Qiyməti 50 qəpik 27 may 2016-cı IL №29-32 (9035)



Yüklə 21,68 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix22.07.2018
ölçüsü21,68 Mb.
#58100
  1   2   3   4   5   6   7


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

27 may 2016-cı il    № 29-32 (9035) 

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

BU SAYIMIZDA

Yeni tikilmiş “Xankəndi”  

gəmisi Bakı gəmiqaYırma  

Zavodunda suYa endiriliB

Mayın 18-də “Xankəndi” yeni sualtı tikinti gəmisi 

(STG) Bakı Gəmiqayırma Zavodunun yanalma kör-

püsündə suya endirilib.

BP-nin Bakı ofisinin mətbuat xidmətindən  bildirilib 

ki, bu gəmi məxsusi olaraq nəhəng “Şahdəniz Mərhələ 2” 

işlənmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün 

layihələndirilib və inşa edilib.

aZərBaYcan Xalq  

cümhuriYYəti generalının 

Xatirəsini Yad ediB

Ölkəmizdə səfərdə olarkən Avropa Parlamenti-

nin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri

Polşanın sabiq xarici işlər naziri xanım Anna Fotiqa 

həmyerlisi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 

milli ordu sıralarında xidmət edən, general-leytenant 

Məmməd bəy (Matsey) Sulkeviçin xatirəsini ehtiramla 

yad edib.

Müdafiə  Nazirliyinin  mətbuat  xidmətindən  bildiriblər 

ki, A.Fotiqa Azərbaycan Hərbi Dəniz Qüvvələrinin katerin-

də Böyük Zirə adası yaxınlığında hərbi xadimin xatirəsinə 

ehtiram əlaməti olaraq Xəzər dənizinin suları üzərinə güllər 

səpələyib.



səh. 3

transadriatik qaZ Boru 

kəmərinin təməli qoYuluB

Mərasimdə Azərbaycanın Baş nazirinin birinci müa-

vini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti 

iştirak edib.

Mayın  17-də  Yunanıstanın  Saloniki  şəhərində  

Transadriatik  boru  kəməri  -  TAP-ın  təməli  qoyulub.  

Bununla bağlı keçirilən mərasimdə layihənin Avropanın 

enerji təhlükəsizliyindəki mühüm rolu bir daha vurğula-

nıb.


səh. 2

səh. 4

Bakı limanı nüfuZlu BeYnəlXalq 

limanlar assosiasiYasının  

konfransına ev sahiBliYi edəcək

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-

nin nümayəndə heyəti 88 ölkədən 300-dən çox 

liman nümayəndələrini özündə birləşdirən Bey-

nəlxalq Limanlar Assosiasiyasının (International 

Association of Port and Harbors 

- IAPH) Panamada keçirilən 

illik konfransında iştirak edib.

səh. 5

azərbaycan respublikasının dövlət dəniz administrasiyası 

ilə koreya respublikasının okeanlar və Balıqçılıq  

nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma  

memorandumunun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini 

rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Res-

publikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında 2016-cı 

il martın 17-də Seul şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan  Respublikasının  Dövlət  Dəniz Administrasiyası  bu  Fərmanın 

1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçi-

rilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumu-

nun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi 

barədə Koreya Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2016-cı il.



aZərBaYcan resPuBlikasının naZirlər kaBineti

№ 197                                                                qərar                                                              Bakı şəhəri, 19 may 2016-cı il



azərbaycan respublikası təhsil nazirliyinin azərbaycan dəniz Balıq sənayesi kolleci ilə bağlı bəzi məsələlər barədə

Azərbaycan  Respublikası  Konstitusiyasının 

119-cu maddəsinin səkkizinci abzasını rəhbər tu-

taraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi-

nin təklifinə əsasən Azərbaycan Respublikasının 

Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 

Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci “Azər-

baycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar 

Cəmiyyətinin  tabeliyinə  verilsin  və  Azərbaycan 

Dövlət Dəniz Akademiyasının nəzdində Azərbay-

can Dənizçilik Kolleci adlandırılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabine-

tinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qəra-

rı  (Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu,  2011,  №  7,  maddə  745,  №  10,  maddə 

969,  №  12,  maddələr  1241,  1245;  2012,  №  3, 

maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 

634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, 

№ 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, 

maddə 214, № 6, maddə 751, № 7, maddə 907, 

№ 9, maddə 1120; 2015, № 3, maddə 336, № 6, 

maddə  807,  №  8,  maddə  966,  №  10,  maddələr 

1226, 1229, № 12, maddə 1571; 2016, № 1, mad-

də  176,  №  2,  II  kitab,  maddə  373; Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  2016-cı  il  16 

mart tarixli 129 nömrəli qərarı) ilə təsdiq edilmiş 

“Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin 

strukturuna daxil olmayan tabeliyindəki qurumla-

rın Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” 

bölməsinin 6-cı hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabine-

tinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli qə-

rarı (Azərbaycan Respublikasının Qanunvericilik 

Toplusu,  2014,  №  1,  maddə  67,  №  10,  maddə 

1321; Azərbaycan Respublikası Nazirlər Kabine-

tinin 2016-cı il 16 fevral tarixli 57 nömrəli qərarı) 

ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  Qapalı  Səhmdar  Cə-

miyyətinin strukturu”nun “II. “Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin 

törəmə  müəssisələri”  bölməsinin  1-ci  hissəsinə 

“Akademiyası” sözündən sonra “və onun nəzdin-

də Azərbaycan Dənizçilik Kolleci” sözləri əlavə 

edilsin.

4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qa-

palı Səhmdar Cəmiyyəti Azərbaycan Dövlət Də-

niz Akademiyasının nəzdində Azərbaycan Dəniz-

çilik  Kollecinin  fəaliyyətinin  təmin  edilməsi  ilə 

bağlı zəruri tədbirlər görsün.

5.  Bu  qərar  2016-cı  il  1  sentyabr  tarixindən 

qüvvəyə minir.



Abid ŞƏRİFoV,

Azərbaycan Respublikası  

Baş nazirinin müavini 

H

amımız  -  həyata  yenicə  göz  açmış 



körpədən tutmuş ömrünün ixtiyar çağ-

larını  yaşayan  ağsaqqala,  ağbirçəyə-

dək zaman - zaman haqsızlığa sinə gərmiş, çapıl-

mış, soyulmuş, talan edilmiş, varlığı, mövcudluğu 

uğrunda nəsil-nəsil qurban vermiş, haqqa-ədalətə 

söykənərək belini dikəltmiş Azərbaycan adlı bir 

məmləkətin övladlarıyıq. Əsrlərlə azadlığa təşnə 

olan,  müstəqilliyinə  qeyrətli  oğul  və  qızlarının 

qanı  bahasına  qovuşan  Azərbaycanın!  Dünyada 

tayı-bərabəri olmayan, torpağının altı da, üstü də 

qızıl olan bir ölkənin! Bir ölkənin ki, azad yaşa-

mağa, öz taleyinin, öz sərvətlərinin sahibi olmağa 

haqqı ola-ola haqqını həmişə zor-gücü ilə  əlindən 

almağa  çalışıblar.  Keçən  əsrin  əvvəllərində  əldə 

etdiyi  müstəqilliyin  ömrü  uzun  olmadı.  İyirmi 

üç aydan sonra imperiya bizi yenidən əsarəti al-

tına saldı. Azad yaşamağı hər şeydən üstün tutan 

xalqımızın  sonrakı  mübarizəsi  də  nəticəsiz  qal-

madı.  Əsrin  sonuna  yaxın  yenidən  müstəqilliyi-

mizə qovuşduq. Dünyaya meydan oxuyan keçmiş 

sovet imperiyasının qırmızı ordusu Bakının bütün 

küçələrini  qanla  yusa  da  -  bələkdəki  körpələri-

mizə belə rəhm etməsə də, istəyinə nail ola bil-

mədi. Düz iyirmi altı il əvvəl o qanlı yanvar gecə-

sində Azərbaycan əsarətə birdəfəlik “Yox!” dedi.

İndi səsimiz BMT-dən gəlir. 

Öz əlimiz, öz başımız olsa, Vətən təəssübkeş-

liyimiz, yurd sevgimiz olsa, ulu Tanrının, bir də 

təbiətin heç nə əsirgəmədiyi bu məkanı əsl cən-

nətə çevirərik. Çevirərik, əgər sevgisinə eyni sev-

gi ilə cavab verə bilsək. Övladlıq borcumuzu, çiy-

nimizə  düşən  məsuliyyəti  dərk  etsək,  işığından, 

nurundan  hamımıza  pay  düşən Azərbaycan  adlı 

Günəşi qara buludlardan qoruya bilsək. 

Azərbaycan deyəndə özümüz qürur hissi ke-

çirməsək,  özümüz  ayağa  qalxmasaq,  varlığımı-

za, səcdə yerimizə çevrilməsə, digər ölkələrin və 

xalqların bizə hörmət və rəğbətlə yanaşmalarına 

nail ola bilərikmi? Əsrlərlə bölünən, talan edilən, 

sərvətlərinin adı bizim, dadı özgənin olan yurdu-

muzu  “Haralısan?”  kəlməsi  ilə  təzədən  özümüz 

də  bölməyək.  Qazaxdan  Bakıyadək,  Naxçıvan-

dan  Xaçmazadək,  Balakəndən  Astarayadək  ha-

mımızın  olan  bu  yurdu  mənim  kəndim,  mənim 

şəhərimə ayırmaqla özümüz də parçalanmırıqmı! 

Özünə  ev  tikmək,  yuva  qurmaq,  güzəran  yarat-

maq  istəyirsənsə,  buyur.  Bu  boyda  Azərbaycan 

sənindir. Tik,  qur, yarat, abad elə! 

Hər şeyin bir başlangıcı var. Bizim üçün hər 

şey Azərbaycandan başlamalıdır.

Deyirlər  Vaşinqtonda  heç  bir  bina Amerika 

Birləşmiş Ştatları Konqresinin yerləşdiyi Kapi-

tolidən hündür olmamalıdır. Sevgiyə bax, Allah! 

Məhəbbət bax, İlahi! Bizdə də belədirmi? Bizim 

üçün  də  Azərbaycandan  ucalıqda,  yüksəklikdə 

heç  nə  olmamalıdır.  Azmı  Vətənin  varlığı  ilə 

oynayanlar, dövlətçiliyimizi təhlükə altında qo-

yanlar, Qarabağ dərdimizlə möhtəkirlik edənlər, 

satanlar,  satılanlar?  Faciələrimizdən  hakimiy-

yətə  gəlmək  üçün  azmı  istifadə  ediblər?  Şəxsi 

ambisiyalar,  mənsəbpərəstlik,  vəzifə  hərisliyi 

taleyimizə  nə  qədər  facilər  yazıb,  başımıza  nə 

qədər  fəlakətlər  gətirib.  Milli  dövlətçiliyimizin 

məhv  edilməsi,  Azərbaycan  xalqının  yenidən 

əsarət,  köləlik  boyunduruğuna  salınması  üçün 

bizə  qənim  kəsilmiş,  qanımıza  susamış  yağıla-

rı demirəm, sapı özümüzdən olan baltalar azmı 

cəhd göstəriblər?

Hakimiyyətə  can  atan  radikal  müxalifətin 

məqsədinə  nail  olmaq  üçün  bütün  qeyri-siyasi, 

qeyri-əxlaqi metodlardan istifadə etməsinə nə ad 

verək? İqtidarın işinə kölgə salmaq üçün az qala 

qonşu  davasını  da  beynəlxalq  təşkilatlara  insan 

hüquqlarının kobudcasına pozulması kimi qələmə 

verirlər. Yadıma  bir vaxtlar Avropa Şurası Parla-

ment Assambleyasının Azərbaycan üzrə məruzə-

çisi M. Kassanın dilindən çıxan aşağıdakı sözlər 

düşür: ”Mən Qərbi Avropada elə bir demokratik 

ölkə  tanımıram  ki,  Azərbaycan  müxalifəti  qə-

dər  qeyri-obyektiv  olsun.  Ölkə  üçün  vacib  olan 

məsələlərdə  müxalifətin  iqtidarla  əməkdaşlıq 

etməməsi çox kədərli və mənfi haldır”. Daha nə 

deyim?! 

Amansız,  qəddar,  hiyləgər,  arxalı  düşmənə 

qalib  gəlmək,  həddini  aşan  təcavüzkarı  haqla, 

ədalətlə hesablaşmağa məcbur etmək, respublika-

mızın  ərazi  bütövlüyünü  təmin  etmək,  dövlətçi-

liyimizi  qorumaq,  müstəqilliyimizi  möhkəmlən-

dirmək üçün hər birimiz öz iş yerimizdə əsgərə 

çevrilməliyik.  Son  dərəcə  qətiyyətli,  mətanətli 

olmalı,  əsl  vətənpərvərlik  nümayiş  etdirməliyik. 

Amalımız  bütöv Azərbaycan,  qüdrətli Azərbay-

can  olmalıdır. Tanrının  və  zamanın  bizə  verdiyi 

bu  fürsəti  müstəqilliyimizin  daha  da  möhkəm-

ləndirilməsi,  iqtisadiyyatımızın  tərəqqisi,  yurdu-

muzun çiçəklənməsi üçün istifadə etməliyik. İndi 

Vətən naminə, xalq naminə və deməli, hamımızın 

naminə daha çox iş görmək vaxtıdır.

Sabah Odlar Yurdunun bayramı – Respublika 

Günüdür. Yazını ürəyimdən qopan misralarla bi-

tirmək istəyirəm:

Yaşa, ürəyim, canım,

Yaşa, Azərbaycanım!

Bir arzun da dəyməsin 

Daşa, Azərbaycanım!

Rasif TAHİRoV

“azərbaycan Xəzər dəniz gəmiçiliyi” qapalı  

səhmdar cəmiyyətinin rəhbərliyi 

Gəmiçiliyin bütün işçilərini 

28 MAY – resPuBlika günü 

münasibəti ilə səmimi-qəlbdən təbrik edir, 

hər birinə möhkəm cansağlığı, firavan həyat, 

xoşbəxtlik, ölkəmizin iqtisadi qüdrətinin 

artırılması  naminə fəaliyyətlərində yeni-yeni 

uğurlar, gündən-günə çiçəklənən müstəqil 

Azərbaycanımıza daha böyük tərəqqi arzulayır.

Bayramınız mübarək!

Yaşa,  aZərBaYcanım!



Yüklə 21,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə