«İqtisadiyyat və audit ».–2010.-№1-2.-S.35-39.
QLOBALLAŞMA ŞƏRAİTİNDƏ DÖVLƏTİN MALİYYƏ-KREDİT
SİYASƏTİ VƏ ONUN İNKİŞAF PERSPEKTİVLƏRİ
İqtisadi inkişafın yeni mərhələsi Azərbaycanın qabaqcıl dünya ölkələri ilə rəqabət aparmaq bacarığını
ortaya qoymuş, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirmişdir.
Son altı il (2003-2009-cu illər) sosial-iqtisadi inkişaf baxımından respublikamız üçün xüsusilə uğurlu
olmuşdur. Bu illər ərzində qəbul olunan proqramlar və layihələr uğurla başa çatdırılmış, iqtisadiyyatın dinamik
inkişafı, həyata keçirilən ardıcıl, məqsədyönlü islahatlar, biznesin inkişafı üçün yaradılan münbit şərait bir çox
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də daim diqqət mərkəzində saxlanılmış və yüksək qiymətləndirilmişdir.
Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrü artıq başa çatmışdır. İqtisadi sahədə Azərbaycanın belə bir
nailiyyətə imza atmasını şərtləşdirən əsas amillərdən biri həyata keçirilən uğurlu islahatlar olmuşdur. Ötən əsrin
son onilliyində Azərbaycanda əsası ümummilli liderimiz Heydər Əliyevin tərəfindən qoyulan islahatlar Prezident
İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməkdədir.
Məlumdur ki, iqtisadiyyatın dinamik inkişafında tarazlığın qorunub saxlanılmasında dövlətin rolu
böyükdür. Dövlət ölkənin iqtisadi həyatının tənzimlənməsində fəal iştirak edir. Bu baxımdan, iqtisadiyyatın
tənzimlənməsi dövlətin iqtisadi siyasətinin mahiyyətini təşkil edir. Dövlət iqtisadiyyatın bütün parametrlərini
tənzimləmək məqsədilə bir sıra tədbirlərdən (iqtisadi, siyasi və hüquqi) istifadə edir.
Dövlət maliyyə-kredit sistemi vasitəsilə düzgün pul-kredit, büdcə-vergi siyasətini həyata keçirməklə,
dövlətin maliyyəsini formalaşdırır və onu daim artırır.
Bir qayda olaraq, dövlət maliyyəsinin səmərəli idarə edilməsi üçün uzunmüddətli perspektiv tədbirlərin
proqnozlaşdırılması və həyata keçirilməsi tələb olunur.
Dövlət maliyyəsinin idarə olunmasında dövlətin maliyyə-kredit sisteminin tərkib hissəsi sayılan pul-kredit
və büdcə-vergi siyasətinin rolunu nəzərdən keçirək. Məlumdur ki, dövlətin idarə olunmasında mühüm əhəmiyyət
kəsb edən ölkə iqtisadiyyatı Mərkəzi Bank tərəfindən birbaşa deyil, pul-kredit sisteminin vasitəsilə tənzimlənir. Pul
tədavülü və kredit sahəsində uzlaşdırılmış tədbirlər sistemi kimi, bu siyasət əsas makroiqtisadi göstəricilərin
tənzimlənməsinə istiqamətlənir. Qiymət sabitliyinin təmin edilməsi, istehsalın real həcminin artması, tədiyə
balansının sabitliyi pul-kredit siyasətinin əsas məqsədləridir. Bu məqsədlərə nail olunması qlobal vəzifələrdir.
Bütövlükdə pul-kredit siyasətinin səmərəliliyi qısa və uzunmüddətli iqtisadi proseslər, pula tələb və təklifə
təsir edən amillər, pul kütləsinin dəyişməsi ilə qiymət səviyyəsi, istehsalın həcmi, məşğulluğun səviyyəsi, mübadilə
məzənnəsi və s. əsas makroiqtisadi parametrlərin qarşılıqlı əlaqələri barədə təsəvvürlərin reallığından asılıdır.
Azərbaycanda pul-kredit siyasətinin formalaşması iki qrup amillərin qarşılıqlı fəaliyyəti ilə şərtlənir. Birinci qrup
amil iqti sadi inkişafın xüsusiyyətlərini, daha doğrusu, mərkəzləşdirilmiş planlı iqtisadi sistemdən bazar tipli
müasir qarışıq iqtisadiyyata keçidi, ikinci qrup amil isə bu prosesin həyata keçirildiyi konkret sosial-iqtisadi şəraiti
səciyyələndirir.
Dövlətin pul-kredit siyasətinin bir-birinə əks olan xüsusilə iki növünü - əsasən, "mülayim" pul-kredit
siyasəti və "sort", başqa sözlə, "bahalı" pul-kredit siyasətini nəzərdən keçirək.
Mülayim pul-kredit siyasətini bəzən ucuz pul siyasəti də adlandırırlar. Belə olduğu təqdirdə Mərkəzi Bank
bir sıra zəruri tədbirlər həyata keçirmək məcburiyyətində qalır.
Mərkəzi Bank, ilk növbədə, açıq bazarda dövlət qiymətli kağızlarını alaraq, onlardan əldə olunmuş gəliri
əhalinin hesablarına və bankların ehtiyat hesablarına yerləşdirir, daha sonra faizlərin uçot dərəcələrini aşağı salır.
Bu cür hal depozit əməliyyatlarını genişləndirib, kredit faizlərini azaltmaqla, kommersiya banklarına geniş
imkanlar yaradır və nəticədə pul kütləsinin həcmi artır. Digər tərəfdən, iqtisadiyyatın kreditləşdirilməsi
imkanlarının genişlənməsinə səbəb olan bankların məcburi ehtiyat normalarını aşağı endirməklə, mülayim
pul-kre dit siyasəti, pul kütləsinin həcmi və kredit faizlərinin aşağı salınması vasitəsilə iqtisadiyyatın
tənzimlənməsinə nail olunur.
Qeyd olunduğu kimi, dövlətin pul-kredit siyasətinin ikinci növü sərt pul-kredit siyasətidir ki, bununla da
əlaqədar Mərkəzi Bank bir sıra tədbirlər həyata keçirir. Bu halda açıq bazarda dövlət qiymətli kağızlarını alaraq
kommersiya banklarının ehtiyat vasitələrini azaltmaqla, bankların kredit imkanları məhdudlaşır və pul kütləsinin
azalmasına səbəb olur. Eyni zamanda, bank faizlərinin uçot dərəcələrini artırır və bankların məcburi ehtiyat
normalarını yüksəldir.
Fikrimizcə, nəzərdən keçirdiyimiz bu iki növ pul-kredit siyasəti elastik pul-kredit siyasətini xarakterizə
edir.
Onu da qeyd etmək lazımdır ki, Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit siyasətinin əsas metodlarına
məcburi ehtiyatlar siyasəti, açıq bazara çıxma əməliyyatları, depozit siyasəti, valyuta siyasəti, diskont siyasəti və
yenidən maliyyələşmə daxil edilir.
Ümumiyyətlə, pul-kredit siyasəti metodları ilə iqtisadiyyata dövlətin təsiri pul sferası ilə mal və xidmətləri
istehsal edən sferaların sıx qarşılıqlı əlaqəsini nəzərdə tutur. Burada bazar iqtisadiyyatının əsas infrastrukturu olan
bank-kredit sistemi bələdçi kimi çıxış edir. Qloballaşma şəraitində sabit, müasir bank sisteminin yaradılması
pul-kredit siyasətinin həyata keçirilməsində zəruri şərt hesab edilir. Bu baxımdan, qloballaşan bazar iqtisadiyyatı
şəraitində ölkənin ən vacib və mürəkkəb problemi, pul-kredit siyasətinin məqsədi müəyyən edilməli və
tənzimlənmə vasitələri düzgün seçilməlidir.
Digər tərəfdən, pul-kredit siyasətinin uğuru, eyni zamanda, pul tənzimlənməsinin seçilmiş prinsiplərindən
çox asılıdır. Respublikamızda Mərkəzi Bankın pul tənzimlənməsinin mühüm xüsusiyyəti monetar siyasətin
prinsiplərinə istiqamətlənməsidir.
Azərbaycanda Mərkəzi Bank inflyasiyanı nəzarətə götürmək üçün sort pul-kredit siyasətindən istifadə
etməklə, pul kütləsinin məhdudlaşdırılmasında başlıcası istehsal sferasına keçərək məcmu tələbin kəmiyyətinə
deyil, quruluşuna təsir göstərir. Bununla da pul kütləsinin məhdudlaşdırılması vasitəsilə şərtlənən tələbin ixtisarı,
ilk növbədə, istehlak mallarının qiymətinin aşağı salınmasına səbəb olur. Təcrübədə pul kütləsini məhdudlaşdırmaq
və onun yerinin spekulyativ sferalara dəyişdirilməsi yolu ilə inflyasiyanın nəzarətə götürülməsi iqtisadiyyatın real
sektorunu vəsaitsiz qoymaqla, nəticə etibarilə ödəmələr böhranı yaranmış olur. Onda belə bir qənaətə gəlmək olar
ki, iqtisadiyyatın dezinteqrasiyası şəraitində pul kütləsinin məhdudlaşdırılması siyasətinin həyata keçirilməsi
başlıca məqsədə - inflyasiyanın nəzarətə götürülməsinə nail olmağa gətirib çıxarmır, əksinə, iqtisadiyyatın real
sektorunun tənəzzülü fonunda məcmu tələbin məhdudlaşdırılması ilə artıq mövcud makroiqtisadi nisbətlərin təkrar
istehsalmı davam etdirmiş olur. Pul-kredit siyasətini tənzimləmək üçün istifadə olunan və tərəfimizdən nəzərdən
keçirilən bütün vasitələr bərabər səviyyədə aktiv və digər tərəfdən, onun bu siyasətin on vacib amili olan rəqabətə
təsirinin eyni olmasıdır.
Bununla əlaqədar olaraq, Mərkəzi Bank tərəfindən iki istiqamətdə: kommersiya banklarına təsir edən
amillər və bütün kredit institutlarına təsir edən amillər ilə tədbirlər həyata keçirilməlidir.
Beləliklə, araşdırmanın nəticəsi olaraq qeyd etmək lazımdır ki, pul-kredit sisteminin tənzimlənməsi,
fikrimizcə, real iqtisadi şərait nəzərə alınmaqla həyata keçirilməli, eyni zamanda, adekvat metodlar və vasitələr
işlənib hazırlanmalıdır. Qloballaşma şəraitində bazar iqtisadiyyatı dövrünü yaşayan ölkəmiz iqtisadi inkişafın
hazırkı mərhələsində səmərəli bank-kredit sistemini formalaşdıraraq, "mülayim" və "bahalı" pul siyasətinin çevik
uzlaşdırılması əsasında özünün pul-kredit siyasətinin əsas parametrlərini müəyyənləşdirməklə, bütün sferalarda
iqtisadi inkişafın yüksək artım tempinin təmin olunmasına, yeni iş yerlərinin yaradılmasına, inflyasiyanın qarşısının
vaxtında alınmasına nail olmaq mümkündür.
Qeyd etmək lazımdır ki, dövlət pul-kredit sistemini tənzimləmək məqsədilə uçot məzənnələri, açıq bazarda
əməliyyatlar və məcburi ehtiyatlanma sistemi vasitəsilə iqti sadiyyata təsir etməkdə istifadə edirsə, maliyyə
siyasətinin əsas tərkib hissəsi kimi, vergi sistemi vasitəsilə vergi məzənnələrini dəyişməklə istehsala yönəldilən
gəlirlərin ölçüsünə təsir göstərir. Bütövlükdə dövlətin büdcə-vergi siyasəti maliyyə-kredit siyasətinin tərkib hissəsi
olmaqla, iqtisadi sabitliyə xidmət etməlidir. Maliyyə-kredit siyasəti isə makroiqtisadi siyasətin bir elementi
olmaqla, ölkənin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına yönəldilməlidir.
Dövlət büdcəsi hökumətin fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunan ən iri pul fondudur ki,
əsasən Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən istehsal , xidmət və xarici iqtisadi fəaliyyət
zamanı mallara tətbiq olunan vergi və rüsumlara əsasən yığılan ödənişlər, habelə icarə haqqı və müəyyən hissəsi
neftdən daxilolmalar hesabına formalaşır.
Hazırda əksər ölkələrdə büdcə gəlirlərinin əsas hissəsini vergi daxilolmaları təşkil edir. Eyni zamanda,
büdcə gəlirlərinin formalaşdırılmasında dövlət istiqrazları və qiymətli kağızların emissiyası da müəyyən rol
oynayır. Vergi siyasəti həm dövlət, həm də bazarın digər iştirakçıları üçün iqtisadiyyatın real sektorunun maliyyə
vəziyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək əlverişli vergiyə cəlbetmə şərtlərinin yaradılmasına
istiqamətlənməlidir. Onun əsas vəzifələrinə ödəməmələrin səviyyəsinin azaldılması və vergi bazasının
optimallaşdırılması məqsədilə vergi qanunvericiliyinin kompleks şəkildə yenidən qurulması, mövcud vergi
güzəştlərinin dövri olaraq yenidən nəzərdən keçirilməsi, vergi inzibatçılığının sərtləşdirilməsi və s. tədbirlər aiddir.
Büdcə siyasətinin əsas vəzifələrindən biri dövlət büdcəsində yaranan problemlərin aradan qaldırılmasıdır.
Bu baxımdan, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli 358-IIQ nömrəli
Qanununa əsasən, hər il üçün "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda büdcənin
gəlirlər və xərclər hissəsi təsdiq olunur. Dövlət büdcəsinin gəlirlər və xərclər hissəsində il ərzində yaranması
proqnozlaşdırılan problemlər "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Dövlət büdcəsində yarana bilən problemlərin vaxtında aradan qaldırılması məqsədilə bir sıra aktual vəzifələrin
yerinə yetirilməsi də vacib hesab edilir. Bu vəzifələrə büdcə xərclərinin səmərəliliyinin artırılması; nəzarət
sis temini
gücləndirilməsi;
dövlət
gəlirlərinin
və
büdcə
vəsaitlərinin
xəzinədarlığın
hesablarında
mərkəzləşdirilməsi; büdcə vəsaitlərinin təyinatı üzrə və məqsədli xərclənməsinə dair çevik mexanizmin işlənib
hazırlanması; məqsədli dövlət proqramlarının həyata keçirilməsinin optimallaşdırılması; dövlətin daxili və xarici
borclanma siyasətinə uyğun idarə olunmasının təkmilləşdirilməsi aid edilə bilər.
Dövlətin büdcə siyasəti əsasən investisiya və sosial yönümlü olmalıdır.
2003-2009-cu illər üzrə dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanunlarına əsasən
büdcənin gəlirlər və xərclər hissəsini nəzərdən keçirməklə ölkənin böyük dinamik inkişafa malik olduğunu görərik.
Dövlət büdcəsinin gəlirləri və xərclərinin dinamikası
(2003-2009-cu illər)
İllər
Gəlirlər,
mln. manatla
Artım, %-lə
Xərclər,
mln. manatla
Artım, %-lə
2003
1220,9
100,0
1234,5
100,0
2004
1509,5
123,6
1502,1
121,7
2005
2055,2
168,3
2140,7
173,7
2006
3868,8
316,9
3790,1
307,0
2007
6006,6
492,0
6086,2
493,0
2008
10762,7
881,5
10774,2
872,7
2009
12177,0
997,4
12355,0
1000,8
Cədvəldən göründüyü kimi, 2008-ci və 2009-cu illər üzrə 2003-cü il ilə müqayisədə həm büdcənin gəlirləri
və həm də xərcləri ən yüksək hədlə - müvafiq olaraq, gəlirlər hissəsi 881,5 və 997,4 faiz artımla, xərclər hissəsi,
müvafiq olaraq, 872,7 və 1000,8 faiz artımla müşayiət olunmuşdur. Bu illər ərzində sosial və investisiya yönümlü
olduğunu nəzərə alaraq, dövlət büdcəsi büdcə təşkilatlarında çalışanların əməkhaqqının ödənilməsinə, əhalinin
aztəminatlı təbəqələrinə kompensasiyaların verilməsinə, müasir texnologiyanı tətbiq etməklə istehsal sahələrinin
yaradılmasına, infrastruktur layihələrinin yerinə yetirilməsinə və bununla da işsizliyin səviyyəsinin azaldılmasına
və dövlət büdcəsində nəzərdə tutulan digər təyinatlı xərclərə yönəldilmişdir.
Dünya iqtisadi böhranı şəraitində inkişaf etmiş dövlətlərin iqtisadiyyatında geriləmə müşahidə olunsa da,
Azərbaycanda artım tempinin nəzərə çarpması büdcə gəlirlərinin tam formalaşmasına yönəlmişdir. Ölkənin
sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun hazırlanaraq parlamentdə qəbul edilən 2010-cu ilin dövlət büdcəsində
dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər də nəzərə alınmaqla, büdcə vəsaitləri əsasən əhalinin
maddi rifah halının yaxşılaşdırılmasına, investisiya qoyuluşlarının həyata keçirilməsinə və makroiqtisadi sabitliyin
təmin olunmasına istiqamətlənmişdir.
Qeyd etmək lazımdır ki, dünyada qlobal maliyyə və iqtisadi böhranın tüğyan etdiyi bir zamanda ölkənin
2010-cu il üçün təsdiq olunmuş dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 34,4% (3 milyard 878
milyon manat) təşkil edir ki, bu da 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. Digər
tərəfdən, büdcədə bütün sosial layihələrə, elm, təhsil, səhiyyə və digər tədbirlərə daha çox diqqət yetirilmişdir. Belə
ki, 2009-cu il ilə müqayisədə 2010-cu ildə dövlət büdcəsi xərclərinin tərkibində sosial müdafiə və sosial təminat
xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz təşkil
etmişdir.
Ümumiyyətlə, belə nəticəyə gəlmək olar ki, büdcə siyasəti iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün
əsas şərtdir.
Fikrimizcə, büdcə-vergi siyasətinin səmərəliliyini artırmaq məqsədilə bir sıra tədbirlərin görülməsi də
vacibdir.
Belə tədbirlər sırasına:
• büdcə-vergi siyasətinin dövrü olaraq təkmilləşdirilməsi;
• büdcənin gəlir və xərclərinə nəzarəti gücləndirməklə şəffaflığın təmin edilməsi;
• gəlir və xərclərin strukturanun optimallaşdırılması;
• investisiya layihələrinin maliyyələşdirilməsinin genişləndirilməsi;
• büdcədənkənar fondların və bütün səviyyəli büdcələrin balanslaşdırılması;
• pul-kredit və büdcə-vergi siyasətinin vahidliyinin qarşılıqlı əlaqələrinin uzlaşdırılması vasitəsilə təmin
edilməsi;
• dövlət mülkiyyətindən istifadənin səmərəliliyinin artırılması;
• beynəlxalq maliyyə münasibətlərinin inkişafının təmin edilməsi;
• ümumi daxili məhsulda büdcə gəlirlərinin xüsusi çəkisinin daim artırılması aiddir.
Büdcə-vergi sistemində əsas strategiya, ilk növbədə, real büdcənin təmin olunmasını tələb edir. Real büdcə
ölkənin makroiqtisadi göstəriciləri əsasında tərtib olunmaqla, sosial-iqtisadi problemlərin həlli məqsədilə vergi
yığımları vaxtında büdcəyə təmin olunmalıdır. Bu zaman formalaşan gəlirlər hesabına büdcənin xərclərini ödəmək
mümkün olar. Qeyd olunanları nəzərə almaqla, belə bir nəticəyə gəlmək olar ki, iqtisadiyyatın və maliyyə-kredit
sisteminin sabitləşdirilməsi üçün bütün səviyyəli büdcələrin balanslılığının təmin edilməsi və makroiqtisadi
göstəricilərin real proqnozu əsasında təsdiq olunması, vergiqoyma bazasının genişləndirilməsi məqsədilə kompleks
tədbirlərin görülməsi, Mərkəzi Bank tərəfindən manatın valyuta əməliyyatları və valyuta hesabları üzərində
nəzarətin gücləndirilməsi yolu ilə sabitləşdirilməsi, pul-kredit siyasətinin faiz dərəcələrinin tənzimlənməsi
istiqamətində dövri olaraq zəruri tədbirlər görülməlidir.
Ümumiyyətlə, fikrimizcə, dövlət tərəfindən iqtisadi həyatın tənzimlənməsi məqsədilə pul-kredit və
büdcə-vergi siyasəti daim təkmilləşdirilməli, onun gələcək perspektiv imkanları araşdırılmalıdır. Bunun üçün
dövlət iqtisadi artımın tarazlığının qoruması məqsədilə iqtisadiyyatın bəzi sahələrini stimullaşdırmalı, yeni texnika
və texnologiyanın tətbiqi ilə investitsiya-innovasiya siyasətini gücləndirməklə yeni istehsal sahələrini yaradaraq
əlavə iş yerlərini açmalı və əhalinin məşğulluq səviyyəsini artırmalı, bu problemli məsələni daim nəzarətdə
saxlamalıdır. Eyni zamanda, baş verən qlobal maliyyə və iqtisadi böhranın fəsadlarının qarşısının vaxtında alınması
üçün qabaqlayıcı təxirəsalınmaz tədbirlər görülməklə inflyasiyanı idarə etməli, xarici valyutaya nisbətdə milli
valyutanın dayanıqlığı təmin olunmalıdır.
N.M. VAHABZADƏ,
Azərbaycan Respublikası Dövlət Sosial
Müdafiə Fondunun aparıcı məsləhətçisi
ƏDƏBİYYAT:
1. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu. 2 iyul 2002-ci il.
2. "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunları (2003-2010-cu illər).
3. Musayev A.F., Kəlbiyev Y.A., Hüseynov A.A. Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və
nəticələr. (Dərslik). - Bakı: "Təfəkkür" NPM, 2002.
4. Sadıqov M.M. Azərbaycan Respublikasının maliyyə potensialının formalaşma problemləri. - Bakı: Elm,
2001.
5. Мусаев А.Ф., Садыгов M.M., Магеррамов Р.Б., Салаев Р.А. Налоги и налогообложение в
Азербайджане (Учебник). - Баку: Елм, 2005.
6. Финансы и кредит: Учебник / Под ред. Н.Г.Кузнецова, К.В.Кочмола, Е.Н.Алифановой. - Ростов
н/Д: Феникс, 2010.
ФИНАНСОВО-КРЕДИТНАЯ ПОЛИТИКА ГОСУДАРСТВА
И ПЕРСПЕКТИВЫ ЕЕ РАЗВИТИЯ В УСЛОВИЯХ ГЛОБАЛИЗАЦИИ
Резюме
В статье приведен подробный анализ сути денежно-кредитной и бюджетно-налоговой политики,
которая считается составной частью финансово-кредитной системы государства в условиях глобализации,
исследована роль денежно-кредитной политики в экономике страны и мероприятия, осуществляемые с
целью своевременного предотвращения инфляции как результат правильного регулирования, проводимого
Центральным Банком, и изучено рациональное использование денежной массы. В статье также нашли свое
отражение налогообложение с учетом ситуации, происходящей в мировой экономике посредством создания
условий для должного осуществления налоговой политики, и обеспечение, посредством правильного
направления, формирования государственного бюджета.
FINANCIAL AND CREDIT POLICY OF THE STATE AND
PROSPECTS OF ITS DEVELOPMENT IN A GLOBALIZING
Summary
The paper presents a detailed analysis of the effect of monetary management and budgetary and tax policy,
which is considered an integral part of the financial and credit system of the state in a globalizing, explored the role
of monetary and credit policy in the economy of the state and the activities carried out in order to timely prevent
infla tion as the result of proper management conducted by the Central Bank, and studied the efficient management
of money supply. The paper also reflects the taxation with consideration of the situation occurring in the global
econ omy by creating conditions for the proper implementation of tax policies and ensuring through proper
direction the formation of the state budget.
Dostları ilə paylaş: |