«Qeydə alınıb» «Təsdiq olunub»



Yüklə 82,42 Kb.
Pdf görüntüsü
tarix18.02.2018
ölçüsü82,42 Kb.
#27180


 

 



 

«Qeydə alınıb»                                                                      «Təsdiq olunub»                          

Azərbaycan Respublikası                                                      Azərbaycan Respublikası 

Ədliyyə Nazirliyinin kollegiyasında                                     Ticarət, İctimai-iaşə, Kooperasiya

                                                                                               Sağlamlıq Ocaqları, Turizm, İdman, 

                                                                                               Otelçilik, Balıqçılıq və Digər Xidmət 

Ədliyyə naziri                                                                        Sahələri İşçiləri Həmkarlar İttifaqları 

____________________F. Məmmədov                               Federasiyasının qurultayı 

                                                                                              «_____» «___________» 2000-ci il 

«____» «______________» 2001-ci il                                 

                                                                                              Federasiyanın prezidenti 

                                                                                              __________________ İ. Əliyev 

 

 

 



                           Azərbaycan Respublikası Ticarət, İctimai-iaşə, Kooperasiya, 

                             Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq 

                  və Digər Xidmət Sahələri iŞçiləri Həmkarlar İttifaqları Federasiyasının 

 

                                                             NİZAMNAMƏSİ 



 

                                                     I. ÜMUMİ MÜDDƏALAR 

 

         1.1              Adı:  Azərbaycan  Respublikası  Ticarət,  İctimai-iaşə,  Kooperasiya,  Sağlamlıq 



Ocaqları,  Turizm,  İdman,  Otelçilik,  Balıqçılıq  və  Digər  Xidmət  Sahələri  iŞçiləri  Həmkarlar 

İttifaqları Federasiyası (bundan sonra Federasiya adlandırılacaq). 

  

         1.2       Federasiyanın qısaldılmış adı : ―Xidmət –iş‖ həmkarlar ittifaqları federasiyası. 



 

         1.3              ―Xidmət-iş‖  Həmkarlar  İttifaqları  Federasiyası  Ticarət,  İctimai  İaşə  və  İstehlak 

Kooperasiyası,  Sanatoriya-Kurort  və  Turizm  Sistemi,  Balıq  Təsərrüfatı  İşçiləri  Həmkarlar 

İttifaqlarının bazalarında yaradılır və onların hüquqi varisidir. 

 

         1.4      Federasiyanın ünvanı : Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti, 12 



 

II.  FEDERASİYADA  BİRLƏŞMƏYİN  ƏSAS  PRİNSİPLƏRİ,  MƏQSƏD  VƏ 

VƏZİFƏLƏRİ 

 

         2.1          Federasiya-Azərbaycan  Respublikasının  ticarət,  ictimai  iaşə  və  istehlak 

kooperasiyası,  mehmanxanalar,  balıq  təsərrüfatı,  sanatoriya-kurort  və  turizm  müəssisələri, 

pansionat, istirahət evləri və digər xidmət sahələri, sahələr üçün kadr hazırlayan təhsil ocaqları 

işçilərini, tələbələrini, sahə Həmkarlar İttifaqlarının könüllülükəsasında müstəqil, ictimai, qeyri-

siyasi təşkilatdır.  

 

        2.2            Federasiya  dövlət  və  təsərrüfat  orqanlarından,  siyasi  və  digər  təşkilatlardan  asılı 



deyil, onlara hesabat vermir. 

 

        2.3      Federasiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, ―Həmkarlar 



İttifaqları haqqında‖ Azərbaycan Respublikası Qanununa, həmkarlar  ittifaqının fəaliyyətinə aid 

başqa  Qanunvericilik  aktlarına,  Beynəlxalq  Əmək  Təşkilatının  Azərbaycan    Respublikasinda 

ratifikasiya olunmuş konvensiyalarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. 

 



 

       2.4    Federasiya konfederativ əsaslarla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 



və beynəlxalq həmkarlar ittifaqları birliklərinə daxil ola bilər. Bu və yadigər həmkarlar ittifaqları 

birliyinə  daxil  olmaq  və  ya  onlardan  çıxmaq  haqqında  qərar  Federasiyanın  Məclisi  tərəfindən 

qəbul olunur. 

 

      2.5    Federasiya  tərkibinə  daxil  olduğu  ümumrespublika  və  beynəlxalq  həmkarlar 



ittifaqlarının  razılaşdırılmış səlahiyyətlər çərçivəsində qəbul olunmuş, mövcud qanunvericiliyinə 

və bu Nizamnaməyə zidd olmayan qərarların yerinə yetirilməsini təmin edir. 

 

      2.6.     Federasiyanın əsas vəzifələri: 



 

      2.6.1  Nazirlik,  baş  idarə  və  şirkət,  səhmdar  cəmiyyətlər  səviyyəsində  Tarif  müqavilələri 

kollektiv  müqavilələr  vasitəsilə  və  digər  vasitələrlə  əməkçilərin  sosial-iqtisadi  və  əmək 

hüquqlarının qorunması. 

 

     2.6.2.    Ümumrespublika  Həmkarlar  İttifaqları  Birliyinin  hökümətlə  bağladığı  Baş  Kollektiv 



Sazişin  hazırlanmasında  fəal  iştirak  etməklə  sahə  əməkşilərin  ümumi  mənafelərinin  təmsil  və 

müdafiə olunması. 

 

    2.6.3     Sahə əməkçilərin sosial-iqtisadi vəziyyətini əks etdirən göstəricilərin 



ümumiləşdirilməsi, tədqiqi, bu göstəricilərin yaxşılaşdırılması məqsədi ilə üzv həmkarlar ittifaqı 

təşkilatlarının birgə fəaliyyətinin təşkili və istiqamətləndirilməsi. 

 

   2.6.4      Federasiyaya   daxil olan təşkilatlara və ayrı-ayrı həmkarlar ittifaqı üzvlərinə hüquqi 



yardım və məsləhətlər verilməsi. 

 

   2.6.5      Xarici ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə əlaqələrin, təcrübə və məlumat 



mübadiləsinin  təşkili,  ümumurespublika  həmkarlar  ittifaqı  hərəkatının  fəaliyyəti  barədə  üzv 

təşkilatlara məlumat verilməsi.  

 

    2.6.6      Həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri, kollektiv müqavilələrin bağlanması və 



digər  sahələr  üzrə  qabaqçıl  təcrübə  və  metodların  ümumiləşdirilməsi  və  ilk  təşkilatlara 

tövsiyyələr hazırlanması. 

  

    2.6.7          Həmkarlar  ittifaqı  işçilərinin  və  fəallarının  təhsilinin,  ixtisasının  artırılmasının  və 



qabaqçıl iş üsullarına yiyələnməsinin təşkili. 

 

    2.6.8     Bu Nizamnamədən irəli gələn digər vəzifələrin həyata keçirilməsi. 



 

 

 



                           III ÜZVLÜK, ÜZVLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

      


    3.1      Sahə müəssisələrində işləyən və ya sahə müəssisələri nəzdində fəaliyyət  göstərən təhsil 

müəssisələrində  işləyən  və  təhsil  alan,  Federasiyanın  Nizamnaməsini  qəbul  edən  hər  bir  şəxs 

ittifaqın üzvü ola bilər. 

 

   3.2       Həmkarlar ittifaqı üzvlüyünə qəbul fərdi qaydada, könüllülük  prinsipi ilə şəxsi ərizə 



əsasında  həyata  keçirilir,  həmkarlar  ittifaqı  üzvlüyünə  qəbul  haqqında  qərar  Federasiyanın  ilk 

təşkilatı tərəfindən verilir. 

              Həmkarlar ittifaqı üzvünə müəyyən olunmuş formada üzvlük bileti verilir. 

 

 




 

 



 

  3.3       Həmkarlar ittifaqı üzvü əsas iş yeri üzrə ilk təşkilatda uçota götürülür. 

 

  3.4       Həmkarlar  ittifaqı üzvlüyü aşağıdaki hallarda saxlanır : 



 

  3.4.1    Müvəqqəti işləməyənlər üçün . 

 

  3.4.2        Əlilliyə  və  yaşa  görə  pensiyaya  gedənlər  və  həmkarlar  ittifaqı  təşkilatı  ilə  əlaqə 



saxlayanlar üçün.  

 

  3.4.3    Azərbaycan Silahlı Qüvvələrində xidmətdən geri qayıdanlar üçün. 



 

  3.5       Bütün həmkarlar ittifaqı üzvləri bərabər hüquqlara malikdirlər. 

 

  3.6       Həmkarlar ittifaqı üzvlərinin hüquqları: 



 

  3.6.1        Həmkarlar  ittifaqı  tərəfindən  əmək,  iqtisadi  və  sosial  hüquqlarının  və  qanuni 

mənafelərinin müdafiəsi, həmkarlar ittifaqı orqanlarından məsləhət və hüquqi yardım almaq. 

 

  3.6.2      Həmkarlar  ittifaqı  orqanlarına,  konfrans  və  qurultaylarına  nümayəndə  seçmək  və 



seçilmək. 

 

  3.6.3      Həmkarlar  ittifaqlarının  yığıncağı,  konfranslarında,  komitə  iclaslarında  şəxsən  iştirak 



etmək,  təklif  vermək,  məsələ  qaldırmaq,  müzakirələrdə  və  qərarların  hazırlanmasında  iştirak 

etmək, tənqıdı fikirlər söyləmək. 

 

  3.6.4.    Həmkarlar  ittifaqının  mədəniyyət  və  idman  obyektlərinin  xidmətlərindən,  sağlamlıq 



müəssisələrindən  özünün  və  ailə  üzvlərinin  müalicəsi  üçün  istifadə  etmək,  müstəsna  hallarda 

həmkarlar ittifaqından maddi yardım almaq. 

 

  3.6.5      Həmkarlar  ittifaqı  təşkilatlarının  və  onların  rəhbər  orqanlarının  işi  barədə  məlumat 



almaq. 

 

 3.7       Həmkarlar ittifaqı üzvlərinin vəzifələri : 



 

  3.7.1    Həmkarlar ittifaqının Nizamnaməsinə əməl etmək, təşkilatın fəaliyyətində və keçirdiyi 

tədbirlərdə,  həmkarlar  ittifaqı  orqanlarının  qərarlarının  həyata  keçirilməsində  iştirak  etmək,  

həmkarlar ittifaqı orqanları tərəfindən ona həvalə olunan tapşırıqları yerinə yetirmək. 

 

  3.7.2    Müntəzəm olaraq üzvlük haqqını ödəmək. 



 

  3.8       Həmkarlar ittifaqında fəal iş maddi və mənəvi həvəsləndirmə ilə qeyd oluna bilər.   

 

  3.9              Nizamnamə  öhdəliklərini  yerinə  yetirməyən  həmkarlar  ittifaqı  üzvlərinə  aşağıdaki 



tənbeh tədbirləri tətbiq oluna bilər: 

- irad 


- töhmət 

- həmkarlar ittifaqı üzvlüyündən çıxarılma 

 

 3.10          Həmkarlar  ittifaqı  üzvü  barədə  tənbeh  tədbirinin  görülməsi  məsələsi  sex  və  sahə 



həmkarlar  ittifaqı  təmsilçisinin  vəsadəti  ilə  ilk  həmkarlar  ittifaqı  komitəsinin  iclasında  həll 

olunur. 



 

 



           Həmkarlar ittifaqı üzvlüyündən xaric olunma haqqında qərar iclas iştirakçılarının azı üçdə 

iki hissəsinin səsi ilə qəbul olunmuş sayələr. 

 

  3.11      Həmkarlar  ittifaqı  komitəsi  və  təftiş  komissiyası  üzvləri  barəsində  tənbeh  tədbiri  ilk 



həmkarlar  ittifaqı  təşkilatı  komitısində  yuxarı  təşkilatın  nümayəndəsinin  iştiraki  ilə  müzakirə 

olunur. 


 

  3.12   Həmkarlar ittifaqı üzvünün tənbeh edilməsi haqqında qərar həmin şəxsin iştirakı ilə qəbul 

edilir.  Həmkarlar  ittifaqı  üzvü  üzürlü  səbəb  olmadan  iclasda  itirak  etmədikdə  tənbeh  tədbiri 

barədə qərar onun iştiraki olmadan da qəbul edilə bilər. 

 

 3.13        Tənbehin  götürülməsi  məsələsinə  müvafiq  həmkarlar  ittifaqı  orqanı  6  ay  ərzində  baxa 



bilər. Bu müddət keçdikdən sonra tənbeh öz qüvvəsini itirir. 

 

 3.14    Həmkarlar ittifaqı üzvlüyündən çıxarılmış şəxs yuxarı həmkarlar ittifaqı orqanına şikayət 



edərsə, onun ərizəsinə ərizə daxil olduğu gündən bir aydan gec olmamaq şərti ilə baxılır. 

 

 3.15.      Həmkarlar  itt6ifaqı  üzvlüyündən  çıxmış  və  ya  çıxarılmış  şəxs  həmkarlar  ittifaqı 



əmlakından istifadə etmək hüququnu itirir və onun verdiyi üzvlük haqqı geri qaytarılmır. 

 

 3.16   Həmkarlar ittifaqı üzvlüyünə aşağıdaki hallarda son qoyulur:  



- öz arzusu həmkarlar ittifaqından çıxdıqda; 

- həmkarlar ittifaqından çıxarıldıqda; 

- azadlıqdan məhrum olunduqda.  

 

 3.17    Üzürlü səbəb olamadan üç aydan çox üzvlük haqqı ödəməyən həmkarlar ittifaqı üzvü və 



ya təşkilat barədə tənbeh tədbiri görülə bilər. 

 

IV 



HƏMKARLAR 

İTTİFAQININ 

TƏŞKİLAT-DAXİLİ 

QURULUŞU 

VƏ 

FƏALİYYƏTİNİN        

                                                           ƏSAS PRİNSİPLƏRİ 

 

4.1 Həmkarlar ittifaqının əsası və Federasiyanın subyektləri ilk təşkilatlardır. 



 

      İlk  həmkarlar  ittifaqı  təşkilatı  bir  müəssisədə,  idarədə,  təşkilatda  işləyən  və  yaxud  təhsil 

müəssisəsində oxuyan ən azı yeddi həmkarlar ittifaqı üzvü olduqda yaradıla bilər. 

 

      İlk  təşkilatın  yaradılması  və  Federasiyaya  daxil  olması  barədə  qərar  həmin  təşkilatın  təsis 



yığıncağında qəbul olunur və Federasiyanın İcraiyyə Komi9təsi tərəfindən təsdiq edilir.  

 

 4.2  Federasiya sahə prinsipi üzrə təşkil edilir. 



 

 4.3    Federasiyanın  strukturuna  ilk  həmkarlar  ittifaqı  təşkilatları,  şəhər,  rayon  komitələri, 

birləşmiş sahə komitələri və Federasiyanın digər orqanları daxildir. 

 

 4.4    Həmkarlar  ittifaqının  ilk  təşkilatları,  şəhər,  rayon  və  birləşmiş  sahə  komitələri 



Federasiyanın İcraiyyə Komitəsi ilə razılaşdırmaqla öz strukturunu müəyyən edir.  

 

 4.5    İlk  həmkarlar  ittifaqı  təşkilatı,  şəhər,  rayon  ,  birləşmiş  sahə  komitələri  öz  ğığıncağında 



(Konfransında)  icraiyyə  orqanı  olan  hımkarlar  ittifaqı  komitəsini  seçir.  Komitənin  üzvlərinin 

sayını yığıncaq (Konfrans) müəyyən edir. 

 



 

        Şəhər, rayon, vilayət, birləşmiş həmkarlar ittifaqı komitələri cari işi aparmaq üçün Rəyasət 



Heyəti seçirlər. 

 

   4.6 Yığıncaq (Konfrans) tərəfindən seçilmiş həmkarlar ittifaqı komitəsi üzvlərindən biri komitə 



üzvlərinin  rəyi  nəzərə  alınmaqla  Federasiyanın  İcraiyyə  Komitəsinin  qərarı  ilə  komitənin  sədri 

təyin olunur. 

 

        Həmkarlar ittifaqı komitəsinin sədri eyni zamanda Federasiyanın təmsilçisi hesab olunur. 



 

 4.7    Həmkarlar  ittifaqı  komitəsi,  şəhər,  rayon,  birləşmiş  sahə  komitələri  sex  və  növbələrdə 

komitənin təmsilçilərini təyin edir. 

 

        Təmsilçilərin hüquq və vəzifələri müvafiq əsasnamə ilə tənzimlənir.  



 

 4.8    Federasiyanın  İcariyyə  Komitəsi  ilk  təşkilatı,  şəhər,  rayon,  birləşmiş  sahə  komitə 

təmsilçisini  üzərinə  düşən  vəzifələri  yerinə  yetirmədikdə  həmin  komitənin  digğr  üzvü  ilə  əvəz 

edə bilər. 

 

 4. 9 Komitənin sədri eyni zamanda Rəyasət Heyətinin sədridir. 



 

 4.10  İlk,  şəhər,  rayon,  birləşmiş  sahə  həmkarlar  ittifaqı  komitəsi  öz  işi  barəsində  həmkarlar 

ittifaqı yığıncağına (Konfransına) və yuxarı həmkarlar ittifaqı orqanına hesabat verir. 

 

 4.11  İlk həmkarlar ittifaqı, şəhər, rayon, birləşmiş sahə həmkarlar ittifaqı komitəsinin ali rəhbər 



orqanı yığıncaq və ya konfransdır.  

 

 4.12    Həmkarlar  ittifaqı  yığıncaqları,  plenum,  komitə  iclasları,  Rəyasət  Heyətinin  iclasları 



yığıncaq üzvlərinin yarısından çoxu iştirak etdikdə, konfrans və qurultaylar isə nümayəndələrin 

azı üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.  

 

 4.13    Həmkarlar  ittifaqı  təşkilatının  yığıncaq,  konfrans  plenum  və  qurultaylarının,  həmçinin 



komitə iclaslarının qərarları iştirakçılarının sadə səs çoxluğu ilə qəbul olunur. 

 

 4.14    İlk  rayon,  şəhər,  vilayət,  birləşmiş  həmkarlar  ittifaqı  təşkilatlarında  hesabat—seçki 



yığıncaqları 2,5 ildən bir keçirilir. 

 

 4.15    Hesabat  -  seçki    öığıncaqlarında  (konfranslarında)  Komitə  üzvləri,  nəzarət-təftiş 



komissiyası seçilir.  

 

 4.16    Konfranslara  və  yığıncaqlara  nümayəndəlik  norması  və  seçilmə  qaydasını  federasiyanın 



Məclisi müəyyən edir. 

 

         Hər bir təşkilat konfransa və qurultaya müəyyən olunmuş norma üzrə öz nümayəndələrini 



seçir. 

 

 4.17      Həmkarlar  ittifaqı  orqanlarına  seçkilər  zamanı  səsvermənin  formasını  (gizli  və  ya  açıq) 



yığıncaq  ( konfrans, qurultay) özü müəyyən edir. 

 

 4.18   Həmkarlar ittifaqının nəzarət  – təftiş komissiyasına  yığıncaq iştirakçılarının azı üçdə iki 



hissəsinin iştiraki ilə səslərin yarısından çoxunu toplamiş namizədlər seçilmiş hesab olunurlar. 

 



 

 4.19    Həmkarlar  ittifaqı  orqanının,  onun  seçkili  rəhbərlərinin  vaxtından  qabaq  seçkiləri 



həmkarlar  ittifaqı  üzvlərinin  azı  üçdə  bir  hissəsinin  tələbi  və  yaxud  yuxarı  həmkarlar  ittifaqı 

orqanının qərarı ilə keçirilə bilər. 

 

 

 



                                      V FEDERASİYANIN SEÇKİLİ ORQANLARI 

 

         Federasiyanin seçkili orqanları aşağıdakilardır: 



 

-

 



Federasiyanın qurultayı; 

-

 



Federasiyanın məclisi; 

-

 



Federasiyanın İcraiyyə Komitəsi; 

-

 



Federasiyanın nəzarət-təftiş komissiyası. 

 

5.1  Federasiyanın qurultayı. 



 

5.1.1. Qurultay Federasiyanın ali rəhbər orqanıdır. Qurultay beş ildən bir çağırılır. Qurultayın 

keçirilmə vaxtı və gündəliyi Federasiyanın Məclisi tərəfindən müəyyən olunur. 

 

5.1.2  Qurultayın çağırılması barədə məlumat və göndəliyindəki məsələlər barədə materiallar 



qurultay nümayəndələrinə azı bir ay qabaq göndərilir. 

 

5.1.3  Seçilmiş nümayəndələrin azı üçdə iki hissəsi iştirak etdikdə qurultay səlahiyətli sayılır. 



          Qurultayın qərarları sadə səs çoxluğu ilə qəbul olunur. 

 

5.1.4      Qurultay  Federasiyanın  hesabatını  dinləyir,  nəzarət-təftiş  komissiyasının  hesabatını 



təsdiq  edir,  Federasiyanın  fəaliyyət  istiqamətlərini  müəyyənləşdirir,  lazım  gələrsə 

Nizamnaməyə  dəyişikliklər  edir.  Məclis  üzvlüyünə  birbaşa  seçilmiş  nümayəndələrinin 

səlahiyyətlərini təsdiq edir, Federasiyanın prezidentini, nəzarət-təftiş komissiyasını seçir.  

 

 5.1.5   Qurultaylararası dövrdə Federasiyanın prezidenti öz xahişi ilə vəzifəsindən azad edilə 



və  bu  halda  prezidentin  seçkisi  Məclisin  iclasında  keçirilə  bilər.  Qalan  digər  hallarda 

Prezidentin vəzifəsindən azad olunması və seçilməsi Qurultayda həll olunur. 

 

 5.1.6    Növbədənkənar  qurultay  Məclis  üzvlərinin  azı  üçdə  iki  hissəsinin  və  yaxud 



prezidentinin tələbi ilə 3 ay əvvəl vaxtını təyin etməklə çaöırıla bilər.  

 

 5.1.7    Qurultaylararası  müddətdə  Federasiyanın  rəhbər  orqanı  Məclisdir.  Federasiyanın 



Məclisi,  İcraiyyə  Komitəsi  tərəfindən  müəyyən  olunmuş  nümayəndəlik  normasına  uyğun 

olaraq üzv təşkilatlar tərəfindən birbaşa seçilmiş nümayəndələrdən təşkil olunur. 

 

 5.2     Federasiyanın Məclisi: 



 

 5.2.1    Qurultaylararası    dövrdə  federasiyanın  qərarverici  orqanıdır  və  qurultayın  müstəsna 

səlahiyyətlərinə aid olmayan bütün məsələləri həlll edir.  

 

 5.2.2    Müstəsna  hallarda  Nizamnaməyə  dəyişikliklər  edir.  Ümumrespublika  və  beynəlxalq 



həmkarlar ittifaqı birliklərinə nümayəndələri seçir. 

 

 5.2.3    Federasiyanın  üzv  təşkilatları  arasında  əlaqələrin  möhkəmləndirilməsi  ni,  onların 



həmrəyliyi  və  birgə  fəaliyyətini  təşkil  edir.  Federasiyanın  Nizamnaməsinin müəyyən  etdiyi 

məqsəd və vəzifələrin həyata keçirilməsini təmin edir. 




 

 



 5.2.4  Sahə əməkçiləri adından nazirlik, baş idarələrlə kollektiv sazişlər bağlayır,  müzakirə 

edir və onların yerinə yetirilməsinə nəzarət edir.  

 

 5.2.5    Federasiyanın  vitse-prezidentlərini,  İcraiyyə  Komitəsini  seçir,  onun  vəzifələrini 



müəyyən edir. 

 

 5.2.6  Federasiyanın Məclisinin ildə bir dəfədən az olmayaraq çağırılır. 



 

 5.2.7    Federasiyanın  prezidenti  və  vitse-prezidenti  Məclisinin  və  İcraiyyə  komitəsinin 

üzvüdürlər. 

 

 5.3 Federasiyanın İcraiyyə Komitəsi 



 

 5.3.1  Qurultaylararası  dövrdə  qurultayın  və  Federasiyanın  Məclisinin  qərarlarının  icrasını 

təmin edir. 

 

 5.3.2  Federasiyanın mədaxil və məxaric smetalarını, strukturunu və ştatlarını təsdiq edir. 



 

 5.3.3  Üzv təşkilatlara iqtisadi və sosial-mədəni yardım göstərir, idman və bədən tərbiyəsinin 

inkişafına dair proqramlar və tədbirlər hazırlayıb həyata keçirir.  

           Üzv  təşkilatların  maraqları  nəzərə  alınmaqla  beynəlxalq  əlaqələrin  genişləndirilməsi 

işini həyata keçirir. 

 

 5.3.4  Federasiyanın fəaliyyəti ilə bağlı maliyyə və təsərrüfat məsələlərini həll edir. 



 

 5.3.5  İcraiyyə Komitəsinin iclasları ayda bir dəfədən az olmamaq şərti ilə keçirilir. 

 

 5.4          Nəzarət-təftiş  komissiyası  Federasiyanın  qurultayı  tərəfindən  seçilir  .  İcraiyyə 



Komitəsinin və Məclisin üzvləri bu komissiyaya daxil ola bilməzlər.  

           Nəzarət-təftiş komissiyasının sədri komissiya üzvləri arasından onun iclasında seçilir. 

 

 5.6          Nəzarət-təftiş  komissiyası  Federasiyanın  Məclisi  tərəfindən  təsdiq  olunmuş 



Əsasnaməyə əsasən fəaliyyət göstərir.  

 

                                VI FEDERASİYANIN ƏMLAK VƏ VƏSAİTİ 

 

 6.1  Federasiyanin  vəsaiti  üzvlüyə  qəbul  haqqından  və  aylıq  üzvlük  haqlarından,  mədəni-



maarif  idman  tədbirlərindən,  tsərrüfat  orqanlarından  ayırmalardan,  müstəqil  təsərrüfat 

fəaliyyətindən  əldə  olunan  gəlirdən  və  qanunla  qadağan  olunmayan  digər  fəaliyyət 

növlərindən əldə olunan gəlirlərdən yaranır.  

 

 6.2.  Həmkarlar ittifaqı üzvlüyünə qəbul  olunarkən aylıq əmək haqqının və  ya təqaüdün bir 



faizi miqdarında qəbul haqqı verilir. 

 

 6.3  Üzvlük  haqqı  həmkarlar  ittifaqı  üzvünün  ayliq  qazancının  bir-üç  faizi  miqdarında 



müəyyən olunur. 

       Həmkarlar  ittifaqının  üzvü  olan  işləməyən  pensiyaçılar,  uşağa  baxmaqla  əlaqədər 

müvəqqəti  olaraq  işləməyən  qadınlar,  təqaüd  almayan  şagirdlər  və  müvəqqəti  işsiz  olan 

həmkarlar ittifaqı üzvləri üzvlük haqqı ödəməkdən azad olunurlar. 

 

 6.4  Federasiyanın  vəsaiti,  Məclis  tərəfindən  təsdiq  edilmiş  smetalar  əsasında  həmkarlar 



ittifaqı işçilərinin əmək haqqına, həmkarlar ittifaqı işçilərinin və fəallarının təhsilinə, mədəni-


 

kütləvi  və  idman  tədbirlərinin  keçirilməsinə,  fəal  həmkarlar  ittifaqı  üzvlərinin 



mükafatlandırılmasına,  həmrəylik  fondunun  təşkilinə,  xeyriyyə  məqsədlərinə,  müstəsna 

hallarda həmkarlar ittifaqı üzvlərinə maddi yardım edilməsinə və digər məqsədlərə xərclənir.  

 

  6.5    Həmkarlar  ittifaqı  üzvlük  haqları  Federasiyanın  vahid  hesabında  cəmlənir  və  hər 



təşkilatdan daxil olan vəsaitin ayrılıqla uçotu aparılır. 

 

 6.6      Tərtib  etdikləri  və  Federtasiyanın  İcraiyyə  Komitəsi  tərəfindən  təsdiq  olunmuş 



smetalara əsasən vahid hesabdan təşkilatlara maliyyə vəsaiti ayrılır. 

         İlk  təşkilatlar  ayrılmış  maliyyə  vəsaitinin  xərclənməsi  barədə  Federasiyaya  müvafiq 

ildə 2 dəfə hesabat təqdim edirlər. 

 

 6.7    Federasiya  kollektiv  mülkiyyət  hüququ  əsasında  əmlakla,  maliyyə  vəsaitinə,  eləcə  də 



valyuta vəsaitinə malik ola bilər.  

        Federasiya  vəsaitini  banklarda  saxlaya,  səhmlər  ala  bilər,  öz  vəsaitindən  kreditlər  verə 

bilər, xeyriyyə fondu və başqa fondlar yarada bilər.  

 

 6.8  Federasiyanın qərarına əsasən üzv təşkilatların müəyyən olunmuş nümunədə möhürü və 



ştampı ola bilər.  

  

 6.9  Federasiyanın həmçiin embleması və digər rəmzləri də ola bilər.  



 

             VII FEDERASİYANIN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ QAYDALARI 

 

       7.1  Federasiyanin  fəaliyyətinə  qurultay  nümayəndələrinin  azı  üçdə  iki  hissəsinin  tələbi  ilə 



xitam verilə bilər. 

 

        7.2      Federasiyanın  fəaliyyəti  dayandırılarsa,  onun  vəsaitindən  və  mülkiyyətindən  istifadə 



qaydasını qurultay müəyyən edir. 

 

 

  

Yüklə 82,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə