"QİYMƏTİn yaranmasi və konyunktura" fənnindən testlər Düzgün cavablar "A" bəndindədir



Yüklə 0,51 Mb.
səhifə1/7
tarix27.03.2018
ölçüsü0,51 Mb.
#35185
  1   2   3   4   5   6   7

“QİYMƏTİN YARANMASI VƏ KONYUNKTURA” fənnindən testlər


Düzgün cavablar “A” bəndindədir

1. Aşağıdakılardan hansı iqtisadi kateqoriya deyildir?

A) maya dəyəri;

B) qiymət;

C) iqlim şəraiti;

D) mənfəət;

E) rentabellik.
2. Aşağıdakılardan hansı qiymət nəzəriyyəsinə aiddir?

A) əmtəənin qiyməti onun dəyərini ifadə edir;

B) əmtəənin qiyməti onun keyfiyyətini göstərir;

C) əmtəənin qiyməti onun kəmiyyətini əks etdirir;

D) əmtəənin qiyməti ixtiyari olaraq müəyyən olunur;

E) “b” və “d” düzdür.


3. Aşağıdakılardan hansı qiymətin əmələ gəlməsi sisteminə aiddir?

A) bazar sistemi;

B) pul sistemi;

C) vergi sistemi;

D) kredit sistemi;

E) büdcə sistemi.


4. Qiymətin məsrəf nəzəriyyəsinə görə əmtəənin dəyəri nə ilə müəyyən olunur?

A) əməənin dəyəri onun istehsalı üçün zəruri olan əməyin miqdarı ilə müəyyən edilir;

B) əmtəənin dəyəri istehlak xassələri əsasında müəyyən olunur;

C) əmtəənin dəyəri təbii amillərdən asılıdır;

D) əmtəənin dəyəri onun faydalılığını göstərir;

E) əmtəənin dəyəri coğrafi amildən asılıdır.


5. Aşağıdakı dəyər kateqoriyalarından hansı qiymətin reallaşdırılmasının əsas formasıdır?

A) bütun sadalananlar düzdür;

B) maliyyə;

C) kredit;

D) əmək haqqı;

E) mənfəət.


6. Bazar hansı iqtisadi prosesdir?

A) bazar-satıcıların və alıcıların maraqlarının toqquşması yolu ilə qiymətin əmələ gəldiyi iqtisadi prosesidir;

B) bazar-satıcıların mənafelərinin qorunduğu məkandır;

C) bazar-alıcıların maraqlarının toqquşduğu yerdir;

D) bazar-sahibkarların kapital qoyduqları sahədir;

E) bazar-səhmdarları dividendlə təmin edən mənbədir.


7. Qiymətlərin dinamikası hansı amillərin təsiri altında formalaşır?

A) strateji və taktiki;

B) təbii;

C) mənəvi;

D) coğrafi;

E) mövsümi.


8. Aşağıdakılardan hansı qiymətlərin səviyyəsinə təsirin dövlət tədbirləri sisteminə aid deyildir?

A) dövlət büdcəsinin tarazlığı;

B) qiymətin səviyyəsinin həddinin müəyyən olunması;

C) idarəetmə orqanları tərəfindən rəqabətin inkişafına yönəldilmiş tədbirlərin görülməsi;

D) müvafiq vergi siyasətinin həyata keçirilməsi;

E) “c” və “d” düzdür.


9. Aşağıdakılardan hansı rəqabətin mahiyyətini əks etdirmir?

A) rəqabət-qiymətlərin artırılması metodudur;

B) rəqabət-sahibkarın yaşamasına xüsusi imtahandır;

C) rəqabət-istehsalın təkmilləşdirilməsinə xidmət göstərir;

D) rəqabət-mükəmməl olmayan və geridə qalanların sıxışdırılıb aradan çıxarılması mexanizmidir;

E) rəqabət-sahibkarın dözümlüyünün artırılması vasitəsidir.


10. Aşağıdakılardan hansı direktiv qiymətin əmələ gətirdiyi ziddiyyətlərə aid deyildir ?

A) kreditlərə görə faiz dərəcələrinin artırılması;

B) iqtisadiyyatda təkrar istehsal proporsiyalarının pozulması;

C) məhsul istehsalçısı və istehlakçılarının mənafelərinin təhrif edilməsi;

D) iqtisadiyyatın son istehlakçıdan ayrılmasına səbəb olması;

E) “b” və “d” düzdür.


11. Əmtəənin sərbəst (müqavilə) qiyməti hansı yolla müəyyən olunur?

A) sərbəst qiymətlər əmtəə istehsalçıları və istehlakçıları arasında razılaşma yolu ilə müəyyən edilir;

B) sərbəst qiymətlər dövlət orqanları tərəfindən qoyulur;

C) sərbəst qiymətlər yerli icra hakimiyyəti tərəfindən təyin olunur;

D) sərbəst qiymətlər ölkənin Mərkəzi bankı tərəfindən müəyyən edilir;

E) sərbəst qiymətlər bazarın rəhbərliyi tərəfindən qoyulur.


12. Sərbəst qiymətlərin artımının yol verilən həddə saxlanması üçün aşağıdakılardan hansı şərtlər gözlənilməlidir?

A) bütün sadalananlar düzdür;

B) sərbəst qiymətlərlə satılacaq əmtəələrin defisit olmaması;

C) əmtəə istehsalçılarının inhisarının olmaması;

D) dövlətin hüdudlarında vahid iqtisadi məkanın təmin edilməsi;

E) təchizatçı və istehlakçıların sərbəst seçim hüququnun qanunvericiliklə təminatı.


13. Aşağıdakılardan hansı sərbəst qiymətlərə nəzarət sahəsindəki siyasətin həyata keçirilməsi üsuluna aid deyildir?

A) mənfəət normasının müəyyən edilməsi;

B) istehsalın azalmasının qarşısının alınması;

C) inflyasiya sürətinin məhdudlaşdırılması;

D) əmtəə istehsalçıları üçün stimulun yaradılması;

E) gəlirlərin qiymətin hesabına deyil, istehsalın artırılması yolu ilə çoxaldılması.


14. Aşağıdakılardan hansı qiymətin funksiyasına aiddir?

A) bütün sadalanlar düzdür;

B) uçot funksiyası;

C) stimullaşdırıcı funksiyası;

D) bölüşdürücü funksiyası;

E) tələb və təklifin tarazlaşdırılması funksiyası.


15. Aşağıdakılardan hansı qiymətin funksiyasına aid deyildir?

A) əmək haqqının hesablanması;

B) uçot;

C) stimullaşdırıcı;

D) bölüşdürücü;

E) tələb və təklifin tarazlaşdırılması.


16. Aşağıdakılardan hansı qiymətin uçot funksiyasının kəmiyyət göstəricilərinə aid deyildir?

A) amortizasiya ayırmaları;

B) ÜDM;

C) milli gəlir;



D) kapital qoyuluşlarının həcmi;

E) firmaların və sahələrin məhsulunun həcmi.


17. Aşağıdakılardan hansı qiymətin uçot funksiyasının keyfiyyət göstəricilərinə aid deyildir?

A) kapital qoyuluşlarının həcmi;

B) rentabellik;

C) əmək məhsuldarlığı;

D) fondverimi;

E) “b” və “c” düzdür.


18. Aşağıdakılardan hansı qiymətin stimullaşdırıcı funksiyasına aid deyildir?

A) faiz dərəcələrinin artırıılması;

B) elmi-texniki tərəqqi;

C) resurs məsrəflərinə qənaət;

D) məhsulun keyfiyyətinin yaxşılaşdırılması;

E) istehsalın və istehlakın strukturunun dəyişilməsi .


19. Aşağıdakılardan hansı qiymətin bölüşdürücü funksiyasının həyata keçirilməsinə aid deyildir?

A) səhmlərə görə dividendlərin ödənilməsi;

B) iqtisadiyyatın sahələri ;

C) mülkiyyətin müxtəlif formaları;

D) yığım fondu və istehlak fondu;

E) əhalinin müxtəlif sosial qrupları.


20. Aşağıdakılardan hansında qiymət bölgü mexanizmi vasitəsi deyildir?

A) idxal və ixrac;

B) xalq təsərrüfatı sahələri və bölmələri;

C) yığım və istehlak fondları;

D) milli gəlirin bölgüsü və yenidən bölgüsü;

E) “b” və “c” düzdür.


21. Aşağıdakılardan hansı qiymətin tələb və təklifin tarazlaşdırılması funksiyası vasitəsilə həyata keçirilir?

A) istehsal və istehlak arasında əlaqə;

B) yığım və istehlak fondlarının nisbəti;

C) əmək haqqının əmək məhsuldarlığından asılılığı;

D) sənaye ilə kənd təsərrüfatının inteqrasiyası;

E) işsizlik və məşğulluğun səviyyəsi.


22. Aşağıdakılardan hansı qiymətin əmələ gəlməsinin əsas prinsiplərinə aid deyildir?

A) qiymətin mərkəzləşdirilmiş qaydada müəyyən olunması;

B) qiymətin əsaslandırılmasının elmiliyi;

C) qiymətin məqsədli istiqamətləndirilməsi;

D) qiymətin əmələ gəlməsi prosesinin fasiləsizliyi;

E) qiymətin əmələ gəlməsi prosesinin vəhdəti və qiymətə riayət edilməsinə nəzarət.


23. Aşağıdakılardan hansı planlı qiymətin əmələ gəlməsinin əsaslandığı ünsürlərə aid deyildir?

A) rəqabət;

B) maya dəyəri;

C) tədavül xərcləri;

D) mənfəət;

E) əlavə dəyər vergisi.


24. Aşağıdakılardan hansı planlı qiymətlərin əmələ gəlməsində nəzərə alınmır?

A) məşğulluğun səviyyəsi;

B) məhsulun keyfiyyəti;

C) iqtisadi faydalılıq;

D) ictimai yararlılıq;

E) ictimai tələbat ilə istehsal imkanları arasındakı nisbət.


25. Aşağıdakılardan hansı ictimai-zəruri əmək məsrəfləri əsaında qoyulan qiymət növlərinə aid deyildir?

A) dünya qiymətləri;

B) zona qiymətləri;

C) qurşaq qiymətləri;

D) yerli qiymətlər;

E) “b” və “d” düzdür.


26. Aşağıdakılardan hansı qiymətlərin əsas növünə aiddir?

A) bütün sadalananlar düzdür;

B) sənaye məhsullarının topdan satış qiymətləri;

C) tikinti məhsullarının qiymətləri;

D) kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri;

E) pərakəndə qiymətlər.


27. Aşağıdakılardan hansı qiymətlərin əsas növünə aid deyildir?

A) kino və teatr biletlərinin qiymətləri ;

B) yük və sərnişin nəqliyyatı tarifləri;

C) kommunal və məişət xidmətləri tarifləri;

D) xarici ticarət dövriyyəsinə xidmət edən qiymətlər (ixrac və idxal qiymətləri);

E) “b” və “c” düzdür.


28. Aşağıdakılardan hansı təsbit olunma qaydasına görə fərqləndirilən qiymətlərə aid deyildir?

A) sənayenin topdansatış qiymətləri;

B) sərbəst qiymətlər;

C) tənzimlənən qiymətlər;

D) müqavilə qiymətləri;

E) birja qiymətləri.


29. Aşağıdakılardan hansı tikinti məhsulları qiymətlərinin növlərinə aid deyildir?

A) pərakəndə satış qiymətləri ;

B) müqavilə qiyməti;

C) preyskurant qiyməti;

D) smeta dəyəri;

E) “c” və “d” düzdür.


30. Aşağıdakılardan hansı topdansatış qiymət növlərinə aid deyildir?

A) əbədi;

B) daimi;

C) müvəqqəti;

D) pilləli;

E) birdəfəlik.


31. Aşağıdakılardan hansı topdansatış qiymətinin əsasını təşkil edir?

A) məhsulun maya dəyəri;

B) əmək haqqı;

C) mənfəət;

D) gəlir vergisi;

E) aksiz.


32. Aşağıdakılardan hansı pərakəndə qiymətin tərkibinə daxil deyildir?

A) ixrac qiymətləri;

B) sənayenin topdan satış qiyməti;

C) əlavə dəyər vergisi;

D) ticarət əlavəsi və ya güzəşti;

E) satış vergisi.


33. Aşağıdakılardan hansı coğrafi amil iqtisadi əlamətinə görə fərqləndirən qiymət növünə aid deyildir?

A) müqavilə qiyməti;

B) məhsulun istehsal olunduğu yerdə qiymət;

C) çatdırılma xərcləri daxil olmaqla vahid qiymət;

D) zona qiymətləri;

E) baza məntəqəsi əsasında müəyyən olunan qiymət.


34. Aşağıdakılardan hansı fəaliyyət müddətinə görə qruplaşdırılan qiymətlərə aid deyildir?

A) hərrac qiymətləri;

B) sabit qiymətlər;

C) cari qiymətlər;

D) mövsümi qiymətlər;

E) pilləli qiymətlər.


35. Aşağıdakılardan hansı iqtisadi cəhətdən əsaslandırılmış qiymət nisbətlərinin müəyyən edilməsi tələblərinə aid deyildir?

A) ətraf mühitin qorunması;

B) texniki tərəqqinin stimullaşdırılması;

C) məhsulun keyfiyyətinin yaxşılaşdırılması;

D) istehsalın genişləndirilməsi;

E) tələb və təklif arasında uyğunluğun təmin edilməsi.


36. Aşağıdakılardan hansı əmtəənin yenilik dərəcəsindən asılı olaraq qiymətlərin təsnifləşdirilməsinə daxil deyildir?

A) satınalma qiyməti;

B) “qaymağın yığılması” qiyməti;

C) “bazara girmə” qiyməti;

D) “psixoloji” qiymət;

E) “liderin ardınca getmə” qiyməti.


37. Aşağıdakılardan hansı əsaslandırılma dərəcəsinə görə müəyyən olunan qiymətlərə aiddir?

A) bütün sadalananlar düzdür;.

B) bazis qiymətləri;

C) məlumat qiymətləri;

D) preyskurant qiymətləri;

E) faktiki sövdələşmə qiyməti


38. Aşağıdakılardan hansı “qaymağın yığılması” qiymətinin üstünlüklərinə aid deyildir?

A) xərclərin azaldılması rentabelliyin yüksəlməsinə səbəb olur;

B) əmtəənin buraxılışının ilk dövründə xərclər çox olduqda belə yüksək qiymət böyük miqdarda mənfəəti təmin edir;

C) yüksək qiymət alıcı tələbini azaltmağa imkan verir;

D) yüksək ilkin qiymət keyfiyyətli əmtəə imicinin yaranmasına kömək edir;

E) yüksəldilmiş qiymət nüfuzlu əmtəəyə tələbin artmasına kömək edir.


39. Aşağıdakılardan hansı qiyməti müəyyən edərkən nəzərə alınan əsas amillərə aiddir?

A) bütün sadalananlar düzdür;

B) yeni əmtəənin bazara çıxarılmasının sürəti;

C) firmanın nəzarət etdiyi satış bazarının payı ;

D) satılan əmtəənin xüsusiyyəti;

E) bazarın konkret şəraiti.

40. Aşağıdakılardan hansı məmulatların topdansatış qiymətlərinə daxil olan normativ xalis məhsula aid deyildir?

A) xammalın dəyəri;

B) əmək haqqı;

C) sığorta ayırmaları;

D) mənfəət;

E) “c” və “d” düzdür.


41. Aşağıdakılardan hansı bazarda nisbətən uzun müddət satılan əmtəələrə müəyyən olunan qiymət növlərinə aid deyildir?

A) topdan satış qiyməti

B) sürüşən və ya düşən qiymət;

C) uzunmüddətli qiymət;

D) çevik qiymət

E) üstün tutulan qiymət.

42. Aşağıdakılardan hansı qiymətlər sisteminin ictimai istehsalın iqtisadi səmərəliyinin yüksəldilməsi amilinə aid deyildir?

A) elmi-texniki tərəqqinin çevik stimulu;

B) iqtisadi səmərəliliyin yüksəldilməsinin mühüm şərti;

C) xarici ticarətin inkişafı;

D) xalq təsərrüfatı və onun ayrı-ayrı sahələrində mütərəqqi keyfiyyət dəyişikliyinin sürətlənməsi;

E) “c” və “d” düzdür.


43. Aşağıdakılardan hansı vahid qiymət sisteminin əsas bloklarına daxil deyildir?

A) idxal qiymətləri;

B) topdan satış qiymətləri;

C) satınalma qiymətləri;

D) pərakəndə satış qiymətləri;

E) nəqliyyat xidmətlərinin tarifləri.


44. Aşağıdakılardan hansı nəqliyyat tarifləri yarımbloklarına aiddir?

A) bütün sadalananlar düzdür;

B) dəmir yolu nəqliyyatı tarifləri;

C) dəniz nəqliyyatı tarifləri;

D) çay nəqliyyatı tarifləri;

E) avtomobil nəqliyyatı tarifləri.


45. Aşağıdakılardan hansı qiymətlər sistemini səciyyələndirən göstəricilərə daxil deyildir?

A) faiz dərəcəsi;

B) qiymətlərin səviyyəsi;

C) qiymətlərin strukturu;

D) qiymətlərin dinamikası;

E) “b” və “d” düzdür.


46. Aşağıdakılardan hansı qiymət sistemi vasitəsilə stimullaşdırılmır?

A) uçot dərəcəsinin dəyişilməsi;

B) mütərəqqi məhsul istehsalının mənimsənilməsi və onlardan istifadə edilməsi;

C) köhnəlmiş məhsul növlərinin istehsaldan çıxarılması;

D) məhsulun keyfiyyətinin yaxşılaşdırılması;

E) əmək və maddi resurslara qənaət edilməsi.


47. Aşağıdakılardan hansı qiyməti əmələ gətirən daxili amillərə aid deyildir?

A) dövlətin xarici iqtisadi siyasəti;

B) əmtəənin nadir xüsusiyyəti;

C) istehsal qaydası;

D) istehsalın yığcamlığı;

E) bazar seqmentinə istiqamətlənmə.


48. Aşağıdakılardan hansı qiyməti əmələ gətirən daxili amillərə aid deyildir?

A) inflyasiyanın ümumi səviyyəsi;

B) əmtəənin həyat dövrülüyü;

C) əmtəənin hərəkəti dövrünün müddəti;

D) servisin təşkili;

E) reklamlar, əmtəənin hərəkəti.


49. Aşağıdakılardan hansı qiyməti əmələ gətirən xarici amillərə aid deyildir?

A) əmtəənin nadir xüsusiyyəti;

B) ölkədə siyasi sabitlik;

C) əsas resurslarla təmin olunmanın vəziyyəti;

D) dövlətin iqtisadiyyatı və qiyməti tənzimləməsinin miqyası;

E) inflyasiyanın ümumi səviyyəsi.


50. Aşağıdakılardan hansı qiyməti əmələ gətirən xarici amillərə aid deyildir?

A) servisin təşkili;

B) tələbin xarakteri;

C) mövcud rəqbət və onun səviyyəsi;

D) vergi qanunvericiliyinin təkmilliyi;

E) dövlətin xarici iqtisadi siyasəti.


51. Aşağıdakı amillərdən hansı əmtəələrin qiymətlərinin dinamikasına təsir göstərir?

A) bütün sadalananlar düzdür;

B) ictimai-zəruri əmək məsrəflərinin dəyişilməsi;

C) tələb və təklif arasındakı nisbətin dəyişilməsi;

D) beynəlxalq ticarət sahəsində dövlətin iqtisadi siyasəti;

E) valyuta bazarının vəziyyəti.


52. Aşağıdakılardan hansı qiymətin əsasını təşkil edir?

A) dəyər;

B) əmək haqqı;

C) gəlir vergisi;

D) mənfəət;

E) gömrük rüsumu.


53. Aşağıdakılardan hansı qiymət əmələ gətirən amildir?

A) bütün sadalananlar düzdür;

B) əməyin texnika ilə silahlanması;

C) işçilərin ixtisas səviyyəsi;

D) istehsalın və əməyin təşkili;

E) istehsalın təbii şəraiti.


54. Aşağıdakılardan hansı qiyməti təşkil edən ünsürlərə aid deyildir?

A) inhisarçılıq;

B) maya dəyəri;

C) mənfəət;

D) əlavə dəyər vergisi;

E) ticarət güzəştləri.


55. Aşağıdakılardan hansı qiymətin strukturuna daxil olmur?

A) xarici borcların ödənilməsi;

B) maya dəyəri;

C) ƏDV;


D) mənfəət;

E) ticarət güzəşti.


56. Aşağıdakılardan hansında qiymətlər həlledici rol oynamırlar?

A) məhsulun saxlanması;

B) istehsalın genişləndirilməsi;

C) əmək məhsuldarlığının artırılması;

D)məhsulun maya dəyərinin aşağı salınması;

E) istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi.


57. Qiymət aşağıdakı hansı dəyər göstəricisinin hesablanması vasitəsidir?

A) bütün sadalananlar düzdür;

B) istehsal edilən və satılan məhsulun həcmi;

C) pərakəndə mal dövriyyəsinin həcmi;

D) mənfəət;

E) renta ödəmələri.


58. Aşağıdakı sahələrdən hansında qiymətlər mövsümdən asılı olaraq dəyəşilir?

A) kənd təsərrüfatında;

B) maşınqayırmada;

C) kimya sənyesində;

D) energetikada;

E) hasilat sənayesində.


59. Aşağıdakılardan hansına məhdudlaşdırıcı qiymətlər qoyulmur?

A) mənəvi cəhətdən köhnəlmiş məhsul növlərinə;

B) yeni avadanlıqlara;

C) kosmik rabitə vasitələrinə;

D) dəmir yolu nəqliyyatına;

E) avtomobillərə.


60. Aşağıdakılardan hansı müxtəlif məhsul növlərinə qoyulan qiymətlərin dəyişilməsinə səbəb olan amildir?

A) bütün sadalananlar düzdür;

B) əmək məhsuldarlığının yüksəlməsi;

C) istehsal və tədavül xərclərinin aşağı salınması;

D) elmi-texniki tərəqqi;

E) pərakəndə əmtəə dövriyyəsi üçün normal şəraitin təmin olunması.


61. Aşağıdakılardan hansı məhsulun qiymətinin əmələ gəlməsində nəzərə alınmır?

A) işsizliyin səviyyəsi;

B) məhsulun istehsal xərcləri;

C) tələb və təklif arasındakı nisbət;

D) məhsulun faydalılığı;

E) məhsulun xalq təsərrüfatı əhəmiyyəti.


62. Aşağıdakılardan hansı neft hasilatı müəssisəsi məhsulunun qiymətinin tərkibinə daxildir?

A) bütün sadalananlar düzdür;

B) neftin hasilat maya dəyəri;

C) geoloji-kəşfiyyat və axtarış işləri xərclərinə ayırmalar;

D) renta ödəmələri;

E) müəssisənin mənfəəti.


63. Aşağıdakılardan hansı tələbin dəyişilməsi səbəblərinə aid deyildir ?

A) gömrük rüsumlarının artırılması;

B) çoxlu sayda istehlakçı əmtəəni aşağı qiymətə ala bilir;

C) aşağı qiymətlər bir çox alıcını müəyyən əmtəəni digərindən üstün tutmağa vadar edir;

D) əgər əmtəənin qiyməti yüksək olarsa, alıcıların müəyyən hissəsi həmin əmtəəni almaqdan imtina edirlər;

E) “c” və “d” düzdür.


64. Aşağıdakılardan hansı tələbin dəyişilməsinə təsir göstərən qeyri-qiymət amillərinəə daxil deyildir?

A) istehsal texnologiyasının səviyyəsi;

B) alıcıların pul gəlirlərinin miqdarı;

C) alıcıların zövqü və nəyə üstünlük vermələri;

D) istehlakçı gözləmələri;

E) alıcıların sayı.


65. Aşağıdakılardan hansı təklifin dəyişilməsinə təsir edən qeyri-qiymət amillərinə aid deyildir?

A) istehlakçı gözləmələri;

B)istehsal rezurslarının haqqı;

C) istehsal texnologiyasının səviyyəsi;

D) vergilər və dotasiyalar;

E) əmtəə satıcılarının sayı.


66. Aşağıdakı halların hansında tələbin qiymət elastikliyi aşağı olur?

A) bütün sadalananlar düzdür;

B) əmtəənin oxşarı yoxdur;

C) əvəzləyici əmtəələr alıcıya məlum deyil və ya bahadır;

D) əmtəə ilkin zərurər şeyləri kateqoriyasına aiddir ;

E) əmtəə uzun müddət saxlanıla bilmir.


67. Aşağıdakı amillərdən hansı qiymətin azalmasına kömək etmir?

A) istehsalın azalması;

B) istehsalın artması;

C) texniki tərəqqi;

D) istehsal və tədavül xərclərinin azalması;

E) “b” və “c”düzdür.


68. Aşağıdakı amillərdən hansı qiymətlərin səviyyəsinin dəyişilməsinə təsir göstərmir?

A) xarici borcların ödənilməsi;

B) sahənin istehsal etdiyi məhsul nomenklaturasının xeyli yeniləşdirilməsi;

C)yeni məhsul istehsalının daha sürətlə artırılması;

D) bütün məhsullar, yaxud da həmin sahənin bir qrup məhsulları üçün qüvvədə olan standartlara yenidən baxılması;

E) məhsulun ayrı-ayrı qrupları üzrə qiymətlərin strukturunun dəyişilməsi zərurəti ilə əlaqədar qiymətlərə yenidən baxılması.


69. Qiymətin səviyyəsində baş verən dəyişikliklər aşağıdakılardan hansına təsir göstərmir?

A) beynəlxalq iqtisadi əlaqələr;

B) ictimai istehsalın səmərəliliyi;

C) elmi-texniki tərəqqinin sürəti;

D) əhalinin real gəlirləri;

E) manatın alıcılq qabiliyyəti.


70. Aşağıdakı amillərdən hansı qiymətqoymada iştirak etmir?

A) məşğulluğun dinamikası;

B) ictimai əmək bölgüsü;

C) istehsalın miqyasının genişlənməsi;

D) istehsalın səmərəliyinin yüksəlməsi;

E) “b” və “d” düzdür.


71. Aşağıdakı amillərdən hansı qiymətqoymada nəzərə alınmır?

A) ölkənin tədiyə balansı;

B) ayrı-ayrı qiymət növlərinin dəyişilməsinin iqtisadi və sosial şərtləri və nəticələri;

C) ayrı-ayrı sahələr və məhsul qrupları üzrə ictimai-zəruri əmək məsrəflərinin səviyyəsi və nisbətlərinin dəyişilmə xüsusiyyətləri;

D) qiymətlərin strukturuna və səviyyəsinə təsir göstərən yaranmış qiymət modelinə keyfiyyət dəyişiklikləri daxil etmək imkanları;

E) “b” və “c” düzdür.


72. Aşağıdakı amillərdən hansı qiymətin azalmasına kömək etmir?

A) iqtisadi şəraitin sabitsizliyi;

B) rəqabət;

C) vergilərin aşağı salınması;

D) birbaşa əlaqələrin genişləndirilməsi;

E) “c” və “d” düzdür.


73. Aşağıdakı amillərdən hansı qiymətin artmasına səbəb olmur ?

A) istehsalın artması;

B) istehsalın azalması;

C) iqtisadi şəraitin sabitsizliyi;

D) müəssisənin inhisarçılığı;

E) ajiotaj (süni surətdə yaradılan) tələb.


74. Aşağıdakı amillərdən hansı qiymətin artmasına səbəb olmur ?

A) rəqabət;

B) tədavüldəki pul kütləsinin artırılması;

C) vergilərin artırılması;

D) əmək haqqının yüksəldilməsi;

E) müəssisənin mənfəətinin çoxalması.


75. Aşağıdakı amillərdən hansı qiymətin artmasına səbəb olmur?

A) vergilərin aşağı salınması;

B) əmtəənnin keyfiyyətinin yaxşılaşdırılması;

C) modaya uyğunluq;

D) iş qüvvəsinin qiymətinin artması;

E) kapitaldan, avadanlıqdan, işçi qüvvəsindən, torpaqdan istifadənin səmərələliyinin aşağı düşməsi.


76. Aşağıdakılardan hansı qiyməti qəbul etmələrinə və alışa meyllərinə görə alıcı kateqoriyalarına aiddir?

A) bütün sadalananlar düzdür;

B) əmtəələri seçərkən onların qiymətinə, keyfiiyətinə və çeşidinə böyük maraq göstərən alıcılar;

C) əmtəənin “sürətinə” diqqətlə baxan alıcılar;

D) öz alışları ilə kiçik firmalara kömək edən və onların naminə əmtəəyə daha çox pul ödəməyə hazır olan alıcılar;

E) qiymətdən daha çox əmtəənin verdiyi rahatlığın və münasibliyin əhəmiyyətli olduğu alıcılar.


77. Aşağıdakılardan hansı transfert qiymətinin müəyyən olunmasının əsasını təşkil edən amillərə aid deyildir?

A) müəssisələrin topdansatış qiymətləri;

B) bazar qiymətləri ;

C) son hədd qiymətləri;

D) istehsal xərcləri;

E) müqavilə qiymətləri.


78. Aşağıdakılardan hansı rəqabət mühitinin formalarına aid deyildir?

A) istehsalın mövsümi xarakter daşıdığı mühit;

B) bazar tərəfindən nəzarət olunan rəqabət mühiti ;

C) firma tərəfindən nəzarət olunan rəqabət mühiti;

D) hökumət tərəfindən nəzarət olunan rəqabət mühiti;

E) “b” və “d” düzdür.


Bazarın strukturu və qiymətin əmələ gəlməsi

79. Aşağıdakılardan hansı bazar strukturu elementi deyildir?

A) dövlət tərəfindən qiymətlərin tənzimlənməsi;

B) bazarda olan firmaların sayı və ölçüsünün aid edildiyi bazarın əsas səciyyəvi əlamətləri;

C) müxtəlif firmaların əmtəələrinin oxşarlığı və ya fərqliliyi dərəcəsi;


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə