texnikası ilə suyun götürülməsi üçün uyğunlaşdırılmalıdır.

Yanğının söndürülməsi üçün nəzərdə tutulmuş su ehtiyatından məişət və istehsalat məqsədləri üçün istifadə etmək qəti qadağandır.

 

9. Köçürmənin (təxliyyənin) idarə olunmasına və insanların yanğın barədə xəbərdar edilməsinə, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya

qurğularına olan tələblər.

9.1. Yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET ) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir.

TX və PET xüsusi təlim almış heyət və ya lisenziyası olan, müqavilə üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir.

TX üzrə və ya qurğuların dayandırılması ilə (ayn-ayrı xətlərin, xəbərvericilərin) əlaqədar təmir işləri zamanı müəssisənin rəhbəri binaların, tikililərin, otaqların və texniki avadanlıqların yanğından qorunması üçün lazımı tədbirlər görməlidirlər.

9.2. Dispeçer otağında (yanğın postunda), yanğın avtomatik qurğularının nasazlığı və yanğın barədə həyacan siqnalı alındığı zaman, növbətçi heyətin fəaliyyət göstərməsi ardıcıllığı barədə təlimat asılmalıdır.

Dispetçer otağı telefon əlaqəsi və üç ədəddən və daha çox, yararlı elektrik işıqlandırıcıları ilə təchiz olunmalıdır.



9.3. Yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır.

Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır.



9.4. Yanğınsöndürmə qurğularının balonlarında və çənlərində, odsöndürücü maddənin kütləsi və ya təzyiqi onların təlimatlarında təyin olunan hesabdan 10 % və daha çox azalarsa, onlar əlavə və ya yenidən doldurulmalıdırlar.

9.5. Sprinkler qurğularının çiləyiciləri mexaniki zədələnmədən qorunmalıdırlar.

Açılan və saz olmayan çiləyicilərə tıxacların taxılması (vurulması) qadağandır.



9.6. Yanğınsöndürmə stansiyası izahedici mətnlə yazılmış boru xətlərinin sxemi və yanğın baş verən zaman qurğunu idarəetmə təlimatı ilə təmin edilməlidir.

Hər bir idarəetmə qovşağında mühafizə olunan otaqların adı, qurğu seksiyasında çiləyicilərin növü və sayı qeyd olunmuş lövhəcik asılmalıdır. Ventil və kranlar bağlama sxeminə uyğun olaraq nömrələnməlidirlər.



9.7. Qurğulara vaxtlı-vaxtında texniki xidmət göstərilməsi üçün ixtisaslaşdırılmış lisenziyası olan təşkilatlarla ( bu o müəssisələrə aiddir ki, qurğulara texniki qulluq edilməsi və xidmət heyəti saxlamağa imkanı yoxdur) müqavilə bağlanmalıdır.

9.8. Əsas və ehtiyat nasoslar, nəzarət ölçü cihazları və qapaqlar yerləşdirilmiş, yanğınsöndürmə stansiya otağının qapısında üzərində “Yanğın Söndürmə Stansiyası” sözləri yazılmış tablo olmalıdır. Stansiya daima bağlı vəziyyətdə saxlanılmalıdır. Otağın açan xidmət heyətində olmalıdır.

9.9. Mal-əmtəə materialları saxlanılan otaqlarda çiləyicilərə qədər olan məsafə ən azı 0,9 m, xəbərvericilərə isə 0,5 m. olmalıdır.

9.10. Mövcud Dövlət Standartlarına uyğun olaraq avtomatik qazla (su ilə) yanğınsöndürmə qurğularının boru xətlərini aşağıdakı rənglərlə:

- qazla yanğın söndürmə - san rəng;

- su ilə yanğın söndürmə - yaşıl rəng;

- köpüklə yanğın söndürmə - qəhvəyi rəngli xəbərdaredici halqalar çəkməklə yaşıl rəng.

Müalicə və uşaq məktəbəqədər təşkilatlarında, həmçinin məktəb-internatların yataq korpuslarında, yalnız xidmətçi heyət xəbərdar edilməlidir.

Xəbərvermə sistemlərinin istifadə qaydaları, onların istismarı üzrə təlimatda və köçürmə planlarında, sistemləri işə salma hüququ olan şəxslərin adları qeyd olunmaqla müəyyən edilməlidir.



9.11. İnsanların yanğın barədə xəbərdar edilməsi üçün texniki vasitələrin tələb olunmadığı hallarda, obyekt rəhbərləri onların xəbərdar edilməsi ardıcıllığını müəyyən etməli və buna cavabdeh şəxslər təyin etməlidir.

9.12. Xəbərvericilər (səsucaldanlar) səs tənzimləyicisiz olmalı və bilavasitə şəbəkəyə qoşulmalıdır.

Xəbərvermə məntəqələrinin ötürülməsini və köçürmə idarə etməsinin etibarlılığı təmin edildikdə, obyektdə mövcud olan daxili radiostansiyalardan və digər veriliş şəbəkələrindən istifadə edilməsinə yol verilir.

 

10. Yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri.

 

10.l. Yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enercisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır.

Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır.

10.2. Yanğın avtomobilləri və motopompalar, yanğınların söndürülməsi üçün uyğunlaşdırılmış texnika yanğın-texniki avadanlıqlarla tam təmin edilməli, yanacaq və odsöndürücü maddələrlə doldurularaq, daima saz vəziyyətdə saxlanılmalıdır.

Yanğınların söndürülməsi üçün texnikanın cəlb edilmə qaydası, yerli orqanlarla təsdiqlənmiş çıxış cədvəli və yanğınların söndürülməsi üçün qüvvə və vəsaitlərin cəlb edilməsi planına əsasən təyin edilməlidir.



10.3. Yanğınsöndürmə məqsədi ilə uyğunlaşdırılmış (yenidən təchiz edilmiş) hər bir yanğın motopompasına xüsusi hazırlıq keçmiş motorçu (sürücü) təhkim olunmalıdır. Müəssisələrdə yanğın motopompalarının yanğın yerinə gətirilmə qaydaları müəyyən edilməlidir.

10.4. Otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər.

Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilmir.



11. Yanğın bas verən zaman edilən hərəkətlər.

11.1. Hər bir vətəndaş yanğının və ya yanmanın əlamətlərini (alov, tüstü, yanıq qoxusu, temperaturun artması və s.) aşkar etdikdə aşağıdakı hərəkətləri etməlidir:

-   dərhal telefonla yanğından mühafizə orqanına xəbər vermək (bununla bərabər obyektin ünvanını, yanğının baş vermə yerini, həmçinin öz soyadını deməlidir);

-  imkan daxilində insanların köçürülməsi, yanğının söndürülməsi və əmlakın oddan qorunması üçün ölçü götürməlidir;

-     yanğın bölmələrinin qarşılanmasını təmin etməlidir.



11.2. Əmlak sahibləri: əmlaka sahib olmağa, ondan istifadəyə və ya ona dair sərəncam verməyə müvəkkil olan şəxslər, o cümlədən müəssisələrin rəhbərləri və vəzifəli şəxslər, yanğın yerinə gələn yanğın təhlükəsizliyini təmin etməyə təyin edilmiş məsul şəxslər aşağıdakıları yerinə yetirməlidirlər;

-     baş vermiş yanğın haqqında yanğından mühafizəyə məlumatı təkrar etmək və rəhbərliyə, dispetçerə, obyekt üzrə məsul növbətçiyə xəbər vermək;

-     insanların həyatları təhlükə altında olduğu halda, əldə olan qüvvə və vəsaitlər hesabına onların xilas edilməsini təşkil etmək;

-     yanğına qarşı avtomatik müdafiə sistemlərinin (insanları yanğından xəbərdarlığı, yanğınsöndürmə, tüstüyə qarşı müdafiə) qoşulu olmasını yoxlamaq;

-     ehtiyac olanda elektroenerjini kəsmək (yanğına qarşı müdafiə sistemlərini çıxmaqla), elektrik nəql edən qurğu, aqreqat, aparatların işini dayandırmaq, xammal, qaz, buxar və su xəttlərini bağlamaq, qəza və bitişik olan otaqlarda ventilyasiya sisteminin işini dayandırmaq, binanın otaqlarında yanğının və tüstülənmənin qarşısını alan başqa tədbirləri yerinə yetirmək;

-     binada yanğının söndürülməsi tədbirlərindən başqa bütün işləri dayandırmaq (əgər buna texnoloji istehsalat prosesi yol verirsə);

-     yanğının söndürülməsində iştirak etməyən bütün işçiləri təhlükəli zonadan uzaqlaşdırmaq;

-     yanğından mühafizə bölməsinin gəlməsinə qədər obyektin spesifik xüsusiyyətlərini nəzərə alaraq, yanğının söndürülməsinə ümumi rəhbərlik etmək;

-     yanğının söndürülməsində iştirak edən işçilərin təhlükəsizlik tələblərinə riayət etmələrini təmin etmək;

-     yanğının söndürülməsi ilə eyni zamanda köçürməni və maddi dəyərlərin qorunmasını təşkil etmək;

-     yanğından mühafizə bölməsinin qarşılanmasını təşkil etmək və yanğın mənbəyinə giriş üçün qısa yolun seçilməsində köməklik etmək;

-     yanğınların söndürülməsi və bununla bağlı ilk növbəli qəza-xilasedici işlərin keçirilməsi üçün cəlb edilən yanğından mühafizə bölmələrinə, obyektdə olan və ya emal (edilən təhlükəli (partlayış-təhlükəli) partlayıcı, zəhərli maddələr haqqında, şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan məlumatları bildirmək.



11.3. Yanğın bölməsi gəldikdə müəssisənin rəhbəri (və ya onu əvəz edən şəxs) yanğın söndürmə rəhbərini, obyektin, bitişik tikililər və qurğuların konstruktiv və texnoloji xüsusiyyətlərindən, saxlanılan və işlədilən maddələrin, məmulatların sayı və yanğın təhlükəli xüsusiyyətlərindən və yanğının müvəffəqiyyətlə ləğv edilməsi üçün lazımı olan digər məsələlərlə məlumatlandırmalıdır.

 
Yüklə 174,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə