Qur’an təHRİf olunmayib



Yüklə 378,08 Kb.
tarix04.11.2017
ölçüsü378,08 Kb.
#8278
növüYazı

Quran təhrİf olunmayıb!


Bismillahir-Rəhmanir-Rəhim

Şiələr barəsində aparılan əks təbliğatlara bax­ma­yaraq biz inanırıq ki, hal-hazırda bizim və bütün dünya müsəlmanlarının əlində olan Qur’an eynilə Peyğəmbəri-Ək­rəm Œ-ə nazil olan Qur’andır və onun hətta bir kəlməsi belə, artırılıb və ya azaldılmamışdır. Təfsir, üsu­li-fiqh və s. elmlər sahəsində yazılan çox­lu kitab­larda bu müddəaya dair aşkar mətləblər mövcud­dur, əqli və nəqli dəlillər vasitəsi ilə də sübut olun­muş­dur.

Biz bütün müsəlman alimlərinin – istər şiə, istərsə də sünnü – fikir birliyinə əsasən, inanırıq ki, Qur’ana heç bir şey əlavə edilməmişdir; eləcə də hər iki tərəfin (sünnü-şiə) mühəqqiqlərinin təqribən yekdil fikrinə əsa­sən, Qur’andan heç bir şey azaldılmamışdır. Hər iki qrup­dan olan çox az adamlar Qur’andan müəyyən bir şeyin azal­dılmasına inanırlar ki, onların da sözləri məşhur İslam alimləri tərəfindən qəbul olunmur.

Hər İkİ qrupdan olan İkİ kİtab


Onların biri sünnü alimlərindən olan İbni Xətib Mis­­rinin yazdığı «Əl-furqan fi təhrifil-Qur’an» kita­bı­dır ki, 1948-ci miladi ilində (1367-ci h.q) nəşr olun­muş və «Əl-əzhər» universiteti vaxtında bu məsələni iz­lə­­miş, onun bütün nüsxələrini yığıb məhv etmişlər, la­kin onun bir neçə nüsxəsi qanunsuz olaraq müəyyən şəxs­lə­rin əlinə düşmüşdür.

Həmçinin, şiə mühəddislərindən olan Hacı Nurinin yaz­dığı «Fəslül-xitab fi təhrifi kitabi Rəbbil-ərbab» ki­ta­bı 1291-ci hicri qəməri ilində (1870 miladi) çap olun­­maqla eyni zamanda dərhal Nəcəfi-Əşrəfin elmiyyə höv­­zə­sinin böyük şəxsiyyətləri tərəfindən inkar edil­miş, onun bütün nüsxələrinin toplanıb məhv edilməsi ba­­rə­­sində fətva verilmiş və onun cavabında çoxlu ki­tab­lar yazılmışdır. Bu kitaba cavab yazaraq onun nəzər­ləri­ni rədd edən böyük alimlərdən aşağıdakıların adını qeyd etmək olar:

1-Müərrib Tehrani adı ilə məşhur olan görkəmli fə­qih mərhum Şeyx Məhmud ibni Əbil-Qasim (vəfat tarixi: 1313-cü h.q) «Kəşfül-irtiyab fi ədəmi təhrifil-Kitab» adlı bir kitab yazmışdır.

2-Mərhum Əllamə Məhəmməd Hüseyn Şəhristani (vəfat ta­ri­xi: 1315-ci h.q) «Hifzül-kitabiş-şərif ən şübhətil-qov­li bit-təhrif» adlı digər bir kitab yazaraq Hacı Nu­ri­nin «Fəslül-xitab» kitabını rədd etmişdir.

3-Nəcəfi-Əşrəfin elmiyyə hövzəsinin mühəqqiq­lə­rin­dən biri olan Mərhum Əllamə Bəlaği (vəfat tarixi: 1352-ci h.q) özünün məşhur əsəri olan «Təfsiru alair-Rəhman» kitabında «Fəslül-xitab» kitabının rəddində nəzərə çarpacaq dərəcədə böyük bir fəsil ayırmışdır.1

4-Biz də «Ənvarul-üsul» kitabında Qur’ani-məcidin təh­rif olunmamağı ilə əlaqədar geniş bir bəhs aparmış, «Fəs­lül-xitab» kitabında qeyd olunan şübhələrə tutarlı cavablar vermişik.

Böyük şəxsiyyət olmasına baxmayaraq, mərhum Hacı Nu­ri, Əllamə Bəlağinin dediyinə əsasən, zəif rəvayətlərə is­ti­­nad etmişdir. Onun özü də kitabın çap olunmasından son­­ra peşman olmuş və Nəcəfi-Əşrəf elmiyyə hövzəsinin bö­­yük şəxsiyyətləri bu işi onun aşkar səhvlərindən hesab et­miş­­lər.2

«Fəslül-xitab» kitabının nəşr olunmasından sonra onun müəllifinə o qədər hücumlar edildi ki, axırda məc­bur qalıb özünü müdafiə etmək üçün bir risalə yazdı. Hə­min risalədə Allahın Kitabının təhrif olun­mama­sını isbat etmiş və demişdir ki, «mənim sözlərim­dən yanlış nəticələr alınmışdır.»3

Mərhum Əllamə Seyyid Hibətuddin Şəhristani deyir: Samirrada olduğum vaxtlar mərhum Mirza Şirazi oranı şiə­lərin elm və mə’rifət (maarif) mərkəzinə çevir­miş­di. O, hər bir məclisə daxil olsaydı, Hacı Nuri və onun ki­ta­bının əleyhinə fəryad edərdi. Onun sözlərindən olan bə’zi ifadələr hələ də yadımdadır...»4

Bununla belə, təkcə bir nəfər olduğu halda, Şeyx Nu­ri­­nin sözlərini şiənin əqidəsi hesab etmək olarmı?!

Halbuki, təəssübkeş vəhhabilərdən bir qrupu bu ki­ta­ba («Fəslül-xitab»a) istinad edərək Qur’anın təhrif olun­ma əqidəsini israrla şiəyə aid edirlər,amma...

Əgər bu məsələ barəsində təkcə bir kitabın yazılması ümu­mi şiələrin əqidəsini göstərirsə, onda Qur’anda təh­ri­fin baş verməsinə e’tiqad sünnü alimlərinə də aid edil­məlidir. Çünki İbni Xətib Misri də «Əl-furqan fi təh­ri­fil-Qur’an» kitabını yazmışdır. Həmçinin əgər «Əl-əzhər» universitetinin alimlərinin həmin kitabdan bi­zarlıq etmələri onun içərisində yazılanların inkar olun­masına dair bir dəlildirsə, onda Nəcəfi-əşrəf alim­lərinin «Fəslül-xitab» kitabında yazılanlara e’ti­raz və müxalifətləri də eynilə bu mə’naya dəlildir.

2-Hər ikisi sünnülərin məşhur təfsirlərindən olan «Təf­siri Qur­təbi» və «Əd-Durrul-Mənsur» kitablarında Ayi­şənin (Pey­ğəm­bər Œ-in həyat yoldaşı) belə de­di­­yi nəql olunmuşdur:

اَنَّهَا-اي سورة الاحزاب-كَانَتْ مِِائَتَيْ آيَةٍ فَلَمْ يَبْقَ مِنْهَا اِلَّا ثَلاثٌ وَ سَبْعُونَ

«O, Əhzab» surəsi) 200 ayədən ibarət idi, amma indi onun 73 ayəsindən başqa heç bir şey qalmamışdır5

Üstəlik «Səhihi Buxari» və «Səhihi Müslüm»də elə rə­­va­­yətlər var ki, Qur’anın təhrif olunmasından hekayət edir.6 Lakin biz heç vaxt özümüzə icazə verə bilmərik ki, bir, yaxud bir neçə zəif rəvayətə istinad etməklə Qur’anın təh­rif olunma nəzəriyyəsini sünnü qardaşlarımıza aid edək. On­lar da bir nəfərin yazdığı kitab, yaxud şiələrin bö­yük şəxsiyyətləri tərəfindən inkar və bizarlıq edil­di­yi zə­if hədislər xatirinə bu əqidəni şiələrə aid etməmə­li­­dir­lər.

3-Hacı Nurinin «Fəslül-xitab» kitabında qeyd etdiyi rə­vayət­lər adları aşağıda qeyd olunan üç ravidən toplan­mış­dır ki, onlar ya yanlış əqidəli, yaxud yalançı, yaxud da vəziy­yə­ti mə’lum olmayan insanlardır: Əhməd ibni Mə­həm­məd Səy­ya­ri əqidəsi xarab və azğın olan adam, Əli ibni Əh­məd Kufi yalan­çı, Əbül-Carud da vəziyyəti mə’lum olma­yan, yaxud rədd olunan şəxsdir.7

Firqə daxili ixtilaflara görə islamın köksünü baltalamaq olmaz!


4-Şiələri Allahın Kitabının təhrif olunmasına əqi­də ilə müttəhim edən və bu növ ittihama israr edənlər san­­ki başa düşmürlər ki, firqədaxili ixtilaflar xati­ri­nə İslamın köksünə zərbə vurmaq olmaz. Çünki əks halda yad­­lar deyərlər ki, «Qur’anın təhrif olunmaması müsəl­man­lar arasında qəti və danılmaz bir məsələ de­yil­dir, çün­ki onların böyük bir qrupu Qur’anın təhrif olun­ma­sı­na inanırlar.» Biz bu qardaşlarımıza nəsihət edib deyi­rik ki, firqəçilik ixtilafları və təəssüblü kin və düş­mən­çiliklər xatirinə Qur’anı hədəf qərar verməyin!

Gəlin İslama və Qur’ana rəhm edin, təhrif barəsində bu qədər danışmayın və düşmənlərin əlinə bəhanə vermə­yin!

Bu töhmət və iftiraların nə qədər geniş səviyyədə yayılmasını bilmək üçün bu hadisələrə diqqət yetirin:

Allah evinin ziyarətinə getdiyim səfərlərin birində (üm­rə ziyarətində) Ərəbistanın din naziri ilə görüşdüm. O bizi yaxşı qarşıladı, lakin dedi: – Biz eşitmişik ki, si­zin, bizim əlimizdə olan Qur’andan tam başqa olan bir Qur’a­nınız vardır!

Dedim: – Bu iddianı yoxlamaq çox sadədir. Siz şəxsən özü­nüz gəlin, yaxud da bir nümayəndəni bizim ölkəyə gön­də­rin (bizim xərcimiz ilə). Tehrana qayıdaq və bütün evlərdə olan minlərlə, milyonlarla nüsxədən hansı birini istə­sə­niz, götürüb baxa bilərsiniz. Siz hər bir evin qapısını dö­­yə­rək Qur’an istəsəniz, görəcəksiniz ki, o Qur’anların hətta bir kəlməsi, yaxud bir cümləsi belə, müsəlmanların arasında olan Qur’anla fərqli deyildir. Sizin kimi böyük bir alimin bu kimi yalan şayiələrə uyması rəva deyildir.

6-Bizim qarilərimiz beynəlxalq səviyyədə keçirilən bütün Qur’an müsabiqələrində birinci rütbələri əldə etmişlər. Bizim hafizlərimiz, xüsusilə kiçik yaşlı Qur’an hafizləri İslam ölkələrinin çoxunun təqdirəlayiq hislərini cuşa gətirmişdir.

Hər il bizim hafiz və qarilərimizin sayına minlərlə adam artır, Qur’an hifzi, qiraət və təfsir sinifləri, Qur’an elmləri institutları və s. bizim böyük ölkəmizin hər bir yerində mövcuddur. Bütün bu proqramların yaxın­dan, əyani şəkildə müşahidə etməklə isbat olunması da hamı üçün çox asan bir işdir.

Qur’anla əlaqədar bu proqramların hamısında ha­zır­da sair dünya müsəlmanlarının arasında mövcud olan adi Qur’andan başqa heç bir şey yoxdur və heç kəs ondan başqa bir Qur’an olduğunu bilmir, heç bir məclisdə Qur’anın təhrif olunması məsələsi irəli çəkilmir.


Quranın təhrİf olunmamasına daİr əqlİ nəqlİ dəlİllər


7-Biz inanırıq ki, Qur’anın təhrif olunmamasını çox­lu əqli və nəqli dəlillər isbat edir. Çünki bir tərəf­dən Qur’anın özü buyurur:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

Həqiqətən Qur’anı Biz nazil etdik və onun qorunub-hifz olunması da Bizim öhdəmizdədir.”8

Başqa bir ayədə isə buyurulur:

وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ

«Bu, şübhəsiz izzətli məğlubedilməz bir ki­tab­dır, heç növ batil arxadan, öndən ona yol tapa bil­məz. Çünki o, hikmətli rifə layiq olan Allah tərə­findən nazil edilmişdir9

Görəsən, qorunub, hifz olunması Allah-Taalanın Öz öh­­də­­sinə olan belə bir kitaba təhrif əlləri uzadıla bi­lər­mi?!

Digər tərəfdən, Qur’an ümmət arasında tərk olunmuş bir kitab deyildi ki, bir kəs onu azalda və yaxud ona bir şey artıra bilsin.

Sayı 14 nəfərdən 400 nəfərə qədər qeyd olunan Qur’an katibləri (kuttabi vəhy) hər bir ayə nazil olan kimi dərhal onu qeyd edib əzbərləyirdilər.

Peyğəmbər Œ-in əsrində yüzlərlə Qur’an hafizi var idi ki, ayələrin nazil olması ilə eyni zamanda dərhal on­ları əzbərləyirdilər.

O dövrdə Qur’an qiraəti ən böyük ibadətlərdən hesab olu­nurdu, müsəlmanlar gecə-gündüz onu qiraət və tilavət edir­dilər.

Bundan əlavə, Qur’an İslamın Əsas Qanunu və müsəl­man­ların həyat ayini olmaqla, onların həyatının bütün dövrlərinə nəzarət edirdi.

Əql qəti şəkildə hökm edərək deyir ki, belə bir kita­bın təhrif edilməsi, ona bir şeyin artırılıb-azaldıl­ma­s­ı qeyri-mümkündür.

İslam rəvayətlərində və mə’sum imamlar ¢-dan nəql olunan hədislərdə Qur’anın əsalət, tamamlıq və təh­rif olunmamasına dair tə’kidlər edilmişdir

Əli Æ aşkar şəkildə buyurmuşdur:

اَنْزَلَ عَلَيْكُمُ الْكِتَابَ تِبْيانً لِكُلِّ شَيْءٍ وَ عَمَّرَ فَيكُمْ نَبِيَّهُ اَزْمانًا حَتَّي اَكْمَلَ لَهُ وَ لَكُمْ فِيمَا اَنْزَلَ مِنْ كِتَابٍ دِينَهُ الَّذِي رَضِيَ لِنَفْسِهِ

«Allah-Taala hər bir şeyi bəyan edən Quranı nazil et­di Peyğəmbərə siz ümmət arasında o qədər ömür verdi ki, Quranın vasitəsi ilə Öz dinini sizin üçün kamil etmiş olsun10

«Nəhcül-bəlağə»nin xütbələrinin çoxunda Qur’andan söh­bət açılmışdır, amma heç bir yerdə onun təhrif olun­ma­sına azacıq belə, işarə yoxdur; üstəlik Qur’anın kamil və tamam olması aşkar şəkildə bəyan olunmuşdur.

Doqquzuncu imam həzrəti Məhəmməd Təqi Æ bir hə­dis­də öz dostlarından birinə, camaatın haqq yolundan çıx­ması ilə əlaqədar xitab edərək buyurur:

وَ كَانَ مِنْ نَبْذِهِمُ الْكِتَابَ اَنْ اَقَامُوا حُرُوفَهُ وَ حَرَّفُوا حُدُودَهُ

«Camaatın bir qrupu Qurani-məcidi boşlamış, söz­lərini düzgün oxuduqları halda onların məfhumlarını təh­rif etmişlər11

Bu və bu kimi digər hədislər göstərir ki, Qur’anın söz­ləri toxunulmaz qalmış və yalnız mə’na baxımından on­da təhrifə yol verilmişdir. Yə’ni bə’zi qruplar öz nəf­sani istək və şəxsi mənafelərinə görə onun ayələri­nin gerçəkliyini, həqiqətin əksinə olaraq izah etmişlər.

Buradan mühüm bir məsələ aydınlaşır: əgər bə’zi rə­va­yətlərdə təhrifdən söz açılmışsa da, məqsəd onun mə’na ba­xı­mından təhrif olunması, şəxsi rə’y əsasında təfsir edil­məsidir, amma ibarə və kəlmələrində olan təhrif deyil­dir.

Digər tərəfdən, mə’sum imamlar ¢-dan nəql olunan bir çox mö’təbər rəvayətlərdə oxuyuruq:



اَعْرِضُوهُمَا عَلَي كِتَابِ اللهِ فَمَا وَافَقَ كِتَابَ اللهِ فَخُذُوهُ وَ مَا خَالَفَ كِتَابَ اللهِ فَرُدُّوهُ

«Bizim sözlərimizin, rəvayətlərimizin düz olub-olma­ma­sını bilmək üçün, xüsusilə onların arasında təzad ­rün­­düyü zaman onları Quranla tutuşdurun: Quranla uyğun ­lən­lər düzgündür, ona əməl edin. Quranla müxalif olan­ları isə boşlayın12

Bu da Qur’ani-Kərimin təhrif olunmamağına dair aş­kar bir dəlildir, çünki, əks halda, haqq ilə batilin ayırd edilmə me’yarı ola bilməzdi.

Bunlardan əlavə, sünnü və şiə mənbələrinin çoxlu yer­lə­rində nəql olunan «Səqəleyn» hədisinə əsasən, Rəsuli-Əkrəm Œ buyurmuşdur:

اِنِّي تَارِكٌ فِيكُمُ الثَّقَلَيْنِ كِتَابَ اللهِ وَ عِتْرَتِي اَهْلَ بَيْتِي مَا اِنْ تَمَسَّكْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا



«Mən sizin aranızda iki ağır, qiyimətli əmanət qoyub ge­­­di­rəm: Allahın Kitabı və mənim itrətim. Əgər onlara sa­­­rıl­­­sanız, məndən sonra heç vaxt yolunuzu azmayacaq­sı­nız.»13

Bu dolğun mə’nalı hədis gözəl şəkildə çatdırır ki, Qur’­an və Əhli-beyt ¢ insanların qiyamət gününə qə­dər hidayət olunması üçün çox mö’təbər bir sığınacaq yeri­dir. Əgər Qur’anda təhrifə yol verilmiş olsaydı, onda ca­maat üçün necə sığınacaq yeri ola bilərdi?! Camaat zəla­lət­dən necə xilas ola bilərdi.?!14


Son söz


8-Allah dərgahında böyük sayılan günahlardan biri də baş­qalarını, heç nə demədiyi, yerinə yetirmədiyi işlərdə müttəhim etməkdir.

Biz hər yerdə demişik və indi də deyirik: şiənin bö­yük alim və mühəqqiqlərindən heç bir kəs Qur’anın təh­rif edilməsinə inanmamış və indi də inanmırlar, la­kin bə’zi inadkar və təəssübkeş qruplar yenə də bu töhməti tək­rar­layırlar. Onların Qiyamət günündə Allah qarşısında nə cavab hazırladıqları mə’lum deyildir, çünki həm belə töh­mətlər vurur, həm də Qur’anı e’tibardan salırlar. Əgər sizin bəhanələriniz zəif rəvayətlərdən bə’ziləri­dir­sə, onda öz kitablarınızda, hədis və təfsir mənbə­lə­ri­niz­də də bu kimi rəvayətlər qeyd olunmuşdur ki, yuxarıda ona işarə etdik.

Heç bir məzhəb zəif rəvayətlər əsasında qurulmur: biz heç vaxt İbni Xətib Misrinin «Əl-Furqan fi təhrifil-Qur’­­an» kitabına, eləcə də təhrifi göstərən zəif rəvayət­lə­­rə istinad edərək sizi Qur’anın təhrif olunmasına e’ti­­qad­da müttəhim və Qur’ani-məcidi təxribatçı təəssüb­lə­rə fəda etmirik.

İnsaflı olun və Qur’anın təhrif olunması barəsində bu qədər danışmayın, İslama, müsəlmanlara zülm etməyin, məzhəb təəssübləri xatirinə dünya müsəlmanlarının əsl sər­mayəsi olan Qur’ani-məcidin e’tibarını təhrif kəlmə­lə­­rini təkrar etməklə azaltmayın, düşmənin əlinə bəhanə ver­məyin! Siz əgər bu yolla şiə və Əhli-beyt məktəbinin ar­dıcıllarından intiqam almaq istəyirsinizsə, onu bi­lin ki, özünüzdən asılı olmayaraq, İslamın əsaslarını sar­sıt­­mı­sınız; çünki müxaliflər deyirlər ki, müsəl­man­lardan böyük bir qrupu Qur’anın təhrif olunmasına e’tiqad bəsləyir, bu da Qur’an barəsində böyük bir zülmdür!



­Sonda bir daha və aşkar şəkildə deyirik: şiə və sünnü mühəq­qiqlərindən heç bir şəxs Qur’anın təhrif olun­masına inanmır, əziz Peyğəmbərimiz Œ-ə nazil olan Qur’an hal-hazırda müsəlmanların əlində olan Qur’anlarla tamamilə eynidir. Qur’anın özünün aşkar buyurduğuna əsasən, onlar inanırlar ki, Allah-Taala Qur’anın hər növ dəyişiklikdən, təhrifdən və zavaldan hifz olunmasına zəmanət vermişdir. Lakin hər iki tərəfdən bu elmlərdən mə’lumatı olmayan təəssübkeşlər Qur’anın təhrif olunması ilə əlaqədar biri digərinə yer­siz ittihamlar vurur və təəssüflər olsun ki, bir-birinin başına çırpırlar.

Allah-taala onların hamısını hidayət etsin!


1 «Alaur-Rəhman», 1-ci cild, səh.25.

2 «Alaur-Rəhman», 2-ci cild, səh.311

3 «Əz-zəriə», 16-cı cild, səh.231

4 «Burhani rovşən», səh.143

5 «Təfsiri Qurtəbi», 14-cü cild, səh.113; «Əd-Durrul-mənsur» təfsiri, 5-ci cild, səh.1 80

6 «Səhihi Buxari», 8-ci cild, səh.208-211. «Səhihi Müslüm», 4-cü cild 167 və 5-ci cild, səh.116

7 Bu üç nəfərin vəziyyəti ilə tanış olmaq üçün «Ricali Nəca­şi», «Fehresti Şeyx» və digər rical kitablarına müraciət edə bilər­siniz.

8 «Hicr» surəsi, 9-cu ayə.

9 «Fussilət» surəsi, 41 və 42-ci ayələr.

10 «Nəhcül-bəlağə», 86-cı xütbə

11 «Kafi», 8-ci cild, səh.53.

12 «Vəsailuş-şiə», 18-ci cild, səh.80

13 «Biharul-ənvar», 36-cı cild, səh.331

14 Əlavə mə’lumat almaq üçün «Ənvarul-üsul» kitabına (2-ci cild) müraciət edə bilərsiniz.


Yüklə 378,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə