Qusar Rayonu Ərazisinin Subalp Və Alp Bitkiliyinin Müasir Vəziyyəti



Yüklə 53,2 Kb.
Pdf görüntüsü
tarix27.04.2018
ölçüsü53,2 Kb.
#40288


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 67-70 (2015)

 

67 



Qusar Rayonu Ərazisinin Subalp Və Alp Bitkiliyinin Müasir Vəziyyəti 

 

V.S. Xəlilov, M.Q. Musayev, R.T. Abdıyeva 

 

AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ1073, Azərbaycan 

 

Məqalədə Azərbaycanın Qusar rayonunun alp və subalp qurşaqlarının bitkiliyinin müasir vəziyyəti və 

növ müxtəlifliyi tədqiq olunur. Tədqiq olunan rayonun çəmən bitkiliyi və  əsas bitki assosiasiyaları 

haqqında bəzi edifikator və dominant növlərə görə məlumat verilir.  

 

Açar sözlər: Otlaq, meşə, subalp, alp, bitkilik tipi, assosiasiya 

 

 

GIRIŞ 

 

İnsan sağlamlığının qorunması üçün təbiətdə 

yaşıllaşmanın  rolu böyükdür. Meşələrin azalması, 

təbiətdən səmərəsiz istifadə edilməsi, səhralaşma 

prosesinin artması, eroziya, sel suları və daşqınların 

əmələ  gəlməsi torpağın sıradan çıxması, müxtəlif 

bitki və heyvan növlərinin yoxa çıxması  və s. 

təhlükəli vəziyyət yaradır (Azərbaycan Respublika-

sının təbii yem sahələrinin iri miqdarlı geobotaniki 

tədqiqatına dair təlimat, 2002; Qurbanov və Axun-

dova,  2006). Böyük Qafqazın alp və subalp sahələri 

ölkədə qiymətli yaz-yay otlaqları, həmçinin iri və 

xırdabuynuzlu mal-qara üçün silos hazırlanmasında 

ucuz xammal hesab olunur. Bu cəhətdən həmin 

otlaqların məhsuldarlığının artırılması, qiymətli yem 

bitkilərinin  əkilməsi ilə onların yaxşılaşdırılması, 

otlaqlardan səmərəli istifadə, həmçinin pozulmuş və 

az məhsuldar torpaqların bərpası vacibdir. Bitkiliyin 

bərpası üzrə  səmərəli tədbirlərin işlənməsi üçün 

həmin  ərazilərin mütəmadi monitorinqinin aparıl-

ması vacibdir.  

 

          



MATERİAL VƏ METODLAR 

 

Tədqiqatın məqsədi Qusar rayonunun alp və 

subalp bitkiliyinin monitorinqi və onun fitosenotik 

qiymətləndirilməsi olmuşdur. Qusar rayonu Böyük 

Qafqazın Quba hissəsində (Azərbaycana aid) Şah-

dağ  və Babadağ massivinin yüksək dağlıq  ərazi-

sində yerləşir.  

İqlimi quru qışa malik, soyuqdur. Orta illik 

температурu +4

o

С, yanvar ayı üçün -5



o

С, iyul ayı 

üçün +13,7

o

С. Yağıntının orta illik miqdarı 500-



600 mm, Torpaqları subalp qurşaqda (d.s.-dən 

1500-2500 m hündürlükdə) – çimli dağ-çəmən, alp 

qurşaqda (d.s.-dən 2500-3000 m hündürlükdə) – 

torflu dağ-çəmən. Alp və subalp qurşaqlarında 

torflu-çimlidir. Regionun florasının və bitkiliyinin 

zənginliyinə relyefin mürəkkəbliyi, geoloji inkişaf 

tarixi, ekzogen və endogen prosesləri təsir edib. 

Subalp qurşağı  aşağı  və yuxarı hissələrə  bölünür. 

Aşağı subalp qurşağı d.s.-dən 1600-2000 m-ə kimi 

yüksəkliyi əhatə edir, yuxarı subalp qurşağı isə dağ 

massivlərində 2000 m-dən 2600-2800 m-ə  qədər 

yüksəlir. Alp qurşağı alçaqotlu alp çəmən və 

xalılardan  ibarət olaraq dəniz səviyyəsindən 2600-

m-dən  3200 m kimi yüksəkliklərdə yerləşir.  3200 

m-dən yuxarıda sərt iqlimi, töküntülü, daşlı nival 

qurşaqları bitkisiz olması ilə xarakterizə olunur. 

Subnival qurşağında bəzən alp bitkiləri və subalp 

senoz fraqmentlərinə rast gəlinir (Hacıyev, 2004; 

Xəlilov, 2012). 

Tədqiqat obyekti olaraq Qusar ərazisində dəniz 

səviyyəsindən 1600-2800 m hündürlüyü əhatə edən 

subalp və alp   bitkiliyi olmuşdur.  Bu qurşaqların 

bitkiliyi rayonda yay otlaqları  və biçənəklər kimi 

istifadə edilir. Burada əsasən qiymətli yem 

əhəmiyyətli müxtəlifotlar, paxlalılar və taxıllar 

yayılmışdır. Bunlar Festuca  L.,  Ranunculus L.



Carum  L., Trifolium L., Alchimilla L., Heracleum 

L., Taraxum L., Salvia L., Poa L., Phleum L.



Zerna L. cinslərin növləridir. Materal müasir 

geobotaniki  ədəbiyyat  və ümumi qəbul olunmuş 

metodlara  əsasən toplanmış  və  təhlil edilmişdir 

(Полевая геоботаника, 1964-74).  

Fitosenozların geobotaniki strukturuna dair 50-

yə  qədər geobotaniki qeydiyyatlar aparılmışdır. 

Toplanan bitki materialları “Флора Азербайджана” 

(1950, 1952, 1953, 1955, 1957, 1961), 

“Определитель  растений  Кавказа” (Гроссегейм, 

1949)  əsasən təyin edilməkdə regionun florası 

müəyyənləşdirilmişdir. Bitkiliyin təsnifatı V.C.Hacı-

yevin “Azərbaycanın bitki örtüyü xəritəsi”-nə görə 

əsaslandırılmışdır (Hacıyev, 2007). Tədqiqat apa-

rılan ərazilərin d.s. yüksəkliyi  GPS vasitəsi ilə təyin 

olunmuşdur.  



                                                       

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

                           

Tədqiqat olunan ərazidə  əsasən taxıllı, taxıllı-

müxtəlifotlu mezofil, hündürotluq və bozqırlaşmış  

ala topal çəmənləri üstünlük təşkil edirlər. Aşağıda 

qeyd olunan subalp və alp assosiasiyaları geydə 

alınmışdır:  Herba divarsae+Trifolium ambigu-

um+Phleum nodosum ass. (pişikquyruğu-yonca-



Qusar Rayonu Ərazisinin Subalp 

68 


müxtəlifot), Herba divarsae+Trifolium  ambi-

guum+Trifolium pratense+Phleum nodosum (pişik-

quyruğu-yonca-müxtəlifot), Ligusticum alatum+ 



Ranunculus caucasicus+Trifolium pratense +Hor-

deum violaceum ass. (arpa-yonca- qaymaqçiçək-

iriçətirçi), Hordeum violaceum+Trifolium pratense 

(arpa-yonca), Herba divarsae+Trifolium praten-

se+Phleum pratense (çəmən  pişikquyruğu-çəmən-

yoncası-müxtəlifotlar), Festuca varia+Carex tris-



tis+Alchemilla caucasica (qafqaz  şahduranı-cil-

topal),  Festuca varia+Zerna variegata (alabəzək 

yulaf tonqalotu ilə), Festuca varia+ Herba divarsae 

(topal-müxtəlifot),  Ranunculus oreophillus+Tara-



xacum stevenii+Plantago saxatilis  (dağ qaymaqçi-

çəyi-acıqovuq-bağayarpağı).  

Subalp və alp qurşağlarında  ən çox yayılmış 

çəmən bitkilərindən aşağıdakıları göstərmək olar: 



Anthoxantum odoratum L.,  Festuca versicolor 

Tausch.,  Nardus stricta L.,  Carex tristis Bieb.,  Poa 



pratensis L., Poa alpina L., Carum caucasicum 

(Bieb.) Boiss., Alchemilla caucasica Bus., Plantago 



saxatilis Vahl., Geranium ibericum Cav., Ra-

nunculus oreophilus Bieb., Trifolium  ambigiuum 

Bieb., Trifolium pratense L., T. repens L., Vathyrus 

L.,  Vicia sepium L., Lathyrus  pratensis L., Phleum 

phleoides (L.) Simk., Kolleria caucasica (Trin.) 

Dom.,  Lolium rigidum Gaud., Hordeum violaceum 

Boiss. et Huet., Alopecurus ventricosus Pers. 

Hordeum violaceum Boiss.et Hult. və  s. (Hacıyev, 

2007; Qurbanov və Axundova, 2006). 

Paxlalı-taxıllı-müxtəlıfot mezofil subalp,  alp 

çəmənləri və xalılar daha çox yonca (Trifolieta) və 

boymadərən (Achilleta) növlərin formasiyaları  və 

assosiasiyaları ilə  təqdim olunur. Taxıllı subalp 

quru çəmənlərini əsasən arpa (Hordeum L.), tonqal 

(Zerna  L.),  topal (Festuca L.) təşkil edirlər və 

müxtəlif assosiasoyaları yaradırlar (Şəkil).  

 

 



Şəkil. Taxıllı - müxtəlifotlu bozqır çəmənləri 

(ass.  Zerna variegata+herbosa). 

 

Çəmən qrupları qənaətbəxş növ tərkibi ilə xa-



rakterizə olunur. Assosiasiynın təyin olunmuş siya-

hısına 40-65 növ daxildir. Layihə örtüyü 70-90% 

təşkil edir. Bu çəmənliklərin vegetasiya dövrü 150-

170 gün, otarılma dövrü isə 100-115 gün olur (may-

sentyabr). Növ tərkibinin çoxluğuna görə  Poaceae 

Barnhart, Asteraceae Dumort., Fabaceae  Lindl. 

fəsilələri üstünlük təşkil edir. Həyati formalarına 

görə birillik və çoxilliok ot bitkiləri yanaşı kol və 

yarımkollara (Thymus L. və s.) da rast gəlinir. 

Yüksək dağ zonalarında, xüsusilə subalp və 

alp çəmənliklərində bozqırlaşmış  çəmən tiplərinə 

də  təsadüf edilir. Festuca rupicola (F.sulcata), 



F.supina, Stipa capillata, Festuca kotschyi, F. varia 

isə yüksək dağ bozqırlarının edifikatorları hesab 

edilir. Bunlardan Festuca varia Haenke (ala topal)  

bozqırlaşmış  çəmənlik  əmələ  gətirir. Bütün bozqır 

variantları  Koeleria macrantha, Artemisia  orien-

talisThymus sp. Pyrethrum grex sp. Dianthys grex 

sp.  Scabiosa caucasica,  Pimpinella  rbodantha



Plantago lanceolata,  Phleum phleoides,  Gruciata 

glabra (Galium vernum), Hordeum violaceum, La-

thyrus pratensis,  Onobrychis sp. səciyyəvi bitki-

lərdən təşkil olunur. Bunlardan Hordeum violaceum 

Boiss.et Hult. (bənövşəyi arpa) -  çoxillik bitkidir; 

gövdəsi seyrək kollu, hamar, yaxşı yarpaqlanandır. 

İyun-avqust aylarında çiçəkləyir və toxum verir. 

Yay otlaqlarında biçənək kimi istifadə olunan sıx 

çəngəlliklər  əmələ  gətirir. Adətən paxlalı, müx-

təlifot-taxılotlu çəmənləri tərkibində çox  yayılmış-

dır.  H.violaceum yaxşı otlaq və biçənək bitkisi 

olmaqla yanaşı ev heyvanlarının  bütün növləri 

tərəfindən hətta çiçəkləmə  və sünbülləşmə dövrlə-

rində belə yaxşı yeyilir. Bozqırlaşmış  cır yulaf alp 

və subalp qurşaqlarının yüksəkliklərində yayılaraq 

geniş sahələr tutur. Cır yulaf çəmənliklərinin fito-

senozu gəniz səviyyəsindən 2400-2600 m, bəzi 

çəmənliklərin fraqmentləri hətta 3000 m yüksəklik-

lərdə yayılırlar. Böyük Qafqazın  şərq qurtaraca-

ğında və  Şahdağın subalp və alp yamaclarında 

yayılıb. Cır yulaf çəmənliklərin floristik tərkibi 

daşlıq  yamaclarda zəif torpaq örtüklərinə nisbətən 

rütubətli yamaclarda daha zəngindir. Çəmənliklərin 

50-60%-ni yulaf təşkil etməklə qalan hissəsini dənli 

bitkilər və müxtəlif otlar tutur. Qusar rayonunun 

yuxarı dağlıqlarında  Nardus stricta L. (ağbığ) 

çəmənlikləri də yayılıb. Ləkə  və kiçik massivlər 

şəklində rast gəlinir. Floristik tərkibi çox kasıbdır 

(10-35 növ).  Yüksək dağlıq subalp çəmənlikləri və 

çəmən bozqırları böyük sahələr tutur. 



Lathyrus  L.  (gülülcə) cinsinin Azərbaycanda 

18 növü yayılmışdır. Bunlardan bir növü Lathyrus 



pratensis L. (çəmən gülülcəsi) gövdəsi 50-100 sm 

hündürlüyündə olub çoxillik bitkidir. Bu növ 

 

Böyük Qafqazın dağlarında (d.s. 2000-2500 m) 



meşələrdə, meşə  kənarlarında, kolluqlarda, subalp 

və alp çəmənliklərində geniş yayılmışdır. Rütubətli 

yerlərdə bitir. Otlağın ot tərkibində çoxluğu təşkil 

etmir. Toxum və vegetativ yolla çoxalır.  Əksər 

müçahidələrə görə quru otu qarışıq halında bütün 

kənd təsərrüfatı heyvanları  tərəfindən yaxşı yeyilir 




Xəlilov və b.  

69 


(Xəlilov, 2012).  

Qusar rayonu orta dağ qurşağında  geniş yayı-

lan dağ kserofit və taxıllı-müxtəlifot bozqır bitki 

qrupları da öyrənilmişdir. Bozqır bitkilik tipində 

əsas iki  assosiyasiyanı qeyd etmək olar. Topallı-

müxtəlifotlu bozqırlar (Festuca rupicola+Herbo-



za), ağotlu-şırımlı-topallı bozqırlar (Festuca rupi-

cola+Bothriochloa ischaemum). Dağ kserofit bitki-

liyində hal-hazırda Gypsophila acutifolia +Festuca 



rupicola (şırımlı topallı-çoqanlıq) və Paliurus spina 

christi+Bothriochloa ischaemum (qaratikanlıq-

ağotu) geniş yayılmışdır .  

Belə  ki, cənub yamaclarında çoxillik taxıl ot-

ları  (Stipa caspica, Agropyron cristatum, Botrio-



chlon ischaemum) bu cəngəlliklərə qarışaraq qızıl-

saqqal bozqırı, şimal yamaclarında isə müxtəlif ot-

lar və paxlalılar  Potentilla recta, Gruciata glabra 

(Galium verıfum), Filipendula vulgaris (F.hexape-

tala), Astragalus multirjugus (A.stevenianus), Me-

dicago transcaucasica, Kochia prostrata, Salvia 

nemorosa, Onobrychis cyri, O.vaginalis bir sahədə 

rast gələrək yarımbozqır tipli bitki örtüyü əmələ 

gətirir. Bozqır tipli bitki örtüyünə həmçinin ortadağ 

(şiyavlıq) və yüksəkdağ  (şiyavlı topallıq) qurşaq-

larında rast gəlinir.  

Kol formasiyaları əsasən  qısaboylu ardıclar ilə 

təmsil olunur (Juniperus pugmaca, J. sabina, J. 

depressa). Aparılan tədqiqatlar nəticəsində müəy-

yən edilmiıdirki ki hal hazırda subalp və alp 

çəmənlikləri növ müxtəlifliyinə görə olduqca zən-

gindir. Lakin tədqiq olunan rayonun çəmən bitki-

liyinin mənfi atropogen təsirlərə  məruz qaldığı 

təyin olunmuşdur. Bura otlaqlardan sistemsiz isti-

fadə,  şum və s. aiddir. Tədqiqatlara  əsasən göstər-

mək olar ki, Qusar rayonu ərazisinin bozqır, dağ-

kserofit və meşə bitkiliyi müasir dövrdə  mənfi 

antropogen təsirlərə məruz qalaraq areallarını  xeyli 

azaltmışdır. Mənfi ekzogen proseslər (leysan yağış-

ları, külək eroziyası və s.) də tədqiq olunan rayonun 

biomüxtəlifliyinin azaldır, bitkiliyin və torpaqların 

deqradasiyasına səbəb olur. Bu təsirə  məruz qalan 

sahələr həm elmi, həm də praktiki cəhətdən yüksək 

diqqət tələb edir. Rayonun meşələrin sistemsiz 

qırılması  və mal-qaranın həddən  artıq otarılması  

subalp qurşağı meşələrinin yuxarı  sərhəddinin en-

məsinə səbəb olmuşdur. Beləliklə meşələrdən azad 

olmuş sahələrdə, boşluqlarda subalp çəmən-müxtə-

lifotluq, kolluq, çəmən-bozqırlaşmış  və yaxud 

çəmən-kserofit bitkiliyi əmələ gəlmişdir. 

 

 

 

ƏDƏBIYYAT 



 

Azərbaycan Respublikasının təbii yem sahələri-

nin iri miqdarlı geobotaniki tədqiqatına dair 

təlimat (2002)  Bakı: 140 s. 

Hacıyev V.C. (2004) Azərbaycanın yüksəkdağlıq 

bitkiliyinin ekosistemi. Bakı: Elm, s. 30-46. 



Hacıyev V.C. (2007) Azərbaycanın bitki örtüyü 

xəritəsi. Bakı, Azərbayçan Respublikası Dövlət 

Geodeziya komitəsi.  

Qurbanov E.M., Axundova A.A. (2006) Abşeron 

yarımadasında fitosenozların,  əsas yem bitkilə-

rinin biokimyəvi tərkibi və  səmərəli istifadəsi. 

AMEA Botanika İnstitutunun Elmi Əsərləri,  

XXVI: 240-244. 

 

Xəlilov

 

V.S. (2013) Kiçik Qafqazın “E” vitamini 

ilə zəngin olan yem bitkiləri. Bakı: Təhsil, 135 s. 



Гаджиев  В.Д. (1962) Субальпийская раститель-

ность  Большого  Кавказа  (в  пред  Аз.ССР). 

Баку: АН Аз ССР, с. 38-44.   

Гросегейм  А.А. (1949) Определитель  растений 

Кавказа. М.: 747 с. 



Полевая  геоботаника (1964-1974) Под  ред. 

М.Лавренко. Л.: Наука, Т. 1- 4. 



Флора  Азербайджана  (1950-1961)  Под.  ред. 

И.И.Карягина. Баку: АН Азерб. ССР. В 8 т.:  т. 



1 (1950), 364 с.;  т. 2 (1952),  316 с.; т. 3 (1952),  

400 с.; т. 4 (1953), 379 с.; т. 5 (1955), 567 с; т. 6 

(1955), 536 с.;  т. 7 (1957), 635 с.;  т. 8 (1961), 

688 с. 


 

 

 



Современное Состояние Субальпийской  И Альпийской Растительности  

На Территории Гусарского Района 

 

В.С. Халилов, М.Г. Мусаев, Р.Т. Абдыева 

 

Институт ботаники НАНА  

 

В  статье  рассматривается  современное  состояние  растительности  и  видовое  разнообразие 



альпийского  и  субальпийского  поясов    Гусарского  района  Азербайджана.  Приводятся  данные 

относительно  некоторых  эдификаторов  и  доминантов  лугов  исследуемого  района  и  основных 

растительных ассоциаций. 

 

Ключевые слова: Пастбища, лес, субальпы, альпы, типы растительности, ассоциация  




Qusar Rayonu Ərazisinin Subalp 

70 


Current State Of  Subalpine And Alpine Vegetation In The Territory Of Gusar 

 

V.S.Xalilov, M.G.Musayev, R.T.Abdiyeva 

 

Institute of Botany, ANAS 

 

The article discusses the current state of vegetation and species diversity of alpine and subalpine zones in 



Gusar district of Azerbaijan. Data concerning some edificators and dominants of meadows of the 

investigated areas and the basic vegetative associations are cited. 



 

Key words: Pasture, forest, subalpine, alpine, type of vegetation, association 

 

 

 

Yüklə 53,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə