R b a y c a n X z r d n z g m



Yüklə 29,63 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix01.07.2018
ölçüsü29,63 Mb.
#52594
  1   2   3   4   5   6   7   8


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

25 noyabr 2016-cı il    № 77-80 (9083) 

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

Noyabrın 18-də Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyinin “Rəşid 

Behbudov” sürətli sərnişin gəmisi

“Gəncə” tankeri və “Qafur Məmmə-

dov” quru yük gəmisinin istismara 

verilməsi mərasimi oldu.

Azərbaycan  Respublikasının  Prezi-

denti  İlham  Əliyev  mərasimdə  iştirak 

etdi.


“Azərbaycan Xəzər Dəniz Gəmiçili-

yi” Qapalı Səhmdar Cəmiyyətinin sədri 

Rauf  Vəliyev  Prezident  İlham  Əliyevə 

yeni gəmilər barədə məlumat verdi.

Dövlətimizin başçısı əvvəlcə “Gən-

cə”  tankeri  ilə  tanış  oldu.  Bu  tanker 

“Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi” 

QSC və “Caspian Marine Services” Al-

yansı  tərəfindən  sifariş  olunan  2  yeni 

tankerdən biridir. Tanker 7 min ton yük-

götürmə qabiliyyətinə malikdir. Uzunlu-

ğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 

metr  olan  bu  tanker  Volqa-Don-Maks 

tipli, yəni, dayaz sularda üzməklə mak-

simum yükgötürmə qabiliyyətinə malik-

dir.


“Gəncə”  tankerinin  texniki  göstəri-

ciləri  onun  gələcəkdə  Xəzər  hövzəsin-

də dayaz limanlara daxil olmasına, eyni 

zamanda, Volqa-Don, Volqa-Balt kanal-

larında üzməsinə imkan yaradır. Bu tan-

ker ən müasir avadanlıqla təchiz olunub. 

Hazırda  Xəzər  dənizində  yükgötürmə 

qabiliyyətinə  görə  ən  böyük  tankerlər 

Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyinə 

məxsusdur və onlar 13 min ton dedveytə 

malikdir.  Bu  tankerlərin  saya  oturumu 

çox  olduğundan  onlar  Xəzər  dənizini 

xarici  sularla  əlaqələndirən  Rusiyanın 

daxili  su  kanallarına,  o  cümlədən  İran 

limanlarına  yüklə  daxil  ola  bilmirlər. 

Həcminin artması proqnozlaşdırılan maye yüklə-

rin daşınmasını təmin etmək üçün “Gəncə” tipli 

tankerlərin böyük iqtisadi əhəmiyyəti var.

Dövlətimizin başçısı “Gəncə” tankerinin istis-

mara verilməsini bildirən düyməni basdı.

Prezident  İlham  Əliyevə  bu  günlərdə  Bakı 

gəmiqayırma  zavodunda  tikintisinə  dair  müqa-

vilə imzalanmış nadir Ro-Pax/Bərə tipli iki gəmi 

barədə  məlumat  verildi.  Yeni  nəsildən  olan  bu 

tipli gəminin konsepsiyasının hazırlanması üçün 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC son 

1 ildən artıq müddətdə Odessa Dəniz Mühəndis-

liyi Bürosunun təcrübəli mütəxəssisləri ilə uzun-

müddətli  texniki  müzakirələr  aparıb  və  Xəzər 

dənizində suyun səviyyəsi, yanalma körpülərinin 

maksimal imkanları nəzərə alınaraq, 100 sərnişin, 

56 vaqon və ya 50 yük maşını (TIR) tutumlu gə-

minin eskiz və texniki layihəsi hazırlanıb. Bu cür 

nadir konsepsiyaya malik və yeni nəsildən olan 

ilk bərə tipli gəmilərin tikintisi müasir infrastruk-

tura və potensiala malik Bakı gəmiqayırma zavo-

dunda aparılacaq.

Sonra  Bakı  gəmiqayırma  zavodunda  bu  tipli 

daha 2 tankerin tikintisi üzrə sifarişlə bağlı “Azər-

baycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə Bakı gə-

miqayırma zavodu arasında müqavilə imzalandı.

Yeni tankerlər Xəzərdə suyun mövcud səviy-

yəsində,  az  saya  oturumla  maksimum  çox  yük 

götürə bilən nadir gəmilər olacaq. Belə ki, tanke-

rin digər texniki xarakteristikaları eyni saxlanıl-

maqla, yükgötürmə qabiliyyətinin 8 min tonadək 

artırılmasına nail olunacaq. Yeni nəsil tanker ilk 

dəfə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin do-

nanması üçün məhz Bakı gəmiqayırma zavodun-

da inşa ediləcək.



(Davamı 2-ci səhifədə)

BU SAYIMIZDA

AZəRBAYcAN XəZəR DəNiZ 

GəMiçiliYiNiN SteNDi  BU Dəfə Də 

BöYük MARAQlA QARşIlANIB

Noyabrın 16-18-də 

Bakı Ekspo Mərkə-

zində Azərbaycan 

Ekologiya və Təbii 

Sərvətlər Nazirliyi və 

IDEA (International 

Dialogue for Environ-

mental Action – Ətraf 

Mühitin Mühafizəsi 

naminə Beynəlxalq 

Dialoq) İctimai Bir-

liyinin dəstəyi ilə 7-ci Azərbaycan bey-

nəlxalq ətraf mühit sərgisi (“Caspian 

Ecology”) keçirilib. 

Səh. 3

BiRGə lAYihələRiN 

icRASININ MüMküNlüYüNə 

əMiNlik ifADə olUNUB

Noyabrın 10-da İran İslam Respublikası Yol və 

Şəhərsalma Nazirliyinin Limanlar və Dəniz Təşkilatı-

nın nümayəndələri (PMO) “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə 

görüşüblər.

Səh. 2

 “iSRAfil hüSeYNov” BoRUDüZəN 

GəMiSi hAZIRDA 32 DüYMlük QAZ iXRAc 

XətləRiNiN iNşASINI həYAtA keçiRiR

Bu ilin yanvar-sentyabr 

aylarında “Şahdəniz Mərhələ 

2” layihəsi uğurla irəliləməyə 

davam edib. Hazırda layihə 

üzrə işlərin - mühəndis işləri, 

təchizat və tikinti işləri də 

daxil olmaqla ümumilikdə 83 

faizdən çoxu tamamlanıb və 

ilk qazın 2018-ci ildə əldə edilməsi 

planına uyğundur.

BAkI-SUMQAYIt-BAkI QAtARlARI BiləcəRi 

və XIRDAlAN StANSiYAlARINDA DA DAYANIR

AZəRBAYcAN iDMAN ölkələRiNiN 

ReYtiNQiNDə iRəliləYiB

Prezident İlham Əliyevin 

2016-cı il 16 noyabr tarixli Fərma-

nı ilə “MİDA” Məhdud Məsuliy-

yətli Cəmiyyətinin sərəncamında 

olan mənzillərin vətəndaşların 

güzəştlə əldə etməsi Qaydası” 

təsdiqlənib. Azərbaycan Res-

publikasının Prezidenti yanında 

Mənzil İnşaatı Dövlət Agentliyinin 

direktoru Samir Nuriyev təsdiq olunmuş yeni Qaydalarla bağlı və 

vətəndaşların güzəştli şərtlərlə mənzilə 

sahib olmasını təmin etmək məqsədilə 

görülən işlər barədə AZƏRTAC-a müsa-

hibə verib. Müsahibəni təqdim edirik.

Beynəlxalq nüfuzlu 

“Sportcal” (Sport Mar-

ket Intelligence) şirkəti 

dünyanın qabaqcıl 

idman ölkələri və şəhər-

lərinin siyahısını açıqla-

yıb.

Noyabrın 19-dan etibarən 

Bakı-Sumqayıt-Bakı istiqamətində 

hərəkət edən elektrik qatarlarına 

Biləcəri və Xırdalan stansiyalarında 

dayanacaq 

verilir.

Səh. 5

Səh. 7

Səh. 8

PReZiDeNt ilhAM əliYev XəZəR DəNiZ 

GəMiçiliYiNiN YeNi GəMiləRiNiN iStiSMARA 

veRilMəSi MəRASiMiNDə iştiRAk eDiB

GüZəştli MəNZilləR kiMləRə 

və hANSI şəRtləRlə veRiləcək?

Səh. 4

"Xəzər dənizinin (gölünün) Azərbaycan 

Respublikasına mənsub olan bölməsinin sahilboyu 

20-50 metrlik zolağının qrafik təsviri"nin təsdiq 

edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər 

kabinetinin 2016-cı il 24 avqust tarixli 315 nömrəli 

qərarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində də-

yişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 

2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tət-

biqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-

cı  il  15  yanvar  tarixli  739  nömrəli  Fərmanında  dəyişiklik 

edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 

2016-cı il 4 oktyabr tarixli 1054 nömrəli Fərmanının 2-ci 

hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respubli-

kasının Nazirlər Kabineti QəRARA AlIR:

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mən-

sub  olan  bölməsinin  sahilboyu  20-50  metrlik  zolağının  qrafik 

təsviri"nin  təsdiq  edilməsi  haqqında"  Azərbaycan  Respublikası 

Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 315 nömrəli qəra-

rının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, 

№ 8, maddə 1452) adına və 1-ci hissəsinə "zolağının" sözündən 

sonra "kağız üzərində və elektron formada (ArcGİS proqramın-

da mdb formatda, gücləndirilmiş elektron imzalı)" sözləri əlavə 

edilsin.

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri 

AZəRBAYcAN ReSPUBlikASININ NAZiRləR kABiNeti

               № 430                                         QəRAR                                  Bakı şəhəri, 1 noyabr 2016-cı il

Azərbaycan Respublikası Nazirlər 

kabinetinin 2006-cı il 6 yanvar tarixli 3 

nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan 

Respublikasının sərhədyanı ərazilərində, 

o cümlədən sərhəd çaylarında, Xəzər 

dənizinin (gölünün) Azərbaycan hissəsində 

telekommunikasiya vasitələrinin və qurğularının 

tikintisi, istismarı və qəza-bərpa işlərinin 

aparılması Qaydaları"nda dəyişikliklər edilməsi 

barədə

"Azərbaycan  Dəmir  Yolları"  Qapalı  Səhmdar 

Cəmiyyətinin  yaradılması  haqqında"  Azərbaycan 

Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarix-

li  383  nömrəli  Sərəncamında  dəyişikliklər  edilməsi 

və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdi-

rilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan 

Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr ta-

rixli 622 nömrəli Fərmanının 2.8-ci bəndinə əsasən 

Azərbaycan Respublikasının Nazirlər Kabineti Qə-



RARA AlIR:

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

2006-cı il 6 yanvar tarixli 3 nömrəli qərarı (Azərbay-

can  Respublikasının  Qanunvericilik  Toplusu,  2006, 

№ 1, maddə 36, № 5, maddə 472; 2014, № 6, maddə 

747; Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

2016-cı il 22 sentyabr tarixli 360 nömrəli qərarı) ilə 

təsdiq  edilmiş  "Azərbaycan  Respublikasının  sər-

hədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, 

Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  hissəsində 

telekommunikasiya  vasitələrinin  və  qurğularının  ti-

kintisi,  istismarı  və  qəza-bərpa  işlərinin  aparılması 

Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.11-ci bəndin "ç" yarımbəndində "orqanların" 

sözü "qurumların" sözü ilə əvəz edilsin.

2. 1.23-cü bənddə "Azərbaycan Respublikasının 

Nəqliyyat Nazirliyi" sözləri "Azərbaycan Dəmir Yol-

ları" Qapalı Səhmdar Cəmiyyəti və ya "Azəravtoyol" 

Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

AZəRBAYcAN ReSPUBlikASININ NAZiRləR kABiNeti

№ 441                                         QəRAR                                  Bakı şəhəri, 7 noyabr 2016-cı il



Yüklə 29,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə