“qizil kitab” (CƏnub-qəRBİ qafqazda daşnak züLMÜ)



Yüklə 73,37 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü73,37 Kb.
#31549


“Hərbi bilik”.-2009.-№5.-S.104-112.

“QIZIL KİTAB”

(CƏNUB-QƏRBİ QAFQAZDA DAŞNAK ZÜLMÜ)

Erməni soyqırımının beynəlxalq bir yalan olduğunu Rusiya dövlət arxivlərinin sənədləri əsasında sübut

etməkdəyik. Bu anlamda dünya ictimaiyyətinin diqqətini "Qızıl kitab" adlı arxiv sənədinə cəlb edirik. Sənədləri

Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  nəzdində  olan  Marksizm-Leninizm  İnstitutunun

mərkəzi  partiya  arxivində  Rusiya  Ümumi-Siyasi  Tarix  Dövlət  Arxivində  apardığım  araşdırmalar  zamanı

tapmışam.

Sənədin üz qabığında  "Qızıl kitab" başlığının altında  "Cənub-Qərbı Qafqaz Cümhuriyyəti  müsəlmanlarına

qarşı erməni daşnak və gürcü menşeviklərinin törətdiyi insanlığa zidd zülm və vəhşiliklərə aid" sözləri yazılmışdır.

Həmçinin  üz  qabığında  qeyd  edilmişdir  ki,  "Qızıl  kitab"  "Şərq  Xalqları  Təbliğat  və  Hərəkat  Şurası  Rəyasət

Heyətinin  üzvü  yoldaş  Pavloviçin  və  dəftərxana  rəisi  yoldaş  Ryuminin    rəhbərliyi  altında  rəsmi  sənədlərə

dayaqlanaraq" hazırlanmışdır.

Başlanğıcda  "kitab"  sözünün  işlənilməsinə  baxmayaraq,  arxiv  sənədinin  çap  edilməmiş  bir  məruzə  kimi

hazırlandığı, həmçinin Şərq Xalqları Təbliğat və Hərəkat Şurası ilə bağlı olaraq III Kommunist İnternasionalına və

Rusiya Kommunist Partiyasına təqdim edildiyi anlaşılır.

"Qızıl kitab"  Azərbaycanda  Sovet  hökuməti  qurulmazdan  əvvəl  Demokratik  Cümhuriyyətin  və  Bakı Şərq

Xalqları Qurultayının rəsmi  sənədlərindən  ibarətdir.  Bu  minvalla  Cümhuriyyətin  erməni  zülmü  ilə  bağlı şahidliyi

sovet  rəhbərliyinə  tabe  orqanlar  tərəfindən  təsdiqlənmiş  olur...  Bakıda  Mərkəzi  Komitə  üzvləri  Cümhuriyyət

arxivindəki sənədlərin rusca surətlərini hazırlayarkən bəzi yerləri oxuya bilmədiklərinə görə onların yazdığı qeydlər

görsənir.



"Qızıl  kitab"  Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  nəzdində  Marksizm-Leninizm

İnstitutunun  mərkəzi  partiya  arxivində  Rusiya  Ümumi-Siyasi  Tarix  Dövlət  Arxivində  544-cü  fondda,  1-78  saylı



20-ci sənəd kimi saxlanılır. Bəzi vərəqlərin arxa səhifələri hesaba alınarsa, sənəd 93 səhifədən ibarətdir. 

RƏNGLİ KİTABLAR MÜHARİBƏSİ

Belə anlaşılır  ki, "Qızıl kitab" Türkiyəyə yönəldilmiş  psixoloji müharibə vasitəsi kimi İngiltərə tərəfindən

cəmiyyətə  təqdim  edilən  "Mavi  kitab"a  qarşı  hazırlanmışdır.  Həm  sərlövhə,  həm  də  kitabın  içində  açıqlanan

sənədlər  bu  sərsəmliyi  təsdiqləməkdədir.  Kitab  erməni  quldur  dəstələrinin  müsəlman  xalqlarına  qarşı  törətdiyi

qırğın və talanları bütün çılpaqlığı ilə ortaya qoymuşdur.

Ancaq "Qızıl kitab"ın hədəfi təkcə "Mavi kitab" deyildir. Sovetlərin "Qızıl kitab"ı həm də daşnakların

1919-cu ildə Rostov şəhərində rus dilində çapdan çıxardığı "Qızıl kitab"a cavab məqsədi daşıyır. Daşnakların "Qızıl

kitab"ı İttihad  və  Tərəqqi  hökumətinin  (Türkiyədə  İttihad  və  Tərəqqi  partiyasının  hakimiyyətdə  olduğu  dövrdəki

hökumət nəzərdə tutulur) nəşr etdirdiyi "Ağ kitab"a [1] qarşı hazırlanmışdır.

Paris  Sülh  Konfransına  hazırlıq  dönəmində  ən  yüksək  daşnak  rəhbərlərinin  də  razılığını  alan,  nüfuzlu

daşnak naşiri Qriqor Çalhuşyanın yazdığı "Qızıl kitab" Avropa ictimaiyyətini təsirləndirmək üçün hətta fransız

və  ingilis  dillərində  də  çap  edilmişdir.  Daşnaklar  öz  "Qızıl  kitab"ında  Avropa  ictimaiyyətinə  şikayət  edərkən

türklərin,  azərilərin  (Azərbaycan  türkləri  nəzərdə  tutulur),  gürcülərin  bir  barbar  millət  olduğunu  və  Avropa

mədəniyyətini bölgədə yaratmağa bir millət kimi yalnız ermənilərin qadir olduğunu sübut etməyə çalışırdılar. [2]

O  zaman  sanki  rəngli  kitablar  müharibəsi  yaşanırdı.  Gürcü  menşevik  hökuməti  daşnakların  bu  kitabına

cavab  olaraq  1920-ci  ildə  öz  "Qızıl  kitab"mı  çapdan  çıxarmışdır.  Daha  sonra  bolşeviklərə  qatılan  menşevik

hökumətinin  kənd  təsərrüfatı naziri  və  məşhur naşir Karibinin  (əsl  adı  P.P.Çoleyşvili)  imzası ilə  çapdan  çıxan

gürcü  "Qızıl kitab"ı həm  erməni  iddialarına  cavab  vermiş, həm  də  daşnakların  bölgə  xalqlarına  qarşı  günahlarını

bir-bir ortaya çıxarmışdır. [3]

Gürcülərin  "Qızıl  kitab"ından  azacıq  sonra  oxuduğunuz  "Qızıl  kitab"  Birinci  Şərq  Xalqları  Qurultayının

seçdiyi Şərq Xalqları Təbliğat və Hərəkat Şurası rəhbərləri tərəfindən hazırlanmışdır. Şura yalnız daşnakların deyil,

gürcü menşeviklərin də günahlarını sənədləşdirir. Oxuduğunuz kitabın daha yaxşı anlaşılması üçün Bakı qurultayı

və sözügedən şuranın erməni məsələsi ilə bağlı qeydlərini nəzərdən keçirmək daha səmərəlidir.



BİRİNCİ ŞƏRQ XALQLARI QURULTAYI

Birinci  Şərq  Xalqları Qurultayı III İnternasionalın II  konqresində  qəbul  edilmiş  qərara  görə  1-8  sentyabr



1920-ci il tarixində bolşeviklərin partiya liderlərindən Zinovyevin rəhbərliyi altında Bakıda toplanmışdır. Qurultaya

hazırlıq  işi  görən  komitə  bütün  Şərq  ölkələrinə  çağırışla  müraciət  etmiş  və  onlardan  nümayəndə  istəmişdir.

Qurultaya  müxtəlif  ölkələrdən  1273  kommunistdən  ibarət  olan  partiya  üzvü  və  1891  nəfər  bitərəf  nümayəndə

qatılmışdır. Türklər 235 nümayəndə ilə ən böyük qrupu təşkil etmişdilər. [4.13]




Ankaradakı  BMM  hökuməti  qurultaya  həmin  vaxtlar  Moskvada  olan  türk  heyəti  üzvlərindən  Dr.

İbrahim  Talinin  (Öngörenin)  rəhbərliyi  ilə  Trabzon  millət  vəkili  Hafiz  Mehmet,  mühəndis  Əziz  və  yarbay

(polkovnik-leytenant)  Arif  bəydən  ibarət  bir  heyətlə  qatılır.  İmperialistlərin  sözdə  erməni  qətliamına  görə

təqsirkar  bildiyi  Ənvər  paşa,  Xəlil  paşa  və  Bahattin  Şakir  də  qurultaya  Fas,  Əlcəzair,  Tunis,  Trablusqərb,  Misir,

Ərəbistan və Hindistanın İnqilabçı Təşkilatlar Birliyinin təmsilçisi kimi qəbul edilir. Mustafa Sübhi, Ethem Nejat

Rusiyada  qurulan  Türkiyə  Kommunist  Partiyasının  təmsilçisi  kimi  qurultayda  iştirak  edirdilər.  İbrahim  Tali  və

Ənvər paşanın məruzələri tribunadan oxunur. [5. 94-98]

Qurultay  müstəqillik  uğrunda  mübarizə  aparan  türk  xalqına  bəslədiyi  duyğuları ifadə  edir  və  əzilən  Şərq

xalqlarını  xarici  istilaçıların  boyunduruğundan  qurtarmaq  istəyən  əsas  milli  inqilabçı  hərəkatları  tamamilə

dəstəklədiyini açıqlayır.

Qurultayda erməni məsələsi də gündəmə gəlir. III İnternasionalın Şərq Xalqları Qurultayı üçün hazırladığı

açıqlamada ermənilərə imperialistlərin onlardan türklərə qarşı istifadə etməsi xatırladılır. [6.17]

Üzünü  Qərb  dövlətlərinə  çevirmiş  erməni  millətçiləri  isə  bu  gün  də  Bakı  qurultayın  Azərbaycan

fəhlə-kəndli sinfini salamladığına və "qanlı erməni imperializmini" məhkum etdiyinə görə topa tutmaqdadır. [7]



ŞƏRQ XALQLARI TƏBLİĞAT VƏ HƏRƏKAT ŞURASI

Qurultay öz idarəetmə orqanı olan Təbliğat və Hərəkat Şurasını seçir. Azərbaycan Kommunist Partiyasının

baş  katibi  N.Nərimanovun  sədrliyi  ilə  G.K.Orconikidze,  S.M.Kirov,  M.D.Hüseynov,  Y.D.Stasova,

M.P.Pavloviç,  Süleyman  Nuri  şurada  vəzifə  tutur.  Komintern  rəhbərliyi  altında  çalışan  Təbliğat  və  Hərəkat

Şurasının ən önəmli vəzifəsi Şərq ölkələrində milli qurtuluş hərəkatlarını dəstəkləmək və birləşdirməkdir. [8.141]

Şərq Xalqları Təbliğat və Hərəkat Şurası Rəyasət Heyətinin 17 sentyabr 1920-ci il sentyabrın 17-də Bakıda

baş  tutan  toplantısında  qəbul  edilən  qərarlar  erməni  məsələsinə  yanaşma  baxımından  çox  önəm  daşıyır.  Qərar

mətninin üzərinə "Çox gizli" qrifi vurulmuşdur.

Şura qurulduqdan sonra qəbul edilən iki qərar diqqəti daşnak təhlükəsinə yönəldir.

3  saylı  qərarda  Azərbaycandakı  sovet  iqtidarının  türk  qorxusu  ilə  bağlı  (türkofobiya)  bəzi  tədbirlər

görməsi,  4  saylı  qərarda  isə  Mustafa  Kamal  Paşanın  Xəlil  paşa  vasitəsi  ilə  çatdırdığı  tələb  diqqət  çəkir.

Ankaradakı  inqilabçı  hökumət  qurtuluş  savaşının  içində  yaranmış  çətin  vəziyyəti  ötüb-keçmək  üçün  daşnak

varlığını  ən  qısa  zamanda  aradan  qaldıraraq  Sovet  Rusiyası ilə  sərhədin  bərpa  olunmasının  və  sovet  yardımının

təşkil edilməsinin gərəkliyini vurğulayırdı.

6 saylı qərarda inqilabçı Türkiyə ilə birləşmək məqsədilə türk ordusu ilə birgə Ermənistana qarşı hərəkatın

təşkil edilməsinin vacibliyinə işarə edilir. Beləliklə, erməni xalqını əzən daşnak rəhbərliyi devriləcək və İngilis-Şah

ordularının Ermənistan və Gürcüstanla birləşməsi əngəllənəcəkdir. Nəticədə Ərzurumdakı türk korpusunun erməni

sərhədindən çıxarılaraq Qərb bölgəsinə göndərilməsi həyata keçiriləcək, Mustafa Kamal Paşa hökumətinin nüfuzu

gücləndiriləcəkdir.  Qərarda  o  da  nəzərə  çatdırılır  ki,  Ermənistanı  daşnaklardan  qurtarma  hərəkatının,  bütün

Azərbaycan xalqı ilə bərabər ermənilərin bir qisminin də dəstəyini alacaqdır. Ən vacibi odur ki, Ərzurumdakı türk

korpusunun  həyata  keçirəcəyi  əsgəri  fəaliyyət  zamanı  erməni  xalqına  qarşı  haqsızlıq  ediləcəyindən  qorxmağın

lüzumsuzluğu  da  bildirilir.  "Şərq  inqilabını  qurtarmaq  üçün  sovet  ordusunun  dərhal  Ermənistana  doğru

hərəkət etməsinin və Ermənistanda sovet sistemini qurmasının şərt" olduğu açıqlanır. [9]

Toplantı qərarlarında irəli sürülən fikirlər qısa vaxt ərzində həyata keçirilir. Türk ordusu və Qızıl Ordunun

ortaq hərəkatı nəticəsində daşnak Ermənistanı aradan qaldırılır.

"Qızıl kitab" məhz bu dönəmin məhsuludur.

MİXAİL PAVLOVİÇ (VELTMAN)

Bildirilir  ki,  "Qızıl  kitab"  sovet  iqtidarı  dövründə  Şərq  elminin  bilicisi  Mixail  Volontyor  Pavloviçin

rəhbərliyi ilə hazırlanmışdır. Pavloviç (ləqəbi Mixail Lazareviç Veltman) 25 mart 1871-ci ildə Odessa şəhərində

məmur ailəsində anadan olmuşdur. Həmin şəhərdə Novorossiysk Universitetinin hüquq fakültəsinə girmiş, təhsilini

bitirmədən  1892-ci  ildə  inqilabi  hərəkata  qoşulduğuna  görə  il  yarım  həbsxanada  qalmışdır.  Sonra  Verxoyanska

sürgünə  göndərilmişdir.  1898-ci  ildə  Rusiya  Sosial  Demokrat  Fəhlə  Partiyası  (RSDFP)  sıralarına  daxil  olmuş,

Odessa  və  Kişinyov  şəhərlərində  inqilabçı  kimi  fəaliyyət  göstərmişdir.  1901-ci  ildən  Parisdə  "İskra"  qəzetinin

çıxarılmasında çalışmışdır. RSDFP-nin 1903-cü ildə olan II konqresindən sonra menşeviklərə qoşulmuş, 1905-07 -

ci  illərdə  partiyanın  Peterburq  ordu  təşkilatında  çalışmış,  1907-1917  -  ci  illərdə  Fransada  Şərq  xalqlarının  milli

qurtuluş  hərəkatı  mövzusunda  araşdırmalar  aparmışdır.  1917-ci  ildə  Rusiyaya  dönmüşdür.  Oktyabr  çevrilişindən

sonra  Xalq  Xarici  İşlər  Komissarlığında  vəzifədə  olmuş,  mütəxəssis  kimi  Brest-Litovsk  konfransına

göndərilmişdir.  1918-ci  ildə  Rusiya  Kommunist  (b)  Partiyasına  qoşulur  və  RSFSR  Dövlət  Quruculuğu  Baş

Komitəsində  vəzifəyə  təyin  olunur.  1919-20  -  ci  illərdə  Cənub  cəbhəsində  çalışır.  1920-ci  ildə  həyata  keçirilən  

Bakı  Şərq  Xalqları  Qurultayının  hazırlıq  və  təşkilat  işlərinə  qatılır,  Təbliğat  və  Hərəkat  Şurasına  üzv  seçilir.

1921-23  -  cü  illərdə  Xalq  Komissarlığında  heyət  üzvü  kimi  çalışır.  Həmin  komissarlığın  mətbu  orqanı  olan

"Millətlərin həyatı" jurnalının çıxarılmasında rəhbər vəzifələri yerinə yetirir. Pavloviç 1922-ci ildə "Yeni Şərq"



jurnalı redaksiya heyətinə başçılıq etmişdir. 1921-27 - ci illərdə Rusiya Şərq Elmləri Dərnəyinin sədri və Moskva

Şərqşünaslıq  İnstitutunun  rektoru  vəzifəsində  çalışmışdır.  Pavloviç  SSRİ-də  Şərq  elmləri  üzrə  önəmli

mütəxəssislərdəndir. İmperializm və milli qurtuluş hərəkatları mövzusunda bir sıra əsərlər yazmışdır. Pavloviç həm

də  Frunze  Fəhlə-Kəndli  Qızıl Ordu  Akademiyasının  qurucularından  biridir.  Akademiyada  imperializm  və  Şərqdə

milli  məsələ  üzrə  dərs  demişdir.  19  iyun  1927-ci  ildə  ağciyər  xərçəngi  xəstəliyindən  Moskva  şəhərində  vəfat

etmişdir. [10.204]

Pavloviçin  Türkiyə  ilə  bağlı çoxlu  kitab  və  məqalələri  var.  SSRİ  Xarici  İşlər  komissarı vəzifəsində  uzun

müddət  çalışan  Çiçerinin  ifadəsi  ilə  desək,  gənc  türklər  çevrilişi  və  Əbdülhəmidin  padşah  taxtından  salınması

Pavloviçi  müasir  Türkiyə  ilə  bağlı  araşdırmalar  aparmağa  sövq  etmişdir.  [11.6]  "Devrimçi  Türkiyə"("İnqilabçı

Türkiyə") adlı əsərində erməni məsələsi ilə bağlı diqqəti belə yönəltmişdir:

"Bu  zaman  daşnak  nəşrləri  qarşısında  duran  Türkiyənin  parçalanması  ilə  bağlı  çalışmalar  açıqdan-açığa

həyata  keçirilirdi.  Erməni  hökuməti  isə  Əbdülhəmidi  və  II  Nikolayı  çəkindirə  biləcək  qətliamlar  törətməklə

Ermənistandakı  müsəlman  əhalisini  qəddarcasına  təqib  edirdi.  Kilikiyada*  fransız  ordusunda  xidmət  göstərən

erməni  könüllü  birlikləri  həmin  bölgədə  yaşayan  müsəlman  əhalisinə  qarşı  qətliamlar  təşkil  edirdilər.  Fransız

komandanlığı  türk  xalqının  şiddətli  nifrətini  Fransanın  üstündən  başqa  tərəfə  yönəltmək  və  hər  cür  basqı həyata

keçirmək üçün məqsədli surətdə erməni könüllü birliklərinə tapşırıq verirdi. (...) Daşnakların Ermənistanda 200-dən

çox müsəlman kəndini yandırıb-viran qoyması haqqında məlumatlar bizə bəllidir". **



QƏRBİN YALANLARINA ŞƏRQİN CAVABI

Erməni  soyqırımı  yalanı  Birinci  Dünya  müharibəsinin  əvvəllərində  ingilis  imperializmi  tərəfindən

uydurulmuşdu.  Bir  müddət  öncə  Türkiyədə  xarici  vəsait  hesabına  tərcümə  edilərək  nəşr  olunan  "Mavi  kitab"  bu

yalanlara "nəfəs" vermişdi.

Qərb dövlətlərinin bu cür mərifətini erməni elm adamları da mənimsəmişlər. Məsələn, Sovet Ermənistanı

tarixçilərindən Boryan belə anladır ki, Qərb xristian dövlətlərinin elm adamlarını və mətbu orqanlarını ələ alaraq

cəmiyyəti  Türkiyəyə  qarşı  ayağa  qaldırmışlar.  Məqsəd,  Boryanın  sözləri  ilə  desək,  "əzilən  xristian  xalqlarını

Türkiyəyə qarşı müharibəyə hazırlamaq idı". Avropa dövlətlən "Türkiyəyə qarşı talan yürüşü üçün xristian azadlıq

şüarından istifadə edərək ziddiyyətli kampaniyaya başlamışdılar". Boryan "xristianların Türkiyədə ağır vəziyyəti ilə

 bağlı deyilən uydurmaların" işğalçı siyasət vasitəsi olduğunu kəskin surətdə izah etmişdir. ***

Boryanın  "uydurma"  adlandırdığı  sayıqlamaları  çap  edən  "Mavi  kitab"  bütün  dünya  və  Türkiyədə  çox

yayıldı, çox oxundu. İttihad və Tərəqqinin (İttihad və Tərəqqi partiyası nəzərdə tutulur) mavi yalana cavab olaraq

yayımladığı "Bəyaz kitab"ın  ("Ağ  kitab")  varlığı  isə  bilinmir,  tanınmır  və  oxunmur.  "Qızıl kitab"ın  mövcudluğu

heç  bilinmirdi.  Sən  demə,  "Bəyaz  kitab"ın  bir  qardaşı  da  varmış.  Şərq  xalqları  eyni  qayğı  ilə  eyni  məqsədlər

uğrunda ədalətli mübarizə aparmışlar.

Artıq əlimizdə yalnız "Mavi kitab" yox, həm "Bəyaz kitab", həm də "Qızıl kitab" vardır.

Qərbin psixoloji müharibəsi qarşısında olan mövqelər boş deyildir. 

Əlimizə aldığımız "Qızıl kitab" Qərbin mavi yalanlarına Şərqin cavabıdır.

Mehmet Perinçek

19 fevral 2006-cı il, general Tyulenev küçəsi, Moskva

İZAHLAR

* Adana və Maraş bölgəsi

**  М.Павлович,  В.Гурко-Кряжин,  Ф.  Расколников.  Турция  в  борбе  за  независимость.  Научная

Ассоциация Востоковедения при ТсИҜ СССР, Москва„1925, стр. 50-63

***  В.А.Борин.  Армения.  Международная  дипломатия  и СССР.  C.  l.  Государственное  издателство,

Москва-Ленинград, 1928, стр. 172-175



QARS ŞƏHƏRİNDƏ CƏNUB-QƏRBİ QAFQAZ CÜMHURİYYƏTİNİN 

QURULMASINA DAİR 27 MART 1919 TARİXLİ QƏRAR*

Qadın  və  kişi  vətəndaşların  iştirakı ilə  bir  palatalı,  bərabər,  gizli  və  ortaq  seçim  sistemi  əsaslarına  görə

seçilən  məclis  27  mart  tarixli  iclasında  2  milyon  insanı əhatə  edən  Cənub-Qərbi  Qafqaz  bölgəsinin  Milli  Şurası

tərəfindən  1  dekabr  1918-ci  il  tarixində  elan  edilən  Cənub-Qərbi  Qafqaz  Demokratik  Cümhuriyyətinin  qurulması

haqqında qərar qəbul etmiş və təsdiqləmişdir.

Milli İslam Şurası İclasının Protokolu 1 dekabr 1918, Qars

QƏRAR:

Böyük Rus İnqilabı (Böyük Oktyabr Sosialist İnqilabı nəzərdə tutulur - V.Ö.) o zamana qədər hakimiyyətdə




olan  monarxiya  sisteminə  son  qoydu.  Beləliklə,  özbaşına  qalan  Qafqazın cənub-qərb  tərəfi  öz  müqəddəratmı həll

etmək məsələsi ilə üzləşdi. 1917-ci ilin oktyabrında Rusiyada qurulan İkinci Müvəqqəti Hökumətin bütün millətlər

üçün  öz  müqəddəratını  təyin  etmək  hüququ  haqqında  qərarına  görə  hərə  öz  hökumət  orqanını  qurdu.  Haqqında

söhbət  açılan  qərara  dayaqlanaraq  Qars  və  Batum  vilayətlərinin  Axırkələk,  Axısqa,  Şərur,  Naxçıvan,  Sürməli

qəzaları  və  İrəvanın  cənub-qərb  bölgə  vətəndaşlarının  istəyi  və  seçimi  ilə  seçilən  bizlər  —  xalqın  təmsilçiləri

işğalda  olan  torpaqlarımızdan  Osmanlı Ordu  birliklərinin  çəkilməsi  ilə  birlikdə  Cənubi  Qafqazın  Qars  və  Batum

vilayətlərini,  Axısqa,  Axırkələk,  Şərur,  Naxçıvan,  Sürməli  qəzalarını  və  İrəvanın  cənub-qərb  tərəfini  əhatə  edən

bölgədə Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyətinin qurulduğunu bütün dünya önündə  elan  edirik.

Milli Şura bu münasibətlə hər kəsin qarşısında bu qərarı qəbul etmişdir:

1.  Cənub-Qərbi  Qafqaz  Demokratik  Cümhuriyyəti  bütün  dövlətlərlə.  xüsusən  yeni  qurulan  qonşu  Qafqaz

Cümhuriyyətləri ilə yaxşı qonşuluq münasibətləri qurmağa çalışacaqdır.

2.  Millətlərarası  müharibənin  baş  verdiyi  təqdirdə  Cənub-Qərbi  Qafqaz  Demokratik  Cümhuriyyəti

mənfəətinə toxunulmadığı zaman öz tərəfsizliyini (neytrallığını) qoruyacaqdır.

3. Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyətinin vətəndaşları milliyyət, din, məzhəb və sosial vəziyyət

nəzərə  alınmadan  Cümhuriyyət  sərhədləri  daxilində  həm  vətəndaşlıq,  həm  də  siyasi  haqlardan  bərabər  şəkildə

yararlanacaqlar.



Açıqlama:  Erməni  və  müsəlmanlar  arasında  qarşılıqlı  münasibətlərin  gərginləşməsi  nəticəsində  yaranan

dəhşətli  anları hələ də unuda bilməsək də qanlı  döyüşlərin yenilərinə yol açmamaq üçün Parisdə baş  tutmalı olan

Paris  Sülh  Konfransında  bu  problemin  həllinə  qədər  Milli  Şura  ermənilərin  Qars  vilayətinə,  Şərur,  Naxçıvan  və

Sünnəli qəzalarına, İrəvan qəzasının cənub-şərq bölgələrinə yerləşmələrini müvəqqəti qadağan edən bir qərar qəbul

etmişdir.  Adı  çəkilən  yerlərdə  Gürcüstan  və  Ermənistan  Cümhuriyyətləri  torpaqlarından  gələn  müsəlman

qaçqınlarla  dolu  olmayan  bircə  kənd  də  yoxdur  (Ermənistan  sərhədləri  içində  ermənilərin  işğalı  altında  482



müsəlman  kəndi,  Cənub-Qərbi  Qafqaz  Demokratik  Cümhuriyyəti  sərhədləri  içində  müsəlmanların

tabeliyində 82 erməni kəndi vardır).

4.  Cənub-Qərbi  Qafqaz  Cümhuriyyətinin  taleyi  bundan  sonra  qardaş  Şimali  Qafqaz  Cümhuriyyətlərinin

taleyi  ilə  birləşəcəkdir.  Müsəlman  Qafqaz  dövlətlərinin  bir  üzvü  olaraq,  birləşmiş  bir  Rusiyanın  qurulmasına

münasibətimiz Qafqazın digər müsəlman millətləri ilə olan münasibət çərçivəsində təyin ediləcəkdir. Sülh konfransı

(Paris  Sülh  konfransı  nəzərdə  tutulur  —  V.Ö.)  və  İstanbul  konfransında  bu  məsələni  Qafqazın  müsəlman

millətlərinin  sözçüləri  ilə  birlikdə  aydınlaşdırmaq  üçün  təmsilçilərimiz  səlahiyyət  sahibi  olacaqlar.  Məclis

toplanana  qədər  Cənub-Qərbi  Qafqaz  Demokratik  Cümhuriyyətinin  başında  milli  azlıq  təmsilçiləri,  rus,  yunan  və

malakanların  da  olduğu  Milli  Şura  duracaq,  həmçinin  Müvəqqəti  Hökumət  Milli  Şura  önündə  cavabdehlik

daşıyacaqdır.

* (Rusiya Ümumi - Siyasi Tarix Dövlət Arxivi, fond 544, vərəq 13, sənəd 20, 2- ci səhifənin qeydli sənədi)

---------------------------------------------------------------------------------------------------------------------------------------

İNGİLİS BAŞ QƏRARGAHI, BAKI, 13 YANVAR 1919-CU İL



Əlahəzrət Azərbaycan Hökumətinin Baş Nazirinə*

Əlahəzrət,  hökumətinizin  Xarici  İşlər  Nazirliyindən  alman  48  və  49  saylı  yazıların  surətlərində  söhbət

açılan məsələlər  general  Forester  Volckerin  vəzifə  səlahiyyətlərinə  aid  olduğuna  görə  şəxsən  ona  çatdırmaq üçün

yazı surətlərinin Batuma göndərildiyini bildirməkdən şərəf duyuram.



Qərargah rəisi 

Polkovnik (

* (Rusiya Ümumi - Siyasi Tarix Dövlət Arxivi, fond 544, vərəq 13, sənəd 20, 3-cü səhifənin qeydli sənədi). 

--------------------------------------------------------------------------------------------------------------------------------------.

İNGİLİS BAŞ QƏRARGAHI, BAKI, 23 YANVAR 1919-CU İL



Əlahəzrət Baş nazir Fətəli xan Xoyskiyə*

Əlahəzrət,  Sülh  Konfransında  qərar  qəbul  edilənə  qədər  Qars  və  Batumda  statusu  qorumaq  üçün  lazımi

tədbirlərin  həyata  keçirilməsi  ilə  bağlı  göndərdiyiniz  48  saylı  yazınıza  cavab  verməyi  general  Tomson  mənə

tapşırmışdı.  Adı  çəkilən  vilayətlərdə  hərbi  vali  kimi  uyğun  qüvvələrlə  ingilis  zabitlərinin  təyin  edildiyini,

idarəetməni yenidən öz axarına salmaq məqsədilə bu iki vilayətin, yerli vəzifə sahiblərinin razılığını almaqla bizim

tərəfimizdən idarə olunacağını bildirməkdən şərəf duyuram.



Baş Qərargah 

Polkovnik (imza)

*(Rusiya Ümumi - Siyasi Tarix Dövlət Arxivi, fond 544, vərəq 13, sənəd 20, 4-cü səhifənin qeydli sənədi

---------------------------------------------------------------------------------------------------------------------------------------

CƏNUB-QƏRBİ QAFQAZ MÜVƏQQƏTİ HÖKUMƏTİNİN TƏMSİLÇİSİ, 

27 YANVAR 1919-CU İL, №13, BATUM

Əlahəzrət Azərbaycan Cümhuriyyətinin Baş nazirinə*

Cənub-Qərbi  Qafqaz  Hökumətinin  təmsilçisi  kimi  bizə  yardımçı olmaq  üçün  zabit  və  məmur  göndərmək

məsələsini  zati-alinizə  ərz  etməkdən  şərəf  duyuram.  Çünki  bu  anda  çox  çətin  bir  dönəm  keçirməkdəyik:  silahlı



gürcü (Ərdəhanın Posof məntəqəsindəki döyüşlər) və erməni birlikləri  (Şurayelin Taylar və Köşevank kəndlərinə,

Naxçıvanın Qızılmağara kəndlərinə edilən hücumlar) bizi çaşdırır.

Ayrıca siyasi baxımdan yaxşı bir imtahan verməyimiz və kiçik qüvvələrlə çox böyük bir ərazidə idarəçiliyi

təşkil  etməyimiz  lazımdır.  Bunun  üçün  zati-alinizdən  yol  pullarını  verməklə  insan  yardımı  göstərməyinizi  xahiş

edirəm. Çünki bizdə poçt xidməti hələ qurulmadığına görə əvvəlcədən pul göndərmək imkanımız yoxdur. Hökumət

tərəfindən Sizə göndərilən Hacı Musanın gəlib-gəlmədiyini Batum konsulluğuna bildirməyinizi xahiş edirəm. Mənə

şəxsi  yaxşılıq  edərək  polkovnik  Yusufbəy  Sırtlanovun  ordu  qurmaq  üçün  bizə  gəlmək  istəyi  barədə  ondan

soruşmağınızı xahiş edirəm.



Hər zaman xidmətinizə hazır

 Cənub-Qərbi Qafqaz Müvəqqəti Hökumətinin təmsilçisi 

Sərvərbəy Atabəyov KOBLİANSKİ

* (Rusiya Ümumi - Siyasi Tarix Dövlət Arxivi, fond 544, vərəq 13, sənəd 20, 5-ci səhifənin qeydli sənədi)

---------------------------------------------------------------------------------------------------------------------------------------

GÜRCÜSTANDA DİPLOMATİK TƏMSİLÇİ CƏFƏROVDAN ALINAN 

4 FEVRAL 1919-CU İL TARİXLİ ŞİFRƏLİ TELEQRAF * 

GİRİŞ № 200

Başında Müvəqqəti Hökumətin durduğu, Qars və Batum vilayəti ilə yanaşı, Axırkələk və Axısqa qəzalarını

əhatə  edən  Cənub-Qərbi  Qafqaz  Cümhuriyyətinin  yaxşı  təşkilatlanmış  müsəlmanları  ilə  gürcü  birlikləri  arasında

(Gürcüstanın Ərdəhanı işğal etmək niyyəti ilə bağlı olaraq) Ərdəhan qəzasının Posof məntəqəsi hüdudlarında yeni

döyüşlər baş vermişdir. Əldə etdiyim məlumatlara görə, Gürcüstan hökumətinin ora göndərdiyi 600 nəfərdən ibarət

Acar  mühafizə  birliyi  məhv  edilmiş,  qəza  birlik  komandiri  də  öldürülmüşdür.  Gürcülər  bu  hərəkata  bizim

hökumətin  rəhbərlik  etdiyini  düşünürlər.  Azərbaycan  yollarına  aid  bir  qatarın dayandırılması ilə  bağlı olaraq  Baş

komandan  Voçkerə  məktub  yazmışdım.  Onun  təyin  etdiyi  general  Brouf  mənimlə  görüşdü,  yollarımızın  bərbad

vəziyyətdə  olduğunu  bilir  və  Azərbaycan  qatarının  geri  qaytarılması  məsələsində  əlindən  gələni  edəcəyinə  söz

verdi.


Kaçaznuni və Tiqranyan Tiflisə gəldi, aldığım məlumata görə İrəvana və sonra Amerikaya gedəcəklərmiş.

№ 468, 3 fevral 1919 - cu i



CƏFƏROV

* (Rusiya Ümumi - Siyasi Tarix Dövlət Arxivi, fond 544, vərəq 13, sənəd 20, 6-cı səhifənin qeydli sənədi)

---------------------------------------------------------------------------------------------------------------------------------------

ƏDƏBİYYAT:

1. Dahiliyye Nazareti. Ermeni komitelerinin Amal ve Hareketi-i İhtilaliyesi, İstambul, 1917

2. Григор Чапшушнн. " Краснаи ҝнига", Ростов, 1919

3. Кариби. "Краснал книга", Тифлис, 1920

4.  Millətlərə  görə  qurultay  haqqında  məlumat  üçün  bax:  Birinci  Doğu  Halkları  Kurultayı,  kaynak

Yayınları, 3 basım, Şubat 1999 5. Bəlgəler üçün bax: Birinci Doğu Halkları Kurultayı

6.  Komintern  belgelerinde  Türkiye-I,  Kurtuluş  Savaşı  və  Lozan,  derleyen:  Doğu  Perincek,  Kaynak

Yayınları, yeniden düzenlenmiş 2. Basım, İstanbııl, 1993

7.  Bax:  Ашот  Аирапетян,  "Как  Турки  и  болшевики  в  1920  году  расправились  с  Арменией",  Про

Армении, 1992, №6

8. Y.A.Bağırov. Kurtuluş savaşı yıllannda Azerbaycan-Türkiyə ilişkileri. İstanbul, Bilim Yaymlan, 1979

9. Toplantı qərarlarının tam mətni üçün bax: RGASRİ fond 5, 1-2, d. 92, 31, 31, arxası, 32

10.  Бах:  А.Ш.,  "М.П.Павлович  (Велтман)",  Историк  Марксист.  стр.4,  1927.  стр.266  və  b.;

"М.П.Павлович", Научныи работник, № 7-8, 1927, стр. 109 və b.; "М.П.Павлович (Велтман)" Краснаи Нива,

№27,  1927,  стр.18.  Bundan  başqa  Şövkət  Sürəyya  Aydemirin  Bakı  Qurultayında  qarşılaşdığı  Pavloviçlə  bağlı

məlumatı üçün bax: Şövkət Sürəyya Aydemir, Süyu arayan adam, Remzi Kitabevi, 4 basım, İstanbul, 1971

11. Чичерин Г.B. Воспоминания о М.П.Вельтмане-Павловиче. Памяти М.П. Павловича (Вельтмана),

Научная Ассоциация Востоковедения при 1ДК СССР, Москва, 1928.



Türkcədən çevirəni: 

Vüqar ÖMƏROĞLU

Yüklə 73,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə