Qulam Mammadli cdr



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix14.12.2017
ölçüsü0,8 Mb.
#15612
  1   2   3   4   5   6   7   8   9   ...   34


Qulam Məmmədli

Qulam Məmmədli

Qulam Məmmədli

imzalar


imzalar

ISBN 995221040-8




Qulam Məmmədli

İ M Z A L A R

М. Ф. Ахундов адына Азярбайъан Милли Китабханасы

Azərbaycan Dövlət Nəşriyyatı

Bakı-1977

Elmi redaktoru

prof. A. Zamanov




В. Бящмянли

Я. Ясядзадя

Н. Мащмудов

А. Аллащвердийев

С. Сямядова

Гулам Мяммядли

Имзалар

“Хатун Плйус“

Бакы

2010


Бурахылыша мясул:

Редактор:

Дизайн:

Компцтер сящифяляйиъиси:

Корректор: 

М. Ф. Ахундов адына 

Азярбайъан Милли Китабханасы 

Ясяр чапа щазырланаркян илк няшрин китаб эюстяриъиляри сахланылmышдыр

ISBN  995221040-8


 

3

REDAKTORDAN 

 

Məlumdur ki, hər hansı böyük və ya kiçik müqəddiməni



adətən, oxucunun diqqətini kitaba cəlb etmək üçün yazırlar. 

Mətbuatımızın və nəşriyyatımızın veteranı, qocaman ədib Qulam 

Məmmədlinin tərtib edib nəşrə hazırladığı bu kitabın belə bir 

köməyə ehtiyacı yoxdur. Azərbaycan ədəbiyyatında və mətbua-

tında müxtəlif zamanlarda işlənən gizli imzaların və təxəllüslərin 

şərhinə həsr olunmuş bu kitab, heç şübhəsiz ki, özü diqqəti cəlb 

edəcək, mütəxəssislər, müəllimlər və oxucular üçün faydalı kitab 

olacaqdır. 

Biz ancaq bir cəhəti qeyd etmək istəyirik. Bu kitab Azər-

baycan mətbuatının tarixi ilə bilavasitə bağlı olan, mətbuat xa-

dimlərimizin bir neçə nəslini yaxından tanıyan, onların bir çoxları 

ilə dostluq edən, qəzetlərin, jurnalların səhifələrində, arxivlərin 

təkində uzun illər boyu axtarışlar aparan yorulmaz tədqiqatçı, 

qocaman jurnalist Qulam Məmmədlinin yarım  əsrlik gərgin 

əməyinin, fəal müşahidələrinin məhsuludur. 

“Bir neçə söz” adı altında kitaba yazdığı kiçik müqəd-

dimədən biz öyrənirik ki, Q.Məmmədli hələ 60 il əvvəl – 1917-ci 

ildən gizli imza müəlliflərinin  şəxsiyyətləri ilə maraqlanmağa 

başlamışdır. Müəllifin özünün də dediyi kimi, ola bilər ki, burada 

verilmiş dörd minə yaxın gizli imzanın bəzilərinin sahibləri dü-

rüst göstərilməmişdir. Çox ehtimal ki, bir sıra gizli imzalar kitaba 

düşməmişdir. Lakin ümumiyyətlə götürüldükdə, demək lazımdır 

ki, ədəbi ictimaiyyətin və oxucuların mühakiməsinə təqdim edi-

lən həmin kitab nəşriyyatımızın tarixində bu mövzuda ilk qiymətli 

əsərdir. 

 

 





BİR NEÇƏ SÖZ 

 

Naməlum, gizli, örtülü və uydurmalı imzalar, müəllifi mə-



lum olmayan müxtəlif təxəllüslər, əsas etibarı ilə birinci rus inqi-

labından sonra Azərbaycan mətbuatında, xüsusən satirik qəzet 

və jurnallarda görünməyə başlamışdır. Bu kimi imzalarla çıxan 

şeir və nəsr əsərlərinin çoxu satirik səciyyədə olsa da, ədəbiyya-

tımızda əvvəllər tez-tez rast gəldiyimiz həcvlərə oxşamırdı. Çünki 

əvvəllər həcv yazan şairlər əksəriyyətlə bu və ya digər bir adama 

sataşır, əksər hallarda isə bu həcvlər subyektiv münasibətlərdən 

irəli gələn “öcəşmələrdən” ibarət olurdu. Buna görə  də belə 

əsərlərin müəllifləri öz adlarını gizlətmirdilər. 

Birinci rus inqilabından sonra nəşrə başlayan qəzet və 

jurnallardakı gizli imzaların sahibləri isə belə hərəkət etmirdilər. 

Onlar öz əsərlərində ictimai məsələlərə toxunur və  mətləb ilə 

bağlı olan “qəhrəmanın” əməllərinə gülürdülər. Buna görə idi ki, 

bir çoxları acı gülüş doğuran belə əsərlərdə özlərini görür, şəx-

sən adları  çəkilməsə  də, xalq arasında “barmaq ilə göstərilmək 

şərəfi” qazandıqlarını hiss edirdilər. Belə “qəhrəmanlar”, adətən, 

“millət atası” sayılan bəylər, xanlar, ruhanilər, mülkədarlar, dövlət 

məmurları, tacirlər, mollalar və s. tüfeylilər idi. 

Zəhmətkeş xalqın istismarına qarşı etiraz, burjua və feodal 

əxlaqına, dini xurafat və cəhalətə qarşı mübarizə məqsədi ilə ya-

zılmış satirik əsərlər təbiidir ki, müəllifləri üçün, onların həyatı üçün 

təhlükə doğurmaya bilməzdi. Keçmişdəki ağır  şəraitdə, mətbu-

atda açıq imza ilə quruluşu, istismarçı sinfi tənqid etmək, şübhə-

siz ki, qorxulu idi. Misal üçün, hələ 1905-ci il inqilabından qabaq 

Göyçaydan “Şərqi-Rus” qəzetinə yazılmış məktubda deyilirdi: 

“Ad yazmadıq. Ad yazan vaxtda hər tərəfdən məzəmmət 

edirdilər. Ona görə  də ad yazmamağı xahiş edirik... hərgah     



 

5

qəzetdə bizim adımız olsa da, daha yazmarıq. Hərgah adımızı 



yazmasanız, həmişəlikdə sizə söz yazarıq. Vəssəlam”

.



 

1906-cı ildə  nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının 

ilk nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox 

idi. Beləliklə də, “Molla” örtülü imza ilə mətbuatda çıxış etməyi 

“qanuni” bir şəklə saldı. Doğrudur, bu daimi deyil, müvəqqəti bir 

çıxış yolu idi. Müvəqqəti idi, ona görə ki, haradan yazan, necə 

yazan bir müəllifin üç-dörd yazısı göründükdən sonra dil, ifadə 

və üslub xüsusiyyətləri ilə yazı sahibinin kim olduğu müəyyən 

edilir, həmin şəxs təqiblərə məruz qalırdı. Buna görə də “Molla 

Nəsrəddin” jurnalında və başqa satirik orqanlarda gizli imza ilə 

iştirak edən müəlliflər tez-tez imzalarını dəyişməli olurdular. 

Mətbuatda, xüsusən satirik mətbuatda zamanın ictimai 

dərdlərini, eybəcərliklərini ürək ağrısı ilə  kəskin tənqid atəşinə 

tutan mühərrirlərin keçmişdə mürtəce qüvvələr tərəfindən necə 

şiddətli təqib olunmalarına dair yüzlərlə və daha çox misallar gə-

tirmək olar. Bakı qoçularının “qozdəstə” götürüb Tiflisə Molla 

Nəsrəddini (Cəlil Məmmədquluzadəni – Q. M.) öldürməyə get-

mələri,  Şamaxıda Mirzə  Ələkbər Sabirin başına gətirilmiş müsi-

bətlər, Suraxanıda mətbuat həvəskarı Əbdülbağı Cəbrayıl oğluna 

atəş açılması, Mərvdə müxbir Yusif Heydərzadənin polis idarə-

sində  qətl edilməsi, Təbrizdə  İskəndər Qaffarinin məscid həyə-

tində döyülməsi və bir başqasının qəzet oxuduğu üçün Təbriz 

küçələrində doğranması, mollanəsrəddinçi şairlərdən Ə.Qəmkü-

sarın Naxçıvanda,  Əli Razinin Gəncədə küçədə döyülmələri, 

müctəhidlərin Mirzə Cəlilin qətlinə fərman vermələri, Mirzə Cəli-

lin, Ömər Faiqin və  Qəmküsarın dəfələrlə  məhkəməyə  çəkil-

mələri, “Molla Nəsrəddin” jurnalının idarəsinə göndərilən hədə-

qorxu məktubları və s. . .  

Odur ki, yuxarıda deyildiyi kimi, gizli imzalar bəzən “faş” 

olunur, nəticədə müəlliflər gizli imzalarını da “gizlətmək” məc-

                                                 

 “Şərqi-Rus”, 24 noyabr 1904, № 174. 



 

buriyyəti qarşısında qalıb tez-tez dəyişirdilər. Buna görə  də bir 



müəllif bir neçə gizli imzadan istifadə etməli olmuş, hətta, bəzən 

hansı gizli imzalardan istifadə etdiklərini onların özləri belə son-

ralar unutmuşlar. 

Məsələn, Cəlil Məmmədquluzadənin özü “Molla Nəsrəd-

din”də  də  işlətdiyi gizli imzaların bir çoxunu unutduğu üçün 

1927-ci ildə Tiflisdə – jurnalın ilk mürəttiblərindən İsmayıl Haqqı 

Həsənzadəyə məktub yazıb gizli imzalarını ondan soruşmuşdur. 

Mirzə Cəlilin həmin məktubuna İ.H. Həsənzadə belə cavab ver-

mişdir: 

“Mən bunu iqrar edirəm ki, məcmuənin Tiflisdə  çıxan 

birinci nömrəsindən ta axıradək “Molla Nəsrəddin” imzası ilə, 

“Lağlağı” imzası ilə, “Hərdəmxəyal” imzası ilə, “Dəli” imzası ilə, 

“Cırcırama” imzası ilə  və “Dəmdəməki” imzası ilə yazılan cəmi 

məqalələr sən Cəlil Məmmədquluzadənin öz əli ilə yazılmış mə-

qalələrdir”. 

Əlbəttə, İsmayıl Haqqının göstərdiyi imzalardan Mirzə Cəlil 

istifadə etmişdir. Lakin həmin imzalardan yalnız Mirzə Cəlil deyil, 

başqaları da istifadə etmişlər. Məsələn, “Lağlağı” imzası ilə C. 

Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məşədi Qurbanəli 

Şərifov,  Əbdürrəhimbəy Haqverdiyev, Rzaqulu Nəcəfov istifadə 

etdiyi kimi “Mozalan” imzasından da Mirzə Cəlil, Ə. Haqverdiyev, 

Məşədi Qurbanəli və Salman Mümtaz da istifadə etmişlər. 

Beləliklə də, bir müəllifin bir neçə imzadan, bir neçə müəl-

lifin bir imzadan istifadə etməsi kimi bir hal meydana gəlmişdir. 

Bir nəfərin bir neçə gizli imzadan istifadə etməsinin səbə-

bini mollanəsrəddinçi şair Əli Nəzmi sonralar Mirzə Cəlil haqqın-

da yazdığı “Böyük jurnalist” adlı məqaləsində belə izah etmişdir: 

“Molla Nəsrəddin”in bəzi müxburləri olmuşdur ki, təsadü-

fən məcmuəyə bir və ya iki məktub göndərib xoşagələn imzalar 

atmışdır. Məsələn: Mozalan, Cırcırama, Sırtıq, Lağlağı, Hərdəm-

xəyal və s. Sonra isə bu imza sahiblərinin bəzisi idarə ilə heç bir 

əlaqə saxlamırdı. Mirzə Cəlil imzalar müxtəlif olsun deyə bu im-




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə