QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə1/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
  1   2   3   4   5   6   7   8   9   ...   46



 
Azərbaycan Milli Elmlər Akademiyası 
Nizami adına Ədəbiyyat İnstitutu 
 
 
 
QƏZƏNFƏR PAŞAYEV
 
 
 
HÜSEYN KÜRDOĞLUNUN 
 
POETİK DÜNYASI
 
 
 
 
 
 
 
 
 
 
Bakı – “Sabah” – 2017 
 



 
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun   
Elmi Şurasının 21 sentyabr 2016-cı il tarixli   
qərarı ilə (protokol №6) çap olunur 
 
Ön sözün müəllifi:  İsa Həbibbəyli 
AMEA-nın vitse-prezidenti, Nizami adına     
Ədəbiyyat İnstitutunun direktoru, akademik 
 
Elmi redaktoru:   
Şirindil Alışanlı 
filologiya üzrə elmlər doktoru, professor 
 
Rəyçilər: 
Safurə Quliyeva 
 
 
 
filologiya üzrə fəlsəfə doktoru 
 
Əpoş Vəliyev 
 
 
 
filologiya üzrə fəlsəfə doktoru 
 
Q.Paşayev. Hüseyn Kürdoğlunun poetik dünyası. 
Bakı: “Sabah”, 2017, 288 səh. 
 
ISBN 978-9952-453-8 
 
Professor  Q.Paşayevin  bu  monoqrafiyası  ötən  əsrin  50-ci 
illərində  ədəbiyyata  gəlmiş  görkəmli  şair,  alim  və  tərcüməçi 
Hüseyn 
Kürdoğlunun 
yaradıcılığı 
onun 
ədəbi-bədii 
dünyagörüşünü  formalaşdıran  mühiti  və  tarixi  ədəbi  proses 
fonunda  tədqiq  olunur,  bu  poeziyanın  sənət  sirləri  poetik 
ifadənin bütün qatları, formaları zəminində təhlil olunur. 
 
029 – 2017 
 
© “Sabah” nəşriyyatı, 2017 
 
 



 
 
Mündəricat 
 
İsa Həbibbəyli. Ədəbiyyatşünaslıqda   
          faydalı 
örnək 
.......................................................... 5 
Mühiti,  həyatı  və  yaradıcılığının  ilk  illəri 
.............15 
Şairin 
poetik 
dünyası 
............................................28 
Dördlük  tarixində  era  yaradan  şair  ....................... 
73 
Zəmanəmizin bayatı ustası .................................. 86 
Təcnislər 
.............................................................. 
99 
Şairin  gəraylı  dünyası  ........................................ 
104 
Təsniflər 
............................................................. 
112 
Hüseyn  Kürdoğlunun  ağıları  .............................. 
117 
Rübailər ............................................................. 128 
Sağalmaz  yarası  ilk  məhəbbətin  ......................... 
133 



 
Hüseyn Kürdoğlu poeziyası və unudulmaqda   
        olan  janrlar  ......................................................... 
150 
Hüseyn  Kürdoğlunun  uşaq  şeirləri  .................... 
166 
Şairin əbədi məhəbbəti ...................................... 182 
Şair,  alim,  tərcüməçi  .......................................... 
200 
Elmi  axtarış  yollarında  ....................................... 
210 
Folklorşünaslıq  fəaliyyəti  .................................. 
218 
Əziz  oxucu  ......................................................... 
231 
Safurə  Quliyeva.  Əbədi  abidə  ............................ 
233 
Hüseyn  Kürdoğlunun  çap  olunmuş  kitabları  ....... 
237 
Hüseyn Kürdoğlunun kitablarının üz qabığı ..... 241 
 
 
 
 
 
 



 
 
Ədəbiyyatşünaslıqda faydalı örnək 
 
 
 
 
XX  əsrin  ikinci  yarısından  etibarən  gerçəkliyi 
əks  etdirməyə  doğru  ədəbiyyatda  başlanan 
proseslərin genişlənməsi böyük bir ədəbi cəbhənin 
meydana  gəlməsi  ilə  nəticələnmişdir.  Bədii 
ədəbiyyatın  nəsr  qolunda  daha  qabarıq  şəkildə 
nəzərə  çarpan  bu  qüvvətli  meyil  poeziyada  da 
özünəməxsus  əks-səda  tapmış,  nümayəndələrini 
yetirib  ədəbi  mühitə  çıxarmışdır.  Əslində,  hələ 
əllinci  illərdə  ölkə  üzrə  şəxsiyyətə  pərəstiş 
sindromu  aradan  qaldırıldıqdan  sonra  poeziyada 
ictimai-siyasi məzmunlu romantik pafosu tədricən 
lirizmin  əvəz  etməsi  prosesi  başlanmışdır.  Lakin 
altmışıncıların  bütöv  bir  nəsil  kimi  cəbhə  boyu 
addımlaması  ilə  həmin  istiqamət  daha  da 
dərinləşməyə  doğru  getmişdir.  Ədəbiyyata  XX 
əsrin  əllinci  illərində  gələn  və  “öz  ömrünü 
dəmadəm  sözə  verən”  Hüseyn  Kürdoğlunun 



 
zəngin  və  çoxcəhətli  yaradıcılığı  da  Azərbaycan 
ədəbiyyatında  gedən  həmin  proseslərin  işığında 
meydana çıxmışdır. Əslində, Hüseyn Kürdoğlu və 
onun 
mənsub 
olduğu 
nəsil 
Azərbaycan 
“altmışıncıları”nın  əvvəli  idi.  Lakin  bədii  nəsrlə 
müqayisədə şeirdə, xüsusən heca vəznli poeziyada 
“göydən  yerə  enmə”  prosesi  bir  qədər  çətin 
gedirdi.  Çünki  heca  vəznli  şeiri  yüksək  romantik 
zirvəyə  qaldırmış  xalq  şairi  Səməd  Vurğunun 
qaynar poetik nəfəsi hələ qulaqlardan getməmişdi 
və bu şeir günəşinin təsirindən tamamilə ayrılmaq 
asan  məsələ  deyildi.  Təsadüfi  deyildir  ki, 
poeziyada  Azərbaycan  altmışıncılarını  daha  çox 
sərbəst  şeir  yazanlar  təmsil  edirdilər.  Hüseyn 
Kürdoğlu  və  onun  təmsil  etdiyi  ədəbi  nəsil  isə 
vəzni  dəyişməyərək  şeiri  insanın  həyatı  və 
mənəviyyatına  yaxınlaşdırmaq  vəzifəsini  həyata 
keçirirdilər. Bu ədəbi nəslin şeirində tərənnümdən 
gələn  romantik  əlamətlər  müəyyən  səviyyədə 
davam  etməklə  bərabər,  həyatın  və  insanın  nəbzi 
döyünən  duyğu  və  düşüncələrdə  öz  əksini 
tapmışdır.  Hüseyn  Kürdoğlunun  “Həyat  ağacı” 
qismindən  olan  çoxsaylı  şeirləri  artıq  poeziyada 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə