R b a y c a n X z r d n z g m



Yüklə 497,19 Kb.

səhifə1/8
tarix21.06.2018
ölçüsü497,19 Kb.
  1   2   3   4   5   6   7   8


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

28 oktyabr 2016-cı il    № 69-72 (9075) 

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

Gözəl bir deyim var: “Gün var, min 

aya dəyər.” Yeni gəmilərin sifarişi, onların 

suya buraxılması, dor ağaclarında üçrəng-

li bayrağımızın qaldırılması və gəmilərin 

istismara verilməsi dənizçilər üçün belə 

əlamətdar və unudulmaz günlərdəndir. 

Oktyabrın  26-da  Bakı  Gəmiqayırma  Za-

vodunda  “Azərbaycan  Xəzər  Dəniz  Gəmiçili-

yi” QSC-nin sifarişi ilə 2 ədəd yeni unikal gə-

mi-bərənin tikintisi üzrə müqavilənin imzalanma 

mərasimi keçirildi.

Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafa-

yev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, 

Azərbaycan Respublikasının Dövlət Dəniz Ad-

ministrasiyasının rəisi Qüdrət Qurbanov, “Bakı 

Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş 

direktoru Taleh Ziyadov, digər rəsmi şəxslər, qo-

naqlar iştirak edirdilər.

“Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi” 

QSC-nin sədri Rauf Vəliyev yeni gəmi-bərələ-

rin layihəsini tədbir iştirakçılarına təqdim edərək 

bildirdi  ki,  rəqabətədavamlılığı  üçün  istənilən 

gəmiçilik şirkəti kimi, Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyinin də donanmasının daim yenilənmə-

sinə və müasir tələblərə cavab verən gəmilərlə 

zənginləşdirilməsinə  ehtiyac  var. Azərbaycanın 

regionda  nəqliyyat-logistika  qovşağına  çevril-

məsi,  ölkənin  tranzit  potensialının  gücləndiril-

məsi məqsədilə, Transxəzər Beynəlxalq Nəqliy-

yat Marşrutu üzrə şərq-qərb və əks istiqamətdə 

yükdaşımalarda xüsusi rola malik olan və Xəzər-

də yeganə bərə operatoru kimi fəaliyyət göstərən 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün bu gə-

milərin tikintisi çox böyük əhəmiyyətə malikdir.

Sədr  bildirdi  ki,  Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi donanmalarının yenilənməsinə xüsu-

si həssaslıqla yanaşır və bazarın tələbinə uyğun 

yeni gəmilərin tikintisi daim diqqət mərkəzində 

saxlanılır. Məhz möhtərəm Prezidentimiz cənab 

İlham  Əliyevin  gəmiçilik  sahəsinə  göstərdiyi 

xüsusi qayğı və diqqətin nəticəsidir ki, son 3 il 

ərzində 15 yeni gəmi, o cümlədən 1 ədəd Xəzər-

də ən böyük yedək-təchizat gəmisi, 8 ədəd 5,500 

ton yükgötürmə qabiliyyətli quru yük gəmisi, 1 

ədəd 13 min tonluq tanker, 1 ədəd təchizat gəmi-

si, eləcə də “Bakı Gəmiqayırma Zavodu” MMC-

də inşa edilən 1 ədəd liman-yedək və 3 ədəd sər-

nişin gəmisi gəmiçiliyin balansına qəbul edilib.

Hazırda, Azərbaycan  Xəzər  Dəniz  Gəmiçi-

liyinin  donanmasında  13    gəmi-bərə,  2  Ro-Ro 

tipli gəmi var. Donanmada mövcud olan 13 gə-

mi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-

54 vaqon götürmə imkanına malikdir. Son illər 

ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq, 

Azərbaycanda nəqliyyat-logistika sahəsində gö-

rülən  işlər  nəticəsində  Transxəzər  Beynəlxalq 

Nəqliyyat Marşrutu üzrə yükdaşımalarda artım 

müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqa-

yisədə, 2016-cı ilin 9 ayı ərzində gəmiçilik tərəfindən 

Transxəzər marşrutu üzrə daşınan vaqonların sayında 

14 faiz, TİR-lərin sayında isə 3 dəfədən çox artım qey-

də alınıb

Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolu kimi 

regional əhəmiyyətli layihənin istismara verilməsi ilə 

əlaqədar, ölkəmiz üzərindən artması gözlənilən tranzit 

yüklərin vaxtında daşınmasında respublikamızın nəq-

liyyatçıları  qarşısında  qoyulan  tapşırıqların  müvəf-

fəqiyyətlə yerinə yetirilməsi məqsədilə, yeni Ro-Pax/

Bərə tipli gəminin konsepsiyasının hazırlanması üçün 

gəmiçilik bir neçə tanınmış layihə-konstruktor bürosu 

ilə iş aparıb və nəticədə Odessa Dəniz Mühəndisliyi 

Bürosunun  hazırladığı  təklif  üzərində  dayanıb.  Gə-

miçilik son 1 ildən artıq müddətdə həm vaqon, həm 

də TİR  götürmək  imkanına  malik  unikal  gəmi  kon-

sepsiyasının  hazırlanması  üçün  bu  büronun  aparıcı 

mütəxəssisləri  ilə  uzunmüddətli  texniki  müzakirələr 

aparıb və Xəzər dənizində suyun səviyyəsi, yanalma 

körpülərinin maksimal imkanları nəzərə alınaraq, 100 

sərnişin, 56 vaqon və ya 50 yük maşını (TİR) tutum-

lu Ro-Pax/Bərə tipli gəminin eskiz və texniki layihəsi 

hazırlanıb. Ölkə başçısının birbaşa dəstəyi və göstə-

rişlərinə  uyğun  olaraq,  bu  gəmilərin  tikintisi  Bakı 

Gəmiqayırma  Zavodu  tərəfindən  həyata  keçiriləcək. 

Güclü infrastruktur və potensiala malik Bakı Gəmiqa-

yırma  Zavodu  bu  sifarişlərin  öhdəsindən  gəlməklə 

yanaşı, öz təcrübəsini də əhəmiyyətli dərəcədə artıra-

caqdır. Gəmiçilik bundan sonra da gəmi tikintisi üzrə 

sifarişlərini Bakı Gəmiqayırma Zavodunda yerləşdir-

məyi planlaşdırır. R. Vəliyev onu da qeyd etdi ki, bu 

cür gəminin ilk dəfə Bakı Gəmiqayırma Zavodunda 

və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün tikilməsi 

çox əlamətdar hadisədir. Eyni zamanda, tikiləcək yeni 

gəmilər  bu  günlərdə  yaranmasının  3  ili  tamam  olan 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhm-

dar Cəmiyyəti üçün ölkə başçısı tərəfindən ən böyük 

hədiyyə və dəstəkdir. Gəmiçiliyin çoxminli kollektivi 

bundan sonra da möhtərəm Prezidentin etimadını doğ-

rultmaq üçün bütün qüvvəsini səfərbər edəcəkdir.

İmzalanma  mərasimində  çıxış  edən  iqtisadiyyat 

naziri Şahin Mustafayev ölkə rəhbərliyi səviyyəsində 

Azərbaycanın tranzit potensialından və onun əlverişli 

coğrafi mövqeyindən tam faydalanmaq üçün, tranzit 

yükdaşımalar sahəsində kifayət qədər ciddi islahatlar 

və irimiqyaslı işlər aparıldığını bildirdi. Prezident İl-

ham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası-

nın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası-

nın yaradılması buna bariz nümunədir. Eyni zamanda, 

Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Li-

manın tikintisi və orada azad zonanın yaradılması, Ba-

kı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçiril-

məsi, Azərbaycan və İran arasında çatışmayan dəmir 

yolu  xəttinin  salınması  və  digər  bu  kimi  irimiqyaslı 

layihələr  Azərbaycanın  regionda  nəqliyyat-logistika 

qovşağına çevrilməsinə töhfə verəcək.

Ş.Mustafayevin  sözlərinə  görə,  bununla  bərabər, 

Tranzit  Yükdaşımalar  üzrə  Koordinasiya  Şurası  və 

Azərbaycanın  yükdaşımalarda  iştirak  edən  müvafiq 

qurumları  arasında  işgüzar  əməkdaşlıq  nəticəsində, 

Azərbaycan  üzərindən  daşınan  tranzit  yüklər  üçün 

əlverişli  şərait  yaradılıb,  yükdaşıma  prosedurları  sa-

dələşdirilib,  tariflərdə  şəffaflığa  və  endirimlərin  tət-

biqinə nail olunub, bu işlərin nəticəsi olaraq, tranzit 

yüklərin həcmində artım müşahidə olunur.

Nazir  qeyd  etdi  ki,  bu  gün  Tranzit  Yükdaşıma-

lar üzrə Koordinasiya Şurasının və Transxəzər Bey-

nəlxalq  Nəqliyyat  Marşrutunun  aparıcı  üzvü  olan 

Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyinin  donanması 

üçün yeni unikal Ro-Pax/Bərə tipli gəmilərin tikintisi, 

ölkəmizin tranzit yükdaşımalar sahəsində həyata ke-

çirdiyi strateji siyasətin məntiqi davamıdır. Belə ki, bu 

gəmilər Xəzər üzərindən artan vaqon və TİR daşıma 

həcmlərinin vaxtında və yüksək keyfiyyətlə nəqlinin 

təmin edilməsinə imkan verəcək.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu cür 

unikal konsepsiyaya malik və Xəzərdə ilk olan yeni 

Ro-Pax/Bərə  tipli  gəmilərin  tikintisi  üzrə  sifarişin 

məhz  Bakı  Gəmiqayırma  Zavodunda  yerləşdirilmə-

sinin  çox  sevindirici  hal  olduğunu  bildirdi.  Bu  sifa-

riş Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhə-

miyyətə malikdir və yalnız Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyinin donanmasının yenilənməsi üçün deyil, 

eyni zamanda Azərbaycanda yerli gəmiqayırma təcrü-

bəsinin zənginləşməsi üçün çox mühümdür.

R.Abdullayev vurğuladı ki, Azərbaycan Xəzər Də-

niz Gəmiçiliyi nəqliyyat donanması üçün tələb olunan 

tankerlərin,  quru  yük  gəmilərinin,  eləcə  də  dənizdə 

neft və qaz əməliyyatlarının aparılmasına xidmət edən 

ixtisaslaşmış donanma üçün tələb olunan gəmilərin də 

tikintisi üzrə sifarişləri Bakı Gəmiqayırma Zavodunda 

yerləşdiriləcək.

Azərbaycan Respublikası Dövlət Dəniz Administ-

rasiyasının rəisi Qüdrət Qurbanov bildirdi ki, son illər  

ölkə başçısının köməyi ilə gəmiçilik  sürətlə inkişaf 

edir. Nəqliyyat donanmasının bundan sonra da mütə-

madi  əsasda  yenilənməsinin  mühümlüyünü  vurğula-

yan Q.Qurbanov, bu tədbirlərin Azərbaycanın nəqliy-

yat-logistika strategiyası üçün əhəmiyyətli olduğunu 

qeyd etdi.

Odessa Dəniz Mühəndisliyi Bürosunun baş direk-

toru Gennadi Yeqorov bir ildən artıq müddətdə Azər-

baycan Xəzər Dəniz Gəmiçiliyi ilə sıx əməkdaşlıqdan 

və Xəzərdə bu cür yeni konsepsiyalı layihənin həyata 

keçirilməsindən məmnunluğunu bildirdi. Qonaq birgə 

hazırlanmış  konsepsiya  və  onun  müəllif  hüququnun 

təmsil  etdiyi  büro  ilə  Gəmiçiliyə  məxsus  olduğunu 

vurğuladı və böyük istehsal gücünə, geniş texniki im-

kanlara malik Bakı Gəmiqayırma Zavodunun  bu uni-

kal layihənin öhdəsindən məharətlə gələcəyinə əmin-

liyini ifadə etdi.



Sağlıq  olsun!  Çox  keçməz  ki,  dənizçiilərimiz 

Bakı Gəmiqayırma Zavodunda  tikiləcək bu unikal 

gəmilərlə  Xəzərdə  bir-birindən  uğurlu  səfərlərinin 

sevincini yaşayacaqlar. İndi isə söz  gəmiqayıranla-

rındır. Necə deyərlər: “Qolunuza qüvvət!”

“DƏNİZ”

BU SAYIMIZDA

“Müstəqilliyi qazanMaq asan

onu qoruMaq isə çox çətindir”

“Şahdağ” gəMisi yenidən transxəzər 

Beynəlxalq nəqliyyat MarŞrutunda 

yükdaŞıMalara cəlB ediləcək

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Şahdağ” 

gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmir-

dən çıxıb.

Keçən ayın sonundan start verilən təmir işləri qısa vaxt-

da və yüksək keyfiyyətlə həyata keçirilib. “Şahdağ”ın baş 

və köməkçi mühərrikləri, su, yağ, yanacaq, ballast və sair 

sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğuları və 

zəncirləri saz hala gətirilib, sükan  qurğusu və digər mexa-

nizmlərdə  zəruri  təmir  işləri  görü-

lüb.


səh. 4

Birgə əMəkdaŞlıq Məsələləri 

Müzakirə olunuB

Xorvatiyanın gəmiqayırmanın keyfiyyəti və səmərəli-

liyi baxımından qlobal bazarda ən səriştəli şirkətlərindən 

sayılan “J.E.K” MMC-nin direktoru Yosip Etoroviç və 

“ULYANİK” şirkətinin nümayəndəsi Alen Cukon oktyab-

rın 24-də  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı 

Səhmdar Cəmiyyətinin sədri Rauf 

Vəliyevlə görüşüblər.

Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Də-

niz Administrasiyasında ölkəmizin dövlət müstəqilliyinin bər-

pasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan  Respublikasının  Dövlət  Dəniz  Administrasi-

yasının  mətbuat  xidmətinin  verdiyi  məlumata  görə,  tədbirdə 

Dövlət Dəniz Administrasiyasının rəhbərliyi, administrasiyanın 

struktur bölmələrinin, tabeliyində olan qurumların əməkdaşları, 

eləcə də kütləvi informasiya vasitələri-

nin nümayəndələri iştirak ediblər.

səh. 2

səh. 3

ərazi sularıMızda gəMilərin 

hərəkətinin idarəetMə sisteMinin 

Müasir standartlara uyğun təŞkil 

edildiyi xüsusi qeyd edilMiŞdir

Fransanın “Oberthur Technologies” şirkəti təhlükəsizlik 

kodunu hər saat dəyişən kredit kartı hazırlayıb. İstehsalçıla-

rın fikrincə, belə təhlükəsizlik tədbiri kart oğurlandığı zaman 

ondan istifadəni qeyri-mümkün 

edəcək.

“azərBaycanı ötüB keçMək heç 

kəsə Müyəssər olMayacaq”

etiBarlı Bank kartı hazırlanıB

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında 

Beynəlxalq Hidroqrafiya Təşkilatının di-

rektoru Mustafa İpteslə Administrasiyanın 

rəhbərliyinin görüşü keçirilmişdir.

Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını qəbul 

etməyə hazırdır.

 BELTA agentliyi xəbər verir ki, bunu Belarus Prezi-

denti Aleksandr Lukaşenko Avropa Olimpiya Komitəsinin 

prezidenti vəzifəsini icra edən Janez Kosijancic ilə görüşdə 

deyib.

“Biz sizinlə tarixi qərar qəbul etdik və 2019-cu ildə 



bu Oyunlarda Avropa idmançılarını bir yerə yığacağıq”, 

- deyə Aleksandr Lukaşenko bildirib. O, həmçinin deyib 

ki, Belarusda neçə idman növü üzrə yarışların keçirilə-

cəyi  ilə  bağlı  qərar  qəbul  etmək  üçün  tələsmək  lazım 

deyil: “Mən burada mümkün qədər çox idmançının iş-

tirak  etməsinin  tərəfdarıyam.  Bu, 

onların bayramıdır”.

səh. 5

səh. 7

səh. 8

Rauf Vəliyev:  “tikiləcək yeni gəmilər bu günlərdə yaranmasının 3 ili 

tamam olan “azərbaycan xəzər dəniz gəmiçiliyi” qapalı səhmdar 

cəmiyyəti üçün ölkə başçısı tərəfindən ən böyük hədiyyə və dəstəkdir”

gəMiçiliyin sifariŞi ilə Bakı gəMiqayırMa zavodunda unikal gəMi-Bərə tikiləcək




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə