Qeyri-sabiT ÖLKƏLƏRDƏ Bİznes müHİTİ VƏ İnvestiSİyalar: Aİ xariCİ İnvestiSİya plani



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü1,3 Mb.
#68662


1

QEYRİ-SABİT ÖLKƏLƏRDƏ BİZNES MÜHİTİ VƏ İNVESTİSİYALAR:

Aİ XARİCİ

İNVESTİSİYA PLANI

Aİ-nin Xarici İnvestisiya Planı Afrika və Aİ Qonşuluq regionundakı tərəfdaş ölkələrə investisiyaların cəlb olunmasını 

təşviq edir. Bu plan hərtərəfli inkişafa, iş yerlərinin yaradılmasına və dayanıqlı inkişafa kömək edərək nizamsız 

miqrasiya probleminin bəzi köklü səbəbləri ilə mübarizə aparmaq məqsədi daşıyır. Xarici İnvestisiya Planı tərəfdaş 

ölkələrin səciyyəvi ehtiyaclarına uyğunlaşdırılmışdır və Aİ-də tətbiq edilərək 240 milyard avrodan çox investisiyanın 

cəlb olunmasına səbəb olan 

“Yunkerin planı”

 adı ilə tanınan olduqca uğurlu modelə əsaslanır.

Xarici İnvestisiya Planında bir çox prioritet investisiya sahələri diqqət mərkəzində olacaq, məsələn: dayanıqlı enerji və 

davamlı əlaqə; mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi; dayanıqlı kənd təsərrüfatı, kənd sahibkarlığı və 

aqrosənaye; dayanıqlı şəhərlər və dayanıqlı inkişaf üçün rəqəmsallaşma.

XARİCİ İNVESTİSİYA PLANI NƏYƏ LAZIMDIR?

XARİCİ İNVESTİSİYA PLANI NƏDİR?

Qlobal iqtisadi böhran səbəbindən Afrika və 

Aİ Qonşuluq regionundakı qeyri-sabitlik və 

münaqişələr kəskinləşərək olduqca lazımi 

investisiyalar üçün maliyyə vəsaitlərindən istifadə 

imkanını məhdudlaşdırmışdır. Qeyri-sabitlik və 

münaqişələr Afrika və Qonşuluq regionunda 

davam etməkdə olan və günümüzdə daha çox 

insanın iştirak etdiyi miqrasiya böhranını daha da 

dərinləşdirmişdir.

Avropa İttifaqı və ona Üzv Ölkələr kollektiv 

şəkildə dünyanın inkişaf üçün ən böyük yardım 

təminatçılarıdır və 2016-cı ildə 75,5 milyard 

avro və ya qlobal yardımın demək olar ki, 60%-ni təmin 

etmişlər. Lakin, inkişafa dair əməkdaşlığın təkamül 

etməsinə ehtiyac var. Qrant formasında edilən ənənəvi 

yardımlar birinci dərəcəli əhəmiyyətə malikdir, amma 

Dayanıqlı İnkişaf Məqsədlərində

 göstərilən iddialı hədəflərə 

çatmaq məqsədilə digər alətlər və maliyyə mənbələri ilə 

tamamlanmalıdır. 2015-ci ildə beynəlxalq ictimaiyyət 

yeni tərəfdaşlıqlara, xüsusən özəl resursların səfərbər 

edilməsinə və innovativ maliyyələşmə modellərinin 

tətbiqinə çağıran  

inkişaf üçün maliyyələşmə üzrə innovativ 

gündəliyə

 dair razılığa gəldi. Xarici İnvestisiya Planı Aİ-nin 

adı çəkilən bu öhdəliklərə töhfəsinin bir hissəsidir.

Sabit Afrika ölkələri ilə 

müqayisədə, qeyri-

sabit Afrika ölkələrində 

biznesin qurulması 

üçün üç dəfə çox vəsait 

tələb olunur. 

2008-ci ildə baş verən maliyyə böhranından sonra, inkişaf etməkdə 

olan ölkələrdə birbaşa xarici investisiyalar və özəl sektora aid digər 

maliyyə axınları azalmışdır. 

İnkişaf etməkdə olan ölkələrə yatırılan birbaşa xarici investisiyaların 

ümumi həcminin 

cəmi 6%-i qeyri-stabil ölkələrə yatırılır (2012).

Həmin investisiyaların tam 72%-i təbii resurslarla zəngin 10 ölkədə 

cəmləşmişdir.

2008

6%

AVROPA İTTİFAQI




2

PLANIN İŞ PRİNSİPİ NƏDİR?

Adı çəkilən Xarici İnvestisiya Planı həyat qabiliyyətli biznes layihələrin sosial ehtiyaclara cavab verdiyi və məhdud dövlət 

fondlarının şəxsi vəsaitləri cəlb etdiyi ölkələrdə fərdi investorları toplayacaq. Qadın sahibkarlarını misal gətirək: onların ideya 

və biznes planlarının inandırıcı olmasına baxmayaraq, banklar əksər vaxtlarda onlara kredit verməkdən boyun qaçırır. Belə 

sahibkarlara kredit verməsi üçün bankları lazımi zəmanət ilə təmin etməklə, o cümlədən qadın sahibkarlara məsləhət və 

mentorluq kimi texniki dəstək göstərməklə 

onlara biznesə başlamağa və onu inkişaf etdirməyə kömək edə bilərik.

Bu plan fərdi investorları Avropanın xaricində dayanıqlı inkişafa töhfə verməyə sövq edəcək.  Yeni yaradılmış Dayanıqlı İnkişaf 

üçün Avropa Fondu (DİAF) dövlət maliyyə institutları və özəl sektora aid investisiyalara dəstək vermək üçün maliyyələşmə 

mexanizmi rolunu oynayacaq.

Avropa Komissiyasının 4,1 milyard avro həcmində maliyyə yardımı vasitəsilə Xarici İnvestisiya Planının 2020-ci ilə qədər 44 

milyard avrodan çox investisiyanı cəlb edəcəyi gözlənilir. Yeni yaradılan fondun maliyyə qüvvəsini və səmərəliliyini artırmaq 

məqsədilə Avropa Komissiyası Aİ-yə Üzv Ölkələrin və digər tərəfdaşların da yardım etməsini istəyir.

Aİ-nin yanaşması Almaniyanın G20-yə sədrliyi tərəfindən yaradılan 

G20-Afrika Tərəfdaşlığı

 ilə tam ahəngdarlıq təşkil edir. O 

özəl sektorun davamlı iştirakını, infrastruktura və bərpa olunan enerjiyə yatırılan investisiyaları gücləndirəcək və artım üçün 

dayanıqlı iqtisadi inkişafa dəstək verəcək.

 Tərəfdaş  ölkələrdə 

əlaqəli və ardıcıl şəkildə 

dayanıqlı inkişafa nail olmaq üçün töhfə vermək. 

 Hal-hazırda investisiyaların çətinliklə əldə edildiyi 

ölkələri əhatə etmək 



və az investisiya yatıran 

və ya tamamilə yatırmayan özəl sektorun 

nümayəndələri tərəfindən investisiyaların 

yatırılmasını asanlaşdırmaq üçün investisiyaları 

səfərbər etmək və maliyyə vəsaitlərini cəlb etmək.

 

Sosial-iqtisadi sektorları, xüsusən dayanıqlı 



infrastrukturu (enerji, su, nəqliyyat, məlumat 

və  kommunikasiya texnologiyası, ətraf mühit, 

sosial infrastruktur, insan kapitalı daxil olmaqla) 

hədəfə götürmək və 



lazımi qədər iş yerlərinin 

yaradılmasına xüsusi diqqət yetirməklə 

mikro, kiçik və orta müəssisələrə maliyyələşmə 

təmin etmək.

 İnvestisiyaların cəlb olunması üçün həyat 

qabiliyyətli layihələrin iqtisadi və maliyyə 

baxımından inkişafına yardım etmək.

 İslahatlar və iqtisadi idarəetməyə dəstək verməklə 

tərəfdaş ölkələrdə biznes mühitin yaxşılaşmasına 

kömək etmək.

 Nizamsız miqrasiyanın köklü səbəblərini həll etmək 

və Afrika və Aİ-nin Qonşuluq regionu ölkələrində 

tərəfdaşlıqları möhkəmləndirmək məqsədilə töhfə 

vermək.

XARİCİ İNVESTİSİYA PLANI AŞAĞIDAKILARI NƏZƏRDƏ TUTUR:

ƏLAQƏ MƏLUMATLARI

Xarici İnvestisiya Planının Katibliyi

Avropa Komissiyası, 41, rue de la Loi/Vetstraat, 1049 Brüssel, Belçika

https://ec.europa.eu/commission/external-investment-plan_en

Elektron poçt ünvanı: 

EC-EIP-EFSD-SECRETARIAT@ec.europa.eu




3

XARİCİ İNVESTİSİYA PLANININ İŞ PRİNSİPİ NƏDİR?

DAYANIQLI İNKİŞAF ÜÇÜN

AVROPA FONDU

(DİAF)

•  DİAF iki Regional İnvestisiya 

Platformasından (Afrika və 

Qonşuluq regionu) ibarət 

olacaq. Buraya aiddir: 

Xarici İnvestisiya Planının bu ilk 

komponentinin məqsədi inkişaf 

üçün dövlət maliyyə institutları 

və digər maraqlı dövlət və fərdi 

investorların təklifləri üçün 

vahid pəncərə sistemini təmin 

etməkdir.

•  Yeni DİAF zəmanətinin bir sıra 

tematik və coğrafi investisiya 

pəncələri çərçivəsində 

investisiya portfellərinə qismən 

zəmanət təmin ediləcək.  

•  Məqsəd əsasən özəl sektora aid 

əlavə maliyyələşmədən istifadə 

etməkdir, çünki DİAF zəmanəti 

özəl sektora aid investisiyalara 

zərər riskini azaldacaq və 

maliyyəçilər və investorların 

potensial itkilərini ödəyəcək.



TEXNİKİ DƏSTƏK

•  İkinci komponent texniki 

dəstəyi artıraraq benefisiarlara 

maliyyə baxımından 

cəlbedici və dolğun layihələr 

hazırlamağa və bu yolla 

daha çox investisiya səfərbər 

etməyə kömək edəcək. 

•  Tərəfdaş ölkələrə daha 

çox sayda cəlbedici 

layihələr hazırlamağa və 

onları beynəlxalq investor 

cəmiyyətinə tanıtmağa kömək 

etmək məqsədilə Komissiya 

texniki dəstək üçün mühüm 

resurslar təmin etmişdir.

•  Tənzimləyici və siyasətlə 

bağlı mühiti yaxşılaşdırmaq 

və üçüncü komponent 

çərçivəsində strukturlaşdırılmış 

dialoqu tamamlayan ticarət 

palataları və sosial tərəfdaşlar 

daxil olmaqla, özəl sektorun 

nümayəndələrinin bacarıqlarını 

artırmaq məqsədilə texniki 

dəstək də təmin ediləcək.



İNVESTİSİYA MÜHİTİ

•  Üçüncü komponent əsasən 

aşağıdakı vasitələrlə 

mühüm rol oynayan Aİ 

Nümayəndəliklərinin iştirakı ilə 

tərəfdaş ölkələrdə investisiya 

mühitini və biznes ab-havasını 

yaxşılaşdıracaq:

•  Müəssisələrlə ölkə, sektor 

strateji səviyyələrdə 

strukturlaşdırılmış dialoq, 

o cümlədən Avropa və yerli 

biznes forumların təşviqi 

vasitəsilə;

•  İnvestisiyaların 

yatırılmasında əsas maneələrin 

aradan qaldırılması və yaxşı 

idarəetmənin təşviqi məqsədilə 

tərəfdaş hökümətlərlə taktiki 

və siyasi dialoqlar;

•  Ölkə səviyyəsində bazar, 

sektor və dəyər zəncirlərinin 

təhlilinə əsaslanan 

tənzimləyici, siyasətə və 

idarəetməyə dair islahatlara 

dəstək;


•  Digər Aİ siyasətləri və 

Üzv Ölkələrin təşəbbüsləri ilə 

uyğunluğun təmin edilməsi.





2,6 milyard 

avro təxmini

büdcə

1,5 milyard 

avro

MÖVCUD 

İNVESTİSİYA

MEXANİZMLƏRİ

DİAF

ZƏMANƏT 

ALƏTİ



4

 

MÜNASİB ƏMƏLİYYAT NÜMUNƏLƏRİ

Xarici İnvestisiya Planı Aİ xaricində səkkiz regional investisiya mexanizmini həyata keçirən 

Avropa Komissiyasının əvvəlki təcrübələrinə

 

əsaslanır. Aİ-nin ilk mürəkkəb mexanizmlərinin yaradıldığı 2007-ci ildən etibarən, 3,4 milyard avro həcmində Aİ qrantları vasitəsilə 26 



milyard avro dəyərində kreditlər verilmiş və tərəfdaş ölkələrdə investisiyanın ümumi həcmi 57 milyard avroya yaxın olmuşdur.

Bunlar Aİ-nin maliyyə dəstəyi ilə reallaşan və Xarici İnvestisiya Planının köməyilə yenidən aktivləşdiriləcək layihələrin nümunələridir:

Hər bir regional investisiya mexanizmi nəticəsində əldə olunan nəticələr haqqında daha ətraflı məlumatı növbəti internet səhifəsindən əldə 

etmək olar: 

http://ec.europa.eu/europeaid/policies/innovative-financial-instruments-blending_en

Aİ maliyyə yardımı: 



4,8 milyon avro

İnvestisiyanın ümumi həcmi: 

54,3 milyon avro

Aparıcı maliyyə institutu: 

AYİB

Region:


Şərq Qonşuluğu

Aİ maliyyə yardımı: 

30 milyon avro

İnvestisiyanın ümumi həcmi: 

Təxminən 900 milyon avro

Aparıcı maliyyə institutu: 

FMO

Ölkə: 


Bir çox regionları əhatə edir

Aİ maliyyə yardımı: 

60 milyon avro

İnvestisiyanın ümumi həcmi: 

Təxminən 180 milyon avro

Aparıcı maliyyə institutu: 

Afrika İnkişaf Bankı və AİB

Region:


Afrika

Boost Africa website

EBRD

Aİ maliyyə yardımı: 



28 milyon avro

İnvestisiyanın ümumi həcmi: 

Təxminən 240 milyon avro

Aparıcı maliyyə institutu: 

Almaniya İnkişaf Bankı (KfW)

Ölkə: 


Cənub Qonşuluğu

Sanad


İŞ QADINLARI

PROQRAMI

AFRİKAYA DƏSTƏK

İQLİM İNVESTORU BİR

Capacy4Dev

Qadın sahibkarlığı Şərq Qonşuluğu regionunda yeni iş yerlərinin 

yaradılmasında və iqtisadi inkişafın stimullaşdırılmasında mühüm 

rol oynayır.  Qadınlar tərəfindən idarə edilən kiçik və orta ölçülü 

müəssisələr əksər hallarda yüksək riskli müştərilər kimi qəbul 

edilir və banklar onlara kredit verməkdən boyun qaçırır. Qadınların 

başçılıq etdiyi münasib KOM-lara, eləcə də qadın sahibkarları 

və onların müəssisələrinə məsləhət xidmətləri, təlim və dəstək 

verməyə yönəlmiş səciyyəvi məhsulların hazırlanmasını təşviq 

etmək üçün Aİ-nin dəstəyi ilə yerli bankların riskləri qismən ödənir. 

Bu cür addımlar Xarici İnvestisiya Planı vasitəsilə genişləndiriləcək.

“İqlim İnvestoru Bir” (Climate Investor One) Hollandiya İnkişaf Bankı 

(FMO) tərəfindən idarə olunan və inkişaf etməkdə olan bazarlara 

əlverişli qiymətə dayanıqlı enerji çatdırmaq səlahiyyəti verilən 

investisiya fondudur. Bu fond enerji üzrə layihələrə başlanğıcdan 

sona qədər dəstək verir və layihənin bütün mərhələlərində cari 

bazar uğursuzluqları və səmərəsizliyi aradan qaldırmağa cəhd edir. 

Layihələrin keyfiyyətini yaxşılaşdırmaq vasitəsilə “İqlim İnvestoru 

Bir” Fondu fərdi investorları cəlb etmək, xüsusən Afrikada yerləşən 

aşağı və orta gəlirli ölkələr üçün maliyyə vəsaitləri toplamaq 

məqsədi güdür.

“Afrikaya Dəstək” (Boost Africa) Afrika İnkişaf Bankı və Avropa 

İnvestisiya Bankı arasında Afrikada sahibkarlıq və innovasiyaları 

təşviq etmək məqsədilə həyata keçirilən tərəfdaş proqramıdır. 

Adı çəkilən təşəbbüs növbəti şirkətlərlə məşğul olan kommersiya 

orqanına dəstək verməklə startaplar və Kiçik və Orta Müəssisələrə 

(KOM-lar) şərait yaratmağa yönəlmişdir: ticarət müəssisəsinin 

kapital vəsaitləri, mələk investorların vəsaitləri və katalizatorlarla 

əməkdaşlıq edənlər. Afrika öz resurslarından istifadə edəcək, texniki 

nou-haunu sürətləndirəcək və yeni iş yerlərinin yaradılmasında 

həyati əhəmiyyətli rol oynayan startaplar və KOM-lar üçün əlverişli 

mühit yaradacaq. 

“SANAD” Fondu MKOM sektorunda inkişaf və məşğulluğun 

artırılmasına dəstək məqsədilə Orta Şərq və Şimali Afrikada 

yerləşən tərəfdaş maliyyə institutlarına (Mİ-lər) kredit və bərabər 

maliyyələşmə təmin edir.  Həmin bölgədə ÜDM-in 60%-i və 

məşğulluğun 70%-i MKOM-ların payına düşür və iqtisadiyyatın 

fəallığında vacib əhəmiyyət daşıyır. Buna baxmayaraq, sorğulara 

əsasən onların cəmi 20%-nin maliyyələşmədən istifadə etdiyi 

məlumdur. Mİ-ləri MKOM-larla əlaqələndirmək məqsədilə “SANAD” 

Fondu davamlı inkişafa gedən yolda MKOM-ları müşayiət edərək 



onlara maliyyələşmə və texniki dəstək göstərir.

SANAD FUND

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə