Qiymətli metallar və qiymətli daşlar haqqında



Yüklə 171,31 Kb.
tarix05.03.2018
ölçüsü171,31 Kb.
#29844

Qiymətli metallar və qiymətli daşlar haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu qanun qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir.



I fəsil

Ümumi müddəalar.

 

Maddə 1. Bu qanunda istifadə olunan əsas anlayışlar.



1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılar:

1.1.1.  qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum);

1.1.2.  qiymətli daşlar - işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər;

1.1.3. qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin-dən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları;

1.1.4.  qiymətli metalların və qiymətli daşların qırıntıların və tullantıların - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələri;

1.1.5.  bank metalları - beynəlxalq standartlara uyğun yük-sək əyər göstəricisinə qədər təmizlənmiş (affinaj edilmiş) və keyfiyyət sertifikatına malik olan qiymətli metalların külçələri (standart vəölçülmüş külçələr), Azərbaycan Respublikası və digər dövlətlər tərəfindən tədavülə buraxılan və öz nominal dəyərindən fərqli qiymətə satıla bilən qiymətli metallardan hazırlanmış sikkələr;

1.1.6.  qiymətli daşların çeşidlənməsi və ilkin təsnifləşdirilməsi - təsdiq olunmuş kolleksiya nümunələri və təsnifatlar əsasında hasil olunmuş mineral xammaldan qiymətli daşların ayrılması, habelə onların dünya bazarında qəbul olunmuş növlərə bölünməsini təmin edən zənginləşmə prosesinin mərhələ-si;

1.1.7. qiymətli metalların affinajı - hasil edilmiş qiymətli metalların qarışıqlardan və kənar komponentlərdən təmizlənməsi, qiymətli metalların Azərbaycan Respublikasının dövlət standartlarına, texnikişərtlərə və beynəlxalq standartlara uyğun keyfiyyətə çatdırılması prosesi;

1.1.8.  qiymətli daşların rekuperasiyası - qiymətli daşların müəyyən səbəblərə görə istifadədən çıxarılmış avadanlıq və cihazlardan, texniki təyinatlı digər məmulatlardan, habelə tərkibində qiymətli daşlar olan tullantılardan təkrar əfv edilməsi, onların müvafiq texniki şərtlərə və ya almazların təsnifatına uyğun keyfiyyətə çatdırılması (təmizlənməsi);

1.1.9.(Çıxarılıb)[1]

1.1.10. əyar - məmulat hazırlanan ərintinin dəyərini müəyyən edən və min çəki vahidində qiymətli metalın miqdarını təsdiqləyən dövlət standartı.

1.2. Bu qanunun 1.1.1-ci və 1.1.2-ci maddələrində göstərilən qiymətli metalların və qiymətli daşların siyahısı yalnız Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilə bilər.

1.3. Bu qanunun 1.1.9-cu maddəsinə müvafiq olaraq tərtib edilən reyestrə daxil edilən qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslər və fərdi sahibkarlar onların reyestrə daxil edilməsi ilə əlaqədar heç bır ödəniş ödəmirlər.

 

Maddə 2. Qiymətli metallar və qiymətli daşlar haqqında qanunvericilik



Qiymətli metallar və qiymətli daşlar haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 3. Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar



3.0. Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aşağıdakılardır:

3.0.1. qiymətli metallara və qiymətli daşlara mülkiyyət və əmlak hüququnun keçməsi ilə bağlı hərəkətlər (qiymətli metalların və qiymətli daşların dövriyyəsi);

3.0.2. qiymətli metalların və qiymətli daşların istənilən şəkil-də hasilatı, istehsalı, sonrakı işlənməsi, yenidən işlənməsi və istifadəsi zamanı fiziki vəziyyətinin və tərkibinin dəyişdirilməsi;

3.0.3. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların bir yerdən başqa yerə aparılması, o cümlədən saxlanc yerlərinə, fondlara və ehtiyatda saxlanma yerlərinə daşınması, həmçinin sərgilərdə nümayiş etdirilməsi və qorunması;

3.0.4. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) kommersiya məqsədləri üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi və ölkənin ərazisindənçıxarılması.

 

Maddə 4. Qiymətli metallara və qiymətli daşlara mülkiyyət hüququ



4.1. Tərkibində qiymətli metallar və qiymətli daşlar olan yerin təki sahələri dövlətin müstəsna mülkiyyətidir, onların üzərində sahiblik, istifadə və sərəncam hüququ Azərbaycan Respublikasına mənsubdur.

4.2. Azərbaycan Respublikası Konstitusiyasına, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, bu qanuna, Azərbaycan Respublİkasının digər normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikası Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsində yer təkindən qiymətli metallar və qiymətli daşlar olan sahələrinə suveren hüquqlara malikdir və onlarla bağlı öz yurisdiksiyasını həyata keçirir.

4.3. Qiymətli metalların və qiymətli daşların "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununa əsəsən istifadəçiləri yerin təkinin qiymətli metallar və qiymətli daşlar olan sahələrindən həmin qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq  (lisenziya) əsasında istifadə edə bilərlər.

4.4.  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, digər qəbildən olan müqavilələrdə, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xüsusi razılıqlarda (lisenziyalarda) başqa hallar nəzərdə tutulmadıqda, yerin təkindən çıxarılmış qiymətli metallar və qiymətli daşlar, onların hasilatı zamanı qanuni alınan digər məhsullar və gəlirlər qiymətli metalların və qiymətli daşların hasilatı subyektləri-nə məxsusdur.

4.5. Yerin təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkil-də satılarkən onları hasil və istehsal etmiş subyektlər həmin qiymətli metalları və qiymətli daşlar Azərbaycan Respublikasının qızıl ehtiyatını doldurmaq üçün ilk növbədə müvafiq icra hakimiyyəti orqanına qanunvericiliklə müəyyən edilmiş qaydada təklif edilməlidir. Qeyd edilən qiymətli metalların və qiymətli daşların satışı baş tutduqda ödəniş qiymətli metalların və qiymətli daşların dünya və ölkə daxili bazar qiymətləri nəzərə alınmaqla həyata keçirilir.

4.6.  Mülkiyyət formasından asılı olmayaraq qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və formada onların uçotunu aparır, statistik hesabatlar təqdim edir.

4.7.  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət, hüquqi və fiziki şəxslər qiymətli metallan və qiymətli daşları, onlardan hazırlanmış zərgərlik və digər məmulatlar mülkiyyətinə əldə edə bilərlər.

 

Maddə 5. Qiymətli metallarla və qiymətli daşlarla birja əməliyyatlar



5.0.  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən birjalarda qiymətli metalların və qiymətli daşların dövriyyəsi ilə əlaqədar hüquqi və fiziki şəxslərlə əqdlər bağlanıla bilər və bu birjalarda:

5.0.1. affinaj edilmiş qiymətli metalların standart və müəyyən ölçülü külçələrinin;

5.0.2. çeşidlənmiş, emal olunmamış qiymətli daşların;

5.0.3. tərkibində qiymətli metallar olan yarımfabrikatların;

5.0.4. qiymətli metal külçələrinin;

5.0.5. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istisna olmaqla, onlardan hazırlanmış məhsulların;

5.0.6. tərkibində qiymətli metallar olan sikkələrin dövriyyə-si ilə bağlı əqdlər bağlana bilər.

 

Maddə 6. Qiymətli metalların və qiymətli daşların hasilatı və istehsalı subyektləri



6.1. Qiymətli metalların və qiymətli daşların hasilatını "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq  yerin  təkinin  istifadəçiləri  qanunvericiliklə  müəyyən olunmuşqaydada verilmiş xüsusi razılıq əsasında həyata keçirirlər.

6.2. Qiymətli metalların affinajını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblərə cavab verən və siyahıya daxil  olan  hüquqi şəxslər həyata keçirir.

 

II fəsil Qiymətli metalların və qiymətli daşların dövlət ehtiyatları

 

Maddə 7. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu



7.1. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu qiymətli metalların və qiymətli daşların hasilatının həcminin tənzimlənməsi,  habelə Azərbaycan  Respublikasının  onlara perspektiv tələbatının təminatı məqsədi ilə formalaşdırıla bilər.

7.2. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fonduna kəşfiyyatı aparılmış və dövlət (sahə) balansında qeydə alınmış, lakin istifadəyə verilməmiş və ya istifadədən çıxarılmış yataqlar daxildir.

7.3.  Kəşfiyyatı aparılmış ayrı-ayrı yataqların qiymətli metalların və qiymətli daş yataqlarının ehtiyat fonduna daxil edilmə-si haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul olunur.

7.4. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu barəsində sərəncam Azərbaycan Respublikasının qanun-vericiliyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

 

Maddə 8. Azərbaycan Respublikasının qızıl ehtiyatı



8.1.  Azərbaycan Respublikasının qızıl ehtiyatı affinaj edilmiş qızıl külçələrdən ibarətdir, dövlət mülkiyyətidir və dövlətin qızıl-valyuta ehtiyatlarının tərkib hissəsidir. Qızıl ehtiyatı dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının fövqəladə hallarda yaranan tələblərinin ödənilməsi üçün təxsis edilir.

8.2. Azərbaycan Respublikasının qızıl ehtiyatları bir hissəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına verilir və "Azərbaycan  Respublikasının  Mərkəzi Bankı  haqqında" Azərbaycan RespublikasıQanununa uyğun olaraq beynəlxalq qızıl-valyuta ehtiyatlan kimi saxlanılır və idarə olunur. Azərbaycan Respublikasının qızıl ehtiyatının digər hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılır və istifadə olunur.[2]

 

III fəsil



Qiymətli metalların və qiymətli daşların istehsalı,

emalı, istifadəsi və dövriyyəsi sahəsində

münasibətlərin dövlət tənzimlənməsi

 

Maddə 9. Qiymətli metallarla və qiymətli daşlarla bağlı münasibətlərin dövlət tənzimlənməsi



9.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalıistifadəsi və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsinin vəzifələri aşağıdakılardır:

9.1.1.   qiymətli  metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə qırıntılarının və tullantılarının tədarükü sahəsində dövlət siyasətini həyata keçirmək;

9.1.2.   qiymətli  metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə onların qırıntılarının və tullantılarının tədarükü məqsədi ilə ayrı-ayrı fəaliyyət növləri üzrə xüsusi razılıq sistemini tətbiq etmək;

9.1.3.  qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, habelə onlar barədə hesabatların aparılması qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;

9.1.4.  qiymətli daşların çeşidlənməsi və təsnifləşdirilməsi üzrə dövlət nəzarəti qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;

9.1.5. qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlama və damğalama qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;

9.1.6.  dövlət rüsumu alınan əyar işlərin siyahısının hazırla-maq və dövlət rüsumunun miqdarını müəyyən etmək

9.2. Qİymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi aşağıdakı üsullarla həyata keçirilir:

9.2.1. Azərbaycan Respublikasının qızıl ehtiyatım formalaşdırılması məqsədi ilə hasil olunmuş qiymətli metalların və qiymətli daşların satın alınmasında dövlətin üstünlük hüququnu müəyyən etməklə;

9.2.3. qiymətli metalların və qiymətli daşların uçotuna, saxlanmasına,  daşınmasına,  hesabatının  aparılmasına habelə onlarla əməliyyatlar aparılmasına dair qaydalar müəyyən etməklə;

9.2.4.  daxili və xaricİ bazarda qiymətli metallar qiymətli daşlarla, o cümlədən zərgərlik və digər məişət məmulatları i(ə əməliyyatlar aparan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyətini tənzimləməklə;[3]

9.2.5.   qiymətli  metalların və qiymətli  daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi barədə Azərbaycan Respublikası qanunvericiliyinə əməl olunmasına nəzarət qaydaların / əyyən etməklə;

9.2.6.   qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinə xüsusi razılıq verilməklə;

9.2.7. hasil edilmiş, habelə Azərbaycan Respublİkası ərazi-sinə gətirilmiş və emal edilməmiş qiymətli daşların, o cümlə-dən təbii almazların çeşidlənməsi, təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə dövlət nəzarətinin qaydalarını müəyyən etməklə;

9.2.8. qiymətli metalların və qiymətli daşların, habelə onlar-dən hazırlanmış məhsulların (o cümlədən zərgərlik və digər məişət məmulatlarının) Azərbaycan Respublikası ərazisinə gətirilməsi və ölkənin ərazisindən çıxarılmasına qanunvericiliklə. müəyyən edilmiş gömrük nəzarəti qaydalarını müəyyən etməklə;

9.2.9.  qiymətli metalların və qiymətli daşların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırma qaydalarını müəyyən etməklə;

9.2.10. qiymətli metalları affinaj edən hüquqi şəxslərə dair tələbləri və həmin hüquqi şəxslərin siyahısını müəyyən etməklə;

9.2.11. qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının idxal və ixrac qaydalarını müəyyən etməklə;

9.2.12. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış məmulatların pərakəndə ticarət qaydalar müəyyən etməklə.

9.3. Azərbaycan Respublikasında qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanmasına və damğalanmasına, habelə emal edilməmiş almazların ixracına dövlət inhisar mövcuddur.

9.4. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, bu qanuna, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir.

9.5.  Bu qanunun məqsədləri üçün qiymətli metalların və qiymətli daşların istifadəsi dedikdə, onların sahibkarlıq fəaliyyətinin subyektləri tərəfindən istehsal, elmi, sosial-mədəni və İnvestisiya məqsədləri üçün emalı, işlənilməsi və tətbiq edilmə-si nəzərdə tutulur.

 

Maddə 10. Hasil və emal olunmuş qiymətli metalların və qiymətli daşların satışı sahəsində münasibətlərin dövlət tənzimlənməsi



10.1.  Hasil edilmiş qiymətli metallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sifariş-çinin xammalı kimi affinaj olunmaq, onlardan məmulatlar hazırlamaq və satılmaq üçün Azərbaycan Respublikasının ərazisindən çıxarıla bilər.

10.2. Affınaj edilmiş qiymətli metallar qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq dövlət ehtiyatlarının doldurulması məqsədi ilə Dövlət büdcəsi vəsaiti hesabınaölkə daxilində və xaricdə tədarük edilə bilər. Müvafiq standarta uyğun şəkildə affinaj edilmiş qiymətli metallar, habelə yerin təkindən hasil olunmuş yaxud rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmişşəkildə satılar-kən, ilk növbədə bu qanunun 4.5-ci maddəsinə uyğun olaraq Azərbaycan  Respublikasının  müvafiq  dövlət ehtiyatlarının doldurulması üçün müvafiq icra hakimiyyəti orqanına təklif olunur.

10.3. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən xarici ölkələrin dövlət əyar damğasının tanınması halları istisna olmaqla, Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanmalıdır. [4]

10.4.  Hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları yarandıqda həmin qırıntılar və tullantılar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada mütləq yığılmalı, onların dəqiq uçotu aparılmalıdır. Qiymətli metalların və qiymətli daşların qırıntılarını və tullantılarını yığan hüquqi şəxslər, o cümlədən hərbi hissələr və hərbi qurumlar tərəfindən həmin qırıntılar və tullantılar təkrar istifadə üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada emal (təkrar emal) oluna və ya qiymətli metalların istehsalı və affinajı, qiymətli daşların rekuperasiyası üçün fəaliyyətə xüsusi razılıq almış hüquqi şəxslərə satıla bilər.

 

Maddə 11. Dövlət əyar nəzarəti



11.1. Dövlət əyar nəzarəti qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının və istehlakçılarının hüquqlarının haqsız rəqabət-dən qorunması, habelə dövlət maraqlarının müdafiəsi məqsədi ilə həyata keçirilir.

11.2.  Dövlət əyar nəzarətinə aşağıdakılar aiddir:

11.2.1. Azərbaycan Respublikasında istehsal olunmuş, ha-belə ölkə ərazisinə xaricdən satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının bu qanunun 10.3-cü maddəsində müəyyən edilmiş müddəalar nəzərə alın-maqla qanunvericiliklə müəyyən edilmiş qaydada əyarlanması və damğalanması; [5]

11.2.2. dövlət əyar damğalarının və ad damğalarının izlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizası;

11.2.3.  qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının qanun-vericiliklə müəyyən edilmiş hallarda və qaydada analizi və ekspertizası;

11.2.4.  qiymətli daşların qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizası və diaqnostikası;

11.2.5.  qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertiza aparılması;

11.2.6. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizası;

11.2.7.(Çıxarılıb)[6]

11.2.8.  qanunla müəyyən olunmuş hallarda və qaydada qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda, habelə fərdi sahibkarlarda qiymətli metalların və qiymətli daşların istifadəsi, saxlanılması və uçotu üzərində dövri dövlət nəzarəti.

11.3.  Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının  əyarlanması  və  damğalanmasına, ekspertizasına,   materialların  tədqiqinə,  qiymətli  daşların ekspertizasına və diaqnostikasına görə qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.

11.4. Azərbaycan Respublikasında qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının hazırlanması üçün aşağıdakı əyarlar müəyyənləş-dirilir:

platin - 900 (doqquz yüz);

950 (doqquz yüz əlli).

qızıl - 375 (üç yüz yetmiş beş);

500 (beş yüz);

585 (beş yüz səksən beş);

750 (yeddi yüz əlli);

958 (doqquz yüz əlli səkkiz);

999 (doqquz yüz doxsan doqquz).

Fiziki şəxslərin sifarişləri əsasında zərgərlik məmulatları 583 (beş yüz səksən üç) əyarlı qızıldan hazırlana bilər.

gümüş - 800 (səkkiz yüz);

830 (səkkiz yüz otuz);

875 (səkkiz yüz yetmiş beş);

925 (doqquz yüz iyirmi beş);

960 (doqquz yüz altmış);

999 (doqquz yüz doxsan doqquz).

palladium - 500 (beş yüz);

850 (səkkiz yüz əlli).

 

Maddə 12. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırılması



12.1.  Azərbaycan Respublikasında qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatlar istisna olmaqla) sertifikatlaşdırılması aparılır. Qİymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırılması, onların müəyyən olunmuş kəmiyyət və keyfiyyət göstəricilərinə, texniki tələblərə uyğunluğunu təsdiqləyən fəaliyyətdir.

12.2.  Bu qanunun 12.1 -ci maddəsinə müvafiq olaraq uyğunluğun təsdiqlənməsi üçün sertifikat verilir, qiymətli metallardan və qiymətli daşlardan hazırlanan məhsullar (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) isə sertifikatlaşdırma sistemi ilə müəyyənləşdirilən hallarda uyğunluq nişanları ilə damğalanır.

12.3.  Qİymətli metallardan və qiymətli daşlardan hazırla-nan məhsul (zərgərlik və digər məişət məmulatlar istisna olmaqla) növlərinin siyahısı, sertifikatlaşdırma formalar, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 13. Qiymətli metallar və qiymətli daşlarla bağlı fəaliyyətə xüsusi razılıq



13.1.  Azərbaycan Respublikasında qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzrə fəaliyyət qanunvericiliyə müvafiq olaraq xüsusi razılıq əsasın-da həyata keçirilir.

13.2.  Tərkibində qiymətli metallar və qiymətli daşlar olan yerin təki sahələrindən istifadə "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə yerin təkindən istifadəni tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

13.3.  Azərbaycan Respublikasında qiymətli metal və qiymətli daş yataqlarının geoloji öyrənilməsi və kəşfiyyatı, onların hasilatı ilə bağlı fəaliyyətə xüsusi razılıq "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlara, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzrə fəaliyyət növlərinə xüsusi razılığın verilmə qaydası Azərbaycan Respublikasının qanunvericilİyinə uyğun olaraq ,müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 14. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində beynəlxalq əməkdaşlıq



Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının iqtisadi və elmi-mədəni maraqlarının müdafiəsini təmin etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

IV fəsil



Qiymətli metalların və qiymətli daşların istifadəsi və dövriyyəsi

 

Maddə 15. Hasil və istehsal olunmuş qiymətli metallara və qiymətli daşlara sərəncam verilməsi



15.1.  Hasil və istehsal olunmuş qiymətli metallar (külçə şəklində olanlar istisna edilməklə) zəruri emal işlərindən sonra affinaj üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş siyahıda göstərilən hüquqi şəxslərə verilməlidir. Əqdlərin şərtlərində başqa hal nəzərdə tutulmamışdırsa, affinajdan sonra qiymətli metallara mülkiyyət hüququ onların ilkin mülkiyyətçilərində saxlanılır. Affınaj işi aparan hüquqi şəxslərin fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

15.2.   Qiymətli metalların və qiymətli daşların  istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.3. Affinaj edilmiş qiymətli metallar, affinajı tələb edilməyən qiymətli metal külçələri, habelə qiymətli daşların mülkiyyətçilərinin balansında hesaba alınır və qanunvericiliyə uyğun mülki dövriyyəyə buraxılır.

15.4. Emalı tələb olunmayan nadir qiymətli metal külçələri, həmçinin nadir qiymətli daşlar, onları hasil edən subyektlər tərəfindən müqavilə qiymətləri əsasında ilkin olaraq alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təklif olunur. Nadir qiymətli metal külçələrinin müqavilə qiyməti əqdlər bağlanan zaman külçələrdəki qiymətli metalların dünya bazarındakı məzənnəsi nəzərə alınmaqla müəyyən olunmalıdır. Nadir qiymətli daşların müqavilə qiyməti maraqlı tərəflərin bərabər nisbət əsasında yaratdıqları ekspert komissiyaları tərəfindən müəyyən olunur.

15.5. Qiymətli metalların və qiymətli daşların nadir kateqoriyaya aid olunması qaydalarını və meyarlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu kateqoriyaya aid edilməyən qiymətli metal külçələri, onların mineraloji kolleksiya nümunələri qiymətli metalların və qiymətli daşların hasilat subyektləri tərəfindən qanunvericiliyə uyğun qaydada müəyyənləşdirilmiş müqavilə qiymətləri ilə satıla bilər. Qiymətli metal külçələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı qiymətli metalları və qiymətli daş-ları almaqda üstünlük hüququndan istifadə etmədikdə, külçələr hasilat subyektlərinə qaytarılır, yaxud onların tapşırıqlarına uyğun olaraq satılır.

 

Maddə 16. Bankların qiymətli metallarla və qiymətli daşlarla əməliyyatları



16.1.  Banklar qiymətli metallarla və qiymətli daşlarla əməliyyatları və əqdləri, o cümlədən onların inkassasiyasını (daşınmasını) bank fəaliyyətinə verilən xüsusi razılıq əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər.

16.2.  Bank metallarının keyfiyyət standartı, habelə bank metalları ilə əməliyyatların aparılması və əqdlərin bağlanması qaydaları qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

16.3.  Bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına dövlət nəzarəti bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Bankıtərəfindən həyata keçirilir.

16.4.  Banklar tərəfindən qiymətli metallar və qiymətli daşlarla əməliyyatların uçotu və hesabatı qanunvericiliyə müvafiq olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparılır.

 

V fəsil


Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində dövlət nəzarəti

 

Maddə 17. Qiymətli metallarla və qiymətli daşlarla bağlı fəaliyyət üzərində dövlət nəzarəti



17.1.   Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində dövlət nəzarəti:

17.1.1. Azərbaycan Respublikasının bu sahədə qanunvericiliyinə əməl olunmasını;

17.1.2. qiymətli metalların və qiymətli daşların təbii ehtiyat-larından səmərəli istifadəni;

17.1.3. qiymətli metalların və qiymətli daşların istehsalında və emalında ekoloji cəhətdən zərərsiz texnologiyaların tətbiqini;

17.1.4.  qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların müəyyən edilmiş qaydada qorunması qaydalarına riayət olunmasının təmin edilməsini nəzərdə tutur.

17.2.   Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində aşağıdakı dövlət nəzarəti növləri tətbiq olunur:

17.2.1.  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hüquqi şəxslərdə qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, uçotu və saxlanılması üzərində qanunla müəyyən edilmişqaydada nəzarət;

17.2.2.  qiymətli metalları və qiymətli daşları istehsal, emal və istifadə edən, habelə onlardan hazırlanan məhsulları (o cümlədən zərgərlik və digər məişət məmulatlarını) satın alan, girov qəbul edən və bu sahədə vasitəçilik xidməti göstərən, həmin məhsulları (məmulatları, materialları) saxlayan və sərgilərini təşkil edən, qırıntıları və tullantıları tədarük edən hüquqi şəxslərdə qanunla müəyyən edilmişqaydada aparılan nəzarət;

17.2.3. öz fəaliyyətində qiymətli metalların və qiymətli daş-ların, onların qırıntıları və tullantılarının emalını, istifadəsini, yığılmasını, tədqiqini həyata keçirən hüquqi şəxslərdə, hərbi hissələrdə və hərbi qurumlarda qanunla müəyyən edilmiş qayda-da aparılan nəzarət;

17.2.4.  fərdi sahibkarlar tərəfindən qanunvericiliyə uyğun olaraq qiymətli metallarla və qiymətli daşlarla aparılan əməliyyatlara qanunla müəyyən edilmiş qaydada nəzarət;

17.2.5.  qanunla müəyyən edilmiş qaydada dövlət əyar nəzarəti;

17.2.6.  qiymətli metalların və qiymətli daşların, onlardan

hazırlanmış məhsulların (o cümlədən zərgərlik və digər məişət məmulatlarının) Azərbaycan Respublikasının ərazisinə gətiril-məsinə və ölkənin ərazisindən çıxarılmasına qanunla müəyyən edilmişqaydada dövlət nəzarəti.

17.2.7. qiymətli metalların və qiymətli daşların, o cümlədən onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət. [7]

 

Maddə 18. Qiymətli metallarla və qiymətli daşlarla bağlı fəaliyyətə nəzarəti həyata keçirən müvafiq dövlət orqanlarının səlahiyyətləri



18.1.   Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanları aşağıdakı səlahiyyətlərə malikdir:

18.1.1. mülkiyyət formasından asılı olmayaraq qiymətli metalları və qiymətli daşları istehsal, emal və istifadə edən hüquqi şəxslərdə qanunla müəyyən edilmiş yoxlama aparmaq, ha-belə onlarla əməliyyatlar aparan fərdi sahibkarların qiymətli metallar və qiymətli daşlardan istifadə üzrə fəaliyyətini qanunla müəyyən edilmiş qaydada yoxlamaq;

18.1.2. hüquqi şəxslərin və fərdi sahibkarlar tərəfindən qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi həyata keçirilərkən uçot və hesabat formalarını, habelə göstərilən sənədlərin təqdim olunma qaydalarını müəyyən etmək;

18.1.3. bu qanuna müvafiq olaraq barəsində nəzarət həya-ta keçirilən hüquqi şəxslərin səlahiyyətli vəzifəli şəxslərinə aş-kar olunmuş nöqsanların aradan qaldırılması, qiymətli metalların və qiymətli daşların səmərəsiz istifadəsinə səbəb olan və (və ya) onların mühafizəsini mümkünsüz edən şəraitin yarandığı hallarda icrası məcburi olan yazılı sərəncamlar göndərmək;

18.1.4. qanunla müəyyən edilmiş qaydada yoxlamalar aparılarkən aşkar olunmuş cinayət xarakterli faktlar və ya digər hüquqpozmalar barədə materialları aidiyyəti üzrə səlahiyyətli dövlət orqanlarına təqdim etmək.

18.2. Qiymətli. metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri aşağıdakı hüquq-ları vardır:

18.2.1. müvafiq dövlət orqanlarına həvalə olunmuş vəzifələri yerinə yetirmək məqsədi ilə qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqişəxslərə xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışıtəqdim etməklə qanunla müəyyən edilmiş hallarda və qaydada maneəsiz daxil olmaq;[8]

18.2.2. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərin bu məqsədlə istifadə etdikləri əraziyə, istehsal, an-bar, ticarət və digər bu qəbildən olan binalarına, iş yerlərinə, nəqliyyat vasitələrinə, daimi və müvəqqəti saxlanc yerlərinə, bu sərvətlərin özlərinə qanunla müəyyən edilmiş hallarda və qaydada baxış keçirmək, qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların alınması, istifadə-si, uçotu və saxlanması, qırıntıların və tullantıların yığılması qaydalarının pozulması aşkar olunduğu hallarda həmin binaları, iş yerlərini, nəqliyyat vasitələrini, daimi və müvəqqəti saxlanc yerlərini qanunla müəyyən edilmiş hallarda və qaydada möhürləmək; [9]

18.2.3. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərdə və fərdi sahibkarlarda qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama keçirmək;

18.2.4. bu qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata keçirilən hüquqi şəxslərə və fərdi sahibkarlara qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada sorğu vermək və cavab almaq, müvafiq sənədləri, yazılı və şifahi izahat-ları və arayışları tələb etmək;

18.2.5. qanunla müəyyən edilmiş hallarda və qaydada qiymətli metalların və qiymətli daşların alınması, sərf olunması, uçotu və saxlanması, onların qırıntıları və tullantıları barədə məlumatlar əks olunan mühasibat sənədlərini, normativ-texniki və digər sənədləri yoxlamaq, qanunla müəyyən edilmiş hallarda və qaydada onları möhürləmək;

18.2.6. qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata keçirilən hüquqi şəxslərdə, dövlət nəzarəti orqanlarına məxsus və ya digər laboratoriyalarda qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama və analiz aparmaq üçün qiymətli metallar və qiymətli daşlardan sınaqlar, onlardan hazırla-nan məhsullardan, habelə qırıntılardan və tullantılardan nümunələr götürmək;

18.2.7. hüquq pozuntusu aşkar edildikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək.

 

VI fəsil



Qiymətli metal və qiymətli daşlarla bağlı qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

Maddə 19. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların mühafizəsinin təmin olunması



19.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə məşğul olan hüquqi şəxslər, habelə qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar hə-yata keçirən fərdi sahibkarlar göstərilən sərvətlərin və onlar-dan hazırlanan məhsulların mühafizəsini təmin etməlidirlər.

19.2. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı mühafizəsi 19.1-ci maddədə nəzərdə tutulmuş hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

 

Maddə 20. Qiymətli metallarla və qiymətli daşlarla bağlı qanunvericiliklə müəyyən edilmiş fəaliyyət qaydalarının pozulmasına görə məsuliyyət



20.1.   Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi qaydalarını pozmaqda təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

20.2. Qiymətli metallardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar qanunvericiliklə müəyyən olunmuş qaydada məhsullarına öz ad damğalarını vurmaq hüququna malikdirlər və həmin məmulatların dövlət standartlarına cavab verməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

20.3. Bu qanunun 10.3-cü maddəsinin tələblərinin pozulması, habelə qiymətli metallardan və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarının saxtalaşdırılması və ya saxta əyar damğası həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.[10]

 

Maddə 21. Müvafiq dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən şikayət verilməsi



21.1.  Hüquqi şəxslər və fərdi sahibkarlar qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.[11]

21.2,  Bu qanunun 21.1-ci maddəsində göstərilən şəxslərin qeyri-qanuni hərəkətləri nəticəsində dəyən zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 10 iyun 2005-ci il

№ 924 – IIQ

 


 

Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 737; 2003-cü il, №1, maddə 1; 2006-cı il, №3, maddə 225) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin 4-cü bəndində:

1.1.               “v” və “q” yarımbəndləri aşağıdakı redaksiyada verilsin:

“v) qiymətli metallar – istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenium);

 q) qiymətli daşlar – işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər.”;

 1.2. altıncı abzas çıxarılsın.

2. 4-cü maddənin 2-ci bəndi çıxarılsın.

3. 8-ci maddədə 3-cü bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatların aparılması ilə bağlı münasibətlər “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, II kitab, maddə 251, №12, maddə 835; 2001-ci il, №1, maddə 24, №7, maddə 455; 2002-ci il, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003-cü il, №6, maddələr 276, 279, №8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004-cü il, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, №11, maddə 900; 2005-ci il, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006-cı il, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; Azərbaycan Respublikasının 2006-cı il 19 dekabr tarixli 200-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:

1. 177-ci maddənin “Qeyd” hissəsinin 3-cü bəndində “habelə” sözündən sonra “213-3,” rəqəmi əlavə edilsin.

2. Məcəlləyə aşağıdakı məzmunda 213-2-ci və 213-3-cü maddələr əlavə edilsin:

“Maddə 213-2. Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma

Qiymətli metallar və qiymətli daşlar hasil, istehsal etmiş subyektlər tərəfindən yerin təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən, onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə-

şərti maliyyə vahidi məbləğinin min mislindən beş min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, şərti maliyyə vahidinin yeddi min mislindən artıq olan məbləğ başa düşülür.

Maddə 213-3. Dövlət əyar damğalarını saxtalaşdırma

213-3.1. Qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarını saxtalaşdırma-

şərti maliyyə vahidi məbləğinin min mislindən beş min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213-3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə-

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4; Azərbaycan Respublikasının 2007-cı il 1 fevral tarixli 236-IIIQD nömrəli, 27 fevral tarixli 251-IIIQD nömrəli və 6 mart tarixli 260-IIIQD nömrəli Qanunları) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 238-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 238. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulması

238.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi qaydalarının pozulmasına görə-

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

238.2. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulmasına görə-

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış 
mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.”.

2. Məcəlləyə aşağıdakı məzmunda 238-1-ci maddə əlavə edilsin:

“Maddə 238-1. Üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışı

Üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatının satışına görə-

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.”.

IV. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 444; 2006-cı il, №12, maddə 1029) 147-ci maddəsində “qiymətli metalların və onlardan hazırlanmış məmulatların, daş-qaşın” sözləri “qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların” sözləri ilə əvəz edilsin.

V. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №3, maddə 114; 2003-cü il, №6, maddə 277; 2004-cü il, №8, maddə 598, №11, maddə 901, №12, maddə 973; Azərbaycan Respublikasının 2006-cı il 26 dekabr tarixli 219-IIIQD nömrəli Qanunu) 50.7-ci maddəsinin birinci hissəsində “qızıldan, gümüşdən, platindən və platin qrupundan olan metallardan, qiymətli daşlardan və mirvaridən hazırlanmış zərgərlik və digər məişət məmulatları, habelə belə məmulat qırıntıları” sözləri “qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onların qırıntıları və tullantıları” sözləri ilə əvəz edilsin.

VI. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №2, maddə 55; 2006-cı il, №2, maddə 73) 9-cu bəndi aşağıdakı redaksiyada verilsin:

“9. Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası.”.

VII. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №2, maddə 56; 2005-ci il, №4, maddə 273; 2006-cı il, №2, maddə 73) 5-ci bəndində “Qızılın” sözü “Qiymətli daşların hasilatı, qızılın” sözləri ilə əvəz edilsin.

VIII. “Yanğından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 124; 2005-ci il, №8, maddə 692) 3.3.3-cü maddəsində “bütün növ qızıl, gümüş və digər nəcib metallar (avadanlığın tərkib hissəsi olan nəcib metallardan başqa), onlardan hazırlanmış zinət əşyaları, qiymətli daşlar” sözləri “qiymətli metallar, qiymətli daşlar və onlardan hazırlanmış məmulatlar” sözləri ilə əvəz edilsin.

IX. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №  3 , maddə 130; 2005-ci il, № 4, maddə 276) 32.1.6-cı maddəsində “daş-qaşların” sözü “qiymətli daşların” sözləri ilə əvəz edilsin.

X. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 984) 42.2.1-ci maddəsində “qiymətli daş-qaşlar” sözləri, 54.1.1-ci maddəsində “daş-qaşları” sözü ismin müvafiq hallarında “qiymətli daşlar” sözləri ilə əvəz edilsin.

XI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2007-ci il

            № 320-IIIQD

 

 



Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 870) 10.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“10.3. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən xarici ölkələrin dövlət əyar damğasının tanınması halları istisna olmaqla, Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanmalıdır.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 noyabr 2007-ci il


         № 476-IIIQD

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5,6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, №8, maddə 757; №10, maddələr 935, 936, 938, 940, №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 524-IIIQD nömrəli Qanunu) 238-1-ci maddəsinin dispozisiyasında "Üzərində" sözü "Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının" sözləri ilə əvəz edilsin.

II. "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 115 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 535-III QD nömrəli Qanununun III hissəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 253-2-ci maddə 253-3-cü maddə hesab edilsin.

III. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 870; Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 476-III QD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.2.1-ci maddədə "10.4-cü maddəsinin ikinci cümləsində" sözləri "10.3-cü maddəsində" sözləri ilə əvəz edilsin;

2. 20.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"20.3. Bu qanunun 10.3-cü maddəsinin tələblərinin pozulması, habelə qiymətli metallardan və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarının saxtalaşdırılması və ya saxta əyar damğası həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.".

IV. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,


Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 aprel 2008-ci il



№ 574-IIIQD
Qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövriyyəsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12 maddə 973; 2005-ci il, №1 maddələr 5, 6, №2 maddə 61, №4 maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, №10, maddələr 935, 936, 938, 940, №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091; №12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, №2, maddə 47, №3, maddələr 146, 152, 159, №4, maddə 249, №5, maddə 340, №6, maddələr 454, 460, 461, 464, №7, maddələr 601, 602, 605, №8, maddələr 699, 701; Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 691-IIIQD, 692-IIIQD, 693-IIIQD, 695-IIIQD nömrəli və 28 oktyabr tarixli 711-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.238.1-ci maddənin sanksiyasında “otuz manatdan qırx manatadək” sözləri “yüz manatdan dörd yüz manatadək” sözləri ilə, “altmış manatdan doxsan manatadək” sözləri “beş yüz manatdan səkkiz yüz manatadək” sözləri ilə, “yüz manatdan yüz əlli manatadək” sözləri “min manatdan üç min manatadək” sözləri ilə əvəz edilsin;

2. 238.2-ci və 238-1-ci maddələrin sanksiyalarında “iyirmi manatdan qırx manatadək” sözləri “yüz manatdan dörd yüz manatadək” sözləri ilə, “altmış manatdan doxsan manatadək” sözləri “beş yüz manatdan səkkiz yüz manatadək” sözləri ilə, “yüz manatdan yüz əlli manatadək” sözləri “min manatdan üç min manatadək” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2008-ci il.

№ 751-IIIQD


Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 870; 2007-ci il, № 11, maddə 1088; 2008-ci il, № 2, maddə 49, № 4, maddə 249, № 6, maddə 464; 2009-cu il, №7, maddə 517; 2010-cu il, № 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.2.1-ci maddədə “və əməkdaşı olduğu orqanın müvafiq sərəncamını” sözləri “, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı” sözləri ilə əvəz edilsin.

2. 18.3.2-18.3.7-ci maddələr müvafiq olaraq 18.2.2-18.2.7-ci maddələr hesab edilsin.

 

İlham ƏLİYEV,



Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il



             № 1044-IVQD
Yüklə 171,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə