Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə1/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
  1   2   3   4   5   6   7   8   9   ...   51


Çingiz Salmanov
 
 
 
 
 
 
 
 
 
 
 
Ã
ÃÓÁÀÄËÛÍÛÍ  
ÉÅÐ-YURD ÀÄËÀÐÛ 
(Мононимляри) 
 
 
 
 
 
 
 
 
 
 
Sumqayıt  - 2015 


 
 

 
Ряйчиляр:   1. Ширхан Дадаш оьлу Сялимов  
Тарих елмляри докторu, профессор 
 
 
 
2. Исмайыл Айдын оьлу Аьайев 
 
Филолоэийа елмлярi üzrə фялсяфя доктору  
 
 
Елми редактор:  
Етибар Талыблы  
   
 
Филолоэийа елмляр намизяди, фолклоршüнас
 
 
Редактор:  
  Севинж Чяркяз гызы Мяммядова  
 
 
 
Филолоэийа елмляри üzrə фялсяфя доктору
 
 
 
Bu kitab qədim Qubadlı ellərinin tarixi, coğrafiyası, etnoqrafiyası, 
dil tarixini əks etdirən toponimlərdən bəhs edir.  
Qubadlı  torpaqlarını  gəzmiş xalqın yaddaşında yaşayan yer-yurd 
adları informatorlardan toplanmış, onların elmi-linqvistik və etimoloji 
təhlili verilmişdir.  
Kitabın qiymətli cəhətlərindən biri də odur ki, indiyədək Qubadlı 
rayonunda tədqiqat obyekti olmayan toponimlər ilk dəfə olaraq elmi- 
nəzəri baxımdan ərazilərin tarixi, coğrafiyası ilə bağlı şəkildə araşdırılır, 
müqayisəli toponimlər,  başqa  ərazidə olan oxşar toponimlərin arealları 
sənədlər  əsasında göstərilir. Tayfa adlarının, qədim yurd yerlərinin 
əsərin içərisində verilməsi onun dəyərini qat-qat artırır. 
 
Чинэиз Салманов  
 
ГУБАДЛЫНЫН ЙЕР-YURD АДЛАРЫ (mononimləri) 
Сумгайыт «Азяри» няшриййаты– 2015, 
 
264 сящифя. 
 
M
D
09
442
392
525000
 
 
© «Азяри» няшриййаты, 2015 


 
 

 
 
 
 
 
 
 


 
 

MÜƏLLИFDƏN 
 
Hörmətli oxucular! İxtiyarınıza veriləcək bu 
kitabda Qubadlının hər bir kəndi və bütövlükdə 
Qubadlıda olan yer-yurd adları haqqında məlumatlar 
verilmişdir. 
Yer adları tarixin yaddaş kitabıdır.Bu kitabın 
yarpaqlarında Qubadlı elinin keçmişi, ağrı  dolu, 
sevinc dolu yaşantısı, günü-güzəranı yaşayır. 
Qədim yurd adlarımızı öyrəndikcə elimizin yüz 
illər arxada qalmış keçmişi öz gizlincini açır, hər şey 
aydınlaşır,durulur... 
Babalarımızdan bizlərə nə qalıbsa, onlar əzizdir, 
toxunulmazdır, o qalanlar tarixdən gələn səslərə 
sevgi dolu bağlılıqdır. 
İnsan qəriblikdə yaşayıb yaşa dolduqca doğulub 
boya-başa çatdığı ata-baba yurdu, gəzdiyi dağlar, 
dərələr, meşələr, suyundan içdiyi buz bulaqlar onun 
üçün  əlçatmaz xatirələrin zirvəsindən daha əziz 
görünür. 
Əzəmətindən güc aldığımız uca dağlarımız, bizə 
layla çalan Həkərimiz, Bərgüşadımız ,nəfəsini 
bizlərə verən yaşıl ormanlarımız, illər boyu düşmən-
lərinə baş  əyməyən qalalarımız indi düşmənin 
tapdağı altında inildəyir, bizlərdən imdad gözləyir. 
Qubadlı  Zəngəzurda,  eləcə  də bütöv Azərbay-
canda özünəməxsus füsunkarlığı ilə seçilən, son 
dərəcədə gözəl olan bir ərazidir. Onu deyim ki


 
 

ərazidə yaşayan insanlar ilə bu yerlərin təbiəti bir-
birlərini tamamlayır.  Həm də  bu bölgə  özünün 
qədim tarixi abidələri, saf və  mərd  insanları ilə 
daima diqqəti cəlb etmişdir.  
Qubadlı torpaqlarına daxil olarkən Zilanlının, 
Mahruzlunun Gəyən düzləri, Xanlıq aşırımından 
aşanda  isə  göz qabağına gələn Hərtiz,  Səngər 
dağının insanı heyran edən mənzərələri açılırdı. 
Düşünürdün ki, görəsən, hansı qüvvə bu dağları 
bir yerə toplayıb, səliqə ilə sıralayıb? Rayona doğru 
burulanda Səlk dağının, Kəpəz dağının üstündə göy 
dumana bürünmüş zirvənin ətəyində Cibikli, Anabat, 
Seytas meşələri görünürdü və  gələn hər kəsi  özünə 
səsləyirdi. 
Həkərinin və  Bərgüşadın sahillərinə baxanda 
bağlı-bağatlı  kəndlərimiz  göz oxşayırdı.  Sıldırımlı 
qayaların üstündəki  İstehkam qalalarımız,  Qaçaq 
Nəbinin, Qaçaq Həcərin, Qaçaq Qabilin, Qaçaq Ləti-
fin sığındıqları  sərt qayalar, papaqlı daşlar, başı 
bəlalı camaatımızın sanki sığınacağı idi. Qubadlının 
təbiəti təzadlı və sərt olduğu kimi insanları da mərd, 
əyilməz və qətiyyətlidirlər. 
Kitabda başı min bir bəla çəkmiş insanların gör-
dükləri işlər, dağıdılmış, xarabalığa çevrilmiş qədim 
yurd yerlərimiz haqqında məlumatlar toplanmışdır. 
Kitabda Qubadlı rayonunun tarixi coğrafiyası, 
ərazi inzibati quruluşu,  ərazidə olmuş  qədim kənd-
ləri, dağları, dərələri, çayları, bulaqları, meşələri, 
düzləri haqqında məlumatlar öz əksini tapmışdır.  


 
 

Kitab 4 fəsil, 17 bölmədən ibarətdir. Kitabın bü-
tün fəsilləri qiymətli mənbələr olan “İcmal dəftər-
ləri”, “Müfəssəl dəftərlərdən” və digər mənbələrdən 
Qubadlının tarixinə istinad olunaraq yazılmışdır.  
I Fəsil. Qubadlı Azərbaycanın qədim torpaqları-
dır mövzusu ilə başlayır. Təbriz xanlığı, Qaradağ 
xanlığı dövrlərindən başlayır. Qarabağ xanı Meh-
diqulu xanın öz oğluna Xanlıq kəndi  ərazisində 
saray tikdirməsi, əraziləri ona tapşırması, Sarıyataqlı 
Mustafa xana isə digər  ərazilərin tapşırılması ilə 
sonluqlanır.  
II Fəsil. Rayonun kəndlərinin adları və yerləşdiyi 
əraziləri verilmişdir. 
III  Fəsil. Oronimlərin adlarının necə yaranması, 
nəyə  əsaslanaraq toponimləşməsi haqqında məlu-
matlar toplanmışdır.  
IV Fəsil. Rayon ərazisində olan bulaqlar, çaylar,  
digər su mənbələri və onların ətrafında yaşayan tay-
faların kimlər olduğu haqqında məlumatlar öz əksini 
tapır.  
Kitabda Qubadlının zəngin mədəniyyəti, tarixi 
abidələri, mədəni-maarif müəssisələri, kənd təsər-
rüfatı, təbii ehtiyat mənbələri, yazıçıları,  şairləri, 
alimləri, qəhrəman insanları haqqında məlumatlar da 
var. 
Dünyanın bir çox tarixçi alimlərinin yazdıqları 
əsərlərə müraciət edilməklə erməni alimlərinin tarix 
boyu etdiyi saxtakarlıqların üzə  çıxarılması, hətta 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə